Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-66/2022 20.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X2 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı,müdafiəçilər-Balakən rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-04 avqust 1972-ci il tarixdə Balakən rayonu Tülü kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən,məhkumluğu olmayan,Balakən rayonu Tülü kəndində pasport qeydiyyatında olmaqla həbs olunan vaxta kimi həmin ünvanda yaşamış,barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə; TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx xxxxxx 1969-cu il tarixdə Balakən şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında pasport qeydiyyatında olmaqla həbs olunan vaxta kimi həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 06 may 2022-ci il tarixdə saat 19 radələrində Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 sonuncunun yaşadığı ünvan 2 ünvanında yerləşən evinin həyətində qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,294 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manat pul ödəyib alaraq öz istifadəsi məqsədi ilə əldə edib üzərində daşıyaraq əynindəki cins şalvarın sağ yan cibində saxlamışdır.06 may 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində onun Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 19 radələrində qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, 10 manat pul müqabilində öz şəxsi istifadəsi üçün alaraq əldə edib, daşıyaraq üzərində saxladığı 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdəki şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,294 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin 06 may 2022-ci il tarixdə saat 20:20-dən 21:00-dək aparılmış şəxsi axtarış zamanı onun əynindəki cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 05 may 2022-ci il tarixdə saat 14 radələrində Balakən şəhəri M.Füzuli küçəsindəki zibil qutusunun yanında yerdən 01 ədəd kağız bükümdə taparaq əldə etdiyi ümumi təmiz çəkisi 0,534 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 06 may 2022-ci il tarixdə saat 19 radələrində həmin narkotik vasitə heroinin 0,294 qram olan hissəsini 01 ədəd gümüşü-ağ rəngli kağıza bükərək yaşadığı ünvan 2 ünvanında yerləşən evinin həyətində 10 manat müqabilində tanışı Təqsirləndirilən şəxs1 satmış, geriyə qalan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,240 qram olan hissəsini 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün əynindəki cins şalvarın sağ yan cibində daşıyaraq üzərində saxlamışdır.06 may 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 19 radələrində qəsdən, qanunsuz olaraq tamah niyyəti ilə Təqsirləndirilən şəxs1 10 manat müqabilində satdığı 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdəki təmiz çəkisi 0,294 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin 06 may 2022-ci il tarixdə saat 20:20-dən 21:00-dək aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki cins şalvarın sağ yan cibindən, eləcə də, Təqsirləndirilən şəxs2 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi üçün əldə edib daşıyaraq əynindəki cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,240 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin həmin tarixdə saat 22:25-dən saat 23:00-dək aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərini törətmələri məhkəmə iclasında Təqsirləndirilən şəxs1 qismən etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Tülü kəndində ailə üzvləri ilə birlikdə yaşayır və fəhləçilik edərək pul qazanıb ailəsini dolandırır. Təxminən 05 ilə yaxın müddətdir narkotik vasitələrdən istifadə edir. Balakən Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 2021-ci ilin dekabr ayında vaxtından əvvəl amnistiya aktına əsasən azad olunmuşdur. O, təxminən 02 aydır narkotik vasitə heroini inyeksiya yolu ilə qəbul edir. 06 may 2022-ci il tarixdə axşam saatlarında yaşadığı evdə olan zaman Balakən şəhər sakini olan tanışı Təqsirləndirilən şəxs2 onun mobil telefonuna zəng edərək həyətində biçilməli otlar olduğunu bildirmiş və həmin otu biçib aparmasını ondan xahiş etmişdir. O, da razılaşaraq yaşadığı evdən çıxıb piyada Nazimin Balakən şəhəri ərazisində yaşadığı ünvana getmişdir. Orada Nazimlə həyətdəki otlara baxdıqdan sonra səhəri gün gündüz vaxtı gedib otları biçəcəyini bildirmişdir. Bundan sonra Nazimlə sağollaşıb həyətdən bayıra çıxmış və yolu qarşı tərəfə keçib piyada yaşadığı evə tərəf gedən zaman, təxminən saat 19:00 radələrində iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Balakən rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək onu Polis Şöbəsinə dəvət etmişlər. O, da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində xidməti otaqların birində əvvəlcə təhqiqatçı Zaur Xəlilov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Şühbəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Zaur Xəlilov tərəfindən ona hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Zaur Xəlilov tərəfindən ona üzərində hər hansı qeyri-qanuni əşya və ya predmet olub-olmaması barədə sual verilmişdir. Bu zaman həmin gün tapdığı və əynindəki cins şalvarın sağ yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan 01 ədəd bükümü çıxardıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarış zamanı onun üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi 01 ədəd büküm təhqiqatçı Zaur Xəlilov tərəfindən elektron tərəzidə ölçülmüş və çəkisi 0,38 qram təşkil etmişdir.Bundan sonra onun təqdim etdiyi 01 ədəd büküm təhqiqatçı Zaur Xəlilov tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı düzgün olmayaraq, polis əməkdaşlarının təsiri ilə üzərindən aşkar edilmiş narkotik vasitə heroini Nazimdən 10 manat müqabilində aldığını bildirmişdir.O,həmin narkotiki Nazimdən almamış,bir gün əvvəl küşədən tapmışdır.Əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Göstərdiklərini nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindiriilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hazırda ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O, təxminən 20 ildir ki, narkotik vasitələrdən istifadə edir. Balakən Rayon Məhkəməsinin 18 avqust 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 2016-cı ilin iyun ayında vaxtından əvvəl azad olunmuşdur. 06 may 2022-ci il tarixdə axşam saatlarında yaşadığı evin həyətinə çıxanda həyətdə bitmiş otların böyüyüb çoxaldığını görmüş və otları biçdirib həyəti təmizlətmək qərarına gəlmişdir. Buna görə tanışı olan, Balakən rayonu Tülü kənd sakini Təqsirləndirilən şəxs1 mobil telefonuna zəng edərək xahiş etmişdir ki, gəlib həyətindəki otları biçsin və otları aparıb həyəti təmizləsin. Telman da razılaşaraq həmin tarixdə təxminən saat 19:00 radələrində yaşadığı ünvana gəlmişdir. Telman həyətdəki otlara baxdıqdan sonra səhəri gün, yəni 07 may 2022ci il tarixdə gündüz vaxtı gedib otları biçəcəyini bildirmişdir.Bundan sonra Telman evinə getmək üçün onunla sağollaşıb həyətdən bayıra çıxmış, o da yaşadığı evə getmişdir.O, evdə yatdığı zaman polis əməkdaşları qanunsuz olaraq onun evinə girib evi axtarmış, sonra onu Balakən rayon Polis Şöbəsinə gətirmişlər.Bundan sonra Polis Şöbəsində xidməti otaqların birində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Zaur Xəlilov tərəfindən ona hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Zaur Xəlilov tərəfindən ona üzərində hər hansı qeyri-qanuni əşya və ya predmet olub-olmaması barədə sual verilmişdir. O, əynindəki şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 01 ədəd bükümü, həmçinin 02 ədəd 05 manatlıq əskinazlardan ibarət ümumilkdə 10 manat pulu çıxardıb masanın üzərinə qoymuşdur.Həmin narkotik və pul ona məxsus olmamış,cibinə necə qoyulduğunu bilməmişdir. Şəxsi axtarış zamanı onun üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi 01 ədəd büküm təhqiqatçı Zaur Xəlilov tərəfindən elektron tərəzidə ölçülmüş və çəkisi 0,41 qram təşkil etmişdir. Bundan sonra onun təqdim etdiyi 01 ədəd büküm və 02 ədəd 05 manatlıq əskinazlardan ibarət ümumilkdə 10 manat pul təhqiqatçı Zaur Xəlilov tərəfindən 02 ədəd ayrı-ayrı ağ rəngli kağız zərflərə qoyulub qablaşdırılmış,zərflər möhürlənmiş və üzərləri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. O, Telmana, nə də başqa şəxsə narkotik vasitə satmamışdır, Telman ona 10 manat pul verməmişdir, onun üzərində narkotik vasitə olmamışdır. Polis işçiləri ona fiziki zorakılıq göstərdiklərindən şəxsi axtarış zamanı və ifadələrində Telmana narkotik vasitə satdığını, 10 manat pul aldığını,üstündən çıxan narkotik vasitənin özünə məxsus olduğunu, özü istifadə etmək üçün saxladığını bildirmişdir. Barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət aparır. 06 may 2022-ci il tarixdə Balakən rayon Hənifə kənd sakini Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə Balakən RPŞ-nə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə tərəfindən RPŞ-nin rəhbərliyinə raportla müraciət edildikdən sonra müvafiq göstəriş əsasında həmin gün saat təxminən 20 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı Hənifə kəndi ərazisində saxlanılaraq RPŞ-nə gətirilmiş və barəsində tədbir görülməsi məqsədilə RPŞ-nin rəhbərliyinə tərəfindən raportla müraciət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil Müdafiəçi1 iştirakı ilə şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildikdən sonra fasizləsiz videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs1 üzərində qanunsuz saxlanılan əşya, vasitə olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olduğunu bildirərək əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd kağız bükümü təqdim etmişdir.Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilən zaman üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd kağız bükümə baxış keçirildikdə içərisində tünd qəhvəyi rəngli narkotik vasitə olan heroinə oxşar maddənin olması müəyyən edilmişdir.Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd kağız büküm elektron tərəzidə çəkildikdə içərisindəki maddə ilə birlikdə kağız bükümün çəkisi 0,38 qram olmuşdur. Daha sonra bir ədəd kağız bükümün içərisindəki narkotik vasitə heroinə oxşar maddə kağız bükümlə birlikdə bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılaraq DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmişdir. Üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Həmçinin Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitəni tanışı Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 10 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş və ucadan oxunmuşdur. Protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər.Bundan sonra keçirilmiş tədbirlər nəticəsində ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 olduğu yer müəyyən edilərək həmin gün saat təxminən 22 radələrində tərəflərindən polis şöbəsinə gətirilmiş və barəsində tədbir görülməsi məqsədilə RPŞ-nin rəhbərliyinə tərəfindən raportla müraciət edilmişdir.Təqsirləndirilən şəxs2 təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil Müdafiəçi2 iştirakı ilə şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildikdən sonra fasiləsiz videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs2 üzərində qanunsuz saxlanılan əşya, vasitə olubolmaması soruşulduqda Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olduğunu bildirərək əynindəki cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd kağız bükümü və sol yan cibində olan 2 ədəd 5 manatlıq olmaqla ümumilikdə 10 manat məbləğində pul əskinazlarını təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilən zaman üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd kağız bükümdə olan maddənin narkotik vasitə olan heroin olduğunu həmin maddəni yaşadığı evin yaxınlığındakı zibillikdən tapdığını, bir hissəsini istifadə etdiyini bir hissəsini də tanışı Təqsirləndirilən şəxs1 10 manat müqabilində satdığını və təqdim etdiyi 2 ədəd 5 manatlıq olmaqla ümumilikdə 10 manat məbləğində pulun da Təqsirləndirilən şəxs1 satdığı narkotiki vasitənin qarşılığında götürdüyü pul olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd kağız bükümə baxış keçirildikdə içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 ədəd kağız büküm elektron tərəzidə çəkildikdə içərisindəki maddə ilə birlikdə kağız bükümün çəkisi 0,41 qram olmuşdur. Daha sonra bir ədəd kağız bükümün içərisindəki narkotik vasitə heroinə oxşar maddə kağız bükümlə birlikdə, həmçinin 2 ədəd 5 manatlıq olmaqla ümumilikdə 10 manat məbləğində pul əskinazları ayrı-ayrılıqda iki ədəd ağ rəngli kağız zərflərə qoyulub qablaşdırılaraq DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmişlər. Üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Bundan sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş və ucadan oxunmuşdur. Protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. O,həmçinin göstərdi ki, onlar Təqsirləndirilən şəxs2 evinə daxil olmamışlar,orada axtarış aparmamışlar. Nazim Xəliovu uca səslə çağırıb küçədə gözləmişlər, o küçəyə çıxarkən onu polis Şöbəsinə dəvət etmişlər.Nazim Xəliov da onlarla birlikdə Balakən rayon Polis Şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs2 polis şöbəsində heç bir fiziki və psixi təsir göstərilməmişdir,üzərində axtarış aparılarkən də onun hər hansı narazılığı olmamışdır,özü cibində olan narkotik vasitəni və 10 manat pulu təqdim etmiş, narkotik vasitəni bir gün əvvəl yaşadığı evin yaxınlığından, zibillikdən tapdığını və həmin maddədən bir qismini tanışı Telmana 10 manat müqabilində satdığını , cibindən aşkar olunan 10 manatın da həmin pul olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin əməkdaşı Şahid2 Şahid1la oxşar məzmunlu ifadə vermişdir. O,da əlavə olaraq göstərdi ki,onlar Təqsirləndirilən şəxs2 evinə daxil olmamışlar, orada axtarış aparmamışlar. Nazim Xəliovu uca səslə çağırıb küçədə gözləmişlər, o küçəyə çıxarkən onu polis Şöbəsinə dəvət etmişlər.Nazim Xəliov da onlarla birlikdə Balakən rayon Polis Şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs2 polis şöbəsində heç bir fiziki və psixi təsir göstərilməmişdir,üzərində axtarış aparılarkən də onun hər hansı narazılığı olmamışdır,özü cibində olan narkotik vasitəni və 10 manat pulu təqdim etmiş, narkotik vasitəni bir gün əvvəl yaşadığı evin yaxınlığından, zibillikdən tapdığını və həmin maddədən bir qismini tanışı Telmana 10 manat müqabilində satdığını , cibindən aşkar olunan 10 manatın da həmin pul olduğunu bildirmişdir. İşin 23-25-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 06 may 2022-ci il tarixli şübhəli şəxsin üzərində axtarış aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutularaq həmin gün saat 20:20-dən 21:00-dək olan müddətdə üzərində şəxsi axtarış aparılan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əynində cins şalvar, cins gödəkcə, ağ rəngli idman üsullu gödəkcə, ayağında isə qara rəngli ayaqqabı olmuşdur. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 üzərində hər-hansı qeyri qanuni əşya və ya predmet, həmçinin narkotik vasitə olub-olmaması barədə sual verilmiş, Təqsirləndirilən şəxs1 da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olan 1 ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Daha sonra həmin büküm 1 ədəd elektron tərəzidə çəkilmiş, çəkisi 0,38 qram təşkil etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 həmin heroinə bənzər maddəni tanışı Nazim adlı şəxsdən 10 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra həmin 1 ədəd içərisində narotik vasitə heroinə bənzər maddə olan kağız büküm 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmış və maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilərkən üzərindən əlavə heç bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış Panasonic HD markalı videokamera vasitəsi ilə qeydə alınmış, videogörüntülərin olduğu disk protokola əlavə olunmuşdur. Tərtib edilmiş protokol, ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmadığından doğruluğu imzalarla təsdiq edilmişdir.Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün əks olunduğu HD markalı diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən, protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən edilmişdir. İşin 47-49-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2022-ci il tarixli şüöbhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, ünvan 2 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan Təqsirləndirilən şəxs2 polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutularaq həmin gün saat 22:25dən 23:00-dək olan müddətdə üzərində şəxsi axtarış aparılan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 əynində cins şalvar və qara rəngli ayaqqabı olmuşdur. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 üzərində hər-hansı qeyri qanuni əşya və ya predmet, həmçinin narkotik vasitə olub-olmaması barədə sual verilmiş, Təqsirləndirilən şəxs2 da sol yan cibindən 2 ədəd 5 manatlıq pul əskinasları, sağ yan cibindən isə 1 ədəd kağız büküm çıxarıb çıxarıb təqdim etmişdir. Daha sonra kağız bükümün içərisinə baxılmış, tünd qəhvəyi rəngli narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilmişdir.Daha sonra həmin maddə elektron tərəzidə çəkilmiş, çəkisi 0,41 qram təşkil etmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 həmin maddəni yaşadığı evin yaxınlığından, zibillikdən tapdığını və həmin maddədən bir qismini tanışı Telmana 10 manat müqabilində satdığını bildirərək 2 ədəd 5 manatlıq pul əskinaslarını göstərmişdir. Həmin pul əskinasları və heroinə bənzər maddə 2 ədəd ayrı-ayrı zərflərə qoyulub qablaşdırılmış, möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilərkən üzərindən əlavə heç bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış Panasonic HD markalı videokamera vasitəsi ilə qeydə alınmış, videogörüntülərin olduğu disk protokola əlavə olunmuşdur. Tərtib edilmiş protokol,ucadan oxunmuş,əlavə hər hansı şikayət və vəsatət daxil olmadığından doğruluğu imzalarla təsdiq edilmişdir.Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün əks olunduğu HD markalı diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən, protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən edilmişdir İşin 58-59-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası ƏN-nin MEM-nin Şəki Regional bölməsindən alınmış 07 may 2022-ci il tarixli 17/389 nömrəli ekspert rəyində göstərilmişdir: Tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd kağız bükümdə narkotik vasitə heroinə oxşar maddələrdən ibarət maddi sübut...." sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,240 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd kağız bükümdə narkotik vasitə heroinə oxşar maddələrdən ibarət maddi sübut...." sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd gümüşü ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,294 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş 02(iki) ədəd zərfin içərisində olan heroinlər tərkiblərinə görə eynidirlər. Qeyd:1)Heroinin təmiz çəkisi -0,240 qr,. tədqiqata sərf edildi-0,050 qr, qalıq-0,190 qr. 2)Heroinin təmiz çəkisi -0,294 qr,. tədqiqata sərf edildi-0,050 qr, qalıq-0,244 qr. İşin 187-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Gəncə Səhiyyə İdarəsinin Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasından alınmış 18 may 2022-ci il tarixli 681 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir, Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 188-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Gəncə Səhiyyə İdarəsinin Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasından alınmış 18 may 2022-ci il tarixli 677 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 16-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 06 may 2022-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 06 may 2022-ci il tarixdə saat 20:10-da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 40-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 06 may 2022-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 06 may 2022-ci ildə saat 22:10-da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 127-129-cu vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən Balakən Rayon Məhkəməsinin 08 may 2022-ci il tarixli 4(019)-32/2022 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs1 barəsində həbs qəti imkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli 06 may 2022-ci il tarixdən hesab edilmişdir. İşin 131-133-cü vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən Balakən Rayon Məhkəməsinin 08 may 2022-ci il tarixli 4(019)-33/2022 nömrəli qərarından görünür ki,həmin qərarla Təqsirləndirilən şəxs2 barəsində həbs qətiimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli 06 may 2022-ci il tarixdən hesab edilmişdir. İşin 165-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 18 may 2022-ci il tarixli 379 nömrəli arayışdan görünür ki, Layıcov X5 rayonu Tülü kəndində yaşayır, himayəsində pensiyaçı anası, bacısı və 2011-ci il təvəllüdlü oğlu-Məhəmməd vardır. İşin 167-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Tülü kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 168-ci vərəqəsində olan və məhkəmə iclasında elan olmaqla tədqiq edilmiş Balakən rayonu Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 02 may 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 624308 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 29 mart 2011-ci ildə anadan olmuş, atası Təqsirləndirilən şəxs1 Əsildlar oğlu,anası X10 qeyd edilmişdlir. İşin 169-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Layıcov X5 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministiya qərarının 2.4-cü bəndinə uyğun olaraq, Aminstiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilmişdir. İşin 157-161-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 1(019)-22/2021 nömrəli hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-ninin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun 26 yanvar 2021-ci il tarixdən 28 yanvar 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılmış və üzərində qəti olaraq 09 ( doqquz) ay 28 (iyirmi səkkiz ) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İşin 162-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini və Azərbaycan Respublikası Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi tərəfindən təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin rəisinin Aminstiya aktının tətbiq edilməsi barədə 17 noyabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, “8 noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq məhkum Təqsirləndirilən şəxs1 amnistiya tətbiq edilməsi, Aminstiya qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi, azad edilmənin barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. İşin 163-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin rəisinin 654 nömrəli, 24 dekabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 24 dekabr 2021-ci il tarixdə cəzadan azad edilmişdir. İşin 151-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 757 nömrəli arayışdan görünür ki, Xəlilov X7 şəhəri,Fizuli küçəsi dalan 1, ev 8 ünvanında yaşayır.Himayəsində təqaüdçü anası, işləməyən, qardaşı, arvadı, yetkinlik yaşına çatmış qızı və oğlu vardır. İşin 152-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 172-173-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon prokurorluğunun müstəntiqi İzzət Axundovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 10 iyun 2022-ci il tarixli qərarından görünür ki, X1 Təqsirləndirilən şəxs2 bədəni üzərində qançır və yara izlərinin olması barədə rayon prokurorluğuna daxil olmuş məlumatın araşdırılması zamanı cinayət hadisəsi və cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə şahidlər- Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Təqsirləndirilən şəxs2 06 may 2022-ci il tarixdə üzərində narkotik vasitə olmaması,digər Təqsirləndirilən şəxs1 narkotik vasitə satmaması,ondan narkotik vasitəyə görə 10 manat pul almaması, polis əməkdaşlarının onun yaşadığı evə girmələri, oranı axtarmaları,onun həmin vaxt yatmış vəziyyətdə olması, polislərin ona fiziki zor tətbiq etmələri barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmadığı, eləcə də mötəbər, biridigərini tamamlayan sübutlarla, o cümlədən özünün ibtidai istintaq zamanı verdiyi ifadələri,şahidlərin ifadələri,istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təkzib olunduğu üçün məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış ifadə hesab edərək sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs2 müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində və təqsirləndirlən şəxs qismində dindirilərkən elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, 05 may 2022-ci il tarixdə saat 14:00 radələrində yaşadığı evin yanında piyada gəzən zaman zibilliyin yanında yerdə 01 ədəd gümüşü rəngli kağız büküm olduğunu görmüşdür. O, narkotik vasitə istifadəçisi olduğuna görə həmin büküm diqqətini cəlb etmiş və əyilib yerdən həmin bükümü götürmüşdür. Bükümü açıb içərisinə baxanda içərisində narkotik vasitə heroin olduğunu görmüş və buna görə həmin bükümü əynindəki şalvarın cibinə qoyub yaşadığı evə getmişdir. Həmin gün axşam saatlarında həmin bükümdəki narkotik vasitə heroindən cüzi miqdarda götürüb istifadə etmiş, qalanını da yenidən cibinə qoyub saxlamışdır. Səhəri gün, yəni 06 may 2022-ci il tarixdə axşam saatlarında yaşadığı evin həyətinə çıxanda həyətdə bitmiş otların böyüyüb çoxaldığını görmüş və otları biçdirib həyəti təmizlətmək qərarına gəlmişdir. Buna görə tanışı olan Balakən rayonu Tülü kənd sakini Təqsirləndirilən şəxs1 mobil telefonuna zəng edərək xahiş etmişdir ki, gəlib həyətindəki otları biçsin və otları aparıb həyəti təmizləsin. Telman da razılaşaraq həmin tarixdə təxminən saat 19:00 radələrində yaşadığı ünvana gəlmişdir. Telman həyətdəki otlara baxdıqdan sonra səhəri gün, yəni 07 may 2022-ci il tarixdə gündüz vaxtı gedib otları biçəcəyini bildirmişdir. Daha sonra Telman narkotik vasitə istifadə etmək istədiyini demiş və pulunu ödəmək şərti ilə ona narkotik vasitə heroin təşkil etməsini xahiş etmişdir. O, da etiraz etmədən üzərində narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitə heroinin bir hissəsini Telmana sata biləcəyini bildirmişdir. Bundan sonra o, cibindən içərisində narkotik vasitə heroin olan 01 ədəd kağız bükümü çıxarmış, həmin bükümdən bir qədər narkotik vasitə heroin götürüb siqaretin gümüşü rəngli kağızına tökərək Telmana vermiş, bunun müqabilində ona 10 manat pul verməli olduğunu bildirmiş, qalan narkotik vasitə heroini də bükərək yenidən əynindəki şalvarın sağ yan cibinə qoyub saxlamışdır. Telman ondan aldığı həmin narkotik vasitə heroini büküb əynindəki şalvarın cibinə qoymuş, daha sonra cibindən 02 ədəd 5 manatlıq əskinazlardan ibarət ümumilikdə 10 manat pul çıxarıb ona vermişdir. O, da həmin pulu Telmandan alıb əynindəki cins şalvarın sol yan cibinə qoymuşdur. Bundan sonra Telman evinə getmək üçün onunla sağollaşıb həyətdən bayıra çıxmış, o da yaşadığı evə getmişdir. Bir neçə saatdan sonra yaşadığı evdə olan zaman həyətin darvazasından onu kiminsə səslədiyini eşitmişdir. Buna görə küçəyə çıxanda 2-3 nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Balakən rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitələrin satışında şübhəli olduğunu deyərək onu Balakən rayon Polis Şöbəsinə dəvət etmişlər. O, da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsinə gəldikdən sonra ona məlum olmuşdur ki, tanışı Təqsirləndirilən şəxs1 ondan ayrılandan sonra yolda polis əməkdaşları tərəfindən saxlanılıb Polis Şöbəsinə dəvət edilərək şübhəli şəxs qismində tutulmuş və Telmanın üzərində şəxsi axtarış aparılan zaman ona satdığı 01 ədəd bükümdə narkotik vasitə heroin polis əməkdaşları tərəfindən Telmanın üzərindən aşkar edilərək götürülmüşdür. Bundan sonra Polis Şöbəsində xidməti otaqların birində əvvəlcə təhqiqatçı Zaur Xəlilov tərəfindən ona Balakən rayon Vəkil Bürosunun Vəkillər siyahısı təqdim edilmiş, daha sonra onun həmin siyahıdan seçdiyi Müdafiəçi2 Polis Şöbəsinə dəvət olunmuş və o şübhəli şəxs qismində tutulmuşdur. Şühbəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Zaur Xəlilov tərəfindən ona hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Zaur Xəlilov tərəfindən ona üzərində hər hansı qeyri-qanuni əşya və ya predmet olub-olmaması barədə sual verilmişdir. Bu zaman o əynindəki şalvarın sağ yan cibində saxladığı, içərisində narkotik vasitə heroin olan 01 ədəd bükümü, həmçinin Telmana satdığı narkotik vasitədən əldə etdiyi və əynindəki şalvarın sol yan cibində saxladığı 02 ədəd 05 manatlıq əskinazlardan ibarət ümumilkdə 10 manat pulu çıxardıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarış zamanı onun üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi 01 ədəd büküm təhqiqatçı Zaur Xəlilov tərəfindən elektron tərəzidə ölçülmüş və çəkisi 0,41 qram təşkil etmişdir. Bundan sonra onun təqdim etdiyi 01 ədəd büküm və 02 ədəd 05 manatlıq əskinazlardan ibarət ümumilkdə 10 manat pul təhqiqatçı Zaur Xəlilov tərəfindən 02 ədəd ayrı-ayrı ağ rəngli kağız zərflərə qoyulub qablaşdırılmış, zərflər möhürlənmiş və üzərləri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Sonda təhqiqatçı Zaur Xəlilov tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır.Şəxsi axtarış bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 07 may 2022-ci il tarixli 17/389 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş 01 ədəd gümüşü ağ rəngli kağız bükümdəki narkotik vasitə heroinin təmiz çəkisi 0,240 qram, Telmanın üzərindən aşkar edilmiş 01 ədəd gümüşü ağ rəngli kağız bükümdəki narkotik vasitə heroinin təmiz çəkisi isə 0,294 qramdır. Təqsirləndirilən şəxs2 əlavə olaraq göstərmişdir ki, o narkotik vasitələrin satışı ilə məşğul olmamış, sadəcə olaraq Telman onun tanışı olduğuna görə və qazanc əldə etmək üçün özündə olan narkotik vasitə heroinin yarısını ona satmaq qərarına gəlmişdir. O,üzərindən aşkar edilmiş narkotik vasitə heroindən başqa heç kimə pay verməmiş və ya satmamışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitə heroindən istifadə etdiyi hissənin miqdarını bilmir. Yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə heroin saxlamır. Onun üzərində narkotik vasitə heroin olması barədə Telmandan başqa heç kimin məlumatı olmamışdır. Əvvəllər Təqsirləndirilən şəxs1 narkotik vasitə satmamış, lakin bir neçə dəfə Telmanla birlikdə narkotik vasitə istifadə etmişdir. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir.Onun üzərində şəxsi axtarış aparılarkən də o, bu faktları bildirmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri işin hallarına uyğun və daha inandırıcı olduğuna, eləcə də mötəbər, biri-digərini tamamlayan sübutlarla şahidlərin ifadələri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik vasitələrin tərkiblərinə görə təsdiq olunduğuna görə məhkəmə onun həmin ifadələrini sübut kimi qəbul edir,hazırkı məhkəmə iclasında verdiyi ifadəsini isə sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı Nazim Xəliovdan narkotik vasitə almaması,ona 10 manat pul verməməsi, Polis əməkdaşlarının təsiri ilə üzərindən aşkar olunmuş narkotik vasitəni barədə ifadəsi işin faktiki hallarına uyğun olmadığı, eləcə də mötəbər, biri-digərini tamamlayan sübutlarla, o cümlədən istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təkzib olunduğu üçün məhkəmə bu ifadəni Təqsirləndirilən şəxs2 müdafiə etməyə hesablanmış ifadə hesab edərək sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə baxışında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində göstərmişdir ki, 06 may 2022-ci il tarixdə axşam saatlarında yaşadığı evdə olan zaman Balakən şəhər sakini olan tanışı Təqsirləndirilən şəxs2 onun mobil telefonuna zəng edərək həyətində biçilməli otlar olduğunu bildirmiş və həmin otu biçib aparmasını ondan xahiş etmişdir. O, da razılaşaraq yaşadığı evdən çıxıb piyada Nazimin Balakən şəhəri ərazisində yaşadığı ünvana getmişdir. Orada Nazimlə həyətdəki otlara baxdıqdan sonra səhəri gün gündüz vaxtı gedib otları biçəcəyini bildirmişdir. Həmin vaxt narkotik vasitə istifadə etmək fikrinə düşmüşdür. O, Nazimin narkotik vasitə istifadəçisi olduğunu, onda həmişə narkotik vasitə olduğunu bildiyinə görə, pulunu ödəmək şərti ilə ona narkotik vasitə heroin verməsini xahiş etmişdir. Nazim də etiraz etmədən cibindən içərisində narkotik vasitə heroin olan bir kağız büküm çıxarmış, daha sonra həmin bükümdən bir dəfə istifadə etmək miqdarında narkotik vasitə heroin götürüb siqaretin gümüşü rəngli kağızına tökərək ona vermiş və bunun müqabilində ona 10 manat pul verməli olduğunu bildirmişdir. O, Nazimdən aldığı həmin narkotik vasitə heroini büküb əynindəki cins şalvarının sağ yan cibinə qoymuşdur. Daha sonra cibindən 02 ədəd 5 manatlıq əskinazlardan ibarət ümumilikdə 10 manat pul çıxarıb Nazimə vermişdir. Bundan sonra Nazimlə sağollaşıb həyətdən bayıra çıxmış və yolu qarşı tərəfə keçib piyada yaşadığı evə tərəf gedən zaman, təxminən saat 19:00 radələrində iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Balakən rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək onu Polis Şöbəsinə dəvət etmişlər. O, da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində xidməti otaqların birində əvvəlcə təhqiqatçı Zaur Xəlilov tərəfindən ona Balakən rayon Vəkil Bürosunun Vəkillər siyahısı təqdim edilmiş, daha sonra onun həmin siyahıdan seçdiyi Müdafiəçi1 Polis Şöbəsinə dəvət olunmuş və bundan sonra şübhəli şəxs qismində tutulmuşdur. Şühbəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Zaur Xəlilov tərəfindən ona hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Zaur Xəlilov tərəfindən ona üzərində hər hansı qeyri-qanuni əşya və ya predmet olub-olmaması barədə sual verilmişdir. Bu zaman Nazimdən 10 manat pul ödəyərək aldığı və əynindəki cins şalvarın sağ yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan 01 ədəd bükümü çıxardıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarış zamanı onun üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi 01 ədəd büküm təhqiqatçı Zaur Xəlilov tərəfindən elektron tərəzidə ölçülmüş və çəkisi 0,38 qram təşkil etmişdir. Bundan sonra onun təqdim etdiyi 01 ədəd büküm təhqiqatçı Zaur Xəlilov tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroini Nazimdən 10 manat müqabilində aldığını bildirmişdir. Sonda təhqiqatçı Zaur Xəlilov tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Bundan sonra ona məlum olmuşdur ki, tanışı Təqsirləndirilən şəxs2 da Polis Şöbəsinə dəvət edilərək şübhəli şəxs qismində tutulmuş və Nazimin üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 01 ədəd bükümdə narkotik vasitə heroin, həmçinin onun aldığı narkotik vasitə heroinə görə ona verdiyi 02 ədəd 05 manatlıq pul əskinazları Nazimin üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə fizikikimyəvi ekspertizasının 07 may 2022-ci il tarixli 17/389 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş 01 ədəd gümüşü ağ rəngli kağız bükümdəki narkotik vasitə heroinin təmiz çəkisi 0,294 qram, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd gümüşü ağ rəngli kağız bükümdəki narkotik vasitə heroinin təmiz çəkisi 0,240 qramdır. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir.Onun üzərində şəxsi axtarış aparılarkən də o,bu faktları bildirmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri işin hallarına uyğun və daha inandırıcı olduğuna, eləcə də mötəbər, biri-digərini tamamlayan sübutlarla şahidlərin ifadələri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik vasitələrin tərkiblərinə görə təsdiq olunduğuna görə məhkəmə onun həmin ifadələrini sübut kimi qəbul edir,hazırkı məhkəmə iclasında verdiyi ifadəsini isə sübut kimi qəbul etmir. Beləliklə məhkəmə iclasında mümükün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki,Təqsirləndirilən şəxs1 qəsdən,satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməlini, Təqsirləndirilən şəxs2 qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə narkotik vasitəni əldə etmə, daşıma, saxlama və satma, eləcə də , qəsdən, satış məqsədi olmadan,qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki,yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə Cinayət Məcəlləsinin 234.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur.Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər,həmin əməllər təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir, təqsirləndirilən şəxslər həmin cinayətlərin törədilməsində təqsirlidirlər, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə cəzalanmalıdırlar. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs1 himayəsində bir nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur, o, məhkumluğu olmayan şəxsdir. Belə ki,iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs1 Balakən Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 1(019)-22/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-ninin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun 26 yanvar 2021-ci il tarixdən 28 yanvar 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılmış və üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz ) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini və Azərbaycan Respublikası Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi tərəfindən təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin rəisinin Aminstiya aktının tətbiq edilməsi barədə 17 noyabr 2021ci il tarixli qərarı ilə “8 noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi, azad edilmənin barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. O, 24 dekabr 2021-ci il tarixdə cəzadan azad edilmişdir. “8 noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən həmin Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür.Odur ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu cinayəti törətmiş bir şəxsin azadlıqda qalmasının cəmiyyətdə mənfi emosiyalar doğura biləcəyini, digər şəxslərin də bu cinayətə meyllənəcəyinə səbəb olacağını, ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmayacağını nəzərə alaraq Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli,cəza çəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı olduğundan CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o narkomaniyadan məcburi müalicə olunmalıdır. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X8 Şəxsinə göndərilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onunn islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu cinayəti törətmiş bir şəxsin azadlıqda qalmasının cəmiyyətdə mənfi emosiyalar doğura biləcəyini, digər şəxslərin də bu cinayətə meyllənəcəyinə səbəb olacağını, ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmayacağını nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı olduğundan CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o narkomaniyadan məcburi müalicə olunmalıdır. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X8 Şəxsinə göndərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər onlara təyin ediləcək cəzanı çəkməlidirlər. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 102.12 (bir yüz iki manat 12 qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Az.MEM;VÖEN**********;AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılmış ekspert rəyindən sonra təmiz çəkisi 0,244 qram olan narkotik vasitə heroin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılmış ekspert rəyindən sonra təmiz çəkisi 0,190 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməli, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman götürülmüş 10 manat məbləğində pul dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə maddi sübut olan 02 ədəd HD diskləri iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxslərin hazırkı cinayətləri törətdikləri zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Vəkil Bürosunun vəkili- Müdafiəçi1 hazırki cinayət işi üzrə məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 10 iş saatı, Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-in 193.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 , Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X9 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 06 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs1 CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o narkomaniyadan məcburi müalicə olunsun. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X8 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına,Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3(üç) il 3(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 06 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o narkomaniyadan məcburi müalicə olunsun. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X8 Şəxsinə göndərilsin. 102.12 (bir yüz iki manat 12 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılmış ekspert rəyindən sonra təmiz çəkisi 0,244 qram olan narkotik vasitə heroin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılmış ekspert rəyindən sonra təmiz çəkisi 0,190 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən şəxsi axtarış aparılan zaman götürülmüş 10 manat məbləğində pul hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut olan iki ədəd HD diski cinayət işinin materiallarında saxlansın. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx"ASC-in X9 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-66/2022
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-66/2022
20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver