Məhkəmə qərarları › İş №1(019)-67/2020

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-67/2020

25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-67/2020 25.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X16 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs - xx.xx.1951-cı ildə Balakən rayonu Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Balakən rayon Talalar kəndində pasport qeydiyyatında olan və yaşayan-barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən xx xxxxxx 2020-ci ildə Balakən rayon Mahamalar kəndinin X17nin Qazbinə vahidliyi ərazisindən keçən Yevlax-Zaqatala-Gürcüstan avtomagistral avtomobil yolunun Balakən rayonu ərazisindən keçən 149-cu kilometrliyində Balakən–Gürcüstan avtomagistral avtomobil yolunun mühafizə zonasında yerləşməklə dövlət mülkiyyətinə aid olan köküstə, yaş,1 ədəd 28 sm diametrində 250 manat dəyərində, 2 ədəd 18 sm diametrində hər biri 180 manat olmaqla 360 manat dəyərində, 2 ədəd 10 sm diametrində hər biri 120 manat olmaqla 240 manat dəyərində, 2 ədəd 16 sm diametrində hər biri 150 manat olmaqla 300 manat dəyərində, 2 ədəd 12 sm diametrində hər biri 120 manat olmaqla 240 manat dəyərində, 1 ədəd 22 sm diametrində 200 manat dəyərində, 1 ədəd 20 sm diametrində 180 manat dəyərində, 1 ədəd 14 sm diametrində 150 manat dəyərində Çinar ağaclarını, 3 ədəd 20 sm diametrində hər biri 180 manat olmaqla 540 manat dəyərində, 1 ədəd 10 sm diametrində 120 dəyərində, 1 ədəd 8 sm diametrində 100 manat dəyərində, 4 ədəd 24 sm diametrində hər biri 200 manat olmaqla 800 manat dəyərində, 1 ədəd 14 sm diametrində 150 manat dəyərində, 3 ədəd 16 sm diametrində hər biri 150 manat olmaqla 450 manat dəyərində, 2 ədəd 12 sm diametrində hər biri 120 manat olmaqla 240 manat dəyərində Qızılağacaq ağaclarını, 1 ədəd 20 sm diametrində 180 manat dəyərində, 1 ədəd 12 sm diametrində 120 manat dəyərində, 1 ədəd 16 sm diametrində150 manat dəyərində, 1 ədəd 30 sm diametrində 300 manat dəyərində söyüd ağaclarını qanunsuz kəsərək dövlət mülkiyyətinə-yəni Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xeyli miqdar hesab edilən 5070 manat məbləğində ziyan vurmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri, işdə olan və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Balakən rayon Mahamalar kəndinin X17ndə Qazbinə yaşayış məntəqəsində özünün mülkiyyətində olan 0,7389 ha torpaq sahəsi var. Həmin torpaq sahəsi fındıq bağından ibarətdir.Həmin yeri hazır fındıq bağı olaraq almışdır. Özünə məxsus olan həmin fındıq bağının baş tərəfi, yəni Yevlax-Zaqatala-Gürcüstan yoluna tərəf olan hissəsi müxtəlif növ, üzərini tikanlı kol basmış ağaclardan ibarət olmaqla fındıq bağının baş tərəfində müxtəlif cinsdən olan ağaclar səliqəsiz şəkildə bitmişlər. Həmçinin yay aylarında həmin üzərini kol basmış ağaclar olan ərazidə ilan görmüşdür. Buna görə də torpaq sahəsinin həmin ağaclar bitmiş və kol basmış hissəsini səliqəyə salmaq məqsədilə xx xxxxxx 2020-ci ildə o, həmin yerdə təmizlik işləri aparmışdır. Yəni torpaq sahəsində üzərini tikanlı kol basmış olan müxtəlif növ ağaclardan 31 ağacı kəsmişdir. Həmin ağaclar diametri kiçik, baxımsız ağaclar olmuşdur. Üzərlərini isə tikanlı kol örtmüşdür. Həmin kəsilən ağacları öz həyətinə apararaq evində olan odun sobasında yandıraraq istifadə etmişdir. Həmçinin ağacları kəsdiyi zaman həmin ağacların daşınmasında, ağacların və tikanlı kolu kəsdikdən sonra kolun yandırılmasında Balakən rayon Mahamalar kənd sakinləri Şahid3 və Şahid2 köməklik göstərmişlər. Yəni fəhlə olaraq onun işini görmüşlər. Gördükləri işin müqabilində Məhəmməd və Mehmana hər birinə 15 manat məbləğində pul vermişdir. Fevral ayının təxminən 9-10 tarixlərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və X10 əməkdaşları, həmçinin 8 saylı X1 X6 nümayəndəsi onun Balakən rayon Mahamalar kənd inzibati ərazisində Qazbinə yaşayış məntəqəsində olan ağacları kəsdiyi yerə gələrək həmin ağacları qanunsuz kəsdiyini bildirərək həmin yerə baxış keçirib müvafiq akt tərtib etmişlər.Həmin vaxtı həmin əməkdaşlara həmin ağacların və kolun natəmizlik yaratdığını bildirmişdir. Buna görədə kol sahəsini təmizlədiyini, həmçinin üzərini kol örtmüş ağacları isə kəsdiyini, həmçinin torpaq sahəsi daha səliqəli və təmiz görünməsi üçün etdiyini bildirmişdir. Lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və X10 əməkdaşları, həmçinin 8 saylı X1 X6 nümayəndəsi ona həmin ərazi, yəni, ağacları kəsdiyi yer Yevlax-Zaqatala-Gürcüstan avtomagistral yolunun sanitar mühafizə zonasına düşdüyünü bildirmişlər. Həmin ağacları o, motorlu mişarla kəsdiyini bildirmişdir. Lakin ağacların hər birinə ayrı-ayrılıqda mişarlı motor lazım olmadığını, ağacların gövdə hissəsi nazik olduğundan həmin ağacların bir qismini balta ilə də kəsdiyini demişdir. Ağacları kəsdiyi yerdə Regional Ekologiya və X10 əməkdaşları, həmçinin 8 saylı X1 X6 nümayəndəsinin əməkdaşının və onun iştirakı ilə müvafiq akt tərtib edilmişdir. Lakin o, həmin aktı imzalamaqdan imtina etmişdir. O,həmçinin göstərdi ki, ağacları kəsdiyi yerdə ağac əkməmişdir. Həmin yerdən hər hansı bir məqsədlə istifadə etməmişdir. Bundan əlavə olaraq fındıq bağı ərazisinə polis əməkdaşlarının həmçinin 7 saylı Ekologiya və X10, həmçinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və X9 mərkəzinin X6 Şəki Layihə- Tədqiqat İdarrəsinin mütəxəssisləri tərəfindən ərazidə ölçü işləri aparıldıqdan sonra verilmiş məktuba əsasən ona məlum olmuşdur ki, xüsusi mülkiyyəti olduğunu bilib 31 ədəd ağacı kəsdiyi yer Balakən rayon Mahamalar X17nin Qazbinə vahidliyi ərazisindən keçən avtomobil yolunun mühafizə zonasına düşür. Həmçinin məhkəmə əmtəəşünaslıq eskpertizasının rəyindən sonra ona məlum olmuşdur ki, 31 ədəd müxtəlif cinsli ağacları kəsməklə dövlətə- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və X12 5070 manat məbləğində ziyan vurmuşdur. Hal-hazırda maddi vəziyyəti imkan vermədiyindən həmin pulu yəni dəymiş ziyanı ödəyə bilməmişdir. Lakin müəyyən müddət ərzində dəymiş ziyanı ödəyəcəyəcəkdir.Əməlindən peşimandır, həmin ağacları kəsməyin qanunsuz olmasını bilmədiyindən bu əməli törətmişdir. Bir daha belə əməllərə yol verməyəcəkdir.Onun 69 yaşı vardır,ürək damar xəstəsidir. Damarına stend qoyulmuşdur. Mütəmadi müalicə olunmalıdır. Yaşını, xəstəliyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və X10 nümayəndəsi Nümayəndə2 göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və X10 əməkdaşları Balakən rayon Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsində yerləşən magistral yolun kənarına baxış keçirmişlər. Həmin yerdə Balakən rayon Talalar kənd sakini Təqsirləndirilən şəxs 31 ədəd köküstə ağacları kəsməsi müəyyən edilmişdir. Orada kəsilmiş ağaclar Çinar, Qızılağac və Söyüd ağacları olmuşdur. Həmin ağacların diametrilərini ölçərək akt tərtib etmişlər. Daha sonra tərtib edilmiş həmin aktı iştirakçılar imzalarla təsdiq etmişlər.Məhkəmə əmtəəşünaslıq eskpertizasının rəyindən sonra ona məlum olmuşdur ki, 31 ədəd müxtəlif cinsli ağacları kəsməklə dövlətə- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 5070 manat məbləğində ziyan vurmuşdur. Təqsirləndirilən şəxs hal-hazıra kimi vurulmuş ziyanı ödəməmişdir. Qanuni və ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və X10 baş məsləhətçisi müfəttişi Şahid1 ifadəsində göstərdi ki,hal-hazırda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və X10 baş məsləhətçisi müfəttişi vəzifəsində işləyir. xx xxxxxx 2020-ci ildə fəaliyyət göstərdiyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və X10 xx.xx.2020-ci il tarixli 12 nömrəli sərəncamına və idarənin iş planına əsasən Balakən rayonu ərazisində idarələrinin əməkdaşları tərəfindən reyd keçirilmişdir. Həmin reyd zamanı Balakən rayon Mahamalar kəndinin Qazbinə inzibati ərazi vahidliyində Yevlax-Zaqatala-Gürcüstan yolunun 149-cu kilometrliyində qanunsuz olaraq köküstə yaş ağacların dib kökündən kəsilməsi faktı aşkar edilmişdir. Həmin yerdə tərəflərindən aparılan araşdırma zamanı köküstə yaş ağacların dib kökündən Balakən rayon Talalar kənd sakini Təqsirləndirilən şəxs tərəfindən kəsildiyi müəyyən olunmuşdur. Həmin yaş halda ağacların kəsildiyi yerdə Təqsirləndirilən şəxsla şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin ağacları özü kəsdiyini bildirmişdir. Həmçinin həmin yerin kol olduğunu və təmizlik işləri apardığını demişdir. Ağacların kəsildiyi yerin ona məxsus olduğunu bildirmişdir. Ağacların kəsildiyi əraziyə Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə baxış keçirilərək akt tərtib edilərkən Təqsirləndirilən şəxs 12 ədəd diametrləri 28, 18, 10, 16, 12,16,18,22,10,20,14,12-santimetr olan çinar ağaclarını, 15 ədəd diametrləri 20, 10, 8, 24, 20,24,14,16,24,20,16,12,16,12,24-santimetr olan Qızılağac ağaclarını, həmçinin 04 ədəd diametrləri 20,12,16,30 santimetr olan söyüd ağaclarını dib kökündən kəsdiyi müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin ağacları dib kökündən kəsməklə təbiətə 5070 manat məbləğində ziyan vurmuşdur. Qeyd edilən ağacların dib kökündən kəsildiyi yer isə Yevlax-Zaqatala-Gürcüstan yolunun sanitar mühafizə zonasına düşür. Həmçinin bu barədə Zərərçəkmiş şəxs1ndən idarələrinə daxil olmuş məktubda göstərilmişdir ki, qeyd edilən ağacların kəsildiyi yer yolun sanitar mühafizə zonasına düşür. Qeyd edilən cəmi 31 ədəd ağaclar kəsilmiş yerdə akt tərtib edilmiş, lakin Təqsirləndirilən şəxs şifahi sorğu zamanı yuxarıda qeyd edilən 31 ədəd ağacı kəsdiyini bildirsə də tərəfindən tərtib edilmiş aktı imza etməkdən imtina etmişdir. Bu barədə tərəfindən tərtib edilmiş akta müvafiq qeyd aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və X13 əməkdaşları Şahid4 və Şahid5 Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək onun ifadəsinin məzmununa uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Balakən rayonu Mahamalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Balakən rayon Talalar kənd sakini Təqsirləndirilən şəxs bir ildir ki, tanıyır. Onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs Balakən rayon Mahamalar kənd X17nin Qazbinə yaşayış məntəqəsində xüsusi mülkiyyəti var. O, Bayramhacının torpaq sahələrində əvvəllər fəhlə kimi işləmişdir. Təqsirləndirilən şəxs torpaq sahəsində onunla birlikdə Balakən rayon Mahamalar kənd sakini Şahid2 də fəhlə kimi işləmişdir. Təqsirləndirilən şəxs torpaq sahəsinin qarşısında uzun illər təmizlənməmiş kol sahəsi olmuşdur. Həmin tikanlı kol sahəsi həmin ərazidə bitmiş ağacların belə üstünü örtmüşdür.Buna görə də Təqsirləndirilən şəxs yerinin qarşısında bitmiş tikanlı kolu kəsərək təmizləmiş və özünə məxsus torpaq sahəsinin qarşısında bitmiş 31 ədəd ağacı kiçik ağacları mişarlı motor və balta ilə kəsmişdir. xx xxxxxx 2020-ci ildə Təqsirləndirilən şəxs həmin kolun təmizlənməsində Şahid2lə birlikdə kömək etmişlər.Yəni fəhlə kimi Bayramhacının işini görmüşlər. Bundan başqa Bayramhacının motorlu mişarla və balta ilə kəsdiyi ağacları avtomaşına qoyaraq onun Balakən rayon Talalar kəndində yaşadığı evə aparmış və kəsdiyi kolları isə Məhəmmədlə birlikdə anbara yığaraq yandırmışlar. Bayramhacı kəsdiyi ağacları odun sobasında yandıraraq istifadə edəcəyini bildirmişdir. O və Şahid2 həmin yerdə kol və ağac kəsməmişlər. Kolu və ağacları Təqsirləndirilən şəxs özü kəsmişdir. O, və Şahid2 Bayramhacının kəsdiyi ağacları maşına yığaraq onun Balakən rayon Talalar kəndində yaşadığı evə aparmışlar. Həmçinin kəsdiyi kolu isə anbara yığaraq yandırmışlar. Bayramhacı Məhəmmədlə ona gördükləri işin müqabilində hərəsinə 15 manat məbləğində pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsində göstərdiklərini təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. İşin 32-38-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqda tədqiq edilmiş xx xxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Maharasul oğlunun Balakən rayon Mahamalar kəndinin Qazbinə ərazi vahidliyində Yevlax-Zaqatala-Gürcüstan avtomagistral yolunun kənarında fındıq bağı vardır. Fındıq Bağının baş tərəfi yuxarıda qeyd edilən magistral yolun kənarında yerləşir.Həmçinin fındıq bağının kənarında yəni magistral yolla fındıq bağının sərhədində kiçik su arxı vardır.Həmin su arxının hər iki tərəfi ilə ağac gövdələrindən pöhrələnmiş ağaclar bitmişdir. Təqsirləndirilən şəxs şifahi olaraq bildirdi ki, həmin yeni pöhrələnmiş ağaclar onun torpaq sahəsində bitmiş xx xxxxxx 2020-ci ildə kəsdiyi 31 ədəd ağacların kök hissəsindən bitmişdir.O, 31 ədəd ağacı xx xxxxxx 2020-ci ildə kəsmişdir. Ağacları kəsməkdə məqsədi torpaq sahəsində natəmizliyin səliqəsizliyin qarşısını almaq olmuşdur. Baxış zamanı ağacların kəsildiyi yerdə Təqsirləndirilən şəxs hər hansı bir məqsədlə ağac əkməsi və torpaqdan istifadə etməsi halları aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs iştirakı ilə onun xx xxxxxx 2020-ci ildə kök hissəsindən kəsdiyi 31 ədəd yəni 12 (on iki) ədəd diametri 28,18,10,16,12,16,18,22,10,20,14,12-sm olan çinar ağaclarını, 20, 10, 8, 24, 20, 24, 14,16,24,20,16,12,16,12,24-sm olan qızılacaq ağaclarını, 20,12,16,30-sm olan söyüd ağaclarını göstərdi və bir daha bildirdi ki, həmin ağacları özünün torpaq sahəsində təmizlik işləri apararkən kəsmişdir. Həmçinin baxış zamanı baxışda Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin tabeliyində Kadstr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi X6 Şəki X11 Mütəxəssisləri tərəfindən GPS cihazı vasitəsilə koordinatların müəyyən edilməsi məqsədi ilə ölçü işləri aparılmışdır. Baxış zamanı fotoşəkillər çəkilmiş və gələcəkdə tərtib edilmiş protokola əlavə olunacaqdır. Baxış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, hər hansı əlavə şikayət və vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 7-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ziyanın hesablanması aktından görünür ki,xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş 59488 saylı Akta əsasən Yevlax-Zaqatala-Gürcüstan avtomagistral avtomobil yolunun sanitar mühafizə zonasından qanunsuz olaraq dib köklərindən kəsilmiş ağaclara görə təbiətə dəymiş ziyan 5070 manat təşkil edir. İşin 62-65-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqda tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/2559 nömrəli ekspert rəyində göstərilmişdir: AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və X10 ətraf mühitin mühafizəsinə nəzarət sektoru tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 59488 nömrəli akt və ona əlavə edilmiş cədvələ əsasən Yevlax-Zaqatala-Gürcüstan avtomagistral avtomobil yolunun sanitar mühafizə zonasından 31 ədəd müxtəlif diametrli, müxtəlif cinsli ağacların qanunsuz kəsilməsinə görə (tikinti və abadlaşdırma istisna olmaqla) təbiətə dəymiş ziyanın məbləği nəzəri qaydada 5070,00 manat müəyyən edilir. İşin 43-45-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqda tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxx 2020-ci il tarixli **********88 nömrəli məktubunda göstərilmişdir ki, Elektron Kadastr məlumat bazasına əsasən kəsilmiş ağacların yerləşdiyi ərazi Balakən rayon Mahamalar X17nin Qazbinə vahidliyi ərazisində keçən Gürcüstan-Balakən avtomagistral avtomobil yolunun mühafizə zonasında yerləşməklə dövlət mülkiyyətinə aiddir. İşin 11-12-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 22-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Talalar kənd İHB-ın kənd X17 üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki,Omarov X3 rayonu Talalar kəndində yaşayır. İşin 23-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Talalar kənd İHB-ın kənd X17 üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində pensiyaçı arvadı, oğlu, gəlini və iki azyaşlı nəvələri vardır. İşin 24-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-ın Talalar kənd X17 üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunması qeyd edilmişdir. Barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmaması göstərilmişdir. İşin 85-86-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Mərkəzi Klinikanın xx.xx.2017-ci il tarixli sənədindən görünür ki,Təqsirləndirilən şəxs damarına stend qoyulmuşdur. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən xeyli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qanunsuz ağac kəsmə cinayət əməlini törətmişdir. Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sənədləri bilavasitə tədqiq edib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsi baş vermişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir,onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir,əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxx 2003cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsəhansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini,cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda ziyanın tam həcmdə ödənməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxsna təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, 69 yaşı olmasını, xəstə olmaqla mütəmadi müalicəyə ehtiyacı olmasını, əvvəllər məhkum olunmamasını, əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halların olmamasının əzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəza şərti tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələr qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələri də qoya bilər. Məhkəmə qeyd etməyi lazım bilir ki, cəzanın şərti olaraq tətbiq edilməsi cinayət məsuliyyətinin reallaşmasının xüsusi formasıdır. Belə ki, dövlət adından ittiham hökmü çıxarılmaqla şəxs cinayət əməli törədilməsində təqsirli bilinir və ona cəza verilməklə, həmin cəza şərti hesab edilir. Cəzanın şərti olaraq tətbiq edilməsi məhkəməyə cinayət məsuliyyətinin fərdiliyinin təmin olunması üçün əlavə imkan verir, daha humanist formada şəxsə cəmiyyətdən təcrid olunmadan islah olunması, cəzanı icra etmədən onun məqsədlərinə nail olunması üçün şərait yaradır. Məhkəmə onu da nəzərə çatdırır ki, şərti məhkum etmənin tətbiqi cinayət məsuliyyətinin xüsusi forması olmaqla, heç də şəxsi cəzadan azad etmir. Qanunda bu institutun tətbiqi zamanı bir sıra nəzarət mexanizmləri nəzərdə tutulmuşdur. Belə ki, şərti məhkum etmə təyin edilərkən, məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Həmçinin məhkumun üzərinə müəyyən vəzifələr qoyula bilər. Eyni zamanda bu şəxslər üzərində müvafiq orqanlar tərəfindən nəzarət həyata keçirilir (Azərbaycan Respublikası CM-nin 70.3, 70.5 və 70.6-cı maddələri). Cinayət Məcəlləsinin 71.2-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdığına və ya ictimai qaydanı pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, məhkəmə bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövlət orqanının təqdimatı əsasında sınaq müddətini bir ildən çox olmayaraq uzada bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırdıqda, bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövlət orqanının təqdimatı əsasında məhkəmə şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında qərar çıxarır. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza şərti olaraq tətbiq olunmalı, onun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəməyədək icraat zamanı 21 iş saatı, məhkəmə icraatı zamanı isə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi nəfinə, «KAPİTALBANK» X14 Rekvizitləri: VÖEN **********, kod 200695, Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına 186 manat köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. X2rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla və 1(bir) il sınaq müddəti müəyyən edilməklə ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunsun. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Ona təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və X12 izah olunur ki, vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi nəfinə, «KAPİTALBANK» X14 Rekvizitləri: VÖEN **********, kod 200695, Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına 186 manat köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar