Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-64/2022 14.06.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi,dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxxx 1977-ci il tarixdə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, işləməyən, evli, Balakən rayonu Hənifə kəndində pasport qeydiyyatında olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayında Balakən rayonu Hənifə kəndi ərazisindəki çöllük sahədə aşkar etdiyi yabanı halda bitmiş, 01 ədəd narkotik tərkibli çətənə(kannabis) bitkisinin üzərindən yığıb əldə edərək yaşadığı evdə gizlətməklə saxladığı 6(altı) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2021-ci ilin may ayının sonlarında yaşadığı evin həyətindəki dirrik sahədə qəsdən, qanunsuz olaraq torpağa əkmiş, bitmiş 6(altı) ədəd, xeyli miqdarda, hündürlükləri 65 sm-dən 85 sm-dək, quru vəziyyətdə ümumi təmiz çəkisi 129,92 qram olan, əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini alaq otlarından təmizləyib, suvarmaqla, həmçinin digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 2021-ci ilin sentyabr ayının əvvəllərində əkib-becərib yetişdirərək kultivasiya etdiyi həmin 6(altı) ədəd çətənə bitkilərinin üzərindən yararlı hissələrini toplayıb qurutmaqla qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə etdiyi 01 ədəd kibrit qutusunda şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 7,82 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq Hənifə kəndi ərazisində yaşadığı evin həyətində yerləşən tövlədə, 01.05.2022-ci il tarixdən etibarən isə əynindəki idman şalvarının sağ yan cibində saxlamışdır. 02 may 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutulduqdan sonra həmin tarixdə saat 12:55-dən saat 13:25-dək üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı, bir ədəd kibrit qutusundakı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 7,82 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki idman şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüş, həmin tədbirin davamı olaraq 02 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə öz könüllü razılığı və iştirakı ilə saat 13:55-dən 14:45-dək olan müddət ərzində keçirilmiş baxış zamanı həyətyanı sahənin dirrik hissəsindən qəsdən, qanunsuz olaraq, əkib yetişdirməklə kultivasiya etdiyi, xeyli miqdar hesab edilən, yəni 6(altı) ədəd, hündürlükləri 65 sm-dən 85 sm-dək, quru vəziyyətdə ümumi təmiz çəkisi 129,92 qram olan, əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda rayonun Hənifə kəndində arvadı Ruhiyyə Osmanova, qızları Şəhanə Osmanova, Fatimə Osmanova və azyaşlı oğlu Ehtiram Osmanovla birlikdə yaşayır. Əvvəllər məhkum olunmamışdır.Uşağı öldükdən sonra,uşağının ölümü ona pis təsir etdiyindən o,hərdən narkotik vasitə qəbul etməyə başlamışdır. Təxminən 4-5 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Adətən narkotik vasitəni yaşadığı Hənifə kəndi ərazisindəki çöllük sahədə yabanı halda bitmiş bitkilərin üzərindən yığaraq əldə edib istifadə etmişdir. 2020-ci ilin avqust ayında Balakən rayonu Hənifə kəndinin çöl sahəsində 1 ədəd yabanı halda bitən narkotik tərkibli çətənə bitkisinin üzərindən istifadə etmək üçün narkotik yığmışdır. Həmin zaman bitkinin üzərində toxumları da olduğundan həmin toxumları yığıb gələcəkdə narkotiki özü əkərək istifadə etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin bitkinin üzərindən 6 ədəd toxumlarını yığaraq yaşadığı evə aparıb tövlədə saxlamışdır. 2021-ci ilin may ayının sonlarında o, həmin çətənə bitkisinin toxumlarını yaşadığı evin arxa hissəsində yerləşən dirrik sahəsinə əkmişdir. Həmin bitkiləri əkməkdə məqsədi öz şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmək olmuşdur. Bir müddət sonra həmin 6 ədəd toxumlar cücərib inkişaf etmişdir. O da həmin cücərmiş 6 ədəd narkotik tərkibli çətənə bitkilərinə qulluq edərək, suvarıb yetişdirmişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində o, əkdiyi 6 ədəd narkotik tərkibli çətənə bitkilərinin yararlı hissələrini yığaraq yaşadığı evin yaxınlığındakı çöl sahəsinə apararaq qurutmuş və qurutduğu narkotik vasitəni sellofan torbaya dolduraraq yaşadığı evin həyətində yerləşən tövlənin içərisində öz şəxsi istifadəsi üçün saxlamışdır. Həmçinin o, əkib yetişdirərək narkotik vasitəni əldə etmiş olduğu 6 ədəd narkotik tərkibli çətənə bitkisinin baş hissəsindəki budaqlarını qıraraq atmışdır. Həmin bitki hissələrindən isə bəziləri elə bitkiləri əkdiyi yerdə qalmışdır. Əldə etdiyi narkotik vasitədən hərdən istifadə etmişdir. Sonuncu dəfə isə 01 may 2022-ci il tarixdə narkotik vasitənin bir hissəsini də istifadə etdikdən sonra geriyə qalan narkotik vasitə qurudulmuş marixuananı da 1 ədəd kibrit qutusuna dolduraraq özünə məxsus idman şalvarının sağ yan cibində saxlamışdır. Həmin narkotik vasitəni də üzərində öz istifadəsi üçün saxlamışdır. 02 may 2022-ci il tarixdə saat təxminən 12 radələrində Balakən rayon polis şöbəsinin əməkdaşları yaşadığı evin qarşısında üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etmədən polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil Müdafiəçi iştirakı ilə onu şübhəli şəxs kimi tutmuşlar,daha sonra vəkilinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmağa başlanmışdır.Şəxsi axtarışa başlamazdan əvvəl ondan üzərində qanunsuz saxlanılan nə isə olub-olmaması, həmçinin üzərində olan əşyaları təqdim etməyi bildirilmişdir.Bu zaman o,üzərində narkotik vasitə olduğunu bildirərək əynindəki idman şalvarının sağ yan cibində saxladığı 1 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin əynindəki idman şalvarının sol yan cibində saxladığı 81 manat məbləğində pulu da təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilən zaman başqa qanunsuz heç nə aşkar edilməmişdir.Təqdim etdiyi 1 ədəd kibrit qutusu açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmiş və həmin narkotik vasitə marixuana kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş, kibrit qutusu ilə birlikdə narkotik vasitənin ümumi çəkisi 10,58 qram təşkil etmişdir. Daha sonra həmin bir ədəd kibrit qutusu bir ədəd ağ rəngli kağız zərfə qoyulub, möhürlənərək götürülmüşdür. Təqdim etdiyi 81 manat məbləğində pul vəsaiti isə ona geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Həmçinin o, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitəni 2021-ci ilin may ayında yaşadığı evin dirrik sahəsində 6 ədəd əkdiyi narkotik tərkibli çətənə bitkisindən yığdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdiyi üçün polis əməkdaşları yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirtmək istədiklərini bildirmişlər. Daha sonra polis əməkdaşları onun icazəsi və razılığı əsasında yaşadığı evin dirrik sahəsinə baxış keçirilməsi üçün yaşadığı ünvana getmişlər.Yaşadığı evin həyətyanı sahəsində baxış keçirilməsinə etiraz etmədiyini və icazə verdiyini bildirmək məqsədilə polis şöbəsinə ərizə də yazmışdır. Bundan sonra müdafiəçisinin, polis əməkdaşlarının, dəvət edilmiş mütəxəssis aqronomun və onun iştirakı ilə yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı torpaq sahəsinin dirrik hissəsində əkdiyi, ümumilikdə 6 ədəd çətənə bitkilərinin olduğu yeri polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları tərəfindən onun göstərdiyi yerə keçirilən baxış zamanı həmin yerdən 6 ədəd narkotik tərkibli çətənə bitkisinin hissələri aşkar olunmuş, həmin 6 ədəd bitki hissələrinin hündürlükləri ölçülmüş, hündürlükləri 65 sm-dən 85 sm-dək təşkil etmişdir. Həmçinin baxışda iştirak edən aqronom mütəxəssis həmin əkdiyi bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Daha sonra aşkar edilmiş 6 ədəd narkotik tərkibli çətənə bitkisinin hissələri bir ədəd kağız zərfə qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Yaşadığı evdən və evin həyətyanı sahəsindən başqa qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Ekspertiza rəyi ilə tanış olduqdan sonra isə ona məlum olmuşdur ki, üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 7,82 qram, yaşadığı evin dirrik sahəsindən aşkar edilmiş hündürlükləri 65 sm- dən 85 sm- dək quru vəziyyətdə, ümumi təmiz çəkisi 129,92 qram olan bitki hissələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Yaşadığı evin dirrik sahəsində əkmiş olduğu 6 ədəd narkotik tərkibli çətənə bitkilərindən əldə etdiyi narkotik vasitə qurudulmuş marixuanadan kiməsə satmamış və ya əvəzsiz olaraq pay verməmişdir. Ümumiyyətlə onun narkotik tərkibli çətənə bitkilərini əkməyindən və həmin bitkilərdən narkotik vasitə əldə edərək saxlamağından heç kimin məlumatı olmamışdır. Yaşadığı evin dirrik sahəsində əkmiş olduğu 6 ədəd narkotik tərkibli çətənə bitkilərindən əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı çəkməmiş, həmin narkotik vasitənin çəkisi elə də çox olmamışdır. Əməlindən çox peşimandır. Gələcəkdə heç vaxt belə əməllərə yol verməyəcəkdir.Ailə vəziyyətini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Balakən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 02 may 2022-ci il tarixdə Balakən rayon Hənifə kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə Balakən RPŞ-nə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə tərəfindən RPŞ-nin rəhbərliyinə raportla müraciət edilmiş, daha sonra müvafiq göstəriş əsasında həmin gün təxminən saat 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı Hənifə kəndi ərazisində saxlanılaraq RPŞ-nə gətirilmiş və barəsində tədbir görülməsi məqsədilə RPŞ-nin rəhbərliyinə tərəfindən raportla müraciət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra fasiləsiz videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan əşya, vasitə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs da üzərində narkotik vasitə olduğunu bildirmiş və əynindəki qara rəngli idman şalvarın sağ yan cibində saxladığı 1 ədəd kibrit qutusunu çıxardaraq təqdim etmişdir. Həmçinin əynindəki idman şalvarının sol yan cibində saxladığı 81 manat məbləğində pulu da təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilən zaman başqa qanunsuz heç nə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd kibrit qutusu açılıb baxılmış, içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olması müəyyən edilmişdir. Həmin narkotik vasitə marixuanaya oxşar bitki kütləsi kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş, kibrit qutusu ilə birlikdə narkotik vasitənin ümumi çəkisi 10,58 qram təşkil etmişdir. Daha sonra isə həmin bir ədəd kibrit qutusu bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş, üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar.Təqsirləndirilən şəxs təqdim etdiyi 81 manat məbləğində pul vəsaiti isə geri özünə qaytarılmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş 1 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini 2021-ci ilin may ayında yaşadığı evin arxa hissəsində əkdiyi 5-6 ədəd narkotik tərkibli çətənə bitkisinin üzərindən yığdığını,çöl sahəsində qurutduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik vasitənin bir hissəsindən istifadə etdiyini bildirmişdir. Həmçinin də əkmiş olduğu narkotik tərkibli çətənə bitkisinin bir hissəsini yonaraq atdığını, lakin evinin dirrik hissəsində əkdiyi narkotik tərkibli çətənə bitkisinin hissələrinin qala biləcəyini və həmin narkotik tərkibli çətənə bitkilərini əkdiyi yeri göstərə biləcəyini qeyd etmişdir. Bundan sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş və ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər.Daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi ilə bağlı yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün etiraz etmədiyini və icazə verdiyini bildirdiyi üçün mütəxəssis aqronom Şahid3 polis şöbəsinə dəvət edilmiş və Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Bir daha Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olub-olmaması barədə soruşulmuş, Təqsirləndirilən şəxs da baxış keçirilməsi ilə bağlı heç bir etirazının olmadığını bildirərək baxış keçirilməsi üçün onları yaşadığı evin həyətyanı sahəsinə dəvət etmiş və eyni zamanda etdiyi əməli səmimi etiraf edərək yaşadığı evin həyətyanı sahəsinin dirrik hissəsində narkotik tərkibli bitkilər əkdiyini və əkmiş olduğu həmin bitkilərin olduğu yeri göstərə biləcəyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfində yerləşən dirrik sahəsində əkmiş olduğu narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkiləri göstərmişdir. Həmin yerə baxış zamanı torpağa basdırılmış halda 6 ədəd narkotik tərkibli çətənə bitkilərinin hissələrinə oxşar bitki hissələri aşkar edilmişdir. Baxışda iştirak edən mütəxəssis aqronom həmin bitkilərə baxaraq bitkilərin qulluq edilərək becərildiyini əsas gətirərək həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Daha sonra 6 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki hissələri ölçüldükdə ən kiçik bitkinin hündürlüyünün 65 sm, ən böyük bitkinin hündürlüyünün isə 85 sm olması müəyyən edilmişdir. Aşkar edilmiş 6 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki hissələri 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış, kağız zərfin üzəri də DİN-nin 185 saylı arayışlar üçün möhürü ilə möhürləndikdən sonra üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış davam etdirilmiş, baxış zamanı qanunsuz saxlanılan başqa hər hansı əşya, predmet aşkar edilməmişdir. Bundan sonra baxış keçirilməsinə dair protokol tərtib edilmiş və ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. O, həmçinin göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlara əvvəllər məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-in baş əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Kənd Təsərrüfatı Nazirliyi yanında aqrar xidmətlər agentliyinin Balakən regional bitki mühafizəsi və fumiqasiya (zərərsizləşdirmə) mərkəzinin aqrotexniki vəzifəsində çalışır. 02 may 2022ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları onu polis şöbəsinə dəvət etmişdir. O, polis şöbəsinə gələndən sonra polis əməkdaşları ona rayonun Hənifə kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkdiyini,buna görə də həmin əraziyə baxış keçirəcəklərini, həmin bitkilərə aqrotexniki qaydada qulluq edilib-edilmədiyi barədə rəy verməyini xahiş etmişlər.O da polis əməkdaşlarına razılıq vermişdir. Buna görə də təhqiqatçı, bir qrup polis əməkdaşları, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə Vəfadarın yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün getmişlər. Daha sonra Vəfadar adlı şəxslə birlikdə göstərdiyi yolla narkotik vasitə əkdiyi yaşadığı evin arxa hissəsində yerləşən dirrik sahəsinə gəlmişlər. Həmçinin qeyd olunan sahəyə gəldikdə orada narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin olduğunu görmüşlər.Qeyd olunan əraziyə baxış zamanı 6 ədəd torpağa basdırılmış halda narkotik tərkibli çətənə bitkilərinin hissələrinə oxşar bitki hissələri aşkar edilmişdir. Bundan sonra o, həmin bitkilərə baxaraq əkilib-becərilməsinə görə həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini və həmin bitkilərin narkotik tərkibli çətənə bitkilərinə oxşadığını bildirmişdir. Bundan sonra həmin sahədə aşkar edilmiş bitkilər köklərindən çıxarılaraq hündürlükləri təxminən ölçülmüş, bitkilərin hündürlüklərinin 65 sm-dən, 85 sm-dək olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş bitkilər 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb möhürlənmiş, həmin bir ədəd ağ zərfin üzərini digər iştirakçılarla birlikdə o da imzalamışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış davam etdirilmiş, lakin digər maddi sübut əhəmiyyəti kəsb edən alət, vasitə və ya predmet aşkar edilməmişdir. Bundan sonra isə təhqiqatçı baxışın qurtardığını bildirmiş, videoçəkilişi dayandırmışdır. Daha sonra baxış keçirilməsinə dair protokol tərtib edilmiş və ucadan oxunmuş, protokola heç bir əlavə şikayət və vəsatət daxil olmadığından iştirakçılar tərəfindən imzalanmışdır. İşin 28-30-cu vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən 02 may 2022-ci il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutularaq 02 may 2022-ci il tarixdə saat 12:55-dən 13:25-dək olan müddətdə üzərində şəxsi axtarış aparılmış,şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan əşya, vasitə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs da üzərində narkotik vasitə olduğunu bildirmiş və əynindəki qara rəngli idman şalvarın sağ yan cibində saxladığı 1 ədəd kibrit qutusunu çıxardaraq təqdim etmişdir. Həmçinin əynindəki idman şalvarının sol yan cibində saxladığı 81 manat məbləğində pulu da təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilən zaman başqa qanunsuz heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd kibrit qutusu açılıb baxılmiş, içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olması müəyyən edilmişdir. Həmin narkotik vasitə marixuanaya oxşar bitki kütləsi kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş, kibrit qutusu ilə birlikdə narkotik vasitənin ümumi çəkisi 10,58 qram təşkil etmişdir. Daha sonra isə həmin bir ədəd kibrit qutusu bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 81 manat məbləğində pul vəsaiti isə geri özünə qaytarılmışdır. Şəxsi axtarış Panasonic markalı videokamera vasitəsi ilə qeydə alınmış görüntülərin olduğu disk protokola əlavə olunmuşdur. Daha sonra protokol tərtib edilmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. Videogörüntünün əks olduğu diskə məhkəmə iclasında baxılmış, protokolda göstərilənlərin düzgünlüyü müəyyən edilmişdir İşin 38-40-cı vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən 02 may 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, 02 may 2022-ci il tarixdə saat 13:55-dən 14:45-dək olan müddətdə Təqsirləndirilən şəxs yaşadığı Balakən rayonu Xalatala kəndində yerləşən yaşayış evinə və evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs ərizə ilə Balakən RPŞ-yə müraciət edərək polis əməkdaşlarının 02.05.2022-ci il tarixdə yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirmələrinə icazə verdiyini, etirazının olmadığını bildirmişdir.Təqsirləndirilən şəxs yaşadığı 3 otaqdan ibarət, kürsülü evin arxasında yerləşən dirrik sahəsinə baxış keçirilən zaman oradan 6 ədəd kök hissələri torpaqda olan, üzərləri qırılmış, yonulmuş narkotik tərkibli çətənə bitkisinə oxşar bitki hissələri aşkar edilmişdir. Baxışda iştirak edən mütəxəssis aqronom həmin bitki hissələrinə qulluq edilərək becərildiyini bildirmişdir. Aşkar edilmiş 6 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki hissələrinin hündürlükləri ölçülmüş, 65 sm-dan 85 sm-dək təşkil etmişdir. Daha sonra aşkar edilmiş bitki hissələri 1 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə və evinə baxış keçirilən zaman əlavə qanunsuz heç nə aşkar edilməmişdir.Baxış Panasonik markalı videokamera vasitəsilə qeydə alınmış, videogörüntülərin olduğu disk protokola əlavə edilmişdir. Həmçinin protokol tərtib edilmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. Videogörüntünün əks olduğu diskə məhkəmə iclasında baxılmış, protokolda göstərilənlərin düzgünlüyü müəyyən edilmişdir İşin 41-ci vərəqəsində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən ixtisasca aqronom Şahid3 verdiyi 02.05.2022-ci il tarixli rəydən görünür ki, 02.05.2022-ci il tarixdə Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin dirrik sahəsində baxış zamanı aşkar edilmiş 6 ədəd, hündürlükləri 65 sm-dən 85 sm-dək olan narkotik tərkibli çətənə bitkisinə oxşar bitki hissələrinə aqrotexniki qaydada qulluq edilmişdir. İşin 110-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Gəncə Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji dispanserinin 16 may 2022-ci il tarixli 655 nömrəli rəydən görünür ki,Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub.Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur.Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 47-50-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası ƏN-nin MEM-nin Şəki Regional bölməsindən alınmış 02 may 2022-ci il tarixli 17/373 nömrəli ekspert rəyində göstərilmişdir:Tədqiqata təqdim olunmuş, üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə ......" sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi – 7,82 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində "Vət. Təqsirləndirilən şəxs yaşadığı evin dirrik sahəsindən aşkar edilmiş 6 ədəd..." sözləri yazılmış zərfin içərisindəki 06 (altı) ədəd hündürlükləri 65 sm-dən 85 sm-dək, quru vəziyyətdə, ümumi təmiz çəkisi- 129,92 qram olan bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələridir. Aqronom-mütəxəssis Şahid3 02 may 2022-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş çətənə bitkisinə, hissələrinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Qeyd: 1) Çətənə bitki hissələrinin ümumi təmiz çəkisi -129,92 qr,. tədqiqata sərf edildi- 0,30 qr(hər hissədən- 0,05 qr.), qalıq-129,62 qr. 2)Marixuananın təmiz çəkisi -7,82 qr,. tədqiqata sərf edildi-0,05 qr, qalıq-7,77 qr. İşin 21-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, 02 may 2022-ci ildə saat 12:45-də Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 79-80-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 04 may 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki,Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 83-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 04 may 2022-ci il tarixli Aktdan görünür ki,Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdə saat 12:45-də Balakən RPŞ-nin MSY-dən azad edilmişdir. İşin 106-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon Hənifə kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.Onun barəsində nümayəndəliyə heç bir şikayət və narazılıq daxil olmadığı göstərilmişdir. İşin 104-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən Rayon İcra Hakimiyyəti Hənifə kənd inzibati ərazi dairəsi tərəfindən 18 may 2022ci il tarixdə verilmiş 380 nömrəli arayışdan görünür ki, Osmanov X3 rayon Hənifə kənd sakinidir, himayəsində işləməyən arvadı ,qızları və 17.12.2015-ci il təvəllüdlü Ehtiram adında bir oğlu vardır. Məhkəmə iş üzrə şahidlər-Şahid1, Şahid2 və Şahid3 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə ( kannabis) bitkilərini xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə və qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək daşıma və saxlama cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, onları (onların hissələrini) toplama, habelə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində, Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Həmin Qanunun 1.0.7-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına , yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevirilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Həmin Qərarın 19-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ-qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər).Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”na əsasən qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə bitkilərin hissələrinin miqdarı 6-30 ədəd olduqda xeyli miqdar təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs oğlunun ittiham olunduğu cinayət hadisələri baş vermişdir, həmin əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir,əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir . Cəza sosialədalətin bərpası , məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi,cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən haldır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin əməlini səmimi etirаf etməklə əməlindən peşiman olmasını, narkotik tərkibli çətənə bitkilərini əkib becərməsi barədə özünün məlumat verməsini, həyətinə baxış keçirilməsinə etiraz etməməsini, çətənə bitkilərinin yerini özünün göstərməsini, bunların оnun ictimаi dəyərlərə və ədаlət mühаkiməsinə hörmət hissini qоruyub sаxlаmasınа dəlаlət etməsini, səmimi peşmаnçılıq bildirməsinin tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq etməsini nəzərə alaraq Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin cinаyət əməlini səmimi etirаf etməsini və əməlindən peşiman olmasını da cəzаnı yüngülləşdirən hаl kimi qiymətləndirir. Onun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, hiumayəsində azyaşlı uşağı ilə yanaşı yetkinlik yaşına çatmayan uşağının da olmasını, ondan aşkar olunmuş narkotik vasitənin və əkilib becərilmiş çətənə bitkisi hissələrinin miqdarını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamındakı tövsiyyələri, hazırkı məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkündür, BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal Qaydalarına (Tokio Qaydaları ) uyğun olaraq cinayət işləri üzrə ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən hüquq pozucuları ilə davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, hüquq pozucularında cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədi ilə Təqsirləndirilən şəxs оğluna təqsirli bilindiyi mаddələrin sаnksiyаsında müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması növündə cəzаnın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun şübhəli şəxs qismində tutulub saxlandığı iki gün müddət CM-nin 69.3-cü maddəsinin tələbinə uyğun qaydada təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat 97 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş iki ədəd kağız zərfdə qablaşdırılmış ekspert rəyindən sonra təmiz çəkisi 7,77 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 6(altı) ədəd hündürlükləri 65 smdən 85 sm-dək, quru vəziyyətdə ekspert rəyindən sonra təmiz çəkisi 129,62 qram olan, əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin,Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsilə 1(bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Onun 02 may 2022-ci il tarixdən 04 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 35.97 (otuz beş manat 97 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************,X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş iki ədəd kağız zərfdə qablaşdırılmış ekspert rəyindən sonra təmiz çəkisi 7,77 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 6 (altı) ədəd hündürlükləri 65 smdən 85 sm-dək, quru vəziyyətdə ekspert rəyindən sonra təmiz çəkisi 129,62 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-64/2022
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-64/2022
14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver