Məhkəmə qərarları › İş №1(019)-60/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-60/2021

23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-60/2021 23.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxsin hüquqi varisi X4,müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1997-ci ildə Balakən rayonu Püştətala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Balakən rayonu Püştətala kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 263.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Belə ki, o, 10 mart 2021-ci il tarixdə, saat 21 radələrində Balakən rayonu Püştətala kəndinin ərazisində, asfalt yolda, FORD TRANSİT-yük markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobili Balakən rayon Kortala kəndi istiqamətindən Balakən şəhəri istiqamətində 60-70 km/saat sürətlə idarə edərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları və yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda, bunu etməmiş, həmçinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla, yəni yaşayış məntəqəsində icazə verilən maksimum 60 km saatdan artıq, yəni 60-70 km saat surətlə avtomobili idarə edərək, həmin maddənin tələblərini pozaraq, idarə etdiyi avtomobillə hərəkətdə olduğu yolun sola döngəli hissəsində əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşı yolda Balakən şəhər istiqamətindən Balakən rayonu Kortala kəndi istiqamətində hərəkətdə olan atlı X11 vurmuş, nəticədə ehtiyatsızlıqdan X2 ağır kəlləbeyin travması, alnında sıyrıq, sağ orta təpə-gicgah nahiyəsində şişkinlik, sol baldır sümüyünün orta 1/3-də qapalı qəlpəli yerdəyişməli sınığı, sol baldırının sıyrıqları, başının dəri altında sağ alın, sağ təpə, sağ gicgah nahiyələrində qırmızımtıl hemotoma, sağ orta təpə və sağ gicgah sümüyündə az yerdəyişməli sınıqlar, baş beyinin sərt və yumşaq qişalarında qansızma-əzilmə, baş beyin maddəsində ödemi ilə nəticələnən dərəcələrinə görə canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirərək, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla və ehtiyatsızlıqdan bir rəst, dişi cinsli, 5 yaşlı, yorğa, boğaz atın ölməsi nəticəsində sonuncuya 500 manat maddi ziyan vurmaqla yol-nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri və bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Balakən rayonu Püştətala kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər psixi xəstəliklər keçirməmiş, məhkumluq həyatı yaşamamışdır. Hal-hazırda atası Şahid3 məxsus olan FORD TRANSİT-yük markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Lakin həmin avtomaşın atası Şahid3 adına olmasına baxmayaraq, faktiki ona məxsusdur. Yəni avtomobil daim olaraq onda olub və onun özünün avtomobilidir. Yəni avtomobil ona məxsusdur. Qəza baş verdiyi anda Elmar Abdullayevi və atı vurmamaq üçün avtombilini yolun sol tərəfinə çəkmişdir. Elmarı və atı vurmamaq üçün mümkün tədbiri görmüş, həmçinin əyləci basmış, lakin qəzanın qarşısını ala bilməmişdir. Həmçinin həmin avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi vardır və 5 ilə yaxın müddətdir ki, sürücülük edir. Həmin avtomobillə o, rayon ərazisində olan restoranlara pivə daşımaqla məşğul olur. 10 mart 2021-ci il tarixdə, axşam saat təxminən 21 radələrində evdə olduğu zaman Balakən rayonu İtitala kəndində yerləşən kafeni işlədən Xizri adlı şəxs onun mobil telefonuna zəng edərək, işlətdiyi kafeyə pivə lazım olduğunu və özünə bir çəllək pivə gətirməyini demişdir. Buna görə də o, yaşadığı evdən çıxaraq, idarə etdiyi FORD TRANSİT-yük markalı avtomobillə İtitala kəndində yerləşən həmin kafeyə pivə aparıb getmişdir. Pivə çəlləyini həmin kafeyə verdikdən sonra geri, Püştətala kəndində yerləşən yaşadığı evə qayıtmaq üçün yola çıxmışdır. Asfalt yol ilə gəldiyi zaman Püştətala kəndinin ərazisində asfalt yolun sola sərt döngəli hissəsinə çatdıqda qarşısına at üstündə sonradan adını bildiyi Balakən rayonu Kortala kənd sakini X17 çıxmış, bu zaman o, əyləci basmış və avtomaşınını atdan yayınmaq üçün, yəni atı və üzərində olan Elmar Abdullayevi vurmamaq üçün sükanı yolun sol qarşı hissəsinə doğru, yəni qarşı istiqamətə doğru yönəltmişdir. Həmin anda at geriyə, sol tərəfə qaçdığı üçün o, idarə etdiyi avtomobilin ön hissəsi ilə atı vurmuşdur. Bu zaman at, üzərində olan şəxslə, yəni Elmar Abdullayevlə birlikdə yolun hərəkət hissəsinə yerə yıxılmışdır. Həmin vaxt o, tez avtomaşından yerə düşmüş və atın üstündə olan Elmar Abdullayevin yaralanmış vəziyyətdə yerə yıxıldığını görmüşdür. O, həmin vaxt özünü narahat hiss etdiyi üçün, səsküy salaraq, oraya gələn şəxslərə tez təcili yardım çağırmalarını xahiş etmişdir. Az müddətdə təcili yardım avtomobili həmin yerə gəlmiş və Elmarı təcili tibbi yardım avtomobili ilə ilk tibbi yardım göstərilməsi üçün xəstəxaya yola salmışlar. Lakin sonradan ona məlum olmuşdur ki, Elmar Abdullayev qəza nəticəsində almış olduğu xəsarətlərdən dünyasını dəyişmişdir. Yol-nəqliyyat hadisəsi yerinə müstəntiq tərəfindən baxış keçirilmişdir. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilərkən o, həmin baxışda iştirak etmişdir. Yol-nəqliyyat hadisəsinin baş verdiyi şəraiti yolun hərəkət istiqəmətini, atlı Elmar Abdullayevin hərəkət istiqamətini və toqquşma yerinə baxış zamanı əyani şəkildə göstərmişdir. Daha sonra müstəntiq tərəfindən yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, protokol onun tərəfindən və baxışda iştirak edən şəxlər tərəfindən imzalanmışdır. Həmçinin yolnəqliyyat hadisəsi yerinə baxış keçirilərkən fotəşəkillər çəkilmişdir. Yol-nəqliyyat hadisəsi baş verdiyi zaman axşam saat 21 radələri olmuşdur. Hadisədən əvvəl o, avtomaşını 60-70 km/sürətlə idarə etmiş, yolun hərəkət hissəsi sərt döngəli olduğu üçün sürəti bir qədər də aşağı salmışdır. Həmçinin də o, qarşıda əks istiqamətdə hərəkətdə olan atlını yolun hərəkət hissəsinin tən ortasında, təxminən 10-15 metr məsafədə görmüşdür. Həmin atlı atı sürətlə çapmış, atı vurmamaq üçün tormozlama etmiş və sükanı yolun sol qarşı istiqamətinə yönəltmişdir ki, atı vurmasın. Lakin həmin an atlı onunla eyni istiqamətə, yəni yolun sol hissəsinə çıxdığı üçün idarə etdiyi avtomaşının ön hissəsinə dəyməsi nəticəsində qəza baş vermişdir. Hadisə gecə vaxtı baş verdiyi üçün hadisənin hansı şəkildə baş verməsini, kənardan kimlərin görməsini deyə bilmir. Həmçinin idarə etdiyi avtomaşında əlavə sərnişin olmayıb, atlı da tək olmuşdur. Hadisədən dərhal sonra oraya yığışan şəxslər olmuşdur, lakin həmin anda o, özünü pis hiss etdiyi üçün oraya toplaşan şəxsləri xatırlamır. O, 44 günlük Vətən Müharibəsindən 12 yanvar 2021-ci il tarixdə tərxis olunduqdan sonra səhhətində yaranmış narahatçılıqlarla bağlı müalicə alır. Həmin səbəbdən də ümumiyyətlə spirtli içki qəbul etmir. Avtomaşını idarə etdiyi zaman da spirtli içki qəbul etməmişdir. O, Vətən Müharibəsinə 27 sentyabr 2021-ci ildə getmiş və Xocavənd, Zəngilan və Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həmçinin onun dayısı oğlu Püştətala kənd sakini X7 da onunla birlikdə 44 günlük müharibədə iştirak etmiş və döyüş zamanı şəhid olmuşdur. O, ilk dəfədir ki, cinayət əməli törədir, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı könüllü olaraq tam ödəmiş və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Cinayət əməli törətməsini etiraf edir və bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. 44 günlük Vətən Müharibəsində iştirak etməklə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 medalla təltif olunmuşdur. Bu halların ona cəza verilməsində nəzərə alınmasını, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisinin ərizəsini nəzərə alaraq ona qarşı mülki iddianın baxılmamış saxlanmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Balakən rayonu Kortala kəndində yaşayır. Əvvəllər məhkum edilməmiş, həmçinin psixi xəstəliklərdən əziyyət çəkməmişdir. Balakən rayonu Kortala kənd sakini mərhum X17 onun oğludur. Oğlu Elmar fərdi kənd təsərrüfatı işləri ilə məşğul olmuş, evli olmuşdur və azyaşlı oğlan övladı vardır. Oğlu və oğlunun ailə üzvləri; həyat yoldaşı X5 və azyaşlı övladı X15 onlarla birlikdə Kortala kəndində yerləşən evlərində birgə yaşamışlar. 10 mart 2021-cu il tarixdə oğlu Elmar Abdullayev həyətlərində baxdıqları özünə məxsus olan 01 rəst 5 yaşlı dişi, yorğa, bogaz ata minərək, Balakən rayonu Püştətala kəndində yaşayan qızı X8 yaşadığı evə getmişdir. Həmin gün axşam saat 22 radələrində qardaşı X9 onun yaşadığı evə gəlmiş və ona xəbər verərək, Balakən rayonu Püştətala kəndinin ərazisində asfalt yolda Elmarı atla gələrkən maşın vurduğunu bildirmişdir. Həmin vaxt o və qardaşı Eyvaz, digər qardaşı X3 Abdullayevin idarə etdiyi avtomaşınla Balakən rayonu Püştətala kəndinə tərəf gəlmişlər. Hadisə yerinə çatdıqda, yolda oğluna məxsus olan 01 rəst atın yerdə qan içində yıxılaraq, öldüyünü görmüşdür. Bu zaman oğlunu axtarmış, lakin ona məlum olmuşdur ki, oğlunu təcili tibbi yardım avtomobili Balakən Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Buna görə də qardaşları və qardaşı oğlu Elnurla birlikdə Balakən Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Xəstəxanada isə ona məlum olmuşdur ki, Balakən rayonu Püştətala kənd sakini Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi FORD TRANSİT-yük markalı **-DK-*** qeydiyyat nişanlı avomobillə Balakən rayonu İtitala-Kortala-Püştətala kəndi istiqamətindən Balakən şəhəri istiqamətində hərəkətdə olarkən Balakən rayonu Püştətala kəndinin inzabati ərazisində olan asfalt yolda at üzərində Balakən şəhəri istiqamətindən Balakən rayonu Kortala kəndi istiqamətinə doğru hərəkətdə olan oğlu X11 vurmuş, oğlu Elmar isə aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Həmçinin oğluna məxsus olan bir rəst 5 yaşlı qarnı balalı dişi at da hadisə yerində ölmüşdür. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduğu ziyanı könüllü şəkildə tam olaraq zərərçəkmiş şəxsin hüquqi varisi olaraq ona ödəmiş və onunla barışıq əldə etmişdir. Həmçinin o, ərizə ilə məhkəməyə müraciət edərək, onun Təqsirləndirilən şəxs qarşı mülki iddiasının baxılmamış saxlanmasını xahiş edir. Eyni zamanda Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza verilməsini xahiş edir. Belə ki, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam ödəyib, onunla barışıq əldə etməklə yanaşı, həmçinin 44 günlük Vətən Müharibəsində iştirak etmiş və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının Sərəncamları ilə 2 medalla təltif olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Balakən Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin yol patrul xidmətinin inspektoru vəzifəsində işləyir.10 mart 2021-ci il tarixdə Balakən rayonu Püştətala kəndindən keçən asfalt yolda Balakən rayonu Kortala kənd sakini, X1 yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi barədə Balakən Rayon Mərkəzi Xəstəxanasından Balakən Rayon Polis Şöbəsinin növbətçi hissəsinə daxil olmuş məlumat əsasında o, iş yoldaşı Balakən Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin yol patrul xidmətinin inspektoru Şahid2 ilə birlikdə Balakən rayonu Püştətala kəndində hadisə yerinə müstəntiq tərəfindən baxış keçirilərkən baxışda iştirak etmişdir.Hadisə yeri Balakən rayonu Püştətala kəndinin ərazisində yerləşir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə baş verdiyi yerdə yolun hərəkət hissəsi asfalt örtüklüdür. Yol asfalt örtüklü olmaqla döngəli və qurudur. Yolun ümumi eni 7 metrdən ibarət olmuşdur. Baxış zamanı müəyyən edilmişdir ki, Balakən rayonu Püştətala kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi FORD TRANSİT-yük markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayonu Kortala kəndindən Balakən şəhəri istiqamətində hərəkətdə olarkən qarşıda yolun sola döngəli hissəsində avtomobili qarşı əks hərəkət zolağına çıxarmış, qarşıdan əks istiqamətdə hərəkətdə olan atlı Balakən rayonu Kortala kənd sakini X11 vurmuş, nəticədə X17 hadisə yerində aldığı xəsarətlərdən ölmüş və Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Həmçinin hadisə yerində X10 mindiyi at da yerdə hərəkətsiz, yəni ölmüş vəziyyətdə uzanmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil isə yolun əks hərəkət zolağında atlı Elmar Abdullayevi vurduqdan sonra həmin yolda dayanmışdır. Baxış gecə vaxtı süni işıqlandırmadan istifadə edilməklə keçirilmişdir. Baxış zamanı müstəntiq tərəfindən yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, protokol müstəntiq tərəfindən iştirakçılara oxunmuş, o və baxışda iştirak edən digər şəxslər, həmçinin baxışda iştirak edən sürücü Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən Rayon Polis Şöbəsinin DYPBnin YPX-nin inspektoru Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda ailəsi ilə birlikdə Balakən rayonu Püştətala kəndində yaşayır. Fərdi kənd təsərrüfatı işləri ilə məşğul olur. Balakən rayonu Püştətala kənd sakini Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Təqsirləndirilən şəxs ona məxsus olan FORD TRANSİT-yük markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə restoranlara pivə daşımaqla məşğul olur. Həmin FORD TRANSİT-yük markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adına olmasına baxmayaraq, oğlunun istifadəsindədir. Yəni avtomobili daimi olaraq oğlu istifadə etmişdir. Həmin avtomobilin idarə edilməsi üçün oğlu Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamə vermişdir. Lakin avtomobil daimi olaraq oğlu Təqsirləndirilən şəxs istifadəsində olmuş, avtomobili oğlu idarə etmiş, avtomobil oğluna məxsus olmuşdur. 10 mart 2021-ci il tarixdə oğlu Sərxan Balakən rayonu İtitala kəndində olan kafeyə pivə vermək üçün getmişdir. Bir müddətdən sonra isə oğlu Təqsirləndirilən şəxs ona zəng edərək, idarə etdiyi avmobillə qəza törətdiyini, qarşısına atlı çıxdığını bildirmişdir. Həmçinin oğlu ona Püştətala kəndində marketin qarşısında olduğunu bildirmişdir. Bundan sonra o, həmin yerə getmişdir. Hadisə yerinə çatdıqda ona məlum olmuşdur ki, oğlu Təqsirləndirilən şəxs idarə etdiyi özünə məxsus olan FORD TRANSİT-yük markalı avtomobillə Balakən rayonu Kortala kəndindən Balakən şəhəri istiqəmətində hərəkətdə olarkən qarşıdan gələn X2 idarə etdiyi avtomobilin dəyməsi nəticəsində Elmar Abdullayev aldığı xəsarətlərdən dünyasını dəyişmişdir.X14 mindiyi bir rəst at da hadisə yerində toqquşma nəticəsində ölmüşdür. Təqsirləndirilən şəxs ilk dəfədir ki, cinayət əməli törədir, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı könüllü olaraq tam ödəmiş və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Sərxan cinayət əməli törətməsini etiraf edir və bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Həmçinin Təqsirləndirilən şəxs 44 günlük Vətən Müharibəsində iştirak etməklə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 medalla təltif olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilən 10 mart 2021-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan, protokola əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, mövcud hadisə 10 mart 2021-ci il tarixdə, saat 21 radələrində Balakən rayonunun Püştətala kəndi ərazisində baş vermişdir. Hadisə baş verdiyi yerdə yolun hərəkət hissəsinin eni 7 metrdir. Hadisə yaşayış məntəqəsi ərazisində baş vermişdir. Hadisənin baş verdiyi asfalt örtüklü yol hamar və qurudur, hərəkət ikitərəflidir. Həmçinin yol döngəlidir. Yolda qırıq-qırıq xətlər vardır. Təqsirləndirilən şəxs idarə etdiyi FORD TRANSİT-yük markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid yolun hərəkət hissəsi 3,5 metrdir. X2 aid yolun hərəkət hissəsi 3,5 metrdir. Hadisənin baş verdiyi yerin sağ və sol kənarlarında yaşayış evləri, həmçinin Balakən şəhəri istiqamətində sağ tərəfdə ərzaq mağazası-market yerləşir. Hadisə yerində 10 metr tormoz izləri aşkar edilmişdir. Hadisənin baş verdiyi yol işıqlandırılmamışdır. Toqquşma yerindən yolun hərəkət hissəsinin ehtiyat hissəsinə qədər sağa olan məsafə 1,5 metrdir. Balakən şəhəri istiqamətinə yolun sol ehtiyat hissəsi 3,70 metrdir. Hadisədən əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi FORD TRANSİT-yük markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayonu Kortala kəndi istiqamətindən Balakən şəhəri istiqamətində, atlı X17 isə Balakən şəhəri istiqamətindən Balakən rayonu Kortala kəndi istiqamətində hərəkətdə olmuşdur. Hadisə yerinə baxış zamanı süni işıqlandırmadan istifadə edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi FORD TRANSİT-yük markalı, **-DK- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobil əks yolun kənarına tərəf dayanmış vəziyyətdə olmuşdur. Avtomobilə baxış zamanı alın süşəsində, sağ kapotda (matorxana qapısı), ön sağ qanadda, ön sağ işıqda, ön bamperdə-həmin hissələrin sınmış vəziyyətdə olması, həmçinin təhlükəsizlik şarının açılması müəyyən edilmişdir. Dəymə nöqtəsində avtomobilə aid yerə dağılmış yağlı maye müəyyən edilir. Hadisə yerində meyit yoxdur. 01 rəst at hərəkətsiz şəkildə yolda qalmışdır.Yəni at ölmüşdür. Hadisə vaxtı FORD TRANSİT-yük markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və atlı X17 alkoqol təsiri altında olmayıblar. Ayıq vəziyyətdə olmuşlar. Hadisə gecə vaxtı baş vermişdir. Baxış zamanı fotoşəkillər çəkilmişdir. Baxış zamanı iştirakçılardan ərizə və qeydlər daxil olmamışdır. İştirakçılar tərəfindən protokolun və sxemin düzgünlüyü imzalarla təsdiq edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 03 aprel 2021-ci il tarixli, 06 nömrəli rəyindən görünür ki, 1.X1 meyitinin müayinəsində aşkar edilmiş xəsarətlər aşağıdakılardır; ağır kəllə-beyin travması, alnında sıyrıq, sağ orta təpə-gicgah nahiyəsində şişkinlik, sol baldır sümüyündə orta 1/3-də qapalı qəlpəli yerdəyişməli sınıq, sol baldırında sıyrıqlar, başının dəri altında sağ alın, sağ təpə, sağ gicgah nahiyələrində qırmızımtıl hemotoma, sağ orta təpə və sağ gicgah sümüyündə az yerdəyişməli sınıqlar, baş beynin sərt və yumşaq qişalarında qansızma-əzilmə, baş beyin maddəsində ödem; 2.Yuxarıda qeyd edilmiş xəsarətlərin hamısı müxtəlif cür bərkküt əşyanın (əşyaların) dəyməsi təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 10.03.2021-ci ildə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə, canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilirlər; 3.Mərhum Abdullayevin ölümünün səbəbi baş beyində əzilmə-qansızma, ödem olmuşdur; 4.Mərhum Abdullayevin ölümü meyit əlamətlərinə görə meyitin müayinəsindən 3-5 saat əvvəl baş verməyə uyğun gəlir. Laborotor analizlərin cavabına görə demək olar ki, onun ölümü xəsarət alandan hər hansı bir müddət keçəndən sonra baş vermişdir; 5.Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kimya Şöbəsindən X1 meyitindən götürülmüş qanın kimyəvi müayinəsinə dair verilmiş 30.03.2021-ci il tarixli, 762/k saylı Aktda qeyd edilənlərə görə, onun qanında metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu tərəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazolon, 1,4 benzodiazepin tərəmələri və salisilatlar aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilən Balakən Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsi tərəfindən verilmiş 03.05.2021-ci il tarixli, 139 nömrəli “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi zamanı ayıq olmuşdur. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilən məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 31 may 2021-ci il tarixli, 8/1019 nörməli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Ford Transıt markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; sürücü Alqayev avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbayycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilən Azərbaycan Respublikası DİN-in BDYPİ Şəki RQİB tərəfindən verilmiş 28.01.2015-cİ il tarixli, AE №713244 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs BC dərəcəli sürücülük vəsiqəsi vardır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə 29.03.2021-ci il tarixli, 1 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilən Balakən RPŞ-nin İB-nin müstəntiqinin 01 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi FORD TRANSİT-yük markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanması üçün Balakən Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin cərimə meydançasına təhvil verilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilən mülki iddiaçı X4 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiasından görünür ki, mülki iddiaçı X13 mülki cavabdeh Təqsirləndirilən şəxs 3500 manat maddi və 20000 manat mənəvi ziyanın tutularaq ona ödənilməsini tələb edir. İşə əlavə olunan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinin 18.11.2021-ci il tarixli, 955 nömrəli məktubundan və ümumən iş materiallarından görünür ki, 1997-ci il təvəllüdlü Balakən rayonu Püştətala kənd sakini Təqsirləndirilən şəxs 29.09.2020-ci il tarixindən 12.01.2021-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsi tərəfindən qismən səfərbərliklə N saylı hərbi hissənin tərkibinə cəlb olunaraq döyüş əməliyyatlarında iştirak etmişdir. İşə əlavə olunan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilən Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarından görünür ki, Azərbaycan Respublikasının Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərdiyinə görə Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” medalı ilə və “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilən zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddə və mənəvi zərər hesab edlilmiş 9000 (doqquz min) manat pul nəqdi olaraq ona ödənilmişdir, onunla o və ailə üzvləri barışmışdır. Təqsirləndirilən şəxs indi və gələcəkdə şikayətləri olmayacaqdır. Nəzərə alınmasını xahiş edir. İşə əlavə olunan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilən zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair (3500 manat maddi və 20000 manat mənəvi ziyan) mülki iddiasının ona qaytarılmasını və mülki iddianın baxılmamış saxlanmasını xahiş edir. İşə əlavə olunan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilən zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi və mənəvi zərər ona tam ödənildiyindən və onunla barışdığını nəzərə alariaq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsinə baxaraq, qeyd edir ki, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində isə göstərilir ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü tarixli, 5 №-li qərarının 21-ci bəndində göstərilir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün hallar, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq, zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, 44 günlük Vətən Müharibəsində döyüş əməliyyatlarında iştirak etməsini, Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Azərbaycan Respublikasının Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərdiyinə görə “Cəbrayılın azad olunmasına görə” medalı ilə və “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə bildirir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır və ehtiyatsızlıqdan törədilən cinayətdir. Ancaq onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətmiş, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etmiş, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmiş, 44 günlük Vətən Müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Azərbaycan Respublikasının Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərdiyinə görə “Cəbrayılın azad olunmasına görə” medalı ilə və “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir, həmçinin cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkir. Məhkəmə hesab edir ki, bu hallar, onun ictimai təhlükəliliyini azaldan hallar sayılmaqla, eyni zamanda onun cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olmasına, ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması istəyinə dəlalət edir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli davamlı antisosial yönümün nəticəsi olmamışdır. Ona görə də şərh olunan bu hallar cəzanın məqsədlərinə nail olunması baxımından Təqsirləndirilən şəxs cəza təyin edilməsində mütləq nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi, 44 günlük Vətən Müharibəsində döyüş əməliyyatlarında iştirak etməsi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Azərbaycan Respublikasının Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərdiyinə görə “Cəbrayılın azad olunmasına görə” medalı ilə və “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilməsi və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinin tələbinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsində cəzasının icrası müddətinin məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmasının müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********;AZ34CTRE********************, X6, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin yol polisi bölməsinin cərimə meydançasında saxlanılan Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi FORD TRANSİT-yük markalı, **- DK-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmə, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X4 Təqsirləndirilən şəxs qarşı 3500 manat maddi ziyan və 20000 manat mənəvi ziyan tələbinə dair iddia ərizəsinin ona qaytarılması və mülki iddianın baxılmamış saxlanması barədə məhkəməyə ünvanladığı ərizəsini və iş üzrə təqsirləndirilən şəxs olan mülki cavabdeh Təqsirləndirilən şəxs həmin mülki iddianın mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini nəzərə alaraq, hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X4 Təqsirləndirilən şəxs qarşı 3500 manat maddi ziyan və 20000 manat mənəvi ziyan tələbinə dair mülki iddiası baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericilyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülkiprosessual qanunvericiliyn normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlanadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azəbaycan Respublikası CPM-nin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası CPM-nin 184-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mülmkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hisssində mülki iddianın həlli göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 15 iş saatı vaxt sərf edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, hazırki iş üzrə Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindn Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 90 manat Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X18 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********;AZ34CTRE********************, X6, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin yol polisi bölməsinin cərimə meydançasında saxlanılan Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi FORD TRANSİT-yük markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 Təqsirləndirilən şəxs qarşı 3500 manat maddi ziyan və 20000 manat mənəvi ziyan tələbinə dair mülki iddiası baxılmamış saxlansın. Hazırki iş üzrə Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 90 manat Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X18 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar