Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-64/2021 02.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, X2 oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçilər- Balakən rayon Vəkil Bürosunun vəkilləri-Müdafiəçi1 və Müdafiəçi2 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx.xx.1971-ci ildə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan,barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs1 Azərbaycan Resruöblikamı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə; xx.xx.1977-ci ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan,barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X3 İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1 və 234.2-ci madddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma, saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 vahid niyyətlə 15 mart 2021-ci il tarixdə 11,91 qram və 24 mart 2021-ci il tarixdə 2,9 qram olmaqla qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 14,81 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Balakən şəhəri ərazisində müvafiq olaraq 20 və 60 manat olmaqla, cəmi 80 manata alaraq öz istifadəsi məqsədi ilə əldə edib üzərində daşıyaraq, yaşadığı Balakən rayonu Hənifə kəndində yerləşən evinin həyətinə aparmış, 15 mart 2021-ci il tarixdə aldığı təmiz çəkisi 11,91 qram olan narkotik vasitə qurudulmuş marixuananı açıq halda 01 ədəd şüşə bankaya, 24 mart 2021-ci il tarixdə aldığı ümumi çəkisi 2,9 qram olan narkotik vasitə qurudulmuş marixuananı isə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 0,17 qram, 0,19 qram, 0,22 qram, 0,36 qram, 0,13 qram, 0,16 qram, 0,25 qram, 0,18 qram, 0,21 qram, 0,17 qram, 0,42 qram və 0,44 qram olmaqla 12 ədəd kağız bükümlərə bölərək, 01 ədəd üzərində “Nescafe” yazısı olan şüşə bankanın içərisinə yığıb, hər iki bankanı həyətyanı sahəsində torpağa basdıraraq, öz istifadəsi məqsədi ilə saxlamışdır. 25 mart 2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda öz istifadəsi məqsədi ilə əldə edib, üzərində daşıyaraq, yaşadığı Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən evinin həyətinə aparıb, 01 ədəd şüşə bankada açıq halda, 01 ədəd şüşə bankanın içərisində 12 ədəd kağız bükümlərdə torpağa basdıraraq, saxladığı ümumi təmiz çəkisi 14,81 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana həmin gün saat 12:00-dan saat 12:50-dək olan müddət ərzində onun yaşadığı həyətə və yaşadığı evə baxış zamanı aşkar edilərək, götürülmüşdür. Təqsirləndirilən şəxs2 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə, etmə, daşıma və saxlama, eləcə də qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə narkotik vasitəni əldə edib, daşıyaraq, saxlama və satma cinayət əməllərini törətmişdir. Belə ki, o, 2020-ci ilin iyul ayının sonlarında Balakən şəhəri ərazisində yerləşən “Çaylaq” adlanan ərazidə aşkar etdiyi yabanı halda bitmiş 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən hissələrini yığıb qurudaraq, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 460,00 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, bir ədəd qara rəngli sellofan torbaya doldurub, daşıyaraq, həmin ərazidə kolluğun içərisində gizlədib, öz istifadəsi məqsədi ilə saxlamışdır. Bundan başqa, o, 2020-ci ilin aprel ayının sonlarında Balakən şəhəri ərazisində yerləşən «Çaylaq» adlanan ərazidə qəsdən, qanunsuz olaraq əkib yetişdirərək, kultivasiya etdiyi istintaqa məlum olmayan sayda, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin hissələrini təxminən həmin ilin iyul ayında yığıb qurudaraq, qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə əldə etdiyi təmiz çəkisi 14,81 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı sellofan torbaya doldurub daşıyaraq, həmin ərazidə kolluğun içərisində gizlədib saxlamış, daha sonra üzərində daşıyıb, həmin narkotik vasitə qurudulmuş marixuananın 11,91 qram olan hissəsini 15 mart 2021-ci il tarixdə 20 manat, qalan 2,9 qram olan hissəsini isə 24 mart 2021-ci il tarixdə 60 manat olmaqla vahid niyyətlə Təqsirləndirilən şəxs1 ümumilikdə 80 manata satmışdır. 25 mart 2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 qəsdən, tamah niyyəti ilə qanunsuz olaraq satdığı təmiz çəkisi 14,81 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana həmin tarixdə saat 12:00-dan 12:50-dək keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətyanı sahəsindən, eləcə də Təqsirləndirilən şəxs2 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq, «Çaylaq” adlanan ərazidə gizlədərək, öz istifadəsi məqsədi ilə saxladığı 01 ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 460,00 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana isə həmin tarixdə saat 16:00-dan 16:45-dək keçirilmiş baxış zamanı həmin yerdən aşkar edilərək, götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Balakən rayonu Hənifə kəndində ailə üzvləri ilə birlikdə yaşayır və uzun müddətdir narkotik vasitə olan marixuanadan istifadə edir. 2021-ci ilin mart ayında, yəni 15 mart 2021-ci il tarixdə istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan tanışı Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona zəng edərək, ondan şəxsi istifadəsi üçün marixuana tapmasını xahiş etmişdir. Həmin vaxt Mais etiraz etmədən onu Balakən şəhərində yerləşən “Balakən bazarı” adlanan əraziyə çağırmış, o da Maisin təklifi ilə razılaşaraq, “Balakən bazarı” adlanan əraziyə gedib, orada Maislə görüşmüşdür. Daha sonra Mais onu özü ilə həmin əraziyə yaxın olan “Çaylaq” kimi tanıdığı yerə aparmışdır. Həmin vaxt orada onlardan başqa heç kim olmamışdır. Orada kənar şəxslərin gəlib-gəlməməsinə nəzarət etmək məqsədi ilə ətrafa baxmaqla məşğul olmuş, Mais isə kolluğun arasına gedib, təxminən bir dəqiqədən sonra geri qayıdaraq, əlində çirkli kağıza bükülmüş vəziyyətdə olan narkotik vasitə marixuananı ona vermişdir. Mais həmin marixuanaya görə ondan 20 manat pul istəmiş, o da cibindən çıxarıb Maisə 20 manat pul verib, oradan sağollaşıb ayrılmışdır. Bundan sonra oradan birbaşa yaşadığı evə qayıtmışdır. Yaşadığı evə çatanda həyətə daxil olub, həyətin axırında olan fındıq ağaclarının yanına getmiş, orada Maisdən aldığı marixuananın cüzi bir hissəsini 01 ədəd siqaret papirosuna doldurub çəkmişdir. Qalan marixuananı isə bir ədəd kiçik həcmli boş şüşə bankanın işərisinə dolduraraq, ailə üzvlərinin görməməsi üçün fındıq ağaclarının yanında torpağa basdırıb gizlətmişdir. Lakin çəkdiyi marixuana ona elə də güclü təsir göstərməmişdir. Səhəri gün yenidən həyətin axırına gedib, həmin marixuanadan eyni qaydada eyni miqdarda istifadə etmiş, lakin çəkdiyi marixuana yenə də ona təsir göstərməmişdir. Bundan sonra həmin marixuananın keyfiyyətsiz olduğunu başa düşmüş, qalan marixuananı həmin boş şüşə bankanın içərisində yenidən torpağa basdırmış və bir daha həmin marixuanadan istifadə etməmişdir. 24 mart 2021-ci il tarixdə təxminən saat 16:00 radələrində yenidən Maisə zəng edərək, ondan normal marixuana tapmasını xahiş etmiş, Mais yenidən onu əvvəl görüşdükləri yerə, yəni “Balakən bazarı” adlanan əraziyə çağırmışdır. O da razılaşaraq, təxminən bir saatdan sonra təyin etdikləri yerə gedib, oradakı avtoyuma məntəqəsinin yanında Maislə görüşmüş, həmin vaxt Mais cibindən 01 ədəd siqaret qutusunun üzərində olan şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə, təxminən bir ovuc marixuananı çıxarıb, ona vermiş və buna görə 70 manat pul ödəməli olduğunu ona bildirmişdir. O isə üzərində o qədər pulun olmadığını deyərək, Maislə qiyməti 60 manata razılaşıb, orada Maisə 60 manat pul vermiş və aldığı marixuananı cibinə qoyub, dərhal yaşadığı evə yollanmışdır. Evə çatanda yenidən həyətin sonundakı fındıq ağaclarının yanına gedib, təzə aldığı marixuananın cüzi bir hissəsini 01 ədəd siqaret papirosuna doldurub çəkmiş və bu dəfə aldığının kefiyyətli, yəni təsirli marixuana olduğunu anlamışdır. Daha sonra həmin marixuananı sellofandan çıxarıb, 12 ədəd müxtəlif kağız parçalarına büküb, 12 ədəd bükümlərdəki həmin marixuanaları özü istifadə etmək məqsədi ilə həyətdən tapdığı kiçik həcmli, şüşə materialdan olan boş kofe bankasının içərisinə yığmış və həmin bankanı da əvvəl torpağa basdırıb, saxladığı şüşə bankanın yanına basdırıb gizlətmişdir. Səhəri gün, yəni 25 mart 2021-ci il tarixdə səhər saatlarında həmin kağız bükümlərdən birinin içərisindəki marixuananın yarısını götürüb, bir dəfə də istifadə etmişdir. Bundan bir neçə saat sonra yaşadığı evdə olan zaman Balakən Rayon Polis Şöbəsinin əməkdaşları həyət qapısından onu səsləmişlər. Polis əməkdaşlarına yaxınlaşan zaman yaşadığı evdə və evin həyətyanı sahəsində narkotik vasitə saxlamaqda şübhəli olmağı barədə Polis Şöbəsinə məlumatın daxil olması ona bildirilmişdir. Daha sonra yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçiriləcəyi ona izah olunmuş, həmçinin bununla əlaqədar qəbul edilmiş qərarla tanış edilmişdir. Bundan sonra ərizə yazaraq, polis əməkdaşları tərəfindən yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etrazının olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətdə torpağa basdıraraq, gizlədib saxladığı 02 ədəd şüşə bankalardakı narkotik vasitə marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra üzərində “Nescafe” yazısı olan şüşə bankanın içərisində saxladığı və içərisində narkotik vasitə marixuana olan 12 ədəd kağız bükümlər polis əməkdaşları tərəfindən aşkar edilərək, ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, təxmini çəkiləri 0,46, 0,32, 0,56, 0,32, 0,24, 0,29, 0,45, 0,27, 0,40, 0,067, 0,67 və 0,42 qram olmuşdur. Həmçinin polis əməkdaşları digər şüşə bankada açıq şəkildə olan marixuananı çıxarıb, 01 ədəd ağ kağıza bükərək, elektron tərəzidə çəkmiş və həmin bükümün təxmini çəkisi 17,67 qram olmuşdur. Aşkar edilən marixuanalar polis əməkdaşları tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, üzəri möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanaraq, götürülmüşdür. Bundan əlavə polis əməkdaşları tərəfindən yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilmiş, lakin digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı bütün hərəkətlər videokamera ilə lentə alınmışdır. Məhkəmə-bioloji ekspertizasının rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, yaşadığı evin həyətyanı sahəsindən 02 ədəd şüşə bankanın içərisindən aşkar edilərək götürülmüş və ümumilikdə 13 bükümdən ibarət olan narkotik vasitə- qurudulmuş marixuanaların ayrıayrılıqda təmiz çəkiləri 0,17, 0,19, 0,22, 0,36, 0,13, 0,16, 0,25, 0,18, 0,21, 0,17, 0,42, 0,44 və 11,91 qram olmaqla, ümumi təmiz çəkiləri 14,81 qramdır. Narkotik vasitədən ailə üzvləri xəbər tutmasın deyə həmin narkotik vasitəni şüşə qablara doldurub, həyətyanı torpaq sahəsində basdırmışdır. Narkotik vasitəni bükümlərə bükməyinin səbəbi isə həmin narkotik vasitədən hər dəfə bir çəkimlik istifadə edəndə gizlətdiyi yerdən rahat götürmək olmuşdur. Yəni ailə üzvləri olmayan vaxt bükümlərə büküb gizlətmişdir ki, sonradan hər istifadə etmək istədiyi vaxt hər dəfə bir büküm qurudulmuş marixuananı götürüb, rahat istifadə edə bilsin. Narkotik vasitəni saxlamaqda məqsədi özü üçün istifadə etmək olmuşdur. Həyətində narkotik vasitə saxlaması barədə heç kimin məlumatı olmayıb. Əvvəllər narkotik tərkibli bitkilərin əkilib-becərilməsi və narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır və hazırda da saxlamır. Cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 15 mart 2021-ci il tarixdə 20 manata 11,91 qram və 24 mart 2021-ci il tarixdə 60 manata 2,9 qram narkotik vasitə, ümumilikdə 14,81 qram narkotik vasitə-qurudulmuş marixuana satmamışdır. O, narkotik vasitəni Təqsirləndirilən şəxs1la birlikdə oturduğu stolun üstünə qoymuş və Eyvaz onları götürmüşdür. Stolun hesabını Təqsirləndirilən şəxs1 ödəmişdir. Belə ki, Eyvaz birinci dəfə içdikləri pivənin pulunu ödəmiş, ikinci dəfə isə yeyib-içməyin pulunu vermişdir. Həmin narkotik vasitələri Təqsirləndirilən şəxs1 satış məqsədilə verməmiş və satmamışdır. Məhkəmə-bioloji ekspertizasının 26 mart 2021-ci il tarixli rəyi ilə bu narkotiklərin tərkiblərinə görə eyni olması halında 11,91 qram narkotik vasitəqurudulmuş marixuananın 20 manata, ondan qat-qat az-2,9 qram narkotik vasitəqurudulmuş marixuananın isə 60 manata satılması bu satış faktının olmamasına dəlalət edir və onu da subüt edir ki, bu bir qurğudur. Həmçinin 25 mart 2021-ci il tarixdə “Çaylaq” adlanan ərazidə aşkar olunan 460 qram narkotik vasitə-qurudulmuş marixuana ona məxsus deyildir, həmin narkotik vasitəni polis əməkdaşları ora qoymuş və onun üstünə yükləmişlər. Bunu onun iki şahidi də təsdiq edə bilər. İbtidai istintaqda Təqsirləndirilən şəxs1 narkotik vasitə satması və 460 qram qurudulmuş marixuananın ona məxsus olması barədə şübhəli və təqsirləndiridlən şəxs qismində ifadələrini polis əməkdaşlarının ona fiziki və psixi zor göstərməsi nəticəsində vermişdir. Lakin polis əməkdaşlarının ona fiziki zor və psixi zor tətbiq etmələri barədə prokurora və məhkəməyə şikayət etməmişdir. Həm Balakən Rayon Polis Şöbəsində, həm də X4 tibbi müayinə zamanı bədənində hər hansı xəsarət izləri aşkar olunmamışdır. Ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 25 mart 2021-ci il tarixdə Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs1 yaşadığı evində və evinin həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat onun tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş, daha sonra Təqsirləndirilən şəxs1 əməlini ifşa etmək məqsədi ilə RPŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yardılmışdır. Həmin tarixdə yardılmış əməliyyat qrupunun iştirakçıları tərəfindən Təqsirləndirilən şəxs1 yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evdə və ya evinin həyətyanı sahəsində narkotik vasitə saxlayıb-saxlamaması barədə sual verilmiş, bundan sonra Təqsirləndirilən şəxs1 evinin həyətyanı sahəsində, kolluq əraziyə yaxın yerdə torpağa basdırdığı 02 ədəd şüşə bankaları çıxarıb təqdim etmişdir. Həmin bankalardan birinin içərisində 12 ədəd kağız bükümlərdə qurudulmuş marixuanaya oxşar bitki kütlələri aşkar edilmiş, həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzidə ölçülən zaman çəkiləri 0,46, 0,32, 0,56, 0,32, 0,24, 0,29, 0,45, 0,27, 0,40, 0,67, 0,67 və 0,42 qram təşkil etmişdir.Bundan sonra digər bankanın içərisində açıq şəkildə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilmiş, həmin bitki kütləsi 01 ədəd ağ rəngli kağızda qablaşdırılıb, elektron tərəzidə çəkilmiş və çəkisi 17,67 qram təşkil etmişdir. Aşkar edilmiş kütlələr, yəni 13 bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütlələri 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanaraq, maddi sübut kimi götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 evinə və evin həyətyanı sahəsində olan yardımçı tikililərə baxış keçirilmiş, lakin baxış zamanı digər hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Buna görə Təqsirləndirilən şəxs1 RPŞ-nə dəvət olunub şübhəli şəxs kimi izahatı alınan zaman evinin həyətyanı sahəsindən aşkar olunmuş kütlələrin narkotik vasitə marixuana olduğunu və həmin narkotik vasitəni 2021-ci ilin mart ayında Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Buna görə o, dərhal Təqsirləndirilən şəxs2 olduğu yeri müəyyən edərək, Təqsirləndirilən şəxs2 RPŞ-nə gətirmişdir. Bundan sonra dəvət olunmuş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış,lakin Təqsirləndirilən şəxs2 üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə satıb-satmaması barədə sual verildikdə, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə satmasını etiraf etmiş, həmçinin Balakən şəhəri ərazisində yerləşən “Çaylaq” adlanan ərazidə narkotik tərkibli bitkilər əkdiyini və həmin ərazidə narkotik vasitə saxladığını bildirmişdir. Buna görə həmin tədbirin davamı olaraq Balakən şəhəri ərazisində yerləşən “Çaylaq” adlanan əraziyə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 «Çaylaq» adlanan ərazidəki kolluğun içərisindən 01 ədəd qara rəngli sellofan torbanı çıxarıb, təqdim edərək, həmin torbanın içərisində narkotik vasitə marixuana olduğunu, həmin marixuananı yay aylarında yabanı bitkidən yığdığını və öz istifadəsi üçün saxladığını bildirmişdir. Həmin 01 ədəd qara rəngli sellofan torba açılan zaman içərisində qurudulmuş marixuanaya oxşar bitki kütlələri aşkar edilmiş və elektron tərəzi vasitəsilə ölçülən zaman çəkisi 0,52 kq təşkil etmişdir. Aşkar edilmiş kütlə 01 ədəd ağ rəngli zərfdə qablaşdırılıb, möhürlənmiş və götürülmüşdür. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs2 kolluğun içərisindəki biri boş, digəri torpaqla dolu olan 02 ədəd dəmir dibçəkləri göstərərək, həmin dibçəklərin içərisində yay aylarında 03 ədəd narkotik tərkibli bitkilər əkdiyini və həmin ağaclardan yığdığını, Eyvaza satdığını bildirmişdir. Dibçəklərin birində 02 ədəd bitki kökləri, digərində isə 01 ədəd bitki kökü olmuşdur. Həmin dibçəklərdə olan bitki kökləri götürülərək, uzunluqları ölçülmüş və uzunluqları 33 sm, 35 sm və 43 sm təşkil etmişdir. Həmin bitki kökləri 01 ədəd ağ rəngli zərfdə qablaşdırılmış və möhürlənib, götürülmüşdür. Bundan əlavə 02 ədəd bitki köklərinin çıxarıldığı dəmir dibçəkdə olan torpaqdan nümunə götürülərək, 01 ədəd ağ rəngli zərfdə qablaşdırılmış və möhürlənib, götürülmüşdür. Keçirilmiş bütün hərəkətlər Balakən RPŞ-nin KTQ-nun ekspert-kriminalisti Sadiq Vəzirov tərəfindən “Sony HDRX” markalı videokamera vasitəsilə lentə alınmış, həmçinin keçirilmiş bütün hərəkətlər barədə protokollar tərtib olunaraq, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin MSY-nin polis nəfəri, polis serjantı Şahid3 ifadəsində göstərmişdir ki, 25 mart 2021-ci il tarixdə saat 16:00-dan saat 16:45-dək olan müddət ərzində Balakən şəhər sakini Cəlilov X17 şəhəri ərazisində yerləşən “Çaylaq” adlanan ərazidə narkotik vasitə saxlamaqda şübhəli bilinərək, həmin əraziyə aparılan və həmin əraziyə baxış keçirilən zaman o, konvoy kimi iştirak etmişdir. Baxış RPŞnin Təhqiqat Bölməsinin təhqiqatçısı Zaur Xəlilov tərəfindən keçirilmiş, baxışda ondan başqa Balakən RPŞ-nin KTQ-nın baş ekspert-kriminalisti Sadiq Vəzirov, Balakən RPŞ-nin CAB-nin sabiq əməliyyat müvəkkili Mirəziz Hüseynzadə, CAB-nin baş əməliyyat müvəkkili Şahid1, müdafiəçi və mütəxəssis iştirak etmişlər. X24 tərəfindən videokamera ilə lentə alınmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2 “Çaylaq” adlanan ərazidəki kolluğun içərisindən 01 ədəd qara rəngli sellofan torbanı çıxarıb təqdim edərək, həmin torbanın içərisində narkotik vasitə marixuana olduğunu, həmin marixuananı yay aylarında yabanı bitkidən yığdığını və öz istifadəsi üçün saxladığını bildirmiş, həmin 01 ədəd qara rəngli sellofan torba açılan zaman içərisində qurudulmuş marixuanaya oxşar bitki kütlələri aşkar edilmiş və elektron tərəzi vasitəsilə ölçülən zaman çəkisi 0,52 kq təşkil etmişdir. Aşkar edilmiş kütlə 01 ədəd ağ rəngli zərfdə qablaşdırılıb, möhürlənmiş və götürülmüşdür. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs2 kolluğun içərisindəki biri boş, digəri torpaqla dolu olan 02 ədəd dəmir dibçəkləri göstərərək, həmin dibçəklərin içərisində yay aylarında 03 ədəd narkotik tərkibli bitkilər əkdiyini və həmin ağaclardan yığdığını, Eyvaza satdığını bildirmişdir. Dibçəklərin birində 02 ədəd bitki kökləri, digərində isə 01 ədəd bitki kökü olmuşdur. Həmin dibçəklərdə olan bitki kökləri götürülərək, uzunluqları ölçülmüş və uzunluqları 33 sm, 35 sm və 43 sm təşkil etmişdir. Həmin bitki kökləri 01 ədəd ağ rəngli zərfdə qablaşdırılmış və möhürlənib, götürülmüşdür. Bundan əlavə 02 ədəd bitki köklərinin çıxarıldığı dəmir dibçəkdə olan torpaqdan nümunə götürülərək, 01 ədəd ağ rəngli zərfdə qablaşdırılmış və möhürlənib, götürülmüşdür. Sonda baxış keçirilməsi barədə protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 Balakən şəhəri ərazisində yerləşən “Çaylaq” adlanan ərazidə narkotik tərkibli bitkilər əkib-becərməsi ilə əlaqədar polis əməkdaşları tərəfindən həmin əraziyə 25 mart 2021-ci il tarixdə baxış keçirilən zaman o, mütəxəssis qismində iştirak etmişdir. Baxış RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Zaur Xəlilov tərəfindən keçirilmiş baxışda əlavə olaraq müdafiəçi və 04 polis əməkdaşı iştirak etmişdir. Baxış bir polis əməkdaşı tərəfindən videokamera ilə lentə alınmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2 “Çaylaq” adlanan ərazidəki kolluğun içərisindən 01 ədəd qara rəngli sellofan torbanı çıxarıb təqdim edərək, həmin torbanın içərisində narkotik vasitə marixuana olduğunu, həmin marixuananı yay aylarında yabanı bitkidən yığdığını və öz istifadəsi üçün saxladığını bildirmişdir. Həmin 01 ədəd qara rəngli sellofan torba açılan zaman içərisində qurudulmuş marixuanaya oxşar bitki kütlələri aşkar edilmiş, elektron tərəzi vasitəsilə ölçülən zaman çəkisi 0,52 kq təşkil etmiş, həmin kütlə 01 ədəd ağ rəngli zərfdə qablaşdırılıb möhürlənmiş və götürülmüşdür. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs2 kolluğun içərisindəki biri boş, digəri torpaqla dolu olan 02 ədəd dəmir dibçəkləri göstərərək, həmin dibçəklərin içərisində yay aylarında 03 ədəd narkotik tərkibli bitkilər əkdiyini və həmin ağaclardan yığdığı narkotik vasitəni satdığını bildirmişdir. Dibçəklərin birində 02 ədəd bitki kökləri, digərində isə 01 ədəd bitki kökü olmuşdur. Həmin dibçəklərdə olan bitki kökləri götürülərək, uzunluqları ölçülmüş və uzunluqları 33 sm, 35 sm və 43 sm təşkil etmişdir. Onun tərəfindən həmin bitki köklərinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 02 ədəd dəmir dibçəklərin içərisindən aşkar edilərək götürülmüş 03 ədəd bitki kollarının köklərinə aqrotexniki qaydada qulluq edilmişdir. Həmin bitki kökləri polis əməkdaşı tərəfindən 01 ədəd ağ rəngli zərfdə qablaşdırılmış və möhürlənib, götürülmüşdür. Bundan əlavə 02 ədəd bitki köklərinin çıxarıldığı dəmir dibçəkdə olan torpaqdan nümunə götürülərək, 01 ədəd ağ rəngli zərfdə qablaşdırılmış və möhürlənib, götürülmüşdür. Sonda baxış keçirilməsi barədə protokol tərtib olunaraq, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid6 və Şahid5 ifadələrində Balakən rayonu “Çaylaq” ərazisinə işləmək məqsədi ilə getdiklərini, polis əməkdaşlarının birinci dəfə Maisi həmin əraziyə gətirib, bir az saxladıqdan sonra geri apardıqlarını, ikinci dəfə Maisi gətirəndə bir az çox saxladıqlarını, onların həmin ərazidən 100 metr məsafədə olduqlarını, ora yaxınlaşmadıqlarını və orada nə baş verdiyini bilmədiklərini göstərmişlər. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 25 mart 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin tarixdə saat 12:00-dan saat 12:50dək olan müddət ərzində Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 yaşadığı evinə və evinin həyətyanı sahəsinə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, baxış keçirilən yer Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs1 yaşadığı ev və evin həyətyanı sahəsi, həmçinin evin həyətyanı sahəsində yerləşən digər yardımçı tikililərdir. Daxil olmuş məlumat əsasında sözügedən əraziyə baxış keçirilmişdir. Həyətyanı sahədə iki mərtəbəli, 06 otaqlı, eyvanlı yaşayış evi, mal tövləsi, toyuq hini olmuşdur. Baxışda Təqsirləndirilən şəxs1 onun yaşadığı evdə, yaxud da evinin həyətyanı sahəsində narkotik vasitə saxlayıb-saxlamaması barədə sual verildikdə o, evinin həyətyanı sahəsində, kolluq əraziyə yaxın yerdə torpaqda basdırdığı 02 ədəd içərisində qurudulmuş marixuanaya bənzər kütlələr olan bankaları çıxararaq, təqdim etmişdir. Üzərində “Nescafe” yazısı olan 01 ədəd bankanın içərisində 12 ədəd kağız bükümlərdə bükülmüş, içərilərində qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilərkən çəkiləri 0,46, 0,32, 0,56, 0,32, 0,24, 0,29, 0,45, 0,27, 0,40, 0,67, 0,67 və 0,42 qram təşkil etmişdir. Bundan başqa həmin yerdə olan digər bankanın içərisindən aşkar edilmiş qurudulmuş marixuanaya oxşar kütlə 01 ədəd ağ rəngli kağızda qablaşdırılıb, elektron tərəzidə çəkilmiş və çəkisi 17,67 qram təşkil etmişdir. Aşkar edilmiş maddi sübutlar 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb, maddi sübut kimi götürülmüşdür. Evə və evin həyətyanı sahəsinə, yardımçı tikililərə baxış zamanı hər hansı qeyri-qanuni əşya, predmet və yaxud narkotik vasitə aşkar edilməmişdir. Baxış “Sony HDRX” markalı videokamera vasitəsilə lentə alınmışdır. Baxış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diski protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 25 mart 2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, həmin tarixdə saat 15:10-dan saat 15:30-dək olan müddət ərzində Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman onun əynində cins şalvar, qış gödəkcəsi, kurtka və qara rəngli ayaqqabı olmuşdur. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən heç bir predmet və əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə satıb-satmaması barədə sual verildikdə, o, Təqsirləndirilən şəxs1 narkotik vasitə satmasını etiraf etmiş, əlavə olaraq Balakən şəhəri ərazisində «Çaylaq» adlanan ərazidə narkotik vasitə saxladığını, həmçinin, qeyd olunan ərazidə dibçəklərdə narkotik tərkibli bitkilər əkdiyini bildirmişdir. Şəxsi axtarış «Sony HDRX” markalı videokamera vasitəsilə görüntülənmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diski protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 25 mart 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Balakən şəhəri ərazisindəki «Çaylaq» adlanan ərazidə narkotik vasitə saxlaması və narkotik tərkibli bitkilər əkməsini bildirməsi əsasında həmin tarixdə saat 16:00-dan saat 16:45-dək olan müddət ərzində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilmişdir. Ərazidə çoxlu daş-qaya və kolluq ərazilər olmuşdur. Baxış zamanı ərazidəki kolluğun içərisində 01 ədəd qara rəngli sellofan torbanın içərisində qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə 01 ədəd tərəzidə çəkilərək, çəkisi 0,52 kq təşkil etmiş və 01 ədəd ağ rəngli zərfdə qablaşdırılıb, götürülmüşdür. Həmin ərazidə əlavə olaraq 02 ədəd dəmir dibçəklər olmuşdur. Dibçəklərin birində torpaq olmuş, digəri isə boş olmuşdur. Dibçəklərin birində 02 ədəd bitki kökləri, digərində isə 01 ədəd bitki kökü olmuşdur. Həmin dibçəklərdə olan bitki kökləri götürülərək, uzunluqları ölçülmüş, uzunluqları 33, 35 və 43 sm təşkil etmişdir. Həmin bitki kökləri 01 ədəd ağ rəngli zərfdə qablaşdırılıb, maddi sübut kimi götürülmüşdür. Bundan əlavə 02 ədəd bitki köklərinin çıxarıldığı dəmir dibçəkdə olan torpaqdan nümunə götürülərək, 01 ədəd ağ rəngli zərfdə qablaşdırılıb, maddi sübut kimi götürülmüşdür. Baxış “Sony HDRX” markalı videokamera vasitəsilə görüntülənmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diski protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının 26 mart 2021-ci il tarixli, 17/227 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Vət. Təqsirləndirilən şəxs1 yaşadığı evinin həyətyanı sahəsindən torpağa basdırılmış..." sözləri və imzalar yazılmış zərfin içərisindəki 13 (on üç) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,17 qram, 0,19 qram, 0,22 qram, 0,36 qram, 0,13 qram, 0,16 qram, 0,25 qram, 0,18 qram, 0,21 qram, 0,17 qram, 0,42 qram, 0,44 qram və 11,91 qram, ümumi təmiz çəkiləri 14,81 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində «Çaylaq» adlanan ərazidən aşkar edilmiş 1 ədəd sellofan torbada olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi." sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan torbada, təmizi çəkisi 460,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Aşkar edilmiş 3 ədəd bitkilər kök hissələrindən ibarət maddi sübut." sözləri və imzalar yazılmış zərfin içərisindəki 03 (üç) ədəd bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Tədqiqata təqdim olunmuş 13 (on üç) ədəd kağız bükümlərdə və (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Aqronom-mütəxəssis Şahid4 25 mart 2021-ci il tarixli rəyinə əsasən 03 (üç) ədəd çətənə (kannabis) bitkisinin hissələrinə aqrotexniki qaydada qulluq göstərilmişdir.Qeyd:marixuanaların ümumi təmiz çəkisi-474,81 qram, tədqiqata sərf edildi- 0,28 qram (hər obyektdən 0,02 qram), qalıq-474,53 qram. Ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 22.04.2021-ci il tarixli,17/269 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Dibçəkdən aşkar edilmiş torpaq nümunəsi." sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd polietilen torbada olan torpaq nümunəsində narkotik tərkibli çətənə bitkisinin hissəcikləri və toxumları aşkar edilmədi. Ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ambulator məhkəmənarkoloji ekspertizasının 15 aprel 2021-ci il tarixli, 379 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ambulator məhkəmənarkoloji ekspertizasının 08 may 2021-ci il tarixli, 534 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş aqronom-mütəxəssis Şahid4 25 mart 2021-ci il tarixli rəyindən görünür ki, Balakən şəhəri ərazisində olan «Çaylaq» adlanan ərazidə birinin içərisi boş,digərinin içərisində torpaq olmaqla aşkar edilmiş 2 ədəd dəmir dibçəklərin içərisindən aşkar edilərək götürülmüş 3 ədəd, hündürlükləri 33,35 və 43 sm olan bitki kollarının köklərinə aqrotexniki qaydada qulluq edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 25 mart 2021-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 25 mart 2021-ci ildə saat 13:30-da Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 27 mart 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, həmin qərarla Əzizov X14 RPŞnin MSY-dən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 25 mart 2021-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 25 mart 2021-ci ildə saat 14:50-də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsininin 27 mart 2021-ci il tarixli, 4(019)-19/2021 nömrəli qərarından görünür ki, həmiq qərarla Təqsirləndirilən şəxs2 Adil oğlu barəsində 25 mart 2021-ci il tarixdən 25 iyun 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 25 mart 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsininin 06.04. 2021-ci il tarixli, 4(019)-21/2021 nömrəli qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs2 barəsində Balakən Rayon Məhkəməsininin 27 mart 2021-ci il tarixli,4(019)-19/2021 nömrəli qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsindən imtina edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16.04.2021-ci il tarixli, 4(107)-28/2021 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsininin 06 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsininin 16 iyun 2021-ci il tarixli, 4(019)-48/2021 nömrəli qərarından görünür ki,həmin qərarla Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 1 (bir) ay müddətinə- 25 iyul 2021-ci il tarixədək uzadılmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş tələbnamə üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş 07.04.2021-ci tarixli, 2 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş tələbnamə üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş 08.04.2021-ci tarixli, 10 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 5(019)- 25/2021 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs1 Balakən rayonunun Hənifə kəndində yaşadığı evin həyətyanı sahəsində binaya, o cümlədən yaşayış yerilərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və torpaq sahələrinə daxl olmaqla baxış keçirilməsi barədə Balakən Rayon Polis Şöbəsininin TB-nin təhqiqatçısı, polis kapitanı Zaur Xəlilovun 25 mart 2021-ci il tarixli qərarı qənuni hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X18 Ərazi Bölmələrini İdarəetmə Birliyi Balakən Rayon X9 Hüquqi Şəxs tərəfindən 01.04.2021-ci il tarixdə verilmiş 100 nömrəli məktubdan görünür ki, Balakən rayon sakini, 1977-ci il təvəllüdlü Cəlilov X17 MRX-nın poliklinika şöbəsində psixiatriya və narkoloji kabinetdə qeydiyyatda yoxdur. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X18 Ərazi Bölmələrini İdarəetmə Birliyi Balakən Rayon X9 Hüquqi Şəxs tərəfindən 01.04.2021-ci il tarixdə verilmiş 102 nömrəli məktubdan görünür ki, Balakən rayon sakini, 1971-ci il təvəllüdlü Əzizov X14 MRX-nın poliklinika şöbəsində psixiatriya kabinetdə qeydiyyatda yoxdur. 16.09.2008-ci il tarixdən narkoloji kabinetdə dispanser qeydiyyatındadır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədiq edilmiş 14 may 2013-cü il tarixdə verilmiş AZ-İ 846216 №-li nikah haqqında şəhadətnamədən, 26 fevral 2008-ci il tarixdə verilmiş AZ-İİ 069177 №-li və 17 oktyabr 2008-ci il tarixdə verilmiş AZ-İİ 181368 №-li doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 X8 ilə 14 may 2013-cü ildə nikaha girmiş və bu nikahdan 25 oktyabr 2006-cı il tarixdə X20 və 30 avqust 2008-ci il tarixdə X12 doğulmuşlar. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədiq edilmiş 10.10.2019-cu il tarixdə verilmiş AZ-İV ******* №-li və AZ-İV 360992 №-li doğum haqqında şəhadətnamələrdən və AA2475273 8MD0J8U saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən və AA0705198 8MD0A04 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 08.10.2005-ci il tarixdə doğulmuş X16 və 03.10.2007-ci il tarixdə doğulmuş X13 vardır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən RPŞ-nin İB-nin müstəntiqinin 02 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında qərarından və 17 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən aşkarlanaraq götürülmüş 14,81 qram çəkidə narkotik vasitəqurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 14,55 qramı və “Çaylaq” adlı əraziyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 460 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 459,98 qramı, cəmi 474,53 qram narkotik vasitə-qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanması üçün Balakən RPŞnin saxlanc anbarına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətyanı sahəsinə, Təqsirləndirilən şəxs2 narkotik vasitə saxladığı “Çaylaq” adlanan əraziyə baxış keçirilərkən və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən videoçəkilişlərin əks olunduğu 03 ədəd DVD diski sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini,25 mart 2021-ci il tarixli baxış keçirilməsi və şəxsi axtarış protokollarını, Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətyanı sahəsinə, Təqsirləndirilən şəxs2 narkotik vasitə saxladığı “Çaylaq” adlanan əraziyə baxış keçirilərkən və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən videoçəkilişlərin əks olundubğu 03 ədəd DVD diskini, məhkəmə-bioloji ekspertizasının 26 mart 2021-ci il tarixli, 17/227 nömrəli və 22 aprel 2021-ci il tarixli, 17/269 nömrəli rəylərini, maddi sübutları, ambulator məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2021-ci il tarixli, 379 nömrəli və 08 may 2021-ci il tarixli, 534 nömrəli nömrəli rəylərini, Balakən RPŞ-nin İB-nin müstəntiqinin 02 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında qərarını və 17 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarını, məhkəmənin və ibtidai istintaq orqanının işdə olan digər qərarlarını və hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməli və nəzərə alınmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi,İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X1rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilibedilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 15 mart 2021-ci il tarixdə 20 manata 11,91 qram və 24 mart 2021-ci il tarixdə 60 manata 2,9 qram narkotik vasitə, ümumilikdə 14,81 qram narkotik vasitə-qurudulmuş marixuana satmaması, Təqsirləndirilən şəxs1 restoranda verdiyi verdiyi hesabın həmin narkotik vasitənin satışına aidiyyətinin olmaması, məhkəmə-bioloji ekspertizasının 26 mart 2021-ci il tarixli rəyi ilə bu narkotik vasitələrin tərkiblərinə görə eyni olması halında 11,91 qram narkotik vasitəqurudulmuş marixuananın 20 manata, 2,9 qram narkotik-vasitə-qurudulmuş marixuananın isə 60 manata satılmasının bu satış faktının olmamasına dəlalət etməsi və qurğu olmasını təsdiq etməsi, həmçinin 25 mart 2021-ci il tarixdə “Çaylaq” adlanan ərazidə aşkar olunan narkotik vasitənin ona məxsus olmaması və həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən ona qoyulması barədə məhkəmə istintaqında verdiyi ifadəsini özünümüdafiə cəhdi kimi qiymətləndirərək, mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin ifadədə olan məlumatlar Təqsirləndirilən şəxs2 ibtidai istintaqda şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, şahidlərin ifadələri, baxış və axtarış protokolları, ekspertiza rəyləri və işdəki digər sübutlarla tam təkzib olunur və əsassızdır. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi ifadələrində Təqsirləndirilən şəxs1 15 mart 2021-ci il tarixdə 20 manata 11,91 qram və 24 mart 2021-ci il tarixdə 60 manata 2,9 qram narkotik vasitə, ümumilikdə 14,81 qram narkotik vasitə-qurudulmuş marixuana satmasını etiraf etmiş və bu əməlin törədilmə hallarını dəqiq təsvir etmişdir. Bu hal Təqsirləndirilən şəxs1 ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi ifadələri ilə də tam təsdiq olunur. Eyni zamanda bu hal işdə olan 25 mart 2021-ci il tarixli baxış protokolu, 26 mart 2021-ci il tarixli ekspertiza rəyi, şahid ifadələri və sair sübutlarla təsdiq olunur. 26 mart 2021-ci il tarixli məhkəmə-bioloji ekspertizasının rəyində həmin narkotik vasitələrin tərkiblərinə görə eyni olması qənaətinə gəlinsə də, bu heç də həmin narkotik vasitələrin eyni keyfiyyətdə olması nəticəsi kimi qəbul oluna bilməz. Belə ki, həmin narkotik vasitələrin keyfiyyət göstəricilərinin qiymətləndirilməsi ekspertiza tədqiqatının obyekti olmamışdır.Ekspertiza həmin narkotik vasitələrdə olan eyni maddələrin olması xüsusunda onların tərkiblərinə görə eyni olması qənaətinə gəlmişdir. Digər tərəfdən, narkotik vasitələrin alqı-satqısı tərəflərin (alıcı və satıcı) iradə ifadələri əsasında həyata keçirilən bir qanunsuz razılaşmadır. Bu razılaşma əsasında narkotik vasitəni satan və alan şəxslərin hansı miqdarda narkotik vasitəni hansı qiymətə satması və alması onların razılığı əsasında müəyyən edilir və burada onların iradə sərbəstliyi həyata keçirilir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisidir və onun məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul olunan ifadəsində həmin narkotik vasitələrin keyfiyyətcə müxtəlif olması, yəni birinci alınan qurudulmuş marixuananın keyfiyyətsiz, ikincisinin isə keyfiyyətli olması göstərilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdiyi ifadəsində 460 qram narkortik vasitə qurudulmuş marixuanının ona məxsus olmaması barədə məlumatına gəldikdə isə, o, ibtidai araşdırmada şübəhli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində “Çaylaq” ərazisində tapılan həmin 460 qram narkotik vasitə-qurudulmuş marixuananın ona məxsus olmasını göstərmiş və işin halları ilə bağlı detallı ifadə vermişdir. Bu xüsusat işdə olan bütün digər mötəbər sübutlarla təsdiqi olunmuşdur. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda belə ifadə verməsini polis əməkdaşlarının ona fiziki və psixi təsiri ilə əlaqələndirmiş, lakin nə o, nə də onun müdafiəçisi bu halın mövcudluğu, yəni polis əməkdaşları tərəfindən ibtidai istintaqda ona fiziki və psixi zor tətbiq etməsini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. İşdə də bu halı təsdiq edən sübut yoxdur. Heç Təqsirləndirilən şəxs2 bununla bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, həmçinin məhkəməyə şikayət verməmiş, polisin nəzarəti altında olan zaman hər hansı xəsarət, işgəncə, qeyri-insani və insan ləyaqətini alçaldan rəftarın hər hansı izlərini təsdiq edən nə tibbi sənədi, nə də digər sənədləri təqdim edə bilməmişdir. Həmçinin məhkəmə onu da nəzərə çatdırır ki, nə Balakən Rayon Polis Şöbəsində, nə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X4 tibbi müayinə zamanı Təqsirləndirilən şəxs2 hər hansı xəsarət izlərinin olması aşkarlanmamış, bunu Təqsirləndirilən şəxs2 öz ifadəsində bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 460 qram narkotik vasitə-qurudulmuş marixuananın polis əməkdaşları tərəfindən “Çaylaq” ərazisinə qoyulmasını və ona yüklənməsini göstərib, bu faktı onun iki şahidinin təsdiq edəcəyini bildirsə də, müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş həmin şahidlər- Şahid6 və Şahid5 ifadələrində bu halı təsdiq etməmiş, ümumiyyətlə uzaq məsafədə olduqlarını, polis əməkdaşlarının Təqsirləndirilən şəxs2 ilə həmin “Çaylaq” ərazisinə gətirdiklərini, lakin həmin ərazidə nə baş verdiyini görmədiklərini bildirmişlər. Qeyd olunanlar Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsinin tamamilə əsasız olmasını göstərir. Məhkəmə onu da qeyd edir ki, bu xüsusat Azərbaycan Respublikası Konstitusiyasının 63, Avropa Konvensiyasının 6 və Azərbaycan Respublikası CPM-nin 21-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququ konteksində nəzərə alınmalıdır. Belə ki, özünü müdafiə etmək və bu xüsusda özünü ifşa edən ifadələr verməmək həmin hüququn mahiyyətindən irəli gəlir. Təqsirsizlik prezumpsiyası hüququna görə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Minelli İsveçrəyə qarşı işdə qeyd etmişdir ki, cinayət əməli törətməkdə təqsirləndirilən şəxs öz əleyhinə ifadə verməyə məcbur edilməməlidir. Cinayət araşdırmasının gedişində sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyula bilməz. Həmçinin təqsirləndirilən şəxs özünü ifşa edən ifadələr verməmək, öz maraqları əleyhinə şahidlik etməkdən imtina etmək hüququna malikdir ki, cinayət araşdırmasının istənilən mərhələsində bu hüquqlara hörmət edilməlidir. Funke Fransaya qarşı məhkəmə işində Avropa Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, təqsirləndirilən şəxsin susmaq hüququ və cinayət törətməkdə ifşa edilməsinə yardım göstərməmək hüququ vardır. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi bu hal nə cinayət əməlinin törədilməsinin sübut olunması, nə də cəza verilməsində onun əleyhinə istifadə oluna bilməz. Əks hal təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququnun kobud pozuntusu olacaqdır. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini dinləyib, işdə olan ekspertiza rəylərini və digər sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 oğlu qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə,daşıma və saxlama cinayət əməlini törətmiş, həmçinin Təqsirləndirilən şəxs2 qəsdən,satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama, eləcə də qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə narkotik vasitəni əldə edib daşıyaraq, saxlama və satma cinayət əməllərini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövriyyəsi nəzarət edilən, məhdudlaşdırılmış və ya qadağan edilmiş (bundan sonra - nəzarət edilən) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi (idxalı), Azərbaycan Respublikasının ərazisindən çıxarılması (ixracı) və ya onların tranzit nəql edilməsi, habelə həmin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının saxlanılması, alınması, daşınması, göndərilməsi, məhv edilməsi, istifadə edilməsi və onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların aparılmasıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlərdir. Yenə də həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Yenə də Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Həmin Qərarın 8-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Həmin qərarın 9-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 234.1-ci maddəsinin tərkibi, Təqsirləndirilən şəxs2 əməllərində isə CM-nin 234.1 və 234.2-ci maddələrin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli, Təqsirləndirilən şəxs2 oğlu isə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 cinayət əməlləri isə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlu törətdiyi cinayət əməllərinə görə cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanun normasının tələbinə əsasən məhkəmə himayəsində bir azyaşlı uşağın və bir yetkinlik yaşına çatmayan uşağın olmasını və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən iş materiallarına əsasən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs1 oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qanun normasının tələbinə əsasən məhkəmə himayəsində bir azyaşlı uşağın və bir yetkinlik yaşına çatmayan uşağın olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən iş materiallarına əsasən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilməsi zamanı onların xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməl, həmçinin Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş əməllər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağın və bir yetkinlik yaşına çatmayan uşağın olması, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən hallar, həmçinin Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağın və bir yetkinlik yaşına çatmayan uşağın olması kimi cəzasını yüngülləşdirən hal vardır. Onların cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1 maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında isə üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən himayəsində bir azyaşlı uşağın və bir yetkinlik yaşına çatmayan uşağın olması və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 25 mart 2021-ci il tarixdən 27 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs1 qəti olaraq azadlığın məhdulaşdırılması cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2021-ci il tarixli, 379 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etdiyinin, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunmalı və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X10 Şəxsinə göndərilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində bir azyaşlı uşağın və bir yetkinlik yaşna çatmayan uşağın olması kimi cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli, Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən onun 25 mart 2021-ci il tarixdən hazırki günədək həbsdə saxlandığı müddət ona təyin ediləcək qəti cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 25 mart 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli 25 mart 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 08 may 2021-ci il tarixli, 534 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmədiyinin, narkomaniya xəstəliyindən əzab çəkmədiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığının müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Lakin Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində qeydiyyata alınmalı, onun ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X10 Şəxsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə cəmi 69.10 manat ekspertiza xərcinin 34,55 manatı Təqsirləndirilən şəxs1 Camal oğlundan və 34,55 manatı Cəlilov Mais Adil oğlundan tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X5, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 saylı hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən aşkarlanaraq götürülmüş 14,81 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 14,55 qramı və “Çaylaq” adlı əraziyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 460 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 459,98 qramı, cəmi 474,53 qram narkotik vasitə-qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətyanı sahəsinə, Təqsirləndirilən şəxs2 narkotik vasitə saxladığı “Çaylaq” adlanan əraziyə baxış keçirilərkən və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən videoçəkilişlərin əks olunduğu 03 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməllərini törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmələrini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi1 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 10 saat və Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 oğlunun hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğluna məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 60 manat və Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüququqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 60 manat, cəmi 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 25 mart 2021-ci il tarixdən 27 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 2 (iki) müddətin bir günü təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin; Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunsun və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetində qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X10 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilisin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun 25 mart 2021-ci il tarixdən hazırki günədək həbsdə saxlandığı müddət ona təyin edilən cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 25 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində qeydiyyata alınsın; Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən Rayon Mərkəzi X10 Şəxsinə göndərilsin. İş üzrə cəmi 69.10 manat ekspertiza xərcinin 34,55 manatı Təqsirləndirilən şəxs1 və 34,55 manatı Cəlilov Mais Adil oğlundan tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X5, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 saylı hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən aşkarlanaraq götürülmüş 14,81 qram çəkidə narkotik vasitəqurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 14,55 qramı və “Çaylaq” adlı əraziyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 460 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 459,98 qramı, cəmi 474,53 qram narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin; Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətyanı sahəsinə, Təqsirləndirilən şəxs2 narkotik vasitə saxladığı “Çaylaq” adlanan əraziyə baxış keçirilərkən və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən videoçəkilişlərin əks olunduğu 03 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 60 manat və Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüququqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 60 manat, cəmi 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hazırki hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-64/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-64/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver