Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-65/2021 12.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, X1 oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi- Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Balakən rayonunun Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evlihimayəsində 3 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, Balakən rayonu Qullar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, qəsdən, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, ittihama görə o, 2020-ci ilin iyul ayının əvvəllərində Balakən rayonu Tülü kəndinin ərazisindən axan Humbul çayının yaxınlığında kolluğun içərisində istintaqa məlum olmayan sayda əkərək aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə, kultivasiya etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin hissələrini 2020-ci ilin oktyabr ayının axırlarında yığıb qurutmaqla qəsdən, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə etdiyi istintaqa məlum olmayan çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı bir ədəd sellofan torbaya doldurub daşımaqla həmin çayın kənarında gizlədərək saxlamış, həmin sellofan torbada olan narkotik vasitə-qurudulmuş marixuananın istintaqa məlum olmayan çəkidə olan hissəsini istifadə etdikdən sonra 22 aprel 2021-ci il tarixdə həmin narkotik vasitə-qurudulmuş marixuananın geriyə qalan ümumi təmiz çəkisi 15,44 qram olan hissəsini satış məqsədi ilə hər birində 4,29 qram, 5,36 qram və 5,79 qram olmaqla 3 ədəd kibrit qutularına bölüb dolduraraq, əynindəki gödəkçənin sağ yan cibində qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə əldə əldə edib, daşıyaraq, saxlamışdır. 22 aprel 2021-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Musayev X3 RPŞ-yə dəvət edilərək, şübhəli şəxs qismində tutulub, üzərində həmin gün saat 22:30-dan 23:00-dək olan müddət ərzində şəxsi axtarış aparılarkən qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə əldə edib, daşıyaraq, üzərində saxladığı 03 ədəd kibrit qutularındakı ayrı -aylıqıda təmiz çəkiləri 4,29 qram, 5,36 qram və 5,79 qram olmaqla ümumi təmiz çəkisi 15,44 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə-qurudulmuş marixuana əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək, götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Qaybuddin oğlu ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, Balakən rayonu Qullar kəndində valideynləri, bacısı Cəmilə Musayeva və onun iki azyaşlı uşağı, həyat yoldaşı Aynur Musayeva və 3 azyaşlı övladı ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamış və psixi xəstəliklərdən əziyyət çəkməmişdir. Özü bir neçə ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2020-ci ilin iyul ayının əvəllərində Balakən rayonu Tülü kəndinin ərazisindən axan Humbul çayının kənarına dəmir axtarmaq üçün getmişdir. Bu zaman çayın kənarında yabanı halda bitmiş bir ədəd narkotik tərkibli çətənə bitkisini görmüşdür. Həmin bitkinin üzərindən toxumlarını yığaraq, elə həmin çayın yaxınlığında kolluqda 5 ədəd çətənə toxumunu əkmişdir. Əkdiyi 5 ədəd toxumdan 3 ədədi cücərmişdir. Cücərmiş 3 ədəd bitkiyə qulluq edərək, həmin bitkiləri yetişdirmişdir. 2020-ci ilin oktyabr ayının axırlarında həmin 3 ədəd çətənə bitkisinin yararlı hissələrini yığaraq qurutmuş və şəxsi istifadəsi üçün bir ədəd sellofan torbaya dolduraraq, qeyd etdiyi çayın kənarındakı ərazidə bir yerdə gizlədib saxlamışdır. Çətənə bitkilərinin qalan hissələrini isə kökündən çıxararaq, çaya atmışdır. Həmin sellofan torbada olan qurutduğu narkotik vasitə-marixuananın bir hissəsindən istifadə etmiş, qalan qurudulmuş marixuananı isə 22.04.2021-ci il tarixdə həmin sellofan torbadan çıxararaq, 3 ədəd kibrit qutusuna dolduraraq, öz istifadəsi üçün əynindəki gödəkçənin cibinə qoyaraq saxlamışdır. Həmin narkotik vasitəni saxlamaqda məqsədi onu satmaq yox, şəxsi istifadə etmək olmuşdur. Həmin narkotik vasitəni heç kimə satmamış, belə bir məqsədi də olmamışdır. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində verdiyi sonuncu ifadəsində də narkotik vasitəni satmaq məqsədilə əldə etmədiyini, daşımadığını, saxlamadığını, özünün istifadəsi üçün əldə edib, daşıyıb saxladığını bildirmişdir. İbtidai araşdırmanın ilk əvvəlində narkotik vasitəni guya satmaq üçün saxlaması barədə bildirdiyi məlumat həqiqətə uyğun deyildir. Həmin vaxt çox həyəcanlı olmuş, polis əməkdaşları tərəfindən belə suallar verildikdə ilk dəfə belə bir vəziyyətə düşdüyü üçün, həmçinin əvvəllər heç bir cinayət əməli törətmədiyinə görə belə bir vəziyyətə düşmədiyi, polislə qarşılaşmadığı üçün narkotik vasitəni ehtiyacı olduğuna görə satmaq fikrində olduğunu bildirmişdir. Konkrekt olaraq isə heç kimə narkotik vasitə satmamış və satmaq fikri və məqsədi də olmamışdır. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində əlavə dindirmədə verdiyi sonuncu ifadəsində həqiqəti demiş və narkotik vasitənin satış məqsədilə əldə etmədiyini, daşımadığını və saxlamadığını, yalnız öz şəxsi istifadəsi üçün əldə etdiyini, daşıdığını və saxladığını, narkotik vasitəni satmaq fikrinin olmadığını və heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Hazırki məhkəmə iclasında da həqiqəti deyir. Belə ki, bir daha qeyd edir ki, narkotik vasitəni satmaq fikri olmamış və heç kimə satmamış, narkotik vasitəni satış məqsədilə ilə əldə etməmiş, daımamış və saxlamamışdır. Narkotik tərkibli çətənə bitkilərini əkib-becərməyindən və həm çay kənarında, həm də üzərində qurudulmuş marixuana saxlamağından heç kimin xəbəri olmamışdır. 22.04.2021-ci il tarixdə Balakən şəhərində polis əməkdaşları ona yaxınlaşaraq, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, onu Balakən RPŞ-yə dəvət etmişlər. Balakən RPŞ-də ona şübhəli şəxs qismində tutulduğunu bildirmişlər. Ona təqdim olunmuş siyahıdan hüquqlarını müdafiə etmək üçün seçdiyi vəkil Müdafiəçi2 və polis əməkdaşlarının iştirakı ilə 22.04.2021-ci il tarixdə, saat 23 radələrində üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki gödəkçənin sağ yan cibində saxladığı 03 ədəd kibrit qutusunda olan narkotik vasitə-qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi kibrit qutuları içərisindəki narkotik vasitə ilə birlikdə elektron tərəzidə çəkilmiş və kibrit qutuları ilə birlikdə narkotik vasitənin ümumilikdə çəkisi 23,75 qram təşkil etmişdir. Həmin 3 ədəd içərisində narkotik vasitə-qurudulmuş marixuana olan kibrit qutuları polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qablaşdırılaraq, möhürlənib, götürülmüşdür. Üzərindən başqa qanunsuz heç bir şey aşkarlanmamışdır. Axtraşı fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Müdafiəçi2 iştirakı ilə ekspert rəyi ilə tanış olduğu zaman üzərindən 3 ədəd kibrit qutusunda aşkarlanmış narkotik vasitə-qurudulmuş marixuanaların ümumi təmiz çəkisinin ekspert rəyinə görə 15,44 qram olduğu ona aydın olmuşdur. Ekspert rəyi ilə razıdır. Qeyd etdiyi 3 ədəd narkotik tərkibli çətənə bitkisini əkib-becərmişdir, ondan əvvəl narkotik tərkibli bitkiləri əkməmiş və narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Özü bəzən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Üzərində saxladığı narkotik vasitəni konkret hər hansı bir şəxsə satmaq fikri olmamış və hər hansı istehlakçı ilə bu barədə hər hansı razılıq əldə etməmişdir. O, özünü Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə deyil, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Belə ki, üzərindən aşkarlanaraq götürülmüş 03 ədəd kibrit qutusunda olan 15,44 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuananı satmaq məqsədi ilə deyil, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Himayəsində 3 azyaşlı uşağı vardır. Əvvəllər məhkum olunmamışdır. Onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Balakən rayonu Qullar kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğundan 22.04.2021-ci il tarixdə onun tərəfindən Balakən RPŞ-yə dəvət olunmuşdur. 22.04.2021-ci il tarixdə Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Balakən rayonu Qullar kənd sakini Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Natiq Muradov, şübhəli şəxs Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün seçdiyi vəkil Müdafiəçi2, RPŞ-nin PPXB-nin manqa komandiri Şahid2 və RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov iştirak etmişlər. Şəxsi axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı başqa bir qanunsuz saxladığı əşya varsa, könüllü təqdim etməsi təhqiqatçı tərəfindən təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən çıxarıb, 03 ədəd kibrit qutusunu təqdim etmişdir. Təqsirləndirilən şəxs 03 ədəd kibrit qutularını təqdim edərkən onun narkotik vasitə olduğunu, həmin bitki kütlələrini 2020ci ilin iyul ayının əvvəllərində Tülü kəndində çaylaq ərazidən kolluqda əkdiyi 03 ədəd çətənə bitkisindən yığaraq əldə etdiyini, həmin çətənə bitkilərini şəxsi istifadəsi üçün əkibbecərdiyini, maddi vəziyyəti pis olduğundan 3 ədəd kibrit qutusunda saxladığı narkotik vasitəni satmaq fikrinin olduğunu, lakin satmadığını, narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitənin əkildiyi yeri göstərə biləcəyini və başqa yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Həmin kibrit qutularının içərisində qurudulmuş marixuanaya bənzər bitki kütlələri aşkarlanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər bitki kütlələri kibrit qutuları ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisi 23,75 qram olmuşdur. Aşkar edilmiş 03 ədəd kibrit qutularında olan olan narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlələr bir ədəd kağız zərfə qablaşdırılaraq, möhürlənib, maddi sübut kimi götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış 53 manat məbləğində kağız pul əskinasları ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya vasitə aşkar edilməmişdir. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 22 aprel 2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış 22.04.2021-ci il tarixdə Balakən RPŞ-nin inzibati binasında saat 22:30-dən 23:00-dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarış zamanı aşağıdakılar müəyyən olunmuşdur: 22.04.2021-ci il tarixdə Balakən rayonu Qullar kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-yə dəvət olunmuş, təhqiqatçı Natiq Muradov tərəfindən şübhəli şəxs qismində tutularaq, onun vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi2 və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-də nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütlələri olan 3 ədəd kibrit qutusunu təqdim edərək, onun narkotik vasitə olduğunu, həmin bitki kütlələrini 2020-ci ilin iyul ayının əvvəllərində Tülü kəndində çaylaq ərazidəki kolluqda əkdiyi 3 ədəd çətənə bitkisindən yığaraq əldə etdiyini, həmin çətənə bitkilərini şəxsi istifadəsi üçün əkib-becərdiyini, maddi vəziyyəti pis olduğundan 03 ədəd kibrit qutusunda saxladığı narkotik vasitəni satmaq fikrinin olduğunu, lakin satmadığını, narkotik vasitədən istifadə etdiyini, çətənə bitkilərini əkdiyi yeri göstərə biləcəyini, başqa yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd kibrit qutularındakı qurudulmuş marixuanaya oxşar bitki kütlələri elektron tərəzidə çəkilmiş, kibrit qutuları ilə birlikdə ümumi çəkisi 23,75 qram təşkil etmişdir. Aşkar edilmiş bitki kütlələri bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılaraq, möhürlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən həmçinin 53 manat kağız pul əskinasları aşkar edilmiş və ona qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Şəxsi axtarış «Sony» markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Protokol tərtib olunmuş, doğruluğu imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının 23 aprel 2021-ci il tarixli, 17/290 nömrəli ekspert rəyində göstərilmişdir: Tədqiqata təqdim olunmuş, üzərində “ Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş marixuanaya oxşar bitki kütlələri.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 03 (üç) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 4,29 qr., 5,36 qr., və 5,79 qr., ümumi təmiz çəkiləri–15,44 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır; tədqiqata təqdim olunmuş 03 (üç) ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd:Marixuanaların ümumi təmiz çəkisi-15,44 qram, tədqiqata sərf edildi-0,15 qram (hər obyektdən 0,05 qram), qalıq-15,29 qram. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş ambulator məhkəmənarkoloji ekspertizasının 22 may 2021-ci il tarixli, 574 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 22 aprel 2021-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 22 aprel 2020-ci ildə saat 22:00-də X6 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən Rayon Məhkəməsininin 24.04. 2021-ci il tarixli, 4(019)-29/2021 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 22 aprel 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən Rayon Məhkəməsininin 16.06.2021-ci il tarixli, 4(019)-49/2021 nömrəli qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikası CM-ninin 234.2-ci maddəsilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs barəsində Balakən Rayon Məhkəməsininin 22 aprel 2021-ci il tarixli, 2(019)-29/2021 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsindən imtina edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş tələbnamə üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş 29.04.2021-ci il tarixli, 2 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Balakən rayonu Qullar kənd İnzibati Ərazi Dairəsi tərəfindən 18 aprel 2014cü il tarixdə verilmiş AZ-İ 916732 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X8 arasında nikah 18 aprel 2014-cü il tarixdə 09 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra arvada Musayeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 25 fevral 2014-cü il tarixli, AZ-İİİ 254400 nömrəli, 04.11.2020-ci il tarixli, AZ-İV 493035 nömrəli və 20 may 2016-cı il tarixli, AZ-İİİ 745065 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, 10 fevral 2014-cü il tarixdə doğulmuş X12, 19.10.2010-cu il tarixdə doğulmuş X13 və 24 aprel 2016-cı il tarixdə doğulmuş X14 olmaqla Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaq vardır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X17 Ərazi Bölmələrini İdarəetmə Birliyi Balakən rayon X7 Hüquqi Şəxsinin 04.05.2020-ci il tarixli, 80 nömrəli məktub-arayışından görünür ki, Balakən rayon Qullar kənd sakini Musayev X3 MRX-nın poliklinika şöbəsində psixiatriya və narkoloji kabinetində qeydiyyatda yoxdur. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən RPŞ-nin İBnin müstəntiqinin 16 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin tərkibinin olması müəyyən edilmədiyindən onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş ekspert rəyindən sonra ümumi təmiz çəkisi 15,29 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanması üçün Balakən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, həmçinin aparılmış ilkin araşdırma zaman Təqsirləndirilən şəxs üzərində şübhəli şəxs qismində şəxsi axtarış aparılan zaman qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diski sübut kimi qiymətləndirilmiş və cinayət işində saxlanılmışdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində isə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. İş materiallarındla olan məhkəmə-bioloji ekspertizasının 23 aprel 2021-ci il tarixli 17/290 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “... Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş marixuanaya oxşar bitki kütlələri...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 03 (üç) ədəd kibrit qutularında, ayrıayrılıqda təmiz çəkiləri 4,29 qr., 5,36 qr., və 5,79 qr., ümumi təmiz çəkiləri – 15,44 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır; tədqiqata təqdim olunmuş 03 (üç) ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” üzrə İ siyahıya əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, kulli miqdarı isə (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrirn və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşdəki sübutlardan görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə 15,44 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, daşıma və saxlama ilə bağlı CM-nin 234.2-ci maddəsi ilə ittiham verərkən yalnız həmin 15,44 qram qurudulmuş marixuananın hər birində 4,29 qram, 5,36 qram və 5,79 qram olmaqla 3 ədəd kibrit qutularına doldurulmasına istinad etməklə kifayətlənmiş, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsini, daşımasını və saxlamasını təsdiq edən başqa sübutlar əldə etməmişdir. Bu xüsusda məhkəmə qeyd edir ki, narkotik vasitənin çəkisi və onun bükümlərə büküməsi (hazırki işdə 3 bükümdə olması) özlüyündə şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, daşıması və saxlaması anlamına gələ bilməz. Belə ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin bükümlərə bükülməsi ilə yanaşı, bu narkotik vasitəni satmaq üçün istehlakçı ilə əvvəlcədən razılığın əldə edilməsi də zəruridir. Lakin ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ona hər birində 4,29 qram, 5,36 qram və 5,79 qram olmaqla 3 ədəd kibrit qutularına doldurması istinad olunan qurudulmuş marixuananı satmaq üçün istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, bu istehlakçının kim olması, hansı miqdarda narkotik vasitəni hansı qiymətə bu istehlakçıya satacağı ilə bağlı onunla razılaşma əldə etməsi barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsilə ittiham verilərkən də, ibtidai istintaq orqanı hansı miqdarda narkotik vasitənin hansı qiyəmətə və ya digər şərtlərlə satması barədə Elçin Museyevlə istehlakçı arasında razılığın əldə edilməsi ilə əlaqədar hər hansı sübuta; Təqsirləndirilən şəxs ilə həmin ehtimal olunan istehlakçı arasındla bu razılaşmanı sübut edə biləcək telefon danışıq məlumatlarına; digər qurğularla aparılan danışıqlara, sms mətnlərinə, digər texniki vasitələrlə ötürülən məlumatlara, şahid ifadələrinə, videogörüntü məlumatlarına, bükümlərin hazırlanması üçün avadanlığın olmasına və sair mötəbər sübutlara istinad olunmamışdır. O da qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində maddi vəziyyəti ağır olduğuna görə narkotik vasitənin bir hissəsinin satmaq fikrinin olmasını qeyd etsə də, təqsirləndirilən şəxs qismində sonuncu dindirmədə-əlavə dindirmədə ilk dəfə polislə rastilaşdığından həyəcanlı olduğundan əvvəlki izahat və ifadəsində belə məlumat verdiyini, həmin məlumatın həqiqətə uyğun olmadığını, narkotik vasitə satmadığını və satmaq fikrinin də olmadığını bildirmişdir. Eynilə məhkəmə istintaqında verdiyi ifadəsində də Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə əldə etmədiyini, daşımadlığını və saxlamadığını, narkotik vasitənin satmaq məqsədinin olmadığını və heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Məhkəmə bu xüsusda Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə əldə etməməsi, daşımaması və saxlamaması, narkotik vasitəni kiməsə satmaması və satmaq niyyətinin də olmaması barədə təqsirləndirilən şəxs qismində əlavə dindirmədə verdiyi ifadəsini və məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübutlar kimi qəbul edir. Bu xüsusda məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq fikrində olması barədə ibtidai araşdımada verdiyi izahatını, şübhəli və təqsirləndlirilən şəxs qismində verdiyi əvvəlki ifadələrini verilən ittiamhla bağlı mötəbər sübutlar kimi qəbul etmir. Belə ki, qeyd edildiyi kimi Təqsirləndirilən şəxs izahat və şübhəli və təqsirləndirilən şəxs qismində ilk ifadələrində verdiyi bu məlumatların-yəni narkotik vasitənin satmaq fikrində olmasını təqsirləndirilən şəxs qismində əlavə dindirmə zamanı verdiyi ifadəsində (ibtidai istintaqda təqsirləndirilən şəxs qismində sonuncu dindirmə) və məhkəmə istintaqında verdiyi ifadəsində təkzib etmiş və narkotik vasitəni heç kimə satmadığını və satmaq fikrinin də olmadığını bildirmişdir. Digər tərəfdən, Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq niyyətinin olması işdə bu niyyəti təsdiq edəcək hər hansı mötəbər sübutun, o cümlədən istehlakçı ilə bu barədə razılığın əldə edilməsinə dəlalət edən hər hansı sübutun olmaması ilə təkzib olunur. Bundan başqa, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitənin satmaq məqsədininniyyətinin olmasını və məhz satış məqsədi və tamah niyyəti ilə ona istinad olnan narktik vasitəsini əldə etməsi, daşıması və saxlamasını təsdiq edəcək hər hansı mötəbər sübutu, ən əsası bunun üçün istehlakçı ilə əvvəlcədən razılığın əldə edilməsini təsdiq edən müvafiq sübutu məhkəməyə təqdim etməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əvəlki ifadəsində narkotik vasitənin satmaq fikrinin olmasına istinad etsə də, bu niyyətinin real olması və məhz satış məqsədi-niyyəti ilə onun narkotik vasitə əldə etməsi, daşımasına və saxlamasına dair heç bir sübutu əldə etməmiş, onun istehlakçı ilə qabaqcadan razılaşmasını təsdiq edən telefon danışıq məlumatlarını, digər rabitə qurğuları ilə əldə olunan məlumatları, videogörüntüləri və sair təqdim etməmiş, bunu təsdiq edən hər hansı şahidi müəyyən etməmiş və buna dair hər hansı mötəbər sübutu əldə edib, iş materiallarına əlavə etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ümumiyyətlə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə və tamah niyyəti ilə əldə etməsi, daşımasını və saxlamasını təsdiq edəcək heç bir mötəbər sübut əldə edilməməklə, Təqsirləndirilən şəxs yalnız ehtimallar əsasında CM-nin 234.2-ci maddəsi ilə ittiham verilmişdir. Şübhə yoxdur ki, niyyətin özü konkret hərəkətlərlə həyata keçirildikdə cinayət məsuliyyətinə səbəb ola bilər. Göstərilənlərin konteksində məhkəmə qeyd edir ki, dünyanın bir sıra hüquq sistemində (məsələn ingilis hüquq sistemi) cinayət məsuliyyətinin əsası «Actus non facit reus nisi mens sit rea» adlı latın maksiminə əsaslanmışdır ki, o da təqsirli iradə və təqsirli əməl birləşmədiyi halda cinayət məsuliyyəti yarana bilməz mənasını ehtiva edir. Bu formulda təqsirli hərəkət hüquqazidd aktı nəzərdə tutur, təqsirli iradə isə şəxsin hərəkətinin hüquqi məsuliyyətə səbəb olmasına əsas verən bir şərt kimi çıxış edir. Cinayətin məqsədi cinayət tərkibinin subyektiv cəhətinə daxil olan bir elementdir. Cinayət hüquq nəzəriyyəsinə görə cinayətin məqsədi cinayət törədərkən təqsirkar şəxsin nail olmağa cəhd etdiyi və arzu etdiyi xarici aləmdəki dəyişikliyin baş verməsi niyyətidir. Yəni cinayətin məqsədi şəxsin cəhd etdiyi və xarici aləmdəki dəyişikliyin baş verməsinə yönəlmiş konkret niyyəti özündə ehtiva edir. Cinayət hüquq nəzəriyyəsində cinayətin həyata keçirilməsinin etapları mövcuddur ki, cinayətə yönəlik qəsdin (məqsədin, niyyətin, həyata keçiriləcək vəzifələrin yaranması və sair) yaranması bu etapın başlanğıc məqamıdır. Bir qayda olaraq cinayətkar qəsdin, o cümlədən məqsədin, niyyətin yaranması cinayət məsuliyyətinə səbəb olmur. Cinayətar məqsədin həyata keçirilməsi üçün sonrakı əməllər isə cinayət məsuliyyətinə səbəb olur. Cinayət hüququ tarixində qəsdin, o cümlədən məqsədin-niyyətin yaranması, bunun sözdə, yazışmalarda və ya başqa formada ifadə edilməsinin cinayət məsuliyyətinə səbəb olması halları da mövcud olmuşdur. Məsələn, Rusiyanın 1649-cu il tarixli Məcəlləsində (Sobornoe Ulojenie 1649-cu qoda) və 1845-ci il tarixli Cinayət və İslah İşlərinə görə Cəzalar Haqqında Məcəlləsində (Ulojenie o nakazaniyax uqolovnıx i ispravitelnıx 1845 qoda) sözlərdə, yazışmalarda və sair ifadə formalarında cinayət olunacağı barə məqsədə (niyyətə) görə cinayət məsuliyyəti müəyyən edilmişdi. Məhkəmə bildirir ki, cinayətin məqsədi-niyyəti daxili psixi prosesin nəticəsi olaraq yaranır, xaricə nüfuz etmir və ona görə də bu məqsədin (niyyətin) həyata keçirilməsinə yönəlmiş konkert hərəkətlər olmadan özü-özlüyündə cinayət qanunu ilə qorunan ictimai münasibətlər və ictimai maraqlar üçün təhlükə yaranmır. Həmçinin hazırda dövlətdaxili hüquqda və dövlətin tərəfdər çıxdığı beynəlxalq hüquqi sənədlərdə hər bir insanın fikri ifadə etmək azadlığı tanınır və müdafiə olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 10-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyət orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndinə əsasən bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Ümumi qəbul olunmuş prinsipdir ki, konkret əməl törədilmədən hər hansı məqsədinniyyətin həyata keçirilməsinə yönəlmiş və ya ona şərait yaradan qəsdin aşkar olunması da konkret cinayət cəzasının predmeti ola bilməz. Belə olan halda da cinayət-hüquq mühafizəsinin altında olan obyektlərə hər hansı ziyan dəymir və ya belə ziyanın yetirilməsi üçün real təhlükə yaranmır, ona görə də belə məqsədin (niyyətin) ictimai təhlükəliliyindən söhbət gedə bilməz. Demokratik ideologiyalarda qəsdin müəyyən olunması məsuliyyətin və cəzanın predmeti kimi qəbul edilmir. Fransız mütəfəkkiri Şarl Monteskye qeyd etmişdir ki, qanunlar ancaq cinayətkar hərəkətləri cəzalandırmalıdır. Ancaq qəsdin müəyyən olunması cinayət məsuliyyətinə səbəb olan bilən cinayətkar hədələrdən fərqləndirilməlidir (məsələn ölümlə hədələmə). Belə ki, məqsəddən-niyyətdən fərqli olaraq belə hədələmədə artıq cinayət qanunu ilə qorunan münasibətlərə ziyan vurulur. Maraqlıdır ki, keçmiş SSRİ-nin tərkibinə daxil olan müttəfiq respublikaların CM-də, o cümlədən Azərbaycan SSR-nin CM-də niyyətə görə cinayət məsuliyyəti müəyyən edilməmişdi. Azərbaycan Respublikasının hazırki CM-də də niyyətə görə cinayət məsuliyyəti nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının CM-də (CM-nin 27, 28 və 29-cu maddələri) üç halda; başa çatmış cinayətə, ağır və xüsusilə ağır cinayətə hazırlığa və cinayət etməyə cəhdə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, bunların da konkret hərəkət və ya hərəkətsizliklə törədilməsi cinayət məsuliyyətinin və cəzanın predmetini təşkil edir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, bu xüsusda Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində cinayət məsuliyyətinin əsası olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi, saxlanması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsinin vacib dispozitiv şərti kimi satış məqsədinin nəzərdə tutulması faktiki bu məqsədin ifadə olunduğu niyyətə görə cinayət məsuliyyətinin müəyyən edilməsidir ki, bu da Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi, Avropa Konvensiyasının 10-cu maddəsi və Azərbaycan Respublikasının tərəfdər çıxdığı bir sıra beynəlxalq müqavilələr ilə (məsələn Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 19-cu maddəsi) ziddiyyət təşkil edir. Belə ki, həmin hüquq normalarında hər bir şəxsin fikri ifadə etmək, o cümlədən öz fikrini formalaşqdırmaq, öz fikir və əqidəsini açıqlamamaq və öz fikrində qalmaq azadlığı tanınır. Həmçinin Azərbaycan Respublikası CM-nin 27, 28 və 29-cu maddələrində başa çatmış cinayətə, cinayətə hazırlığa və cinayət etməyə cəhdə görə cinayət məsuliyyətinin hər hansı məqsədə-niyyətə görə deyil, cinayət qanununu pozan konkret hərəkət və ya hərəkətsizlikdə ifadə olunan əmələ görə yaranması qeyd edilmişdir. Bu konteksdə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə hissəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi hüquqi müəyyənlik prinsipinə və həmin prinsipin əsasında duran «keyfiyyətli qanun» stantardına cavab verməməsi heç idə əsassız bir fikir deyildir. Məhkəmə qeyd edir ki, «Hüquqi müəyyənlik»-hüquqi sistemin əvvəlcədən bilinən və şəffaf olmasıdır. Bu elə bir müdafiədir ki, qanunun ixtiyari bir şəkildə istifadə edilməyəcəyinə zəmanət verir. Hüquqi müəyyənlik qanunun aliliyi üçün olduqca vacibdir, çünki qanunu ədalətli və başa düşülən kimi qəbul edən vətəndaşlar daha çox buna tabe ola bilərlər. Hüquqi müəyyənlik hüquq normalarına tabe olanları öz davranışlarını tənzimləmək və səlahiyyətlərin özbaşına həyata keçirilməsindən qorumaq üçün qanunun kifayət qədər aydın olmasıdır. Beləliklə, hüquqi müəyyənlik fərdi azadlıq məkanının və dövlət hakimiyyət dairəsinin müəyyənləşdirməkdə mühüm rol oynayır. Bu yolla normativ gözləntilərin sabitləşməsində və sosial qarşılıqlı münasibətlərin qurulmasında, eyni zamanda müasir cəmiyyətdə fərdi azadlıq və siyasi gücün sərhədlərinin müəyyənləşməsində hüquqi müəyyənlik əsas yer tutur. Avropa İnsan Hüquqları Məhkəməsinə görə hüquqi müəyyənlik prinsipi qanun normalarının təsirinə dair məlum, aydın, sabit, müəyyən və proqnozlaşdırılmış olmasını tələb edir. Böyük mütəfəkkir Jerome Frank qeyd etmişdir ki, qanunun qeyri-müəyyənliyi ehtiyatsızlıqdan baş verən “bədbəxt bir hadisə” deyil, bu daha böyük əhəmiyyətə malikdir. Hüquqi müəyyənlik nəzəri cəhətdən qanunun təsbit prinsipi kimi müəyyən edilmişdir. Ümumiyyətlə, bu, müəyyən hərəkətlərin hüquqi nəticələrinin dəqiq müəyyənləşdirildiyini və proqnozlaşdırıla biləcəyini bildirir. Xüsusilə, qanun açıq və əlçatan, etibarlı, zamanla sabit və proqnozlaşdırıla biləndirsə, hüquqi müəyyənlik davam edir. Artıq hüquqi müəyyənlik Avropa Birliyi hüququnun ümumi prinsiplərindən biri kimi qəbul edilir və tələb olunur ki: qanunlar və qərarlar ictimaiyyətə verilməlidir qanunlar və qərarlar qəti və aydın olmalıdır məhkəmələrin qərarları məcburi sayılmalıdır qanunların və qərarların geriyə hərəkəti məhdud olmalıdır qanuni maraqlar və gözləntilər qorunmalıdır. Qanuni müəyyənlik hüququnu müdafiə etmək, dövlət orqanlarının özbaşınalığına və hüquqları səmərəli şəkildə həyata keçirmək üçün təminatların olmamasına qarşı mübarizə silahıdır. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci il və 22 iyul 2004-cü il tarixli qərarı). Qanuni təhlükəsizliyin digər alt prinsipi olan hüquqi sabitliyin birinci istiqaməti hüquqi qaydalar baxımından sabitlikdir. Qanuni qaydaların sabitliyi nisbi sabitlikdir. Başqa sözlə, mütləq dəyişməzlik və tez-tez təqib edilə bilməyən dəyişiklik arasında tarazlıq yaratmaqdır. Şübhəsiz ki, cəmiyyətin və texnikanın dəyişməsi fonunda qaydaları qorumaq mümkün və ağlabatan deyil. Digər tərəfdən, ağlabatan davamlılıq və sabitlik səviyyəsini aradan qaldıracaq hüquq sistemində tez-tez dəyişikliklər də hüquqi təhlükəsizlik baxımından problemlidir. Ağlabatan sabitlik və qaydaların dəyişmə diapazonu qayda tipinə, qaydanı dəyişdirən orqana və dəyişiklik metoduna görə dəyişə bilər. Buna görə əvvəlcədən dəqiq bir sabitlik və ya dəyişiklik sürətini təyin etmək mümkün deyil. Nəhayət, sabitliyin mövcudluğu, norma və şərtlərə uyğun olaraq müəyyən ediləcək əsas meyarlara görə dəyişikliyi izləyə bilməyən şəxslərin və qurumların etibarsız bir vəziyyətə gətirilməməsinə görə müəyyən edilə bilər. Məhkəmə bildirir ki, hüquqi müəyyənlik prinsipinə və bu xüsusda «keyfiyyətli qanun» standartına cavab verməyən qanunun tətbiqi ilə şəxsin hüquqlarının məhdudlaşdırılması onun Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnu pozmaqla, həmçinin Avropa Konvensiyasının 7-ci maddəsində nəzərdə tutulmuş qanunsuz cəzalandırılmamaq hüququnun pozulması riskini də artırır. Avropa Konvensiyasının 6-cı maddəsinə, 7-ci maddəsinə və Avropa Məhkəməsinin presedentlərində ifadə olunmuş hüquqi mövqeyə görə əgər Avropa Konvensiyanı ratifikasiya etmiş dövlətlərin qanunlarında eyni məsələ ilə bağlı ziddiyyətli məqamlar vardırsa, onda birmənalı şəkildə şəxsin hüquqi vəziyyətini yüngülləşdirən və məsuliyyətini aradan qaldıran qanun normalarından istifadə olunmalıdır. Bu tələb həm də Avropa Konvensiyasının 7-ci maddəsindən irəli gəlir. Belə ki, Avropa Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəs törətdiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hənsı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. Habelə cinayət əməlinin törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz. Cəmil Fransaya qarşı işdə Avropa Məhkəməsi bildirdi ki, ərizəçinin ittiham edilməsinə səbəb olan əməllər törədildikdən sonra məhkəmələr tərəfindən ilk dəfə tətbiq edilən hər hansı qanunun müddəasının genişləndirilmiş şərhi bəzi hallarda həmin müddəanın pozulmasına gətirilb çıxara bilər. Təkcə yazılmış qanunlar yox, həm də ümumi hüququn və ya hər hansı başqa adi hüququn normaları istər barəsində Konvensiyada yer alan qeyd-şərt kimi məhdudlaşdırıcı qeyd-şərtlərin tətbiq edildiyi əsas hüquqların məhdudlaşdırılması üçün, istərsə də Konvensiyanın 7-ci maddəsində nəzərdə tutulan cinayət sanksiyaları üçün yetərli hüquqi baza rolunu oynaya bilər. Avropa Məhkəməsi həmin işdə qeyd etdi ki, olduqca mühüm məqam hər şeydən əvvəl hüququn müəyyənliyidir, habelə dağınıq hüquqi müddəaların və ya konsepsiyaların dəqiqləşdirilməsində və ya inkişaf edilməsində məhkəmələrin funksiyalarıdır… Başqa məsələlərlə yanaşı, həm də qanunun mətni ilə əsaslı şəkildə əhatə edilə bilməyən faktlar barəsində cinayət hüququnun «in malam partem» prinsipinin tətbiqi qadağan edilib…Cinayət hüququ sahəsində… Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndi belə bir imkanı istisna edir ki, əvvəllər cəzalandırılmayan hər hansı əməllər məhkəmə nəticəsində cinayət məsuliyyətinə səbəb olsun və ya mövcud cinayətlər əvvəllər açıq-aşkar cinayət olmayan faktları da əhatə etsin. Bu, o deməkdir ki, cinayət tərkibinin elementləri, məsələn cinayətin törədilməsi üçün tələb olunan təqsirin xüsusi forması istənilən halda məhkəmə praktikası ilə təqsirləndirilən şəxsin ziyanına əhəmiyyətli şəkildə dəyişdirilə bilməz. Başqa tərəfdən, cinayətin orijinal konsepsiyası çərçivəsində ağlabatan şəkildə yerləşdirilə bilən mövcud cinayət elementlərinin dəqiqləşdirilməsi və şəraitə uyğunlaşdırılması etiraz doğurmur. X2rşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, məhkəmələr tərəfindən dövlətdaxili normaların lazımi şəkildə tətbiqinin yoxlanması, bir qaydada olaraq, Avropa Məhkəməsinin vəzifələrinə daxil olmasa da, 7-ci maddədə olduğu kimi, Konvensiya dövlətdaxili hüquqa istinad etdikdə, o, hər halda bunu edir, belə hallarda dövlətdaxili hüququn hər hansı pozuntusu Konvensiya ilə kolliziyaya (ziddiyyətə) səbəb olduqda, Komissiya buna diqqət yetirə bilər və yetirməlidir. 7-c maddə belə bir imkanı istisna etmir ki, cinayət törədilən anda yol verilə bilən şərtlərə nisbətən daha sərt şərtlər tətbiq edilmədiyi təqdirdə, artıq təyin edilmiş olan cəza dəyişdirilmiş formada həyata keçirilə bilər. Hüquqi müəyyənlik prinsipinin və bu prinsipə daxil olan «keyfiyyətli qanun» şərtlərinin pozulmasının Avropa Konvensiyasının pozuntusunu yaratmasına dair Avropa Məhkəməsinin ən son qərarlarından biri də Şokin Ukraynaya qarşı iş üzrə qərardır. Həmin işin hallarından görünür ki, iki bir-biri ilə eyni hüquqi qüvvəyə malik olan, lakin birbiri ilə ziddiyyət təşkil edən qanunlar olduğu halında Ukraynanın müvafiq orqanları tərəfindən Şokinə daha çox stavka üzrə vergiləri müəyyənləşdirən qanunun tətbiq edilməsi və bununla da şəxsin vəziyyətinin ağırlaşdırılması Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirilmişdir (Deveyer Belçikaya qarşı işdə Avropa Məhkəməsi cinayət ittihamı ilə bağlı Konvensiyanın 6-cı maddəsində qeyd olunmuş təminatların mülki işlərə da tətbiq edilməli olduğunu müəyyən etmişdir). Şokinin işində Avropa Məhkəməsi qeyd etmişdir ki, Spaçek Çexiya Respublikasına qarşı və Beyeler İtaliyaya qarşı işlərdə göstərildiyi kimi, Avropa Konvensiyasında və 1 saylı protokolun 1-ci maddəsində müəyyən olunmuş «qanun» anlayışı, görülmüş tədbirlərin milli qanunvericiliyə əsaslanmasını, eyni zamanda həmin qanunun keyfiyyətini, yəni onun maraqlı şəxslərə çatımlı olması, aydın olması və dəqiq və tətbiqində gözlənilən olmasını ehtiva edir. Milli qanunvericiliyin şərhi və tətbiqi birinci növbədə milli orqanların səlahiyyətindədir. Ancaq hər bir halda milli qanunvericiliyin şərhi və tətbiqinin nəticələrinin Konvensiyanın prinsiplərinə və praktikada şərhinə uyğunluğunun yoxlanılması Avropa Məhkəməsinin vəzifələrinə aiddir (Skordino İtaliyaya qarşı iş). Məhkəmə bildirdi ki, bu məsələ ilə bağlı milli qanunvericiliyin ümumi vəziyyəti qənaətbəxş deyildir. Belə ki, istinad olunan normativ-hüquqi aktlar aşkar şəkildə bir-biri ilə ziddiyyət təşkil edirlər. Nəticədə yerli orqanlar bu normativ aktların korrelyasiyası zamanı bir-birinə zidd yanaşmalar tətbiq etmişlər. Hazırki məsələ ilə bağlı müxtəlif şərhlərə və praktikaya yol açan milli qanunvericilik normasında zəruri açıqlığın və dəqiqliyin olmaması Konvensiya nöqteyi-nəzərindən «qanunun keyfiyyəti» tələbinə ziddir və nəticədə dövlət orqanları tərəfindən şəxsin hüquqlarına qeyri-adekvat müdaxiləyə yol açmaqla onun həmin hüquqlarının müdafiəsinə şərait yaratmamışdır. Bu xüsusda Avropa Məhkəməsi həmin iş üzrə yekun olaraq qeyd etmişdir ki, əgər daxili qanunvericilik iki bir-birinə zidd olan qanun normaları ilə hüquq və vəzifələrə, hüquqi nəticələrə, həmçinin dövlət orqanlarının səlahiyyətinə dair müxtəlif yanaşmalara yol açırsa, onda vətəndaşın vəziyyətini yaxşılaşdıran qanun norması tətbiq edilməlidir. Ancaş Şokinin işində əks hal baş vermiş, vətəndaşın vəziyyətini pisləşdirən, ancaq dövlət orqanının mənafeyinə uyğun qanun norması tətbiq edilməklə, Şokinin hüquqları pozulmuşdr. Vorbanov Bolqarıstana qarşı iş üzrə qərarda Avropa Məhkəməsi bildirmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn məhdudlaşdırılması şərtlərinin qanunda aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasında qanunun eyni cür və dürüst təfsirinə əsaslanmanı, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqində ardıcıllığı, qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını ehtiva edir. Şübhəsizdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində və Avropa Konvensiyasının 10-cu maddəsində fikri ifadə etmək azadlığının müəyyən olunduğu, həmçinin Azərbaycan Respublikasının CM-də niyyətə görə cinayət məsuliyyəti müəyyən olunmadığı halda konkert niyyəti özündə ifadə edən satış məqsədi adı altında narkotik vasitələrin və ya psixotrop maddələrin ədə edilməsi, saxlanması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması, göndərilməsinə görə cinayət məsuliyyətinin müəyyən edilməsi bu hissədə CM-nin 234.2-ci maddəsinin «keyfiyyətli qanun» standartına cavab vermədiyini göstərir. Bu hal həmin maddənin şərhində və hüquq tətbiq etmə praktikasında da bir çox ziddiyyətlər və anlaşılmazlıqlar yaradır. Əsaslı olaraq ehtimal olunur ki, CM-nin 234.2-ci maddəsində o cümlədən narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi, saxlanması, hazırlanması, emal edilməsi, daşınmasının satış məqsədi halında cinayət məsuliyyətinin əsası kimi müəyyən olunması şəxsin niyyətə görə cinayət məsuliyyətinə cəlb olunması və cəzalandırılmasıdır ki, bu da yolverilməz sayılmalıdır (yuxarıda bunun əsasları göstərilmişdir). Belə ki, CM-də niyyətə görə cinayət məsuliyyəti nəzərdə tutulmamışdır. Digər tərəfdən, məqsədin-niyyətin özü də şəxsdə daxili psixoloji proseslərin nəticəsi olaraq dəyişir. Belə ki, şəxs əvvəl satış məqsədi-niyyəti ilə narkotik vasitələri və ya psixotrop maddələri əldə etdiyi, saxladığı, daşıdığı, emal etdiyi, hazırladığı və sair halda, sonradan bu niyyətindən daşınır və satış məqsədi olmadan həmin vasitələri saxlayır, hazırlayır, emal edir, daşıyır və sair. Belə olan halda onun əməlinin CM-nin 234.1-ci maddəsinin, yoxsa 234.2-ci maddəsinin tərkibini yaratması sual doğurur. Digər tərəfdən, CM-nin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, emal etmə, daşıma əməli ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri istehsal etmə, satma və göndərmə ilə bir təsnifatda verilməsi və eyni cəzanın müəyyən edilməsi ədalət prinspinə və təqsirə görə məsuliyyət prinsipinə ziddir. Belə ki, qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi, saxlanması, hazırlanması, emal edilməsi və daşınması CM-nin 234.1-ci maddəsində təsnifləşdirilmişdir. Məhz CM-nin 234.2-ci maddəsində narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi, saxlanması, hazırlanması, emal edilməsi və daşınmasına görə edilən əməllərin də miqdarından asılı olaraq tövsifedici əlamətlər müəyyən olunmaqla CM-nin 234.1-ci maddəsində nəzərdə tutulması daha düzgün olardı. Belə olan halda CM-nin 234.1-ci maddəsində narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli miqdarda, kulli miqdarda və ya xüsusilə kulli miqdarda əldə edilməsi, saxlanması, hazırlanması, emal edilməsi, daşınmasına görə məsuliyyətin müəyyən edilməsi daha ədalətli və hüquqi müəyyənlik və hüquqi qənaət prinsipləri baxımından daha əsaslıdır. CM-nin 234.2-ci maddəsində isə narkotik vasitələrin istehsalına, satışına və göndərilməsinə görə cinayət məsuliyyəti müəyyən olunmalıdır. Belə təsnifat tamamilə həm ədalət prinsipinə, həm də təqsirə görə məsuliyyət prinsipinə uyğundur. Belə ki, narkotik vasitələrin və psixotrop maddələrin müxtəlif miqdarlarda əldə edilməsi, saxlanması, hazırlanması, emal edilməsi, daşınması ilə həmin vasitələrin istehsalı, satışı və göndərilməsi xarakterinə, ictimai təhlükəliliyinə və hüquqi nəticələrinə görə müxtəlif hərəkətlərdir ki, onlara görə də müxtəlif cəza növləri müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, Rusiya Federasiyasının qanunvericiliyi də məsələyə məhz bu mövqedən yanaşaraq, satış məqsədi ilə narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi, saxlanması, hazırlanması, emal edilməsi və daşınması əməlini öz Cinayət Məcəlləsinin 228.1-ci maddəsindən (Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin analoqu) çıxararaq, Cinayət Məcəlləsinin 228-ci maddəsinə (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin analoqu) keçirmiş, bu zaman Cinayət Məcəlləsinin 228-ci maddəsi üç tövsifedici əlamət formasında verilməklə 228-ci maddəsinin 1-ci hissəsində narkotik vasitələrin və yaxud psixotrop maddələrin və onların analoqlarının qanunsuz əldə edilməsi, saxlanması, daşınması, hazırlanması, emal edilməsi, yaxud bu əməlin satış məqsədi olmadan tərkibində narkotik maddələr və ya psixotrop maddələr olan bitkilərin və ya onların hissələrinin satış məqsədi olmadan xeyli miqdar təşkil etməsinə, 228-ci maddəsinin 2-ci hissəsində həmin əməllərin külli miqdarda törədilməsinə və 228-ci maddəsinin 3-cü hissəsində həmin əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin 1-ci hissəsində narkotik vasitələrin, psixotrop maddələrin və yaxud onların analoqlarının qanunsuz istehsal olunmasına, satılmasına və ya göndərilməsinə görə, həmçinin tərkibində narkotik vasitələr və ya psixotrop maddələr olan bitkilərin və ya onların hissələrinin qanunsuz satışı və ya göndərilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin 2-ci hissəsində konkret olaraq istintaq təcridxanasında, cəzaçəkmə müəssisələrində, inzibati binalarda, inzibati təyinatlı obyektlərdə, təhsil təşkilatlarında, idman, dəmiryol, hava yolları, dəniz yolları, daxili su nəqliyyatı obyektlərində və yaxud metropolitendə, hərbi hissələrin ərazisində, ictimai nəqliyyatda və yaxud kütləvi əyləncə və istirahət yerlərinin otaqlarında narkotik vasitələrin, psixotrop maddələrin və yaxud onların analoqlarının satışına görə, 228.1-ci maddəsinin 3cü hissəsində bu maddənin birinci və ikinci hissələrində göstərilən əməllərin a) qabaqcadan əlbir olan bir qrup tərəfindən törədilməsinə; b) xeyli miqdarda törədilməsinə görə, 228.1-ci maddəsinin 4-cü hissəsində bu maddənin birinci, ikinci və üçüncü hissələrində göstərilən əməllərin a) mütəşəkkil dəstə tərəfindən törədilməsinə; b) öz vəzifə səlahiyyətindən istifadə edən şəxs tərəfindən törədilməsinə; v) 18 yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsinə; q) külli miqdarda törədilməsinə görə, 228.1-ci maddəsinin 5-ci hissəsində isə bu maddənin birinci, ikinci, üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə hazırki işin faktoloji və hüquqi əsaslarına istinadən onu da bildirir ki, CM-nin 234.2-ci maddəsinin hazırki dispozisiyası hüquq tətbiq etmə praktikasında müəyyən subyektiv yanaşmalara yol açır və nəticədə şəxslərin hüquqlarının pozulması riskini artırır. Belə ki, bəzən praktikada tapılan bükümlərin sayının çoxluğu (hazırki işdə olduğu kimi) və həmin bükümlərdə olan narkotik vasitə və ya psixotrop maddələrin miqdarı onların əldə edilməsi, saxlanması və daşınmasının satış məqsədi ilə həyata keçirilməsi kimi qiymətləndirilərək, şəxsə CM-nin 234.2-ci maddəsi ilə ittiham verilir. Şəxsdə tapılan narkotik vasitələrin və ya psixotrop maddələrin miqdarı 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nda göstərilən kulli miqdar daxil olmaqla yuxarı hədlərində və ya həmin hədlərdən bir neçə dəfə artıq olduqda, həmin şəxs CM-nin 234.4.3-cü maddəsilə də cinayət məsuliyyətinə cəlb olunur və cəzalandırılır. Bu zaman vacib hal olaraq şəxsin narkotik vasitələrin satışı üçün istehlakçı ilə qabaqcadan razılıq əldə edib-etməməsi və işin digər əhəmiyyətli halları belə nəzərə alınmır. Bu halların müəyyən olunması isə narkotik vasitələrin satmaq məqsədinin (niyyətinin) müəyyən edilməsi üçün son dərəcə vacibdir ki, yuxarıda qeyd edildiyi kimi, “Narkotik vasitələrin, psixotror maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində da bu hal xüsusi olaraq nəzərə çatdırılmışdır. Ona görə də hazırki işdə Təqsirləndirilən şəxs heç bir təsdiqedici mötəbər sübut, o cümlədən istehlakçı ilə qabaqcadan razılıq əldə edilmədiyi halda satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi, daşınması və saxlanmasına görə CM-nin 234.2-ci maddəsi ilə ittiham verilməsi heç bir faktoloji və hüquqi əsasa malik deyildir. Ancaq işdəki sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, daşıması və saxlaması təsdiq olunur və Təqsirləndirilən şəxs özü də məhkəmə istintaqında verdiyi ifadəsində narkotik vasitənin öz şəxsi istifadəsi üçün, yəni satış məqsədi olmadan əldə etməsi, daşıması və saxlamasını və bununla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsini təsdiq etmişdir. İş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs ona istinad olunan əldə etdiyi narkotik vasitənin müyyən hissəsini də istehlak etmiş, yəni özü istifadə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Repsublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsi haqqında» 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin töfsifi törədilən kokret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasnda uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin töfsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Töfsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan inan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli örənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə ümumilikdə belə nəticəcəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə töfsif edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Qaybuddin oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs Qaybuddin oğlu CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 3 azyaşlı uşağın olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən iş materiallarına əsasən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs Qaybuddin oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Qaybuddin oğluna cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs Qaybiddlin oğlunun himayəsində 3 azyaşlı uşaq olmaqla cəzasını yüngülləşdirən hal vardır və onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları, o cümlədən himayəsində 3 azyaşlı uşağın olması kimi cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 22 aprel 2021-ci il tarixdən hazırki hökmün çıxarıldığı 12 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 ay 20 gün müddət həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, 5 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzasına gətirilib, həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi nəticəsinə gəlindiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 162.1-ci maddəsinə əsasən şəxs məhkəmənin qərarına əsasən aşağıdakı hallarda həbsdən azad edilməlidir:…162.1.2. məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrumetmə ilə bağlı olmadıqda. Azərbaycan Respublikası CPM-nin 162.3-cü maddəsinə əsasən bu Məcəllənin 162.1.1 və 162.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda həbsdə saxlanılan şəxs məhkəmə zalında dərhal həbsdən azad olunmalıdır. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının 22 may 2021-ci il tarixli, 574 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmədiyinin, narkomaniya xəstəliyindən əzab çəkmədyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığının müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon X7 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X11 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 15,44 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 15,29 qramı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 22 aprel 2021-ci il tarixdən hazırki hökmün çıxarıldığı 12 iyul 2021-ci il tarixədək həbsdə saxlandığı 02 ay 20 gün müddət həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 06 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın; Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X10 Şəxsinə göndərilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X11 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 15,44 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 15,29 qramı məhv edilsin; Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-65/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-65/2021
12.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver