Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-60/2022 22.06.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs X1 iştirakı ilə xx xxxxxx 1945-ci il tarixdə Balakən rayonu Şərif kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, təqaüdçü, Balakən rayonu Qabaqçöl qəsəbəsində qeydiyyatda olan və həmin qəsəbədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 263-1.1 və 264-cü maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə Balakən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi cinayət əməlini törətmiş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdə saat 18:00 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi Toyota Camry markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayonu Qabaqçöl qəsəbəsi ərazisində asfalt örtüklü magistral yolda təxminən 40 km/saat sürətlə üzü Qabaqçöl qəsəbəsinin mərkəzi istiqamətində hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda, bunları etmədən yolun sağ kənarı ilə onunla eyni istiqamətdə hərəkət edən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə vurub yerə yıxmış, avtomobilin ön sağ təkəri Zərərçəkmiş şəxs sağ ayağının, arxa sağ təkəri isə sol ayağının üzərindən keçmiş, nəticədə piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sağ incik sümüyünün aşağı 1/3-də az yerdəyişən qapalı sınığı, sol ayağın 1-ci barmağında şişkinlik kimi ümumilikdə zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər yetirərək, yol-nəqliyyat hadisəsi cinayət əməlini törətmiş və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər verməli və xəsarət alana yardım göstərməli olduğu halda, bunları etməyərək, yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələrilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Qabaqçöl qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. O, 24 fevral 2022-ci il tarixdə saat 18 radələrində özünə məxsus Toyota Camry markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 40 km/saat sürətlə Balakən şəhərinin mərkəzindən yaşadığı Balakən rayonu Qabaqçöl qəsəbəsinə doğru hərəkət etmişdir. Həmin vaxt qızı Şahid3 da yanında olmuş və avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Onlar Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısına çatanda yolun sağ kənarı ilə iki nəfər şəxsin onlarla eyni istiqamətdə piyada hərəkət etdiklərini görmüşdür. O, həmin şəxslərin yanına çatanda idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə həmin şəxslərdən birinin, yəni sonradan soyadının, adının və ata adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin qoluna vurmuş və Mahir yerə yıxılmışdır. Buna görə o, əyləci sıxaraq, avtomobili dayandırmışdır. Həmin vaxt Mahirin ayağa qalxıb hərəkət etdiyini gördüyü üçün onun heç bir xəsarət almadığını düşünmüş və avtomobili sürüb oradan yaşadığı evə getmişdir. O, 26 fevral 2022-ci il tarixdə axşam saatlarında yaşadığı Qabaqçöl qəsəbəsinin sakinlərindən eşitmişdir ki, 24 fevral 2022-ci il tarixdə idarə etdiyi avtomobillə vurduğu şəxs Qabaqçöl qəsəbə sakini Zərərçəkmiş şəxsdur və hadisə zamanı Mahir hər iki ayağından xəsarət almışdır. Buna görə də soraqlaşıb Mahirin yaşadığı ünvanı tapmış və hadisə vaxtı yanında olan qızı Şahid3 ilə birlikdə 27 fevral 2022-ci il tarixdə Mahirin yaşadığı evə getmişdir. Həmin vaxt onlara məlum olmuşdur ki, Mahirin sağ ayağının topuq nahiyəsində sınıq, sol ayağının birinci barmağında isə əzik xəsarətləri vardır. Buna görə o, Mahirə dəymiş maddi ziyanı tamamilə ödəyəcəyinə söz vermiş və ondan şikayət etməməsini xahiş etmişdir. Mahir də onunla razılaşmışdır. O, 28 fevral 2022-ci il tarixdə qızı Şahid3 ilə birlikdə yenidən Mahirin yaşadığı evə gedib, orada ilkin olaraq Mahirə 250 manat pul vermiş, əlavə də pul verəcəyini, yəni ona dəymiş maddi ziyanı tamamilə ödəyəcəyini bildirmişdir. Lakin maddi durumu ağır olduğuna görə həmin vaxt Mahirə dəymiş ziyanı ödəyə bilməmişdir. 03 mart 2022-ci il tarixdə polis şöbəsinə dəvət olunanda ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs arvadı hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. O, hadisə baş verən zaman spirtli içkinin və psixotrop maddənin təsiri altında olmamış, hadisə zamanı onun heç bir xəstəliyi olmamış, tam sağlam olmuşdur. Sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitməsindən onun xəbəri olmamış, avtomobili idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun idarə etdiyi avtomobildə qızı Şahid3 başqa heç kim olmamışdır. O, yol-nəqliyyat hadisəsindən sonra avtomobildən düşmək istədikdə Zərərçəkmiş şəxs ayağa qalxıb yolun kənarına doğru hərəkət etdiyini görmüş, buna görə Mahirin hadisə zamanı xəsarət almadığını düşünərək, avtomobildən yerə düşməmiş, özü haqqında zəruri olan məlumatları Zərərçəkmiş şəxs bildirməmiş, Mahirə tibbi yardım təklif edərək xəstəxanaya aparmamış, yol-nəqliyyat hadisəsi barədə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına məlumat verməmiş və hadisə yerindən getmişdir. O, yol nəqliyyat hadisəsi zamanı heç bir xəsarət almamışdır. Hadisə vaxtı Zərərçəkmiş şəxs yanında olan şəxs ona hər hansı bir irad bildirməmiş, Mahirin ayaqlarının təkərlərin altında qalaraq xəsarət aldığını və Mahiri xəstəxanaya aparmaq lazım olduğunu deməmişdir. Əksinə, həmin şəxs ona heç bir problem olmadığını, oradan getməsini bildirmişdir. Həmçinin o, Zərərçəkmiş şəxs ayaqlarının avtomobilin təkərlərinin altında qalmasını hiss etməmiş, Mahir ayağa qalxıb hərəkət etdiyinə görə onun xəsarət almadığını düşünmüş və hadisə yerindən getmişdir. Cinayət əməlləri törətməsini etiraf edib bu əməlləri törətməsindən səmimi peşmançılıq hissi keçirir. Hadisə nəticəsində dəymiş ziyanı könüllü şəkildə tam olaraq Zərərçəkmiş şəxs ödəmiş və Zərərçəkmiş şəxsla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxs ona qarşı heç bir tələb və şikayəti yoxdur. Onun 76 yaşı vardır. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Qabaqçöl qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. O, 24 fevral 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evdən çıxıb, dostu Şahid2lə birlikdə magistral yolun sağ ehtiyat hissəsi ilə, adi yerişlə piyada Qabaqçöl qəsəbəsinin mərkəzinə getmişdir. Onlar Qabaqçöl qəsəbəsində yerləşən “MM Oil” yanacaqdoldurma məntəqəsinin qarşısına çatanda arxadan avtomobil səsinin gəldiyini eşitmiş, buna görə yerində geri çevrilib baxmaq istəyən zaman axradan gələn Toyota Camry markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsi onun sağ qolunun dirsək nahiyəsinə dəymiş, bu zaman o, arxası üstə yerə yıxılmış və ayaqları avtomobilin alt hissəsində qalmışdır. Həmin vaxt Toyota Camry markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ təkəri onun sağ ayağının üzərindən, arxa sağ təkəri isə onun sol ayağının üzərindən keçmiş və nəticədə o, hər iki ayağından xəsarət almışdır. Avtomobilin sürücüsü, yəni sonradan soyadının, adının və ata adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs onun yerə yıxıldığını görüb, avtomobili saxlamışdır. Daha sonra o, özündə güc toplayıb bir neçə saniyəlik ayağa qalxmış, lakin ayaqlarında şiddətli ağrılar olduğuna görə ayaq üstə qala bilməmiş və gedib yolun kənarında olan hasarın yanında yerə oturmuşdur. Bu zaman dostu Şahid2 həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və avtomobilin ön sərnişin oturacağında əyləşən qadına, yəni sonradan Abdulxaliqin qızı olduğunu bildiyi qadına irad bildirərək, avtomobilin təkərlərinin onun ayaqlarının üzərindən keçdiyini, onun xəsarət aldığını və onu xəstəxanaya aparmaq lazım olduğunu desə də, Təqsirləndirilən şəxs avtomobildən yerə düşməmiş, ona heç bir yardım göstərməmiş, özü haqqında ona heç bir məlumat verməmişdir. Təxminən 20-30 saniyə dayandıqdan sonra Təqsirləndirilən şəxs avtomobili sürüb hadisə yerindən uzaqlaşmışdır. Bundan sonra dostu Şahid2 köməklik göstərib onu yaşadığı evə aparmışdır. Səhəri gün, yəni 25 fevral 2022-ci il tarixdə səhər saatlarında ayaqlarındakı ağrılar daha da şiddətləndiyinə görə arvadı Şahid1 və qaynı İlfan Hüseynov taksi avtomobili çağırıb, onu Balakən Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada müayinə olunan zaman onun sağ ayağının topuq nahiyəsində sınıq, sol ayağının birinci barmağında isə əzik xəsarətlərinin olması müəyyən edilmişdir. Müayinə zamanı həkim ondan həmin xəsarətləri hansı şəraitdə aldığını soruşmuş, o isə avtomobilin sürücüsü Təqsirləndirilən şəxs gəlib onu tapacağını, ondan üzrxahlıq edəcəyini və ona dəymiş zərəri ödəyəcəyini düşünmüş, buna görə də həmin xəsarətləri yol-nəqliyyat hadisəsi zamanı aldığını həkimə deməmiş, sadəcə olaraq 24 fevral 2022-ci il tarixdə yaşadığı evin həyətində işləyən zaman ayaqlarının üzərinə ağac kötüyünün düşdüyünü və nəticədə hər iki ayağından xəsarət aldığını bildirmişdir. Daha sonra həkim onun sağ ayağına gips sarğısı qoymuş və evə buraxılmışdır. O, 26 fevral 2022-ci il tarixdə axşamadək gözləsə də, avtomobilin sürücüsü Təqsirləndirilən şəxs onunla maraqlanmamış, ona hər hansı bir yardım göstərməmiş və həmin vaxt ona dəymiş maddi ziyanı ödəməmişdir. Buna görə o, həmin tarixdə dosttanışlarına hadisə barədə məlumat verərək, Toyota Camry markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü tapmalarını xahiş etmişdir. Bir qədər sonra tanışlarından biri onunla əlaqə saxlayaraq, Toyota Camry markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü artıq tapdıqlarını, həmin sürücünün Qabaqçöl qəsəbə sakini Təqsirləndirilən şəxs olduğunu ona bildirmişdir. Səhəri gün, yəni 27 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs və hadisə zamanı yanında olan qızı Şahid3 onun yaşadığı evə gəlmiş, sağalıb ayağa qalxana kimi ona qayğı göstərəcəklərini, ona dəymiş maddi ziyanı tamamilə ödəyəcəklərini bildirmiş və hüquq-mühafizə orqanlarına şikayət etməməsini xahiş etmişlər. O da onların sözlərinə inanıb gözləyəcəyini bildirmişdir. 28 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qızı Şahid3 ilə birlikdə yenidən onun yaşadığı evə gələrək, ona 250 manat pul vermiş, ona əlavə də pul verəcəyini, yəni ona dəymiş maddi ziyanı tamamilə ödəyəcəklərini bildirmiş və çıxıb getmişlər. Lakin bundan sonra nə Təqsirləndirilən şəxs, nə də qızı Şahid3 onunla maraqlanmamış, ona hər hansı bir qayğı göstərməmiş və ona dəymiş maddi ziyanı ödəməmişlər. Buna görə o, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi və ona dəymiş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsi üçün hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat vermək qərarına gəlmişdir. 03 mart 2022-ci il tarixdə səhər saatlarında arvadı Şahid1 onun göstərişi ilə DİN-nin 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ilə onun arasında əvvəllər hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Hadisə zamanı spirtli içki qəbul etməmiş və tam ayıq vəziyyətdə olmuşdur. Hadisə zamanı onun heç bir xəstəliyi olmamış, tam sağlam olmuşdur. Hazırda təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət nəticəsində ona dəymiş ziyanı tam olaraq ona ödəmiş və onunla barışıq əldə etmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Qabaqçöl qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun rəsmi nikahlı əridir. Onlar 24 fevral 2022-ci il tarixdə təxminən saat 17:30 radələrində yaşadıqları evdə olan zaman Mahir qəsəbənin mərkəzinə gedəcəyini deyib evdən çıxmışdır. Təxminən 30 dəqiqədən sonra Mahir dostu Şahid2 yardımı ilə evə qayıtmışdır. Həmin vaxt o, Mahirin yeriməkdə və ayaq üstə dayanmaqda çətinlik çəkdiyini görüb, nə baş verdiyini soruşmuş, Mahir də bir neçə dəqiqə əvvəl dostu Əli ilə birlikdə yolun kənarı ilə piyada qəsəbənin mərkəzinə doğru gedərkən qara rəngli Toyota markalı avtomobilin onu vurub yerə yıxdığını və avtomobilin onun hər iki ayaqlarının üzərindən keçdiyini bildirmişdir. O, Əlinin köməkliyi ilə Mahiri aparıb yatağa yerləşdirmiş və bundan sonra Əli çıxıb getmişdir. Mahirin ayaqlarında ağrılar olduğuna görə, o, Mahirə ilkin yardım göstərmiş və ağrıkəsici dərman vermişdir. Daha sonra Mahirə onu vuran avtomobilin sürücüsünü tanıyıb-tanımaması, sürücünün ona yardım edib-etməməsi barədə sual vermiş, Mahir isə onu vuran sürücünü tanımadığını, hadisə zamanı avtomobildə cavan bir qadının da olduğunu, buna baxmayaraq, sürücünün və yanındakı qadının ona heç bir yardım etmədən hadisə yerini tərk etdiklərini bildirmişdir. Lakin Mahir avtomobilin sürücüsünün onları tapacağını, ona qayğı göstərəcəyini və maddi cəhətdən müalicəsinə köməklik edəcəyini düşünərək, hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Səhəri gün, yəni 25 fevral 2022-ci il tarixdə səhər saatlarında Mahirin ayaqlarındakı ağrılar daha da şiddətləndiyinə görə o, qardaşı İlfan Hüseynovu yaşadıqları evə çağırmış, qardaşı gəldikdən sonra taksi avtomobili çağırıb birlikdə Mahiri Balakən Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada müayinə zamanı Mahirin sağ ayağında sınıq, sol ayağında əzik xəsarətlərinin olması müəyyən edilmişdir. Müayinə zamanı həkim Mahirdən həmin xəsarətləri hansı şəraitdə aldığını soruşmuş, Mahir də 24 fevral 2022-ci il tarixdə həyətdə işləyən zaman ayaqlarının üzərinə ağac kötüyünün düşdüyünü bildirmişdir. Müayinədən sonra Mahirin sağ ayağına gips sarğısı qoyulmuş və o, evə buraxılmışdır. 26 fevral 2022-ci il tarixdə axşam saatlarında onlara məlum olmuşdur ki, Mahiri vuran sürücü Qabaqçöl qəsəbə sakini Təqsirləndirilən şəxsdur. Hadisədən üç gün sonra, yəni 27 fevral 2022-ci il tarixdə Mahiri vuran avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisə zamanı yanında olan qızı Şahid3 ilə birlikdə onların yaşadıqları evə gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onun əri Mahirə sağalıb ayağa qalxana kimi qayğı göstərəcəklərini, Mahirə dəymiş ziyanı tamamilə ödəyəcəklərini bildirmiş və hüquq-mühafizə orqanlarına şikayət etməmələrini xahiş etmişdir. Onlar da Təqsirləndirilən şəxs sözlərinə inanıb gözləmişlər. Səhəri gün, yəni 28 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qızı Şahid3 ilə birlikdə yenidən onların yaşadıqları evə gələrək, onun əri Mahirə 250 manat pul vermiş, yenə pul verəcəklərini, yəni əri Mahirə dəymiş maddi ziyanı tamamilə ödəyəcəklərini bildirmiş və çıxıb getmişlər. Lakin bundan sonra nə Təqsirləndirilən şəxs, nə də onun qızı Şahid3 Mahirlə maraqlanmamış, hər hansı bir qayğı göstərməmiş və dəymiş maddi ziyanı ödəməmişlər. Buna görə o, sürücü Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi və ərinə dəymiş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsi üçün 03 mart 2022-ci il tarixdə səhər saatlarında əri Mahirin göstərişi ilə DİN-nin 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs onun əri Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəmiş və Zərərçəkmiş şəxsla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Xalatala kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs xeyli müddətdir tanıyır və aralarında dostluq münasibəti vardır. O, 24 fevral 2022-ci il tarixdə təxminən saat 18 radələrində Mahirin yaşadığı evin qarşısında Mahirlə görüşmüş və birlikdə Mahirin yaşadığı Qabaqçöl qəsəbəsinin mərkəzinə gedib vaxt keçirmək qərarına gəlmişlər. Onlar Mahirin evindən üzü qəsəbənin mərkəzinə doğru piyada yolun sağ kənarı ilə hərəkət edərkən arxadan gələn qara rəngli Toyota Camry markalı avtomobil Mahiri vuraraq yerə yıxmış və avtomobilin təkərləri Mahirin hər iki ayaqlarının üstündən keçib irəlidə dayanmışdır. Həmin vaxt Mahir bir neçə saniyəlik ayağa qalxsa da, lakin hər iki ayağından xəsarət aldığına görə ayaq üstə qala bilməmiş və yolun kənarına gedib yerdə oturmuşdur. Bu zaman o, həmin avtomobilin yaşlı sürücüsünə və avtomobilin ön sərnişin oturacağında əyləşən cavan qadına iradını bildirərək, avtomobilin təkərlərinin Mahirin ayaqlarının üzərindən keçdiyini, Mahirin xəsarət aldığını və yardım göstərib xəstəxanaya aparmaq lazım olduğunu demişdir. Lakin avtomobilin sürücüsü onun sözlərinə əhəmiyyət verməmiş, avtomobildən yerə düşməmiş, Mahirə heç bir yardım göstərməmiş, özü haqqında onlara heç bir məlumat verməmişdir. Hadisə yerində bir neçə saniyə dayandıqdan sonra sürücü avtomobili sürüb hadisə yerindən uzaqlaşmışdır. Bundan sonra o, Mahirin qoluna girərək köməklik göstərib, Mahiri yaxınlıqda olan yaşadığı evə aparmış, daha sonra oradan çıxıb yaşadığı evə getmişdir. Səhəri gün, yəni 25 fevral 2022-ci il tarixdə ona məlum olmuşdur ki, Mahir hadisə zamanı aldığı xəsarətlə bağlı xəstəxanaya müraciət etmiş və müayinə zamanı sağ ayağında sınıq xəsarəti aşkar olunmuşdur. O, Mahirə xəstəxanaya getməyi təklif etmiş, lakin Mahir həmin sürücünün böyük ehtimalla gəlib onu tapacağını, ona yardım edəcəyini bildirmiş və onu yaşadığı evə aparmasını xahiş etmişdir. Buna görə o, Mahirin qoluna girərək, köməklik göstərib Mahiri yaxınlıqda olan yaşadığı evə aparmışdır. O, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı heç bir xəsarət almamışdır. O, Mahirin özünün polisə məlumat verəcəyini düşünmüş, buna görə hadisə barədə polisə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Abdulxaliq qızı ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Qabaqçöl qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. O, 24 fevral 2022-ci il tarixdə təxminən saat 18 radələrində atası Təqsirləndirilən şəxslə birlikdə Balakən şəhərinin mərkəzindən yaşadıqları evə gedən zaman atası özünə məxsus Toyota Camry markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, o isə ön sərnişin oturacağında əyləşmişdir. Onlar Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısına çatanda atası avtomobilin ön hissəsi ilə yolun sağ kənarı ilə onlarla eyni istiqamətdə piyada hərəkət edən iki nəfər şəxslərdən birini vurmuş və həmin şəxs yerə yıxılmışdır. Buna görə atası avtomobili saxlamışdır. Həmin vaxt atasının avtomobillə vurduğu şəxs, yəni sonradan adının Mahir olduğunu bildikləri şəxs yerdən ayağa qalxıb yolun kənarına doğru hərəkət etməyə başlamışdır. Buna görə onlar Mahirin xəsarət almadığını düşünmüş və atası avtomobili sürüb oradan yaşadıqları evə getmişdir. O, 26 fevral 2022-ci il tarixdə axşam saatlarında yaşadıqları evdə olan zaman atasından eşitmişdir ki, 24 fevral 2022-ci il tarixdə atasının idarə etdiyi avtomobillə vurduğu şəxs Qabaqçöl qəsəbə sakini Zərərçəkmiş şəxsdur və hadisə zamanı Mahir hər iki ayağından xəsarət almışdır. Buna görə atası soraqlaşıb Mahirin yaşadığı ünvanı tapmış və atası ilə birlikdə 27 fevral 2022-ci il tarixdə Mahirin yaşadığı evə getmişlər. Həmin vaxt onlara məlum olmuşdur ki, Mahirin sağ ayağının topuq nahiyəsində sınıq, sol ayağının birinci barmağında isə əzik xəsarətləri vardır. Buna görə atası Mahirə dəymiş maddi ziyanı tamamilə ödəyəcəyinə söz vermiş və şikayət etməməsini xahiş etmişdir. Mahir də onun atası ilə razılaşaraq, gözləyəcəyini bildirmişdir. 28 fevral 2022-ci il tarixdə o, atası ilə birlikdə yenidən Mahirin yaşadığı evə getmiş, orada atası ilkin olaraq Mahirə 250 manat pul vermiş, əlavə də pul verəcəyini, yəni sonuncuya dəymiş maddi ziyanı tamamilə ödəyəcəyini bildirmiş, lakin, sonradan atası Mahirə dəymiş maddi ziyanı ödəyə bilməmişdir. 03 mart 2022-ci il tarixdə polis şöbəsinə dəvət olunanda onlara məlum olmuşdur ki, Zərərçəkmiş şəxs arvadı hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. O, yol-nəqliyyat hadisəsi zamanı hər hansı bir xəsarət almamış, buna görə məhkəmə tibbi ekspertizasında tibbi müayinədən keçməkdən imtina etmişdir. Hadisə zamanı onun atası avtomobili saxlayanda Zərərçəkmiş şəxs ayağa qalxıb yolun kənarına doğru hərəkət etdiyini görmüş, buna görə onlar Mahirin heç bir xəsarət almadığını düşünərək, avtomobildən yerə düşməmiş, özləri haqqında zəruri olan məlumatları Zərərçəkmiş şəxs bildirməmiş, Mahirə tibbi yardım təklif edərək xəstəxanaya aparmamış, yol-nəqliyyat hadisəsi barədə aidiyyəti üzrə polis orqanlarına məlumat verməmiş və hadisə yerindən getmişlər. Hadisə vaxtı Zərərçəkmiş şəxs yanında olan şəxs onlara hər hansı bir irad bildirməmişdir. Xatırladığı qədərilə həmin şəxs onun atasına heç bir problem olmadığını demişdir. Həmçinin Zərərçəkmiş şəxs hadisə zamanı ayağa qalxıb hərəkət etdiyinə görə onlar Mahirin xəsarət almadığını düşünərək, hadisə yerindən getmişlər. Hazırda atası Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş ziyan könüllü şəkildə tam olaraq ödənilmiş və Zərərçəkmiş şəxs ilə barışıq əldə edilmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini dinləyərək, habelə işdəki digər sübutları tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələrilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materiallarında olan 03 mart 2022ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə təqdim etdiyi, baş vermiş yol-nəqliyyat hadisəsinə dair videogörüntüləri özündə əks etdirən 01 ədəd CD diskə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmişdir. Diskdə olan 01 ədəd 7,482 KB həcmdə VİD-20220303-WA0006 adlı 33 saniyəlik videofayl açılan zaman görünmüşdür ki, qara rəngli bir minik avtomobili hərəkətdə olarkən yolun kənarı ilə piyada hərəkət edən piyadalardan birini vurub yerə yıxmış, yerə yıxılan piyada ayağa qalxaraq gedib yolun kənarında olan hasarın dibində oturmuş, avtomobil isə bir neçə saniyə dayandıqdan sonra hadisə yerindən uzaqlaşmışdır. Baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, videogörüntüdə piyada üzü Qabaqçöl qəsəbəsinin mərkəzinə doğru yolun sağ ehtiyat hissəsi ilə hərəkət edən o və dostu Şahid2dir. Onu vuran həmin qara rəngli avtomobil isə Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Camry markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Təqsirləndirilən şəxs onu idarə etdiyi avtomobillə vurub yerə yıxdıqdan sonra avtomobil onun ayaqlarının üzərindən keçmiş, o, hadisə zamanı hər iki ayağından xəsarət alsa da, Təqsirləndirilən şəxs ona heç bir yardım göstərmədən və özü haqqında məlumat vermədən avtomobili sürüb hadisə yerindən uzaqlaşmışdır. İş materiallarında olan 04 mart 2022-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan, həmin protokola əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, baxış Balakən rayonu Şambul kəndindən Balakən rayonu Qabaqçöl qəsəbəsi istiqamətində keçirilmişdir. Hadisə yeri Toyota Camry markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tərəfindən göstərilmişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi Balakən rayonu Qabaqçöl qəsəbəsində baş vermişdir. Hadisə yerində yolun hərəkət hissəsi düz, asfaltbeton örtüklü olmaqla, hadisə zamanı quru olmuşdur. Hadisə yerində yolun iki hərəkət istiqaməti, iki hərəkət zolağı var. Hadisə baş verdiyi yerdə yolun hər iki hərəkət hissəsinin eni 3,0 metr olmaqla, yolun ümumi hərəkət hissəsinin eni 6,0 metrdir. Yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün düz xətt vardır. Yolun hərəkət hissəsinə sağdan 1,90 metr enində, soldan 10 mert enində yol çiyini birləşir. Hadisə yerinin sağ tərəfində kənd tipli tikililər, sol tərəfində isə MM Oil yanacaqdoldurma məntəqəsi yerləşir. Hadisə yerində yol şəhər elektrik işığı ilə işıqlandırılır. Piyadanın vurulma yeri Qabaqçöl qəsəbəsi istiqamətində düz xətdən sağ ehtiyat hissəyə doğru 3,70 metr məsafədə yerləşir. Həmin yerdən sağ ehtiyat hissənin qurtaracağına 1,2 metr məsafə vardır. Piyadanın vurulduğu yer Qabaqçöl qəsəbəsi istiqamətində sağ ehtiyat hissədə yerləşir. Piyada Kusilov X10 rayonu Qabaqçöl qəsəbəsi istiqamətində yolun sağ hissəsi ilə düzünə və adi yerişlə hərəkət etmişdir. Hadisə yerində nəqliyyat vasitəsinin ətrafdakı əşyalara toxunma izləri, şin izləri və tormozlama izləri aşkar edilməmişdir. Toyota Camry markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi baş verməzdən əvvəl saz vəziyyətdə olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 15 mart 2022-ci il tarixli 47 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər- sağ incik sümüyünün aşağı 1/3-də az yerdəyişən qapalı sınığı, sol ayağın 1-ci barmağında şişkinlikbərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 24 fevral 2022-ci ildə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, ümumilikdə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilirlər. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 01 aprel 2022ci il tarixli 8/690 nömrəli rəyindən görünür ki, təqdim olunmuş məlumatlara əsasən Toyota Camry markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; sürücü Xatayev avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur; sürücü Xatayev piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir. İş materiallarında olan AF seriyalı, 605209 №-li sürüclük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs sürüclük vəsiqəsi verilmiş, həmin vəsiqənin etibarlılıq müddəti xx.xx.2022-ci il tarix göstərilmişdir. İş materiallarında olan Balakən RİHB-nın Qabaqçöl qəsəbə icra nümayəndəliyi tərəfindən 09 mart 2022-ci il tarixdə verilmiş 34 nömrəli xasiyyətnamədən görünür ki, həmin xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. İş materiallarında olan Tələbnamə üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 6 saylı məlumat-arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 12 may 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan və idarə etdiyi Toyota Camry markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və saxlanc üçün Balakən Rayon Polis X11 Polisi Bölməsinin cərimə meydançasına təhvil verilmiş, hadisə yerinin görüntülərini özündə əks etdirən 1 ədəd CD diski və hadisə yerinə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 1 ədəd CD diski sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmiş və onunla barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Beləliklə, işdəki sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263- 1.1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyi, məhkəmə yol-nəqliyyat hadisələri eskpertizasının rəyi, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, həmin protokola əlavə edilmiş sxem və hadisə yerinin fotoşəkilləri, diskə baxış protokolu, həmin protokola əlavə edilmiş 01 ədəd CD disk, baxış keçirilməsi barədə protokol, həmin protokola əlavə edilmiş 01 ədəd CD disk, zərər çəkmiş şəxsin ifadəsi, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahid ifadələri, maddi sübut və cinayət işinə əlavə edilmiş digər sənədlərlə təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməllərdə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə hesab edir ki, bu etirafın əks olunduğu təqsirləndirilən şəxsin ifadəsi könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməli, həmçinin bu xüsusat təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X3rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya və təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hal kimi dəyərləndirilə bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməlidir. Məhkəmə baxışının gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli olması müəyyən edildiyi üçün, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə barəsində ittiham hökmü çıxarılmalı və ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələrilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində, bu Məcəllənin 263.1ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda və CM-nin 264-cü maddəsində bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törədilməsi, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində isə cəzanı ağırlaşdıran hallar nəzərdə tutulmuşdur. Məhkəmə iş materiallarına və Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, cinayət əməlləri törətməsini etiraf edib bu əməlləri törətməsindən səmimi peşmançılıq çəkməsini, ahıl yaşda olmasını və yaşadığı ərazidə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs istinad olunan Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş əməl az ağır və ehtiyatsızlıqdan törədilən cinayət, CM-nin 264-cü maddəsində nəzərdə tutulan əməl isə böyük ictimai təhlükə törətməyən və qəsdən törədilən cinayət əməlidir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar vardır, cəzasını ağırlaşdıran hallar isə mövcud deyildir. Nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində həmçinin ilk dəfə az ağır cinayət əməli törətmiş, zərərçəkmiş şəxslə barışıq əldə etməklə və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq zərərçəkmiş şəxsə tamamilə ödəməklə öz ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs ahıl yaşdadır, yaşadığı ərazidə müsbət xarakterizə olunur, onun məhkumluğu yoxdur. Yuxarıda şərh olunanlar Təqsirləndirilən şəxs cinayət əməllərindən peşmançılığının səmimi olduğunu göstərir. Ona görə də şərh olunan bu hallar cəzanın məqsədlərinə nail olunması baxımından Təqsirləndirilən şəxs cəza təyin edilməsində mütləq nəzərə alınmalıdır. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü tarixli, 5 №-li qərarının 21-ci bəndində göstərilir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq, zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi, cinayət əməlləri törətməsini etiraf edib bu əməlləri törətməsindən səmimi peşmançılıq çəkməsi, azıl yaşda olması və yaşadığı ərazidə müsbət xarakterizə olunması kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi, cinayət əməlləri törətməsini etiraf edib bu əməlləri törətməsindən səmimi peşmançılıq çəkməsi, azıl yaşda olması və yaşadığı ərazidə müsbət xarakterizə olunması kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb, onun cəza çəkmədən də islah olunmasını mümkün sayaraq,hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, ona qəti olaraq təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli, Abdulxalıq Xatayevə 1 (bir) il sınaq müddəti müəyyən olunmalı, bu sınaq müddətinin əvvəli hazırki hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşadığı ərazi üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə qeyd etməyi lazım bilir ki, cəzanın şərti olaraq tətbiq edilməsi cinayət məsuliyyətinin reallaşmasının xüsusi formasıdır. Belə ki, dövlət adından ittiham hökmü çıxarılmaqla şəxs cinayət əməli törədilməsində təqsirli bilinir və ona cəza verilməklə, həmin cəza şərti hesab edilir. Cəzanın şərti olaraq tətbiq edilməsi məhkəməyə cinayət məsuliyyətinin fərdiliyinin təmin olunması üçün əlavə imkan verir, daha humanist formada şəxsə cəmiyyətdən təcrid olunmadan islah olunması, cəzanı icra etmədən onun məqsədlərinə nail olunması üçün şərait yaradır. Məhkəmə onu da vurğulayır ki, şərti məhkum etmənin tətbiq olunması işin bütün halları ilə əlaqələndirilməlidir. Bu zaman məhkumun cinayət əməli törətməmişdən qabaq davranışı, onun həyat tərzi, tərbiyəsi və cinayət əməli törətdikdən sonra onun davranışı nəzərə alınmalıdır. Eyni zamanda şərti məhkum etmənin tətbiq olunması üçün şəxsin psixikasında və həyat şəraitində olan dəyişiklik, onun qanunlara və digər sosial normalara münasibətinin dəyişib-dəyişilməməsi müəyyən olunmalıdır. Yuxarıda qeyd edildiyi kimi, cəza talion prinsipinə, yəni qisas almaq məqsədinə deyil, məhkumun islah olunmasına, onun və digər şəxslərin cinayət əməllərindən çəkindirilməsinə və sosial ədalətin bərpasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs 76 yaşı olmaqla ahıl bir insandır. O, cinayət əməli törətməsindən əvvəl də yaşadığı ərazidə müsbət xarakterizə olunmuş, cinayət əməli törətməsindən sonra cinayət qanunu ilə nəzərdə tutulmuş hər hansı əməli yenidən törətməmiş, həmçinin «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinin qaydalarını pozmamış, bu zaman üzərinə qoyulan vəzifələri yerinə yetirmiş, ibtidai istintaqın və məhkəmənin çağırışlarına vaxtlıvaxtında gəlmiş, işin ədalətli, tam və obyektiv araşdırılmasına heç bir maneçilik törətməmişdir. Göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, bu hallar, Təqsirləndirilən şəxs cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olması, ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması istəyinin göstəriciləridir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri davamlı antisosial yönümün nəticəsi olmamışdır. Yuxarıda şərh olunanlar Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükə törətmədiyini göstərir. Qeyd olunanlar əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunması ahıl insan olması konteksində onun həyatına, psixoloji durumuna bərpaolunmaz mənfi təsir göstərəcəkdir. Azərbaycan Respublikası CM-nin 9-cu maddəsində təsbit olunmuş humanizm prinsipi həm də təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs məhz 76 yaşında bir insan olması bu mərhəmətin göstərilməsini şərtləndirən mühüm arqument kimi qəbul olunmalıdır. Məhkəmə xüsusi qeyd edir ki, humanizm insanın şəxsiyyət kimi qiymətini müəyyən edən, onun ləyaqətinə hörmətlə yanaşmağı aşılayan, onun rifahını ictimai prosesin məqsədi kimi qəbul edən mənəvi mövqedir. Humanizm prinsipi insan şəxsiyyətini əsas prioritet sayan Azərbaycan Respublikasının konstitusion quruluşundan irəli gələn bir meyardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyinin tətbiqi belə vəzifənin həyata keçirilməsi üsullarından biridir. Cinayət qanunvericiliyində humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsində öz əksini tapır. Əks hal, yəni humanizm prinsipinin ancaq zərərçəkmiş şəxslərə tətbiq edilməsi qanunçuluq, ədalət və hümanizm prinsiplərinin pozuntusu olardı. Dünya praktikasında cinayət əməli törədən şəxsə qarşı münasibət humanizm prinsipinin cinayət hüququnda həyata keçirilməsinin göstəricisidir. Cinayət əməli törətmiş şəxsə qarşı humanizm prinsipinin həyata keçirilməsi institutlarından biri də heç şübhəsiz şərti məhkum etmə institutudur. Şərti məhkum etmənin tətbiq edilməsi şəxsə qarşı humanizmin tətbiqinin göstəricisi olmaqla, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan bir amil kimi qəbul olunmalıdır. Məhz dövlətin humanizm siyasəti konteksində Azərbaycan Respublikası Prezidenti 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Sərəncamında o cümlədən şərti məhkum etmənin geniş tətbiq edilməsini xüsusi olaraq önə çəkmişdir. Məhkəmə onu nəzərə çatdırır ki, şərti məhkum etmənin tətbiqi cinayət məsuliyyətinin xüsusi forması olmaqla, heç də şəxsi cəzadan azad etmir. Qanunda bu institutun tətbiqi zamanı bir sıra nəzarət mexanizmləri nəzərdə tutulmuşdur. Belə ki, şərti məhkum etmə təyin edilərkən, məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Həmçinin məhkumun üzərinə müəyyən vəzifələr qoyula bilər. Eyni zamanda bu şəxslər üzərində müvafiq orqanlar tərəfindən nəzarət həyata keçirilir (Azərbaycan Respublikası CM-nin 70.3, 70.5 və 70.6-cı maddələri). CM-nin 71.2-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdığına və ya ictimai qaydanı pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, məhkəmə bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövlət orqanının təqdimatı əsasında sınaq müddətini bir ildən çox olmayaraq uzada bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırdıqda, bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövlət orqanının təqdimatı əsasında məhkəmə şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında qərar çıxarır. Göstərilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yuxarıda göstərilən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, cinayət əməlinin davamlı antisosial davranış formasının məntiqi nəticəsi kimi olmaması, ahıl yaşda olması, humanizm və ədalət prinsiplərinin nəzərə alınması konteksində ədalətli və qanuni olmaqla, onun islah olunmasına və cəzanın digər məqsədlərinə nail olunmasına şərait yaradacaqdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X4, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis X11 Polisi Bölməsinin cərimə meydançasında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan Toyota Camry markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılmalı, hadisə yerinin görüntülərini özündə əks etdirən 1 ədəd CD diski və hadisə yerinə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 1 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci və 264cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264cü maddəsilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və ona 1 (bir) il sınaq müddəti təyin edilsin; sınaq müddətinin əvvəli hazırki hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın; Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu:142319, büdcə səviyyəsinin kodu: 3 SAP (XİİS) hesabı, Adı X4, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis X11 Polisi Bölməsinin cərimə meydançasında saxlanılan Təqsirləndirilən şəxs məxsus olan Toyota Camry markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılsın; hadisə yerinin görüntülərini özündə əks etdirən 1 ədəd CD diski və hadisə yerinə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 1 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-60/2022
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-60/2022
22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver