Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-63/2020 05.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1987-ci il tarixdə Balakən rayonu Gərəkli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, X1 Məhkəməsinin xx.xx.2012-ci tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi Balakən rayon prokurorluğundan baxılması üçün Balakən Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin cinayət işinin məhkəmə baxışı iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 məhkəməyə yazılı vəsatət verərək, Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olmasını qeyd edərək, ona CM-nin həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, həmin cinayət işi xx.xx.2020-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun üzərindən qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, 1 ədəd sellofan torbada saxladığı təmiz çəkisi 12,85 qram, yaşadığı Balakən rayonu Gərəkli kəndi ərazisində “Hunbul” çayın kənarında alaq otları bitən sahədə 01 ədəd sintetik kisədə gizlədərək saxladığı, təmiz çəkisi 6 kiloqram 150 qram, ümumilikdə 6 kiloqram 162,85 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananın aşkar edilərək, götürülməsi faktları əsasında toplanmış materiallar üzrə xx xxxx 2020-ci il tarixdə Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Natiq Muradov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə başlanmışdır. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddə ilə ona ittiham elan olunmuşdur. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs 2020-ci ilin may ayının sonlarında yaşadığı Balakən rayonu Gərəkli kəndi ərazisindən axan “Hunbul” çayın kənarından tapdığı yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərinin hissələrini toplayıb, həmin ərazidə qurudaraq, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 6 kiloqram 162,85 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı öz istifadəsi məqsədi ilə əldə edərək, həmin marixuananın 6 kiloqram 150 qramını daşıyaraq, 1 ədəd sintetik kisədə həmin çayın kənarında gizlədərək saxlamış, 12,85 qramını isə sellofan torbada əynindəki şalvarının sol arxa cibində daşıyaraq, saxlamışdır. xx xxxx 2020-ci il tarixdə, saat 18 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq satış məqsədi olmadan öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, özərindəki şalvarının sol arxa cibində sellofan torbada daşıyaraq, saxladığı 12,85 qram çəkidə və Balakən rayonu Gərəkli kəndi ərazisindən axan “Hunbul” çayın kənarında 01 ədəd sintetik kisədə daşıyaraq, saxladığı 6 kiloqram 150 qram çəkidə, ümumi təmiz çəkisi 6 kiloqram 162,85 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana onun üzərindən və saxladığı çay kənarından aşkar edilərək, götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı xx xxxx 2020-ci il tarixdə Balakən rayon prokuroru Qoşqar Əhmədov tərəfindən təsdiq edilərək, baxılması üçün aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə göndərilmiş və Balakən Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Hazırda cinayət işi məhkəmə baxışı mərhələsindədir. İş materiallarından görünür ki, Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar eilmiş narkotik vasitə-qurudulmuş marixuananın ümumi çəkisi 6 kiloqram 162,85 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ibtidai istintaqda verdiyi ifadələrə uyğun ifadə verərək, göstərdi ki, 2020-ci ilin may ayının sonlarında yaşadığı Balakən rayonu Gərəkli kəndi ərazisindən axan “Hunbul” çayın kənarına getmişdir ki, sərinləşin. Həmin çayın kənarlarında ona tanış olan çoxsayda yabanı halda bitmiş çətənə bitkilərini görmüşdür. Həmin bitkilərin əsas başlıq və yararlı hissələrini toplayıb, çay kənarına sərmişdir ki, qurusun və gələcəkdə özü üçün istifadə etsin. Bir gün sonra həmin yerə gedib, qurumaq üçün sərdiyi çətənə bitkilərini 01 ədəd ağ rəngli sintetik kisəyə doldurmuşdur. Ancaq həmin içərisinə narkotik yığdığı kisəni evə aparmağa qorxmuşdur. Həmin səbəbdən kisəyə yığdığı narkotikdən bir qədəd götürüb, sellofan torbaya qoyub, özü üçün istifadə etmək məqsədilə üzərində saxlamış, dolu kisəni isə çay kənarında alaq otları olan sahədə üstünü digər bir köhnə sellofanla örtmüşdür ki, yağış suları batırmasın. Həmin kisəyə dolduraraq, gizlədib saxladığı marixuananı lazım olduqca hissə-hissə götürüb, istifadə edəcəyini fikirləşmişdir. xx.xx.2020-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən şalvarının sol arxa cibində sellofan torbada daşıyaraq saxladığı 12,85 qram çəkidə və Balakən rayonu Gərəkli kəndi ərazisindən axan “Hunbul” çayın kənarında 01 ədəd sintetik kisədə daşıyaraq, saxladığı 6 kiloqram 150 qram çəkidə, ümumi təmiz çəkisi 6 kiloqram 162,85 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana saxladığı çay kənarından aşkar edilərək, götürülmüşdür. Dövlət ittihamçısının vəsatətində daha sonra göstərilir ki, iş materiallarına və məhkəmədə tədqiq olunan sübutlara əsasən Təqsirləndirilən şəxs ifadəsi işin faktiki hallarına uyğun deyildir. Belə ki, Təqsirləndirilən şəxs aşkar eilmiş 6 kiloqram 162,85 qram narkotik vasitə-qurudulmuş marixuana külli miqdar təşkil edir. Həmin narkotik vasitənin çəkisinin şəxsi istehlak miqdarından 1232 dəfə, külli miqdardan isə 12 dəfədən də artıq olması halı təqsirləndirilən şəxsin bu miqdarda narkotik vasitə- marixuananı şəxsi istifadəsi üçün deyil, məhz satış məqsədilə toplamasını təsdiq edir. İbtidai istintaq Təqsirləndirilən şəxs özünün ifadəsinə əsaslanaraq, onun əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə tövsif etmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin əlamətlərinin müəyyən olunmaması ibtidai istintaqın tam və hərtərəfli aparılmaması nəticəsində mümkün olmuşdur. Halbuki şəxsin əməlində satış məqsədinin olub-olmamasını aydınlaşdırmaq üçün narkotik vasitələrin miqdarı mühüm şərtdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilir ki,Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından görünür ki, həmin xüsusatların araşdırılması üçün ibtidai istintaq orqanı tərəfindən müvafiq tədbirlər görülməyərək, təqsirləndirilən şəxsin istehlakçılarla əvvəlcədən razılıq əldə edilməsi xüsusatının araşdırılması üçün ona istinad olunan əməlin törədildiyi vaxta yaxın dövr ərzində telefon danışıq nömrələri əldə olunmamış, eləcə də mobil telefon işlədibişlətməməsi aydınlaşdırılmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2012-ci tarixli X1 Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 4 ay 7 gün vaxtından əvvəl şərti azad edilmiş, cəzasını çəkib qurtarsa da, məhkumluğu ödənilməmişdir. Bütün yuxarıda qeyd edilənlər onu göstərir ki, Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə təqsirləndirilən şəxsə həmin maddə ilə, yəni ağır ittiham irəli sürülməsi məsələsinə baxılması üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməklə, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə baxışı iclasında Dövlət ittihamçısı1 hazırki vəsatətini müdafiə edərək, vəsatətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi vəsatətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istelak miqdarından artıq miqdarda əldə etmə, daşıma və saxlama cinayət əməlini törətməsinə aidiyyəti barədə ittiham verilmişdir ona görə ki, o, 2020-ci ilin may ayının sonlarında yaşadığı Balakən rayonu Gərəkli kəndi ərazisindən axan “Hunbul” çayın kənarından tapdığı yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərinin hissələrini toplayıb, həmin ərazidə qurudaraq, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 6 kiloqram 162,85 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı öz istifadəsi məqsədi ilə əldə edərək, həmin marixuananın 6 kiloqram 150 qramını daşıyaraq, 1 ədəd sintetik kisədə həmin çayın kənarında gizlədərək, saxlamış, 12,85 qramını isə sellofan torbada əynindəki şalvarının sol arxa cibində daşıyaraq, saxlamışdır. xx xxxx 2020-ci il tarixdə, saat 18 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs oğlnun qəsdən qanunsuz olaraq satış məqsədi olmadan öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərindəki şalvarının sol arxa cibində sellofan torbada daşıyaraq saxladığı 12,85 qram çəkidə və Balakən rayonu Gərəkli kəndi ərazisindən axan “Hunbul” çayın kənarında 01 ədəd sintetik kisədə daşıyaraq, saxladığı 6 kiloqram 150 qram çəkidə, ümumi təmiz çəkisi 6 kiloqram 162,85 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana onun üzərindən və saxladığı çay kənarından aşkar edilərək, götürülmüşdür. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə, Azərbaycan Respublbikası CM-nin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə və Azərbaycan Respublikası CM-nin 234.3-cü maddəsində narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşımaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində bu Məcəllənin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən olunmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları» təsdiq edilmişdir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş İ siyahıda qurudulmuş marixuna üçün şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx xxxx 2011-ci il tarixli, 02 №-li qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir; törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir; təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi,narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx xxxx 2011-ci il tarixli, 02 №-li qərarının 14-cü bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir; aşkar edilmiş narkotiklərin bir növünün külli miqdar, digərinin isə külli miqdar təşkil etmədiyi hallarda əməl cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası CM-in 234.2 və 234.4.3-cü maddələri ilə deyil, yalnız CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir; satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət tərkibinin əlamətləri Cinayət Məcəlləsinin cinayət-hüquqi qadağaları müəyyənləşdirən Xüsusi hissəsində formalaşdırılır. Lakin cinayət tərkibinin əlamətlərinə dair göstərişlər Ümumi hissədə də verilir və bunlara bütün cinayət tərkibləri üçün eyni və bir çoxları üçün ümumi olan əlamətlər aiddir. Cinayət Məcəlləsinin 2.1-ci maddəsində cinayətin obyektinin növlərindən, 24-26-cı maddələrində subyektiv tərəfin əlamətlərindən və 19-21-ci maddələrində cinayətlərin subyektlərindən bəhs olunur. Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 19-cu maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir. Əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır (Cinayət Məcəlləsinin 24.1-ci maddəsi). Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sözügedən qərarında həmçinin göstərmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İş materiallarına əsasən Təqsirləndirilən şəxs qanunsuz əldə edilməsi, daşınması və saxlanması istinad edilən 6 kiloqram 162,85 qram narkotik vasitə-qurudulmuş marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahıya əsasən külli miqdar təşkil edir (qeyd edildiyi kimi, həmin İ siyahıya görə qurudulmuş marixuana üçün külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 500 qramdır). İş materiallarından o da görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilərkən onun ibtidai istintaq zamanı verdiyi ifadələrinə əsaslanılmış, bu zaman Təqsirləndirilən şəxs ona qanunsuz əldə edilməsi, daşınması və saxlanması istinad edilən 6 kiloqram 162,85 qram narkotik vasitə-qurudulmuş marixuananı satmaq niyyətində olub-olmaması; istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülüb-bükülməməsi, onların hazırlanması üçün avadanlığın olub-olmaması və işin digər halları aydınlaşdırılmamışdır. Həmçinin həmin halların araşdırılması üçün ibtidai istintaq orqanı tərəfindən müvafiq tədbirlər görülməmiş, xüsusən təqsirləndirilən şəxsin istehlakçı ilə (istehlakçılarla) əvvəlcədən razılıq əldə etməsi ehtimalının araşdırılması üçün onun istinad olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə yaxın dövr ərzində telefon danışıqları məlumatları və sms mətnləri əldə olunmamış, hətta Təqsirləndirilən şəxs mobil telefon işlədib-işlətməməsi müəyyən edilməmişdir. Bu halların araşdırılması isə həmin narkotik vasitənin təkcə satma deyil, eyni zamanda külli miqdarda satış məqsədi ilə əldə etmə, saxlama və daşınıb-daşınmamasının müəyyən edilməsi və bu işin düzgün hüquqi həlli nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşıyır. Bu konteksdə məhkəmə hesab edir ki, hər bir halda cinayət təqibi orqanına işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaq və şəxsin əməlinə düzgün hüquqi qiymət vermək imkanı yaradılmalıdır. Bu, qanunvericiliyin tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 8.0.1, 8.0.3 və 8.0.4 və 8.0.5-ci maddələrinə əsasən şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələridir. Azərbaycan Respublikası CPM-nin 32.2.3-cü maddəsinə əsasən ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut etməlidir. Bu xüsusda Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinin tətbiqi də cinayət təqibi ilə bağlı işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin bütün faktoloji hallarını müəyyən etmək və ona düzgün hüquqi qiymət vermək, şəxsin təqsirini müəyyən etmək barədə cinayət mühakimə icraatının vəzifələrinin yerinə yetirilməsi və həmçinin cinayət qanunvericiliyinin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin təmin edilməsi zərurətindən irəli gəlir. Bu xüsusda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməl CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməldən daha ağır cinayət hesab olunur. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət az ağır cinayətlər, Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən isə CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyindən, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna qaytarılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 318.2 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-63/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-63/2020
05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver