Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-65/2025 12.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclas katibi Mirzəyeva Afina Şakir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Şəki rayonu Kəhrizoba kəndində anadan olmuş, orta təhsilli, məhkum olunmamış, subay, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, Şəki rayonu Kəhrizoba kəndində qeydiyyatda olmaqla Şəki rayonu Cəfərabad kəndində yaşayan, 05 aprel 2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq, tamah niyyəti ilə saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, 03 aprel 2025-ci il tarixdə saat 10 radələrində qanunsuz olaraq, tamah niyyəti ilə Zərərçəkmiş şəxs yaşadığı Balakən rayonu Talalar kəndində yerləşən fərdi yaşayış evinin nəzarətsiz qaldığına əmin olub özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu niyyətini həyata keçirmək məqsədilə saxlanc yeri olan fərdi yaşayış evinin pəncərəsinin şüşəsini sındırmaqla evə daxil olub yataq otağında güzgülü dolabın üzərində saxlanılan Türkiyə istehsalı olan 585 əyyar, 2.53 qram çəkidə, qızıl metalından hazırlanmış üzərində rəngsiz şəffaf qiymətsiz qaşları olan, lakin qaşlardan bir ədədi yerində olmayan sarı rəngli 1 ədəd 320 manat dəyərində qızıl üzüyü, Türkiyə istehsalı olan 585 əyyar, 1.61 qram çəkidə, qızıl metalından hazırlanmış üzərində “585” damğası və “Cartier” yazısı olan, sarı rəngli 1 ədəd 230 manat dəyərində üzüyü, Türkiyə istehsalı olan 585 əyyar, 1.54 qram çəkidə, qızıl metalından hazırlanmış üzərində “585” damğası olan, sarı rəngli 1 cüt 210 manat dəyərində qızıl sırğanı, Türkiyə istehsalı olan 585 əyyar, 9.37 qram çəkidə, qızıl metalından hazırlanmış üzərində “585” damğası olan, sarı rəngli 1 ədəd 1530 manat dəyərində qolbağını, Türkiyə istehsalı olan 585 əyyar, 2.54 qram çəkidə, qızıl metalından hazırlanmış üzərində “14K” damğası və “MİDAS” yazısı olan, sarı rəngli 1 ədəd 250 manat dəyərində qolbağını, qiymətsiz metal ərintisindən (dəmir, xrom, nikkel və s) hazırlanmış sarı rəngli sferblatının iç tərəfində rəngsiz şəffaf qaşları və “ROLEX OYSTER PERPETUAL DATEJUST” yazısı olan 1 ədəd 60 manat dəyərində qol saatını və qiymətsiz metal ərintisindən (mis, sink və s.) hazırlanmış gümüşü rəngli, sferblatının iç tərəfində rəngsiz şəffaf qaşları və “Chopard QUARTZ”, arxa tərəfində “STAİNLESS STEEL BACK RESİSTANT Chopard 9071” yazıları olan 1 ədəd 50 manat dəyərində qol saatını saxlanc yerinə daxil olmaqla, tamah niyyəti ilə gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 2650 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 02 aprel 2025-ci il tarixdə saat 15 radələrində Şəki şəhərindən Balakən rayonunda yaşayan tanışı Əhməd adlı şəxsin yanına getmək üçün çıxmışdır. Həmin gün saat 20 radələrində Balakən rayonuna çatmışdır. Balakən rayonuna çatdıqdan sonra Əhmədin yaşadığı evi axtarmağa başlamışdır. O, sadəcə olaraq Əhmədin Talalar kəndində yaşadığını bilirmiş. Hənifə kəndinə gəlib orada tanımadığı şəxslərdən Talalar kəndinin hansı istiqamətdə olduğunu soruşmuşdur. Daha sonra həmin şəxslərin göstərdiyi istiqamətdə piyada getməyə başlamışdır. Həmin istiqamətdə getdiyi zaman yolun başında çoxlu sayda itin olduğunu görüb, həmin tərəfə getməyə qorxmuş və oğurluq etdiyi evin arxa tərəfində yerləşən bağa girərək orada gecələmişdir. Daha sonra 03 aprel 2025-ci il tarixdə səhər saat 07 radələrində oradan küçəyə çıxmış və Balakən şəhərinə getmək üçün avtomobil gözləməyə başlamışdır. Bir müddət gözlədikdən sonra saat təxminən 08 radələrində oğurluq etdiyi evin sahibi, sonradan adının Qüdrət olduğunu öyrəndiyi şəxs küçəyə çıxmışdır. Qüdrət sayğaca pul vurub geri evə qayıtmışdır. Bundan təxminən yarım saat sonra, yəni saat 09 radələrində Qüdrət yenidən küçəyə çıxmışdır. Şahid1 onunla salamlaşıb nə gözlədiyini soruşmuşdur. O isə Qüdrətə avtomobil gözlədiyini bildirmişdir. Bundan sonra Qüdrət arvadı ilə birlikdə evdən uzaqlaşıb mikroavtobus ilə getmişlər. O, təxminən 1 saat da küçədə gözləmiş, lakin avtomobil gəlməmişdir. Həmin vaxt yağış da yağmağa başladığı üçün saat 10 radələrində o, Qüdrət adlı şəxsin evinə daxil olmaq qərarına gəlmişdir. Çünki üstündə pul olmamışdır və heç yerə gedə bilmirmiş. O, 03 aprel 2025-ci il tarixdə saat 10 radələrində həmin evin yan hissəsi ilə yeriyib onun arxa tərəfində yerləşən dəmir tor hasardan keçərək evin arxa həyətinə daxil olmuşdur. Daha sonra oradan evin yan tərəfindəki pəncərədən evin içərisinə daxil olmaq istəmişdir. Lakin əli pəncərəyə çatmadığından evin divarına söykənmiş vəziyyətdə olan taxta parçasını götürüb pəncərənin aşağı tərəfinə söykəmiş və həmin taxta parçasının üstünə çıxıb pəncərəni açmağa çalışmışdır. O, pəncərəni açmağa çalışan zaman pəncərənin şüşəsi qırılmışdır. Bundan sonra o, həmin hissədən evin mətbəx otağına daxil olmuşdur. Oradan birbaşa evin yataq otağına keçmişdir. Yataq otağında şkafları və bir neçə yeri axtarsa da heç nə tapa bilməmişdir. Bundan sonra otaqdakı güzgülü dolabın üstündə olan qızıl əşyalar diqqətini çəkmişdir. Həmin qızıllar plastik şəffaf qabın içərisində olmuşdur. O, həmin qızılları götürüb əynindəki gödəkcəsinin sağ yan cibinə qoymuşdur. Həmin vaxt çöldən qapının səsi gəlmişdir. O, pəncərədən baxanda bir nəfər şəxsin gəldiyini görmüş və tez pəcərəni açıb oradan çıxmaq istəmişdir. Lakin pəncərəni aça bilməmiş və açmağa çalışanda yataq otağının pəncərəsinin şüşəsi qırılmışdır. O, tez oradan aşağı tullanmışdır. O, həmin vaxt üzü üstə yerə dəymişdir. Bu zaman onun dizləri və alnı yerə çırpılmışdır. O, tez durub küçə qapısına tərəf qaçmağa başlamışdır. Lakin həmin tanımadığı şəxs arxasınca qaçmağa başlamışdır. O, küçə qapısına çatan zaman büdrəmiş və qapıdan küçəyə çıxmışdır. Bu zaman həmin şəxs onu tutub saxlamış və polisə zəng etmişdir. O, həmin vaxt çox həyəcanlı olduğundan götürdüyü qızılların sayı və növü barədə heçnə yadında qalmamışdır. O, qolbaqlar, üzüklər və sırğa oğurlamışdır. O, həmin evdən oğurluğu yaşadığı evinə gedə bilmək üçün etmişdir. Onun əvvəlcədən həmin evdən oğurluq etmək niyyəti olmamışdır, sadəcə olaraq təsadüfi şəkildə pulu olmadığından evdən oğurluq etmişdir. Onu evdən oğurluq edib çıxdığı vaxt tutub saxlayan Şahid2, yaxud digər hər hansı bir şəxs ona hər hansı xəsarət yetirməmişdir, Şahid2 sadəcə onu tutub saxlamış və polisə zəng etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir psixi və ya fiziki zorakılıq göstərilməmişdir. Onun üzündə, alnında, dizlərində və çiyin nahiyəsində sıyrıqlar olmuşdur. Həmin xəsarətlər o, oğurluq etdiyi evdən qaçmaq üçün pəncərəni sındırıb oradan aşağı tullananda əmələ gəlmişdir. Bir daha belə əməllərə yol verməyəcəkdir. 2 azyaşlı uşağı var, zərərçəkmiş şəxslə barışmışdır. Ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, əri Şahid1 ilə birlikdə Balakən şəhəri S.Gözəlov küçəsində dərzilik fəaliyyəti ilə məşğul olur. Onlar xx.xx.2025-ci il tarixdə saat 10 radələrində evdən çıxıb işə getmişlər. Küçəyə çıxanda küçədə yad bir şəxsin olduğunu görmüşlər. Əri həmin şəxsdən nəyəsə ehtiyacının olub-olmadığını soruşmuş, lakin həmin şəxs avtomobil gözlədiyini bildirmişdir. Onlar bundan sonra oradan uzaqlaşıb işə getmişlər. Bundan bir saat sonra saat 11 radələrində qonşuları Əfsanə adlı qadın ona zəng edərək evinə yad bir şəxsin daxil olaraq oğurluq etdiyini, kürəkəni Şahid2 həmin şəxsi tutduğunu bildirmişdir. Onlar əri ilə birlikdə tez evə qayıtmışlar, evə çatanda Elnurun həmin şəxsi tutub saxladığını görmüşlər. O, Elnurdan nə baş verdiyini soruşanda Elnur ona evə su içmək üçün girdiyini, həmin vaxt evdən şüşə sındığının səsinin gəldiyini, həmin vaxt evin yanından yad bir şəxsin qaçmağa çalışdığını və bu zaman həmin şəxsi tutub saxladığını və polis çağırdığını demişdir. O, evə daxil olduqda yataq otağının pəncərəsinin sındığını görmüşdür. O, yataq otağındakı güzgülü dolabın üzərində olan qızıl-zinət əşyalarının olmadığını görmüşdür. Həmin şəxs ona məxsus qızıl-zinət əşyalarını oğurlamışdır. Daha sonra oraya polis əməkdaşları gəlmişlər. Ona məlum olmuşdur ki, evlərindən oğurluq edən şəxs elə küçədə gördükləri, həmin yad şəxs, yəni Təqsirləndirilən şəxsdur. Onun evindəki güzgülü dolabın üzərindən türk qızılından olan, 585 əyyar, ümumilikdə 3,16 qram çəkidə və 425 manat dəyərində Kartier markalı 1 ədəd üzük və 1 cüt sırğa, 1 ədəd 9,39 qram çəkidə pandora markalı, 585 əyyar, 1220 manat dəyərində qolbaq, 1 ədəd 2,57 qram çəkidə, Şopart markalı, 585 əyyar, 347 manat dəyərində qolbaq, həmçinin 583 əyyar 3 qram çəkidə 350 manat dəyərində bir ədəd üzük və 2 ədəd qızıl olmayan saatı götürülmüşdür. Həmin saatların qiyməti ikisi birlikdə 50 manat olarmış. Baxış zamanı ona məxsus 4000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirmiş, lakin ifadəsində qeyd etdiyi qızıl-zinət əşyalarının ümumilikdə dəyəri 2392 manat təşkil etmişdir. O, həmin vaxt hadisənin təsirində olduğundan təxmini formada 4000 manat qeyd etmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, hərdən gün ərzində Kəmalə ilə onun əri Qüdrət işdə olduqları zaman onların yaşadığı evə gəlib baxır. xx.xx.2025-ci il tarixdə Kəmalə ilə Qüdrət işdə olduqları zaman o, həmin evə baxmağa getmişdir. Həmin vaxt saat təxminən 10 radələri olardı. O, evin giriş qapısına çatanda şüşə qırılmasının səsini eşitmişdir. Həmin vaxt evin yataq otağının pəncərəsindən tanımadığı bir nəfər şəxsin tullandığını görmüşdür. Həmin şəxs pəncərəni qırıb tullanmış və yerə yıxılmışdır. Bundan sonra həmin şəxs ayağa durub küçə qapısına tərəf qaçmağa başlamışdır. Bu zaman o da həmin şəxsin arxasınca qaçmışdır. Həmin şəxs küçə qapısına çatan zaman qapı az aralı olduğu üçün yerə yıxılmışdır. Həmin şəxs yenə durub qaçmış və küçəyə çıxmışdır. Həmin vaxt o, həmin şəxsi tutub saxlamış və zəng edərək polisi çağırmışdır. Daha sonra qaynanası Kəmaləyə xəbər vermişlər. Zərərçəkmiş şəxs gələndə görmüşdür ki, güzgülü dolabının üzərində olan qızıl-zinət əşyaları oğurlanıb. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Daha sonra ona məlum olmuşdur ki, evdən oğurluq edən şəxs Şəki rayon sakini Təqsirləndirilən şəxsdur. Əlavə olaraq göstərmişdir ki, qaynanası Kəmalə evə gəlib baxdıqdan sonra bildirmişdir ki, özünə məxsus qızıl qolbaqlar, üzüklər və sırğa oğurlanıb. Lakin onun həmin qızıl-zinət əşyalarının sayı, növü, çəkisi və əyyarı barədə məlumatı yoxdur. O, Təqsirləndirilən şəxs tutub saxladıqdan sonra xəsarət yetirməmişdir, sadəcə olaraq onu tutub saxlamış və polisə zəng etmişdir. Lakin Təqsirləndirilən şəxs evin pəncərəsindən sürətlə tullandığı üçün üzü və alnı qanamışdır. Heç kəs Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmişdir. O, Təqsirləndirilən şəxs tutub saxlayan zaman ətrafda ondan başqa heç kəs olmamışdır. Məhkəmə iclasında Şahid1 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. 250320034 nömrəli cinayət işinin: 5-7-ci vərəqlərində olan 03 aprel 2025-ci il tarixdə tərtib olunmuş “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı ev Balakən rayonu Talalar kəndində yerləşir. Evə baxış Zərərçəkmiş şəxs göstərməsi ilə həyata keçirilmişdir. Baxış zamanı evin ön hissəsində yerləşən yataq otağının pəncərəsinin və evin yan tərəfində yerləşən mətbəx hissəsinin pəncərəsinin şüşələrinin sındığı müəyyən edilmişdir. Evin mətbəx hissəsinə baxış keçirilən zaman pəncərə şüşəsinin qırıqlarının mətbəx otağının döşəməsinə tökülməsi müəyyən edilmişdir. Həmçinin evin yataq otağının dağınıq vəziyyətdə olması, yataq otağında olan şkafların və güzgülü dolabın qapılarının və rəflərin açıq vəziyyətdə və dağınıq olması müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs yataq otağında olan güzgülü dolabın üzərində ona məxsus olan qızıl-zinət əşyalarının olduğunu və oğurlandığını bildirmişdir. Həmçinin baxışda iştirak edən Şahid2 həmin evə gəldiyi zaman evin qapısını açdığını, bu zaman yataq otağının pəncərəsinin şüşəsinin qırılmasını eşitdiyini və həmin anda bir nəfər şəxsin pəncərədən özünü aşağı tulladığını, bundan sonra həmin şəxsin qaçmağa başladığını, lakin həmin şəxsi tutub saxladığını və polisə zəng etdiyini bildirmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya, predmet götürülməmişdir. Baxış Balakən RPŞ-nin Kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti Sadiq Vəzirov tərəfindən fasiləsiz videoçəkilişlə həyata keçirilmiş və həmin video görüntünün əks olunduğu 01 ədəd disk protokola əlavə edilmişdir. Protokol tərtib olunaraq iştirakçılara ucadan oxunmuş, hər hansı əlavə edilməmiş və imzalarla təsdiq edilmişdir. 16-17-ci vərəqlərində olan 03 aprel 2025-ci il tarixli götürmə və baxış keçirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı Balakən rayonu Talalar kəndində yerləşən fərdi yaşayış evindən oğurladığı Türkiyə istehsalı olan, 585 əyar, ümumilikdə 3,16 qram çəkidə və 425 manat dəyərində “Kartier” markalı 1 ədəd qızıl üzük və 1 cüt qızıl sırğanı, 1 ədəd 9,39 qram çəkidə Azərbaycan istehsalı olan, “Pandora” markalı, 585 əyyar, 1220 manat dəyərində qızıl qolbağını, 1 ədəd 2,57 qram çəkidə, Türkiyə istehsalı olan, “Şopart” markalı, 585 əyyar, 347 manat dəyərində qızıl qolbağını, 1 ədəd 3 qram çəkidə, 583 əyyar, 350 manat dəyərində qızıl üzüyü və ümumilikdə 50 manat dəyərində 2 ədəd qol saatı hal şahidlərinin iştirakları ilə götürülmüşdür. 48-ci vərəqində olan 03 aprel 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 03 aprel 2025-ci ildə saat 16:00 dəqiqədən tutulmuş hesab edilir. 69-cu vərəqində olan 04 aprel 2025-ci il tarixdə tərtib olunmuş “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs göstərməsi ilə Zərərçəkmiş şəxs yaşadığı Balakən rayonu Talalar kəndində yerləşən fərdi yaşayış evinə gedilmişdir. Orada Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə həmin evə necə daxil olduğunu və qızılları oğurladığı yeri əyani olaraq göstərmişdir. Təqsirləndirilən şəxs göstərdiyi həmin yerdə iş üçün əhəmiyyət kəsb edən alət, vasitə, və ya predmet aşkar edilməmişdir. İfadənin yerində yoxlanılması zamanı “Panasonic” markalı videokameradan istifadə olunaraq Balakən RPŞ-nin KTQ-nun başinspektor kriminalisti X6 tərəfindən fasiləsiz videoçəkiliş aparılmışdır. videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. Protokol ucadan oxunmuş, heç bir əlavə və düzəlişlər barədə qeyd daxil olmamış, düzgün tərtib edilmişdir. 88-90-ci vərəqlərində olan Balakən Rayon Məhkəməsinin 4(019)-4/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Balakən Rayon Polis X1 müstəntiqi, polis leytenantı Bazarov Nurlan Nəriman oğlunun vəsatəti təmin edilməmiş, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. 91-92-ci vərəqlərində olan 05 aprel 2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 108-ci vərəqində olan Ekspertiza və X3 publik hüquqi şəxsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli 64 nömrəli ekspert rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə tibbi sənədində qeyd edilənlərə hadisə haqqında olanları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlinir.
1. Vət. Təqsirləndirilən şəxs müəyyən edilmiş xəsarətlər - alnında, burunda üst səthdə dodağının aşağı səthində, sağ bazuda üst səthində, sağ dizin ön səthində sıyrıqlar - küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci ildə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa ZƏRƏR vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. 110-cu vərəqində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2018-ci il tarixdə CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. 114-cü vərəqində olan Şəki rayon İcra Hakimiyyəti Cəfərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və ya şifahi şikayət daxil olmadığı göstərilir. 119-120-ci vərəqlərində olan materialların məhkəmə ekspertizasının 13 may 2025-ci il tarixli 6/1535 nömrəli rəyindən görünür ki, üzərində rəngsiz şəffaf qiymətsiz qaşları olan, lakin qaşlardan bir ədədi yerində olmayan sarı rəngli 1 ədəd üzük 585 əyyar, 2.53 qram çəkidə olmaqla qızıl metalından, üzərində “585” damğası və “Cartier” yazısı olan, sarı rəngli 1 ədəd üzük 585 əyyar, 1.61 qram çəkidə olmaqla qızıl metalından, üzərində “585” damğası olan, sarı rəngli 1 cüt sırğa 585 əyyar, 1.54 qram çəkidə olmaqla qızıl metalından, üzərində “585” damğası olan, sarı rəngli 1 ədəd qolbaq 585 əyyar, 9.37 qram çəkidə olmaqla qızıl metalından, üzərində “14K” damğası və “MİDAS” yazısı olan, sarı rəngli 1 ədəd qolbaq 585 əyyar, 2.54 qram çəkidə olmaqla qızıl metalından, sarı rəngli sferblatının iç tərəfində rəngsiz şəffaf qaşları və “ROLEX OYSTER PERPETUAL DATEJUST” yazısı olan 1 ədəd qol saatı qiymətsiz metal ərintisindən (dəmir, xrom, nikkel və s), gümüşü rəngli, sferblatının iç tərəfində rəngsiz şəffaf qaşları və “Chopard QUARTZ”, arxa tərəfində “STAİNLESS STEEL BACK RESİSTANT Chopard 9071” yazıları olan 1 ədəd qol saatı qiymətsiz metal ərinitisindən (mis, sink və s.) hazırlanmışdır. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. 126-131-ci vərəqlərində olan "xxxx" MMC-nin 17 iyun 2025-ci il tarixli ƏQ-021/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evindən oğurlanmış ona məxsus qızıl-zinət əşyalarının xx.xx.2025-ci il tarixə real bazar dəyəri 2650 manat təşkil edir. 142-148-ci vərəqlərində olan 20 iyun 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 2 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa, 2 ədəd qızıl qolbaq, qiymətsiz metal ərintisindən hazırlanmış 2 ədəd qol saatı cinayət işi üzrə maddi sübut kimi tanınmış və baxış keçirilməsi və şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması zamanı qeydə alınmış görüntüləri əks etdirən 02 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. 154-cü vərəqində olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa, 2 ədəd qızıl qolbaq, qiymətsiz metal ərintisindən hazırlanmış 2 ədəd qol saatı Zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı - xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 vardır. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ********* nömrəli iş üzrə oğurlanan əşyaları polis əməkdaşları tərəfindən qaytarılıb, iş üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan şikayət və tələbi yoxdur, yüngül cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələrini, baxış keçirilməsi haqqında, şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokolları, ekspertizanın rəyini, mütəxəssis rəyini və digər iş materiallarını tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları mötəbər sübutlar kimi qəbul edir və cinayət təqibi üzrə toplanmış həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin ittiham olunduğu əməldə təqsirini etiraf etməsi digər sübutların məcmusu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamın əsası kimi qəbul edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-in 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə cinayət hadisəsinin olması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMin 177.2.3-cü maddəsinin tərkibinin olması, onun cinayətin törədilməsində aidiyyəti və cinayətin törədilməsində təqsirliliyi sübuta yetir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmək üçün əsaslar yoxdur, odur ki, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 2. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində 2 azyaşlı uşağının olması və zərərçəkmiş şəxslə barışması müəyyən edilmişdir. Həmçinin təqsirləndirilən şəxsin əməlini etiraf etməklə səmimi peşman olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını bildirməsi ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın növü və həddi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 03 aprel 2025-ci il tarixdən 05 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Ekspertiza tədqiqatının dəyəri 64 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış Türkiyə istehsalı olan 585 əyyar, 2.53 qram çəkidə, qızıl metalından hazırlanmış üzərində rəngsiz şəffaf qiymətsiz qaşları olan, lakin qaşlardan bir ədədi yerində olmayan sarı rəngli 1 ədəd qızıl üzük, Türkiyə istehsalı olan 585 əyyar, 1.61 qram çəkidə, qızıl metalından hazırlanmış üzərində “585” damğası və “Cartier” yazısı olan, sarı rəngli 1 ədəd üzük, Türkiyə istehsalı olan 585 əyyar, 1.54 qram çəkidə, qızıl metalından hazırlanmış üzərində “585” damğası olan, sarı rəngli 1 cüt qızıl sırğa, Türkiyə istehsalı olan 585 əyyar, 9.37 qram çəkidə, qızıl metalından hazırlanmış üzərində “585” damğası olan, sarı rəngli 1 ədəd qolbaq, Türkiyə istehsalı olan 585 əyyar, 2.54 qram çəkidə, qızıl metalından hazırlanmış üzərində “14K” damğası və “MİDAS” yazısı olan, sarı rəngli 1 ədəd qolbaq, qiymətsiz metal ərintisindən (dəmir, xrom, nikkel və s) hazırlanmış sarı rəngli sferblatının iç tərəfində rəngsiz şəffaf qaşları və “ROLEX OYSTER PERPETUAL DATEJUST” yazısı olan 1 ədəd qol saatı və qiymətsiz metal ərinitisindən (mis, sink və s.) hazırlanmış gümüşü rəngli, sferblatının iç tərəfində rəngsiz şəffaf qaşları və “Chopard QUARTZ”, arxa tərəfində “STAİNLESS STEEL BACK RESİSTANT Chopard 9071” yazıları olan 1 ədəd qol saatının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinə uyğun olaraq məhkəmə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq müəyyən edir ki, təqsirləndirilən şəxsdə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 7 iş saatı sərf etmişdir. Məhkəmə hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabından 77 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 144-146, 346-347, 349, 351-353 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 03 aprel 2025-ci il tarixdən 05 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə Şəki rayonu Cəfərabad kəndindəki yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Şəki Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 64 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış Türkiyə istehsalı olan 585 əyyar, 2.53 qram çəkidə, qızıl metalından hazırlanmış üzərində rəngsiz şəffaf qiymətsiz qaşları olan, lakin qaşlardan bir ədədi yerində olmayan sarı rəngli 1 ədəd qızıl üzük, Türkiyə istehsalı olan 585 əyyar, 1.61 qram çəkidə, qızıl metalından hazırlanmış üzərində “585” damğası və “Cartier” yazısı olan, sarı rəngli 1 ədəd üzük, Türkiyə istehsalı olan 585 əyyar, 1.54 qram çəkidə, qızıl metalından hazırlanmış üzərində “585” damğası olan, sarı rəngli 1 cüt qızıl sırğa, Türkiyə istehsalı olan 585 əyyar, 9.37 qram çəkidə, qızıl metalından hazırlanmış üzərində “585” damğası olan, sarı rəngli 1 ədəd qolbaq, Türkiyə istehsalı olan 585 əyyar, 2.54 qram çəkidə, qızıl metalından hazırlanmış üzərində “14K” damğası və “MİDAS” yazısı olan, sarı rəngli 1 ədəd qolbaq, qiymətsiz metal ərintisindən (dəmir, xrom, nikkel və s) hazırlanmış sarı rəngli sferblatının iç tərəfində rəngsiz şəffaf qaşları və “ROLEX OYSTER PERPETUAL DATEJUST” yazısı olan 1 ədəd qol saatı və qiymətsiz metal ərinitisindən (mis, sink və s.) hazırlanmış gümüşü rəngli, sferblatının iç tərəfində rəngsiz şəffaf qaşları və “Chopard QUARTZ”, arxa tərəfində “STAİNLESS STEEL BACK RESİSTANT Chopard 9071” yazıları olan 1 ədəd qol saatının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə baxış keçirilməsi və şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması zamanı qeydə alınmış görüntüləri əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 77 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Arifə Cəfərova