Məhkəmə qərarları › İş №1(019)-66/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-66/2021

15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-66/2021 15.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş-Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə məhkum edilmiş, məhkumluğu ödənilməmiş, işləməyən, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olan və tutulan günə kimi həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 2020-ci ilin iyul ayının əvvəllərində Balakən rayonu Gərəkli kəndi ərazisində Humbul çayının kənarında, səpələnmiş şəkildə yerdən tapıb yığaraq, əldə etdiyi, 05 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını tapdığı gün Balakən rayonu Gərəkli kəndi ərazisində, Humbul çayının kənarında, kolluq ərazidə, işlənmiş boya qablarına torpaq doldurmaqla, həmin qablarda qəsdən, qanunsuz olaraq, əkərək, həmin toxumlardan bitmiş, istintaqa məlum olmayan sayda narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərib, yetişdirməklə kultivasiya etmiş, 2020-ci ilin oktyabr ayının axırlarında əkib-yetişdirərək, kultivasiya etdiyi həmin çətənə bitkilərinin üzərindən yararlı hissələrini toplayıb qurutmaqla, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 38,72 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, daşıyaraq, Balakən rayon Gərəkli kəndində yaşadığı evə gətirmiş, həmin qurudulmuş marixuananın 37,90 qramını ayrı-ayrılıqda təmiz çəkiləri, 6,71 qram, 5,51 qram, 6,24 qram, 5,28 qram, 5,08 qram, 5,81 qram və 3,27 qram olmaqla 06 ədəd kibrit qutularına və sellofan torbaya bükülmüş 01 ədəd kağız bükümə yığıb, yataq otağındakı çarpayının üzərində olan döşəyin altında, 0,82 qramını isə ayrı ayrılıqda təmiz çəkiləri 0,22 qram, 0,39 qram, və 0,21 qram olmaqla 03 ədəd kağız bükümlərdə yaşayış evinin mətbəxindəki dolabda olan boşqabın içərisində öz istifadəsi məqsədi ilə saxlamışdır. 27 mart 2021-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evə öz könüllü razılığı və iştirakı ilə saat 13:30-dan 14:50-dək baxış keçirilən zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumilikdə 38,72 qram çəkidə əldə edib daşıyaraq öz istifadəsi məqsədi ilə yaşadığı evdə yataq otağındakı çarpayının üzərində olan döşəyin altında və həmin yaşayış evinin mətbəxindəki dolabda olan boşqabın içərisində saxladığı eyni tərkibli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, həyat yoldaş Şahid1, azyaşlı oğlanları Nürəddin Dibirov, Məhəmməd Dibirov və qızı Fatimə Dibirova ilə birlikdə yaşayır. 27 mart 2021-ci ildə Balakən RPŞ-nin əməkdaşlarına təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün yaşadığı evdə saxlamışdır. Əvvəlki ifadələrində qeyd etdiyi kimi 2015-ci ildə Azərbaycan Respublikasının CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmişdir. Həmçinin 01.05.2019-ci ildə Şəki Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 08 ay 22 gününü çəkmək üçün məntəqə tipli çəzaçəkmə müəssisəsinə keçirilmişdir. 2020-ci ilin iyul ayının əvvəlləri Balakən rayon Gərəkli kəndinin ərazisində “Humbul” çayının kənarından yerdən açıq vəziyyətdə səpələnmiş şəkildə taparaq, yığdığı narkotik tərkibli çətənə bitkisinin toxumlarını həmin gün “Humbul” çayının kənarında, həmin çayın kənar hissəsində 5 ədəd ayrı-ayrı boya qablarına torpaq doldurmaqla qabları çayın kənarında olan daşların arxasında kolluq əraziyə aparıb, həmin 05 ədəd qablarda əkmişdir. Həmin toxumlardan cücərərək bitmiş olan 05 ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq etmiş və yetişdirmişdir. Cəmi 10 dəfə ağaclara qulluq etmiş, yəni suvarıb diblərini yumşaldıb, alaq otlarından təmizləmişdir. Əkdiyi qablar isə çay ərazisinə atılmış qablar olmuş, yəni çətənə toxumlarını əkərkən işlənmiş boya qablarından istifadə etmişdir. Çətənə bitkiləri təxminən 2020-ci ilin oktyabr ayının sonunda yetişmiş, bitkilər yetişdikdən sonra yetişmiş narkotik tərkibli 05 ədəd çətənə bitkisinin yararlı hissələrindən yığaraq, çayın quru hissəsində, yəni gizlin yerdə daşların üstündə sərib saxlamışdır ki, 2 gün gündə qalsın və qurusun. 05 ədəd çətənə bitkilərini isə çay ərazisinə tullamışdır. Çətənə bitkisinin hissələri quruduqdan sonra qurudulmuş vəziyyətdə gizlicə yaşadığı evə aparmış, sonra isə yaşadığı evdə elə həmin gün 06 ədəd kibrit qutularına və sellofan torbaya 1 ədəd kağız bükümün içərisinə yığmış və evin çarpayı olan otağında çarpayının üstündəki döşəyin altında saxlamışdır. Həmin 6 ədəd kibrit qutularındakı və sellofan torbanın içərisindəki 1 ədəd kağız bükümdə saxladığı narkotik vasitə marixuananı şəxsi istifadəsi üçün salxamışdır. Lakin həmin narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməmişdir. Onun narkotik tərkibli çətənə bitkiləri əkməyindən, həmçinin yaşadığı evdə narkotik vasitə saxlamağından ailə üzvlərinin, yaxud hər hansı şəxs və ya şəxslərin xəbəri olmamışdır. 25 mart 2021-ci il tarixdə o, evində 06 ədəd kibrit qutularından əlavə sellofanın içərisində 1 ədəd kağız bükümdə saxladığı narkotik vasitə marixuananın yararsız hissələrini, yəni toxumla qarışıq olan və sarmaşıq otu ilə qarışıq olan hissəsini 03 ədəd kağız bükümə yığaraq, yaşadığı evin mətbəx otağındakı dolabın içərisində olan şüşə qabda saxlamışdır. Həmin bükümün içərisində sarmaşıq otları və toxumlar olmuşdur. Həmin saxladığı çətənə bitkisinin toxumlarını və bükümlərdə toxumla qarışıq vəziyyətdə olan narkotik vasitə qurudulmuş marixuana və sarmaşıq otlarını yararsız, zir-zibil olduğundan tullamaq fikri olmuşdur. 27 mart 2021-ci il tarixdə polis əməkdaşları yaşadığı evə gələrək, onu yol qapısına çağırmışlar. Ondan evində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O da yaşadığı evdə narkotik vasitə saxlamağı barədə polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları ona yaşadığı evə baxış keçirəcəklərini demişlər. O da baxış keçirilməsinə etiraz etnməmişdir. Həmçinin bu barədə polisə ərizə də vermişdir. Baxış zamanı fasiləsiz videoçəkilişdən istifadə edilmişdir. Polislər onu çağırdıqları zaman o, evin yataq otağında döşəyin altında saxladığı 6 ədəd kibrit qutusundakı və sellofan torbadakı 1 ədəd kağız bükümdə olan narkotik vasitə marixuananı gizlətmək məqsədi ilə götürərək, evin digər yataq otağındakı çarpayının üzərindəki döşəyin altında saxlamışdır. Lakin əvvəlcə 06 ədəd kibrit qutularında və sellofanın içərisində 1 ədəd kağız bükümdə olan narkotik vasitə marixuananı evin digər otağında çarpayının üstündə olan döşəyin altında saxlamışdır. Polislərin gəldiyini gördükdə isə nə edəcəyini bilməmiş və 06 ədəd kibrit qutusunda olan və sellofanın içərisində 1 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixunananı evin digər otağına keçirmiş və çarpayının üzərində olan döşəyin altında gizlətmiş, sonra isə çölə çıxaraq, polisləri qarşılamışdır. Yaşadığı evə gələrək, onu çağıran polis əməkdaşları ona yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlamağı barədə özlərində məlumat olmasını, evinə baxış keçirilməsinə icazə verib-verməməyini soruşduqda, o, polis əməkdaşlarına yaşadığı evə baxış keçirmələrinə icazə verdiyini, yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana saxladığın və təqdim edəcəyini bildirmişdir. Yaşadığı evə baxış keçirilən zaman o, evin yataq otağındakı çarpayının üzərindəki döşəyin altında saxladığı 06 ədəd kibrit qutusundakı və sellofanın içərisində 1 ədəd kağız bükümdə olan narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi 06 ədəd kibrit qutusundakı və sellofan torbadakı 1 ədəd kağız bükümdə olan narkotik vasitə marixuana üzərlərindəki kibrit qutusu və sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 59 qram təşkil etmişdir. Onun təqdim etdiyi 06 ədəd kibrit qutusundakı və sellofan torbadakı 1 ədəd kağız bükümdə olan narkotik vasitə marixuana 01 ədəd ağ rəngli zərfə qoyulub, möhürlənərək, qablaşdırılmış və maddi sübut kimi götürülmüşdür. Daha sonra o, yaşadığı evin mətbəx otağındakı dolabın içərisində olan şüşə qabda saxladığı 03 ədəd içərisində narkotik tərkibli çətənə bitki toxumları ilə qarışıq olan sellofan torbadan götürdüyü narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Onun polis əməkdaşlarına təqdim etdiyi 03 ədəd kağız büküm elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 7 qram təşkil etmişdir. Həmin 03 ədəd kağız büküm 01 ədəd ağ rəngli zərfə qoyulub, möhürlənərək, polis əməkdaşları tərəfindən qablaşdırılıb, götürülmüşdür. Baxış zamanı onun yaşadığı evdən və evin həyətindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Ekspert rəyi ilə tanış olduqdan sonra isə ona məlum olmuşdur ki, yaşadığı evdə saxladığı 06 ədəd kibrit qutularında və sellofan torbanın içərisindəki 1 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuananın ayrı ayırlıqda çəkiləri 6,71 qram, 5,51 qram, 6,24 qram, 5,28 qram, 5,08 qram, 5,81 qram və 3,27 qram olmaqla ümumi təmiz çəkisi 37,90 qram, yaşadığı evin mətbəx otağındakı dolabda olan şüşə qabda saxladığı 1 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,22 qram olan kütlə, digər 1 ədəd göy-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,39 qram olan kütlə, həmçinin həmin qabın içərisindəki digər ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,21 qram olan kütlə narkotik vasitə qurudulmuş marixuanadır. Həmin saxladığı 06 ədəd kibrit qutularındakı və sellofan torbadakı 1 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün evində saxlamışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən də görünür ki, təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuananı əkdiyi narkotik tərkibli çətənə bitkilərinin üzərindən yığaraq, öz şəxsi istifadəsi üçün qurudaraq, yaşadığı evə gətirib öz şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Lakin həmin vaxt baxışı həyata keçirən təhqiqatçı bir neçə dəfə təkrarən narkotik vasitə qurudulmuş marixuananı hansı məqsədlə qablarda hissələrə ayırıb saxladığını soruşmuş və bu zaman o, özünü itirmiş, əvvəlcə polislərə həqiqəti demişdir. Yəni yaşadığı evdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün saxladığını demişdir. Lakin hiss etmişdir ki, polislər narkotik vasitə marixuananı öz şəxsi istifadəsi üçün saxladığına inanmamışlar. Baxış prosesini həyata keçirən polis əməkdaşı şübhə ilə narkotik vasitə marixuanaları əgər öz istifadəsi üçündürsə, ona nə üçün ayrı-ayrı qablara yığıb saxladığını soruşmuşdur. O da polislərin ona inanmamalarından, şübhələnmələrindən qorxmuş və fikirləşmişdir ki, sözləri polislərə inandırıcı gəlməsə,onu polis şöbəsində döyəcəklər. Narkotik vasitə marixuananı satmaq üçün saxladığını boynuna almağı üçün onu incidəcəklər və ona təziq edəcəklər. Onun məsuliyyətini ağırlaşdırmaq üçün ona hər hansı bir formada pislik edəcəklər. Fikirləşmişdir ki, yaşadığı evdə aşkar edilmiş narkotik vasitə marixuananın çəkisini biraz da artıracaqlar. Ona görə də qorxusundan yalandan demişdir ki, maddi vəziyyəti pisdir və istəyən olsa, satmaq fikri olmuşdur. Lakin hazırda bir daha bildirir ki, onun narkotik vasitəni satmaq fikri olmamışdır. Satmaq üçün hər hansı şəxs və şəxslərlə görüşməmişdir. Narkotik satmaq üçün hər hansı şəxslə əlaqəsi olmamışdır. Həmçinin narkotik vasitə satmaq üçün heç kimlə razılaşmamışdır. Həmin narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün saxlamışdır. Yaşadığı evdə narkotik çəkmək üçün tərəzi belə yoxdur. Narkotik alqı-satqısı ilə məşğul olsa idi, narkotik vasitəni tərəzi ilə çəkib satardı. Çünki satış zamanı narkotik vasitə çəkilərək, satılır. Göründüyü kimi, onda narkotik vasitənin çəkisini müəyyən etmək üçün heç bir avadanlıq olmamışdır. Həmçinin onun narkotik vasitə satmaq üçün hər hansı bir şəxsə və şəxslərə təklifi olmamışdır. Heç kimə narkotik vasitə marixuana satmamışdır. Narkotik vasitə marixuananı ona görə kibrit qutularına yığmışdır ki, adətən marixuana istifadə üçün kibrit qutusunda saxlanılır. Həm marixuananı kibrit qutusunda saxlayanda dağılıb israf olmur. Həmçinin üzərində kibrit qutusunda saxlayanda heç kim şübhələnmir. Qurudulmuş marixuananı kibrit qutusunda saxlayıb daşımaq rahat olur. Bundan başqa marixuananı kibrit qutusunda saxlayanda nəmlənmir və xarab olmur. Onun satış məqsədi olsa idi, daha çox bitki əkərdi və bitkilərin üzərindən daha çox narkotik toplayardı. Beləliklə də daha çox narkotik vasitə satardı və daha çox pul əldə edərdi. Lakin onun belə bir fikri olmamışdır. Ona görə də az bitki əkmişdir. Əkdiyi bitkilərin üzərindən özü istifadə etmək üçün az miqdarda bitki hissələri yığmışdır. Ondan cəmi 38,72 qram narkotik vasitə aşkar edilmişdir. Onun da bir hissəsi zir-zibilidir, yəni toxumlarla, sarmaşıq otları ilə qarışıqdır. Aşkar edilmiş narkotik vasitəni satmış olsa belə, hər hansı bir böyük məbləğli pul etməzdi. Yəni az məbləğ pul edərdi. Həmçinin evin mətbəxində olan 03 ədəd kağız bükümlərdə olan narkotik vasitə marixuana həm toxumla qarışıq olmuş, həmçinin də içərisində sarmaşıq otları olmuşdur. Yəni içərisi sarmaşıq otları və toxum olmuşdur. Ona görə də həmin kağız bükümlərdə olan qarışığı tullamaq üçün kağızlara büküb mətbəxdəki dolaba qoymuşdur. Narkotik vasitə marixuananı öz istifadəsi üçün saxladığını dedikdə polislər ondan şübhələndiklərinə görə qorxusundan istəyən olsa idi, satardı deyəndən sonra görmüşdür ki, polislər onunla mülayim davranırlar. Ona daha şübhə ilə yanaşmırlar. Ona görə də məhkəmədə və istintaqda istəyən olsa idi, satardı demişdir. Lakin sonradan vəkili ilə görüş zamanı vəkili ona hər şeyi izah etmiş və vəkili ona həqiqətləri deməyini başa salmışdır. O da bundan sonra başa düşmüşdür ki, səhv məlumat verməklə vəziyyətini daha da ağırlaşdırır. Ona görə də istintaqa düzgün ifadə vermək və həqiqətləri demək qərarına gəlmişdir. Yəni evində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün özü çəkib istifadə etmək üçün saxlamışdır. Əməlindən peşimandır.Gələcəkdə belə hallara yol verməyəcəkdir.Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Balakən rayon Gərəkli kənd sakini Təqsirləndirilən şəxs onun əridir. Təqsirləndirilən şəxsla rəsmi nigahlarından 3 azyaşlı övladları vardır. Əri Arif bir dəfə narkotik vasitlələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum edilmişdir. Lakin həbsdən azad edildikdən sonra bir daha narkotik vasitə qəbul etməyəcəyini bildirmişdir. 27 mart 2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları onların birlikdə yaşadıqları Balakən rayonu Gərəkli kəndində yerləşən evlərinə gələrək, əri Təqsirləndirilən şəxs iştirakı ilə yaşadıqları evə baxış keçirmişlər. Baxış keçirildikdən sonra isə ona məlum olmuşdur ki, əri Təqsirləndirilən şəxs yaşadıqları evdə narkotik vasitə marixuana saxlamış, həmin narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin sonradan ona məlum olmuşdur ki, əri Təqsirləndirilən şəxs narkotik vasitə marixuananı öz istifadəsi üçün saxladığını bildirsə də, sonradan narkotik vasitə marixuananı satış məqsədi ilə saxladığını göstərmişdir. Lakin əri Təqsirləndirilən şəxs narkotik vasitə satmamışdır. Həmçinin onların evinə əri Təqsirləndirilən şəxs narkotik vasitə almaq üçün, yaxud narkotik vasitə qəbul etmək üçün heç bir şübhəli şəxs gəlməmişdir. Əri Təqsirləndirilən şəxs yaşadıqları evdə narkotik vasitə marixuana saxlamasından onun xəbəri olmamışdır. O, narkotik vasitələrin heç birini tanımır. Həmçinin də yaşadıqları evdə narkotik vasitəyə oxşar şübhəli bir maddə görməmişdir. Əri Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etdiyini belə görməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olmamış və narkotik vasitə marixuana qəbul etməmişdir. Məhkəmə iclasında zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyir. 27 mart 2021-ci il tarixdə Balakən rayon Gərəkli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur. Bu barədə Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Balakən RPŞ-nin rəhbərliyinin müvafiq göstərişinə əsasən Balakən RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı Natiq Muradov tərəfindən qəbul edilmiş müvafiq qərar əsasında Balakən rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə Balakən rayon Gərəkli kənd sakini Təqsirləndirilən şəxs Balakən rayon Gərəkli kəndində yaşadığı evin qarşısına gəlmişlər. Yoldan yəni evin darvazasından çöldə dayanaraq Təqsirləndirilən şəxs çağırmışlar. Təqsirləndirilən şəxs da yola çıxmış, bu zaman təhqiqatçı Natiq Muradov tərəfindən Təqsirləndirilən şəxs izah edilmişdir ki, yaşadığı evdə narkotik vasitə saxlaması barədə Balakən RPŞ-yə məlumat daxil olmuşdur. Buna görə də həmin məlumat əsasında yaşadığı evinə, həyətyanı sahəsinə, yardımçı tikililərinə baxış keçirəcəklərini bildirmişdir. Həmçinin bu barədə qərar Təqsirləndirilən şəxs təhqiqatçı Natiq Muradov tərəfindən elan edilmiş, Təqsirləndirilən şəxs da baxış keçirilməsinə heç bir etirazı olmadığını və bu barədə ərizə də yazaraq etirazının olmadığını qeyd etmişdir. Həmin vaxt təhqiqatçı X11 Dibirovdan yaşadığı evdə narkotik vasitə olub-olması barədə soruşmuş, Təqsirləndirilən şəxs da yaşadığı evdə narkotik vasitə marixuana saxladığını bildirmişdir. Daha sonra polis əməkdaşları və o, Təqsirləndirilən şəxs iştirakı ilə, həmçinin onun öz könüllü razılığı ilə yaşadığı evə daxil olmuşlar. Evə daxil olduqdan sonra Təqsirləndirilən şəxs yataq otağına onlarla birlikdə keçərək, yataq otağındakı çarpayının üzərində olan döşəyi qaldırmış və həmin döşəyin altında saxladığı 06 ədəd kibrit qutusanda və 01 ədəd sellofanın içərisində ağ rəngli kağız bükümdə narkotik vasitə marixuanaya oxşar bitki kütləsini təqdim etmişdir. Həmin bitki kütlələrinin narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin bitki kütlələrini təqdim edərkən həmin bitki kütlələrini təxminən 2020-ci ilin iyun-iyul ayında çay ərazisində əkdiyini, 05 ədəd narkotik tərkibli çətənə bitkisindən öz şəxsi istifadəsi üçün yığaraq əldə etdiyini bildirmişdir. Lakin həmin narkotik vasitə marixuananı heç kimə satmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 06 ədəd kibrit qutularında və sellofanda 1 ədəd kağız bükümdə kağız bükümdə olan marixuanaya oxşar bitki kütlələri kibrit qutularla, həmçinin sellofanda olan kağız bükümlə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilərkən çəkisinin 59 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş bitki kütlələri 01 ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin mətbəx otağında da narkotik vasitə marixuana saxladığını bildirmişdir. Sonra isə mətbəxə keçərək, orada dolabın içərisində saxladığı 02 ədəd ağ rəngli kağız büküm və 01 ədəd göy rəngli kağız büküm olan şüşə saxsı boşqabı təqdim edərək, kağz bükümlərdə bitki kütlələri olduğunu və həmin bitki kütlələrini 2020-ci ildə əkdiyi narkotik tərkibli çətənə bitkisinin üzərindən yığdığı 06 ədəd kibrit qutusunda və sellofanda olan 1 ədəd kağız bükümün içərisində saxladığı bitki kütlələrinə aid olduğunu və 03 ədəd kağız bükümlərdə olan bitki kütlələrini və toxumları həmin bitkilərdən ayıraraq, atmaq üçün saxladığını qeyd etmişdir. Həmin 03 ədəd kağız bükümlər açıldıqda 01 ədəd göy rəngli kağız bükümün içərisində narkotik vasitə marixuanaya oxşar bitki kütləsi və narkotik tərkibli çətənə bitkisinin toxumlarına oxşar toxumlar, həmçinin ağ rəngli kağız bükümün birinin içərisində narkotik vasitə marixuanaya oxşar bitki kütləsi və narkotik tərkibli çətənə bitkisinin toxumlarına oxşar toxumlar, digər ağ rəngli kağız bükümdə isə narkotik vasitə marixuanaya oxşar bitki kütləsinin olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik tərkibli marixuanaya oxşar bitki kütlələri elektron tərəzidə kağız bükümlərlə birlikdə çəkilmiş və ümumilikdə çəkilərinin 7 qram olması müəyyən edilmşdir. Təqdim edilmiş kağız bükümlər 01 ədəd ağ rəngli kağız zərfə qoyularaq, qablaşdırılıb möhürlənmişdir. Daha sonra baxış davam etdirilərkən Təqsirləndirilən şəxs evində və həyətində başqa narkotik vasitə və qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Baxış zamanı əlavə vəsatət və şikayət daxil olmamış, baxış Sony markalı videokamera ilə fasiləsiz vedioçəkiliş aparılmaqla qeydə alınmışdır. Baxış zamanı müvafiq baxış protokolu tərtib edilmiş, həmçinin baxış 27 aprel 2021-ci tarixdə saat 13:30 radələrindən saat 14:50 radələrinədək keçirilmişdir.Tərtib edilmiş protokol ucadan oxunmuş, o və digər polis əməkdaşları tərəfindən, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə Şahid3 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid3 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 da Şahid2 ifadəsinə uyğun ifadə vermiş və onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İşin 6-9-cu vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş baxış keçirilməsi barədə 27 mart 2021-ci il tarixli protokoldan görünür ki, 27 mart 2021-ci il tarixdə saat 13:30 radələrindən saat 14:50 radələrinədək Balakən rayon Gərəkli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur.Həmin məlumat əsasında təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir.Həmin qərar əsasında Təqsirləndirilən şəxs yaşadığı Balakən rayon Gərəkli kəndində yerləşən yaşayış evinə və onun həyatyanı sahəsinə baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs Dibirova yaşadığı evində narkotik vasitə, əşya saxlayıb-saxlamaması barədə sula verilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana saxladığını bildirmişdir. Həmçinin həmin qurudulmuş marixuananı təqdim edəcəyini demişdir. Arif Dibirov polis əməkdaşlarının onun evinə və həytyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ev ikimərtəbli olmaqla 0,15 ha həyətyanı sahədə yerləşir.Yaşayış evi üç otaq, bir mətbəx və bir hamam otağından ibarətdir. Evə daxil olduqdan sonra Təqsirləndirilən şəxs yataq otağına polis əməkdaşları ilə birlikdə keçərək, yataq otağındakı çarpayının üzərində olan döşəyi qaldırmış və həmin döşəyin altında saxladığı 06 ədəd kibrit qutusunda və 01 ədəd sellofanın içərisində ağ rəngli kağız bükümdə narkotik vasitə marixuanaya oxşar bitki kütləsini təqdim etmişdir. Həmin bitki kütlələrinin narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bitki kütlələrini təqdim edərkən demişdir ki, həmin bitki kütlələrini təxminən 2020-ci ilin iyun-iyul ayında çay ərazisində əkdiyi 05 ədəd narkotik tərkibli çətənə bitkisindən öz şəxsi istifadəsi üçün yığaraq əldə etmişdir. Həmçinin maddi vəziyyəti çətin olduğundan yaşadığı evdə satmaq üçün qablaşdıraraq saxladığını bildirmişdir. Lakin həmin narkotik vasitə marixuananı heç kimə satmadığını söyləmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 06 ədəd kibrit qutularında və 01 ədəd sellofanda kağız bükümdə olan marixuanaya oxşar bitki kütlələri kibrit qutularla, həmçinin sollofanda olan kağız bükümlə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilərkən çəkisinin 59 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş bitki kütlələri 01 ədəd ağ rəngli kağız zərfə qoyularaq, qablaşdırılıb götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin mətbəx otağında da narkotik vasitə marixuana saxladığını bildirmişdir. Sonra isə mətbəxə keçərək orada dolabın içərisində saxladığı 02 ədəd ağ rəngli kağız büküm və 01 ədəd göy rəngli kağız büküm olan, yəni 03 ədəd kağız bükümü olan saxsı boşqabı təqdim edərək, kağız bükümlərdə bitki kütlələri olduğunu və həmin bitki kütlələrini 2020-ci ildə əkdiyi narkotik tərkibli çətənə bitkisinin üzərindən yığdığı 06 ədəd kibrit qutusunda və 01 ədəd sellofanda olan kağız bükümün içərisində saxladığı bitki kütlələrinə aid olduğunu və 03 ədəd kağız bükümlərdə olan bitki kütlələrini və toxumları həmin bitkilərdən ayıraraq, atmaq üçün saxladığını bildirmişdir. Həmin 03 ədəd kağız bükümlər açıldıqda 01 ədəd göy rəngli kağız bükümün içərisində narkotik vasitə marixuanaya oxşar bitki kütləsi və narkotik tərkibli çətənə bitkisinin toxumlarına oxşar toxumlar, həmçinin ağ rəngli kağız bükümün birinin içərisində narkotik vasitə marixuanaya oxşar bitki kütləsi və narkotik tərkibli çətənə bitkisinin toxumlarına oxşar toxumlar, digər ağ rəngli kağız bükümdə isə narkotik vasitə marixuanaya oxşar bitki kütləsinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik tərkibli marixuanaya oxşar bitki kütlələri elektron tərəzidə kağız bükümlərlə birlikdə çəkilmiş və ümumilikdə çəkilərinin 7 qram olması müəyyən edilmişdir. Təqdim edilmiş kağız bükümlər 01 ədəd ağ rəngli kağız zərfə qoyularaq, qablaşdırılıb möhürlənmişdir. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs evində və həyətində başqa narkotik vasitə və qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Baxış Panasonic markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Qeydə alınmış videogörüntülər protokola əlavə edilmişdir. Baxış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, hər hansı əlavə şikayət və vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 39-42-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-bioloji ekspetizasının 27.03.2021-ci il tarixli, 17/235 nömrəli rəyində göstərmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində " Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından çarpayının üzərindəki döşəyin altından aşkar edilmiş" sözləri yazılmış zərfin içərisindəki 06 (altı) ədəd kibrit qutularında və sellofan torbaya bükülmüş 01 (bir) ədəd kağız bükümdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri - 6,71 qr., 5,51 qr., 6,24 qr., 5,28 qr., 5,08 qr., 5,81qr. və 3,27qr., ümumi təmiz çəkisi - 37,90 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır; tədqiqata təqdim olunmuş, üzərində " Təqsirləndirilən şəxs yaşadığı evin mətbəx otağından aşkar edilmiş " sözləri yazılmış zərfin içərisindəki;- 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,22 qram olan yaşılımtıl rəngli bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmçinin həmin kağız bükümün içərisindəki, təmiz çəkisi - 0,07 qram olan digər tünd sarımtıl-qəhvəyi rəngli bitki mənşəli kütlə isə narkotik vasitələrə aid deyil, - 01 (bir) ədəd göy-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,39 qram olan yaşılımtıl rəngli bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin kağız bükümün içərisindəki, təmiz çəkisi - 0,18 qram olan digər tünd sarımtıl-qəhvəyi rəngli bitki mənşəli kütlə isə narkotik vasitələrə aid deyil. Həmçinin həmin bükümdəki, təmiz çəkisi - 1,13 qram olan bitki toxumları, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır və çətənə bitkisinin toxumları narkotik vasitələrə aid deyil, - 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,21 qram olan yaşılımtıl rəngli bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin həmin kağız bükümün içərisindəki, təmiz çəkisi - 0,14 qram olan digər tünd sarımtıl-qəhvəyi rəngli bitki mənşəli kütlə isə narkotik vasitələrə aid deyil. Həmçinin həmin bükümdəki, təmiz çəkisi - 3,38 qram olan bitki toxumları, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır və çətənə bitkisinin toxumları narkotik vasitələrə aid deyil; tədqiqata təqdim olunmuş, 06 (altı) ədəd kibrit quturularında və 04 (dörd) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd:marixuanaların ümumi təmiz çəkisi-38,72 qram, tədqiqata sərf edildi-0,20 qram (hər obyektdən 0,02 qram), qalıq-38,52 qram. Ekspertiza tədqiqatının dəyəri 35,97 manat təşkil edir. İşin 120-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş, ambulator məhkəiə-narkoloji ekspertizasının 18 may 2021-ci il tarixli, 555 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə konnobinoidlərdən istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 23-24-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş şübhəli şəxsi tutma haqqında 27 mart 2021-ci il tarixli protokoldan görünür ki, 27 mart 2021-ci ildə saat 13:30-da Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 81-83-cü vərəqələrində olan Balakən Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 4 (019)-20/2021 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 mart 2021-ci il tarixdən hesablanmışdır. İşin 85-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsininin 30 mart 2021-ci il tarixli, 5(019)-22/2021 nömrəli qərarından görünür ki, həmin qərarla Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Balakən rayonu Gərəkli kəndində yaşadığı evin həyətyanı sahəsinə, binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olmaqla baxış keçirilməsi barədə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Natiq Muradovun 27 mart 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İşin 99-109-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsininin 09 dekabr 2015-ci il tarixli, 1(091)-139/2015 nömrəli hökmündün görünür ki, həmin hökümlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 23 yanvar 2015-ci il tarixdən hesablanmışdır. İşin 130-133-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 01.05.2019-cu il tarixli, 7(075)-109/2019 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 01 il 08 ay 22 gününü çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. İşin 162-164-cü vərəqələrində olan Balakən Rayon Məhkəməsinin 22.06. 2021-ci il tarixli, 4(019)-50/2021 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün müddətə, yəni 17.07.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarından və iş materiallarında olan AZE 11071968 №-li, AA1312668 №-li və AZE 18818702 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrindən görünür ki, 21.12.2012-ci il tarixdə doğulmuş X1, 03.06.2014-cü il tarixdə doğulmuş X2 və 15.12.2017-ci il tarixdə doğulmuş X5 olmaqla Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaq vardır. İşin 115-116-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnamə üzrə 18.05.2021-ci il tarixli, 5 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 09.12.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 25.02.2016-cı il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmış və o, 23.01.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İşin 165-179-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 22 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilmiş, onun barəsində Azərbaycan Respublikası CM-nin 237-ci maddəsi və 188-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 38,72 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 38,52 qramı maddi sübut kimi tanınmış və saxlanması üçün Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman aparılan videoçəkilişin əks olunduğu 1 ədəd CD diski sübut kimi tanınaraq, iş materriallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qəsdən, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində üç nəfər azyaşlı uşağın olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsininin 09 dekabr 2015-ci il tarixli, 1(091)-139/2015 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 01.05.2019-cu il tarixli, 7(075)-109/2019 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 08 ay 22 gününü çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, 23.01.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmədən hazırkı cinayət əməlini törətmişdir. Ona görə də onun əməli cinayətin residivini yaradır. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur:…83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayətin residivi nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri qaydasında cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri əsasında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 27 mart 2021-ci il tarixdən şübhəli şəxs qismində tutulub hazırki günədək həbsdə saxlandığı müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 27 mart 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPMnin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratdığından və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə uyğun olaraq o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 18 may 2021-ci il tarixli, 555 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığının, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X3 Şəxsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 35,97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 38,72 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 38,52 qramı məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman aparılan videoçəkilişin əks olunduğu 1 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 8 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 48 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşina Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Təqsirləndirilən şəxs 27 mart 2021-ci il tarixdən şübhəli şəxs qismində tutulub hazırki günədək həbsdə saxlandığı müddət ona təyin edilən cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 27 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X3 Şəxsinə göndərilsin. İş üzrə 35,97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 38,72 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 38,52 qramı məhv edilsin; Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman aparılan videoçəkilişin əks olunduğu 01 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 48 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar