Məhkəmə qərarları › İş №1(019)-66/2020

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-66/2020

16.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-66/2020 16.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1985-ci il də Balakən rayonu Şambul kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli-himayəsində 2 azyaşlı anadangəlmə əlil uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 2ində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 259.1-ci maddəsilə təqsirləndirilmsəsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən xeyli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qanunsuz ağac kəsmə cinayət əməlini törətmişdir. Belə ki, Eminov X5 rayonu Sarıbulaq bələdiyyəsinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı ərazi Ekologiya və X9 ilə razılaşdıqdan sonra ağac kəsməli olduğu halda, bunları etməyərək, 2020-ci ilin fevral ayında Sarıbulaq kəndinin Cederovtala yaşayış məntəqəsi ərazisində yerləşən Sarıbulaq bələdiyyəsinin mülkiyyətində olan qəbirstanlıqdan qəsdən 1 ədəd 14 sm diametrində 100 manat dəyərində, 1 ədəd 16 sm diametrində 110 manat dəyərində, 2 ədəd 18 sm diametrində hər biri 120 manat olmaqla 240 manat dəyərində, 1 ədəd 22 sm diametrində 150 manat dəyərində, 1 ədəd 24 sm diametrində 180 manat dəyərində, 1 ədəd 28 sm diametrində 200 manat dəyərində xurma ağaclarını, 1 ədəd 6 sm diametrində 50 manat dəyərində, 1 ədəd 8 sm diametrində 50 manat dəyərində, 2 ədəd 12 sm diametrində hər biri 100 manat olmaqla ümumilikdə 200 manat dəyərində, 1 ədəd 20 sm diametrində 150 manat dəyərində, 1 ədəd 24 sm diametrində 180 manat dəyərində, 2 ədəd 28 sm diametrində hər biri 200 manat olmaqla ümumilikdə 400 manat dəyərində, 1 ədəd 32 sm diametrində 250 manat dəyərində, 1 ədəd 48 sm diametrində 300 manat dəyərində əncir ağaclarını, 1 ədəd 24 sm diametrində 180 manat dəyərində tut ağacını, 1 ədəd 32 sm diametrində 250 manat dəyərində şabalıd ağacını, 2 ədəd 14 sm diametrində hər biri 150 manat olmaqla ümumilikdə 300 manat dəyərində, 1 ədəd 18 sm diametrində 180 manat dəyərində akasiya ağaclarını, 1 ədəd 46 sm diametrində 700 manat dəyərində palıd ağacını, 1 ədəd 48 sm diametrində 800 manat dəyərində göyrüş ağacını və 1 ədəd 48 sm diametrində 800 manat dəyərində qızılağacı qanunsuz kəsərək, Sarıbulaq bələdiyyəsinə xeyli miqdar hesab edilən 5770 manat məbləğində ziyan vurmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri, işdə olan və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olaraq, ailəsini dolandırır. Həmçinin ünvan 2 ərazisində yerləşən qəbirstanlığın təmizlik işlərinə baxır. Demək olar ki, ildə bir dəfə olmaqla qəbirstanlıqda olan yararsız ağacları və kol-kosları təmizləyib, yandırır. 2020-ci ilin fevral ayında isə yenə də qəbirstanlığa təmizlik işləri üçün getmişdir. Həmin vaxt qış ayı olduğu üçün, həmçinin yaşadığı evdə sobada yandırmağa oduncaq olmadığına görə o, qəbirstanlıqdan bir neçə ağac kəsərək, yaşadığı evə aparıb, sobada yandırmaq üçün oduncaq etmək qərarına gəlmişdir. Buna görə də özünə məxsus odun kəsən mişarla bir neçə əncir, xurma şabalıd və palıd ağaclarını kəsmişdir. Həmin ağaclardan cəmi 5-6 ədədi oduncaq kimi istifadə etməyə yararlı olmuşdur. Qalanlar ya çürümüş, ya da ki, yoğun olmadığından, odun kimi yandırmağa yararlı olmamışdır. Buna görə də kəsmiş olduğu iri həcmli ağacları hissələrə bölərək, yaşadığı evə aparmışdır. Qalan ağacların xırda hissələrini elə qəbirstanlıqda da yandırmışdır ki, təmizlik olsun. Həmçinin həmin vaxt qəbirstanlıqda olan kol-kosları da yandırmış, yəni ümumi qəbirstanlığı təmizləmişdir. Bir müddət sonra isə eşitmişdir ki, onun həmin qəbirstanlıqda kəsmiş olduğu ağacları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları gələrək, aktlaşdırmışlar. Amma hansı səbəbdən aktlaşdırdıqlarını bilməmiş, bir müddət sonra isə məscidin imamı və bir neçə şəxsin iştirakı ilə polis əməkdaşlarının da həmin qəbirstanlığa baxış keçirdiklərini bilmişdir. O, bu zaman tutulacağından qorxaraq, bu barədə heç kimə heç nə deməmişdir. Onun Sarıbulaq bələdiyyəsinə məxsus Cederovtala yaşayış məntəqəsi ərazisindəki qəbirstanlıqdan ağacların kəsilməsi ilə bağlı rəsmi heç bir sənədi olmamış, sadəcə olaraq bir neçə ildir ki, həmin qəbirstanlığa baxdığından, yəni təmizlik işlərini etdiyindən və kol-kosları, ağacları təmizlədiyindən, bunları etmişdir. Ona da bunun müqabilində demək olar ki, heç bir maddi təminat verilmir. O da fikirləşmişdir ki, bu qədər əziyyət çəkərək qəbirstanlığın təmizliyini həyata keçirir, ona görə də bir neçə ağac kəsərək, yaşadığı evdə yandırmaq üçün oduncaq etməyə onun haqqı çatır. O, həmin ağacların kəsilməsinin belə nəticələr verəcəyini bilsə idi, həmin ağacları kəsməzdi. Həmçinin gələcəkdə həmin qəbirstanlıqda qəbirlər qazmaq üçün yer lazım olduqda da, həmin ağaclar kəsilərək, qəbirlər üçün yer hazırlanmalı idi. O, Cederovtala yaşayış məntəqəsi ərazisindəki qəbirstanlıqdan həmin ağacları tək kəsmişdir. Lakin həmin vaxt ağacları motorlu mişarla kəsdiyi üçün, səsini eşidib, bu barədə yəqin ki, bilən və ya görənlər olmuşdur. Amma onun ağacları kəsdiyini kimlərin bilməsini və kimlərin görməsini bilməmişdir. Kəsmiş olduğu ağaclardan əncir, xurma, şabalıd və palıd ağaclarının olduğunu bilmişdir. Həmin digər ağacların hansı növ və cinsdən olduğunu bilməmişdir. Sonradan bilmişdir ki, orada akasiya, göyrüc, qızılağac və tut ağacları da olmuşdur. Həmçinin ağacları kəsən zaman neçə ədəd olmalarını bilməmişdir. Çünki orada elə ağaclar olmuşdur ki, həmin ağacların kök hissələrində bir neçə ədəd ağac budaqlanmışdır. Amma həmin ağacların hansı diametrdə olduğunu bilməmişdir. O, törətdiyi əməl nəticəsində vurduğu 5770 manat maddi ziyanı tam şəkildə zərərçəkmiş hüquqi şəxs Balakən rayonu Sarıbulaq bələdiyyəsinə ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Zərərçəkmiş hüquqi şəxsin ona qarşı heç bir tələb və şikayəti yoxdur. Himayəsində anadangəlmə əlil olan iki azyaşlı qız uşağı vardır. O, həmin azyaşlı uşaqlarını hər ay Bakı şəhərinə müalicəyə aparır və buna görə Bakıda hər ay təqribən 10 gün qalır. Uşaqları Bakıya müalicəyə aparmağa başqa yaxın adamı yoxdur. İlk dəfədir ki, cinayət əməli törədir. Cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Özü də xəstədir. Bu halları nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Balakən rayonu Sarıbulaq bələdiyyəsinin sədri Nümayəndə ifadəsində göstərdi ki, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq ünvan 1inin sədri vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və X8 əməkdaşları ona Cederovtala yaşayış məntəqəsində yerləşən qəbirstanlığa baxış keçiriləcəyini, baxışda onun da iştirakının zəruri olduğunu bildirərək, onu dəvət etmişlər. O, həmin qəbirstanlığa getdikdə bilmişdir ki, həmin qəbirstanlıqda ağaclar kəsilmiş və kənd sakini Naib Dibirov bununla bağlı müraciət etmişdir. Daha sonra onların iştirakı ilə həmin yerə baxış keçirilmiş və 7 saylı Regional Ekologiya və X8 əməkdaşı orada xurma, əncir, akasiya, palıd, şabalıd, göyrüc, qızılağac və tut ağaclarının kəsildiyini bildirib, həmin ağacların diametrləri ölçülərək, akt tərtib edilmişdir. Daha sonra həmin aktı imzalarla təsdiq etmişlər. 2020-ci ilin aprel ayının əvvəllərində isə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yenidən həmin qəbirstanlığa baxış keçirilmişdir. Baxışda qəbirstanlığın məscidində imam vəzifəsində işləyən Şahid2, dini icma sədri Şahid1 və hal şahidləri iştirakı etmişlər. Baxış zamanı qəbirstanlıq ərazisində kəsilmiş ağaclar olan yerləri məsciddə imam vəzifəsində işləyən Şahid2 və dini icma sədri Şahid1 polis əməkdaşlarına göstərmişlər. Polis əməkdaşları baxış keçirərək, baxış keçirilməsi ilə bağlı protokol tərtib etmiş, protokol ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Həmin vaxt o, qəbirstanlıqdan kəsilmiş ağacların kimin kəsməsini bilməmişdi. Lakin sonradan bilmişdir ki, həmin ağaclar Sarıbulaq kənd sakini Təqsirləndirilən şəxs tərəfindən kəsilmişdir. Təqsirləndirilən şəxs qəbirstanlığın təmizlik işlərinə baxaraq, oranı kol-kosdan təmizləyir. Təqsirləndirilən şəxs qəbirstanlıq ərazisində olan ağacları kəsməsindən sonradan məlumatı olmuşdur, ağacların kəsilməsi ilə bağlı da ona müraciət etməmişdir. Həmçinin kənd sakini kimi Təqsirləndirilən şəxs tanımış, həmin ağacları başqa bir məqsəd üçün kəsmədiyini, qəbirstanlığı təmizləmək və özünə yandırmağa oduncaq əldə etmək üçün kəsdiyini bilmişdir. Çünki Eldəniz bir neçə ildir ki, qəbirstanlığın təmizlik işlərinə baxır. Bununla bağlı da ona demək olar ki, hər hansı bir maddi vəsait verilmir. Eminov X5 rayonu Sarıbulaq bələdiyyəsinə vurduğu 5770 manat məbləğində ziyanı bələdiyyəyə tam ödəmiş və onlarla barışıq əldə etmişdir. Sarıbulaq bələdiyyəsi tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayət yoxdur. Qanuni və ədalətli hökm çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 2016-ci ildən etibarən ünvan 2i ərazisinə yerləşən məsciddə dini icmanın sədri işləyir. Həmçinin həmin məsciddə Şahid2 da imam vəzifəsində işləyir. Onlar əsasən həmin məscidə cümə və bayram günlərində, həmçinin dəfn mərasimləri olduqda gedirlər. xx xxxx 2020-ci il tarixdə onun məlumatı olmuşdur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, kənd sakini X6 və kənd bələdiyyə sədri Nümayəndə iştirakı ilə qəbirstanlıq ərazisinə baxış keçirmiş və orada kəsilmiş ağacları aktlaşdırmışlar. Amma həmin vaxtlarda qəbirstanlığa getmədiyindən, bu hadisə ilə bağlı da maraqlanmamışdır. Hansı ağacın kəsilməsi və kim tərəfindən kəsilməsi ilə bağlı heç bir məlumatı olmamışdır. 2020-ci ilin aprel ayının 7-də polis əməkdaşları onun, kənd bələdiyyə sədi Nümayəndə, Şahid2, Qurbanmahama Həsənovun və hal şahidlərinin iştirakı ilə ağacların kəsildiyi əraziyə baxış keçirmişlər. Həmçinin onlar qəbirstanlığın ərazisində yeni kəsilmiş ağacların olduğu yerləri də polis əməkdaşlarına göstərmişlər. Bununla bağlı fotoşəkillər də çəkilmişdir. Baxış zamanı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. ünvan 2i ərazisində yerləşən qəbirstanlıqdan ilkin olaraq ağacları kimin kəsməsi ilə bağlı məlumatı olmasa da, sonradan həmin ağacların qəbirstanlığın təmizlik işlərinə baxan Sarıbulaq kənd sakini Təqsirləndirilən şəxs tərəfindən kəsildiyini bilmişdir. Daha sonra bu barədə maraqlandıqda, Eldənizin qəbirstanlığın təmizlik işlərini edən zaman oradakı ağacları kəsib, gələcəkdə qəbirlər üçün yer düzəltmək və yaşadığı evə aparıb oduncaq kimi yandırmaq məqsədilə odun əldə etdiyini bilmişdir. Sarıbulaq kəndi ərazisində yerləşən qəbirstanlıqdan ağacların kəsilməsi ilə bağlı Təqsirləndirilən şəxs ona və ya başqa kimsəyə müraciət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə vermiş, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İşin 49-58-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqda tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayında ünvan 2inin Cederovtala yaşayış məntəqəsi ərazisindəki qəbirstanlıqda kəsmiş olduğu ağacların olduğu yeri göstərmişdir. Bu barədə protokol tərtib olunub, fotoşəkillər çəkilməklə iş materiallarına əlavə edilmişdir. İşin 89-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Sarıbulq kənd İHB-ın kənd X11 üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində işləməyən arvadı, 2008 və 2011-ci il təvəllüdlü anadangəlmə əlil iki azyaşlı uşaqları vardır. İşin 90-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Sarıbulaq kənd İHB-ın kənd X11 üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Eminov X5 rayonu Sarıbulaq kəndində yaşayır. İşin 91-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-ın Sarıbulaq kənd X11 üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunması qeyd edilmişdir. Barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmaması göstərilmişdir. İşin 92-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2016-cı il tarixdə verilmiş 127688 nömrəli vəsiqənin surətindlən görünür ki, Təqsirləndirilən şəxs azyaşlı qızı-X7 anadangəlmə əlildir. İşin 93-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2016-cı il tarixdə verilmiş 127689 nömrəli vəsiqənin surətindlən görünür ki, Təqsirləndirilən şəxs azyaşlı qızı-X4 anadangəlmə əlildir. İşin 96-98-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqda tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli, 245 nömrəli ekspertiza rəyində göstərilmişdir: nəzəri hesablama yolu ilə x xxxx 2020-ci il tarixli qərarda qeyd edilən diametr ölçülər nəzərə alınmaqla, Balakən rayon Sarıbulaq kənd qəbirstanlığından kəsilmiş 25 ədəd ağacın(6 ədəd yabanı və 19 ədəd meyvə) kəsilməsindən dəymiş ziyanın məbləği 2020-ci ilin fevral ayına cəmi 5770,00 manat müəyyən edilir. İşin99-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamə üzrə xx.xx.2020-ci il tarixli, 2 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 124-125-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Balakən rayonu Sarıbulaq bələdiyyəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 55 nömrəli məktub-arayışından görünür ki, təqsirləndirilən şəxs Eminov X5 rayonu Sarıbulaq bələdiyyəsinə vurduğu 5770 manat məbləğəində ziyanı Balakən rayonu Sarıbulaq bələdiyyəsinə xx xxxx 2020-ci il tarixdə ödəmişdir. Ona qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxs Eminov X5 rayonu Sarıbulaq bələdiyyəsinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı ərazi Ekologiya və X9 ilə razılaşdıqdan sonra ağac kəsməli olduğu halda, bunları etməyərək, 2020-ci ilin fevral ayında Sarıbulaq kəndinin Cederovtala yaşayış məntəqəsi ərazisində yerləşən Sarıbulaq bələdiyyəsinin mülkiyyətində olan qəbirstanlıqdan qəsdən 1 ədəd 14 sm diametrində 100 manat dəyərində, 1 ədəd 16 sm diametrində 110 manat dəyərində, 2 ədəd 18 sm diametrində hər biri 120 manat olmaqla 240 manat dəyərində, 1 ədəd 22 sm diametrində 150 manat dəyərində, 1 ədəd 24 sm diametrində 180 manat dəyərində, 1 ədəd 28 sm diametrində 200 manat dəyərində xurma ağaclarını, 1 ədəd 6 sm diametrində 50 manat dəyərində, 1 ədəd 8 sm diametrində 50 manat dəyərində, 2 ədəd 12 sm diametrində hər biri 100 manat olmaqla ümumilikdə 200 manat dəyərində, 1 ədəd 20 sm diametrində 150 manat dəyərində, 1 ədəd 24 sm diametrində 180 manat dəyərində, 2 ədəd 28 sm diametrində hər biri 200 manat olmaqla ümumilikdə 400 manat dəyərində, 1 ədəd 32 sm diametrində 250 manat dəyərində, 1 ədəd 48 sm diametrində 300 manat dəyərində əncir ağaclarını, 1 ədəd 24 sm diametrində 180 manat dəyərində tut ağacını, 1 ədəd 32 sm diametrində 250 manat dəyərində şabalıd ağacını, 2 ədəd 14 sm diametrində hər biri 150 manat olmaqla ümumilikdə 300 manat dəyərində, 1 ədəd 18 sm diametrində 180 manat dəyərində akasiya ağaclarını, 1 ədəd 46 sm diametrində 700 manat dəyərində palıd ağacını, 1 ədəd 48 sm diametrində 800 manat dəyərində göyrüş ağacını və 1 ədəd 48 sm diametrində 800 manat dəyərində qızılağacı qanunsuz kəsərək, Sarıbulaq bələdiyyəsinə xeyli miqdar hesab edilən 5770 manat məbləğində ziyan vurmuşdur. Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sənədləri bilavasitə tədqiq edib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsi baş vermişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxx 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar hesab edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə himayəsində iki azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi üçün onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Şübhəsiz ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Ancaq onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli davamlı antisosial yönümün nəticəsi olmamışdır, o, ilk dəfədir ki, cinayət əməli törədir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq vardır və həmin uşaqlar anadangəlmə əlildirlər, o, cinayət nəticəsində vurduğu ziyanı könüllü şəkildə tamamilə ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Bu da onun cinayət əməli törətməsindən peşmançılığının səmimi olduğuna dəlalət edir. Yuxarıda göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin sanksiyasında beş min manatdan yeddi min manatadək miqdarda cərimə, iki ilədək müddətə islah işləri, iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə növlərində cəzalar nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyinatında nəzərə alır ki, işdə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasından əvvəl cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması növündə cəzalar nəzərdə tutulmuşdur. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə isə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Məhkəmə nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs əvvəllər hər hansı cinayət əməli törətməmiş, məhkum edilməmişdir, himayəsində iki azyaşlı uşaq vardır, həmin uşaqlar anadangəlmə əlildirlər, o, zərərçəkmiş şəxslə barışığa nail olmuş, vurduğu ziyanı könüllü şəkildə tamamilə ödəmişdir, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bu hallar, Təqsirləndirilən şəxs törətdiyi böyük ictimai təhlükə törətməyən cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olmadığına, psixologiyasında dominantlıq təşkil edərək, model davranışa çevrilmədiyinə, həmçinin onu cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olması istəyinə dəlalət edir. Cəzanın əsas məqsədlərindən də biri məhz şəxsin ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması üçün zəmin yaratmaqdır. Buna görə Azərbaycan Respublikasının cinayət qanunvericiliyi şəxsə cəza təyin edilməsi zamanı həm də hümanizm prinsipini önə çəkir (Cinayət Məcəlləsinin 9-cu maddəsi). Məhkəmə xüsusi qeyd edir ki, humanizm insanın şəxsiyyət kimi dəyərini müəyyən edən, onun ləyaqətinə hörmətlə yanaşmağı aşılayan, onun rifahını ictimai prosesin məqsədi kimi qəbul edən mənəvi mövqedir. Humanizm prinsipi insan şəxsiyyətini əsas prioritet sayan Azərbaycan Respublikasının konstitusion quruluşundan irəli gələn bir meyardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının qarantı olan Azərbaycan Respublikası Prezidentinin «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» xx xxxxxx 2017-ci il tarixli Sərəncamı da Azərbaycan Dövlətinin humanizm siyasətinin, o cümlədən cəza siyasətində humanizminin bariz nümunəsidir. Həmin Sərəncamda penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi barədə istiqamətlərin müəyyən olunması ilə yanaşı, cinayət qanunvericiliyinin prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət edilməsi, cəza siyasətinin humanistləşdirilməsi barədə qanun layihələrinin hazırlanması, cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi, həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması barədə aidiyyəti orqanlara strateji tapşırıqlar verilmiş, o cümlədən məhkəmələrə cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət edilməsinə xüsusi diqqət yetirilməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinə isə həbs qətimkan tədbirinin seçilməsi və azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı məhkəmə təcrübəsinin mütəmadi ümumiləşdirilməsi və bu sahədə ədalətli məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin edilməsi barədə tövsiyyələr verilmişdir. Bununla bağlı cəza siyasətinin humanistləşdirilməsi nöqteyi-nəzərindən də Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, o cümlədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə xeyli dəyişikliklər edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası cəzanın hümanistləşdirilməsi üçün xüsusilə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etməyə nisbətən digər alternativ cəzaların tətbiq edilməsini, şərti məhkum etmə institutunun daha geniş tətbiq edilməsini, mediasiya institutundan daha geniş istifadə edilməsini, cinayətlərin, xüsusilə iqtisadi sahədə olan cinayətlərin dekriminallaşdırılmasını strateji istiqamət kimi müəyyənləşdirmişdir. Cəza siyasətinə məhz bu mövqedən yanaşan Azərbaycan Respublikası da cəza təyin edilməsi zamanı mediasiya, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza və şərti məhkum etmə institutlarının geniş tətbiq olunmasını qanunvericilik qaydasında təsbit edir. Qanunla təqsirləndirilən şəxsin bağışlanması hüququnun sahibi olan o cümlədən dövlət böyük ictimai təhlükə törətməyən cinayətə görə təqsirləndirilən şəxsə humanizmlə yanaşılmasını-ona mərhəmət göstərilməsini, onun bağışlanmasını tələb edirsə, Azərbaycan Respublikasının Prezidenti dövlətin strateji xətti kimi cəzanın humanistləşdirilməsini, xüsusilə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etməyə nisbətən digər alternativ cəzaların tətbiq edilməsini, şərti məhkum etmə institutunun daha geniş tətbiq edilməsini, mediasiya institutundan daha geniş istifadə olunmasını, cinayətlərin, xüsusilə iqtisadi sahədə olan cinayətlərin dekriminallaşdırılmasını müəyyən edirsə, təbii ki, bu tələblər hazırki iş üzrə də mütləq qaydada nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinin tətbiqi humanizm prinsipinin həyata keçirilməsi üsullarından biridir. Cinayət qanunvericiliyində humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsində öz əksini tapır. Əks hal, yəni humanizm prinsipinin ancaq zərərçəkmiş şəxslərə tətbiq edilməsi qanunçuluq, ədalət və humanizm prinsiplərinin pozuntusu olardı. Dünya praktikasında cinayət əməli törədən şəxsə qarşı münasibət humanizm prinsipinin cinayət hüququnda həyata keçirilməsinin göstəricisidir. Heç şübhəsiz ki, hazırki iş üzrə də təqsirləndirilən şəxsə, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan cəza təyin edilməlidir ki, həmin cəza da həm ədalət prinsipini, həm də humanizm prinsipini özünə ehtiva etsin və fərdin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalət tarazlıq yaratmış olsun. Göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Qeyd olunanların işığında heç şübhəsiz ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi formasında cəzaya, yəni azadlıqdan məhrum etmə cəzasına məruz qalması törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun olmamaqla, ədalətli olmazdı. Belə ki, himayəsində iki azyaşlı anadangəlmə əlil uşağın olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halların olduğu, cəzasını ağırlaşdıran halların olmadığı, həmçinin onun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmədən əvvəl üç cəza növünün nəzərdə tutulduğu şəraitdə, Təqsirləndirilən şəxs ən sərt cəzanın-azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun fərdi azadlıq hüququ ilə ekoloji təhlükəsizliyin mühafizəsi ilə bağlı ictimai münasibətlərin qorunmasında ifadə olunan ictimai maraq arasında ədalətli tarazlığı pozmuş olardı, işin hallarına əsasən heç də cəzanın məqsədlərinə nail olunmasına xidmət etməzdi və bir növ ondan qisas almağa xidmət edərdi ki, bu da qanunla yolverilməzdir. Belə ki, qeyd edildiyi kimi, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, xüsusi prevensiya (şəxsin özünü cinayət əməlinin törədilməsindən çəkindirmək) və ümumi prevensiyanın (başqa şəxsləri cinayət əməlinin törədilməsindən çəkindirmək) təmin edilməsidir. Qeyd edilənlərə əsasən məhkəmə hazırki işdə cəzanın məqsədlərinə nail olunması üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə lüzum görmür. Həmçinin Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi də onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəliliyinə, şəxsiyyətinə, ədalət və humanizm prinsiplərinə adekvat olmamaqla cəzanın məqsədlərinə uyğun deyildir. Bu xüsusda onu da nəzərə almaq lazımdır ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs anadangəlmə əlil olan iki azyaşlı uşağını hər ay Bakı şəhərinə müalicə almağa şəxsən aparır və bu müalicə ayda təqribən 10 gün davam edir. Həmin uşaqları Bakı şəhərinə müalicə almağa aparacaq başqa yaxın adamları yoxdur və bu əlil uşaqların müalicəsi üçün müvafiq yüksək keyfiyyətli tibbi şərait yalnız Bakı şəhərində mövcuddur. Şübhəsizdir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ona yaşadığı ərazinin hüdudlarını tərk etməmək formasında məhdudiyyətlər yaradacaqdır ki, bu da əlil uşaqlarının hər ay müvafiq müddətə Bakı şəhərinə müalicəyə aparılmasına mane olacaq və bununla da ailəsinin həyat şəraitinə mənfi təsir göstərəcəkdir. Deməli cəzanın məqsədləri, ədalət və humanizm prinsipləri baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiq və ədalətli deyildir. Digər tərəfdən, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən ölkə üzrə yaşayış minimumunun 190 manat, əmək qabiliyyətli əhali üçün yaşayış minimumunun 201 manat müəyyən olunduğu, onun yaşayış minimumu məbləğində aylıq qazancının olubolmadığının müəyyən edilmədiyi şəraitdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan beş min manatdan yeddi min manatadək miqdarda cərimə cəzasının təyin edilməsi şübhə yoxdur ki, onun üçün ağır maddi məhrumiyyətlər yaratmış olardı və qətiyyən cəzanın məqsədlərinə xidmət etməzdi. Bu xüsusda Təqsirləndirilən şəxs islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərinin təmin edilməsinə; sosial ədalətin bərpasına, ümumi və xüsusi prevensiyaya şərait yaradardı. Məhkəmə təqsirləndirilən şəxsə hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.1-cimaddəsinin sanksiyasında müəyyən edilmiş həddə islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli, cəza çəkməsinin əvvəli aylıq qazancından dövlət nəfinə ilk məbləğ tutulduğu vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Kapital Bank ASC Gənclik Mail filialı Kod 201025 VÖEN ********** SVVİFTkodAİİBAZ2XM\hAZ37NABZ******************** VÖEN ********** hesabAZ53AİİB******************** hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəməyədək icraat zamanı 20 iş saatı, məhkəmə icraatı zamanı isə 5 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat, cəmi 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi nəfinə, X13 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Ceyhun X3 hesabı: AZ11AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. X1rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və aylıq qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin; cəzasını iş yeri üzrə çəksin; cəza çəkməsinin əvvəli aylıq qazancından dövlət nəfinə ilk məbləğ tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Kapital Bank ASC Gənclik Mail filialı Kod 201025 VÖEN ********** SVVİFT kod AİİBAZ2XM\hAZ37NABZ******************** VÖEN ********** hesab AZ53AİİB******************** hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat, cəmi 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi nəfinə, X13 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Ceyhun X3 hesabı: AZ11AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar