Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-6/2023 04.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, X2 oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, müdafiəçilər-Balakən rayon Vəkil Bürosunun vəkilləri-Müdafiəçi2 və Müdafiəçi1 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx.xx.1986-cı il tarixdə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrilə və xx.xx.1989-cu il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci madddəsilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitəni əldə etmə, daşıma və saxlama, eləcə də qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə narkotik vasitəni əldə etmə, daşıma, saxlama və satma cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 05 aprel 2022-ci il tarixdə saat 19:00 radələrində Balakən rayonu Mahamalar kəndi ərazisində piyada gedərkən yolun kənarından yerdən tapdığı 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 7,32 qram və 6,49 qram, ümumi təmiz çəkiləri 13,81 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyyəti ilə əldə edib üzərində daşıyaraq, əvvəlcə aparıb yaşadığı evin həyətində gizlədib saxlamış, 15 aprel 2022-ci il tarixdə günorta saatlarında həmin narkotik vasitə maruxunanın 01 ədəd kibrit qutusunda olan 7,32 qram hissəsini 50 manat müqabilində Balakən rayonu Mahamalar kəndində yerləşən evinin qarşısında tanışı Təqsirləndirilən şəxs2 qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə satmış, qalan 01 ədəd kibrit qutusundakı təmiz çəkisi 6,49 qram olan, yəni şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı isə qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan, öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq əynindəki qara rəngli cins şalvarın sol yan cibində saxlamışdır. 15 aprel 2022-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq saat 18:30 dəqiqədən 19:10 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılarkən onun Təqsirləndirilən şəxs1 öz şəxsi istifadəsi üçün 50 manat pul ödəyərək aldığı və üzərində daşıyaraq saxladığı 01 ədəd kibrit qutusundakı 6,36 qram çəkidə və həmin kibrit qutusundan ayıraraq 01 ədəd sellofan bükümünə yığdığı 0,96 qram çəkidə, ümumi təmiz çəkiləri 7,32 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalar onun əynindəki cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş, həmçinin həmin tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq saat 22:50 dəqiqədən 23:25 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılarkən onun qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq saxladığı 01 ədəd kibrit qutusundakı təmiz çəkisi 6,49 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, yəni Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana ilə tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə marixuana onun əynindəki qara rəngli cins şalvarın sol yan cibindən, eləcə də onun Təqsirləndirilən şəxs2 satdığı tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadan əldə etdiyi 01 ədəd 20 manatlıq və 03 ədəd 10 manatlıq əskinaslardan ibarət ümumilikdə 50 manat məbləğində pul əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 15 aprel 2022-ci il tarixdə günorta saatlarında Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs1, Balakən rayon Mahamalar kəndində, yəni Təqsirləndirilən şəxs1 yaşadığı evin qarşısında satış məqsədi olmadan, qəsdən, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,32 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 50 manat pul ödəməklə əldə edib qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan, öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq saxlamışdır. 15 aprel 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq saat 18:30 dəqiqədən 19:10 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılarkən onun Təqsirləndirilən şəxs1 50 manat pul ödəyərək qəsdən, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, öz şəxsi istifadəsi üçün aldığı və üzərində daşıyaraq öz şəxsi istifadəsi məqsədi ilə saxladığı 01 ədəd kibrit qutusundakı 6,36 qram çəkidə və həmin kibrit qutusundan ayıraraq 01 ədəd sellofan bükümə yığdığı 0,96 qram çəkidə, ümumi təmiz çəkiləri 7,32 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalar onun əynindəki cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə elan olunmuş ittiham üzrə isə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Mahamalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır.Təxminən 4-5 ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs2 təxminən 3 ildir tanıyır. Əhməd 3 il bundan əvvəl onun Balakən rayonu Mahamalar kəndində yerləşən yaşadığı evində kafel-metlax ustası kimi işləmiş və həmin vaxtdan Əhmədlə aralarında normal münasibət yaranmışdır. 05 aprel 2022-ci il tarixdə o, təxminən saat 19:00 radələrində yaşadığı evdən çıxıb siqaret almaq üçün evinin yaxınlığında yerləşən mağazaya getdiyi zaman yolun kənarında yerdə kibrit qutu olduğunu görmüş, orada narkotik vasitə olun qurudulmuş marixuana olmuşdur. Həmin kibrit qutusını cibinə qoymuş, daha sonra mağazaya, oradan da yaşadığı evə getmişdir. Bundan sonra həmin kibrit qutunu heç kimin görməməsi üçün evinin həyətində olan zibilliyin yanında gizlətmişdir. Həmin narkotik vasitə marixuanadan 2-3 dəfə cüzi miqdarda götürüb özü istifadə etmişdir. 15 aprel 2022-ci il tarixdə günorta saatlarında yaşadığı evdə nahar etdiyi zaman Əhməd onun mobil telefonuna bir neçə dəfə zəng etmişdir. Lakin o, nahar etdiyinə görə həmin vaxt Əhmədin zənglərinə cavab verməmişdir. Təxminən 20-25 dəqiqədən sonra küçədən onu kiminsə səslədiyini eşitmişdir. Buna görə o, küçəyə çıxmış və Əhmədin küçədə olduğunu görmüşdür. Həmin vaxt Əhməd ondan pulunu ödəyib almaq şərti ilə narkotik vasitə marixuana tapmağını xahiş etməmiş, həmçinin həmin vaxt Təqsirləndirilən şəxs2 narkotik vasitə satmaq qərarına gəlməmiş və 50 manat müqabilində narkotik vasitəni Əhmədə satmamışdır. Bu ittiham onun üzərinə əsassız yüklənmişdir. Polis əməkdaşları tərəfindən onda şəxsi axtarış zamanı həqiqətən 6,49 qram narkotik vasitə aşkar edilmişdir. Bu narkotik vasitə ona məxsusdur və o, həmin narkotik vasitəni qanunsuz əldə etməsi, daşıması və saxlanmasına, yəni CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə özünü təqsirli bilir. CM-nin 234.2-ci maddəsilə isə özünü təqsirli bilmir. Barəsində qanuni qərarın qəbul edilməsini xahiş edir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrilə ona verilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs2 təxminən 3 ildir tanıyır. Əhməd 3 il bundan əvvəl onun Balakən rayonu Mahamalar kəndində yerləşən yaşadığı evində kafel-metlax ustası kimi işləmiş və həmin vaxtdan Əhmədlə aralarında normal münasibət yaranmışdır. 05 aprel 2022-ci il tarixdə o, təxminən saat 19:00 radələrində yaşadığı evdən çıxıb siqaret almaq üçün evinin yaxınlığında yerləşən mağazaya getdiyi zaman yolun kənarında yerdə 02 ədəd kibrit qutuları olduğunu gömüşdür. Həmin kibrit qutuları diqqətini cəlb etmiş və buna görə əyilib həmin kibrit qutularını yerdən götürmüşdür. Daha sonra qutuları açmış və hər ikisinin içərisində narkotik vasitə marixuana olduğunu görmüşdür. O da narkotik vasitə marixuana istifadəçisi olduğuna görə tapdığı 02 ədəd kibrit qutularını cibinə qoymuş, daha sonra mağazaya, oradan da yaşadığı evə getmişdir. Bundan sonra həmin kibrit qutularını heç kimin görməməsi üçün evinin həyətində olan zibilliyin yanında gizlətmişdir. Həmin kibrit qutularında olan narkotik vasitə marixuanadan 2-3 dəfə cüzi miqdarda götürüb özü istifadə etmişdir. 15 aprel 2022-ci il tarixdə günorta saatlarında yaşadığı evdə nahar etdiyi zaman Əhməd onun mobil telefonuna bir neçə dəfə zəng etmişdir. Lakin o, nahar etdiyinə görə həmin vaxt Əhmədin zənglərinə cavab verməmişdir. Təxminən 20-25 dəqiqədən sonra küçədən onu kiminsə səslədiyini eşitmişdir. Buna görə o, küçəyə çıxmış və Əhmədin küçədə olduğunu görmüşdür. Həmin vaxt onlar hal-əhval tutduqdan sonra Əhməd doğum günü olduğunu, narkotik vasitə marixuana çəkmək istədiyini və ondan pulunu ödəyib almaq şərti ilə narkotik vasitə marixuana tapmağını xahiş etmişdir. Həmin vaxt o, həyətdə gizlətdiyi 02 ədəd kibrit qutularında olan narkotik vasitə marixuananın birini Əhmədə satmaq qərarına gəlmiş və Əhmədə bir qədər gözləməsini deyib həyətə qayıtmışdır. Bundan sonra o, içərisində narkotik vasitə marixuana olan 02 ədəd kibrit qutularını həyətdə gizlətdiyi yerdən götürüb Əhmədin yanına qayıtmış, orada 01 ədəd kibrit qutusunu cibindən çıxarıb Əhmədə vermiş və narkotik vasitə marixuanaya görə 50 manat pul ödəməli olduğunu bildirmişdir. Əhməd də içərisində narkotik vasitə marixuana olan 01 ədəd kibrit qutusunu ondan alıb cibinə qoymuş, orada cibindən çıxarıb ona 01 ədəd 20 manatlıq və 03 ədəd 10 manatlıq əsgkinaslardan ibarət ümumilikdə 50 manat pul vermiş və onunla sağollaşaraq oradan getmişdir. O da evinə gedib şəxsi işləri ilə məşğul olmağa başlamış və içərisində narkotik vasitə marixuana olan 01 ədəd kibrit qutusu cibində qalmışdır. Bir qədər sonra yenə küçədən onu kiminsə səslədiyini eşitmişdir. Buna görə o, küçəyə çıxmış, həmin vaxt 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş, Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitələrin satışında şübhəli olduğunu deyərək, onu Balakən RPŞ-yə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Balakən RPŞ-yə gəlmişdir. Polis Şöbəsinə gəldikdən sonra Əhmədin Balakən rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanıldığını, Polis Şöbəsinə gətirilib şübhəli şəxs qismində tutulduğunu, Əhmədin üzərində şəxsi axtarış aparılan zaman onun Əhmədə satdığı narkotik vasitə marixuananın polis əməkdaşları tərəfindən aşkar edilərək götürüldüyünü bilmişdir. Daha sonra Polis Şöbəsində xidməti otaqların birində ona əvvəlcə təhqiqatçı Zaur Xəlilov tərəfindən Balakən rayon Vəkillər Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, onun həmin siyahından seçdiyi vəkil Müdafiəçi2 Polis Şöbəsinə dəvət olunmuş və bundan sonra o, təhqiqatçı Zaur Xəlilov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Zaur Xəlilov tərəfindən onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Zaur Xəlilov tərəfindən ona üzərində hər hansı qeyri-qanuni əşya və ya predmet olub-olmaması barədə sual verilmiş, o da əynindəki cins şalvarın sol yan cibində saxladığı və içərisində narkotik vasitə marixuana olan 01 ədəd kibrit qutusunu, həmçinin əynindəki cins şalvarın sağ yan cibindən Əhmədə satdığı narkotik vasitə marixuanadan əldə etdiyi 50 manat pulu çıxarıb masanın üstünə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra təqdim etdiyi, içərisində narkotik vasitə marixuana olan 01 ədəd kibrit qutusu təhqiqatçı Zaur Xəlilov tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisi 9,0 qram təşkil etmişdir. Bundan sonra həmin 01 ədəd kibrit qutusu və pul əskinasları təhqiqatçı Zaur Xəlilov tərəfindən ayrı-ayrılıqda 02 ədəd kağız zərflərə qoyulub qablaşdırılmış, zərflərin üzəri möhürlənmiş, bütün iştirakçılar tərəfindən imzalanmış və maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı onun üzərindən digər hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin şəxsi axtarış bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Həmçinin də məhkəmə-bioloji ekspertizasının 16 aprel 2022-ci il tarixli 17/341 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusundakı narkotik vasitə marixuananın təmiz çəkisi 6,49 qram, Əhmədin üzərindən aşkar edilmiş, yəni Əhmədə satdığı narkotik vasitə marixuananın ümumi təmiz çəkisi isə 7,32 qramdır. Əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Sadəcə olaraq Təqsirləndirilən şəxs2 15 aprel 2022-ci il tarixdə yaşadığı ünvana gələrək pulunu ödəmək şərti ilə narkotik vasitə tapmağını xahiş edəndə o, özündə olan 02 ədəd kibrit qutularındakı narkotik vasitə marixunanın birini Əhmədə satmış, qazanc əldə etmək qərarına gəlmiş və 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı 50 manat müqabilində Əhmədə satmışdır. Üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Hazırda isə yaşadığı ünvanda və ya başqa bir yerdə narkotik vasitə marixuana saxlamamışdır. Onun Təqsirləndirilən şəxs2 narkotik vasitə marixuana satmağı və ya üzərində narkotik vasitə marixuana saxlamağı barədə Əhməddən başqa heç kimin məlumatı olmamışdır. 15 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitə marixuana satan zaman yanlarında başqa heç kim olmamışdır. Həmçinin o, əvvəllər Təqsirləndirilən şəxs2 narkotik vasitə marixuana satmamışdır. Əhmədin onun evində usta işləməyinin üzərindən xeyli müddət keçdiyinə görə, o, Əhmədlə birlikdə əvvəllər narkotik vasitə marixuana istifadə edib-etmədiyini xatırlamır. Həmçinin o, 02 ədəd kibrit qutularında olan narkotik vasitə marixuanadan hansı miqdarda istifadə etdiyini bilmir. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, hazırda Zaqatala şəhəri Azərbaycan prospekti, ev 39 mənzil 19 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və mənzil təmiri ilə məşğul olub pul qazanaraq ailəsini dolandırır. O, təxminən 3 ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. Təxminən 3 il bundan əvvəl o, Təqsirləndirilən şəxs1 Balakən rayonu Mahamalar kəndində yerləşən yaşadığı evində usta kimi işləmiş və həmin vaxt aralarında normal münasibət yaranmışdır. Əvvəllər o, Fərruxu “Aslan” adlı şəxs kimi tanımış, lakin sonradan ləqəbinin “Aslan” olduğunu, əsl adının isə Fərrux olduğunu bilmişdir. O, Fərruxun evində işlədiyi müddət ərzində Fərruxun narkotik vasitə marixuanadan istifadə etdiyinin şahidi olmuşdur. Hətta aralarında yaxın münasibət yarandığına görə Fərrux bir neçə dəfə özündə olan narkotik vasitə marixuanadan çəkmək üçün hazırlamış və birlikdə istifadə etmiş, yəni çəkmişlər. 15 aprel 2022-ci il tarixdə günorta saatlarında o, yaşadığı Zaqatala şəhərində olan zaman narkotik vasitə marixuana çəkmək istəmişdir. Lakin o, axtarmağına baxmayaraq Zaqatala şəhərində narkotik vasitə marixuana tapa bilməmişdir. Həmin vaxt Fərruxun ona narkotik vasitə tapa biləcəyini düşünmüş və buna görə Fərruxun istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona zəng etməyə başlamışdır. O, ardıcıl bir neçə dəfə zəng etsə də, Fərrux onun zənglərinə cavab verməmişdir. Buna görə o, Fərruxun yaşadığı ünvana getmək qərarına gəlmiş, daha sonra taksi fəaliyyəti ilə məşğul olan qonşusu Şahid3 zəng edərək, Balakən rayonunda bir nəfərlə görüşməli olduğunu demiş və onu Balakən rayonuna gətirib-aparmasını xahiş etmişdir. Nazim də razılaşaraq idarə etdiyi Mercedes Benz markalı avtomobillə gəlib onu Zaqatala şəhəri ərazisində yerləşən “Ağ Saray” adlanan yerdən götürmüş və onlar Balakən rayonuna yollanmışlar. Balakən rayonuna çatanda Nazim avtomobili onun göstərdiyi istiqamətdə sürmüş və onlar təxminən saat 17:00 radələrində Mahamalar kəndinə gəlmişlər. Fərruxun yaşadığı ünvana çatmağa bir qədər qalmış o, Nazimdən avtomobili orada saxlamasını xahiş etmişdir. Nazim avtomobili saxladıqdan sonra o, yerə düşmüş və tanışı ilə görüşüb bir neçə dəqiqəyə geri qayıdacağını Nazimə deyərək piyada Fərruxun evinə tərəf yollanmışdır. O, Fərruxun yaşadığı ünvana çatanda həyətin çöl qapısından Fərruxu küçəyə çağırmış, Fərrux küçəyə çıxandan sonra hal-əhval tutaraq narkotik vasitə marixuana çəkmək istədiyini və pulunu ödəmək şərti ilə özünə marixuana təşkil etməsini xahiş etmişdir. Fərrux da özündə 02 kibrit qutusu narkotik vasitə marixuana olduğunu, həmin marixuananın bir qutusunu ona sata biləcəyini və bir qədər gözləməyini deyərək, evə getmişdir. Bir neçə dəqiqədən sonra Fərrux geri qayıdaraq küçədə, yəni yaşadığı evin qarşısında ona 01 ədəd kibrit qutusunda narkotik vasitə marixuana vermiş və buna görə 50 manat pul ödəməli olduğunu bildirmişdir. O da razılaşaraq üzərində olan 01 ədəd 20 manatlıq və 03 ədəd 10 manatlıq əskinaslardan ibarət ümumilikdə 50 manat pulu Fərruxa vermiş, Fərruxdan aldığı 01 ədəd kibrit qutusundakı narkotik vasitə marixuananı əynində olan cins şalvarın sağ yan cibinə qoymuş və Fərruxla sağollaşaraq geri qayıtmışdır. O, avtomobilə tərəf gedəndə yolda kibrit qutusunu cibindən çıxarıb içərisindəki narkotik vasitə marixuanadan bir qədər götürmüş və kibrit qutusundan götürdüyü marixuananı evə çatan kimi istifadə etmək məqsədi ilə yerdən tapdığı siqaret qutusunun üzərindəki şəffaf sellofana bükmüşdür. Daha sonra kibrit qutusunda və sellofan bükümündə olan narkotik vasitə marixuanaları yenidən əynində olan cins şalvarın sağ yan cibinə qoymuşdur. Daha sonra o, piyada gedib avtomobilə əyləşmiş, işinin bitdiyini Nazimə demiş və geri, yəni Zaqatala rayonuna qayıtmasını bildirmişdir. Onlar bir qədər yol getdikdən sonra Balakən şəhəri ərazisində yerləşən “Min bir gecə” restoranına gedib çay içməyi Nazimə təklif etmiş, Nazim də etiraz etmədən avtomobili həmin yerə sürmüşdür. Onlar “Min bir gecə” restoranının qarşısına çatanda 2 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim etmiş, Balakən RPŞ-nin əməkdaşları olduqlarını, üzərlərində və avtomobildə narkotik vasitə saxlamaqda şübhəli olduqlarını deyərək, Nazimlə onu Polis Şöbəsinə dəvət etmişlər. Onlar etiraz etməmiş, Nazim avtomobili idarə etmiş və polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə gəlmişlər. Polis Şöbəsində xidməti otaqların birində ona əvvəlcə təhqiqatçı Zaur Xəlilov tərəfindən Balakən rayon Vəkillər Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, onun həmin siyahıdan seçdiyi vəkil Müdafiəçi1 Polis Şöbəsinə dəvət olunmuş və bundan sonra o, təhqiqatçı Zaur Xəlilov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Zaur Xəlilov tərəfindən onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Zaur Xəlilov tərəfindən ona üzərində hər hansı qeyri-qanuni əşya və ya predmet olub-olmaması barədə sual verilmiş, həmin vaxt o, Fərruxdan alıb əynindəki cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd kibrit qutusundakı və 01 ədəd sellofan bükümündəki narkotik vasitə marixuananı çıxarıb masanın üstünə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi içərisində narkotik vasitə marixuana olan 01 ədəd kibrit qutusu təhqiqatçı Zaur Xəlilov tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisi 8,89 qram, içərisində narkotik vasitə marixuana olan 01 ədəd sellofan bükümün çəkisi isə 1,13 qram təşkil etmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd kibrit qutusu və 01 ədəd sellofan büküm təhqiqatçı Zaur Xəlilov tərəfindən 01 ədəd kağız zərfdə qoyulub qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmış və maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı onun üzərindən digər hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin şəxsi axtarış bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Sorğu-sual zamanı o, üzərindən aşkar edilmiş narkotik vasitə marixuananı Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə gətirilmiş və Fərrux şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılan zaman Fərruxun da üzərindən 01 ədəd kibrit qutusunda narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 16 aprel 2022-ci il tarixli 17/341 nömrəli rəyi ilə tanış olduqdan sonra isə ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş narkotik vasitə marixuananın ümumi təmiz çəkisi 7,32 qram, Fərruxun üzərindən aşkar edilmiş narkotik vasitə marixuananın təmiz çəkisi isə 6,49 qramdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onun Balakən rayonuna narkotik vasitə almaq məqsədi ilə gəldiyini və ya onun üzərində narkotik vasitə olduğunu taksi sürücüsü Şahid3 bilməmişdir. O, Balakən rayonuna gəlib-qayıtmaq müqabilində taksi sürücüsü Şahid3 zəhmət haqqı olaraq 15-20 manat pul verməyi nəzərdə tutmuş, lakin Nazimə başqa heç nə vəd verməmişdir. Həmçinin o, Təqsirləndirilən şəxs1 əvvəllər narkotik vasitə almamışdır. Üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda və 01 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuananı öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O, hazırda yaşadığı ünvanda və ya başqa bir yerdə narkotik vasitə marixuana saxlamamışdır. Onun Təqsirləndirilən şəxs1 narkotik vasitə marixuana almağı və ya üzərində narkotik vasitə marixuana saxlamağı barədə Fərruxdan başqa heç kimin məlumatı olmamışdır. O, 15 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitə marixuana alan zaman onların yanında başqa heç kim olmamışdır. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Himayəsində 2 azyaşlı uşaq vardır. İlk dəfədir ki, cinayət əməli törədir. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 15 aprel 2022-ci il tarixdə vətəndaş Şahid3 idarə etdiyi Mercedes-Benz markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobildə və üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması, həmçinin Şahid3 idarə etdiyi avtomobildə əyləşən sərnişin Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra həmin məlumat tərəfindən raportla Balakən RPş-nin rəhbərliyinə məruzə olunmuş və həmin məlumatın yoxlanılması məqsədilə həmin şəxslər dəvət olunaraq Balakən RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs2 Polis Şöbəsinə gətirildikdən sonra, Təhqiqat Bölməsinin təhqiqatçısı X15 tərəfindən şübhəli şəxs kimi saxlanılmış, daha sonra Təqsirləndirilən şəxs2 vəkillər siyahısından seçdiyi və təqdim edilmiş hüquqlarını müdafiə edən Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı Zaur Xəlilov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunmuş və üzərində narkotik vasitə, yaxud hər hansı qanunsuz əşya olub-olmaması barədə sual verilmiş, əgər narkotik vasitə, yaxud qanunsuz əşya vardırsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusu və 01 ədəd sellofan büküm çıxarıb masanın üstünə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi kibrit qutusunun içərisinə, həmçinin sellofan bükümün içərisinə baxılmış, kibrit qutusunun və sellofan bükümün içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd kibrit qutusu içərisində olan narkotik vasitə marixuanaya oşxar bitki kütləsi ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 8,89 qram olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd sellofan büküm içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 1,13 qram olması müəyyən edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 üzərində saxladığı bitki kütləsini Balakən rayonu Mahamalar kənd sakini, tanışı Təqsirləndirilən şəxs1 50 manat məbləğində pul verərək aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı Zaur Xəlilov tərəfindən Təqsirləndirilən şəxs2 təqdim etdiyi içərisində narkotik vasitə marixuanaya oxşar bitki kütləsi olan kibrit qutusu və sellofan büküm kağız zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmış və maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən əlavə olaraq hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı X15 tərəfindən şəxsi axtarış aparılması haqqında protokol tərtib edilmiş, ucadan oxunmuş hər hansı şikayət daxil olmadığından tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin şəxsi axtarış prosesi Balakən RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri X4 tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Daha sonra Abbasov X12 RPŞnin təhqiqatçısı X15 tərəfindən şübhəli şəxs kimi saxlanılmış, Şahid3 vəkillər siyahısından seçdiyi və ona təqdim edilmiş hüquqlarını müdafiə edən Balakən rayon Vəkil Bürosunun vəkili X5 və polis əməkdaşlarının iştirakları ilə Şahid3 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı X15 tərəfindən şübhəli şəxs Şahid3 hüquq və vəzifələri izah olunmuş və üzərində narkotik vasitə, yaxud hər hansı qanunsuz əşya olubolmaması barədə sual verilmiş, əgər narkotik vasitə, yaxud qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Lakin Şahid3 üzərində hər hansı qeyri qanuni əşya və predmet olmadığını bildirmişdir. Həmçinin şəxsi axtarış zamanı Şahid3 üzərindən hər hansı qeyri qanuni əşya, yaxud predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı şəxsi axtarış aparılması haqqında protokol tərtib edilmiş, ucadan oxunmuş, hər hansı şikayət daxil olmadığından tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış prosesi Balakən RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri X4 tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Bundan başqa Şahid3 idarə etdiyi Mercedes-Benz markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə Balakən RPŞnin Təhqiqat Bölməsinin təhqiqatçısı X15 tərəfindən Şahid3, polis əməkdaşlarının, şübhəli şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçilər Müdafiəçi1 və X5 iştirakları ilə baxış keçirilmişdir. Şahid3 idarə etdiyi avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş, bu barədə Balakən RPŞ-yə ərizə də vermişdir. Şahid3 idarə etdiyi Mercedes-Benz markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobildən heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Baxış zamanı baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, hər hansı şikayət daxil olmadığından tərtib edilmiş baxış protokolu iştirakçılar tərəfindən imzalanmışdır. Baxış prosesi Balakən RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri X4 tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Həmçinin Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş narkotik vasitə marixuanaya oşxar bitki kütlələrini, tanışı Balakən rayon Mahamalar kənd sakini Təqsirləndirilən şəxs1 50 manat müqabilində pul verərək almasını bildirməsi əsasında Təqsirləndirilən şəxs1 15 aprel 2022-ci il tarixdə tərəfindən saxlanılaraq Balakən RPŞ-yə gətirilmiş və bu barədə tərəfindən raportla Balakən RPŞ-nin rəhbərliyinə məruzə edilmişdir. Təqsirləndirilən şəxs1 Polis Şöbəsinə gəldikdən sonra əvvəlcə Təhqiqat Bölməsinin təhqiqatçısı X15 tərəfindən şübhəli şəxs kimi saxlanılmış, daha sonra Təqsirləndirilən şəxs1 vəkillər siyahısından seçdiyi və təqdim edilmiş hüquqlarını müdafiə edən Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı X15 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə, yaxud hər hansı qanunsuz əşya olub-olmaması barədə sual verilmiş, əgər narkotik vasitə, yaxud qanunsuz əşya vardırsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusu çıxarıb masanın üstünə qoymuşdur.Həmçinin daha sonra Təqsirləndirilən şəxs1 əynindəki şalvarının sağ yan cibindən 01 ədəd 20 manatlıq və 03 ədəd 10 manatlıq əskinaslar olmaqla ümumilikdə 50 manat pulları çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi kibrit qutusunun içərisinə, həmçinin sellofan bükümün içərisinə baxılmış, kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi olması müəyyən edilmişdir.Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd kibrit qutusu içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya oşxar bitki kütləsi ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 9 qram olması müəyyən edilmişdir. Sorğusual zamanı Təqsirləndirilən şəxs1 50 manat məbləğində pul müqabilində tanışı, Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs2 bir kibrit qutusu narkotik vasitə qurudulmuş marixuana satdığını və üzərində aşkar edilmiş 50 manat məbləğində pul əskinaslarının Təqsirləndirilən şəxs2 narkotik vasitə qurudulmuş marixuana satması müqabilində götürdüyü pullar olduğunu bildirmişdir. Həmçinin üzərində aşkar edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini isə tapdığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi içərisində narkotik vasitə marixuanaya oxşar bitki kütləsi olan kibrit qutusu və 50 manat məbləğində pul əskinasları təhqiqatçı X15 tərəfindən kağız zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmış və maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən əlavə olaraq hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı şəxsi axtarış aparılması haqqında protokol tərtib edilmiş, ucadan oxunmuş, hər hansı şikayət daxil olmadığından tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış prosesi Balakən RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri X4 tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Hüşən oğlu da Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum edilməmiş, psixi xəstəliklər keçirməmişdir. Halhazırda Zaqatala şəhərində özünə məxsus olan Mersedes-Benz markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs2 qonşusudur. Təqsirləndirilən şəxs2la heç bir düşmənçiliyi və ədavəti olmamış, normal münasibətləri olmuşdur. 15 aprel 2022-ci il tarixdə günorta saatlarında yaşadığı evin qarşısında olduğu zaman Təqsirləndirilən şəxs2 ona mobil telefon vasitəsi ilə zəng edərək, Balakən rayonuna getməli olduğunu, orada şəxsi işi olduğunu, Balakən rayonuna aparıb geri Zaqatala şəhərinə gətirməyini xahiş etmişdir. O da taksi fəaliyyəti ilə məşğul olduğu üçün razılaşaraq Təqsirləndirilən şəxs2 harda olduğunu soruşmuş, Əhməd də ona Zaqatala şəhəri ərazisində olan “Ağ Saray” adlanan binanın qarşısında olduğunu deyib, özünü avtomobillə oradan götürməsini xahiş etmişdir. O da avtomobilə əyləşib «Ağ Saray» istiqamətinə tərəf getmiş və Əhmədin onu «Ağ Saray»ın qarşısında gözlədiyini görmüşdür. Daha sonra «Ağ Saray»ın qarşısından Əhmədi götürüb Balakən rayonu istiqamətinə doğru yola düşmüşdür. Onlar Balakən rayonuna çatdıqda Əhməd onu Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsi istiqamətinə sürdürmüşdür. Qazbinə yaşayış məntəqəsinə daxil olub bir qədər getdikdən sonra Əhməd ona avtomobilini saxlamağını və kənar bir yerdə avtomobili çəkib dayanmağını xahiş etmişdir. O da avtomobili saxladıqdan sonra Təqsirləndirilən şəxs2 avtomobildən düşüb getmişdir. Təxminən yarım saat keçdikdən sonra Əhməd gəlib avtomobilə oturmuş və ona avtomobili Balakən şəhəri istiqamətinə tərəf sürməyini demişdir. O, avtomobili Balakən şəhər istiqamətinə sürməyinin səbəbini Əhməddən soruşmuş, Əhməd də ona Balakən şəhərində “Min bir gecə” restoranı olduğunu, orada çay içib geri qayıdacaqlarını bildirmişdir. Daha sonra o, avtomobili idarə edib Balakən şəhər istiqamətinə tərəf getmişdir. «Min bir gecə» restoranının qarşısına çatdıqda Təqsirləndirilən şəxs2 avtomobildən düşmək istədiyi zaman 2 nəfər polis əməkdaşları onlara özlərini təqdim etmiş, onu və Təqsirləndirilən şəxs2 avtomobil ilə birlikdə polis şöbəsinə dəvət edərək, Balakən RPŞ-yə gətirmişlər. Polis şöbəsində şübhəli şəxs qismində saxlanılmış, daha sonra şübhəli şəxs kimi tutularaq ona təqdim edilmiş Balakən rayon Vəkil Bürosunun vəkillərinin siyahısından dövlət hesabına seçdiyi vəkil X5 iştirakı təmin edilmişdir. Bunda sonra isə ona, müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, daha sonra da üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı polis əməkdaşı ona üzərində narkotik vasitə, yaxud hər hansı qeyri qanuni əşya olub-olmaması barədə sual vermiş, o da üzərində hər hansı narkotik vasitə və qadağan edilmiş əşya olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı onun üzərindən heç bir qadağan edilmiş əşya və narkotik vasitə aşkar edilməmişdir. Daha sonra şəxsi axtarış zamanı polis əməkdaşı tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin şəxsi axtarış prosesi zamanı fasiləsiz olaraq videçəkilişdən istifadə edilmişdir. Daha sonra polis əməkdaşları onun idarə etdiyi Mersedes-Benz markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə müdafiəçisinin, digər iştirakçılar və onun özünün iştirakı və razılığı əsasında baxış keçirmişlər. Baxış zamanı onun avtomobilindən heç bir qadağan edilmiş əşya və narkotik vasitə aşkar edilməmişdir. Baxış zamanı polis əməkdaşı tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin baxış prosesi zamanı fasiləsiz olaraq videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olmasından onun xəbəri olmamışdır. Balakən RPŞ-də olduğu vaxt ona məlum olmuşdur ki, Əhmədin üzərində şəxsi axtarış aparılarkən cibindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 Balakən rayonunda kimlə görüşməsindən xəbəri olmamışdır. Həmçinin Əhmədin hər hansı şəxs və ya şəxslərdən narkotik vasitə almasından xəbəri olmamışdır. O, özü narkotik vasitə qəbul etmir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs2 da narkotik istifadə etməsindən, yaxud satışı ilə məşğul olmasından xəbəri olmamışdır. İş materiallarında olan 15 aprel 2022-ci il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, daxil olmuş məlumat əsasında saat 18:30-dan saat 19:10-dək olan müddət ərzində iştirakçılar və vəkilin iştirakı ilə ünvan 2 ünvanda daimi yaşayan Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində hər hansı narkotik vasitə, qeyri-qanuni əşya, predmet olub-olmaması barədə sual verildikdə, sonuncu əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusu və 01 ədəd sellofan büküm çıxarıb təqdim etmişdir.Həmin kibrit qutusunun və sellofan bükümün içərisinə baxıldıqda həm sellofan bükümün, həm də kibrit qutusunun içərisində spesifik iyə malik olan, narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi olması müəyyən edilmişdir. Daha sonra kibrit qutusu içərisindəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 8,89 qram, sellofan büküm isə içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 1,13 qram olması müəyyən edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütlələrini tanışı, Balakən rayon Mahamalar kənd sakini Təqsirləndirilən şəxs1 15 aprel 2022-ci il tarixdə 50 manat müqabilində pul verməklə aldığını bildirmişdir. Həmin kütlələr 01 ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, möhürlənmiş, maddi sübut kimi götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış videokamera vasitəsilə görüntülənmiş, həmin videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Şəxsi axtarış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan 15 aprel 2022-ci il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq saat 18:30 dəqiqədən 19:10 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılarkən onun Təqsirləndirilən şəxs1 50 manat pul ödəyərək qəsdən, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, öz şəxsi istifadəsi üçün aldığı və üzərində daşıyaraq öz şəxsi istifadəsi məqsədi ilə saxladığı 01 ədəd kibrit qutusundakı 6,36 qram çəkidə və həmin kibrit qutusundan ayıraraq 01 ədəd sellofan bükümə yığdığı 0,96 qram çəkidə, ümumi təmiz çəkiləri 7,32 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalar onun əynindəki cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 15 aprel 2022-ci il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, daxil olmuş məlumat əsasında həmin tarixdə saat 19:50-dan saat 20:15-dək olan müddət ərzində iştirakçılar və vəkilin iştirakı ilə ünvan 3 ünvanda daimi yaşayan Şahid3 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid3 üzərində hər hansı narkotik vasitə, qeyri-qanuni əşya, predmet olub-olmaması barədə sual verildikdə, sonuncu üzərində narkotik vasitə yaxud qeyri-qanuni əşya olmadığını bildirmişdir.Şahid3 üzərində şəxsi axtarış aparılan zaman hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış videokamera vasitəsilə görüntülənmiş, həmin videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Şəxsi axtarış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan 15 aprel 2022-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə saat 20:25-dan saat 21:05-dək olan müddət ərzində iştirakçılar və vəkilin iştirakı ilə Şahid3 idarə etdiyi Mercedes-Benz markalı 90CK-410 dövlət qeydiyyat nişanlı avtomobilə onun öz könüllü razılığı və iştirakı ilə baxış keçirilmiş, baxış zamanı avtomobildən hansı narkotik vasitə qadağan olunmuş, əşya və ya predmet aşkar olunmamışdır. Baxış videokamera vasitəsilə görüntülənmiş, həmin videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Baxış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan 15 aprel 2022-ci il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 22:50-dan saat 23:25-dək olan müddət ərzində iştirakçılar və vəkilin iştirakı ilə Balakən rayon Mahamalar kəndində qeydiyyatda olan, həmin ünvanda daimi yaşayan Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində hər hansı narkotik vasitə, qeyri-qanuni əşya, predmet olub-olmaması barədə sual verildikdə, sonuncu əynində olan şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusu və əynində olan şalvarın sağ yan cibindən isə 01 ədəd 20 manatlıq pul əskinasını, 03 ədəd isə 10 manatlıq əskinaslarını təqdim etməklə ümumilikdə 50 manat məbləğində pulları təqdim etmişdir. Həmin kibrit qutusunun içərisinə baxıldıqda içərisində spesifik iyə malik olan, narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi olması müəyyən edilmişdir. Daha sonra kibrit qutusu içərisindəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar birki kütləsi ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 9 qram olması müəyyən edilmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini tapdığını bildirmişdir.Həmçinin üzərində olan 50 manat məbləğində pulu isə tanışı, Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs2 50 manata satmış olduğu narkotik vasitədən əldə etdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 oğlunun üzərində şəxsi axtarış aparılan zaman hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış videokamera vasitəsilə görüntülənmiş, həmin videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Şəxsi axtarış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 16 aprel 2022-ci tarixli 17/341 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda və 1 ədəd sellofan bükümdə .....maddi sübut” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda və 01 (bir) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 6,36 qram və 0,96 qram, ümumi təmiz çəkiləri-7,32 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda.... sübut” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,49 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd kibrit qutularında və 01 (bir) ədəd sellofan bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd:Marixuanaların ümumi təmiz çəkisi-13,81 qram, tədqiqata sərf edildiyi-0,15 qram (hər obyektə 0,05 qram), qalıq 13,66 qram. Ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 25 aprel 2022-ci il tarixli 556 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 25 aprel 2022-ci il tarixli 557 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamə üzrə Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. İş matertiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2020-ci il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan tələbnamə üzrə Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. İş materiallarından həmçinin görünür ki, xx.xx.2012-ci il tarixdə doğulmuş X9 və xx.xx.2014-cü il tarixdə doğulmuş X10 olmala Təqsirləndirilən şəxs2 himayəsində 2 azyaşlı uşaq vardır. İş materiallarından o da müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***- ***-**-** saylı mobil telefon nömrəsinə və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***- **-** saylı mobil telefon nömrəsinə 15 mart 2022-ci il tarixdən 16 aprel 2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, SMS mətnlərinin açıqlamaları, daxil olan və çıxan zənglərin abunəçilərinin tam anket məlumatları, daxil olan və çıxan zənglərin hansı antenalar tərəfindən qeydiyyata alınması haqqında məlumatlar "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülmüş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefona zəng edilmişdir; "xxxx" MMC-dən götürülmüş məlumatların əks edildiyi 01 ədəd CD diskinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək digər hər hansı daxil olan və çıxan zəng, daxil olan və çıxan sms mətni aşkar edilməmişdir. İş materiallarında olan 15 aprel 2022-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 15 aprel 2022-ci il tarixdə saat 18.10-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 15 aprel 2022-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 15 aprel 2022-ci il tarixdə saat 22.35-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 17 aprel 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 15 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilmiş, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 25 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kibrit qutusunda və 01 ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 6,36 qram və 0,96 qram, ümumi təmiz çəkisi 7,32 qram olan narkotik vasitə-qurudulmuş marixuana və Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,49 qram olan narkotik vasitə qurudulmuş marixuana olmaqla ümumi təmiz çəkisi cəmi 13,81 qram narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 13,66 qramı maddi sübut kimi tanınaraq Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid3 üzərində aparılan şəxsi axtarışların və Şahid3 idarə etdiyi Mersedes-Benz markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxışın videogörüntüləri əks olunmuş cəmi 04 ədəd DVD diski və "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülmüş məlumatların əks edildiyi 02 ədəd CD diski sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitə-qurudulmuş marixuananın satışı nəticəsində əldə edilmiş 01 ədəd 20 manatlıq və 3 ədəd 10 manatlıq pul əskinasları olmaqla cəmi 50 manat götürülmüşdür və Balakən RPŞ-də sübut kimi saxlanılır. İş materiallarına əlavə olunmuş həbsdə olarkən Təqsirləndirilən şəxs1 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, o, məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə razı deyildir. AR CM-nin 234.2-ci maddəsi ilə törətdiyi cinayəti bilmədən törətmişdir. Bu onun ilk belə hərəkətidir. Evdə xəstə atası və anası var. Onlar onun himayəsindədir.Onsuz hal-hazırda pərişan vəziyyətdədirlər. Ev dustaqlığına buraxılmasını xahiş edir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, 15 aprel 2022-ci il tarixli şəxsi axtarış və avtomaşına baxış protokollarını, maddi sübutları, şəxsi axtarışın, avtomaşına baxışın videogörüntüləri əks olunmuş cəmi 04 ədəd DVD diskini və "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülmüş məlumatların əks edildiyi 02 ədəd CD diskini, məhkəmə-bioloji ekspertizasının 16 aprel 2022-ci tarixli 17/341 nömrəli rəyini, ambulator məhkəmənarkoloji ekspertizasının 25 aprel 2022-ci il tarixli 556 nömrəli və 25 aprel 2022-ci il tarixli 557 nömrəli rəylərini, Balakən RPŞ-nin İB-nin müstəntiqinin 25 may 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarını, məhkəmənin və ibtidai istintaq orqanının işdə olan digər qərarlarını və hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi ifadəsi və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyətə işdəki mötəbər sübutlarla müqayisəli şəkildə hüquqi qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaqda təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi daha mötəbər sayılmalı və qəbul olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində ibtidai istintaqda verdiyi ifadəsində narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etdiyini, 15 aprel 2022-ci il tarixdə 7,32 qram narkotik vasitə-qurudulmuş marixuananı 50 manata Təqsirləndirilən şəxs2 satdığını və 6,49 qram olan narkotik vasitə qurudulmuş marixuananı isə üstündə şəxsi istifadəsi üçün saxladığını bildirmiş, CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində özünü təqsirli bilmiş və həmin ifadəsində Balakən RPş-də polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi təzyiqin edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 bu ifadəsini müdafiəçisinin iştirakı ilə vermiş və bu ifadə alınan zaman ona fiziki və ya psixi təsirin edilməsi müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs1 heç bir əsaslı səbəb göstərmədən məhkəmə istintaqında tamamilə fərqli ifadə vermiş, bu ifadəsində 15 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 50 manata narkotik vasitə-qurudulmuş marixuana satmadığını göstərmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini nəyə görə dəyişməsini, ibtidai istintaqda CM-nin 234.2-ci maddəsilə etirafedici ifadə verdiyi təqdirdə, sonradan bu ifadəsini inkar etdiyini tutarlı əsaslar göstərmədən və mötəbər sübutlar təqdim etmədən ağlabatan formada izah edə bilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərilənlər iş üzrə mötəbər sübutlarla, o cümlədən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi, 15 aprel 2022-ci il tarixli onun və Təqsirləndirilən şəxs2 üzərində keçirilən şəxsi axtarış protokolları, bu şəxsi axtarışların videogörüntüləri əks olunmuş DVD diskləri, məhkəmə-bioloji ekspertizasının 16 aprel 2022-ci il tarixli 17/341 nömrəli rəyi, ambulator məhkəmə-narkoloji ekspertizasının 25 aprel 2022-ci il tarixli 556 nömrəli rəyi, maddi sübutlar, Təqsirləndirilən şəxs2 ibtidai istintaqda və məhkəmədə verdiyi ifadəsi, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokolları və sair sübutlarla tam təkzib olunur. Hətta Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında CMnin 234.2-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməməsi və Təqsirləndirilən şəxs2 15 aprel 2022-ci il tarixdə 50 manata narkotik vasitə-qurudulmuş mrixuana satmaması barədə bildirdikləri onun istintaq təcridxanasından məhkəməyə yazdığı və yuxarıda istinad olunan yazılı ərizəsi ilə də təkzib olunur. Belə ki, həmin yazılı ərizədə Təqsirləndirilən şəxs1 AR CM-nin 234.2-ci maddəsilə törətdiyi cinayəti bilmədən törətdiyini etiraf etmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 15 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 50 manata narkotik vasitə-qurudulmuş marixuana satmaması və həmin narkotik vasitənin ona məxsus olmaması barədə göstərdiyi bu xüsusatı özünümüdafiə kimi qiymətləndirir və qəbul etmir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 15 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 50 manata narkotik vasitəqurudulmuş marixuana satmaması və həmin narkotik vasitənin ona məxsus olmaması barədə göstərdiyi bu xüsusat Azərbaycan Respublikası Konstitusiyasının 63, Avropa Konvensiyasının 6 və Azərbaycan Respublikası CPM-nin 21-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququ konteksində nəzərə alınmalıdır. Belə ki, özünü müdafiə etmək və bu xüsusda özünü ifşa edən ifadələr verməmək həmin hüququn mahiyyətindən irəli gəlir. Təqsirsizlik prezumpsiyası hüququna görə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Minelli İsveçrəyə qarşı işdə qeyd etmişdir ki, cinayət əməli törətməkdə təqsirləndirilən şəxs öz əleyhinə ifadə verməyə məcbur edilməməlidir. Cinayət araşdırmasının gedişində sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyula bilməz. Həmçinin təqsirləndirilən şəxs özünü ifşa edən ifadələr verməmək, öz maraqları əleyhinə şahidlik etməkdən imtina etmək hüququna malikdir ki, cinayət araşdırmasının istənilən mərhələsində bu hüquqlara hörmət edilməlidir. Funke Fransaya qarşı məhkəmə işində Avropa Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, təqsirləndirilən şəxsin susmaq hüququ və cinayət törətməkdə ifşa edilməsinə yardım göstərməmək hüququ vardır. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 15 arprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 50 manata narkotik vasitə-qurudulmuş marixuana satmaması və həmin narkotik vasitənin ona məxsus olmaması barədə göstərdiyi bu hal nə həmin cinayət əməlinin törədilməsinin sübut olunması, nə də cəza verilməsində onun əleyhinə istifadə oluna bilməz. Əks hal təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququnun kobud pozuntusu olacaqdır. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün ona verilən ittihamın əsası kimi qəbul edilməklə yanaşı, Təqsirləndirilən şəxs2 şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. Bu zəmində məhkəmə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X1rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini dinləyib, işdə olan ekspertiza rəylərini və digər sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitəni əldə etmə, daşıma və saxlama, eləcə də qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə narkotik vasitəni əldə etmə, daşıma, saxlama və satma cinayət əməllərini törətmiş, həmçinin Təqsirləndirilən şəxs2 qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə,daşıma və saxlama cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövriyyəsi nəzarət edilən, məhdudlaşdırılmış və ya qadağan edilmiş (bundan sonra-nəzarət edilən) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi (idxalı), Azərbaycan Respublikasının ərazisindən çıxarılması (ixracı) və ya onların tranzit nəql edilməsi, habelə həmin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının saxlanılması, alınması, daşınması, göndərilməsi, məhv edilməsi, istifadə edilməsi və onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların aparılmasıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Yenə də Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahılarda bu miqdar qurudulumş marixuana üçün 5 qram müəyyən edilmişdir. Həmin Qərarın 8-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Həmin qərarın 9-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət erərək, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrin tərkibi, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs1 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 cinayət əməli isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərinə görə cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-591.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə işin faktiki hallarına və qanunvericiliyin tələbinə istinad edib ilk dəfə cinayət əməli törətməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə bu xüsusda qeyd edir ki, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətməsi, bununla da kriminal meyilli şəxs olmaması, antisosial yönümün psixikasında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən ilk dəfə cinayət əməli törətməsi Təqsirləndirilən şəxs1 kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlataban əsas kimi qiymətləndirilməklə cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəisndə nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə himayəsində iki azyaşlı uşağın olmasını, ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu xüsusda həmçinin qeyd edir ki, qanunda birbaşa olaraq şəxsin himayəsində azyaşlı uşağın olmasının onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınması imperativ qaydada təsdiq edilmişdir və ona görə də məhkəmə himayəsində iki azyaşlı uşağın olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Məhkəmə ona da bildirir ki, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsi, bununla da kriminal meyilli şəxs olmaması, antisosial yönümün psixikasında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən ilk dəfə cinayət əməli törətməsi Təqsirləndirilən şəxs2 kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlataban əsas kimi qiymətləndirilməklə cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə eyni zamanda nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs2 cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, ona istinad olunan əmələ tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs2 cinayət törətməsini etiraf edib bundan peşmançılıq çəkməsi məhz ona istinad olunan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilməsi zamanı onların xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş əməllər, həmçinin Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməl öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Digər tərəfdən cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal vardır və cəzasını ağırlaşdıran hallar yoxdur. Həmçinin Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar vardır və cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1 maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsinin sanksiyasında isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə cinayət əməli törətməsi kimi cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunması mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 15 aprel 2022-ci il tarixdən 21 iyun 2022-ci il tarixədək tutularaq həbsdə saxlandığı 02 ay 06 müddət və 21 iyun 2022-ci il tarixdən hazırkı hökmün çıxarıldığı 04 aprel 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 09 ay 14 gün müddət olmaqla cəmi 11 ay 20 gün həbs müddəti təyin olunacaq həmin cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 15 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2.ev dustaqlığında saxlanıldığı müddət… Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlindiyi üçün Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 25 aprel 2022-ci il tarixli 556 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etdiyinin, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən rayon X8 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən himayəsində iki azyaşlı uşağın olması, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən hallları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 15 aprel 2022-ci il tarixdən 17 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, həmin cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə ünvan 1 ünvanında yerləşən yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün Təqsirləndirilən şəxs2 münasibətdə icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Zaqatala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 25 aprel 2022-ci il tarixli 557 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etdiyinin, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacının olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli, o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Zaqatala rayon X8 Hüquqi Şəxsinə göndərilməlidir. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunmalı və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə cəmi 34,55 manat ekspertiza xərcinin 17,28 manatı Təqsirləndirilən şəxs1 və 17,28 manatı Təqsirləndirilən şəxs2 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kibrit qutusunda və 01 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,36 qram və 0,96 qram, ümumi təmiz çəkisi 7,32 qram olan narkotik vasitə-qurudulmuş marixuana və Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,49 qram olan narkotik vasitə qurudulmuş marixuana olmaqla ümumi təmiz çəkisi cəmi 13,81 qram olan narkotik vasitəqurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 13,66 qramı məhv edilməli, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid3 üzərində aparılan şəxsi axtarışların və Şahid3 idarə etdiyi Mersedes-Benz markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxışın videogörüntüləri əks olunmuş cəmi 04 ədəd DVD diski və "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülmüş məlumatların əks edildiyi 02 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, iş üzrə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 aşkar edilmiş 01 ədəd 20 manatlıq və 3 ədəd 10 manatlıq pul əskinasları olmaqla 50 manat Təqsirləndirilən şəxs2 narkotik vasitə olan qurudulmuş marixuananı alarkən Təqsirləndirilən şəxs1 ödədiyi pul məbləğidir. İşdəki sübutlara əsasən Təqsirləndirilən şəxs1 narkotik vasitənin satışı nəticəsində cinayət yolu ilə 50 manat pul vəsaiti əldə etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 cinayət yolu ilə əldə etdiyi 50 manat pul xüsusi müsadirə edilməli, yəni məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla)… İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 30 saat vaxt və Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi1 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 180 manat və Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 120 manat, cəmi 300 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 15 aprel 2022-ci il tarixdən 21 iyun 2022-ci il tarixədək tutulub həbsdə saxlandığı 02 ay 06 gün müddət və 21 iyun 2022-ci il tarixdən hazırki hökmün çıxarıldığı 04 aprel 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 09 ay 14 gün müddət olmaqla cəmi 11 ay 20 gün həbs müddəti həmin cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 15 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə qeydiyyata alınsın; onun narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən rayon X8 Hüquqi Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 15 aprel 2022-ci il tarixdən 17 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə ünvan 1 ünvanında yerləşən yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunsun və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Zaqatala rayon X8 Hüquqi Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs2 münasibətdə hazırki hökmün icrası onun yaşayış yeri üzrə Zaqatala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə cəmi 34,55 manat ekspertiza xərcinin 17,28 manatı Təqsirləndirilən şəxs1 və 17,28 manatı Təqsirləndirilən şəxs2 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kibrit qutusunda və 01 ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 6,36 qram və 0,96 qram, ümumi təmiz çəkisi 7,32 qram olan narkotik vasitə-qurudulmuş marixuana və Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,49 qram olan narkotik vasitə qurudulmuş marixuana olmaqla ümumi təmiz çəkisi cəmi 13,81 qram olan narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 13,66 qramı məhv edilsin; Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid3 üzərində aparılan şəxsi axtarışların və Şahid3 idarə etdiyi Mersedes-Benz markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxışın videogörüntüləri əks olunmuş cəmi 04 ədəd DVD diski və "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülmüş məlumatların əks edildiyi 02 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 cinayət yolu ilə əldə etdiyi 50 manat pul xüsusi müsadirə edilsin-məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 180 manat və Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 120 manat, cəmi 300 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-6/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-6/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver