Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-63/2022 05.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi-Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi: Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1988-ci ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə iəşğul olan, məhkum olunmayan, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 178.2.4-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə «05» avqust 2022-ci il tarixdə Balakən şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, vahid tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmək məqsədilə 2020-ci ilin aprel ayının ortalarında tanışı Balakən rayon Talalar kənd sakini Zərərçəkmiş şəxs dörd baş “Simmental” cins iribuynuzlu heyvan gətirəcəyi barədə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə yaşadığı Qazma kəndi ərazisində yerləşən evinin həyətində müxtəlif vaxtlarda hissə-hissə olmaqla yəni 1500 (min beş yüz) manat, 1400 (min dörd yüz) manat və 2400 (iki min dörd yüz) manat, olmaqla ümumilikdə 5.300 (beş min üç yüz) manat məbləğində pulu qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Balakən rayonu Qazma kəndində ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəlik keçirməmişdir. Balakən rayonu Talalar kənd sakini Zərərçəkmiş şəxs tanıyır, onunla əvvəllər heç bir düşmənçilik və ya ədavəti olmamışdır. 2020-ci ilin əvvəllərindən başlayaraq “Simmental” və başqa cinsli iribuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olmuşdur. Həmin heyvanları Bakı şəhərindən və digər regionlarda müxtəlif şəxslərdən alaraq, Balakən rayonuna gətirib ayrı-ayrı şəxslərə öz xeyirinə satmışdır. 2020-ci ilin aprel ayında əvvəllər tanıdığı Talalar kənd sakini Zərərçəkmiş şəxs sonradan onun əmisi olaraq bildiyi Şahidlə birlikdə yaşadığı evin həyətinə gələrək, 4 baş “Simmental” cinsli iribuynuzlu heyvan almaq istədiyini ona bildirmişdir. O da həmin zaman yaşadığı evin həyətində olan 3 baş iribuynuzlu cins heyvanları onlara göstərmiş, lakin həmin iribuynuzlu heyvanların qiymətinin baha olmasını, bunun üçün də onlara göstərdiyi 3 baş iribuynuzlu heyvanları almağa imkanları çatmadığını demişlər. O da bunun üçün Sahibə 10-15 gün müddətində Bakı şəhərindən 4 baş “Simmental” cinsli iribuynuzlu heyvanlar alıb gətirə biləcəyini və ona 4300 manata həmin 4 baş iribuynuzlu heyvanları sata biləcəyini bildirmişdir. Bu zaman Sahib də onunla razılaşmışdır. O, Sahibə 4300 manat pulu əvəllcədən verməli olduğunu söyləmiş, Sahib də razılaşaraq 2020-ci ilin aprel ayının ortalarında hazırda dəqiq xatırlamadığı tarixlərdə 2300 manat və 2000 manat olmaqla ümumilikdə 4300 manat məbləğində pulu ona yaşadığı Qazma kəndi ərazisində yerləşən evinin həyətində vermişdir. Həmin vaxt onların yanında Sahibin əmisi Şahid də olmuşdur. O da borcu olduğu üçün Zərərçəkmiş şəxs heyvan gətirmək məqsədilə götürdüyü 4300 manat pulu təcili olaraq başqa borclu olduğu şəxsə verməli olmuşdur. Həmçinin fikirləşmişdir ki, öz borcunu qaytardıqdan bir müddət sonra Zərərçəkmiş şəxs 4300 manat məbləğində 4 baş “Simmental” cins iribuynuzlu heyvanları alıb verər. Lakin həmin vaxtdan etibarən maddi vəziyyəti pisləşdiyindən Sahibin 4300 manat pulunu qaytara bilməmişdir. Həmçinin ona gətirməli olduğu 4 baş “Simmental” cins iribuynuzlu heyvanları da verə bilməmişdir. Bundan başqa 2021-ci ildə Zərərçəkmiş şəxs götürmüş olduğu 4300 manat pulu qaytara bilmədiyi üçün həmin pulun üzərinə 1000 manat da əlavə olaraq verəcəyini, yəni ümumilikdə 5300 manat məbləğində pul verəcəyini demişdir. Sahib də onunla razılaşmışdır. Sahibdən 4 baş “Simmental” cins iribuynuzlu heyvanların satılması qarşlığında hissə-hissə olmaqla 4300 manat avans olaraq pul almış, lakin həmin söz verdiyi 4 baş “Simmental” cins iribuynuzlu heyvanları gətirə bilməmiş, borcu olduğundan Sahibdən aldığı 4300 manat pulu öz borcuna vermişdir. Sonradan Sahibə 5300 manat pulu qaytarmaq istəmiş, lakin maddi vəziyyəti pisləşdiyindən pulu Sahibə qaytara bilməmişdir. Zərərçəkmiş şəxs 5300 manat pul verməli idi. O da 2020-ci ilin aprel ayının ortalarında 5300 manat məbləğində pulu Zərərçəkmiş şəxs əmisi Şahid yanında almış, bu zaman onun yanında heç kim olmamışdır. O, həmin pulu yaşadığı evin həyətində almışdır. Onların yanında başqa heç kim olmamışdır. Cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Təqsirləndirilən şəxs daha sonra bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmış, Zərərçəkmiş şəxs vurduğu ziyanı könüllü şəkildə tamamilə ona ödəmişdir. Zərərçəkmiş şəxs ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Həmçinin cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında-1327 manat miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və həmçinin cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, ona qarşı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə başlanmış cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ilin aprel ayında Balakən rayonu Qazma kənd sakini Təqsirləndirilən şəxs Kamal oğlunun “Simmental” cinsli iribuynuzlu heyvanlar satmasını eşitmiş və həmin vaxt o da iribuynuzlu heyvanlar almaq istədiyi üçün Təqsirləndirilən şəxs yaşadığı ünvana əmisi Şahidlə birlikdə getmişdir. O, Təqsirləndirilən şəxs həyətində olduğu zaman ona həyətindəki 3 baş “Simmental” cinsli inəyi göstərmişdir. Lakin Laçın evinin həyətində olan 3 baş həmin inəyi özü üçün gətirdiyini, onları baha qiymətə satacağını ona bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin ona əgər istəsə 7-10 gün müddətinə daha ucuz qiymətə, yəni bir başını 1500 manat olmaqla Bakı şəhərindən “Simmental” cinsli inəkləri gətirərək sata biləcəyini söyləmişdir. Onun da həmin vaxt maddi imkanı olmadığı üçün yaşadığı evə gedərək, pul düzəldib sonra gələciyini bildirmişdir. Həmin gün axşam saatlarında Laçın ona məxsus telefona zəng edərək, “əgər heyvan istəyirsənsə təcili pul tap gətir qısa zamanda sənə həmin heyvanları təşkil edim” demişdir. Bundan sonra, yəni 2020-ci il aprel ayının ortalarında xatırlamadığı gün 1500 manat məbləğində pulu əmisi Şahidlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana aparaq, ona vermişdir. Həmin gün yenidən Laçın ona məxsus telefona zəng edərək, əgər pul tapa bilirsə 100 manat da aşağı olmaqla ona bir baş «Simmental» cinsli heyvanı 1400 manata sata biləcəyini demişdir. Həmin gün o, yenidən əmisi Şahidlə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərək, yaşadığı evin həyətində Laçına 1400 manat pulu vermişdir. Həmin vaxt Laçın ona bir həftə 10 gün ərzində 2 baş heyvanı gətirəcəyini bildirmişdir. Təxminən 3-4 gün sonra Laçından heyvanların necə olduğunu, yəni gətiribgətirmədiyini soruşmaq üçün ona zəng etdikdə, Laçın müəyyən məbləğ, yəni 100.000 manat pul düzəlməli olduğunu, yəni geriyə 10.000 manat qaldığını, tapa biləcəyi qədər yenidən pul tapmasını və müsbət halda 2-3 gün ərzində heyvanların gələcəyini bildirmişdir. O da bir daha Laçının dediklərinə inanaraq, yenidən 2400 manat məbləğində borc pul taparaq 2020-ci il aprel ayının ortalarında xatırlamadığı gün əmisi Şahidlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana apararaq, ona vermişdir. Həmçinin 4 baş iribuynuzlu heyvan üçün Laçına verəcəyi puldan geriyə 400 manat qaldığı üçün həmin heyvanlar gəldiyi zaman verəcəyini bildirmişdir. O, həmin vaxt, yəni 2020-ci il aprel ayının ortalarında 4 baş «Simmental» cinsli iribuynuzlu heyvanlar gətirməsi üçün Laçına onun yaşadığı ünvanda əmisi Şahid iştirakı ilə ümumilikdə 5300 manat məbləğində pul vermişdir. Pulu götürdükdən sonra Laçın ona heyvanları sifariş etdiyini, təxminən 10 gün müddətində 4 baş “Simmental” cinsli inəkləri gətirərək, ona verəcəyini demişdir. O da həmin vaxt qalan 400 manat pulu Laçına vermək istəmişdir. Lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək və dələduzluq edərək, ona satdığı 4 baş inəyi gətirməmiş, onu müxtəlif bəhanələrlə aldatmış, 2020-ci ilin may ayında Laçın ona yenidən söz verərək, inəkləri gətirəcəyini bildirsə də, sözünə əməl etməmişdir. O, bu zaman şübhələnərək, Laçından 5300 manat pulunu geri tələb etdiyi zaman Laçın guya ki, 5300 manat pulu Bakıya göndərdiyini, onun da aldadıldığını bildirmiş və ona 5300 manat pulu 1 həftə ərzində qaytaracağını demişdir. O da Laçının dediklərinə inanmış və gözləmiş, lakin Təqsirləndirilən şəxs yenə də öz vədinə əməl etməmiş, 5300 manat pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs ona 4 baş “Simmental” cins iribuynuzlu heyvanlar gətirməsi üçün 2020-ci il aprel ayının ortalarında xatırlamadığı ayrı-ayrı günlərdə 1500 manat, 1400 manat və 2400 manat olmaqla ümumilikdə 5300 manat məbləğində pulu əmisi Şahidlə birlikdə yaşadığı ünvanda Laçına vermişdir. Həmin vaxt Laçın ona bir həftə və ya 10 gün ərzində heyvanları gətirəcəyini bildirmiş, həmin müddətdən sonra da ayrı-ayrı vaxtlarda müxtəlif bəhanələr gətirərək, gətirməli olduğu heyvanları gətirməmişdir. Hazırda Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı könüllü şəkildə tamamilə ona ödəmiş və onunla barışıq əldə etmişdir. Onun təqsirləndirilən şəxs X2 qarşı heç bir tələbi və şikayəti yoxdur. Həmçinin Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə başlanmış cinayət işi üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2020-ci ilin aprel ayında qardaşı oğlu Zərərçəkmiş şəxs ona Balakən rayonu Qazma kənd sakini Təqsirləndirilən şəxs Kamal oğlunun “Simmental” cinsli iribuynuzlu heyvanlar satdığını və həmin şəxsdən iribuynuzlu heyvanlar almaq istədiyini bildirmidir. Bunun üçün də Sahiblə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Onlar Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olduğu zaman Laçın Sahibə həyətindəki 3 baş “Simmental” cinsli inəyi göstərmiş, həmçinin Laçın evinin həyətində olan 3 baş həmin inəkləri özü üçün gətirdiyini, onları baha qiymətə satacağını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin Sahib istəyəcəyi halda 7-10 gün müddətinə daha ucuz qiymətə, yəni bir başı 1500 manat olmaqla Bakı şəhərindən “Simmental” cinsli inəkləri gətirərək, sata biləcəyini demişdir. Sahib də həmin vaxt maddi imkanı olmadığı üçün yaşadığı evə gedərək, ailəsi ilə məsləhət edib daha sonra pul düzəldib gələciyini bildirmiş və oradan çıxaraq yaşadığı evə getmişdir. Həmin gün axşam saatlarında Sahib ona Laçının telefonla zəng edərək, əgər heyvan istəyirsə təcili pul tap gətirməsini, qısa zamanda ona həmin heyvanları təşkil edəcəyini dediyini bildirmişdir. Bir gün sonra, 2020-ci il aprel ayının ortalarında hazırda dəqiq xatırlamadığı gün Sahiblə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş və Sahib 1500 manat məbləğində pulu Laçının yaşadığı evin həyətində ona vermişdir. Laçın həmin vaxt Sahibə ən qısa müddətdə “Simmental” cinsli iribuynuzlu heyvanları gətirəcəyini söyləmişdir. Bundan sonra isə oradan çıxaraq yaşadıqları evə getmişlər. Həmin gün Sahib ona yenidən Laçınının ona məxsus telefona zəng edərək, əgər pul tapa bilərsə 100 manat da aşağı olmaqla ona bir baş «Simmental» cinsli heyvanı 1400 manata sata biləcəyini dediyini bildirmişdir. Həmin gün Sahib haradansa pul tapıb, yenidən onunla Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərək, Laçının yaşadığı evin həyətində Laçına 1400 manat pulu vermişdir. Həmin vaxt Laçın bir daha Sahibə bir həftə və ya 10 gün ərzində 2 baş iribuynuzlu heyvanı gətirəcəyini bildirmişdir. Təxminən 3-4 gün sonra Sahib Laçından heyvanların necə olduğunu, yəni gətiribgətirmədiyini, nə vaxta gətirəcəyini soruşmaq üçün ona zəng etdikdə, Laçın Sahibə bir partiya iribuynzulu heyvanların gətirilməsi üçün müəyyən məbləğ, yəni 100.000 manat pul düzəltməli olduğunu, həmin vaxt pulun tam düzəlmədiyini, geriyə 10.000 manat qaldığını tapa biləcəyi qədər yenidən pul tapmasını və pulun tam yığılacağı halda 2-3 gün ərzində heyvanların gələcəyini söyləmişdir. Qardaşı oğlu Sahib də bir daha Laçının dediklərinə inanaraq, yenidən 2400 manat məbləğində borc pul taparaq, 2020-ci il aprel ayının ortalarında xatırlamadığı gün onunla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana apararaq, ona vermişdir. Sahib həmçinin 4 baş iribuynuzlu heyvan üçün Laçına verəcəyi puldan geriyə 400 manat qaldığı üçün həmin heyvanlar gəldiyi zaman geriyə qalan pulu da verəcəyini bildirmişdir. Sahib həmin vaxt, yəni 2020-ci il aprel ayının ortalarında 4 baş «Simmental» cinsli iribuynuzlu heyvanlar gətirməsi üçün Laçına yaşadığı evin həyətində 1500, 1400 və 2400 olmaqla onun iştirakı ilə ümumilikdə 5300 manat məbləğində pul vermişdir. Pulu götürdükdən sonra Laçın Sahibə heyvanları sifariş etdiyini, təxminən 10 gün müddətində 4 baş “Simmental” cinsli inəkləri gətirərək. ona təhvil verəcəyini bildirmişdir. Sahiblə birlikdə həmin proseslərdə iştirak etdiyi üçün Laçının dediklərinə o da inanmış, həmçinin Sahib qalan 400 manat pulu da Laçına verəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs verdiyi vədinə əməl etməyərək, Sahibə söz verdiyi 4 baş inəyi gətirməmiş, onu müxtəlif bəhanələrlə aldatmışdır. 2020-ci ilin may ayında Laçın Sahibə yenidən söz verərək, inəkləri gətirəcəyini bildirsə də, sözünə əməl etməmişdir. Sahib bu zaman şübhələnərək, Laçından 5300 manat pulunu geri tələb etdiyi zaman Laçın 5300 manat pulu Bakıya göndərdiyini, özünün də aldadıldığını bildirmiş və 5300 manat pulu 1 həftə ərzində qaytaracağını demişdir. Sahib də bir daha Laçına inanmış və bir müddət gözləmiş, lakin Təqsirləndirilən şəxs yenə də öz vədinə əməl etməmiş, Sahibə qaytarmalı olduğu 5300 manat pulunu qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı könüllü şəkildə tamamilə Zərərçəkmiş şəxs ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. İş materiallarından, həmçinin iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs vurulmuş ziyanı könüllü şəkildə tamamilə ona ödəmiş və onunla barışıq əldə etmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 %-i məbləğində (1327 manat) pul vəsaiti Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs X1 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs vurulmuş ziyanı tamamilə ödəməklə onunla barışmış, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilməklə X1 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsudliyyətindən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Tələbnamə üzrə verilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2022-ci il tarixli, 5 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində dələduzluğun, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində «xeyli miqdar» dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qeyd olunanları əsas tutaraq və iş materiallarını araşdıraraq, hesab edir ki, hazırki işdə Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsilə olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 37.4-cü maddəsinə görə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4. 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair» 15 iyul 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışı gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimaixüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Azərbaycan Respublikası CPM-nin 41.6-cı maddəsinə əsasən dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi barədə mövqeyi xüsusi ittihamçının təqsirləndirilən şəxsin barəsində cinayət təqibini davam etdirməsinə mane olmur. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 73-1.2ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə cinayət məsuliyyətindən azad edilməklə barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə olan hazırki cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə icraata xitam verildiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, işin məhkəmədə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 5 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 11 №-li qərarına edilmiş dəyişikliyə uyğun olaraq, təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabından 30 manat Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X3 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməlidir. İş üzrə mülki iddia,maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.1.2, 43.3, 321, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabından 30 manat Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X3 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən:Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-63/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-63/2022
05.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver