Məhkəmə qərarları › İş №1(019)-61/2022

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-61/2022

20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-61/2022 20.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi- Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx xxxxxx 1991-ci ildə Balakən rayonunun Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli,Balakən rayonu Qullar kənd tam orta məktəbində gözətçi işləyən, məhkum olunmamış, Balakən rayonu Qullar kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə saat 21 radələrində Balakən rayonu Qullar kəndində yerləşən yaşadıqları fərdi yaşayış evində onunla birlikdə yaşayan arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən sillə,yumruq və çubuqla vuraraq sonuncuya sağ bud çanaqda böyük ölçülü əllədikdə ağrı verən dəri səthində yuxarı hemotoma-qan yığımı,sağ sifətində şişkinlik-sıyrıq,sağ boyunda sıyrıqlar,üst və alt dodağında qansızma,sağ bazu və sаidində qançırlar- xəsarətləri ilə nəticələnən,sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurma xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs həmin əməli törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi və bilavasitə tədqiq olunan digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 2019-cu ildə Balakən rayonu Kortala kəndində yaşayan Zərərçəkmiş şəxs ilə ailə qurmuşdur. Həmin evlilikdən onların iki azyaşlı uşaqları vardır. O, Qərənfil ilə valideynlərinin yaşadığı evdə ayrı otaqda yaşayır. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində evdə olduğu zaman atası Adil ilə arvadı Qərənfil arasında mübahisə yaranmış, mübahisə zamanı Qərənfil atası Adilə söz qaytarmışdır. Buna görə də o, sillə və yumruqla Qərənfilin sifətinə vurmuşdur. Sonra isə uşaq beşiyinin altında istifadə edilən 1 metr uzunluqda çubuğu götürərək Qərənfilin bədəninin müxtəlif nahiyyələrinə vuraraq xəsarət yetirmişdir. Həmin zaman evdə atası Adildən başqa şəxs olmamışdır. Əməlindən peşimandır.O, zərər çəkmiş şəxslə barışmaq istəyir.Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2019-cu ildə Balakən rayonu Qullar kəndində yaşayan Təqsirləndirilən şəxs ilə ailə qurmuş, həmin evlilikdən onların iki azyaşlı uşaqları vardır. Ramazan ilə birlikdə onun valideynlərinin evində ayrı otaqda yaşayırlar. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində yaşadığı evdə qaynatası Adil ilə aralarında sözlə mübahisələri yaranmış,Adil onun valideynlərinin ünvanına nalayiq sözlər işlətmişdir. Bu zaman əri Ramazan onun başına, sifətinə yumruqla, uşaq beşiyinin yanından asılmış çubuq ilə isə qoluna, ayağına vuraraq xəsarət yetirmişdir. O, döyülməsini görərək həyətə, oradan isə qonşuluğa qaçmış,qonşulardan kimsənin çıxmadığını görərək geri qayıtmışdır. Həyətdə əri Ramazan onu yerə yıxaraq yumruq ilə başına vurmuş və sonra yola çıxararaq qapının arxasını bağlamışdır. Bundan sonra Kortala kəndinə anasının yanına getmişdir. Əri Ramazanın onun başına, qoluna, ayaqlarına, sifətinə yumruq sillə və çubuqla vuraraq döydüyü zaman qaynatası Adil kənarda dayanaraq onlara tamaşa etmişdir. Əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsinə görə polis şöbəsinə ərizə ilə şikayət etmişdir. Əri Təqsirləndirilən şəxs onu döydüyü zaman evdə qaynatası Adildən başqa heç kim olmamışdır.O, Təqsirləndirilən şəxs şikayətçidir,ona ciddi cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, oğlu Ramazan 2019-cu ildə Balakən rayonu Kortala kəndində yaşayan Zərərçəkmiş şəxs ilə ailə qurmuşdur. Həmin evlilikdən onların iki azyaşlı uşaqları vardır. Onlar bir evdə ayrı otaqlarda yaşayırlar. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində evdə olduqları zaman gəlini Qərənfil ilə aralarında sözlə mübahisələri yaranmış, Qərənfil ona nalayiq söz işlətmişdir.Bunu görən oğlu Ramazan sillə və yumruqla Qərənfilin sifətinə vurmuş, sonra uşaq beşiyinin altında istifadə edilən 1 metr uzunluqda çubuğu götürərək Qərənfilin bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. Ramazana Qərənfilə vurmamasını bildirmişdir. Sonra Qərənfil həyətə, oradan da yola qaçmış, oğlu Ramazan tez qapının arxasını bağlamışdır. Qərənfil uşaqlarını istəməsinə baxmayaraq Ramazan uşaqları verməmiş, bunu görən Qərənfil anası evinə getmişdir. İşin 30-31-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik hüquqi şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 96 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ bud çanaqda böyük ölçülü əllədikdə ağrı verən dəri səthində yuxarı hemotoma-qan yığımı, sağ sifətində şişkinliksıyrıq, sağ boyunda sıyrıqlar, üst və alt dodağında qansızma, sağ bazu və saidində qançırlar-bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci ildə əmələ gələ bilərdilər, ümumilikdə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. İşin 49-cu vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 51-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-ın Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 11 may 2022-ci il tarixdə verilmiş 316 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Qullar kəndində yaşayır, himayəsində işləməyən atası, anası və bacısı vardır. İşin 53-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Qullar 2 saylı kənd tam orta məktəbi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, təqsirləndirilən şəxsin uşaqları- X2 27 noyabr 2020-ci ildə, X3 iyirmi noyabr 2021-ci ildə anadan olmuşlar. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə saat 21 radələrində arvadı Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir,həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlilidir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur.Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən haldır və onun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini, iş yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halı,cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq təqsirləndirilən şəxsin cəzadan azad edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o həmin cəzanı çəkməlidir. O, cəzasını iş yerində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmalar aparıldığı gündən hesablanmalıdır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs оğlu barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hazırki cinayət işi üzrə məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-in 193.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X6 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin,aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzаsınа məhkum edilsin. Cəzasını iş yerində çəksin. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmalar aparıldığı gündən hesablansın. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs оğlu barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlansın. Hökmün icrası Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X6 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar