Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-61/2025 05.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclas katibi Mirzəyeva Afina Şakir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-cı il tarixdə Balakən rayonu Şambul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla yaşayan, 01 fevral 2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 28 yanvar 2025-ci il tarixdə axşam saat 19 radələrində tanışı Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla yaşayan Şahid4 yaşadığı evin qarşısında sonuncudan qanunsuz olaraq, satış məqsədi olmadan 01 ədəd sellofan bükümdə xeyli miqdarda - 14,96 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı 40 manat müqabilində alıb əldə etməklə üzərində daşıyaraq saxlamış, Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 30 yanvar 2025-ci il tarixdə saat 18:25-də Balakən şəhəri 28 may küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq üzəri yoxlanılan zaman həmin narkotik vasitə - qurudulmuş marixuana 01 ədəd sellofan bükümdə olmaqla əynindəki qış gödəkcəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 28 yanvar 2025-ci il tarixdə gündüz saatlarında Balakən rayon Tülü kənd sakini Şahid4 yolda görüb ondan özü istifadə etmək məqsədi ilə narkotik vasitə marixuana istəmişdir. Çünki Cəlilin narkotik vasitə marixuanadan istifadə etdiyini bilmişdir. Lakin onunla birlikdə heç vaxt narkotik vasitə istifadə etməmişdir. Həmçinin əvvəllər Cəlildən narkotik vasitə almamışdır. Cəlil də ona xəbər edəcəyini bildirmişdir. Həmin gün yəni 28 yanvar 2025-ci il tarixdə günorta saatlarında Şahid4 onunla özünün istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsi ilə özünün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng edib əlaqə saxlayaraq ona özündə narkotik vasitə marixuana olduğunu, həmçinin 40 manata sata biləcəyini demişdir. O da Cəlillə razılaşmışdır. Həmin tarixdə Cəlillə bir neçə dəfə də zəngləşib danışmışdır. 28 yanvar 2025-ci il tarixdə axşam saat 19 radələrində o, Şahid4la zəngləşib onun Balakən rayon Tülü kəndində yaşadığı evin qarşısında ona 40 manat vermişdir. Cəlil də ona sellofan bükümdə narkotik vasitə marixuananı vermişdir. Daha sonra Cəlillə sağollaşıb ondan ayrılmışdır. Cəlildən aldığı narkotik vasitə marixuanadan bir dəfə çəkib istifadə etmişdir. Daha sonra geri qalan narkotik vasitə qurudulmuş marixuananı əynindəki gödəkçənin sağ yan cibinə qoymuşdur ki, başqa vaxt çəkib istifadə edər. 30 yanvar 2025-ci il tarixdə Balakən şəhəri 28 may küçəsində piyada hərəkət etdiyi zaman saat 18:25 radələrində üç nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə olubolmadığını soruşmuşlar və varsa təqdim etməsini təklif etmişlər. Həmçinin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra o, əynində olan qış gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə Şahid4 aldığı narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Daha sonra onun üzəri yoxlanılmışdır.Lakin üzərindən başqa hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Sellofan bükümdə təqdim etdiyi narkotik vasitə marixuananı 29 yanvar 2025-ci il tarixdə əvvəldən tanıdığı Balakən rayon Tülü kənd sakini Şahid4 aldığını bildirmişdir. Lakin istintaq zamanı sonradan vaxtı tam dəqiq xatırlayaraq ifadəsində narkotik vasitə marixuananı Şahid4 28 yanvar 2025-ci il tarixdə aldığını bildirmişdir. Onu saxlayan polis əməkdaşlarını əvvəldən tanımır, onlarla hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur, polis əməkdaşları tərəfindən saxlanıldığını heç kim görməmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə saxlamışdır. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. Əməlindən çox peşmandır, vərəm xəstəsidir. Ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Balakən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 30 yanvar 2025-ci il tarixdə Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib istifadə etməsi və üzərində saxlaması barədə Balakən RPŞ-yə əməliyyat məlumatı daxil olmuş, daha sonra daxil olmuş məlumatla bağlı Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması ilə bağlı Balakən rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin qanuni göstərişinə əsasən 30 yanvar 2025-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 18:25 radələrində Balakən şəhəri 28 may küçəsində piyada hərəkət edən zaman yolda tərəflərindən saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs özlərini təqdim edərək üzərində narkotik vasitə əldə edib istifadə etməsi narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğu bildirilmişdir. Daha daha sonra ona hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə həmçinin qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qış gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə marixuanaya oxşar bitki kütləsini təqdim etmişdir. Həmin bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, 29 yanvar 2025-ci il tarixdə Jora ləqəbli Cəlil adlı şəxsdən sonuncunun yaşadığı evin qarşısında 40 manata öz şəxsi istifadəsi üçün aldığını, aldıqdan sonra bir dəfə istifadə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs Cəlil adlı şəxsin yaşadığı evin Balakən şəhəri Qabaqçöl vağzalı ərazisindən aşağı düşdükdə 2-ci döngədən sağa döndükdən sonra yerləşdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkilmiş və sellofan büküm ilə birlikdə çəkisi 17,09 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs üstünü yoxlama prosesi Balakən şəhəri 28 may küçəsində keçirilmiş və fasiləsiz olaraq vedeoçəkiliş aparılmaqla qeydə alınmışdır. Daha sonra həmin material və maddi sübut təhqiqatçıya təhvil verilmiş və təhqiqatçı tərəfindən maddi sübuta və Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının əks olunduğu diskə baxış keçirilmişdir. Məhkəmə iclasında şahid Balakən RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə satmamışdır, onunla hal-əhval tutmaq üçün telefonla danışmışdır. Narkotik vasitə satması barədə Şakirlə danışığı olmamışdır. İstintaq zamanı polis əməkdaşları tərəfindən təzyiq olunduğu üçün satdığını bildirmişdir. Məhkəmə iclasında Şahid5 iştirak etmədiyindən istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, ifadəsində bildirmişdir ki, 2024-cü ilin sentyabr ayının əvvələrində Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsindən keçən Mazım çayına çimmək üçün getmişdir. Həmin vaxt kolluq sahədə bitən 2 ədəd yabanı halda bitən narkotik tərkibli çətənə bitkisi görmüşdür. Daha sonra həmin bitkilərin yararlı hissələrindən yığıb yaşadığı evə gətirmişdir. Ailə üzvlərindən gizli şəkildə saxlamışdır. Həmin narkotik vasitə marixuananı saxlaması barədə heç kimə bir söz deməmişdir. Daha sonra müxtəlif vaxtlarda bir neçə dəfə narkotik vasitə marixuandan özü çəkib istifadə etmişdir. Həmçinin göstərmişdir ki, Balakən rayon Tülü kənd sakini Şahid4 tanıyır. Onun tanışıdır. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 28 yanvar 2025-ci il tarixdə günorta saatlarında Şahid4 ***-***-**-** mobil telefon nömrəsi vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng edib ondan almaq üçün narkotik vasitə marixuana istəmişdir. O da Cəlilə yarım saatdan görüşə biləcəklərini, yaşadığı ünvana gəlməsini bildirmişdir. Təxminən yarım saatdan sonra Cəlil onun Balakən rayon Talalar kəndində yaşadığı evin qarşısına gəlib yol qapısından onu çağırmışdır. Daha sonra o, yola çıxmışdır. Cəlil onunla görüşdükdə narkotik vasitə almaq istədiyini bir daha ona bildirmişdir. Cəlilə onda narkotik vasitə olduğunu həmçinin ona 30 manata sata biləcəyini demişdir. Cəlil də onunla razılaşmış və yaşadığı evin qarşısında ona 30 manat vermişdir. O da həmin 30 manat pulun müqabilində ona sellofan bükümdə narkotik vasitə marixuananı vermişdir. Daha sonra Cəlil onunla sağollaşıb ondan ayrılmışdır. Daha sonra narkotik vasitə marixuananın geri qalan hissəsini əynində olan idman gödəkçəsinin sağ yan cibində saxlamışdır. 30 yanvar 2025-ci il tarixdə Balakən rayon Talalar kəndində yaşadığı evində olduğu zaman saat 21:47-də kimsə onu yol qapısından çağırmışdır. O, yola çıxmışdır. Həmin şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və Balakən rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt üzərində saxladığı narkotik vasitə əynində olan idman gödəkçəsinin sağ yan cibində olmuşdur. Bundan sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar və varsa təqdim etməsini təklif etmişlər. Həmçinin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra o, əynində olan idman gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Daha sonra onun üzəri yoxlanılmışdır. Lakin üzərindən başqa hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Sellofan bükümdə təqdim etdiyi narkotik vasitə marixuananı 2024-cü ilin sentyabr ayının əvvəllərində Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində Mazım çayının kənarından kolluq ərazidən tapdığı 02 ədəd çətənə bitkilərinin üzərindən yığıb əldə etdiyini bildirmişdir. Həmçinin həmin narkotik vasitə marixuananın bir hissəsini isə 29 yanvar 2025-ci il tarixdə Balakən rayon Tülü kənd sakini Şahid4 30 manat müqabilində satdığını bildirmişdir. Lakin sonradan vaxtı düzgün deyərək istintaqa yenidən verdiyi ifadəsində Şahid4 narkotik vasitəni 28 yanvar 2025-ci il tarixdə satdığını bildirmişdir. Daha sonra onun təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuana sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 15,45 qram təşkil etmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd sellofan bükümdəki narkotik vasitə marixuana polis əməkdaşı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra polis şöbəsinə gəldikdən sonra onun hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün Balakən rayon vəkil bürosunun vəkillərinin adlı siyahısı ona təqdim edilmişdir. O, təqdim edilmiş Balakən rayon vəkil bürosunun vəkillərinin siyahısından Balakən rayon vəkil bürosunun vəkili X2 tərəfindən onun hüquqlarını müdafiə etməsini istəmişdir. Bir neçə dəqiqə sonra Afər Mahmudov polis şöbəsinə dəvət edilmiş, müdafiəçi kimi ona təqdim edilmişdir. Əlavə olaraq göstərmişdir ki, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Lakin 28 yanvar 2025-ci il tarixdə həmin narkotik vasitə marixuananın bir hissəsini Şahid4 30 manata satmışdır. Üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə saxlamışdır, lakin daha sonra gəlir əldə etmək üçün bir hissəsini Şahid4 40 manata satmışdır. Hazırda yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə qurudulmuş marixuana saxlamır. Cəmilə narkotik vasitə satdığını heç kim bilməmişdir. Bu barədə heç kimə bir söz deməmişdir. Cəmil sizdən aldığı narkotik vasitə marixuananı kiməsə satacağı barədə ona heç bir söz deməmişdir. Polis əməkdaşları onu saxladıqları vaxt heç kim görməmişdir. Polis əməkdaşları tərəfindən 30 yanvar 2025-ci il tarixdə saat 21:47-də Balakən rayon Talalar kəndində yaşadığı evdən çağırılaraq həyət qapısının qarşısında yolda saxlanılmışdır. Onu narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli kimi saxlayan polis əməkdaşlarını əvvəldən tanımamışdır. Həmin polis əməkdaşları ilə əvvəllər aranızda hər hansı bir düşmənçiliyi və ədavəti olmamışdır. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid Balakən RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid2 iştirak etmədiyindən istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. 250320036 nömrəli cinayət işinin: İ cild 11-13-cü vərəqələrində olan 30 yanvar 2025-ci il tarixdə tərtib olunmuş “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, 30 yanvar 2025-ci il tarixdə saat 18:25 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs Balakən şəhəri 28 may küçəsində piyada hərəkət edən zaman saxlanılmış, sonuncuya hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Balakən şəhəri 28 may küçəsində üzərinin yoxlanmasına başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qış gödəkçəsinin sağ yan cibində olan 1 ədəd selofan bükümü təqdim etmiş və bükümün içərisində nəşə kimi tanıdığı narkotik tərkibli bitki olan marixuana olduğunu, həmin kütləni “Jora” kimi tanıdığı Cəlil adlı şəxdən sonuncunun yaşadığı evin qarşısında 40 manata özü istifadə etməsi üçün aldığını, aldıqdan sonra bir dəfə istifadə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs “Jora” ləqəbli Cəlil adlı şəxsin yaşadığı evin Balakən şəhəri Qabaqçöl vağzalından aşağı düşdükdə 2-ci döngədən sağa döndükdən sonra yerləşdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş və büküm ilə birlikdə ümumi çəkisi 17.19 qram olduğu müəyyən olunmuşdur. Sonra həmin kütlə saxlanılan şəxs və iştirakçılar tərəfindən qablaşdırılmış, möhürlənmiş, imzalanmış və götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üstünü yoxlayan zaman üzərindən əlavə hər hansı bir qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Üstünü yoxlama Balakən şəhəri 28 may küçəsində keçirilmişdir. Üstünü yoxlama zamanı “Samsung A21S” markalı mobil telefon ilə Balakən RPŞ-nin PPXB-nin manqa komandiri polis baş serjantı Şahid3 tərəfindən video çəkiliş aparılmıdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Balakən RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. İ cild 19-20-cı vərəqində olan 30 yanvar 2025-ci il tarixdə tərtib olunmuş “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edib üzərində saxlamaqda şübhəli bilindiyi üçün, 30 yanvar 2025-ci ildə, saat 18:25 dəqiqədə Balakən şəhəri 28 may küçəsində piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, bu zaman onun əynindəki qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd sellofan bükümdə ümumi çəkisi 17,19 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmış və maddi sübüt kimi götürülmüşdür. Təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə və 1 (bir) ədəd DVD-yə baxış keçirilmişdir. Üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazılı zərfdən 1 (bir) ədəd sellofan bükümdə, açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 1 (bir) ədəd DVD-yə “HP" markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitə marixuanaya bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmişdir. Baxış və götürmə zamanı “Panasonic” markalı videokamera vasitəsi ilə Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Yüzbaşiyev Vasif Cavanşir oğlu tərəfindən video çəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protoloka 1 (bir) ədəd DVD əlavə olunmuşdur. İ cild 29-cu vərəqində olan 30 yanvar 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 30 yanvar 2025-ci ildə saat 18:25 dəqiqədən tutulmuş hesab edilir. İ cild 105-108-ci vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının 31 yanvar 2025-ci il tarixli 17/70 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Balakən rayonu Tülü kənd sakini Təqsirləndirilən şəxs üzərindən götürülmüş kütlə.çəkisi 17,19 qr.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 14,96 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İ cild 162-163, 164-cü vərəqlərində olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 01 fevral 2025-ci il tarixli qərardan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2025-ci il tarixdə saat 18:25-də Balakən RPŞ-nin MSY-dən azad edilmişdir və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İ cild 199-200-cü vərəqlərində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə CM-nin 73-1.1-ci maddəsinə əsasən xitam verilmişdir. İİ cild 6-cı vərəqində olan Balakən rayon İcra Hakimiyyəti Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və ya şifahi şikayət daxil olmadığı göstərilir. İİ cild 20-ci vərəqində olan 03 aprel 2025-ci il tarixli “təqdim edilmiş CD diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış zamanı Azercell Telecom MMC-dən götürülmüş məlumatlara əsasən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Şahid4 istifadə etdiyi Azercell Telecom MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid5 istifadə etdiyi Azercell Telecom MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi arasında, həmçinin Şahid4 istifadə etdiyi Azercell Telecom MMC-yə məxsus ***- ***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadə etdiyi Azercell Telecom MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə mütəmadi olaraq, yəni çoxsaylı telefon zənglərinin olması müəyyən edilmişdir. Bundan başqa 28 yanvar 2025-ci il tarixdə Şahid4 istifadə etdiyi Azercell Telecom MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə, Şahid5 istifadə etdiyi Azercell Telecom MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi arasında yəni Şahid4 və Şahid5 arasında saat 15:23-də, 18:49-da, 19:16-da, 19:31-də, 19:55-də, bundan başqa Şahid4 istifadə etdiyi Azercell Telecom MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə, Təqsirləndirilən şəxs istifadə etdiyi Azercell Telecom MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi arasında yəni Şahid4 və Təqsirləndirilən şəxs arasında saat 15:59-da, 18:50-də, 19:15-də, 19:20də,19:41-də,19:59-da telefon danışıqları olması müəyyən edilmişdir. Həmçinin 30 yanvar 2025-ci il tarixdə Şahid4 istifadə etdiyi Azercell Telecom MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid5 istifadə etdiyi Azercell Telecom MMC-yə məxsus ***-***- **-** saylı mobil telefon nömrəsi arasında saat 14:27-də 119 saniyə telefon danışığı olmuş, bundan başqa həmin tarixdə Şahid4 istifadə etdiyi Azercell Telecom MMC-yə məxsus ***- ***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadə etdiyi Azercell Telecom MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi arasında saat 15:05-də 32 saniyə telefon danışığı olmuşdur. İİ cild 47-50-ci vərəqlərində olan Şahid4 ifadəsindən görünür ki, 28 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs səhər saatlarında onu kənddə görüb narkotik vasitə marixuana almaq istədiyini bildirmişdir.O da Şakirə olsa xəbər edəcəyini demişdir. Həmin gün, yəni 28 yanvar 2025-ci il tarixdə günorta saatlarında Şahid5 özünün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə Şahid5 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng edib ondan almaq üçün narkotik vasitə marixuana istəmişdir. Fazil də ona yarım saatdan görüşə biləcəklərini, yaşadığı ünvana gəlməsini bildirmişdir. Çünki Fazilin narkotik vasitə marixuanadan istifadə etdiyini bilmişdir. Lakin onunla birlikdə heç vaxt narkotik vasitə istifadə etməmişdir. Həmçinin əvvəllər Fazildən narkotik vasitə almamışdır. Təxminən yarım saatdan sonra Fazilin Balakən rayon Talalar kəndində yaşadığı evin qarşısına getmişdir. Yolda dayanıb yol qapısından Fazili çağırmışdır. Fazil yola çıxmışdır. Narkotik vasitə almaq istədiyini bir daha Fazilə bildirmişdir. Fazil ona özündə narkotik vasitə olduğunu həmçinin ona 30 manata sata biləcəyini demişdir. O da Fazillə razılaşmış və yaşadığı evin qarşısında ona 30 manat vermişdir. Fazil də ona sellofan bükümdə narkotik vasitə marixuananı vermişdir. Daha sonra Fazillə sağollaşıb ondan ayrılmışdır. Daha sonra Şakirin istifadəsində olan ***-***-**- ** nömrəli mobil telefona zəng edərək özündə narkotik vasitə marixuana olduğunu ona 40 manata sata biləcəyini demişdir. Həmin gün yəni 28 yanvar 2025-ci il tarixdə Şakirlə bir neçə dəfə mobil telefonla əlaqə saxlamış və Şakir axşam saat 19 radələrində onun Balakən rayon Tülü kəndində yaşadığı ünvana gəlmişdir. Daha sonra Şakir ona 40 manat məbləğində pul vermişdir. O da Şakirə Fazildən aldığı narkotik vasitə marixuananın bir hissəsini satmışdır. Daha sonra Şakirlə sağollaşıb ayrılmışdır. Fazildən aldığı geri qalan narkotik vasitə marixuanadan bir dəfə çəkib istifadə etmişdir. Daha sonra geri qalan narkotik vasitə qurudulmuş marixuananı əynindəki gödəkçənin sağ yan cibinə qoymuşdur ki, başqa vaxt çəkib istifadə edər. 30 yanvar 2025-ci il tarixdə Balakən şəhəri Teyyub Musayev küçəsində piyada hərəkət etdiyi zaman saat 19:25 radələrində üç nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar və varsa təqdim etməsini təklif etmişlər.Həmçinin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra o, əynində olan dəri gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə Şahid5 aldığı narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Daha sonra üzəri yoxlanılmışdır. Lakin üzərindən başqa hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Sellofan bükümdə təqdim etdiyi narkotik vasitə marixuananı 29 yanvar 2025-ci il tarixdə əvvəldən tanıdığı Balakən rayon Talalar kənd sakini Şahid5 40 manata aldığını, həmçinin həmin narkotik vasitənin bir hissəsini Balakən rayon Tülü kənd sakini Təqsirləndirilən şəxs satdığını bildirmişdir. Lakin sonradan istintaqa ifadə verərək Fazildən həmin narkotik vasitə marixuananı 28 yanvar 2025-ci il tarixdə aldığını həmin tarixdə isə həmin narkotik vasitə marixuananın bir hissəsini Təqsirləndirilən şəxs satdığını bildirmişdir. Yəni dəqiq tarixi 28 yanvar 2025-ci il olaraq göstərmişdir. Daha sonra təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuana sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 9,84 qram təşkil etmişdir. Bundan sonra onun təqdim etdiyi 01 ədəd sellofan bükümdəki narkotik vasitə marixuana polis əməkdaşı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra polis şöbəsinə gəldikdən sonra onun hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün Balakən rayon vəkil bürosunun vəkillərinin adlı siyahısı ona təqdim edilmişdir. Təqdim edilmiş Balakən rayon vəkil bürosunun vəkillərinin siyahısından Balakən rayon vəkil bürosunun vəkili X3 tərəfindən hüquqlarını müdafiə etməsini istəmişdir. Bir neçə dəqiqə sonra Hidayət Muradov polis şöbəsinə dəvət edilmiş, müdafiəçi kimi ona təqdim edilmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Lakin 28 yanvar 2025-ci il tarixdə Şahid5 30 manata aldığı narkotik vasitə marixuananın bir hissəsini Təqsirləndirilən şəxs 40 manata satmışdır. Üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə Fazildən alıb saxlamış, lakin daha sonra gəlir əldə etmək üçün bir hissəsini Təqsirləndirilən şəxs 40 manat satmışdır. Hazırda yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə qurudulmuş marixuana saxlamır. Şahid5 ona narkotik vasitə satdığını heç kim bilməmişdir. Bu barədə heç kimə bir söz deməmişdir. Şahid5 ona satdığı həmin narkotik vasitə marixuananı haradan əldə etdiyini bilməmişdir. Həmçinin Fazil ona həmin narkotik vasitə marixuananı haradan əldə etməsi barədə heç bir söz deməmişdir. Şahid5 həmin narkotik vasitədən Şakirə satacağı və satması barədə heç bir söz deməmişdir. Polis əməkdaşları məni saxladıqları vaxt yolda hər hansı başqa şəxsin olduğunu görməmişdir. Polis əməkdaşları tərəfindən 30 yanvar 2025-ci il tarixdə saat 19:25-də Balakən şəhəri Teyyub Musayev küçəsində saxlanılmışdır. Onu narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli kimi saxlayan polis əməkdaşlarını əvvəldən tanımamışdır. Həmin polis əməkdaşları ilə əvvəllər aralarında hər hansı bir düşmənçiliyi və ədavəti olmamışdır. Həmin polis əməkdaşlarını əvvəldən tanımır.Həmin polis əməkdaşları ilə heç bir düşmənçiliyi və ədavətim olmamışdır. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. İİ cild 61-ci vərəqində olan Gəncə şəhəri Narkoloji Dispanserinin 31 mart 2025-ci il tarixli 472 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan Kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İİ cild 73-93-cü vərəqlərində olan 04 aprel 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 14.91 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞnin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 06 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. İİ cild 100-cü vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi TSEK-ya 88 nömrəli göndərişdən görünür ki, Təqsirləndirilən şəxs ağciyərlərin səpələnmiş vərəmi, dağılma mərhələsi, qırtlaq vərəmi diaqnozu ilə xəstədir. İş materiallarına əlavə olunan Balakən Rayon Məhkəməsinin 1(019)-41/2025 nömrəli xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Şahid4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Şahid4 xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş 03 (üç) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarına əlavə olunan Balakən Rayon Məhkəməsinin 1(019)-34/2025 nömrəli, 11 iyun 2025-ci tarixli hökmündən görünür ki, iş üzrə 34.55 manat ekspertiza xərci təqsirləndirilən şəxs Şahid5 tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahıda qurudulmuş marixuana üçün xeyli miqdar 05 qramdan 500 qramadək müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə Şahid4 məhkəmə iclasında verdiyi ifadəsini mötəbər sübut kimi qəbul etmir. Polis əməkdaşları tərəfindən ona təzyiq edilməsi, buna görə şöbədə narkotik vasitə satmasını etiraf etməsi, 28 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid5lə haləhval tutmaq üçün telefonla əlaqə saxlaması barədə verdiyi ifadə əsassızdır. Onun məhkəmə iclasında verdiyi ifadə digər şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri və iş materialları ilə tam təkzib edilmişdir. Odur ki, onun ibtidai istintaq zamanı verdiyi ifadə mötəbər sübut kimi qəbul edilir. Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələrini, əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokolları, "xxxx" MMC-dən təqdim edilmiş diskə baxış keçirilməsi barədə protokolu, məhkəmə-bioloji ekspertizasının rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlama rəyi və digər iş materiallarını tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları mötəbər sübutlar kimi qəbul edir və cinayət təqibi üzrə toplanmış həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin ittiham olunduğu əməldə təqsirini etiraf etməsi digər sübutların məcmusu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamın əsası kimi qəbul edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-in 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə cinayət hadisəsinin olması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMin 234.1-ci maddəsinin tərkibinin olması, onun cinayətin törədilməsində aidiyyəti və cinayətin törədilməsində təqsirliliyi sübuta yetir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmək üçün əsaslar yoxdur, odur ki, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 2. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi əməlini etiraf etməklə səmimi peşman olması nəzərə alınmalıdır. Belə ki, onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını bildirməsi ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın növü və həddi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, xəstə olmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 30 yanvar 2025-ci il tarixdən 01 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış çəkisi 14.91 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, təqdim olunan əşyaya baxış keçirilməsi və götürməni əks etdirən 06 ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspertiza xərci olan 34.55 manat Balakən Rayon Məhkəməsinin 1(019)-34/2025 nömrəli xx.xx.2025-ci il tarixli hökmünə əsasən təqsirləndirilən şəxs Şahid5 tutulduğundan hazırki iş üzrə təqsirləndirilən şəxsdən ekspertiza xərci tutulmamalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinə uyğun olaraq məhkəmə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq müəyyən edir ki, təqsirləndirilən şəxsdə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 8 iş saatı sərf etmişdir. Məhkəmə hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabından 88 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 144-146, 346-347, 349, 351-353 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 30 yanvar 2025-ci il tarixdən 01 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri Balakən rayonu Tülü kəndindəki ünvanı gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 14.91 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, təqdim olunan əşyaya baxış keçirilməsi və götürməni əks etdirən 06 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 88 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №1(019)-61/2025
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-61/2025
05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver