Məhkəmə qərarları › İş №1(019)-64/2020

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-64/2020

01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-64/2020 01.12.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçilər-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 və Zaqatala Rayon Vəkil bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx.xx.1999-cu ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və daimi yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs1 və xx.xx.1996-cı ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və daimi yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qəsdən, qanunsuz olaraq satış məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddəni-metallik civəni əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 2019-cu ilin dekabr ayının ortalarında tanışları Təqsirləndirilən şəxs2 və X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Balakən şəhər sakini Şahid1 yaşadığı evdən gizli yolla qəsdən, qanunsuz olaraq, satış məqsədi ilə əldə etdikləri 501,2 qram və 532,5 qram kimyəvi tərkiblərinə görə fərqlənən, ümumi təmiz çəkisi 1033,7 qram çəkidə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddəni, yəni metal parıltıya malik maddə olan metallik civəni daşıyıb, yaşadığı evə gətirmiş, 3 gün sonra qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2lə razılaşıb, həmin civəni geri, yəni Şahid1 həyətinə atmaq qərarına gəlmiş, bu məqsədlə həmin civəni saxladığı yerdən götürərkən civənin bir hissəsi, yəni 532,5 qramı yerə tökülmüş, təmiz çəkisi 501,2 qram çəkidə metal parıltıya malik maddə olan metallik civəni isə daşıyaraq, Şahid1 yaşadığı evin həyətyanı sahəsinə atmış, bu barədə Məhəmməd Yusifova da xəbər vermiş, yerə tökülmüş civənin toplanıb bir yerdə dağılmadan qaldığını gördükdən sonra Təqsirləndirilən şəxs2 və Məhəmməd Yusifova məlumat vermədən, onlardan gizlədərək, satış məqsədini davam etdirib, həmin ümumi təmiz çəkisi 532,5 qram çəkidə metal parıltıya malik maddə olan metallik civəni hər birində təmiz çəkiləri 425 qram, 59,4 qram və 48,1 qram olmaqla 03 ədəd şüşə flakonda qablaşdırıb, 425 qramını Talalar kəndində yaşayan bibisi X4 yaşadığı evə daşıyaraq, həmin evin otağındakı şkafın arxasında, 48,1 qramını və 59,4 qramını isə yaşadığı evin həyətində yerləşən yaşayış olmayan evin otağındakı divarın alt hissəsində saxlamış, xx.xx.2020-ci il tarixdə, saat 15 radələrində 01 ədəd şüşə flakonda təmiz çəkisi 59,4 qram metal parıltıya malik maddə olan metallik civəni qəsdən qanunsuz olaraq satış məqsədi ilə Balakən rayon Qullar kənd sakini Şahid2 vermişdir. xx.xx.2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Şahid2 Balakən RPŞ-nin inzibati binasında həmin tarixdə, saat 21 radələrində şübhəli şəxs qismində tutulub, üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 götürmüş olduğu 01 ədəd şüşə flakonda təmiz çəkisi 59,4 qram metal parıltıya malik maddə olan metallik civə aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq xx.xx.2020-ci il tarixdə, saat 01 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı evə və evin həyətyanı sahəsinə öz könüllü razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı yaşadığı evin həyətində yerləşən yaşayış olmayan evin otağındakı divarın alt hissəsindən 01 ədəd şüşə flakonda təmiz çəkisi 48,1 qram metal parıltıya malik maddə olan metallik civə aşkar edilmiş, həmçinin xx.xx.2020-ci il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs1 Talalar kəndində yaşayan bibisi X4 yaşadığı evə öz könüllü razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı evin otağındakı şkafın arxasından 01 ədəd şüşə flakonda təmiz çəkisi 425 qram metal parıltıya malik maddə olan metallik civə aşkar edilərək götürülmüş, həmin tədbirlərin davamı olaraq xx.xx.2020-ci il tarixdə, saat 10 radələrində Şahid1 yaşadığı evə və evin həyətyanı sahəsinə öz könüllü razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı yaşadığı evin arxa tərəfindəki hasarın yanından 01 ədəd şüşə flakonda təmiz çəkisi 501,2 qram metal parıltıya malik maddə olan metallik civə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qəsdən, qanunsuz olaraq satış məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddəni-metallik civəni əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 2019-cu ilin dekabr ayının ortalarında tanışları Təqsirləndirilən şəxs1 və X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Balakən şəhər sakini Şahid1 yaşadığı evdən gizli yolla qəsdən, qanunsuz olaraq, satış məqsədi ilə əldə etdikləri 501,2 qram və 532,5 qram kimyəvi tərkiblərinə görə fərqlənən, ümumi təmiz çəkisi 1033.7 qram çəkidə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddəni, yəni metal parıltıya malik maddə olan metallik civəni aralarında olan razılaşmaya əsasən saxlanılması və satışının təşkil edilməsi üçün Təqsirləndirilən şəxs1 qalmasından ötrü sonuncunun vasitəsilə daşıyıb, Təqsirləndirilən şəxs1 yaşadığı evə gətirmiş, 3 gün sonra qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə razılaşıb, həmin civəni geri, yəni Şahid1 həyətinə atmaq qərarına gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 həmin civəni saxladığı yerdən götürərkən civənin bir hissəsi, yəni 532,5 qramı yerə tökülmüş, təmiz çəkisi 501,2 qram çəkidə metal parıltıya malik maddə olan metallik civəni isə daşıyaraq, Şahid1 yaşadığı evin həyətyanı sahəsinə atmış, daha sonra Təqsirləndirilən şəxs1 yerə dağılmış civəni qablaşdıraraq, götürməsini gizlədərək, təmiz çəkisi 501,2 qram civəni Şahid1 həyətinə atması barədə ona məlumat verdikdən sonra birlikdə qəsdən, qanunsuz olaraq, satış məqsədilə əldə etdikləri civəni Şahid1 yaşadığı həyətə geri atdıqlarını Məhəmməd Yusifova da xəbər vermişlər. xx.xx.2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Şahid2 Balakən RPŞ-nin inzibati binasında həmin tarixdə, saat 21 radələrində şübhəli şəxs qismində tutulub, üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 götürmüş olduğu 01 ədəd şüşə flakonda təmiz çəkisi 59,4 qram metal parıltıya malik maddə olan metallik civə aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq xx.xx.2020-ci il tarixdə, saat 01 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı evə və evin həyətyanı sahəsinə öz könüllü razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı yaşadığı evin həyətində yerləşən yaşayış olmayan evin otağındakı divarın alt hissəsindən 01 ədəd şüşə flakonda təmiz çəkisi 48,1 qram metal parıltıya malik maddə olan metallik civə aşkar edilmiş, həmçinin xx.xx.2020-ci il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs1 Talalar kəndində yaşayan bibisi X4 yaşadığı evə öz könüllü razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı evin otağındakı şkafın arxasından 01 ədəd şüşə flakonda təmiz çəkisi 425 qram metal parıltıya malik maddə olan metallik civə aşkar edilərək götürülmüş, həmin tədbirlərin davamı olaraq xx.xx.2020-ci il tarixdə, saat 10 radələrində Şahid1 yaşadığı evə və evin həyətyanı sahəsinə öz könüllü razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı yaşadığı evin arxa tərəfindəki hasarın yanından 01 ədəd şüşə flakonda təmiz çəkisi 501,2 qram metal parıltıya malik maddə olan metallik civə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, 2019-cu ilin dekabr ayının əvvəllərində tanışı olan Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 ona Balakən şəhər sakini Nizami adlı şəxsin yaşadığı evdə civə saxladığını, həmin civəni Nizaminin evindən oğurlamaq istədiyini bildirmiş və bu işdə özünə kömək etməsini xahiş etmişdir. İlk öncə Təqsirləndirilən şəxs2 dəqiq civə olub-olmadığını hardan bildiyini soruşduqda, o, cavabında Nizaminin yaşadığı evdə olduğu zaman otaqdakı divanı tərpədərkən şüşə qabda nəyinsə yerə düşdüyünü bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 ev sahibi Şahid1 oğlu Şahid7 həmin şüşədəkinin nə olduğunu soruşduqda, Məhəmmədin də həmin şüşədəkinin civə olduğunu bildirdiyini qeyd etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 həmin şüşə qabda olanın civə olduğunu bilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2lə Şahid1 yaşadığı evə girərək, həmin şüşə qabda olan civəni oğurlamağa razılaşmışdır. Həmçinin razılaşmışlar ki, həmin civəni oğurlayıb satarlar. Təxminən 5-10 gün sonra, yəni 2019-cu ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxs2 ona Nizaminin yaşadığı evdə olmadığıni, evinə girmək istədiyini və birlikdə gedib, civəni götürmələrini demişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs2lə Balakən şəhəri ərazisində görüşmüş, oğurluğa gedəcəklərini planlaşdırmış və ikisinin az olduğunu, bir nəfər də götürmək lazım olduğunu düşünmüşlər. Daha sonra o, Balakən rayonu Qazbinə kənd sakini Məhəmməd adlı şəxsə zəng etmiş və Balakən şəhəri ərazisinə çağırmışdır. Balakən şəhəri ərazisində görüşmüşlər. Bu zaman Təqsirləndirilən şəxs2lə Qazbinə kənd sakini Məhəmmədə Balakən şəhər sakini Şahid1 yaşadığı evdə civə olduğunu və oğurlamaq istədiklərini, daha sonra isə həmin civəni sataraq, əldə olunmuş pulu hər üçünün arasında böləcəklərini bildirmişlər. Məhəmməd də onlarla razılaşmışdır. Bundan sonra düşünmüşlər ki, oğurluğa gedirlər, ehtimal olsun ki, evin qapısı bağlı olar, ona görə də o, yaşadığı evə gedərək, dəmir alət (mantirovka) götürüb, geri qayıtmış və Qazbinə kənd sakini Məhəmmədə vermişdir ki, oğurluqda lazım olarsa, istifadə etmək üçün saxlasın. Daha sonra onlar Balakən şəhəri ərazisində yerləşən aptekin qarşısına getmiş və aptekdən 3 ədəd qara rəngli tibbi maska və 3 cüt qara əlcəklər almışlar. Bundan sonra hər üçü Nizaminin yaşadığı evin qarşısına getmişlər. Həmin zaman axşam saatları olmuş və ətraf da qaranlıq olmuşdur. Sonra maskaları və əlcəkləri taxmışlar. O, Nizaminin yaşadığı evin qarşısında dayanmış, Təqsirləndirilən şəxs2 və Qazbinə kənd sakini Məhəmməd isə Nizaminin yaşadığı evin hasarından keçərək, həyətə daxil olmuşlar. Təxminən 5-6 dəqiqə sonra da geri qayıtmışlar. Həmçinin geri qayıtdıqdan sonra evin otağının giriş qapısı kilidli olduğundan, dəmir alətlə açaraq, evə daxil olduqlarını bildirmişlər. Əvvəlcədən aralarında olan razılaşmaya əsasən götürüləcək civəni o, saxlamalı və satmalı idi. Daha sonra da əldə olunacaq gəlir hər üçünün arasında bölünəcəkdi. Buna görə də Təqsirləndirilən şəxs2 ona 1 ədəd şüşə qabda olan civəni vermişdir. O, həmin şüşə qaba baxanda içərisində maye olduğunu və mayenin çəkisinin ağır olduğunu bilmişdir. Bundan sonra həmin şüşə qabı yaşadığı evə apararaq, evin həyətindəki yaşayış olmayan digər evin otağındakı divarın alt hissəsində saxlamışdır. Təxminən 3 gün sonra Balakən şəhərində Təqsirləndirilən şəxs2lə birlikdə olduğu zaman ona Nizaminin oğlu Azər Quliyevin yaşadığı evə qayıtdığını bildirmişdir. Elə bu zaman Nizaminin oğlu Azər Məhəmmədə zəng edərək, onu yaşadıqları evə çağırmışdır. Bu zaman Azərin Təqsirləndirilən şəxs2 civəyə görə çağırdığını bilmişdir. Buna görə də Məhəmmədlə birlikdə Nizaminin evinə getmişdir. Oraya çatdıqda evdə onalardan başqa Balakən rayon sakinləri Elsəvər və Ramazan adlı şəxslərin də olduğunu görmüşdür. Bir neçə dəqiqə sonra isə Ramazan işi olduğunu deyərək, oradan çıxıb getmişdir. Bundan sonra Azər, Elsəvər və Məhəmmədlə birlikdə yaşadığı evin otağına getmiş, ona isə nə olduğunu bilmədiyini deyərək, göz-qaş etmişdir. Bir müddət həmin şəxslər içəridə qaldıqdan sonra Azər həyətə çıxmışdır. Azərdən nə olduğunu soruşanda, cavabında yaşadığı evdə civə olduğunu, həmin civənin də orada olmasından Təqsirləndirilən şəxs2, Elsəvər və Ramazanın məlumatlarının olduğunu bildirmişdir. Həmçinin civənin oğurlanmasında həmin şəxslərdən şübhələndiyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs2, Elsəvər, Nizaminin oğlu Azər və o, Balakən şəhəri ərazisində yerləşən «Şeş-Beş» adlı kafeyə getmişlər. Həmin kafedə oturub çay içən zaman civənin kimin oğurlaya biləcəyi barədə söhbət etmişlər. Həmin zaman Təqsirləndirilən şəxs2 onu kafenin çölünə çıxararaq, götürdükləri civəni geri aparıb, Nizaminin yaşadığı evə qoymaq lazım olduğunu demişdir. Buna görə də Məhəmmədlə razılaşmış və geri kafeyə qayıdıb, orada olanlara evə gedib, sonra gələciyini bildirmişdir. Təxminən 10 dəqiqə sonra oradan çıxaraq, yaşadığı evə getmişdir. Yaşadığı evin həyətində yerləşən yaşayış olmayan evin otağında Nizaminin evindən oğurlamış olduqları 01 ədəd şüşə qabda olan civəni götürüb, evdən çıxmaq istəyən zaman giriş hissədə olan daşa ayağı dəyərək, yerə yıxılmışdır. Həmin zaman əlindəki şüşə qab yerə düşmüş və içərisində olan maye, yəni civə yerə tökülməyə başlamışdır. Bu zaman tez şüşənin ağzını tutmuş və ağızlığını bağlamışdır. Həmin şüşədə olan mayenin təxminən yarısına qədəri yerə tökülmüşdür. Yerə tökülən mayeyə heç baxmadan, şüşəni aparıb Nizaminin yaşadığı evin giriş qapısının altından həyətə atmışdır. Daha sonra yenidən kafeyə qayıtmış və orada olanlarla söhbətləmişdir. Həmin gün axşam saatlarında yaşadığı evə qayıtmışdır. Evə gəldiyi zaman həmin civənin töküldüyü yerə baxdıqda, tökülmüş civənin yerdə olduğunu, yəni dağılmadığını görmüşdür. Həmin zaman bir az həyəcanlanmışdır ki, necə oldu ki, dağılmadan bir yerdə qalmışdır. Sonradan bilmişdir ki, civə dağılan maye deyildir. Daha sonra yaşadığı evə gedib, şpris götürüb, geri qayıtmış və həmin civəni şprisə çəkərək, 1 ədəd plastmas qabın içərisinə doldurmuşdur. Həmin plastmas qabı da yaşayış olmayan evin otağında saxlamışdır. Bir gün sonra isə yaşadığı evdən 01 ədəd içərisində ətir olmuş və boş olan şüşə qab götürüb plastmas qabda olan civəni həmin şüşə balona doldurmuş və yenə də yaşayış olmayan evin otağında saxlamışdır. Bir gün sonra həmin şüşəyə doldurmuş olduğu civəni aparıb, Nizaminin yaşadığı evə gizlincə atmaq istəmişdir. Lakin onun yaşadığı küçəyə getdiyi zaman Nizaminin evindən oğlu Azər Quliyevin çıxdığını görmüş, həmin zaman fikrini dəyişmiş və həmin civəni yaşadığı evə aparıb, saxlamaq qərarına gəlmişdir. Şüşədən yerə tökülüb qalmış və 01 ədəd şüşə qaba doldurduğu həmin civəni satacağını fikirləşib, evdə saxlamışdır. Civəni aparıb Şahid1 yaşadığı evə atdıqdan sonrakı gün Qazbinə kənd sakini Məhəmmədə zəng edərək, bu barədə bildirmişdir. Hətta onu Balakən şəhəri ərazisinə çağırmış və Heydər bağı adlanan parkda görüşmüşlər. Təqsirləndirilən şəxs2lə ona civəni geri qaytardıqlarını bildirmişlər. Həmin zaman da Məhəmməd buna heyfslənmişdir. Bundan sonra isə nə Təqsirləndirilən şəxs2, nə də ki, Qazbinə kənd sakini Məhəmmədə civənin yerə tökülən hissəsini özündə saxladığını bildirməmişdir. 2019-cu ilin dekabr ayının sonlarında yaşadığı evin həyətində yaşayış olmayan evin otağına getmiş və özü ilə 01 ədəd elektron tərəzi, 1 ədəd şpris və iki ədəd şüşə qab götürmüşdür. Özü ilə götürdüyü şüşə qabın birini elektron tərəzidə çəkmiş çəkisi təxminən 5 qram olmuşdur. Daha sonra həmin şüşə qabın içərisinə ilkin olaraq civəni saxladığı şüşə qabdan şprislə götürüb, civəni tökmüşdür. Çəkisi də 70 qram olmuşdur. Sonra ikinci şüşə qaba da civəni şprislə doldurmuş və çəkisi 50 qram olmuşdur. İlk olaraq civəni saxladığı şüşə qabda olanı da çəkmiş, çəkisi təxminən 400 qram olmuşdur. Daha sonra həmin 400 qram gələn şüşə qabda olan civəni Talalar kəndi ərazisində yaşayan bibisi Tamella Səmədovaya məxsus yaşayış evinə aparıb, oradakı otaqda olan şkafın arxasında saxlamışdır. Daha sonra yaşadığı evə gəlmiş, özündə olan iki ədəd şüşə qabda olan civəni əvvəlki yerində, yəni yaşayış olmayan evin otağında divarın alt hissəsində saxlamışdır. Bundan sonra isə həmin civəni satmaq üçün özünə müştəri axtarmağa başlamışdır. Lakin kimə deyəcəyini bilməmişdir. Təxminən 2020-ci ilin mart ayının ortalarında tanışı və dostu olan Balakən rayon sakini Şahid2 bu barədə danışmışdır. Turan ilk öncə onunla razılaşmaq istəməsə də, ondan təkidlə xahiş etdikdə, onunla razılaşmışdır. Turan ona həmin civənin satılmasında kömək edəcəyini bildirmişdir. xx xxxxx 2020-ci il tarixdə, saat təxminən 15 radələrində Turana zəng etmiş və onu yaşadığı evin qarşısına çağırmışdır. Bir az keçmiş Turan yaşadığı evin qarşısına gəlmiş və ona həmin civəni verməsini bildirmişdir. O da Turana yaşadığı evin otağında saxladığı iki ədəd şüşədə olan civənin özünün çəkdiyi içərisində 70 qram civə olan bir ədəd şüşəni vermişdir. Digər şüşədə olan civəni isə özündə saxlamışdır. Həmçinin Turana bunun civə olduğunu, qiymətini bilmədiyini, nə qədər olsa olduğunu, amma bahalı maddə olduğunu demişdir. Turan da civənin qiyməti barədə maraqlanacağını və onun satılmasında kömək edəcəyini bildirmişdir. Daha sonra Turan oradan uzaqlaşaraq, getmişdir. Həmin gün, yəni xx xxxxx 2020-ci il tarixdə yaşadığı evdə olduğu zaman polis əməkdaşları gəlmiş və ona qanunsuz olaraq civə adlanan maddə saxlamaqda şübhəli olduğunu bildirərək, polis şöbəsinə dəvət etmişlər. Onlara heç bir etiraz etməyərək, polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olduğu zaman ona təqdim edilmiş vəkillərin siyahısından hüquqlarını müdafiə etməsi üçün seçmiş olduğu vəkil Müdafiəçi1 iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah edilmiş, daha sonra üzərində qanunsuz saxlanılan predmet, əşya, vasitə, maddə və sair olub-olmaması soruşulduqda, üzərində hər hansı qanunsuz saxlanılan əşya, predmet və ya maddənin olmadığını bildirmişdir. Həmçinin yaşadığı evdə və rayonun Talalar kəndində yaşayan bibisi Tamella Səmədovaya məxsus evdə civə adlanan maddəni saxladığını və təqdim edəcəyini, bundan başqa xx xxxxx 2020-ci il tarixdə tanışı Şahid2 həmin maddədən 1 ədəd şüşə qabda verdiyini də bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində qanunsuz saxlanılan əşya, predmet və ya maddə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra müdafiəçinin və digər polis əməkdaşlarının iştirakı ilə yaşadığı evə baxış keçirməyə getmişlər. Baxışa başlanmazdan əvvəl yaşadığı ünvanda qanunsuz saxlanılan əşya və ya predmetin olub-olmaması soruşulduqda, qeyd etdiyi bir ədəd şüşədə olan civəni saxladığını və təqdim edə biləcəyini demişdir. Bundan sonra yaşadığı evin həyətində yerləşən yaşayış olmayan otağın içərisində divarın alt hissəsində saxladığı 01 ədəd şüşə qabda olan civəni təqdim etmişdir. Həmçinin otaqda olan 01 ədəd plastmas qabdakı 01 ədəd qayçını, 01 ədəd şprisi və 01 ədəd elektron tərəzini də təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd şüşə qabda olan civə elektron tərəzidə çəkildikdə, şüşə qabla birlikdə çəkisi 55,84 qram olmuşdur. Aşkar edilmiş 01 ədəd şüşə qabda olan civə 1 ədəd kağız zərfdə qablaşdırılmış və üzərini də imzalarla təsdiq etmişlər. Həmçinin 01 ədəd qayçı, 01 ədəd şpris və 01 ədəd elektron tərəzi də 1 ədəd kağız zərfdə qablaşdırılmış və üzərini də imzalarla təsdiq etmişlər. Bundan sonra yaşadığı evə və evin həyətyanı sahəsinə baxış davam etdirilmış, baxış zamanı yaşadığı evdə başqa hər hansı qanunsuz saxlanılan əşya, predmet və ya maddə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra o, bir daha Talalar kəndində yaşayan bibisi Tamella Səmədovaya məxsus evin otağında da civə saxladığını bildirdikdə, polis əməkdaşları və müdafiəçinin iştirakı ilə Talalar kəndində yaşayan bibisi Tamella Səmədovaya məxsus evin qarşısına getmişlər. Polis əməkdaşları bibisini yaşadığı evin qarşısına çağırmış, bibisi Tamella evin qarşısına gəlmiş və onun qeyd etdiklərini, yəni yaşadığı evdə şüşə qabda civə saxladığını, buna görə də yaşadığı evə baxış keçirməli olduqlarını bildirmişlər. Bibisi Tamella belə bir şeydən məlumatının olmadığını və yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra ona həmin saxlamış olduğu şüşə qabda olan civəni təqdim etmək təklif edilmişdir. O, bibisi Tamella Səmədovaya məxsus evin qonaq otağına gedərək, həmin otaqda olan şkafın arxasında saxlamış olduğu bir ədəd şüşə qabı götürüb, təqdim etmiş və həmin qabın içərisində civə olduğunu bildirmişdir. Bundan sonra təqdim etdiyi həmin şüşə qab elektron tərəzidə çəkilmiş və çəkisi 515,64 qram olmuşdur. Daha sonra həmin civə olan şüşə qab 1 ədəd kağız zərfdə qablaşdırılmış və üzərini də imzalarla təsdiq etmişlər. Bundan sonra bibisi Tamella Səmədovanın yaşadığı evə və evin həyətyanı sahəsinə baxış davam etdirilmiş, baxış zamanı başqa hər hansı qanunsuz saxlanılan əşya, predmet və ya maddə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Yaşadığı evdə və bibisi Tamella Səmədovanın yaşadığı evdə saxlamış olduğu 02 ədəd şüşə qabda olan civəni əgər müştəri olarsa, satması üçün saxlamışdır. Şahid2 ondan 01 ədəd şüşə qabda olan civəni götürən zaman ona bir-iki gün qalmaq üçün civəni verməsini demiş, amma müştəri tapıb-tapmaması ilə bağlı heç nə bildirməmişdir. O da müştəri tapıb-tapmadığını ondan soruşmamışdır. Şahid2 ondan 01 ədəd şüşə qabda olan civəni götürən zaman aralarında hər hansı bir razılaşma olmamışdır. Yəni onlar civəni qiymətləndirməmişlər. Həmçinin o, Turanın civəni satıbsatmayacağını da bilməmişdir. Sadəcə olaraq Turan ona həmin civəni verməsini demiş, o da həmin civəni Turana vermişdir. Onun bibisi Tamella Səmədovanın yaşadığı evdə 01 ədəd şüşə qabda olan civəni saxlamasından bibisinin və ya başqa hər hansı bir şəxsin məlumatı olmamışdır. O bibisi Tamella Səmədovanın yaşadığı evə tez-tez gedib-gəlirmiş, ona görə də bibisinin yaşadığı evə gedən zaman fikirləşmişdir ki, aparıb orada saxlasın, çünki özünün ailəsinin bilməsindən qorxmuşdur. Bibisi də yaşlı olduğu üçün orada saxladığını bilməyəcəkdir deyə aparıb orada saxlamışdır. Aşkar edilmiş həmin civəni satmağa müştəri axtarsa da, tapmamışdır. Çünki kimə deyəcəyini bilməmişdir. Bu barədə də sadəcə olaraq Şahid2 demişdir. O, Şahid1 evindən oğurlayaraq əldə etdikləri civəni geri qaytaran zaman dağılan hissəsini şüşə qaba doldurub saxlaması barədə həmin civəni oğurlayan Təqsirləndirilən şəxs2 və Qazbinə kəndində yaşayan Məhəmmədə deməmişdir. O, əvvəllər civə və ya ona oxşar başqa bir maddənin satışı ilə məşğul olmamışdır. O, Şahid2 həmin civəni yaşadığı evdə olan gir kimi adlandırdığı idman alətindən əldə etdiyini bildirmişdir. Əvvəllər civə və ya ona oxşar başqa bir maddənin satışı ilə məşğul olmamışdır. Lakin o, internet vasitəsilə maraqlandıqda, civvənin bahalı maddə olduğunu bilmişdir. Buna görə də civəni satmaq fikrinə düşmüşdür. Onlar Şahid2la civəni qiymətləndirməmişlər. Turan civənin qiyməti barədə ondan heç nə soruşmamışdır. Turana vermiş olduğu civənin çəkisini Şahid2 bilməmiş, çəkisi ilə bağlı da ondan heç nə soruşmamış, həmçinin civəni çəkib ölçüsünü bilməklə bağlı da heç nə deməmişdir. İlk dəfədir ki, cinayət əməli törətmişdir. Cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bir daha belə əməllərə yol verməyəcəkdir. Nəzərə alıb, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Balakən şəhər sakini Şahid7 ilə uzun müddətdir ki, tanışdır. 2019-cu ilin oktyabr ayından etibarən axşamlar Şahid7 yaşadığı evə digər tanışları olan Şahid3 və Şahid6la birlikdə söhbət etmək üçün yığışmışlar. Həmin vaxtlarda Məhəmmədin ailəsi evdə olmamışdır. 2019-cu ilin noyabr ayının ortalarında hazırda xatırlamadığı gün yenə də Şahid7 Balakən şəhərində yaşadığı evə getmişdir. Həmin vaxt Elsəvər Doldolov da orada olmuşdur. Bundan sonra Məhəmmədin yaşadığı evin otağında oturub çay içmişlər. Bu zaman Məhəmməd otaqda olan divanı açmış və həmin vaxt divanın altında 1 ədəd şüşə qabın yıxıldığını görmüşdür. O, həmin şüşəni yerdən götürmüş və şüşənin içində gümüşü rəngdə maye olduğunu görmüşdür. Həmin şüşə qab ağır olmuşdur. Məhəmməddən həmin mayenin nə olduğu soruşmuş, Məhəmməd də həmin şüşə qabda olanın nə olduğunu bilmədiyini qeyd etmişdir. Daha sonra onlar şüşəyə baxdıqda, içərisində civəyə oxşar maddə olduğunu bilmişlər. Bir müddət şüşəni o tərəf bu tərəf çevirmiş və şüşədəkinin civə olduğunu və Şahid7 deməsinə görə bahalı maddə olduğunu bilmişlər. Bundan sonra həmin şüşə qabda olan maddəni geri öz yerinə, yəni divanın altına qoymuşdur. Bir az oturduqdan sonra çıxıb yaşadığı evə gəlmişdir. Bir müddət sonra, yəni 2019-cu ilin dekabr ayının əvvəllərində Balakən şəhər sakini olan dostu Toğrul ilə Balakən şəhər ərazisində görüşmüş və söhbət əsnasında Toğrulun da tanıdığı Balakən şəhər sakini Şahid7 yaşadığı evin otağında divanın altında 1 ədəd şüşə qabda civə olduğunu, həmçinin bildiyinə görə bahalı maddə olduğunu demişdir. Toğrul da həmin zaman civə adlı maddənin bahalı bir maddə olduğunu, əgər əldə edə bilərlərsə, sata biləcəyini demişdir. Daha sonra onlar həmin civəni Şahid7 yaşadığı evdən oğurlayıb, əldə etməyi qərarlaşdırmışlar. Həmçinin civəni oradan oğurladıqdan sonra Toğrul satacağını və əldə olunacaq pulu da aralarında böləcəklərini demişdir. 2019-cu ilin dekabr ayının ortalarında Şahid7 ailəsi ilə birlikdə Bakı şəhərinə getdiklərini bilmişlər. Buna görə də yaşadıqları evdə heç kim olmadığından, civəni Şahid7 evindən oğurlamaq qərarına gəlmişlər. Daha sonra Toğrulla Balakən şəhər ərazisində görüşmüşlər. Həmin vaxtı Toğruldan civəni oğurlamaq üçün ikisinin az olubolmayacağını soruşmuş, Toğrul cavabında az olacağını demişdir. Buna görə də bir nəfər də özləri ilə götürmək qərarına gəlmişlər. Bundan sonra Toğrul Balakən rayonu Qazbinə kəndində yaşayan dostu Məhəmmədi də çağıracağını demişdir. X25 zəng edib, çağırmışdır. Bundan sonra həmin gün təxminən saat 21 radələrində Məhəmmədlə Balakən şəhər ərazisində görüşmüşlər. Həmin vaxt Toğrul Qazbinə kəndində yaşayan Məhəmmədə tanışı Şahid7 evində civə olduğunu və həmin civəni oğurlamaq lazım olduğunu demişdir. Həmçinin Toğrul həmin civəni baha qiymətə satacağını və əldə olunmuş pulu öz aralarında böləcəklərini bildirmişdir. Məhəmməd isə civəni oğurlamaq üçün onlarla razılaşmışdır. Həmçinin Toğrul birdən evin giriş qapısının bağlı olacağını və evin qapısını qırmaq üçün dəmir əşya lazım olacağını fikirləşmişdir. Buna görə də Toğrul yaşadığı evə getmiş və bir neçə dəqiqədən sonra geri qayıtmış, əynindəki gödəkçənin içində dəmir aləti göstərərək, bununla Şahid7 yaşadığı evinin qapısını sındırmalarını demişdir. Toğrul dəmir aləti Məhəmmədə vermişdir. Daha sonra isə Toğrul aptekə gedərək, oradan öz hesabına aptekdən 3 cüt qara əlcək və 3 ədəd qara rəngli tibbi maska almışdır. Bundan sonra hər üçü piyada Şahid7 Balakən şəhərində yerləşən evinə getmişlər. Şahid7 yaşadığı evin qarşısına çatdıqda, Toğrul evin qarşısında dayanıb, gəlib-gedənin olubolmadığına nəzarət edəcəyini, onların isə evə daxil olub, civəni oğurlamalarını bildirmişdir. Bundan sonra evin qarşısında əlcəkləri və maskaları geyinmişlər. O və Məhəmməd yaşayış evinin hasarından tullanaraq, içəri daxil olmuşlar. Daha sonra həyətdə yerləşən ikimərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsində olan otağın qarşısına getmiş və qapının üzərinə bərkidilmiş kilidlə bağlandığını görmüşlər. Məhəmməd dəmir alətlə evin otağının qapısını qıraraq, açmış və daha sonra otağa daxil olmuşlar. Daha sonra o, divanın altındakı 1 ədəd şüşə qabda olan civəni götürmüşdür. Bundan sonra həyətə çıxıb, hasardan yola tullanmış və götürdüyü 1 ədəd şüşə qabda olan civəni Toğrula vermişdir. Sonra isə oradan uzaqlaşmışlar. Bundan sonra Toğrulun Balakən şəhərində Əli Ansuxski küçəsində yerləşən evinə gəlmişlər. Toğrul 1 ədəd şüşə qabda olan civəni evdə gizlətmişdir. Lakin harda gizlətdiyini bilməmişlər, çünki onlar yolda dayanmışlar. Bundan sonra onlar oradan dağılışmış və hərə öz evinə getmişdir. Təxminən 3 gün sonra Şahid7 qardaşı Azər Quliyev ona zəng edərək, təcili yaşadığı evə gəlməyini bildirmişdir. Azər ona zəng edən zaman Toğrul da onun yanında olmuşdur. Daha sonra Toğrulla birlikdə Azər Quliyevin evinə getmişlər. Azər Quliyevin evində Şahid6 və Şahid3 də olduğunu görmüşdür. Bir müddət sonra Şahid3 işi olduğunu bildirərək, oradan uzaqlaşaraq, getmişdir. Azər Toğrulu görüb, ona «sən çöldə gözlə, sən qarışma, burda sənlik bir iş yoxdur» demişdir. Toğrul da otağa daxil olmamışdır. Daha sonra Azər onlara civənin evdə olduğunu, onların bildiyini və kim civəni götürübsə, atası Şahid1 səhər Bakıdan gələnə qədər gətirib, yerinə qoymasını bildirmişdir. Azər onu deyəndə otaqda olanlar, yəni Elsevər və o, Azərə civəni götürmədiklərini bildirmişlər. Bundan sonra Azərin evindən çıxıb, Balakən şəhərində yerləşən "Şeş-beş" adlanan kafeyə gəlmişlər. Kafedə yarım saat oturmuşlar. Kafedə olan zaman o, Toğrulla aşağı həyətə düşmüş və Toğrula civəni aparıb, Şahid7 evinə geri yerinə qoymasını demişdir. Həmçinin civənin Məhəmmədin evindəki otaqda divanın altında olduğunu da bildirmişdir. Toğrul da ona evə girə bilməyəcəyini demişdir. Bundan sonra Toğrulla yenidən kafeyə qayıtmış və Toğrul təcili evə getməli olduğunu deyərək, oradan çıxıb getmişdir. Bir müddət sonra Toğrul yenidən kafeyə qayıtmış və onu kənara çəkib oğurlamış olduqları 1 ədəd şüşə qabda olan civəni Şahid7 evinin həyətinin giriş qapısının altına qoyduğunu bildirmişdir. Həmçinin Toğrul ona zəng edərək, 1 ədəd şüşə qabda olan civəni geri aparan zaman yarısının yerə dağıldığını söyləmişdir. Bundan sonra o, Azər və X26 yaşadığı evə getmişlər. Giriş qapısını açan zaman ayağına şüşə qab dəymiş və həmin 1 ədəd şüşə qabda olan civəni götürmüşdür. Həmçinin Azər civəni kiminsə gətirib, bura qoyduğunu demişdir. Bundan sonra o, 1 ədəd şüşə qabda olan civəni götürüb, evə aparmışdır. Evdə isə civəni harada saxladığını bilməmişdir. Həmin şüşə qab tapıldığı üçün onlar oradan uzaqlaşaraq, yaşadıqları evə getmişlər. Bundan sonra, yəni sonrakı gün Toğrul və onunla birlikdə Şahid7 evindən 1 ədəd şüşə qabda olan civəni oğurlayan Qazbinədə yaşayan Məhəmmədlə əlaqə saxlamış və Məhəmmədə 1 ədəd şüşə qabda oğurladıqları civəni geri yerinə qoyduqlarını və civənin yarısının dağıldığını bildirmişlər. Həmçinin onlar Məhəmmədlə Balakən şəhəri ərazisində yerləşən Heydər bağı adlanan parkda görüşmüş və olanları bir daha Məhəmmədə bildirmişlər. Məhəmməd də bunu eşitdikdən sonra təəssüflənmişdir. Bundan sonra nə Toğrulla, nə də ki, başqa birisi ilə civə barədə danışmamışdır. xx.xx.2020-ci il tarixdə Balakən şəhəri, Mübariz İbrahimov küçəsində yerləşən evinə polis əməkdaşları gəlmiş və ona qanunsuz olaraq zəhərli maddə civə saxlamaqda şübhəli olduğunu bildirərək, buna görə onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona təqdim edilmiş vəkillər siyahısından hüquqlarını müdafiə etmək üçün Zaqatala rayonunda fəaliyyət göstərən X22 tərəfindən hüquqlarının müdafiə olunmasını istəmişdir. Bundan sonra vəkil Müdafiəçi2 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl ondan üzərində hər hansı bir qeyri-qanuni əşya, predmet, maddə olub-olmaması soruşulmuş, o isə üzərində hər hansı bir qeyri-qanuni əşya, predmet, maddənin olmadığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində hər hansı bir qeyri-qanuni əşya, predmet, maddə aşkar edilməmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib olunmuş, ucadan oxunmuş və doğruluğunu imzalarla təsdiq etmişlər. Şahid7 evindən civə oğurlamaları ilə bağlı heç kimin məlumatı olmamışdır. Həmin civəni oğurlamaqda məqsədləri civəni sataraq, pul əldə etmək olmuşdur. Həmin civəni satmağı Toğrul öz üzərinə götürmüşdür və əldə olunacaq gəliri o, Qazbinə kənd sakini Məhəmməd və Toğrulla birlikdə hər üçünün arasında böləcəkdirlər. Toğrul ona şüşə qabda olan civəni qaytarmağa aparan zaman əlindən düşərək, yarısının dağıldığını demişdir. O, həmin zamandan sonra Toğruldan şüşə qabda olan civənin necə və hara dağılması ilə bağlı heç nə soruşmamışdır. İlk dəfədir ki, cinayət əməli törətmişdir. Cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bir daha belə əməllərə yol verməyəcəkdir. Nəzərə alıb, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasındla şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdli ki, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 1990-cı ildə X5 şəhərinə pomidor satmaq üçün getmişdir. Həmin vaxt orada olan Azərbaycanlılarla tanış olmuşdur. Həmin şəxslərdən biri ondan haradan olduğunu soruşduqda, Balakən rayonundan olduğunu bildirmişdir. Daha sonra həmin şəxslə tanış olmuşdur. Xatırladığı qədər həmin şəxs Sabirabad rayon sakini olmuşdur. Hazırda isə həmin şəxsin adını xatırlamır. Həmin şəxs ona özündə təxminən 1 kiloqram 200 qram civə olduğunu bildirmişdir. Həmçinin ona sərhəd rayonunda yaşadığını, onun yaşadığı rayona Gürcüstan və Türkiyədən gələnlərin çox olduğunu, həmin şəxslərlə əlaqə yaradıb, civəni sata biləcəyi təqdirdə ona da xeyr olacağını və özünə də köməklik etməsini demişdir. Çünki civə çox bahalı maddədir. O, həmin şəxsdən civənin harada olduğunu soruşduqda, yaşadığı Sabirabad rayonunda saxladığını bildirmişdir. Daha sonra həmin şəxs ondan Balakən rayonunda yaşadığı ünvanı soruşmuşdur. O da həmin şəxsə ünvanı vermişdir. Həmin şəxs isə Azərbaycana gəldikdə həmin civəni gətirib, ona verəcəyini bildirmişdir. Təxminən 1990-cı ilin avqustsentyabr aylarında həmin şəxs onun yaşadığı Balakən rayonundakı evinə gəlmiş və özü ilə 1 ədəd ətir flakonunda həmin civə olaraq adlandırdığı maddəni gətirmişdir. Həmçinin bir daha ona sata bilsə, özünə də kömək etməsini demişdir. O da həmin zamanlar civənin bahalı maddə olduğunu bildiyindən, bu barədə bir neçə şəxsdən soruşmuş, lakin civəni ondan almaq istəyən olmamışdır. Həmin vaxtdan da civənin xüsusi əhəmiyyətli maddə olduğunu və hər adi bir vətəndaşa sata bilməyəcəyini düşünərək, bununla bağlı heç kimdən heç nə soruşmamaq qərarına gəlmişdir. Həmin vaxtdan sonra yaşadığı evdə özünə məxsus olan şkafda həmin 1 ədəd şüşə flakonda olan civəni saxlamışdır. Həmin vaxtdan illər keçdikdən sonra civəni orada saxlamağını da unutmuşdur. 2007-ci ildə o, Azərbaycan Respublikası CM-nin 29, 120.2.3, 29, 120.2.7, 134, 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, həbsdə olduğu müddətdə ailə üzvləri yaşadığı ev köhnə olduğu üçün yeni ev tikmiş, həmçinin onun 1 ədəd şüşə flakonda olan civəni saxladığı şkafı da həmin evin birinci mərtəbəsində təmirsiz olan otaqda saxlamışlar. 2019-cu ilin iyul ayında həbsdən azad olunaraq yaşadığı evə qayıtmışdır. 2019-cu ilin dekabr ayında işləri olduğu üçün Bakı şəhərinə getmişdir. Bakı şəhərindən qayıdan zaman oğlu Azər Quliyev ona zəng edərək, yaşadığı evin giriş qapısının kilidinin sındırıldığını bildirmişdir. Evə gəldikdən sonra evə baxdıqda heç nəyin oğurlanmadığını görmüş və Azərə heç nəyin oğurlanmadığını demişdir. Hətta Azərə təzə ayaqqabılar aldığını, əgər oğurluq olsaydı, həmin ayaqqabıların da oğurlanacağını demişdir. Həmçinin yaşadıqları evdə oğlu Azərlə birlikdə tanışları olan Elsevər, Məhəmməd və digər bir neçə tanımadığı şəxslər də olmuşlar. Həmin şəxslər o, evə getdiyində yaşadığı evdə olmuşlar. O, bir daha oğlu Azərə evdən heç nə oğurlanmadığını bildirdikdə, Azər ona təəcüblə baxmışdır. Bu zaman o da Azərə nə oğurlanıbsa, deməsini bildirmişdir. Azər bu zaman ona evin giriş qapısının kilidinin sındırıldığını gördüyü zaman öz tanışlarını, yəni yaşadıqları evə gəlib-gedən şəxsləri çağırdığını və onlardan bunun nə məsələ olduğunu soruşduğunu demişdir. Həmçinin Azər həmin şəxslərlə birlikdə Balakən şəhəri ərazisində yerləşən kafeyə getdiklərini, tanışı Şahid6la birlikdə evlərinə qayıtdığı zaman giriş qapısından içəridə ayağına şüşə qab dəydiyini, həmin qabı götürüb baxdıqda, içərisində nə olduğunu bilmədiyi mayenin olduğunu demişdir. Həmin zaman o, Azərə həmin şüşə qabı gətirməsini bildirmişdir. Həmin şüşə qabı gətirdikdə başa düşmüşdür ki, həmin 01 ədəd şüşə flakonda olan 1990-cı illərdə yaşadığı evdə saxladığı civədir. Şüşə yarımçıq vəziyyətdə olmuşdur. O, saxladığı zaman isə şüşə demək olar ki, dolu vəziyyətdə olmuşdur. Daha sonra Azərə şüşənin yarımçıq olmadığını, dolu olduğunu bildirmişdir. Azər isə bundan xəbəri olmadığını demişdir. Daha sonra həmin gecə saxladığı şüşə flakonda olan civəni kimin oğurladığını düşünmüş və səhəri gün oğlu Azərə bundan kimin xəbərinin ola biləcəyini, həmçinin yaşadıqları evə kimlərin gəlib-gedirsə onları çağırmasını və həmin şəxslərdən bu barədə soruşacağını demişdir. Daha sonra Azər tanışı olan Təqsirləndirilən şəxs2, Şahid6 və bir neçə tanımadığı şəxsi yaşadıqları evə çağırmışdır. Bundan sonra həmin şəxslərə «siz bilirsinizmi ki, mənim evimdən nə aparmısınız, bilməyən adam şüşənin yarısını gətirib, geri atmaz» demişdir. Həmin şəxslərə həmçinin şüşə qabda olanın civə olduğunu, satılası bir şey olmadığını, bunu 1990-cı ildən başa düşdüyünü, sadəcə olaraq unudub, yaşadığı evdə qaldığını bildirmişdir. Həmçinin həmin şəxslərə əgər onlar götürmüşsə, sata bilməyəcəklərini, ona görə də geri gətirmələrini, onu da, özlərini də işə salmamalarını demişdir. Həmin şəxslər bir daha bu barədə məlumatlarının olmadığını söyləmişlər. Daha sonra o, nə edəcəyini bilməmiş və həmin qalan civənin satılası olmadığını və bir gün ortalığa çıxacağını, ondan da həmin zaman nə olduğunu soruşacaqlarını bilmişdir. Bunları düşünüb, qalan 01 ədəd şüşə flakonda olan civəni yaşadığı evin arxa tərəfinə aparıb, hasarın yanında torpağın üzərinə qoyub, üzərini də yarpaqlarla örtmüşdür. Bunun belə olacağını bilmişdir, yəni civəni heç kim sata bilməz, çünki 1990-cı ildə o, satmaq üçün bir neçə şəxsə demiş və həmin zaman da anlamışdır ki, civə elə rahat alınan və satılan bir maddə deyildir. Elə o vaxtdan da civəni satmaq fikrindən daşınmışdır. xx xxxxx 2020-ci il tarixdə polis şöbəsinin əməkdaşları onu yaşadığı evdən polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olduğu zaman yaşadığı evin arxa tərəfində hasarın yanında 01 ədəd şüşə flakonda civə saxladığını və təqdim edə biləcəyini demişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evə baxış keçirilməsi üçün getmişlər. O, yaşadığı evə getdiyi zaman evin arxa tərəfində hasarın yanında torpağın üzərində saxladığı 1 ədəd şüşə flakonda olan civəni polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin şüşə qab götürülüb, 1 ədəd elektron tərəzidə çəkildikdə, şüşə qabla birlikdə çəkisi 588,32 qram olmuşdur. Sonra həmin şüşə qab bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Bundan sonra yaşadığı evə baxış davam etdirilmiş, baxış zamanı yaşadığı evin otağındakı stolun üzərində olan 01 ədəd elektron tərəzi də bir ədəd ağ rəngli kağız zərfə qoyularaq, götürülmüşdür. Həmçinin həmin zərfin üzərini də digər iştirakçılarla birlikdə imzalamışdır. Bundan sonra baxış zamanı yaşadığı evdə hər hansı bir qanunsuz saxlanılan əşya, predmet və vasitə aşkar edilməmişdir. Daha sonra baxış keçirilməsinə dair protokol tərtib edilmiş, ucadan oxunmuş, doğruluğunu imzalarla təsdiq etmişlər. Sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona təqdim olunmuş vəkillərin siyahısından vəkil Müdafiəçi3 tərəfindən hüquqlarının müdafiə edilməsini istəmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl üzərində hər hansı qanunsuz saxlanılan əşya, predmet və vasitə olub-olmaması soruşulduqda, üzərində hər hansı qanunsuz əşyanın olmadığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş, şəxsi axtarış zamanı hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. İlk vaxtlarda həmin civəni satmaq istəmiş, lakin bunu alacaq şəxsin olmadığını görmüşdür. Buna görə də yaşadığı evdə saxlamışdır. Bir müddət keçdikdən sonra isə həmin civənin olmasını ümumiyyətlə unutmuşdur. 2019-cu ilin dekabr ayında həmin civənin bir hissəsi oğurlandıqdan sonra yaşadığı evdə civə saxladığını xatırlamışdır. Həmin civəni polisə və digər dövlət orqanına təqdim etmək istəsə də, tutulacağından qorxaraq, bunu etməmişdir. Bildiyi qədəri ilə yaşadığı evdə həmin civəni saxlamağından ailə üzvlərinin xəbəri olmamışdır. Lakin həbsdə olan zaman köhnə tikilmiş evi yenisi ilə əvəz olunduğu zaman ola bilsin ki, həmin zaman civəni saxlamış olduğu şkafdan götürərək, orada saxlamışlar. Lakin bu barədə ona heç nə deməmişlər. Həmçinin bu söhbətlər olduqdan sonra oğlu Şahid7 bu barədə bildirdikdə, Məhəmməd yaşadıqları evdə öz tanışları ilə birlikdə olduğu və divanı yatmaq üçün açdıqları zaman həmin şüşə flakonun aşdığını və səs olduğunu və həmin zaman da orada olan şəxslərin yaşadığı evdə civə olduğunu bildiklərini başa düşmüşdür. Xatırladığı qədəri ilə 1990-cı ildə Sabirabad rayon sakini ona civəni gətirən zaman həmin civə 2 ədəd ayrı-ayrı flakonlarda olmuşdur. Ama həmin flakonlar yarımçıq vəziyyətdə olmuş, o, həmin şəxsdən bunun səbəbini soruşduqda, o şəxs cavabında ayrıayrı yerlərdən əldə etdiyini bildirmişdir. O da həmin şəxsdən hardan və necə əldə etməsini soruşmamışdır. Hətta o bir-iki gün sonra 2 ədəd şüşə flakonu 1 ədəd şüşə flakonda qablaşdırmışdır ki, saxlayan zaman rahat olsun. Civəni 1 ədəd şüşədə qablaşdırdıqdan sonra həmin şüşənin orta hissəsindən fərqli olduğu bilinmişdir. Yaşadığı evdən civə oğurlanıb yarım flakon geri atılan zaman həmin şüşə flakonun orta hissənində də iz qalmışdır. O, həmin zaman da düşmüşdür ki, yəqin civənin tərkibi elə ayrı olduğundan yarısı götürülmüş, qalan yarısı da geri, yaşadığı evə atılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 2020-ci ilin mart ayının ortalarında tanışı və dostu Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq, özündə civə adlanan maddə olduğunu, həmin maddənin bahalı bir maddə olduğunu bildirmiş və həmin maddənin satılmasında ona kömək etməsini xahiş etmişdir. O da Toğrula baxacağını demişdir. Həmin vaxtdan bir müddət keçmiş, Toğrulun dedikləri də yadından çıxmışdır. xx xxxxx 2020-ci il tarixdə Balakən şəhəri ərazisində olduğu zaman Toğrul yenidən onunla əlaqə saxlayaraq, görüşmək istədiyini bildirmişdir. Buna görə də o, şəhər ərazisində, yəni Toğrulun yaşadığı evin yaxınlığında Toğrulla görüşmüşdür. Həmin vaxtı Toğrul yenidən ona özündə olan civə adlanan maddənin satılmasında kömək etməsini xahiş etmişdir. Bu zaman Toğrula dediyi maddəni tanımadığını, həmin maddənin kimlərin aldığını bilmədiyini və buna görə də həmin maddəni sata bilməyəcəyini demişdir. Bundan sonra Toğrul ondan təkidlə həmin civəni götürməsini xahiş etdikdə,Toğrulla razılaşmış və Toğrul Balakən şəhəri ərazisində yaşadığı evin qarşısında ona 01 ədəd şüşə qabda civəni vermişdir. Bundan sonra həmin civəni əynindəki şalvarının cibində saxlamışdır. xx xxxxx 2020-ci il tarixdə, saat təxminən 20 radələrində polis əməkdaşları ona yaxınlaşaraq, üzərində qanunsuz olaraq zəhərli maddə olan civə saxlamaqda şübhəli olduğunu bildirərək, onu rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil Hidayət Muradovun iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra isə üzərində qanunsuz saxlanılan əşya, predmet və ya maddə olub-olmaması soruşulduqda, əynindəki şalvarın sağ yan cibində saxladığı 01 dədəd şüşədə olan civəni təqdim etmişdir. Həmin civə elektron tərəzidə çəkildikdə, şüşə ilə birlikdə çəkisi 67,24 qram olmuşdur. Daha sonra həmin şüşə bir ədəd ağ zərfdə qablaşdırılmış və həmin zərfin üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Daha sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Bildirir ki, tanışı və dostu olan Təqsirləndirilən şəxs1 təxminən 2020-ci ilin mart ayının ortalarında onunla söhbət əsnasında özündə bahalı maddə olan civə olduğunu, həmin civəni satmaq istədiyini və satılmasında ona kömək etməsini xahiş etmişdir. Həmin vaxt Toğrula civənin nə olduğunu bilmədiyini, buna görə də sata bilməyəcəyini demişdir. Lakin Toğrulun ondan incidiyini və narazı olduğunu görmüşdür. Toğrul uzun müddətdir ki, tanışı olduğundan xətrinə dəymək istəməmiş, ona görə də Toğrula həmin civəni verdiyi təqdirdə baxacağını demişdir. Həmin zaman civənin necə bir şey olması özünə də maraqlı gəlmiş, buna görə də Toğruldan götürmüş və bir müddət özündə saxlamış, sonra da geri qaytarıb, sata bilmədiyini, müştəri tapa bilmədiyini deməyi fikirləşmişdir. Həmin zaman Toğrul ona xəbər edəcəyini və civəni verəcəyini demişdir. xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 onunla əlaqə saxlamış və Balakən şəhəri ərazisində yaşadığı evin yaxınlığına gəlməsini xahiş etmişdir. O da Toğrulun yaşadığı evin yaxınlığına getmişdir. Toğrul yenidən özündə olan civə adlanan maddəni sata bilib-bilməyəcəyini soruşmuşdur. Həmin vaxt Toğrula bir daha civənin nə olduğunu bilmədiyini, bu barədə heç bir məlumatının olmadığını və çalışıb kömək edə biləcəyini demişdir. Həmin gün Toğrul Balakən şəhəri ərazisində, yaşadığı evin qarşısında ona 01 ədəd şüşə qabda civəni vermişdir. O da həmin civəni götürmüş və Toğrulun yanından uzaqlaşaraq, getmişdir. Daha sonra isə Balakən şəhəri ərazisində, heç kimin olmadığı yerdə həmin şüşənin içərisini açıb baxmış və qatı şəkildə maye olduğunu görmüşdür. Bundan sonra civənin necə bir maddə olmasını bilməsə də, təhlükəli maddə olduğunu eşitmişdir. Buna görə civəni çox da özündə saxlamaq istəməmişdir. Lakin bir neçə gün özündə saxlayıb, geri aparıb, Toğrula qaytarıb, müştəri tapmadığına görə də sata bilmədiyini demək istəmişdir. Daha sonra civə olan şüşəni əynindəki şalvarın cibinə qoyub, saxlamışdır. Bir müddət sonra isə polis əməkdaşları ona yaxınlaşaraq, onu polis şöbəsinə dəvət etmişlər. O, həmin civəni satmaq üçün müştəri tapmamışdır. Həmçinin satmaq üçün kiminləsə də razılaşmamışdır. Çünki ümumiyyətlə həmin civəni satmaq fikri olmamışdır. Toğrul tanışı olduğundan və ona israrla təklif elədiyindən, özünə də maraqlı olduğu üçün götürüb, özündə saxlamış, bir neçə gün sonra isə müştəri tapmadığını deyərək, geri qaytarmağı düşünmüşdür. Həmin maddəni tanımasa da, gündəlik istifadə etdikləri termometrdə olduğunu və təhlükəli maddə olduğunu eşitmişdir. Həm də fikirləşmişdir ki, birdən şüşədən dağılsa, nəsə olar, ona görə də geri aparıb, qaytarmaq istəmişdir. Əvvəllər civə və ya başqa zəhərli maddənin satışı ilə məşğul olmamışdır. Ümumiyyətlə civənin zəhərli maddə olduğunu və satıldığını, həmçinin civəni kiminsə də aldığını bilməmişdir. Toğrulun da məhz hansı səbəbə ona deməsini bilmir, Toğrulla bir neçə ildir ki, yaxın münasibəti var. Fikrincə özünə yaxın bildiyi üçün həmin civəyə müştəri taparaq, satmağı təklif etmişdir. Üzərində həmin civəni saxlamağından və Təqsirləndirilən şəxs1 civəni götürməsindən başqa kiminsə məlumatı olmamışdır. Civəni Toğruldan götürüb, bir neçə saat sonra polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilmişdir. Aşkar edilmiş həmin civəni xx xxxxx 2020-ci il tarixdə, saat təxminən 15 radələrində Toğruldan götürmüş və üzərində saxlamışdır. Həmin civə olan şüşəni polis şöbəsində üzərində şəxsi axtarış aparılan zaman təqdim etmişdir. Bundan başqa yaşadığı evdə və ya başqa bir yerdə qanunsuz saxlanılan əşya, predmet və sairə olmamışdır. Toğruldan həmin maddəni, yəni civəni necə əldə etməsini soruşduqda, Toğrul cavabında gir kimi bildiyi idman alətindən əldə etdiyini bildirmişdir. Amma hansı üsulla əldə etdiyi və girin onda hardan olması ilə bağlı ona heç nə deməmişdir. Həmin civənin nə üçün istifadə olunduğunu bilmir. Civənin saxlanmasının qanunsuz və təhlükəli olduğunu da bilməmişdir. Civə üçün nə müştəri axtarmaq, nə də ki, civəni satmaq fikri olmamışdır. Buna görə də Toğrulla hər hansı bir razılaşması da olmamışdır. Həmçinin Toğrul həmin maddənin konkret qiyməti ilə bağlı ona heç nə deməmişdir. Sadəcə olaraq bahalı maddə olduğunu bildirmişdir. O da həmin maddənin qiyməti barədə də maraqlanmamışdır. Həmçinin Toğrulda ona vermiş olduğu civədən başqa civənin olmasını bilməmişdir. Çünki bu barədə ona heç nə deməmişdir. O da Toğruldan bu barədə heç nə soruşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, atası Şahid1 2007-ci ildə həbs olunaraq, cəzaçəkmə müəssisəsinə getmişdir. ünvan 5 ünvanında yerləşən evdə isə anası Mehriban Quliyeva ilə birlikdə yaşayır. 3 qardaşı isə Rusiya Federasiyasında olur. Balaca qardaşı Azər Quliyev arabir yaşadıqları evə gəlib, işləmək üçün Rusiya Federasiyasına geri qayıtmışdır. 2019-cu ilin iyul ayında atası Şahid1 həbsdən azad olunaraq, yaşadıqları evə gəlmişdir. Təxminən 2019-cu ilin payız aylarında atası Nizami anası Mehribanla birlikdə Rusiya Federasiyasında yaşayan qardaşlarının yanlarına getmişlər. Həmin zamanlar o, yaşadıqları evdə tək olmuşdur. 2019-cu ilin noyabr ayının ortalarında yaşadığı evdə olduğu zamanlar tanışları Şahid3, Şahid6 və Təqsirləndirilən şəxs2 axşamlar onun yaşadığı evə gəlmişlər. Bəzi vaxtlarda həmin şəxslər onun yaşadığı evdə gecə də qalmışlar. 2019-cu ilin noyabr ayının ortalarında xatırlamadığı gün tanışları Şahid3 və Təqsirləndirilən şəxs2 yaşadığı evə qonaq gəlmişlər. Onlar həmin zaman evdə oturub söhbət etmiş, bir müddət sonra isə otaqda olan divanı açıb, üzərində uzanmaq istəmişlər. Həmin vaxtı divanın altından nəsə şüşənin yıxılan səsi gəlmişdir. Onlar divanı qaldırıb nə olmasına baxdıqda, şüşə qabda maye olduğunu görmüşlər. Həmçinin həmin qabı götürüb baxdıqda, içərisində olanın civə olduğunu bilmişdir. Orada olanlara da şüşədəkinin civə olduğunu və bahalı maddə olduğunu bildirmişdir. Çünki civənin bahalı maddə olduğunu eşitmişdir. Bundan sonra həmin şüşədə olan civənin atası Şahid1 məxsus olduğunu düşünmüşdür. Çünki həmin divanın altında olan bir neçə əşyanı həyətlərində yerləşən köhnə evi dağıdıb, yeni evə köçən zaman atasına məxsus şkafda olan əşyalardan bir neçəsini də həmin divanın altında saxlamışlar. Buna görə də həmin şüşədə olan civənin atasına məxsus olduğunu fikirləşmişdir. Bundan sonra onlar həmin civəni geri, yerinə qoymuşlar. 2019-cu ilin dekabr ayının əvvəllərində o, işi ilə bağlı Bakı şəhərinə getmişdir. Həmin zaman da qardaşı Azər Quliyev və atası Şahid1 Rusiyadan qayıdaraq, Bakı şəhərinə gəlmişlər. O da həmin zaman Bakı şəhərində olduğndan, onlar Bakı şəhərində görüşmüşlər. Atası Şahid1lə Bakı şəhərində qalmışlar. Atası qardaşı Azər Quliyevə isə Balakən rayonundakı yaşadıqları evə getməsini, özlərinin də bir neçə günə qayıdıb, gələcəklərini bildirmişdir. Bakı şəhərində olduqları müddət ərzində təxminən 3 gün yaşadıqları evdə heç kim olmamışdır. Azər qayıdıb Balakən rayonunda yerləşən yaşadıqları evlərinə çatdıqda, ona zəng edərək, evin qapısının sındırıldığını və oğurluq olduğunu bildirmişdir. Həmçinin yaşadıqları evə kimlərin gəlib-getdiyini soruşmuşdur. O da evdə tək olduğu zamanlarda tanışları Şahid3, Şahid6 və Təqsirləndirilən şəxs2 yaşadıqları evə gəldiklərini bildirmişdir. Daha sonra bu barədə atası Şahid1 də demişdir. Atası Şahid1 yaşadıqları Balakən rayonunda yerləşən evlərinə qayıtdıqdan sonra o, yaşadıqları evdə otaqdakı divanın altında şüşədə olan civənin oğurlandığını bilmişdir. Yaşadıqları evdə tanışları Ramazan və Məhəmmədlə birlikdə olduğu zaman həmin civəni görməsini heç kimə deməmişdir. Civənin oğurlanmasını eşitdikdə də bu barədə heç kimə bildirməmişdir. Çünki atasının əsəbləşəcəyindən qorxmuşdur. Həmin vaxtlarda civənin kimin oğurladığını bilinməmiş və o da bu barədə maraqlanmamışdır. Çünki Bakı şəhərində işləmişdir. 2020-ci ilin aprel ayının əvvəllərində isə Balakən rayonuna yaşadığı evə gəlmişdir. Yaşadığı evdə olduğu zaman Balakən Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evə gələrək, atası Şahid1 polis şöbəsinə dəvət etmişlər. Bundan sonra isə atası ilə birlikdə yaşadıqları evə gələrək, atasının iştirakı ilə baxış keçirmişlər. Həmin vaxtı da evlərindən civəni oğurlayan şəxslərin Balakən şəhər sakinləri Toğrul, Məhəmməd və Qazbinə kənd sakini Məhəmməd adlı şəxslər olduğunu bilmişdir. Yaşadığı evdən aşkar edilmiş civəni atası Şahid1 1990-cı ildə əldə edib, yaşadıqları evdə saxlamışdır. Atası Nizaminin 1990-cı ildən evdə civə saxlamasından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 və Şahid3 da Şahid7 Nizam oğlunun ifadəsinə uyğun ifadə verimş və onun ifadəsində göstərdiyi halları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə Balakən rayonu Qullar kənd sakini Şahid2 üzərində qanunsuz olaraq zəhərli maddə olan civə saxlaması barədə Balakən RPŞ-nə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Şahid2 tərəfindən rayon polis şöbəsinə dəvət edilmiş və tərəfindən RPŞ-nin rəhbərliyinə raportla müraciət edildikdən sonra Şahid2 şübhəli şəxs qismində tutulub, üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Şahid2 üzərində hər hansı güclü təsir edən zəhərli maddəyə oxşar maddənin, hər hansı qanunsuz saxlanılan əşya, predmet, vasitə və ya maddənin olubolmaması soruşulmuşdur. Həmin vaxtı Şahid2 əynindəki cins şalvarın sağ yan cibindən 1 ədəd şüşə qabda olan civə olaraq adlandırdığı zəhərli maddəyə oxşar maddəni təqdim etmişdir. Həmin şüşə qabın içərisində maye halında olan maddə olmuşdur. Şüşənin baş tərəfi sellofanla bükülərək, bağlanmış vəziyyətdə olmuşdur. Həmin şüşə qab elektron tərəzidə çəkildikdə, çəkisi şüşə qabla birlikdə 67,24 qram olmuşdur. Daha sonra 01 ədəd şüşə qab 01 ədəd ağ rəngli kağız zərfə qoyularaq, möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Həmçinin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Şahid2 üzərində şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı Şahid2 üzərində qanunsuz saxlanılan başqa hər hansı əşya, predmet, vasitə və maddə aşkar edilməmişdir. Daha sonra protokol tərtib edilmiş, ucadan oxunmuş, əlavə, şikayət və vəsatət daxil olmadığından, protokolun doğruluğu imzalarla təsdiq etmişlər. Həmçinin Şahid2 üzərindən aşkar edilmiş 1 ədəd şüşə qabda olan civəyə oxşar maddəni Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 əldə etdiyini bildirdiyi üçün Təqsirləndirilən şəxs1 polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs1 polis şöbəsində şübhəli şəxs qismində tutulub, üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Toğrulun üzərində qanunsuz saxlanılan hər hansı əşya, predmet, vasitə və maddə aşkar edilməmişdir. Daha sonra protokol tərtib edilmiş, ucadan oxunmuş, əlavə, şikayət və vəsatət daxil olmadığından, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs1 yaşadığı evdə və rayonun Talalar kəndi ərazisində bibisinin yaşadığı evdə zəhərli maddə olan civə saxladığını və həmin maddələri təqdim edə biləcəyini qeyd etdiyindən, xx xxxxx 2020-ci il tarixdə onun yaşadığı evə baxış keçirilməsi üçün getmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətyanı sahəsində yerləşən yaşayış olmayan təmirsiz evin otağına gedərək, həmin otaqdakı divarın alt hissəsindən 1 ədəd şüşə qabda civə olduğunu qeyd edərək, şüşə qab təqdim etmişdir. Həmçinin otaqda yerləşən taxtanın altından 1 ədəd plastmas qabın içərisində olan 1 ədəd qayçı, 1 ədəd şpris və 1 ədəd elektron tərəzini də təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd şüşə qabda olan civəyə oxşar maddəni satış məqsədi ilə saxladığını, 1 ədəd elektron tərəzini həmin civəyə oxşar maddənin çəkisini müəyyən etmək üçün, 1 ədəd qayçını şprisin baş hissəsini kəsmək üçün, həmçinin 1 ədəd şprisi də civəyə oxşar maddənin qramını ölçmək üçün saxladığını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd şüşə qabda olan civəyə oxşar maddə elektron tərəzidə çəkildikdə, şüşə ilə birlikdə çəkisi 55,84 qram olmuşdur. Həmin 1 ədəd şüşə ağ rəngli kağız zərfə qoyulub, DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş və üzərini də imzalamışlar. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd elektron tərəzi, 01 ədəd şpris və 01 ədəd qayçı 1 ədəd ağ zərfə qoyulub, üzəri DİN-nin qarayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş və üzərini də imzalarla təsdiq etmişlər. Daha sonra isə Təqsirləndirilən şəxs1 yaşadığı evə, evin həyətyanı sahəsinə baxış davam etdirilmişdir. Baxış zamanı qanunsuz saxlanılan başqa hər hansı qanunsuz əşya, predmet, maddə və s. aşkar edilməmişdir. Baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, ucadan oxunduqdan sonra heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 rayonun Talalar kəndində yaşayan bibisi X4 yaşadığı evdə də zəhərli maddə olan metallik civə saxladığını bildirdiyindən, Tamella Səmədovanın yaşadığı evə baxış keçirilməsi üçün getmişlər. Baxış keçirilməmişdən əvvəl Tamella Səmədovaya qohumu olan Təqsirləndirilən şəxs1 onun yaşadığı evdə zəhərli maddə olan civəyə oxşar maddəni saxladığını qeyd etdiyini bildirdikdə, Tamella bununla bağlı heç bir məlumatının olmadığını, həmçinin yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 bibisi Tamella Səmədovaya məxsus evdə saxlamış olduğu civəyə oxşar maddəni təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 Tamella Səmədovanın yaşadığı fərdi yaşayış evinin otağına gedərək, həmin otaqda yerləşən şkafın arxasından 1 ədəd şüşə qab götürüb, təqdim etmişdir. Həmin şüşə qabın içərisində civə olaraq adlandırdığı maddənin olduğunu bildirmişdir. Daha sonra həmin şüşə qab elektron tərəzidə çəkilmiş, şüşə qabla birlikdə çəkisi 515,64 qram olmuşdur. Bundan sonra həmin 1 ədəd şüşə qab 1 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış və üzəri DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənərək, maddi sübut kimi götürülmüşdür. X21 məxsus evə və evin həyətyanı sahəsinə baxış davam etdirilmiş, baxış zamanı başqa qanunsuz saxlanılan əşya, predmet və ya maddə aşkar edilməmişdir. Baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş,ucadan oxunduqdan sonra heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra isə Təqsirləndirilən şəxs1 Turanb Süleymanova vermiş olduğu, yaşadığı evdə və bibisi Tamella Səmədovanın yaşadığı evdə saxladığı civəni Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 və Qazbinə kənd sakini Məhəmməd adlı şəxslərlə birlikdə Balakən şəhər sakini Şahid1 yaşadığı evdən oğurladığını bildirdiyindən, xx xxxxx 2020-ci il tarixdə Şahid1 yaşadığı evə baxış keçirilməsi üçün getmişlər. Şahid1 yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və yaşadığı evdə civə saxladığını, həmin civəni təqdim edə biləcəyini qeyd etmişdir. Bundan sonra Şahid1 yaşadığı evin arxa tərəfindəki hasarın yanındakı yarpaqları kənara edərək, torpağın üzərindən 1 ədəd şüşə qab təqdim edərək, içərisindəki mayenin civə olduğunu və 1990-cı ildən saxladığını bildirmişdir. Bundan sonra həmin 1 ədəd içərisində zəhərli maddə civəyə oxşar maddə olan şüşə qab elektron tərəzidə çəkilmiş, çəkisi şüşə qabla birlikdə 588,32 qram olmuşdur. Daha sonra həmin qab 1 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, üzəri DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş, üzəri də iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid1 yaşadığı evə baxış davam etdirilərkən evin 2-ci mərtəbəsindəki stolun üzərindən 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin 1 ədəd elektron tərəzi ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, üzəri DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 evinə baxış davam etdirilərkən başqa qanunsuz saxlanılan əşya, predmet, vasitə və ya maddə aşkar edilməmişdir. Baxış zamanı protokol tərtib olunmuş, ucadan oxunduqdan sonra heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra Şahid1 polis şöbəsinə dəvət edilib, şübhəli şəxs qismində tutulub, üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Toğrulun üzərində qanunsuz saxlanılan hər hansı əşya, predmet, vasitə və maddə aşkar edilməmişdir. Daha sonra protokol tərtib edilib,ucadan oxunmuş, əlavə, şikayət və vəsatət daxil olmadığından, protokolun doğruluğu imzalarla təsdiq etmişlər. Həmçinin xx xxxxx 2020-ci il tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 polis şöbəsinə dəvət edilib, şübhəli şəxs qismində tutulub, üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunsuz saxlanılan hər hansı əşya, predmet, vasitə və maddə aşkar edilməmişdir. Daha sonra protokol tərtib edilmiş, ucadan oxunmuş, əlavə, şikayət və vəsatət daxil olmadığından protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin əməkdaşı Şahid4 da Şahid5 ilə eyni məzmunlu ifadə vermiş və onun ifadəsində göstərdiyi halları təsdiq etmişdiri. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Səmədli X19 RPŞ-nin inzibati binasında həmin tarixdə saat 21 radələrində şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılan zaman ondan 01 ədəd şüşə flakonda təmiz çəkisi 59,4 qram metal parıltıya malik maddə olan metallik civə aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq xx.xx.2020-ci il tarixdə, saat 01 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı evə və evin həyətyanı sahəsinə öz könüllü razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı yaşadığı evin həyətində yerləşən yaşayış olmayan evin otağındakı divarın alt hissəsindən 01 ədəd şüşə flakonda təmiz çəkisi 48,1 qram metal parıltıya malik maddə olan metallik civə aşkar edilmiş, həmçinin xx.xx.2020-ci il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs1 Talalar kəndində yaşayan bibisi X4 yaşadığı evə öz könüllü razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı evin otağındakı şkafın arxasından 01 ədəd şüşə flakonda təmiz çəkisi 425 qram metal parıltıya malik maddə olan metallik civə aşkar edilərək götürülmüş, həmin tədbirlərin davamı olaraq xx.xx.2020-ci il tarixdə, saat 10 radələrində Şahid1 yaşadığı evə və evin həyətyanı sahəsinə öz könüllü razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı yaşadığı evin arxa tərəfindəki hasarın yanından 01 ədəd şüşə flakonda təmiz çəkisi 501,2 qram metal parıltıya malik maddə olan metallik civə aşkar edilərək götürülmüşdür. İş materiallarından həmçinin görünür ki, xx xxxxx 2020-ci il tarixdə Balakən rayon Qullar kənd sakini Şahid2 üzərində qanunsuz olaraq zəhərli maddə olan civəyə oxşar maddə saxlamaqda şübhəli olduğundan sonuncu rayon polis şöbəsinə gətirilmişdir. Həmin gün saat 21:10-dan 21:35-dək Şahid2 şübhəli şəxs qismində üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı müəyyən edilmişdir ki,Şahid2 polis şöbəsində hüquqlarının müdafiə edilməsi üçün vəkillərin siyahısı təqdim edilmiş. həmin siyahıdan Balakən rayon ərazisində fərdi qaydada fəaliyyət göstərən vəkil X13 hüquqlarını müdafiə etməsini xahiş etmişdir. Şahid2 vəkil Hidayət Muradovun iştirakı ilə şübhəli şəxs qismində tutulub, ona CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Şahid2 üzərində hər hansı güclü təsir edən zəhərli maddəyə oxşar maddənin, hər hansı qanunsuz saxlanılan əşya, predmet, vasitə və ya maddənin olub-olmaması soruşulmuşdur. Həmin vaxtı Şahid2 əynindəki cins şalvarın sağ yan cibindən 1 ədəd şüşə qabda olan civə olaraq adlandırdığı zəhərli maddəyə oxşar maddəni təqdim etmişdir. Həmin şüşə qabın içərisində maye halında olan maddə olmuşdur. Şüşənin baş tərəfi sellofanla bükülərək bağlanmışdır. Həmin şüşə qab elektron tərəzidə çəkilmiş, çəkisi şüşə qabla birlikdə 67,24 qram olmuşdur. Daha sonra 01 ədəd şüşə qab 01 ədəd ağ rəngli kağız zərfə qoyularaq möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Həmçinin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Şahid2 üzərində şəxsi axtarış davam etdirilmiş, şəxsi axtarış zamanı Şahid2 üzərində saxlanılan başqa hər hansı əşya, predmet, vasitə və maddə aşkar edilməmişdir. Şahid2 üzərində aparılan şəxsi axtarış Sony markalı video kamera ilə qeydə alınmış, qeydə alınmış videogörüntülər disk formasında protokola əlavə olunmuşdur. Daha sonra protokol ucadan oxunmuş, əlavə, şikayət və vəsatət daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşdə olan xx xxxxx 2020-ci il tarixli baxış protokloluündan görünür ki, ünvan 6 qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 yaşadığı evdə zəhərli maddə olan metallik civə saxlamasında şübhəli olduğundan yaşadığı evə, evin həyətyanı sahəsinə və yardımçı tikililərə öz könüllü razılığı və iştirakı ilə xx xxxxx 2020-ci il tarixdə, saat 01:30dan 02:25-dək olan müddətdə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, baxış ünvan 6 həyata keçirilir. Həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 xx.xx.2020ci il tarixdə üzərində zəhərli maddə olan civə saxlamaqda şübhəli olduğundan polis şöbəsinə dəvət edilmişdir.Polis şöbəsində şübhəli şəxs qismində tutulub, Müdafiəçi1 iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən hər hansı qanunsuz əşya predmet, vasitə aşkar edilməmişdir. Lakin Təqsirləndirilən şəxs1 yaşadığı evdə və rayonun Talalar kəndi ərazisində bibisinin yaşadığı evdə zəhərli maddə olan civə saxladığını və həmin maddələri təqdim edə biləcəyini qeyd etdiyindən, onun yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətyanı sahəsində yerləşən yaşayış olmayan təmirsiz evin otağına getmiş, divarın alt hissəsindən 1 ədəd şüşə qabda içərisində civə olduğunu qeyd edərək, həmin şüşə qabı təqdim etmişdir. Həmçinin otaqda yerləşən taxtanın altından 1 ədəd plastmas qabın içərisində olan 1 ədəd qayçı, 1 ədəd şpris və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd şüşə qabda olan civəyə oxşar maddəni satış məqsədi ilə saxladığını, 1 ədəd elektron tərəzini həmin civəyə oxşar maddənin çəkisini müəyyən etmək üçün, 1 ədəd qayçını şprisin baş hissəsini kəsmək üçün, həmçinin 1 ədəd şprisi də civəyə oxşar maddənin qramını ölçmək üçün saxladığını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd şüşə qabda olan civəyə oxşar maddə elektron tərəzidə çəkildikdə, şüşəylə birlikdə çəkisi 55,84 qram olmuşdur. Həmin 1 ədəd şüşə ağ rəngli kağız zərfə qoyulmuş, DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş və üzəri imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd elektron tərəzi, 01 ədəd şpris və 01 ədəd qayçı 1 ədəd ağ zərfə qoyulmuş, üzəri DİN-nin qarayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş və üzəri imzalanmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs1 yaşadığı evə, evin həyətyanı sahəsinə baxış davam etdirilmiş, baxış zamanı qanunsuz saxlanılan başqa hər hansı qanunsuz əşya, predmet, maddə və s. aşkar edilməmişdir. Baxış zamanı Sony markalı videokamera ilə qeydə alınmış görüntülər disk formasında protokola əlavə olunmuşdur. Baxış zamanı protokol tərtib olunmuş, ucadan oxunmuş, heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşdə olan xx xxxxx 2020-ci il tarixli baxış protoklolundan görünür ki, ünvan 6 qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 rayonun Talalar kəndində yaşayan bibisi X4 yaşadığı evdə də zəhərli maddə olan metallik civə saxladığını bildirdiyindən, Tamella Səmədovanın yaşadığı evə, evin həyətyanı sahəsinə və yardımçı tikililərə öz könüllü razılığı və iştirakı ilə xx xxxxx 2020-ci il tarixdə, saat 02:40-dan 03:30-dək olan müddətdə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilməmişdən əvvəl Tamella Səmədovaya qohumu olan Təqsirləndirilən şəxs1 onun yaşadığı evdə zəhərli maddə olan civəyə oxşar maddəni saxladığını qeyd etdiyini bildirdikdə, Tamella bununla bağlı heç bir məlumatının olmadığını, həmçinin yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 bibisi Tamella Səmədovaya məxsus evdə saxlamış olduğu civəyə oxşar maddəni təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 Tamella Səmədovanın yaşadığı fərdi yaşayış evinin otağına gedərək, həmin otaqda yerləşən şkafın arxasından 1 ədəd şüşə qab götürüb təqdim etmişdir. Həmin şüşə qabın içərisində civə olaraq adlandırdığı maddənin olduğunu bildirmişdir. Daha sonra həmin şüşə qab elektron tərəzidə çəkilmiş, şüşə qabla birlikdə çəkisi 515,64 qram olmuşdur. Bundan sonra 1 ədəd həmin 1 ədəd şüşə qab 1 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış və üzəri DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənərək, maddi sübut kimi götürülmüşdür. Bundan X21 məxsus evə və evin həyətyanı sahəsinə baxış davam etdirilmiş, baxış zamanı başqa qanunsuz saxlanılan əşya, predmet və ya maddə aşkar edilməmişdir. Baxış zamanı Sony markalı videokamera ilə qeydə alınmış görüntülər disk formasında protokola əlavə olunmuşdur. Baxış zamanı protokol tərtib olunmuş, ucadan oxunmuş, heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşdə olan baxış protokolundan görünür ki, Balakən şəhəri, R.Əhmədzadə küçəsi ev 36-da qeydiyyatda olmaqla yaşayan Şahid1 yaşadığı evdə zəhərli maddə olan metallik civə saxlamasında şübhəli olduğundan yaşadığı evə, evin həyətyanı sahəsinə və yardımçı tikililərə öz könüllü razılığı və iştirakı ilə xx xxxxx 2020-ci il tarixdə, saat 10:30-dan 11:30dək olan müddətdə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Balakən şəhər sakini Şahid1 yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxışa başlamazdan əvvəl Şahid1 yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməmiş və yaşadığı evdə civə saxladığını, həmin civəni təqdim edə biləcəyini qeyd etmişdir. Bundan sonra Şahid1 yaşadığı evin arxa tərəfindəki hasarın yanındakı yarpaqları kənara edərək, torpağın üzərindən 1 ədəd şüşə qab təqdim edərək, içərisindəki mayenin civə olduğunu və 1990-cı ildən saxladığını bildirmişdir. Bundan sonra həmin 1 ədəd içərisində zəhərli maddə civəyə oxşar maddə olan şüşə qab elektron tərəzidə çəkilmiş, şüşə qabla birlikdə içərisində olan mayenin çəkisi 588,32 qram olmuşdur. Daha sonra həmin qab 1 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, üzəri DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş, üzəri də iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 yaşadığı evə baxış davam etdirilərkən evin 2-ci mərtəbəsindəki stolun üzərindən 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Şahid1 həmin tərəzini meşəyə gedərkən öz tüfəngi üçün barıt ölçmək məqsədi ilə saxladığını bildirmişdir. Həmin 1 ədəd elektron tərəzi ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, üzəri DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 evinə baxış davam etdirilərkən başqa qanunsuz saxlanılan əşya, predmet, vasitə və ya maddə aşkar edilməmişdir. Baxış zamanı Sony markalı videokamera ilə qeydə alınmış görüntülər disk formasında protokola əlavə olunmuşdur. Baxış zamanı protokol tərtib olunmuş, ucadan oxunmuş, heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏN-nin MEM-dən alınmış xx xxxxx 2020-ci il tarixli, 6/367 nömrəli ekspert rəyində göstərilmişdir: Ekspertizaya təqdim olunmuş, üzərində "Vət. Təqsirləndirilən şəxs1 təqdim etdiyi..." əl yazısı olan kağız paketdəki 01 ədəd şüşə qabda təmiz çəkisi 425 qram metal parıltıya malik maddə, üzərində "Vət. Şahid2 üzərindən aşkar edilmiş..." əl yazısı olan kağız paketdəki 01 ədəd şüşə flakonda təmiz çəkisi 59.4 qram metal parıltıya malik maddə, üzərində "Vət. Təqsirləndirilən şəxs1 yaşadığı evdən götürülmüş...." əl yazısı olan kağız paketdəki 01 ədəd şüşə flakonda təmiz çəkisi 48,1 qram metal parıltıya malik maddə metallik civədir. 03 paketdəki civə maddələri kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər. Metalik civə Azərbaycan Respublikasının xx xxxx 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş "Zəhərli maddələrin siyahısı"na (2 nömrəli əlavə) daxildir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-dən alınmış xx xxxxx 2020-ci il tarixli, 6/379 nömrəli ekspert rəyində göstərilmişdir: Ekspertizaya təqdim olunmuş, üzərində "Vət. Şahid1 yaşadığı evdən aşkar edilərək götürülmüş..." əl yazısı olan kağız paketdəki (№4) 01 ədəd şüşə qabda təmiz çəkisi 501.2 qram metal parıltıya malik maddə metallik civədir. Bu maddə "Vət. Təqsirləndirilən şəxs1 təqdim etdiyi..." əl yazısı olan kağız paketdəki (№1) 01 ədəd şüşə qabda təmiz çəkisi 425 qram, üzərində "Vət. Şahid2 üzərindən aşkar edilmiş..." əl yazısı olan kağız paketdəki (№2) 01 ədəd şüşə flakonda təmiz çəkisi 59.4 qram, üzərində "Vət. Təqsirləndirilən şəxs1 yaşadığı evdən götürülmüş...." əl yazısı olan kağız paketdəki (№3) 01 ədəd şüşə flakonda təmiz çəkisi 48,1 qram metallik civə maddələrindən kimyəvi tərkibinə görə fərqlidir (əsas: rəyə əlavə olunmuş lazer spektroqramları). İşdə olan 02 aprel 2020-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-ninin 240.1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərar qəbul edilməsi məsələsinə baxılması ilə əlaqədar olaraq rayon məhkəməsinə təqdimat verilməsi üçün Balakən RPŞ-nin İB-nin baş müstəntiqi, polis baş leytenantı Natiq Hacıyev tərəfindən rayon prokuroruna vəsatət verilmişdir. Həmin tarixdə Balakən rayon prokuroru, ədliyyə müşaviri X14 tərəfindən vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə qərar qəbul olunmuş, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan 04 aprel 2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 240.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi üçün şübhələnməyə əsas verən kifayət qədər dəlillər olduğundan o, xx xxxxx 2020-ci tarixdə Balakən RPŞ-nin İB-nin baş müstəntiqi polis baş leytenantı Natiq Hacıyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixdə qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs2 barəsində şübhəli şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar qəbul edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həbsdən azad edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli, 1064 nömrəli arayışdan görünür ki, Səmədli X19 şəhəri, Ə.Ansuxski küçəsi 9 №li ünvanda qeydiyyatdadır, himayəsində işləməyən atası, anası, bacıları vardır. İşdə olan Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə X23 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamə üzrə arayışdan görünür ki, X23 əvvəllər məhkum olunmamışdır. İşdə olan Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 14 aprel 2020-ci il tarixli, 1061 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Balakən şəhəri, Z.Əliyeva küçəsi, dalan 3, 5 №li ünvanda qeydiyyatdadır, himayəsində işləməyən atası, anası, bacısı və bacısı oclu vardır. İşdə olan Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamə üzrə arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Sakit oğlu məhkum olunmamışdır. İşdə olan sübutların qiymətləndirilməsi, əmələ hüquqi qiymət verilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan və iş materiallarından görünür ki, Şahid2 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd şüşə flakonda təmiz çəkisi 59.4 qram metallik civə, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş 1 ədəd şüşə flakonda təmiz çəkisi 48,1 qram metallik civə, Təqsirləndirilən şəxs1 bibisi X4 yaşadığı evdən götürülmüş 01 ədəd şüşə qabda təmiz çəkisi 425 qram metallik civə və Şahid1 yaşadığı evdən aşkar edilərək götürülmüş 01 ədəd şüşə qabda təmiz çəkisi 501.2 qram metallik civə, həmçinin Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilərək götürülmüş 1 ədəd qayçı, 1 ədəd şpris və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Balakən RPŞ-nin saxlanc anbarına verilmiş, cinayət işi üzrə Şahid1 yaşadığı evdən aşkar edilərək götürülmüş 01 ədəd elektron tərəzi sübut əhəmiyyəti kəsb etmədiyindlən qəbz alınmaqla sahibi Şahid1 qaytarılmışdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən, qanunsuz olaraq satış məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddəni -metallik civəni əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlanını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər, həmin əməldə Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidirlər, onların cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir,əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41 -ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxx 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onlara hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, cəzalarını yüngülləşdirən halları və cəzalarını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərinə nail olunması nöqteyi-nəzərindən qanuni, əsaslı və ədalətlidir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası müddətindən və Təqsirləndirilən şəxs2 xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası müddətindən çıxılmaqla, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət…Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxslərin cəzadan azad edilməsi, yaxud barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər onlara təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər biri barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməli və onlar məhkəmə iclas zalında həbs olunmalıdırlar. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 219.80 (iki yüz on doqquz manat 80 qəpik) manatın 109,90 manatı təqsirləndirilən şəxs X9 və 109,90 manatı Təqsirləndirilən şəxs2 tutulub, Azəzrbaycan Respublikası Ədliyyə Nazirliyi MEM; VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi Balakən Rayon Polis Şöbəsində saxlanılan Şahid2 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd şüşə flakonda təmiz çəkisi 59.4 qram metallik civə, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş 1 ədəd şüşə flakonda təmiz çəkisi 48,1 qram metallik civə, Təqsirləndirilən şəxs1 bibisi X4 yaşadığı evdən götürülmüş 01 ədəd şüşə qabda təmiz çəkisi 425 qram metallik civə və Şahid1 yaşadığı evdən aşkar edilərək götürülmüş 01 ədəd şüşə qabda təmiz çəkisi 501.2 qram metallik civə dövlət nəfinə müsadirə edilməli, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilərək götürülmüş 1 ədəd şpris və 1 ədəd elektron tərəzi məhv edilməli, 1 ədəd qayçı isə onun sahibi Təqsirləndirilən şəxs1 qaytarılmalı, Təqsirləndirilən şəxs1 üzərində aparılmış şəxsi axtarışın, Təqsirləndirilən şəxs1 yaşadığı evə və evin həyətyanı sahəsinə keçirilmiş baxışın, Təqsirləndirilən şəxs1 Talalar kəndində yaşayan bibisi X4 yaşadığı evə, evin həyətyanı sahəsinə və yardımçı tikililərə keçirilmiş baxışın, Şahid2 şəxsi axtarışının və Şahid1 yaşadığı evə və evin həyətyanı sahəsinə keçirilmiş baxışın videogörüntüləri əks olunmuş CD diskləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla)… Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş materiallarında olan vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlarda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 36 iş saatı, Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 30 iş saatı, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 məhkəməyədək icraat zamanı şübhəli şəxs Şahid1 hüquqlarının müdafiəsinə 35 iş saatı və fərdi qaydada fəaliyyət göstərən vəkil X10 məhkəməyədək icraat zamanı şübhəli şəxs Şahid2 hüquqlarının müdafiəsinə 20 iş saatı vaxt sərf etməsi göstərilmişdir. Məhkəmə hesabatları iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, həmin hesabatlar qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, müdafiəçilərin təqsirləndirilən şəxslərə və şübhəli şəxsə məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımın hesabatda göstərilən vaxtları şişirdilmişdir və ağlabatan deyildir. İş materiallarından aydın olur ki, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 15 iş saatı, Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 15 iş saatı, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 məhkəməyədək icraat zamanı şübhəli şəxs Şahid1 hüquqlarının müdafiəsinə 5 iş saatı və fərdi qaydada fəaliyyət göstərən vəkil X10 məhkəməyədək icraat zamanı şübhəli şəxs Şahid2 hüquqlarının müdafiəsinə 5 iş saatı vaxt sərf etməsi daha real və ağlabatandır. İş materiallarından həmçinin görünür ki, Müdafiəçi1 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə10 iş saatı və Müdafiəçi2 məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxslərin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətlərini, habelə digər halları nəzərə alaraq həmin şəxslərin müdafiəçilər tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 90 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat, cəmi 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 nəfinə, «KAPİTALBANK» X16 Rekvizitləri: VÖEN **********,kod 200695, Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına köçürülməli, Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 90 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat, cəmi 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Zaqatala Rayon Vəkil Bürosunun hesabına köçürülməli, şübhəli şəxs Şahid1 məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 nəfinə, X27 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Ceyhun X7 hesabı: AZ11AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülməli və şübhəli şəxs Şahid2 məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil X10 nəfinə, X27 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: X1 hesabı: AZ71AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxslərin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. X2rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkmə müddətinin əvvəli hazırki hökmün çıxarıldığı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalında həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkmə müddətinin əvvəli hazırki hökmün çıxarıldığı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalında həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 219.80 (iki yüz on doqquz manat 80 qəpik) manat ekspertiza xərcinin 109,90 manatı Təqsirləndirilən şəxs1 və 109,90 manatı Təqsirləndirilən şəxs2 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM; VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi Balakən Rayon Polis Şöbəsində saxlanılan Şahid2 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd şüşə flakonda təmiz çəkisi 59.4 qram metallik civə, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş 1 ədəd şüşə flakonda təmiz çəkisi 48,1 qram metallik civə, Təqsirləndirilən şəxs1 bibisi X4 yaşadığı evdən götürülmüş 01 ədəd şüşə qabda təmiz çəkisi 425 qram metallik civə və Şahid1 yaşadığı evdən aşkar edilərək götürülmüş 01 ədəd şüşə qabda təmiz çəkisi 501.2 qram metallik civə dövlət nəfinə müsadirə edilsin; Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilərək götürülmüş 1 ədəd şpris və 1 ədəd elektron tərəzi məhv edilsin; 1 ədəd qayçı onun sahibi Təqsirləndirilən şəxs1 qaytarılsın; Təqsirləndirilən şəxs1 üzərində aparılmış şəxsi axtarışın, Təqsirləndirilən şəxs1 yaşadığı evə və evin həyətyanı sahəsinə keçirilmiş baxışın, Təqsirləndirilən şəxs1 Talalar kəndində yaşayan bibisi X4 yaşadığı evə, evin həyətyanı sahəsinə və yardımçı tikililərə keçirilmiş baxışın, Şahid2 şəxsi axtarışının və Şahid1 yaşadığı evə və evin həyətyanı sahəsinə keçirilmiş baxışın videogörüntüləri əks olunmuş CD diskləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki işdə saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 90 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat, cəmi 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 nəfinə, «KAPİTALBANK» X16 Rekvizitləri: VÖEN **********,kod 200695, Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına köçürülsün. Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 90 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat, cəmi 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Zaqatala Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Şahid1 məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 nəfinə, X27 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Ceyhun X7 hesabı: AZ11AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülsün. Şahid2 məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil X10 nəfinə, X27 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: X1 hesabı: AZ71AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar