Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-65/2023 17.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi,dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxxxxx 1990-cı il tarixdə Balakən rayonu Poştbinə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qərarına əsasən cəzadan 10 ay 27 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, işləməyən, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olan və yaşayan, 22 fevral 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayının əvvəllərində günorta saatlarında Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsi ərazisindən keçən “Mazım” adlı çaya çimməyə gedən zaman çayın kənarında yabanı halda bitmiş və qurumuş 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən yararlı hissələrini yığaraq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 7,32 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq əvvəlcə aparıb yaşadığı evdə gizlədərək saxlamış, daha sonra həmin narkotik vasitə qurudulmuş marixuananı 01 ədəd kibrit qutusuna doldurub yaşadığı evin yaxınlığındakı küçədə daşın altında gizlədərək saxlamış, 21 fevral 2023-cü il tarixdən etibarən isə həmin 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi məqsədi ilə əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibində daşıyaraq üzərində saxlamışdır. 21 fevral 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs RPŞ-nə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 09:55 dəqiqədən saat 10:30 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib öz istifadəsi məqsədi ilə daşıyaraq üzərində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,32 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki qəhvəyi rəngli gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri, işdə olan ekspertiza rəyləri və digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, hazırda Balakən rayonu Gərəkli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir. Heç yerdə işləmir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qərarına əsasən cəzadan 10 ay 27 gün vaxtından əvvəl şərti azad edilmişdir.Həbsdən azad edildikdən sonra təxminən 02 ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. Lakin mütəmadi olaraq istifadə etmir. Əvvəllər narkotik vasitə marixuananı çöl və meşə ərazisində hal-hazırda yadında qalmayan yerlərdən yabanı halda bitmiş çətənə bitkisinin yararlı yerlərindən yığıb əldə edərək istifadə etmişdir. O, 2022-ci ilin iyul ayının əvvəllərində günorta saatlarında Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsindən keçən “Mazım” adlı çaya çimməyə getmişdir. Həmin vaxt orada çayın kənarında yabanı halda bitmiş və qurumuş halda olan 01 ədəd narkotik tərkibli çətənə bitkisi olduğunu görmüş və narkotik vasitə marixuana istifadəçisi olduğuna görə həmin çətənə bitkisinin üzərindən yararlı hissələrini yığıb özü istifadə etmək üçün yaşadığı evə gətirmişdir. Narkotik vasitəni əvvəlcə yaşadığı evdə gizlədib saxlamışdır. Marixuananın bir hissəsindən çəkib istifadə etmişdir. Daha sonra həmin narkotik vasitə marixuananı bir ədəd kibrit qutusuna doldurub evinin qarşısından keçən yolda olan daşın altında gizlədib öz şəxsi istifadəsi üçün saxlamışdır. Həmin narkotik vasitə marixuanadan bir dəfə də götürüb istifadə etmişdir. 21 fevral 2023-cü il tarixdə yaşadığı evdən çıxmış və evinin qarşısındakı küçədə daşın altında gizlədib saxladığı 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı fürsət olanda çəkmək üçün daşın altından götürüb əynindəki qəhvəyi rəngli gödəkçəsinin sol yan cibinə qoyub üzərində götürmüşdür. Daha sonra Balakən rayonu Gərəkli kəndi ərazisində piyada hərəkətdə olan zaman Balakən rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək onu Balakən RPŞ-nə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə razılaşaraq Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsinə gəldikdən sonra xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Zaur Xəlilov tərəfindən ona Balakən rayon Vəkillər Bürosunun siyahısı təqdim edilmiş, daha sonra onun vəkillər siyahısından seçdiyi Müdafiəçi PŞ-nə dəvət olunmuş və bundan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Zaur Xəlilov tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmişdir. Həmin vaxt o, əynindəki qəhvəyi rəngli gödəkçəsinin sol yan cibində saxladığı 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı çıxarıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin üzərində olan bir qutu Rothmans markalı içərisində papiroslar olan siqareti və bir ədəd alışqanı da təqdim etmişdir. Şəxsi axtarış zamanı onun üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuana kibrit qutusu ilə birlikdə təhqiqatçı Zaur Xəlilov tərəfindən elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 9,70 qram təşkil etmişdir. Bundan sonra onun təqdim etdiyi 01 ədəd kibrit qutusundakı narkotik vasitə marixuana təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Həmçinin təqdim etdiyi 01 ədəd siqaret və 01 ədəd alışqan özünə qaytarılmışdır. Sonra şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəmə-bioloji ekspertizasının 21 fevral 2023-cü il tarixli 17/200 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kibrit qutusunda, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 7,32 qramdır. Əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hazırda Balakən RPŞ-nin PPXB-nin manqa komandiri vəzifəsində çalışır. 21 fevral 2023-cü il tarixdə Balakən rayon Gərəkli kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib gəzdirməsi barədə məlumat daxil olmuşdur. Bundan sonra RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 daxil olmuş məlumatla bağlı Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, cinayət törədərkən bilavasitə yaxalanması, narkotik vasitələrin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirə salınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı Balakən rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin qanuni göstərişinə əsasən Təqsirləndirilən şəxs yaxalanması məqsədi ilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Əməliyyat qrupunun rəhbərliyi ona həvalə edilmişdir. Qrupun üzvləri isə o və polis serjantı Şahid2 olmuşdur. 21 fevral 2023-cü il tarixdə tərəflərindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Balakən rayon Gərəkli kəndi ərazisində tərəflərindən saxlanılmış və Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və mütəmadi olaraq gəzdirməkdə şübhəli olduğunu deyərək Balakən RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etmədən onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Həmçinin Təqsirləndirilən şəxs Balakən RPŞ-yə dəvət edilməsi barədə Şahid1 tərəfindən Balakən RPŞ-nin rəhbərliyinə raportla müraciət edilmişdir. Polis Şöbəsinə gəldikdən sonra xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Zaur Xəlilov tərəfindən Balakən rayon Vəkillər Bürosunun siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş, sonuncunun vəkillər siyahısından seçdiyi Müdafiəçi PŞ-nə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Zaur Xəlilov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Zaur Xəlilov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd kibrit qutusunu təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin sağ cibindən isə bir ədəd içərisində papiros olan Rothmans markalı papiros qutusu və bir ədəd alışqanı təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunun içərisinə baxıldıqda həmin kibrit qutusunun içərisində narkotik vasitə marixuanaya oxşar bitki kütləsinin olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusu içərisində narkotik vasitə marixuanaya oxşar kütlə ilə birlikdə təhqiqatçı Zaur Xəlilov tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 9,70 qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuanaya oxşar kütlə təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Sonda Təqsirləndirilən şəxs təqdim etdiyi Rothmans markalı papiros qutusu və bir ədəd alışqan Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti X7 tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır. Sonda təhqiqatçı Zaur Xəlilov tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin PPXB-nin polis serjantı Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq,iş üzrə şahid-Şahid1 məhkəmə iclasına gəlməmişdir.Balakən Rayon Polis Şöbəsi tərəfindən məlumat verilmişdir ki, polis leytenantı Şahid1 DİN-in Polis Akademiyasına təhsili ilə əlaqədar Bakı şəhərinə ezam olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid1 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki,hazırda Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. 21 fevral 2023-cü il tarixdə Balakən rayon Gərəkli kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib gəzdirməsi barədə məlumat daxil olmuşdur.Daha sonra o, daxil olmuş məlumatla bağlı Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması,cinayət törədərkən bilavasitə yaxalanması,narkotik vasitələrin,cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirə salınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı Balakən rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin qanuni göstərişinə əsasən Təqsirləndirilən şəxs yaxalanması məqsədi ilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Əməliyyat qrupunun rəhbərliyi ona həvalə edilmişdir. Qrupun üzvləri isə Balakən RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Şahid3 və polis serjantı Şahid2 olmuşdur. 21 fevral 2023-cü il tarixdə tərəflərindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Balakən rayon Gərəkli kəndi ərazisində tərəflərindən saxlanılmış və Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və mütəmadi olaraq gəzdirməkdə şübhəli olduğunu deyərək Balakən RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etmədən onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Həmçinin Təqsirləndirilən şəxs Balakən RPŞ-yə dəvət edilməsi barədə tərəfindən Balakən RPŞ-nin rəhbərliyinə raportla müraciət edilmişdir. Polis Şöbəsinə gəldikdən sonra xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Zaur Xəlilov tərəfindən Balakən rayon Vəkillər Bürosunun siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş, sonuncunun vəkillər siyahısından seçdiyi Müdafiəçi PŞ-nə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Zaur Xəlilov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Zaur Xəlilov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd kibrit qutusunu təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin sağ cibindən isə bir ədəd içərisində papiros olan Rothmans markalı papiros qutusu və bir ədəd alışqanı təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunun içərisinə baxıldıqda həmin kibrit qutusunun içərisində narkotik vasitə marixuanaya oxşar bitki kütləsinin olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusu içərisində narkotik vasitə marixuanaya oxşar kütlə ilə birlikdə təhqiqatçı Zaur Xəlilov tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 9,70 qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuanaya oxşar kütlə təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Sonda Təqsirləndirilən şəxs təqdim etdiyi Rothmans markalı papiros qutusu və bir ədəd alışqan Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti X7 tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır. Sonda təhqiqatçı Zaur Xəlilov tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. İşin 26-29-cu vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 21 fevral 2023-cü il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokol”dan görünür ki, həmin tarixdə saat 09:55-dan saat 10:30-dək olan müddət ərzində Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynində göy rəngli cins şalvar, qara rəngli polver, qəhvəyi rəngli qış gödəkçəsi və qara rəngli ayaqqabı olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan öncə Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya və predmetin olub olmaması barədə sual verilmiş, Təqsirləndirilən şəxs də əynində olan qəhvəyi rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi, digər sağ cibindən 1 ədəd içərisində 9 ədəd siqaret olan “Rothmans” adlanan siqaret qutusu, əynində olan cins şalvarın sağ cibindən isə 1 ədəd alışqanı çıxarıb təqdim etmişdir İçərisində qurudulmuş marixuanaya oxşar bitki kütləsi olan kibrit qutusu elektron tərəzidə çəkilmiş, çəkisi 9,70 qram təşkil etmişdir. Bundan sonra həmin kibrit qutusu bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış və maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində əlavə şəxsi axtarış zamanı başqa heç bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış Panasonic HD markalı videokamera vasitəsi ilə görüntülənmiş və həmin video görüntü 1 ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və ya vəsatət daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün əks olunduğu DVD markalı diskə baxış keçirilərkən protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən edilmişdir. İşin 37-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 21 fevral 2023-cü tarixli 17/200 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlədən ibarət maddi sübut...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 7,32 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşin 100-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin 03 mart 2023-cü il tarixli 372 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 19-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 21 fevral 2023-cü il tarixli “şübhəli şəxsi tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2023-cü ildə saat 09:40-da Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 80-86-cı vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 4(019)-15/2023 nömrəli qərarından görünür ki,Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:40-da məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. İşin 98-99-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə xx.xx.2014-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış. Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 10 ay 27 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2019-cu ildə cəza müddəti bitmişdir. İşin 104-138-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2014-cü il tarixli 1(101)-908/2014 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin 92-93-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 7(075)-498/20218 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilərək o, cəzadan şərti olaraq 10 (on) ay 27 (iyirmi yeddi) gün vaxtından əvvəl azad edilmişdir. İşin 144-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nin Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 16 mart 2023-cü il tarixli 227 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Gərəkli kəndində yaşayır. Himayəsində işləməyən arvadı, və 2022-ci il təvəllüdlü oğlu Elmir vardır. İşin 145-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-in Gərəkli kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir və barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. Məhkəmə iş üzrə şahidlər- Şahid1, Şahid2 və Şahid3 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq,Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 05 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib,bu sübutları tam,hərtərəfli və obyektiv yoxlayıb,hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə eyni zamanda hesab edir ki, onun əməlini etiraf etməklə əməlindən səmimi peşiman olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki,Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən könüllü olaraq üzərində olan narkotik vasitəni çıxarıb təqdim etmiş, cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını bildirmişdir.Bunlar isə onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir, ciddi cəza növü tətbiq olunmadan da onun islah olunacağı qənaətinə gəlməyə əsas verir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qeyd edilənlərə əsaslanaraq məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməklə əməlindən səmimi peşiman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Belə ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş , Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə xx.xx.2014-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 10 ay 27 gün vaxtından əvvəl şərti azad edilmiş. xx.xx.2019-cu ildə cəza müddəti bitmişdir. O, cəzadan azad edildiyi gündən altı il keçməmiş hazırkı cinayət əməllərini törətmişdir. Ona görə onun hazırkı əməlləri cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-65.2-ci maddələrinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq,törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini, yaşayış yerindən müsbət xasiyyətnamə ilə xarakterizə olunmasını,cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halı habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, barəsində CM-in 62-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını, onun islah olunması üçün cəmiyyətdən təcrid edilməsinin zəruri olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə Cinayət Məcəlləsinin 65.1-65.2ci maddələrinin tələblərinə uyğun azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 21 fevral 2023-cü il və 22 fevral 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutulub saxlandığı 2(iki) gün müddətin bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 1 (bir) gününə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbs olunduğu gündən hesablanmalıdır. Ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olduğundan CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o narkomaniyadan məcburi müalicə olunmalıdır. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X3 Şəxsinə göndərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbs edilməlidir . Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,32 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,05 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 7,27 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki,Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 09 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, "xxxx"ASC-in X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1(bir) il 6(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Onun 21 fevral 2023-cü il və 22 fevral 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutulub saxlandığı 2(iki) gün müddətin bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 1 (bir) gününə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 5(beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 17 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın, onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X3 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. 34.55 (otuz dörd manat əlli beş qəpik ) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,32 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,05 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 7,27 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X4 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-65/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-65/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver