Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-60/2023 16.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, X2 oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.2000-ci ildə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ibtidai təhsilli, subay, işləməyən, məhkum olunmuş-Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Salyan Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, məhkumluğu ödənilməmiş, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və yaşayan, barəsində Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1 və 234.2-ci madddələrilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma, saxlama və qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, daşıma, saxlama və satma cinayət əməllərini törətmişdir. Belə ki, o, 29 yanvar 2023-cü il tarixdə Balakən rayonu Hənifə kəndinin Gülzan yaşayış məntəqəsinin çöllük ərazisinin kolluq sahəsindən tapdığı yabanı halda bitmiş 1 (bir) ədəd qurumuş vəziyyətdə olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən hissələrini yığıb əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 11,29 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuananı qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib bir ədəd şəffaf sellofan bükümə və bir ədəd kibrit qutusuna doldurub üzərində daşıyaraq saxlamış, daha sonra niyyətini dəyişərək 02 fevral 2023-cü il tarixdə günorta radələrində qəsdən, satış məqsədi və tamah niyyəti ilə həmin narkotik vasitə-qurudulmuş marixuananın bir ədəd şəffaf sellofan bükümdə şəxsi istehlak miqdarında, yəni 3,65 qram olan hissəsini ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan tanışı Şahid4 10 (on) manat müqabilində satmış, qalan hissəsini, yəni çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda- 7,64 qram olan bir ədəd kibrit qutusundakı kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı isə satış məqsədi olmadan qəsdən, qanunsuz olaraq əynindəki idman şalvarının sağ yan cibinə qoymaqla daşıyaraq şəxsi istehlakı məqsədi ilə üzərində saxlamışdır. 02 fevral 2023-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ünvan 4 ünvanda yaşayan Qazaxov X12 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində həmin gün saat 18:50-dən 19:20-dək olan müddət ərzində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs ona satdığı 3,65 qram çəkidə qurudulmuş marixuana Şahid4 üzərindən, həmin tədbirin davamı olaraq 02 fevral 2023-cü il tarixdə Qarayev X5 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində həmin gün saat 21:30-dan 22:10dək olan müddət ərzində şəxsi axtarış keçirilərkən onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda şəxsi istehlakı məqsədi ilə əldə edib daşıyaraq bir ədəd kibrit qutusunda üzərində saxladığı təmiz çəkisi 7,64 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə-qurudulmuş marixuana əynindəki idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan olunmuş ittiham üzrə təqsirli bilərək, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə elan olunmuş ittiham üzrə isə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, özü narkotik vasitə istifadəçisidir. Balakən şəhər sakini olan Şahid4 ilə 2022-ci ildə Salyanda cəzaçəkmə müəssisəsində tanış olmuşlar. 2023-cü ilin yanvar ayının 29-da Balakən rayonu Hənifə kəndinin Gülzan yaşayış məntəqəsinin çöllük ərazisində olduğu zaman oradakı kolluq sahədən 01 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisini tapmışdır. Həmin bitki qurumuş vəziyyətdə olmuşdur. Tapdığı çətənə bitkisinin yararlı hissələrini yığıb yerindəcə bir ədəd kibrit qutusuna doldurub və bir ədəd sellofana büküb üzərində saxlamışdır. Tapdığı yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisini də həmin yerdəcə yandırıb məhv etmişdir. Kibrit qutusuna və bir ədəd sellofana doldurub üzərində saxladığı həmin 11,29 qram narkotik vasitə-qurudulmuş marixunanın üzərindən götürüb təxminən 2 və ya 3 dəfə istifadə etmişdir. Qalan qurudulmuş marixuananı isə üzərində saxlamışdır. Şahid4 2023-cü ilin yanvar ayında atası Rövşən Qarayevin istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsinə zəng edərək onun cəzaçəkmə müəssisəsindən qayıdıbqayıtmamağı ilə maraqlanmışdır. Lakin o, 10 manat müqabilində Şahid4 narkotik vasitə olan qurudulmuş marixuana satmamışdır. O, 02 fevral 2023-cü il tarixdə Şahid4 10 manat pulu narkotik vasitənin satış pulu kimi deyil, borc olaraq götürmüşdür. Həmin pul polis tərəfindən nömrələnmiş puldur. Belə ki, Polis şöbəsində polis əməkdaşı Bəxtiyar Cəfərov həmin pulun nömrəli olduğunu ona bildirmişdir. Ona CM-nin 234.2-ci maddəsilə düzgün ittiham verilməmişdir. Barəsində qanuni qərarın çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaqda təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində isə Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.2-ci maddələrilə özünü təqsirli bilərək göstərmişdir ki, Balakən rayonu Hənifə kəndində valideynləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmişdir. 2022-ci ilin dekabr ayının 22-də cəzaçəkmə müəssisəsindən qayıtmışdır. Özü narkotik vasitə istifadəçisidir. Balakən şəhər sakini olan Şahid4 ilə 2022ci ildə Salyanda cəzaçəkmə müəssisəsində tanış olmuşdur. 2023-cü ilin yanvar ayının 29da Balakən rayonu Hənifə kəndinin Gülzan yaşayış məntəqəsinin çöllük ərazisində olduğu zaman oradakı kolluq sahədən 01 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisini tapmışdır. Həmin bitki qurumuş vəziyyətdə olmuşdur. Tapdığı çətənə bitkisinin yararlı hissələrini yığıb yerindəcə bir ədəd kibrit qutusuna doldurub və bir ədəd sellofana büküb üzərində saxlamışdır. Tapdığı yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisini də həmin yerdəcə yandırıb məhv etmişdir. Kibrit qutusuna və bir ədəd sellofana doldurub üzərində saxladığı həmin narkotik vasitə-qurudulmuş marixunanın üzərindən götürüb təxminən 2 və ya 3 dəfə istifadə etmişdir. Qalan qurudulmuş marixuananı isə üzərində saxlamışdır. Şahid4 2023-cü ilin yanvar ayında atası Rövşən Qarayevin istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsinə zəng edərək, onun cəzaçəkmə müəssisəsindən qayıdıb-qayıtmamağı ilə maraqlanmışdır. Atası da Fəridə onun qayıtdığını bildirmişdir. Şahid4 təxminən yanvar ayının sonunda iki gün dalbadal yaşadığı ünvana gəlib onunla görüşmüşdür. xx.xx.2023-cü il tarixdə Şahid4 istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsindən bacısı Şəlaləyə məxsus olan, lakin onun istifadəsində olan 051 *** ** ** mobil telefon nömrəsinə təxminən 10 dəfə zəng edərək, onunla əlaqə saxlayaraq, ondan özünə narkotik vasitə-qurudulmuş marixuana satmağını istəmişdir. Fərid onda qurudulmuş marixuana olduğunu bilirdi. Fəridə narkotik satmaq istəməmişdir, lakin Fərid zəng edib əl çəkməmiş, vəziyyətinin pis olduğunu, narkotik vasitə istifadə etməli olduğunu deyib, ondan narkotik vasitə istəmişdir. Fərid yalvardığına görə Fəridə narkotik vasitə satmağa razı olmuşdur. Həmin gün təxminən bir müddət sonra çıxıb Balakən şəhərinə gəlmiş və Şahid4 yaşadığı ünvanın yaxınlığında onunla görüşərək, bir ədəd sellofan bükümdə üzərində saxladığı narkotik vasitə-qurudulmuş marixuananı Şahid4 satmışdır. Həmin narkotik vasitənin müqabilində Şahid4 ona iki ədəd 5 manatdan ibarət cəmi 10 manat pul vermişdir. Şahid4 satdığı bir ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitəni ona satmazdan əvvəl yuxarıda da qeyd etdiyi kimi 2-3 dəfə üzərindən götürüb istifadə etmişdir. Nə qədər istifadə etdiyini bilmir. Şahid4 da həmin narkotik vasitəni satarkən çəkisini bilmirdi. xx.xx.2023-cü il tarixdə axşam radələrində Balakən şəhərində yerləşən «Balməkan İstirahət və Əyləncə Mərkəzi»nin yaxınlığında olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq, Balakən RPŞ-yə dəvət etmişlər. Balakən RPŞ-də ona təqdim edilmiş siyahıdan hüquqlarını müdafiə etmək üçün dövlət hesabına seçdiyi vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı ondan üzərimdə qanunsuz saxladığı əşya və ya narkotik vasitə olub-olmadığını soruşduqda əynindəki qara rəngli idman şalvarının sağ yan cibində saxladığı bir ədəd kibrit qutusunda olan narkotik vasitə-qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Təhqiqatçı ondan həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda, üzərindən aşkarlanmış həmin narkotik vasitəni yaşadığı Balakən rayonu Hənifə kəndinin Gülzan yaşayış məntəqəsinin çöllük ərazisindən qurumuş vəziyyətdə tapdığı bir ədəd çətənə bitkisinin üzərindən yığıb əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı ondan Şahid4 narkotik vasitə satıb-satmadığını soruşduqda, Şahid4 10 manat pul müqabilində narkotik vasitə satdığını bildirmiş və Şahid4 satdığı narkotik vasitənin müqabilində Şahid4 ona verdiyi həmin iki ədəd 5 manatdan ibarət olan cəmi 10 manat pulu da polis əməkdaşlarına təqdim etmişdir. Üzərində şəxsi axtarış aparılarkən başqa heç bir qanunsuz əşya və narkotik vasitə aşkarlanmamışdır. Üzərindən aşkarlanmış narkotik vasitə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisi 10,03 qram olmuşdur. Həmin narkotik vasitə bir ədəd kağız zərfə qoyularaq möhürlənib qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış fasiləsiz olaraq polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə qeydə alınmışdır. Şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Hüquqlarını müdafiə edən vəkil Müdafiəçi iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM X19 tərəfindən verilmiş ekspert rəyi ilə tanış olduğu zaman ona məlum olmuşdur ki, Şahid4 10 manat pul müqabilində satdığı və onun üzərindən bir ədəd sellofan bükümdə aşkarlanmış kütlə təmiz çəkisi 3,65 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Həmçinin həmin ekspert rəyi ilə tanış olduğu zaman ona məlum olmuşdur ki, onun üzərindən bir ədəd kibrit qutusunda aşkarlanmış kütlə təmiz çəkisi 7,64 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Onun üzərindən və Şahid4 üzərindən aşkarlanmış qurudulmuş marixuanaların ekspert rəyinə görə tərkiblərinin eyni olması da ona aydın olmuşdur. Ekspert rəyi ona mahiyyəti üzrə izah olunmuşdur, aydındır, ekspert rəyi ilə razıdır. Üzərində narkotik vasitə saxlamaqda məqsədi həmin narkotik vasitədən özü üçün istifadə etmək olmuşdur. Şahid4 ilk dəfə idi ki, narkotik vasitə satmışdır. Əvvəllər nə Şahid4, nə də ki hər hansı başqa bir şəxsə narkotik vasitə satmamışdır. Üzərində saxladığı narkotik vasitəni satmaq fikri olmamışdır. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin PPXB-də manqa komandiri işləyir. xx.xx.2023-cü il tarixdə Balakən şəhər sakini Şahid4 narkotik vasitələr qəbul etməsi və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə Balakən RPŞ-nin CAB-na əməliyyat məlumatları daxil olmuşdur. Balakən RPŞ-nin CABnin əməliyyat müvəkkili Şahid1 keçirilmiş əməliyyat müəyyənləşdirilməsinin nəticəsində həmin şəxsin xx.xx.1997-ci ildə Balakən rayonu Gərəkli kəndində anadan olmuş, Balakən şəhəri Rəsul Rza küçəsi ev-24-də qeydiyyatda olmaqla yaşayan, əvvəllər məhkum olunmuş Şahid4 olmasını müəyyən etmiş və Balakən RPŞ-nin rəisinə raportla məruzə edib, daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə narkotik vasitələr qəbul etməkdə və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməkdə şübhəli olan Şahid4 ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə istəmişdir. Balakən RPŞ-nin rəisinin göstərişinə əsasən Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş və RPŞ-nin PPXB-nin əməkdaşları kimi onun və Şahid3 iştirakları ilə Şahid1 rəhbərliyi altında əməliyyat-axtarış qrupu yaradılmışdır. 02 fevral 2023-cü il tarixdə saat 17-18 radələrində Şahid1, onun və PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid3 iştirakı ilə birlikdə keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində narkotik vasitələr qəbul etməkdə və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməkdə şübhəli olan Balakən şəhər sakini Şahid4 yaşadığı küçənin girişində aşkar olunaraq onlar tərəfindən əməliyyat müşahidəsinə götürülmüşdür. Əməliyyat-axtarış qrupunun üzvləri olaraq Şahid4 yaxınlaşıb üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bildirərək, üzərində şəxsi axtarış aparılması üçün Şahid4 Balakən RPŞ-yə gətirilmişdir. xx.xx.2023-cü il tarixdə Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Şahid4 üzərində həmin gün saat 19 radələrində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Vasif Əliyev, CAB-nin əməliyyat müvəkkili Şahid1, şübhəli şəxs qismində tutulmuş Şahid4, Şahid4 hüquqlarını müdafiə edən vəkil Hidayət Muradov, RPŞ-nin KTQnun baş inspektoru Sadiq Vəzirov, o və RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 da iştirak etmişlər. Şəxsi axtarış başlayarkən təhqiqatçı tərəfindən şübhəli şəxs Şahid4 üzərində qanunsuz olaraq saxladığı əşya, predmet və ya narkotik vasitə olub-olmaması barədə sual verildikdə Şahid4 əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofan büküm çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq şübhəli şəxs Şahid4 təqdim etdiyi kütlənin marixuana olduğunu, həmin marixuanadan başqa üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın və ya vasitənin olmadığını bildirmişdir. Şahid4 üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış aparıldıqda başqa heç bir qanunsuz əşya və ya vasitə aşkarlanmamışdır. Şahid4 üzərindən aşkarlanmış qurudulmuş marixuanaya bənzər bitki kütləsini həmin gün, yəni 02 fevral 2023-cü il tarixdə Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs 10 manat pul müqabilində aldığını, özünün narkotik vasitə istifadəçisi olduğunu və Təqsirləndirilən şəxs aldığı və şəxsi axtarış zamanı təqdim etdiyi həmin narkotik vasitənin üzərindən götürüb istifadə etmədiyini, üzərində narkotik vasitə saxlaması barədə heç kimin məlumatının olmadığını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə-qurudulmuş marixuanaya bənzər bitki kütləsi üzərindəki sellofanla birlikdə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə çəkisi 3,82 qram olmuşdur. Aşkar edilmiş bir ədəd sellofan bükümdə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi üzərindəki sellofanla birlikdə bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənib maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır.02 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şəxsiyyətinin müəyyənləşdirilməsi və ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı Vasif Əliyevin yazdığı raport əsasında Balakən RPŞ-nin CABnin əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat müəyyənləşdirilməsi keçirilmiş, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə axşam saat 21 radələrində Balakən şəhərində yerləşən «Balməkan İstirahət və Əyləncə Mərkəzi»nin yaxınlığında aşkar edilərək əməliyyat müşahidəsinə götürülmüş, əməliyyat-axtarış qrupunun üzvləri olaraq Şahid1, o və Şahid3 Təqsirləndirilən şəxs yaxınlaşıb üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bildirərək, üzərində şəxsi axtarış aparılması üçün onlar tərəfindən Balakən RPŞ-yə gətirilmişdir. xx.xx.2023-cü il tarixdə Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində həmin gün saat 22 radələrində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Vasif Əliyev, CAB-nin əməliyyat müvəkkili Şahid1, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Müdafiəçi, RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov və RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 da iştirak etmişlər. Şəxsi axtarış başlayarkən təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxladığı əşya, predmet və ya narkotik vasitə olub-olmaması barədə sual verildikdə Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu və sonra 02 ədəd 5 manatlıq kağız pulları çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin bir ədəd kibrit qutusu təhqiqatçı tərəfindən açıldıqda içərisində qurudulmuş marixuanaya bənzər spesifik iyə və rəngə malik qurudulmuş bitki kütləsi aşkarlanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmçinin təhqiqatçı tərəfindən ona verilmiş suallara cavab olaraq üzərindən aşkarlanmış qurudulmuş marixuanaya bənzər bitki kütləsini 3-4 gün əvvəl yaşadığı Hənifə kəndinin Gülzan yaşayış məntəqəsinin arxa tərəfindəki çöllük ərazidən tapdığı yabanı halda bitmiş qurumuş bir ədəd çətənə bitkisinin üzərindən yığıb əldə etdiyini, əldə etdiyi həmin narkotik vasitə-qurudulmuş marixuananın bir hissəsini şəxsi axtarış aparılan günü, yəni xx.xx.2023cü il tarixdə Şahid4 10 manat pul müqabilində satdığını, üzərindən aşkarlanmış 2 ədəd 5 manatdan ibarət olan cəmi 10 manat pulun satdığı narkotik vasitənin müqabilində Şahid4 ona verdiyi pul olduğunu, Fəridə narkotik vasitəni satdıqdan sonra da əldə etdiyi narkotik vasitədən özünün istifadə etdiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Müdafiəçi suallarına cavab olaraq, Balakən RPŞ-də ona heç bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Aşkar edilmiş narkotik vasitəqurudulmuş marixuanaya bənzər bitki kütləsi üzərindəki kibrit qutusu ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə çəkisi 10,03 qram olmuşdur. Aşkar edilmiş bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi üzərindəki kibrit qutusu ilə birlikdə bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənib maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Balakən şəhəri R.Rza küçəsi ev-24 ünvanında valideynləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. xx.xx.2018-ci ildə Balakən Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Balakən Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmişdir. Psixi xəstəliklər keçirməmişdir. Narkotik vasitə istifadəçisidir. Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs ilə 2022-ci ildə Salyan rayonunda yerləşən cəzaçəkmə müəssisəsində cəza çəkdiyi zaman tanış olmuşdur. Təxminən bu ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs atası Rövşənin hazırda nömrəsini xatırlamadığı mobil telefon nömrəsinə istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsindən zəng edərək, Ağaseyidin cəzaçəkmə müəssisəsindən qayıdıb-qayıtmadığını soruşmuşdur. Ağaseyidin atası ona Ağaseyidin qayıtdığını bildirmişdir. Cəzaçəkmə müəssisəsində olduqları vaxtdan Ağaseyidin narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Təxminən yanvar ayının sonunda iki gün dalbadal Ağaseyidgilə gedib onunla görüşmüşdür. xx.xx.2023-cü il tarixdə günorta radələrində istifadəsində olan mobil telefon nömrəsindən Ağaseyidin istifadəsində olan 051 *** ** ** nömrəli mobil telefona dəfələrlə zəng edərək, onunla əlaqə saxlayaraq onda qurudulmuş marixuananın olub-olmadığını soruşmuş və Ağaseyid ona özündə qurudulmuş marixuananın olduğunu bildirdikdə bir çəkimlik narkotik vasitə-qurudulmuş marixuananı almaq istədiyini bildirmişdir. Həmin gün bir müddət sonra yaşadığı ünvanın yaxınlığında Balakən şəhəri R.Rza küçəsində Ağaseyidlə görüşmüşdür. Ağaseyidə 2 ədəd 5 manatlıq əskinası, yəni 10 manat pul verərək ondan bir ədəd sellofan bükümdə şəxsi istifadəsi üçün narkotik vasitə-qurudulmuş marixuana almışdır. xx.xx.2023-cü il tarixdə Balakən şəhəri R.Rza küçəsində yaşadığı evin yaxınlığında olarkən Ağaseyiddən narkotik vasitəni aldıqdan bir müddət sonra mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etmiş və narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, üzərində şəxsi axtarış keçirilməsi üçün Balakən RPŞ-yə dəvət etmişlər. Balakən RPŞ-də ona təqdim edilmiş siyahıdan hüquqlarını müdafiə etmək üçün dövlət hesabına seçdiyi vəkil X6 və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı ondan üzərində qanunsuz saxladığı əşya və ya narkotik vasitə olubolmadığını soruşduqda əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibində saxladığı, Təqsirləndirilən şəxs 10 manat pul müqabilində aldığı 01 ədəd sellofan bükümdə olan narkotik vasitə-qurudulmuş marixuananı olduğu kimi polis əməkdaşlarına təqdim etmişdir. Ağaseyiddən aldığı həmin narkotik vasitənin üzərindən götürüb hələ istifadə etməmişdi. Təhqiqatçı ondan həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda, xx.xx.2023-cü il tarixdə Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs 10 (on) manat pul müqabilində aldığını bildirmişdir. Üzərində şəxsi axtarış aparılarkən başqa heç bir qanunsuz əşya və narkotik vasitə aşkarlanmamışdır. Üzərindən aşkarlanmış narkotik vasitə üzərindəki sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilərkən çəkisi 3,82 qram olmuşdur. Həmin narkotik vasitə bir ədəd kağız zərfə qoyularaq möhürlənib qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış fasiləsiz olaraq polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə qeydə alınmışdır. Şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Hüquqlarını müdafiə edən vəkil Hidayət Muradovun iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM X19 tərəfindən verilmiş ekspert rəyi ilə tanış olduğu zaman ona məlum olmuşdur ki, üzərindən bir ədəd sellofan bükümdə aşkarlanmış kütlə təmiz çəkisi 3,65 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Həmçinin həmin ekspert rəyi ilə tanış olduğu zaman ona məlum olmuşdur ki, Qarayev X5 RPŞ-də şübhəli şəxs qismində tutularaq onun üzərində şəxsi axtarış aparılan zaman üzərindən bir ədəd kibrit qutusunda aşkarlanmış kütlə təmiz çəkisi 7,64 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Onun üzərindən və Ağaseyidin üzərindən aşkarlanmış qurudulmuş marixuanaların ekspert rəyinə görə tərkiblərinin eyni olması da ona aydın olmuşdur. Ekspert rəyi ona mahiyyəti üzrə izah olunmuşdur, aydındır, ekspert rəyi ilə razıdır. Ağaseyiddən narkotik vasitəni aldığı zaman yanlarında heç kim olmamışdır. O, Təqsirləndirilən şəxs gözünün qabağında bankomatdan iki 5 manatlıq pul əskinası olmaqla cəmi 10 manat çıxarıb Ağaseyidə narkotikin pulu kimi vermişdir. Həmin 5 manatlıq pul əskinasları polis tərəfindən ona verilməmişdir. Təqsirləndirilən şəxs ilk dəfə idi ki, narkotik vasitə alırdı. Əvvəllər ondan narkotik vasitə almamışdır. Təqsirləndirilən şəxs aldığı və üzərindən aşkarlanmış həmin narkotik vasitədən istifadə etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə şahid-Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasına gəlməmiş və gətirilməmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, Şahid1 verilən ittihamın həlli üçün yeganə və həlledici şahid deyildir. Həmçinin təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin şahidin ibtidai istintaqda verdiyi ifadəsi ilə tanış olmuş və bu ifadəyə hər hansı etiraz bildirməmiş, eyni zamanda həmin ifadənin təkzib edilməsi üçün hər hansı vəsatətlər verməmiş, onun dindirilməsi zamanı eyni şərtlər daxilində öz şahidlərinin çağrılıb dindirilməsini xahiş etməmiş, bu şahidin ifadəsində göstərdiyi halların təkzibi ilə bağlı hər hansı sübutlar təqdim etməmişlər. Həmçinin məhkəmədə ittiham və müdafiə tərəflərinin iştirakı ilə iş üzrə ittihamın həlli üçün ifadələri əsas hesab edilə biləcək şahidlər dindirilmiş, tərəflərə onlara müvafiq sualların verilməsi, ifadələrində göstərdiyi halların tədqiq edilməsi üçün hərtərəfli şərait yaradılmış, həmin ifadələrə işdə olan digər sübutlarla müqayisəli şəkildə hüquqi qiymətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual tədbirlər həyata keçirilmişdir. İş üzrə təqsirləndirilən şəxs və onun müdafiəçisi də bu konteksdə həmin şəxsin ifadəsi və işdə olan digər mötəbər sübutlarla tanış olmuşlar. Bu xüsusda ittiham və müdafiə tərəfləri Şahid1 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsinin məhkəmədə elan olunmasına və tədqiq olunmasına razılığını bildirmişlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, Şahid1 məhkəməyə gəlməsinin təmin edilməsi üçün müvafiq tədbirlərin görüldüyünü, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid1 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında şahid qismində ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Balakən şəhər sakini Şahid4 narkotik vasitələr qəbul etməsi və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə Balakən RPŞ-nin CAB-na əməliyyat məlumatlarının daxil olması, keçirilmiş əməliyyat müəyyənləşdirilməsi nəticəsində həmin şəxsin xx.xx.1997-ci ildə Balakən rayonu Gərəkli kəndində anadan olmuş, Balakən şəhəri Rəsul Rza küçəsi ev-24-də qeydiyyatda olmaqla yaşayan, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə məhkum olunmuş Şahid4 olmasının müəyyən edilməsini Balakən RPŞ-nin rəisinə raportla məruzə edib bildirərək, daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə narkotik vasitələr qəbul etməkdə və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməkdə şübhəli olan Şahid4 ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə istəmişdir. RPŞ rəisinin göstərişinə əsasən onun tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş və RPŞ-nin PPXB-nin əməkdaşları Şahid2 və Şahid3 iştirakları ilə onun rəhbərliyi altında əməliyyat-axtarış qrupu yaradılmışdır. 02 fevral 2023-cü il tarixdə saat 17-18 radələrində RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Şahid2 və PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid3 ilə birlikdə keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində narkotik vasitələr qəbul etməkdə və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməkdə şübhəli olan Balakən şəhər sakini Şahid4 yaşadığı küçənin girişində aşkar olunaraq, onlar tərəfindən əməliyyat müşahidəsinə götürülmüşdür. Əməliyyat-axtarış qrupunun üzvləri olaraq Şahid4 yaxınlaşıb üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bildirərək, üzərində şəxsi axtarış aparılması üçün Balakən RPŞ-yə gətirilmişdir. xx.xx.2023-cü il tarixdə Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Şahid4 üzərində həmin gün saat 19 radələrində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Vasif Əliyev, şübhəli şəxs qismində tutulmuş Şahid4, Şahid4 hüquqlarını müdafiə edən vəkil Hidayət Muradov, RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov, RPŞ-nin PPXB-nin manqa komandiri Şahid2 və RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 da iştirak etmişlər. Şəxsi axtarış başlayarkən təhqiqatçı tərəfindən şübhəli şəxs Şahid4 üzərində qanunsuz olaraq saxladığı əşya, predmet və ya narkotik vasitə olubolmaması barədə sual verildikdə Şahid4 əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofan büküm çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq şübhəli şəxs Şahid4 təqdim etdiyi kütlənin marixuana olduğunu, həmin marixuanadan başqa üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın və ya vasitənin olmadığını bildirmişdir. Şahid4 üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış aparıldıqda başqa heç bir qanunsuz əşya və ya vasitə aşkarlanmamışdır. Şahid4 üzərindən aşkarlanmış qurudulmuş marixuanaya bənzər bitki kütləsini həmin gün, yəni 02 fevral 2023-cü il tarixdə Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs 10 manat pul müqabilində aldığını, özünün narkotik vasitə istifadəçisi olduğunu və Təqsirləndirilən şəxs aldığı və şəxsi axtarış zamanı təqdim etdiyi həmin narkotik vasitənin üzərindən götürüb istifadə etmədiyini, üzərində narkotik vasitə saxlaması barədə heç kimin məlumatının olmadığını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə-qurudulmuş marixuanaya bənzər bitki kütləsi üzərindəki sellofanla birlikdə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə çəkisi 3,82 qram olmuşdur. Aşkar edilmiş bir ədəd sellofan bükümdə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi üzərindəki sellofanla birlikdə bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənib maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır.02 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şəxsiyyətinin müəyyənləşdirilməsi və ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı Vasif Əliyevin yazdığı raport əsasında onun tərəfindən əməliyyat müəyyənləşdirilməsi keçirilmiş, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə axşam saat 21 radələrində Balakən şəhərində yerləşən «Balməkan İstirahət və Əyləncə Mərkəzi»nin yaxınlığında aşkar edilərək əməliyyat müşahidəsinə götürülmüş, əməliyyataxtarış qrupunun üzvləri olaraq o, Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs yaxınlaşıb üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bildirərək, üzərində şəxsi axtarış aparılması üçün onlar tərəfindən Balakən RPŞ-yə gətirilmişdir. xx.xx.2023-cü il tarixdə Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində həmin gün saat 22 radələrində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Vasif Əliyev, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Müdafiəçi, RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov, RPŞ-nin PPXB-nin manqa komandiri Şahid2 və RPŞ-nin PPXBnin polis nəfəri Şahid3 da iştirak etmişlər. Şəxsi axtarış başlayarkən təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxladığı əşya, predmet və ya narkotik vasitə olub-olmaması barədə sual verildikdə Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu və sonra 02 ədəd 5 manatlıq kağız pulları çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin bir ədəd kibrit qutusu təhqiqatçı tərəfindən açıldıqda içərisində qurudulmuş marixuanaya bənzər spesifik iyə və rəngə malik qurudulmuş bitki kütləsi aşkarlanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmçinin təhqiqatçı tərəfindən ona verilmiş suallara cavab olaraq üzərindən aşkarlanmış qurudulmuş marixuanaya bənzər bitki kütləsini 3-4 gün əvvəl yaşadığı Hənifə kəndinin Gülzan yaşayış məntəqəsinin arxa tərəfindəki çöllük ərazidən tapdığı yabanı halda bitmiş qurumuş bir ədəd çətənə bitkisinin üzərindən yığıb əldə etdiyini, əldə etdiyi həmin narkotik vasitə-qurudulmuş marixuananın bir hissəsini şəxsi axtarış aparılan günü, yəni xx.xx.2023cü il tarixdə Şahid4 10 manat pul müqabilində satdığını, üzərindən aşkarlanmış 2 ədəd 5 manatdan ibarət olan cəmi 10 manat pulun satdığı narkotik vasitənin müqabilində Şahid4 ona verdiyi pul olduğunu, Fəridə narkotik vasitəni satdıqdan sonra da əldə etdiyi narkotik vasitədən özünün istifadə etdiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Müdafiəçi suallarına cavab olaraq Balakən RPŞ-də ona heç bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Aşkar edilmiş narkotik vasitəqurudulmuş marixuanaya bənzər bitki kütləsi üzərindəki kibrit qutusu ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə çəkisi 10,03 qram olmuşdur. Aşkar edilmiş bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi üzərindəki kibrit qutusu ilə birlikdə bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənib maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. O, pulların nömrələnməsi ilə bağlı Təqsirləndirilən şəxs heç bir şey deməmişdir. Onun bildiyinə görə Şahid4 narkotik vasitə alması üçün bankomatdan iki ədəd 5 manatqıq olmaqla 10 manat çıxarıb Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs guya polisdə pulların nömrələnməsi ilə bağlı məlumatı tamamilə yalandır. İş materiallarında olan 02 fevral 2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış Balakən RPŞ-nin inzibati binasında xx.xx.2023-cü il tarixdə saat 18:50-dən 19:20-dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarış zamanı aşağıdakılar müəyyən olunmuşdur: şəxsi axtarış qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə dəvət edilərək Balakən RPŞ-yə gətirilmiş Balakən şəhər sakini Şahid4 üzərində aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Şahid4 Balakən rayonu Vəkillər Bürosunun adlı siyahısından seçdiyi vəkil X6 və digər iştirakçıların iştirakı ilə onun hüquq və vəzifələri elan edilərək şübhəli şəxs qismində tutulduğu bildirilmişdir. Şəxsi axtarış zamanı Şahid4 üzərində narkotik vasitə və ya başqa qanunla qadağan edilən vasitə, kütlə olub-olmadığı soruşduqda Şahid4 əynindəki qara rəngli gödəkçənin sol yan cibində saxladığı sellofan bükümü təqdim etmiş və həmin bükümün içərisindəki kütlənin narkotik vasitə-marixuana olduğunu bildirmişdir. Şahid4 həmin narkotik vasitə-qurudulmuş marixuanaya oxşar kütləni haradan əldə etdiyini soruşduqda, Şahid4 həmin kütləni xx.xx.2023-cü il tarixdə Balakən rayonu Hənifə kənd sakini olan Təqsirləndirilən şəxs 10 (on) manata aldığını bildirmişdir. Şahid4 həmin narkotik vasitəni istifadə etmək üçün aldığını bildirmişdir. Şahid4 üzərində başqa hər hansı qanunla qadağan edilən vasitə, kütlə aşkar edilməmişdir. Şahid4 təqdim etdiyi sellofan bükümün içərisindəki qurudulmuş marixuanaya oxşar kütlə həmin sellofan ilə birlikdə elektron tərəzidə çəkildikdə ümumi çəkisi 3,82 qram təşkil etmişdir. Həmin sellofan büküm bir ədəd zərfdə qablaşdırılmışdır, zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Şahid4 ona qarşı Balakən RPŞ-də hər hansı fiziki və ya psixi təsir göstərilib-göstərilmədiyi soruşulduqda Şahid4 belə halın olmadığını bildirmişdir. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nun baş inspektoru, polis mayoru X15 tərəfindən videokamera vasitəsi ilə qeydə alınmışdır. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, şikayət və vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarında olan 02 fevral 2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış Balakən RPŞ-nin inzibati binasında xx.xx.2023-cü il tarixdə saat 21:30-dan 22:10-dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarış zamanı aşağıdakılar müəyyən olunmuşdur: xx.xx.2023-cü il tarixdə Balakən şəhər sakini Şahid4 şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılarkən onun üzərində narkotik vasitə-qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Şahid4 həmin kütləni xx.xx.2023-cü il tarixdə Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs 10 (on) manata aldığını bildirmişdir. Həmin tədbirin davamı olaraq Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğundan Balakən RPŞ-yə gətirilmiş və onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Balakən rayon Vəkillər Bürosunun adlı siyahısından seçdiyi vəkil Müdafiəçi və digər iştirakçıların iştirakı ilə onun hüquq və vəzifələri elan edilərək şübhəli şəxs qismində tutulduğu bildirilmişdir. Təqsirləndirilən şəxs onun üzərində narkotik vasitə və ya başqa qanunla qadağan edilən vasitə, kütlə olub-olmadığı soruşulduqda Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu və iki ədəd 5 (beş) manatlıq pul əskinaslarını çıxarıb təqdim etmiş və həmin kibrit qutusunun içərisindəki kütlənin narkotik vasitə-marixuana olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin kütləni haradan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs həmin kütləni 3-4 gün əvvəl yaşadığı Balakən rayonu Hənifə kəndində çöllük ərazidən tapdığı qurumuş halda olan çətənə kolundan yığdığını və həmin kolu yandırdığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Şahid4 10 (on) manata narkotik vasitə satıb-satmadığını soruşduqda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 (iki) ədəd beş manatlıq pul əskinaslarını təqdim edərək xx.xx.2023-cü il tarixdə həmin pul qarşılığında Şahid4 tapdığı narkotik vasitədən satdığını və həmin pulun Şahid4 aldığı pul olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusu içərisindəki qurudulmuş marixuanaya oxşar kütlə ilə birlikdə elektron tərəzidə çəkildikdə ümumi çəkisi 10,03 qram təşkil etmişdir. Həmin kibrit qutusu içərisindəki qurudulmuş marixuanaya oxşar kütlə ilə birlikdə bir ədəd zərfdə 2 (iki) ədəd beş manatlıq pul əskinasları isə digər bir ədəd zərfdə qablaşdırılmış, həmin zərflərin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilən vasitə, kütlə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona qarşı Balakən RPŞ-də hər hansı fiziki və ya psixi təsir göstərilib-göstərilmədiyi soruşulduqda Təqsirləndirilən şəxs belə halın olmadığını bildirmişdir. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nun baş inspektoru, polis mayoru X15 tərəfindən videokamera vasitəsi ilə qeydə alınmışdır. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, şikayət və vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Məhkəmə iclasında Şahid4 və Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışların videogörüntüləri əks olunmuş 2 ədəd DVD diskinə baxılmış və həmin disklərdəki görüntülər 02 aprel 2023-cü il tarixli şəxsi axtarış protokollarında əks olunmuş halları təsdiq etmişlər. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 03 fevral 2023-cü il tarixli 17/139 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şahid4 üzərində aşkar edilmiş kütlə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi -3,65 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi -7,64 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 ədəd şəffaf sellofan bükümdə və 01 ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd:a) Marixuananın çəkisi-3,65 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-3,60 qram;b) Marixuananın çəkisi-7,64 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-7,59 qram. Ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir. İş materiallarında olan Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 03 fevral 2023-cü il tarixli aktdan görünür ki, 02 fevral 2023-cü il tarixli qərara əsasən tədqiqata təqdim edilən 01 ədəd sellofan bükümdə və 01 ədəd kibrit qutusunda bitki mənşəli kütlələr CAS/CAS-MWP300/ CAS-CUW 420H markalı tərəzidə çəkildi. 3,65 7,64 qram/ml maddə (kütlə) qəbul olundu, tarix xx.xx.2023 saat 10.35; 0,05 0,05 qram/ml nümunə götürüldü, 3,60 7,59 qram/ml maddə (kütlə) geri qaytarıldı, tarix xx.xx.2023 saat 11.35. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 03 fevral 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuş Şahid4 cinayət prosesində şübhəli şəxs qismində iştirakına xitam verilmiş və MSY-dən azad edilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 03 mart 2023cü il tarixli 373 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “cinayət işinə aid məlumatların ələ keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və CD diskdəki məlumatlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-dən ələ keçirilmiş telefon danışıqları haqqında məlumatlardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsi Balakən rayonu Qazma kənd sakini X3 adına, 051 *** ** ** mobil telefon nömrəsi isə Balakən rayonu Hənifə kənd sakini X1 adına sənədləşdirilmişdir. Şahid4 istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsi onun öz adına sənədləşdirilmişdir; 16 yanvar 2023-cü il tarixdə Şahid4 istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsinə saat 16:30-da zəng edib 20 saniyə, xx.xx.2023-cü il tarixdə saat 12:22də zəng edib 32 saniyə, xx.xx.2023-cü il tarixdə saat 13:14-də zəng edib 20 saniyə, xx.xx.2023-cü il tarixdə saat 13:15-də zəng edib 20 saniyə, xx.xx.2023-cü il tarixdə saat 13:48-də zəng edib 13 saniyə, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Şahid4 saat 21:31-də zəng edib 32 saniyə, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Şahid4 saat 12:39-da zəng edib 107 saniyə danışmışlar; 01 fevral 2023-cü il tarixdə Şahid4 istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 051 *** ** ** mobil telefon nömrəsinə saat 13:28-də zəng edib 182 saniyə, xx.xx.2023-cü il tarixdə saat 14:00-də zəng edib 13 saniyə, xx.xx.2023-cü il tarixdə saat 15:22-də zəng edib 45 saniyə, xx.xx.2023-cü il tarixdə saat 15:41-də zəng edib 59 saniyə, xx.xx.2023-cü il tarixdə saat 10:26-da zəng edib 114 saniyə, xx.xx.2023-cü il tarixdə saat 11:19-da zəng edib 200 saniyə, xx.xx.2023-cü il tarixdə saat 11:50-də zəng edib 45 saniyə, xx.xx.2023-cü il tarixdə saat 12:02-də zəng edib 33 saniyə, xx.xx.2023-cü il tarixdə saat 12:03-də zəng edib 92 saniyə, xx.xx.2023-cü il tarixdə saat 12:44-də zəng edib 426 saniyə, xx.xx.2023-cü il tarixdə saat 13:05-də zəng edib 51 saniyə, xx.xx.2023-cü il tarixdə saat 13:14-də zəng edib 64 saniyə, xx.xx.2023-cü il tarixdə saat 13:19-da zəng edib 35 saniyə danışmışlar. İş materiallarında olan "xxxx" MMC-dən ələ keçirilmiş telefon danışıqları haqqında məlumatlardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** və 051 *** ** ** mobil telefon nömrələri ilə Şahid4 istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsi arasında sms yazışmaları qeydə alınmamışdır; Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** və 051 *** ** ** mobil telefon nömrələri ilə Şahid4 istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsi 21 dekabr 2022-ci il tarixdən 03 fevral 2023-cü il tarixədək olan müddət ərzində Balakən rayonunun ərazisində olmuşdur. İş materiallarında olan 02 fevral 2023-cü il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 02 fevral 2023-cü ildə saat 21.20-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsininin 04 fevral 2023-cü il tarixli 4(019)-12/2023 nömrəli qərarından görünür ki, həmiq qərarla Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 fevral 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan tələbnamə üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023 tarixli, 2 saylı arayışdan görünür ki, Qarayev X5 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1 maddələrilə təqsirli bilinib CM-nin 66.2, 69.3-cü maddələrinə əsasən 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsininin 24 iyun 2021-ci il tarixli 1(019)-56/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1 maddələrilə təqsirli bilinib CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsininin 17 yanvar 2022-ci il tarixli 7(057)-70/2022 nömrəli məhkum barəsində amnistiya tətbiq edilməsi haqqında qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 237.1, 66.2 və 69.3-cü maddələri ilə 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 5 saylı X14 faktiki cəza çəkən Təqsirləndirilən şəxs “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli 395- MİQR nömrəli qərarın 4-cü bəndinə əsasən çəkilməmiş cəzası 06 ay azaldılmışdır. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 13 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şahid4 əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və əməlində İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan bu barədə cinayət işindən material ayrılaraq müvafiq tədbirin görülməsi üçün Balakən RPŞ-nin İTB-nə göndərilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş təmiz çəkisi 7,64 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 7,59 qramı, və Şahid4 üzərindən aşkarlanaraq götürülmüş təmiz çəkisi 3,65 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı makddə qalığını təşkil edən 3,60 qramı və Təqsirləndirilən şəxs Şahid4 satdığı narkotik vasitənin müqabilində götürdüyü və istintaqa təqdim etdiyi 02 ədəd 5 manatlıq pul əskinaslarından ibarət cəmi 10 (on) manat pul maddi sübut kim tanınmış və saxlanması üçün Balakən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, həmçinin Şahid4 və Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışların videogörüntüləri əks olunmuş 02 ədəd DVD diski və "xxxx" MMC-dən ələ keçirilmiş telefon danışıqları haqqında məlumatların köçürüldüyü 01 ədəd CD diski sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, 02 fevral 2023-cü il tarixli şəxsi axtarış protokollarını, şəxsi axtarışlar aparılarkən videoçəkilişlərin əks olunduğu 02 ədəd DVD diskini, "xxxx" MMC-dən ələ keçirilmiş telefon danışıqları haqqında məlumatların köçürüldüyü 01 ədəd CD diskini, məhkəmə-bioloji ekspertizasının 03 fevral 2023-cü il tarixli 17/139 nömrəli rəyini, maddi sübutları, ambulator məhkəmə-narkoloji ekspertizasının 03 mart 2023-cü il tarixli 373 nömrəli rəyini, tələbnamə üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023 tarixli, 2 saylı arayışı, Balakən Rayon Məhkəməsininin 24 iyun 2021-ci il tarixli 1(019)-56/2021 nömrəli hökmünü, Salyan Rayon Məhkəməsininin 17 yanvar 2022-ci il tarixli 7(057)-70/2022 nömrəli qərarını, Balakən RPŞ-nin İB-nin müstəntiqinin 13 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarını, məhkəmənin və ibtidai istintaq orqanının işdə olan digər qərarlarını və hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyətə işdəki mötəbər sübutlarla müqayisəli şəkildə hüquqi qiymət verərək, hesab edir ki,Təqsirləndirilən şəxs ibtidai istintaqda təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi daha mötəbər sayılmalı və qəbul olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs qismində ibtidai istintaqda verdiyi ifadəsində özünü CM-nin 234.1 və 234.2-ci maddələrilə təqsirli bilmiş, 29 yanvar 2023-cü il tarixdə 11,29 qram çəkilə narkotik vasitə olan qurudulmuş marixuana əldə etdiyini, daşıyıb saxladığını və 2023-cü ilin fevral 02-də həmin narkotik vasitənin 3,65 qramını 2 ədəd pul əskinasları olmaqla 10 manat müqabilində Şahid4 satdığını, həmin iki ədəd 5 manatlıq pul əskinaslarından ibarət 10 manat pulu şəxsi axtarış zamanı polis əməkdaşlarına təqdim etdiyini, Balakən RPŞ-də hər hansı bir psixi və ya fiziki təsir göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqdakı bu ifadəsini müdafiəçisinin iştirakı ilə vermiş və bu ifadə alınan zaman ona fiziki və ya psixi təsirin göstərilməsi müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb göstərmədən məhkəmə istintaqında tamamilə fərqli ifadə vermiş, bu ifadəsində özünü CM-nin 234.2-ci maddəsilə təqsirli bilmədiyini, Şahid4 02 fevral 2023-cü il tarixdə 10 manata narkotik vasitə-qurudulmuş marixuana satmadığını və həmin pulun nömrəli olduğunu və bununla da əməliyyatın polis əməkdaşları tərəfindən təşkil edildiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsini nəyə görə dəyişməsini, ibtidai araşdırmada təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində CM-nin 234.2-ci maddəsilə təqsirli olduğunu etiraf etdiyini, 02 fevral 2023-cü il tarixdə narkotik vasitə olan qurudulmuş marixuananı 10 manata Şahid4 satdığını və polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və psixi təsirin olunmadığını bildirdiyi təqdirdə, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bu xüsusatları nəyə görə inkar etdiyini tutarlı əsaslar göstərmədən və mötəbər sübutlar təqdim etmədən ağlabatan formada izah edə bilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərilən bu hallar iş üzrə mötəbər sübutlarla, o cümlədən onun ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, şahid ifadələri, o cümlədən Şahid4 ifadəsi, əlavə şahid qismində dindirilmiş Bəxtiyar Cəfərovun ifadəsi, Şahid4 və Təqsirləndirilən şəxs üzərində aparılan 02 fevral 2023-cü il tarixli şəxsi axtarış protokolları, həmin şəxsi axtarışların videogörüntülərinin əks olunduğu 2 ədəd DVD diski, maddi sübutlar, məhkəmə-bioloji ekspertizasının 03 fevral 2023-cü il tarixli 17/139 nömrəli rəyi, ambulator məhkəmə-narkoloji ekspertizasının 03 mart 2023-cü il tarixli 373 nömrəli rəyi, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokolları və sair sübutlarla tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində CMnin 234.2-ci maddəsilə özünü təqsirli bilməməsi, narkotik vasitə olan qurudulmuş marixuananı 10 manata Şahid4 satmaması, həmin 10 manat pulun nömrəli olması, ona polis şöbəsində psixoloji təsirinin olması və ona narkotik vasitələrin satışı ittihamının polis tərəfindən üzərinə qoyulması barədə göstərdiyi bu məlumatları özünümüdafiə kimi qiymətləndirir və qəbul etmir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 02 fevral 2023-cü il tarixdə Şahid4 10 manata narkotik vasitəqurudulmuş marixuana satmaması, ona polis şöbəsində psixoloji təsirinin olması və ona narkotik vasitələrin satışı ittihamının polis tərəfindən üzərinə qoyulması barədə göstərdiyi bu xüsusatlar Azərbaycan Respublikası Konstitusiyasının 63, İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6 və Azərbaycan Respublikası CPM-nin 21-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququ konteksində nəzərə alınmalıdır. Belə ki, özünü müdafiə etmək və bu xüsusda özünü ifşa edən ifadələr verməmək həmin hüququn mahiyyətindən irəli gəlir. Təqsirsizlik prezumpsiyası hüququna görə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Minelli İsveçrəyə qarşı işdə qeyd etmişdir ki, cinayət əməli törətməkdə təqsirləndirilən şəxs öz əleyhinə ifadə verməyə məcbur edilməməlidir. Cinayət araşdırmasının gedişində sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyula bilməz. Həmçinin təqsirləndirilən şəxs özünü ifşa edən ifadələr verməmək, öz maraqları əleyhinə şahidlik etməkdən imtina etmək hüququna malikdir ki, cinayət araşdırmasının istənilən mərhələsində bu hüquqlara hörmət edilməlidir. Funke Fransaya qarşı məhkəmə işində Avropa Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, təqsirləndirilən şəxsin susmaq hüququ və cinayət törətməkdə ifşa edilməsinə yardım göstərməmək hüququ vardır. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 02 fevral 2023-cü il tarixdə Şahid4 10 manata narkotik vasitə-qurudulmuş marixuana satmaması, ona polis şöbəsində psixoloji təsirinin olması və ona narkotik vasitələrin satışı ittihamının polis tərəfindən üzərinə qoyulması barədə göstərdiyi bu hallar nə həmin cinayət əməlinin törədilməsinin sübut olunması, nə də cəza verilməsində onun əleyhinə istifadə oluna bilməz. Əks hal təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququnun kobud pozuntusu olacaqdır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, işdə olan ekspertiza rəylərini və digər sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən,satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama, eləcə də qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə narkotik vasitəni əldə edib, daşıyaraq, saxlama və satma cinayət əməllərini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövriyyəsi nəzarət edilən, məhdudlaşdırılmış və ya qadağan edilmiş (bundan sonra - nəzarət edilən) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi (idxalı), Azərbaycan Respublikasının ərazisindən çıxarılması (ixracı) və ya onların tranzit nəql edilməsi, habelə həmin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının saxlanılması, alınması, daşınması, göndərilməsi, məhv edilməsi, istifadə edilməsi və onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların aparılmasıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Yenə də Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qanunla təsdiq edilmiş İ siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Həmin Qərarın 8-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Həmin qərarın 9-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə işdəki sübutlara hüqqui qiymət verərək, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir.Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində cəzanı yüngülləşdirən hallar müəyyən edilmişdir. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilməsi müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər bir təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. İş materiallarından görünür ki, Qarayev X5 Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 1(019)-56/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,«8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Salyan Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Qarayev X5 Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 1(019)-56/21 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması nəticəsində yaranmış məhkumluq müddəti ödənilmədən yenidən qəsdən CM-nin 234.1 və 234.2-ci maddələrinində nəzərdə tutulmuş cinayət əməllərini törətmiş, bununla da cinayətin residivinə yol vermişdir. Bu da qanunvericiliyin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. İşin faktiki hallarına və qanun normasının tələbinə əsasən məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratdığından ona Azərbaycan Respublikası CM-nin 65.2-c maddəsinin tələbləri qaydasında cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilməsi zamanı onların xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş əməllər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1 maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmamasını və cinayətin residivi kimi cəzasını ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunması mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərlə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş və Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin ediliməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixdən şübhəli şəxs qismində tutularaq hazırki günədək həbsdə saxlanması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2.ev dustaqlığında saxlanıldığı müddət… Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, əməli cinayətin residivini yaratdığından və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 03 mart 2023-cü il tarixli, 373 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon X9 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə 34,55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X4, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən o, cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş təmiz çəkisi 7,64 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 7,59 qramı və Şahid4 üzərindən aşkarlanaraq götürülmüş təmiz çəkisi 3,65 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 3,60 qramı məhv edilməli, Şahid4 və Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışların videogörüntüləri əks olunmuş 02 ədəd DVD diski və "xxxx" MMC-dən ələ keçirilmiş telefon danışıqları haqqında məlumatların köçürüldüyü 01 ədəd CD diski cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş materiallarından həmçinin görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş 02 ədəd 5 manatlıq pul əskinasları olmaqla cəmi 10 manat Şahid4 narkotik vasitə olan qurudulmuş marixuananı alarkən Təqsirləndirilən şəxs ödədiyi pul məbləğidir. İşdəki sübutlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitənin satışı nəticəsində cinayət yolu ilə 10 manat pul vəsaiti əldə etmişdir və həmin 10 manat pul saxlanılması üçün Balakən RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan 10 manat pul xüsusi müsadirə edilməli, yəni məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla)… İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin;Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixdən hazırki günədək həbsdə saxlandığı müddət ona təyin edilən cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın; onun narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən rayon X9 Hüquqi Şəxsinə göndərilsin. İş üzrə cəmi 34,55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X4, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş təmiz çəkisi 7,64 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 7,59 qramı və Şahid4 üzərindən aşkarlanaraq götürülmüş təmiz çəkisi 3,65 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 3,60 qramı məhv edilsin; Şahid4 və Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışların videogörüntüləri əks olunmuş 02 ədəd DVD diski və "xxxx" MMC-dən ələ keçirilmiş telefon danışıqları haqqında məlumatların köçürüldüyü 01 ədəd CD diski cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan 10 manat pul xüsusi müsadirə edilsinməcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-60/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-60/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver