Məhkəmə qərarları › İş №1(019)-6/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-6/2024

16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-6/2024 16.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1970-ci il tarixdə Balakən rayonu Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və yaşayan, 06 aprel 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 2022-ci ilin iyul ayının ortalarında Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində çayın kənarından aşkar etdiyi, yabanı halda bitmiş və qurumuş 02 ədəd çətənə (kannabis) bitkisinin üzərindən yararlı hissələrini yığaraq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofan torbada təmiz çəkisi 282,17 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq əvvəlcə aparıb yaşadığı Balakən rayonu Tülü kəndində yerləşən evinin dirrik sahəsində torpağa basdıraraq gizlətmiş, daha sonra 05 aprel 2023-cü il tarixdə saat 11 radələrindən etibarən həmin narkotik vasitə qurudulmuş marixuananı qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq öz şəxsi istifadəsi məqsədi ilə gizlətdiyi yerdən götürüb başqa əraziyə aparıb gizlətmək üçün sağ əlindəki 01 ədəd sellofan torbada daşıyaraq üzərində saxlamışdır. 05 aprel 2023-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirlər nəticəsində Nəbiyev X3 RPŞnə gətirilib təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq saat 12:00 dəqiqədən saat 12:30 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofan torbada təmiz çəkisi 282,17 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana onun sağ əlindəki sellofan torbada aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün ibtidai istintaqda verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 05 aprel 2023-cü il tarixdə saat 11.20 radələrində iki nəfər mülki geyimli polis əməkdaşları-Şahid2 və Şahid1 onu Tülü kəndində dördyolda yerləşən çayxanada tutdular. Onu maşınlarına çağırıb dedilər ki, Gündüz müəllim onu çağırır. Sonra onun üstünə 300 qram narkotik vasitə qoydular və boynuna almalı olduğunu dedilər. Bir-iki sillə vurandan sonra dedilər ki, boynuna alsın, yoxsa evindən külli miqdarda narkotik çıxacaqdır. Onu 48 saat polis şöbəsində saxladılar və sonra buraxdılar. Lakin bu barədə heç kimə şikayət etməmişdir. Polis şöbəsində 3-cü mərtəbədə Şamil onun qabağına içində ovxantılı olan sarı torba qoydu və dedilər ki, boynuna almasa, axşam evinə 1 kiloqram qoyub səhər evindən çıxaracaqlar. Vəkil sonrakı gün gəlmişdir. Onu bir gün polisin üstdəki mərtəbəsində, sonra isə bir gün zirzəmidə saxlamışlar. Vəkil ondan etirazının olub-olmamasını soruşmuş, lakin qorxduğundan vəkilə deməmişdir. Vəkil birbaşa çəkiliş vaxtı gəlmiş, onunla təklikdə söhbət etməmişdir. Çəkilişdə qorxduğu üçün vəkilə heç nə deməmiş və ona görə boynuna almışdır. O, latın qrafikası ilə oxuya bilmir. Ona polis şöbəsində dedilər ki, boynuna alsın, ayağına qandal vurub buraxacaqlar. Təhqiqatçı ona hüquq vəvəzifələrini izah etmişdir, lakin ona hansı hüquq və vəzifələrinin izah edilməsi yadında deyil. Polis Şöbəsinə gedəndə üstündə narkortik vasitə olmayıb. Müstəntiq onu dindirib. Prokurorluqda olmuşdur. Lakin şikayət etməmişdir, ona deyilmişdir ki, ayağına nə isə vurub buraxacaqlar, kənddə fırlanar. Ona görə də şikayət etməmişdir. Çəkiliş aparılanda stolun üstündə idi. Ona dedilər ki, götür düş aşağı. O da götürüb birinci mərtəbəyə gəlmiş və stolun üstünə qoymuşdur. Vəkili iki dəfə, çəkilişdə və müstəntiqin yanında görmüşdür. İstintaqda verdiyi ifadəni özləri yazıblar. İfadə ona oxunub, sonra dedilər bura imza at. Ziddiyyətli ifadəni qorxduğu üçün vermişdir. Məhkəmədə verdiyi ifadəsi doğrudur. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 1998-ci ildə Azərbaycan Respublikasının CM-nin 93-3 maddəsinin 2-ci hissəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisin xx.xx.1999-cu il tarixli Amnistiya Qərarının 3.3-cü maddəsinə əsasən cəzadan azad edilmişdir. 37 ildir narkotik vasitə marixuana çəkir. 2022-ci ilin iyul ayının ortalarında yaşadığı evdən çıxıb Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində yerləşən meşə sahəsinə evinin dirrik sahəsində əkdiyi pomidor bitkisinin dibinə basdırmaq üçün ağaclar kəsməyə getmişdir. Həmin vaxt meşənin kənarından keçən çayın kənarında yabanı halda bitmiş və qurumuş 2 ədəd narkotik bitkisini görmüşdür. Bu zaman o, həmin bitkilərin üzərindən yararlı hissələrini yığıb cibində olan sarı rəngli sellofan torbaya doldurmuş və özü ilə gətirib sellofan torba ilə birlikdə evin arxasında torpağa basdıraraq gizlətmişdir. Həmin basdırdığı narkotik vasitədən iki dəfə götürərək istifadə etmişdir. Qalan hissəsini isə sellofan torbada yenidən torpağa basdırmışdır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində evin arxasında torpağa basdırdığı sarı rəngli sellofan torbanı basdırdığı yerdən çıxarmış, Tülü kəndinin qurtaracağında yerləşən çöllük sahədə basdırmaq üçün yola çıxıb getdiyi zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Bundan sonra ona narkotik vasitə əldə edib saxlamaqda və mütəmadi olaraq üzərində qanunsuz olaraq narkotik vasitələr gəzdirməkdə şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının dəvəti ilə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində onun hüquqlarının müdafiəsi üçün vəkillərin adlı siyahısı ona təqdim edilmişdir. O,təqdim edilmiş vəkillərin siyahısından Müdafiəçi onun hüquqlarını müdafiə etməsini istəmişdir. Onun seçdiyi Müdafiəçi iştirakı ilə hüquq və vəzifələri ona izah edildikdən sonra şübhəli şəxs qismində tutulduğu ona elan edilmişdir. Bundan sonra onun üzərində hər hansı qeyri qanuni əşya və ya predmetin olub-olmaması və əgər vardırsa təqdim etməyini bildirmişlər. Bu zaman o, sağ əlində olan sarı rəngli sellofan torbanı təqdim etmişdir. Həmin bir ədəd sellofan torbada olan narkotik vasitə təhqiqatçı tərəfindən sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 0,295 kiloqram təşkil etmişdir. Həmin bir ədəd sarı rəngli sellofan torbada olan narkotik 01 ədəd kağız zərfdə qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa polis əməkdaşları tərəfindən üzərində aparılan şəxsi axtarış zamanı digər heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəklişdən istifadə edilərək protokol tərtib edilmiş, protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-bioloji ekspertizasının 05 aprel 2023-ci tarixli 17/312 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, üzərindən aşkar edilmiş 01 (bir) ədəd sellofan torbadakı narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 282,17 qramdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Lakin 37 ildir ki, narkotik vasitə qəbul edir. Üzərində aşkar edilmiş 01 sellofan torbada olan həmin narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün saxlamışdır. Həmçinin üzərində 01 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana saxlamağından heç kimin xəbəri olmamışdır. O, üzərindən aşkar edilmiş 01 ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuanadan iki dəfə istifadə etmişdir, lakin istifadə etdiyi narkotik vasitə qurudulmuş marixuananın miqdarını bilmir. Bir daha qeyd edir ki, o, üzərindən aşkar edilmiş 01 ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı 2022-ci ilin iyul ayının ortalarında Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində yerləşən meşə sahəsindən keçən çayın kənarında yabanı halda bitmiş və qurumuş 2 ədəd narkotik bitkisinin üzərindən yığmışdır. Hazırda həmin tarixdən xeyli vaxt keçdiyinə görə artıq o, üzərindən narkotik vasitə qurudulmuş marixuana yığdığı həmin 02 ədəd narkotik bitkilərinin bitdiyi yeri dəqiq xatırlamır. Buna görə də həmin bitkilərin bitdiyi yeri hazırda göstərə bilmir. Həmçinin hazırda yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə qurudulmuş marixuana saxlamır. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib, həmin ifadəsinə istinadən ifadəsində göstərdi ki, hazırda Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Balakən rayonu Tülü kənd sakini Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə əldə edib saxlamaqda və mütəmadi olaraq üzərində qanunsuz olaraq narkotik vasitələr gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat raportla Balakən RPŞ-nin rəhbərliyinə məruzə edildikdən sonra Şahid2 ilə birlikdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı saat 11 radələrində Təqsirləndirilən şəxs tərəflərindən Balakən rayonu Tülü kəndi ərazisində saxlanılmış və Balakən RPŞ-nə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə RPŞ-nə gəlmişdir. Polis şöbəsində xidməti otaqların birində Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Şahid3 tərəfindən Balakən rayon Vəkillər Bürosunun siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş, Təqsirləndirilən şəxs vəkillər siyahısından seçdiyi Müdafiəçi RPŞ-nə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Şahid3 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin, əməliyyat müvəkkili Şahid2, onun və Balakən RPŞ-nin PPXB-nin polis nəfəri Arif Ağcayevin iştirakları ilə təhqiqatçı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış başlamazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olub-olmaması barədə sual verilmiş, Təqsirləndirilən şəxs də sağ əlində olan sarı rəngli sellofan torbanı təqdim edərək sellofan torbada narkotik olmasını bildirmişdir. Həmin içərisində narkotik tərkibli marixuanaya oxşar kütlə olan sellofan torba təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 0,295 kiloqram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi təhqiqatçı Şahid3 tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış prosesi Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, Arif Ağcayev tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Sonda təhqiqatçı Şahid3 tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Burxan oğluna hər hansı fiziki və psixi təzyiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da şahid-Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 oğlu ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş, həmçinin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təzyiqin edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib, ona istinadən verdiyi ifadəsində göstərdi ki, hazırda Balakən RPŞ-nin TB-nin təhqiqatçısı vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Balakən rayonu Tülü kənd sakini Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə əldə edib saxlaması və mütəmadi olaraq üzərində qanunsuz olaraq narkotik vasitələr gəzdirməsi baradə Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 daxil olmuş məlumat əsasında Nəbiyev X3 RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 oğlu və CAB-nin əməliyyat müvəkili Şahid2 tərəfindən saat 11 radələrində Balakən rayonu Tülü kəndi ərazisində saxlanılaraq Balakən RPŞ-nə dəvət olunaraq gətirilmişdir. Polis şöbəsində xidməti otağında Balakən rayon Vəkillər Bürosunun vəkillərinin siyahısını Təqsirləndirilən şəxs təqdim etmiş, Təqsirləndirilən şəxs vəkillər siyahısından seçdiyi Müdafiəçi RPŞ-nə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra şübhəli şəxs qismində tutmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlamazdan əvvəl üzərində hər hansı qanunsuz əşya olub-olmaması barədə sual verilmiş, Təqsirləndirilən şəxs də sağ əlində olan sarı rəngli sellofan torbanı təqdim edərək sellofan torbada narkotik olmasını bildirmişdir. Həmin içərisində narkotik tərkibli marixuanaya oxşar kütlə sellofan torba ilə birlikdə tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 0,295 kiloqram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış prosesi Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, Arif Ağcayev tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Sonda tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı çəkərkən fasiləsiz olaraq videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış aprılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, həmin şəxsi axtarışda müdafiəçi iştirak etmiş, Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən şəxsi axtarış protokoluna hər hansı qeyd və etiraz verilməmiş, protokol onlar tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli bilinərək 05 aprel 2023-cü il tarixdə Balakən RPŞ-ə gətirilmiş Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində qara rəngli poliver, qara rəngli şalvar, ayağında isə boz rəngli idman ayaqqabısı var. Təqsirləndirilən şəxs sağ əlində sarı rəngli sellofan torba var. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan əvvəl ona üzərində hər-hansı qeyri-qanuni əşya, predmet və yaxud da narkotik vasitələr olub-olmaması barədə ona sual verildikdə o, sağ əlində saxladığı sarı rəngli sellofan torbanı təqdim edib, sellofan torbada narkotik vasitə olduğunu dedi. Həmin sellofan torbaya baxış keçirildiyi zaman orada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edildi. Həmin kütlə sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilərkən, çəkisi 0,295 kq təşkil etdi. Həmin kütlə sellofan torba ilə birlikdə ağ rəngli zərfdə qoyulub qablaşdırılıb möhürlənib maddi sübut kimi götürüldü. Təqsirləndirilən şəxs üzərində şəxs axtarış aparıldığı zaman onun üzərindən heç bir qeyriqanuni əşya və ya predmet aşkar edilmədi. Şəxsi axtarış Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Arif Ağcayev tərəfindən videokamera vasitəsi ilə qeydə alınmış və həmin videogörüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə şikayət və vəsatət daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 1 ədəd DVD diskinə baxış keçirilmiş və həmin disdəki videogörüntülərin xx.xx.2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokolda göstərilənlərlə eynilik təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 05 aprel 2023-cü il tarixli 17/312 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət.Təqsirləndirilən şəxs əlində olan sellofan torbada aşkar edilmiş... qurudulmuş marixuanaya oxşar kütlədən ibarət maddi sübut.” sözləri,adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi- 282,17 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi- 282,17 qram, tədqiqata sərf edildi-0,10 qram, qalıq-282,07 qram. Ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 25 aprel 2023cü il tarixli 704 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 05 aprel 2023-cü il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 05 aprel 2023-cü ildə saat 11:40-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İş materiallarında olan 06 aprel 2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2023-cü il tarixdə saat 11.40-da Balakən RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan 06 aprel 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2023-cü il tarixli 8 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında 21 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 282,17 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 282,07 qramı maddi sübut qismində tanınmış və saxlanması üçün Balakən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsin axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski sübut kimi qiymətləndirilərək, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, xx.xx.2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokolu, həmin şəxsi axtarışın videogörüntüləri əks olunmuş 1 ədəd DVD diskini, maddi sübutu, məhkəmə-bioloji ekspertizasının 05 aprel 2023-cü il tarixli 17/312 nömrəli rəyin, ambulator məhkəmə-narkoloji ekspertizasının 25 aprel 2023-cü il tarixli 704 nömrəli rəyini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə xx.xx.2023-cü il tarixli 8 saylı arayışı, Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında 21 may 2023-cü il tarixli qərarını, işdə olan digər sənədləri, o cümlədən ibtidai istintaq və məhkəmənin prosessual hərəkətlərinin sənədlərini bir-biri ilə əlaqəli şəkildə ziddiyyət olmadan işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyətə işdəki mötəbər sübutlarla müqayisəli şəkildə hüquqi qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi daha mötəbər sayılmalı və qəbul olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs qismində ibtidai istintaqda verdiyi ifadəsində ona istinad olunan narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etdiyini, daşıdığını və saxladığını bildirmiş, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində özünü təqsirli bilmiş və həmin ifadəsində Balakən RPş-də polis əməkdaşları tərəfindən ona heç təzyiqin edilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs bu ifadəsini müdafiəçisinin iştirakı ilə vermiş və bu ifadə alınan zaman ona fiziki və ya psixi təsirin edilməsi müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb göstərmədən və polis əməkdaşlarının ona təzyiq etməsini təsdiq edən heç bir sübut təqdim etmədən məhkəmə istintaqında tamamilə fərqli ifadə vermiş, bu ifadəsində polis əməkdaşlarının ona fiziki və psixi təzyiq etdiyini, üstündə çıxan narkotik vasitə qurudulmuş marixuananın polis əməkdaşları tərəfindən üstünə qoyulduğunu, boynuna götürmədiyi təqdirdə evində daha çox miqdarda narkotik vasitənin çıxarılması ilə hədələndiyini və qorxduğu üçün həmin narkotik vasitənin ona məxsus olması ilə bağlı ibtidai istintaqda etirafedici ifadə verdiyini göstərmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini nəyə görə dəyişməsini, ibtidai istintaqda CM-nin 234.1-ci maddəsilə etirafedici ifadə verdiyi təqdirdə, sonradan bu ifadəsini inkar etdiyini tutarlı əsaslar göstərmədən və mötəbər sübutlar təqdim etmədən ağlabatan formada izah edə bilməmiş, polis əməkdaşları tərəfindən həqiqətən də ona fiziki və psixi təzyiqin edildiyini, üstündə çıxan narkotik vasitə qurudulmuş marixuananın polis əməkdaşları tərəfindən üstünə qoyulduğunu, boynuna götürmədiyi təqdirdə evində daha çox miqdarda narkotik vasitənin çıxarılacağı ilə hədələndiyini və qorxduğu üçün həmin narkotik vasitənin ona məxsus olması ilə bağlı ibtidai istintaqda etirafedici ifadə verdiyini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs bu məlumatlarla bağlı müdafiəçisinə, işin ibtidai istintaqını həyata keçirən müstəntiqə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət etməmiş, bu halların həqiqətən də mövcud olmasını sübut edə bilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərilənlər iş üzrə mötəbər sübutlarla, o cümlədən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi, xx.xx.2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokolu, həmin şəxsi axtarışın videogörüntüləri əks olunmuş 1 ədəd DVD diski, maddi sübut, məhkəmə-bioloji ekspertizasının 05 aprel 2023-cü il tarixli 17/312 nömrəli rəyi, ambulator məhkəmə-narkoloji ekspertizasının 25 aprel 2023-cü il tarixli 704 nömrəli rəyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə xx.xx.2023-cü il tarixli 8 saylı arayış, Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında 21 may 2023-cü il tarixli qərarı, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokolları və sair sübutlarla tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi məlumatları özünümüdafiə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi yuxarıda qeyd olunan məlumatlar Azərbaycan Respublikası Konstitusiyasının 63, Avropa Konvensiyasının 6 və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 21-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququ konteksində nəzərə alınmalıdır. Belə ki, özünü müdafiə etmək və bu xüsusda özünü ifşa edən ifadələr verməmək həmin hüququn mahiyyətindən irəli gəlir. Təqsirsizlik prezumpsiyası hüququna görə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Minelli İsveçrəyə qarşı işdə qeyd etmişdir ki, cinayət əməli törətməkdə təqsirləndirilən şəxs öz əleyhinə ifadə verməyə məcbur edilməməlidir. Cinayət araşdırmasının gedişində sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyula bilməz. Həmçinin təqsirləndirilən şəxs özünü ifşa edən ifadələr verməmək, öz maraqları əleyhinə şahidlik etməkdən imtina etmək hüququna malikdir ki, cinayət araşdırmasının istənilən mərhələsində bu hüquqlara hörmət edilməlidir. Funke Fransaya qarşı məhkəmə işində Avropa Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, təqsirləndirilən şəxsin susmaq hüququ və cinayət törətməkdə ifşa edilməsinə yardım göstərməmək hüququ vardır. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi məlumatlar nə həmin cinayət əməlinin törədilməsinin sübut olunması, nə də cəza verilməsində onun əleyhinə istifadə oluna bilməz. Əks hal təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququnun kobud pozuntusu olacaqdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qəsdən, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qanunla təsdiq olunmuş İ Siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində cəzanı yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində cəzanı ağırlaşdıran hallar nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun barəsində azadlıqdan məhrum etmə cəzası tətbiq edilməklə cəzanın məqsədlərinə nail olunması mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin onun 05 aprel 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixədək tutulub həbsdə saxlandığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır.Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzaçəkmə müddətinin əvvəli hazırki hökmün çıxarıldığı gündən-16 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o cümlədən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 25 aprel 2023-cü il tarixli, 704 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyinin, narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacının olmadığının və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən rayon X2 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə aparılmış məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri olan 34,55 (otuz dörd manat 55 qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 282,17 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 282,07 qramı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsin axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 15 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 90 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşina Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 05 aprel 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 01 (bir) gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkmə müddətinin əvvəli hazırki hökmün çıxarıldığı 16 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın; onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən rayon X2 Hüquqi Şəxsinə göndərilsin. İş üzrə 34,55 (otuz dörd manat 55 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 282,17 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 282,07 qramı məhv edilsin; Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsin axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 90 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Z.C.Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar