Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-67/2021 15.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs Amza oğlunun iştirakı ilə xx.xx.2003-cü ildə Balakən rayon Katex kəndində anadan olmuş, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olan və hal-hazırda həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Amza oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 237.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə cinayət əməlini törətmişdir. Belə ki, o, 2020-ci ilin sentyabr ayında Balakən rayonu Gərəkli kəndi ərazisində Mazımçayın sahilində tapdığı yabanı halda bitmiş 1 ədəd narkotik tərkibli çətənə bitkisinin üzərindən yığaraq əldə etdiyi 10 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını yaşadığı evdə saxlamış, 2021-ci ilin mart ayının əvvəlində həmin 10 ədəd toxumları Balakən rayonu Gərəkli kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində dirrikdə lobya bitkisi əkilmiş istixananın içərisində qəsdən, qanunsuz olaraq əkmiş, həmin əkdiyi toxumlardan bitərək inkişaf etmiş 6 ədəd, yəni xeyli miqdarda çətənə (kannabis) bitkilərini suvarmaqla, diblərini alaq otlarından təmizləməklə və digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmişdir. 01 iyun 2021-ci il tarixdə, saat 16 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsindəki dirrikdəki istixananın içərisindən qəsdən qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq göstərməklə, yetişdirərək kultivasiya etdiyi 120 sm-dan 240 sm-dək ölçülərdə, 395.00 qram çəkidə olan 6 ədəd, yəni xeyli miqdarda əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Amza oğlu ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin mahiyyətini anlayır və həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli sayır. Təxminən 1 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Balakən rayonu Gərəkli kəndində anası Yazbahar ilə birlikdə yaşayır. Atası Amza 3 il əvvəl vəfat etmişdir. O, 2020-ci ilin sentyabr ayında Balakən rayonu Gərəkli kəndi ərazisində Mazımçayın sahilində çaya çimməyə getdiyi zaman yabanı halda bitmiş bir ədəd narkotik tərkibli çətənə kolu olduğunu görmüş, həmin bitkinin üzərindən 10 ədəd toxumu yığıb, evdə gizlədərək saxlamışdır. Həmin toxumları saxlamaqda məqsədi evin arxasında olan dirrik sahəsində hər il olduğu kimi istixanada lobya bitkisi becərərkən lobya bitkisi cərgələrinin arasında əkib yetişdirmək və gələcəkdə əldə olunan narkotikdən özü istifadə etmək olmuşdur. 2021-ci ilin mart ayının əvvəlində həmin toxumları evin arxasında düzəltdiyi istixanada lobya bitkiləri cərgəsinə əkmiş və onlara qulluq etmişdir. Həmin əkdiyi 10 ədəd toxumdan 6 ədədi bitmiş, 6 ədəd narkotik bitkilərinə qulluq etməyə başlamış onları tez-tez suvarmış, diblərini yumşaltmış, alaq otlarından təmizləmişdir. Onun əkib-becərdiyi 6 ədəd narkotik bitkisindən anası Yazbaharın xəbəri olmamışdır. Həmin istixanada yetişdirdiyi lobyanı özü suvararaq, məhsulunu yığımışdır ki, anası həmin narkotik bitkilərini görməsin. 01.06.2021-ci il tarixdə polis əməkdaşları yaşadığı ünvana gələrək, onun yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib becərməklə bağlı məlumatları olduqlarını, yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. Anası Yazbahar baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmamasına dair ərizə yazmışdır. Daha sonra anası Yazbahara yaşadıqları evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkilmiş yeri göstərmək polis əməkdaşları tərəfindən təklif olunduqda, anası narkotik tərkibli bitkilərin əkilib becərilməsindən xəbərsiz olmasını bildirmişdir. O isə evin arxasında əkib-becərdiyi 6 ədəd narkotik tərkibli çətənə bitkisini polis əməkdaşlarına göstərmişdir. Baxışda iştirak edən mütəxəssis-aqronom həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Polis əməkdaşları videoçəkiliş ilə həmin narkotik tərkibli bitkiləri anası Yazbaharın, onun və aqronomun iştirakı ilə sənədləşdirmə apardıqdan sonra kökündən çıxaraq, hündürlüklərini ölçmüş və həmin bitkilərinin hündürlüklərinin 120 sm-dən 240 sm-dək olması müəyyən olunmuşdur. Bundan sonra həmin 6 ədəd narkotik tərkibli bitkilər 1 ədəd sintetik kisəyə qablaşdırılaraq, polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra baxış keçirilməsinə dair protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğru yazıldığı aydın olmuş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onu polis şöbəsinə dəvət etmişlər. Ona təqdim edilmiş vəkillərin adlı siyahısından Müdafiəçi onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Dəvət edilmiş mütəxəssisin, Müdafiəçi və digər iştirakçıların iştirakı ilə ona hüquq və vəzifələri elan edildikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən hər hansı qanunsuz olaraq saxlanmış əşya və vasitə aşkar olunmamışdır. 02.06.2021-ci il tarixdə ekspert rəyi ilə tanış olduğu zaman bir daha aydın olmuşdur ki, əkib-yetişdirdiyi 6 ədəd bitki əkilib-becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə bitkiləridir, onların hündürlükləri 120 sm-dən 240 sm-dəkdir, təmiz çəkisi isən 395.00 qramdır. Həmçinin qeyd etmişdir ki, narkotik tərkibli bitkiləri əkib-becərməsindən ailə üzvlərinin və əlavə kimsənin məlumatı olmamışdır. O, əldə etdiyi çətənə bitkisi toxumlarını yaşadığı evdə gizlətmiş, sonra isə gizli şəkildə dirrik sahəsində istixananın içərisində lobya bitkisi cərgələrinin arasında əkib-becərmişdir.Həmin narkotik tərkibli bitkiləri özü istifadə etmək üçün əkmişdir.Əməlindən peşmandır.Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) PPXB-nin polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. 01 iyun 2021-ci il tarixdə Balakən RPŞ-yə Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı Gərəkli kəndində yerləşən evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə daxil olmuş məlumat əsasında keçirilmiş tədbirdə digər polis əməkdaşları ilə birgə o da iştirak etmişdir. Həmin tədbirdə Balakən RPŞ-nin X1 baş inspektor-kriminalisti Sadiq Vəzirov tərəfindən videokamera vasitəsilə çəkiliş aparılmışdır. 01 iyun 2021-ci il tarixdə, saat təxminən 16 radələrində Balakən RPŞ-nin əməkdaşları ilə birgə, həmçinin dəvət edilmiş mütəxəssisaqronom Şahid3 iştirakı ilə Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı qeyd olunan ünvana getmişlər. Həyət qapısından çağırdıqda Nicat və anası Yazbahar küçəyə çıxmışlar. Balakən RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Mikayıl Mahmudov onlara Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini yetişdirməsi barədə məlumat daxil olduğunu, ona görə də həyətyanı sahəyə baxış keçiriləcəyini bildirmişdir. Onları bu barədə qəbul etdiyi müvafiq qərarla tanış etmişdir. Onlar həyətyanı sahəyə baxış keçirilməsinə razı olduqlarını bildirmişlər. Nicatın anası Şahid4 ərizə yazaraq, baxış keçirilməsinə etirazı olmadığını qeyd etmişdir. Həmçinin Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkdiyini təsdiq edərək, həmin bitkiləri əkdiyi yeri göstərəcəyini bildirmişdir. Daha sonra baxış başlanmış, Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfində yerləşən dirrik sahəsində istixananın içərisində lobya bitkisi cərgəsində əkilmiş 6 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkiləri göstərmişdir. Baxışda iştirak edən mütəxəssisaqronom Şahid3 həmin 6 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilərinin hər birinə ayrı-ayrılıqda aqrotexniki qulluq edildiyini, diblərinin yumşaldıldığını, alaq otlarından təmizləndiyini, suvarıldığını bildirmişdir. Daha sonra həmin 6 ədəd bitki kökündən çıxarılmış, hündürlükləri ölçüldükdə onların hündürlüklərinin 120 santimetrdən 240 santimetrədək olması müəyyən olunmuş, aşkar edilmiş 6 ədəd narkotik tərkibli çətənə bitksinə oxşar bitkilər 1 ədəd sintetik kisəyə qablaşdırılmış, üzəri Balakən RPŞ-nin “Arayışlar üçün” 185 nömrəli möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik tərkibli çətənə bitkisinə oxşar bitkiləri özü əkib yetişdirdiyini, anası Yazbaharın onun həmin bitkiləri yetişdirməsindən xəbəri olmadığını bildirmişdir. Baxış davam etdirilərkən həyətyanı sahədən başqa narkotik tərkibli bitki nümunələri və ya digər qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Bununla da baxış sona çatmışdır. Daha sonra mütəxəssis-aqronom tərəfindən aşkar edilmiş 6 ədəd narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qulluq edilməsi barədə rəy verilmişdir. Həmçinin baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən baxış keçirilməsi haqqında protokol tərtib edilib ucadan oxunmuş və protokolun doğru olması bütün iştirakçılarla yanaşı, onun tərəfindən də imzalanmışdır. Daha sonra Balakən RPŞ-yə qayıtmışlar. Həmin gün Balakən RPŞ-nin inzibati binasında baş təhqiqatçı Mikayıl Mahmudovun xidməti otağında şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində keçirilən və saat 17:00-dan 17:30-dək davam edən şəxsi axtarış zamanı Nicatın vəkili Müdafiəçi, mütəxəssis qismində dəvət edilmiş X11,mütəxəssis-aqronom Şahid3 və polis əməkdaşları ilə birlikdə iştirak etmişdir. Şəxsi axtarış zamanı həmçinin fasiləsiz olaraq videoçəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz olaraq saxlanılan əşya və vasitə aşkar edilməmişdir. Baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, bütün digər iştirakçılarla yanaşı onun da tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş mütəxəssis-aqronom Şahid3 ifadəsində göstərmişdir ki, Balakən rayonu Qazma kəndində ailə üzvləri ilə birlikdə yaşayır. İxtisasca bitkiçilik üzrə ali təhsilli alim-aqronomdur. Hal-hazırda rəsmi olaraq Balakən rayonunda X17 Mərkəzinin bitkiçilik sektorunda baş məsləhətçi vəzifəsində çalışır. 01 iyun 2021-ci il tarixdə, saat təxminən 16 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən dəvət edilərək, Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı Balakən rayonu Gərəkli kəndində yerləşən evin həyətyanı sahəsinə baxış keçirilərkən mütəxəssisaqronom kimi iştirak etmişdir. Baxış başlamazdan əvvəl ona bu barədə hüquq və vəzifələri izah edilmişdir. Baxış zamanı videoçəkilişdən də istifadə edilmişdir. Balakən RPŞ-nin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Küçədən polis əməkdaşları Təqsirləndirilən şəxs çağırdıqda, Nicat və anası küçəyə çıxmışlar. Balakən RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Mikayıl Mahmudov tərəfindən onlara izah olunmuşdur ki, Nicatın yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Odur ki, onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi barədə qəbul edilmişdir. Onlar bu barədə qərarla tanış olduqdan sonra ev sahibi olan Nicatın anası Şahid4 ərizə yazaraq, polis əməkdaşlarının həyətyanı sahəsinə baxış keçirməsinə etiraz etmədiyini bildirərək, bu barədə ərizə yazmışdır. Baxış başlanmazdan əvvəl Təqsirləndirilən şəxs narkotiik tərkibli bitkiləri həyətyanı sahəsində əkib-becərməsini etiraf etmişdir. Həmin bitkiləri əkdiyi yeri göstərəcəyini qeyd etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı sahədə olan yaşayış evinin arxa tərəfində yerləşən dirrik sahəsində narkotik tərkibli bitkiləri əkibbecərdiyi lobya bitkisi əkilmiş istixananı göstərmişdir. Baxış zamanı istixananın içərisində lobya bitkisi cərgələrinin içərisində əkilmiş 6 ədəd narkotik təkibli çətənə bitkisinə oxşar bitkilər aşkar edilmişdir. Tərəfindən həmin bitkilərə baxış keçirilərək, müəyyən olunmuşdur ki, həmin bitkilərin hər birinə ayrılıqda aqrotexniki qaydada qulluq edimiş, dibləri yumşaldılmış, alaq otlarından təmizlənmiş, suvarılmışdır. Daha sonra həmin narkotik tərkibli çətənə bitkisinə oxşar 6 ədəd bitki kökündən çıxarılmış, hündürlükləri ölçüldükdə 120 sm-dən 240 sm-dək olduqları müəyyən olunmuşdur. Aşkar ediilmiş 6 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər 1 ədəd sintetik kisəyə qoyularaq qablaşdırılmış, üzəri Balakən RPŞ-nin “Arayışlar üçün 185” nömrəli möhürü ilə möhürlənmiş, həmçinin digər iştirakçılarla yanaşı, onun da tərəfindən imzalanmışdır. Sonra aşkar edilmiş bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsi haqqında onun tərəfindən rəy tərtib edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs sorğu zamanı qeyd edərək, bildirmişdir ki, həmin çətənə bitkilərini özü tək əkib və qulluq etmişdir. Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində baxış davam etdirildikdə başqa bitki nümunələri və ya digər kütlə, həmçinin qanunsuz əşya və vasitə aşkar edilməmişdir. Daha sonra Balakən RPŞ-yə getmişdir. Həmin gün Balakən RPŞ-nin inzibati binasında baş təhqiqatçı Mikayıl Mahmudovun xidməti otağında şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində keçirilən və saat 17:00-dan 17:30-dək davam edən şəxsi axtarış zamanı Nicatın vəkili Müdafiəçi, mütəxəssis qismində dəvət edilmiş X11 və polis əməkdaşları ilə birlikdə iştirak etmişdir. Şəxsi axtarış zamanı həmçinin fasiləsiz olaraq videoçəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz olaraq saxlanılan əşya və vasitə aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Balakən rayonu Gərəkli kəndində oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Əri Amza üç il olar ki vəfat etmişdir. Həyətində dirrik sahəsində pomidor, lobya yetişdirib sataraq, dolanır. Dirik sahəsində pomidor, lobya və xiyar yetişdirilməsi ilə oğlu Nicat məşğul olur. Onun yetişdirib yığdığı pomidor, xiyar, lobya bitkilərinin məhsulunu bazarda sataraq, ailəsini dolandırır. 01.06.2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları onun yaşadığı ünvana gələrək, həyətyanı sahənin giriş qapısından onları çağırmışlar. Oğlu Nicat və o, küçəyə çıxdıqda, polis əməkdaşları oğlu Nicatın həyətyanı sahələrində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi ilə bağlı məlumat aldıqlarını, ona görə də yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. Onları bu barədə qərarla tanış etmişlər. O, etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Oğlu Nicat həyətyanı sahədə narkotik tərkibli bitkilər əkdiyini, həmin bitkiləri əkdiyi yeri göstərəcəyini bildirmişdir Bundan sonra polis əməkdaşları həyətyanı sahəyə baxış keçirməyə başlamışlar. Oğlu Nicat evin arxasında yerləşən, üstü və yanları açıq, içərisində lobya bitkisi əkilmiş istixanada lobya bitkisi cərgələrinin arasında əkdiyi 6 ədəd narkotik tərkibli çətənə bitkisini polis əməkdaşlarına göstərmişdir. Baxış zamanı fasiləsiz olaraq videoçəkiliş aparılmışdır. Baxışda iştirak edən mütəxəssis-aqronom Şahid3 həmin 6 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilərin hər birinə ayrı-ayrılıqda aqrotexniki qulluq edildiyini bildirmişdir. Daha sonra həmin 6 ədəd bitki kökündən çıxarılmış, hündürlükləri ölçüldükdə onların hündürlüklərinin 120 santimetrdən 240 santimetrədək olması müəyyən olunmuşdur. 6 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər bir ədəd sintetik kisəyə qablaşdırılaraq, polis əməkdaşları tərəfindən götürülmüşdür. Nicatın yaşadığı evin arxasında yerləşən dirrik sahəsində lobya bitkisi cərgələrinin arasında narkotik tərkibli bitkiləri əkibbecərməsindən xəbəri olmamışdır. Əgər xəbəri olsaydı, polisə özü məlumat verərdi. Dirrik sahəsində yalnız Nicat işləmişdir. Özü narkotik tərkibli bitkiləri tanımır. Polis əməkdaşları baxış keçirən zaman Nicatın narkotik tərkibli bitkilər əkib-yetişdirdiyini bilmişdir. Oğlu Nicatın yanına həyətinə əlavə kiminsə gəlməsini görməmişdir. Nicatın narkotik vasitə istifadə etməsinin şahidi olmamışdır. Onun narkotik vasitədən istifadə etməsinə dair məlumatı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə Şahid1 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid1 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin Cinayət-Axtarışı Bölməsinin əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir. 01 iyun 2021-ci il tarixdə Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı Gərəkli kəndində yerləşən evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat alaraq, bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. Daha sonra Balakən RPŞ-nin əməkdaşlarından ibarət yaradılmış əməliyyat qrupunun üzvləri və dəvət edilmiş bitkiçilik sahəsində xüsusi biliyə malik mütəxəssis-aqronomun iştirakı ilə məlumatın yoxlanılması üçün 01 iyun 2021-ci il tarixdə, saat təxminən 16 radələrində Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı Balakən rayonu Gərəkli kəndində yerləşən evinə getmişlər. Həyət qapısından çağırdıqda Təqsirləndirilən şəxs və anası Şahid4 küçəyə çıxmışlar. Balakən RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Mikayıl Mahmudov onlara Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini yetişdirməsi barədə Balakən RPŞ-yə məlumat daxil olduğunu, ona görə də həyətyanı sahəyə baxış keçiriləcəyi bildirmişdir. Onları bu barədə müvafiq qərarla tanış etmişdir. Onlar həyətyanı sahəyə baxış keçirilməsinə razı olduqlarını bildirmişlər. Nicatın anası Şahid4 ərizə yazaraq, baxış keçirilməsinə etirazı olmadığını qeyd etmişdir. Həmçinin Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkdiyini təsdiq edərək, həmin bitkiləri əkdiyi yeri göstərəcəyini bildirmişdir. Daha sonra baxış keçirməsinə başlanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfində yerləşən dirrik sahəsində istixananın içərisində lobya bitkilərinin arasında əkilmiş 6 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkiləri göstərmişdir. Baxışda iştirak edən mütəxəssis-aqronom Şahid3 həmin 6 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilərin hər birinə ayrı-ayrılıqda aqrotexniki qulluq edildiyini, diblərinin yumşaldıldığını, alaq otlarından təmizləndiyini, suvarıldığını bildirmişdir. Daha sonra aşkar edilmiş həmin 6 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər kökündən çıxarılmış, hündürlükləri ölçüldükdə, onların hündürlüklərinin 120 santimetrdən 240 santimetrədək olması müəyyən olunmuşdur. Aşkar edilmiş 6 ədəd narkotik tərkibli çətənə bitksinə oxşar bitkilər 1 ədəd sintetik kisəyə qablaşdırılmış, üzəri Balakən RPŞ-nin “Arayışlar üçün” 185 nömrəli möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik tərkibli çətənə bitkisinə oxşar bitkiləri özü əkib-becərdiyini, anası Yazbaharın onun həmin bitkiləri yetişdirməsindən xəbərsiz olduğunu bildirmişdir. Baxış davam etdirilərkən həyətyanı sahədən başqa narkotik tərkibli bitki nümunələri və ya digər qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Bununla da baxış sona çatmışdır. Daha sonra mütəxəssis-aqronom tərəfindən aşkar edilmiş 6 ədəd narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qulluq edilməsi barədə rəy tərtib edilmişdir. Həmçinin baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən baxış keçirilməsi haqqında protokol tərtib edilib ucadan oxunmuş, protokolun doğru olması bütün iştirakçılarla yanaşı, onun tərəfindən imzalanmışdır. Daha sonra Balakən RPŞ-yə qayıtmışlar. Həmin gün Balakən RPŞ-nin inzibati binasında baş təhqiqatçı Mikayıl Mahmudovun xidməti otağında şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində keçirilən və saat 17:00-dan 17:30-dək davam edən şəxsi axtarış zamanı Nicatın vəkili Müdafiəçi, mütəxəssis qismində dəvət edilmiş X11, mütəxəssis-aqronom Şahid3 və polis əməkdaşları ilə birlikdə iştirak etmişdir. Şəxsi axtarış zamanı həmçinin fasiləsiz olaraq videoçəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz olaraq saxlanılan əşya və vasitə aşkar edilməmişdir. Baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, bütün digər iştirakçılarla yanaşı, onun tərəfindən imzalanmışdır. İşin 12-15-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 01 iyun 2021-ci il tarixli baxış və götürmə keçirilməsi barədə protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur. 01 iyun 2021-ci il saat 15:00-dan 15:50-dək Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Protokoldan görünür ki, baxış Şahid4 və Təqsirləndirilən şəxs Balakən rayonu Gərəkli kəndində yaşadığı evin həyətyanı sahəsində aparılmışdır. Həyət qapısından daxil olduqda evin arxasında dirrik sahəsi vardır. Dirrik sahəsində yanları və üstü açıq lobya əkilmiş istixana vardır. Lobya cərgələrinin arası ilə gedəndə lobya cərgəsində hündürlüyü 127 sm olan narkotik tərkibli bitkiyə oxşar bitki kolu, həmin cərgədə hündürlüyü 220 sm olan daha bir narkotik tərkibli bitkiyə oxşar bitki kolu, digər cərgənin içərisində hündürlüyü 240 sm və 120 sm olan 2 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kolu, həmin yerdən 3-4 metr aralıda hündürlüyü 134 sm olan narkotik tərkibli bitkiyə oxşar bitki kolu, həmin yerdən 5-6 metr aralıda lobya cərgəsinin arasında 172 sm olan olan narkotik tərkibli bitkiyə oxşar bitki kolu aşkar edilərək, götürülmüşdür. Aşkar edilərək götürülmüş 6 ədəd narkotik tərkibli bitkiyə oxşar bitki kolları 1 ədəd sintetik kisəyə qoyulub qablaşdırılaraq, maddi sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş 06 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarını lobya cərgələrinin aralarına özü əkərək becərməsini, özü istifadə edəcəyini, həmin bitki kollarını əkib-becərməsindən anası Yazbaharın xəbərinin olmadığını bildirmişdir. Baxış zamanı videoçəkilişdən istifadə edilmiş, çəkiliş diski protokola əlavə edilmişdir.Protokol ucadan oxunmuş, şikayət və təklif daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 41-44-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında 01 iyun 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur. Şəxsi axtarış 01 iyun 2021-ci il tarixdə saat 17:00-dan 17:30-dək davam etmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs yazıb-oxuya bilmədiyinə görə ona Balakən şəhəri, Nizami adına 1 saylı tam orta məktəbin müəllimi X11 mütəxəssis qismində dəvət edilmişdir. Təqsirləndirilən şəxs dövlət hesabına Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmazdan əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı vətəndaş Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış və çəkiliş diski protokola əlavə edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılardan şikayət, təklif daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 16-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 01 iyun 2021-ci il tarixli ixtisasca aqronom-mütəxəssis Şahid3 verdiyi rəydən görünür ki, 01 iyun 2021-ci il tarixdə Balakən rayonu Kərəkli kənd sakini Şahid4 İbrahim qızının həyətyanı sahəsində lobya bitkilərinin cərkəsi arasında hündürlükləri 120 sm-dən 240 sm-dək olan 6 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarına baxış keçirilmişdir. Baxış zamanı həmin bitki kollarının diblrinin yumşaldıldığı, alaq otlarından təmizlənərək suvarıldığı və yıxılmaması üçün diblərinə payalar basdırıldığı, və həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyi müəyyən edilmişdir. İşin 53-56-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 02 iyun 2021-ci il tarixli, 17/395 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Şahid4 və oğlu Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş ...”sözləri yazılmış sintetik kisənin içərisindəki hündürlükləri 120 sm-dən 240 sm-dək, ümumi təmiz çəkiləri -395 qram olan 06 (altı) ədəd bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir; aqronom mütəxəssis Şahid3 01 iyun 2021-ci il tarixli rəyinə əsasən 06 (altı) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir.Qeyd:çətənə bitkilərinin ümumi təmiz çəkisi-395,00 qram, tədqiqata sərf edildi-0,30 qram (hər bitkidən 0,05 qram), qalıq-394,70 qram. Ekspertiza tədqiqatının dəyəri 34,55 manatdır. İşin 118-120-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 iyun 2021-ci il tarixli, 289 nömrəli rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırkıi ekspertiza zamanı YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ) XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.0 xəstəliyi keçirmişdir və keçirir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Azərbaycan Respublikası SN-nın Respublika Psixiatriya Xəstəxanasından verilmiş 1234/2021 saylı sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası 1-ci X4 verilmiş 21.04.2021-ci il tarixli 2504 saylı sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı ), anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı onda yüngül emosional davamsızlıq aşkar olunması, affektiv reaksiyalarının bir qədər sönük olması, yaddaşında zəiflik müşahidə edilməsi, yeni məlumatları pis qavraması, təfəkküründə konkretliyə meyillilik aşkar edilməsi, tənqidinin nisbətən zəifləməsi, bununla yanaşı törətdiyi əməlin cinayət xarakterli olduğunu və bu əmələ görə həbs olunma ehtimalını başa düşməsi, intellektinin inkişafdan yüngül geri qalması və.s ) imkan verir. Təqsirləndirilən şəxs YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK (YÜNGÜL DEBİLLİK SƏVİYYƏSİNDƏ) XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik az ifadəli olması səbəbindən hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs hazırki ekspertiza zamanı da öz hərəkətlərini qiymətləndirmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs 2021-ci ildə AR SN-nin Respublika Psixiatriya Xəstəxanasında ambulator şəraitdə müayinə olunaraq “Yüngül dərəcəli Əqli gerilik” dioqnozu qoyulması, eyni zamanda Akademik M.Ə.Mirqasımov adına xəstəxananın 1-ci X5 stasionar şəraitdə müayinə olunraq “Ensefalopatiya, kəllə daxili hipertenziya,intellektin enməsi ilə” dioqnozu qoyularaq sülh dövründə hərbi xidmətə yararsız hesab edilməklə hərbi xidmətdən möhlət hüququ verilməsi (AR SN-nın Respublika Psixiatriya Xəstəxanasından verilmiş 1234/2021 saylı sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı, Akademik M.Ə.Mirqasımov adına xəstəxananın 1-ci X4 verilmiş 21.04.2021-ci il tarixli 2504 saylı sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı) istintaq və ekspertiza zamanı dolğun ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, ekspertiza zamanı aktiv surətdə müdafiə olunaraq narkotik vasitəni satmaq fikrində olmadığını və özünün istifadəsi üçün əkdiyini bildirməsi, cinayət əməli törədərkən, istintaq və ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda dərin davranış, emosiya, tənqid və təfəkkür pozuntularının aşkar edilməməsi, onda müşahidə edilən emosiya, tənqid, yaddaş, intellekt və təfəkkür pozuntularının (ekspertiza zamanı onda yüngül emosional davamsızlıq aşkar olunması, affektiv reaksiyalarının bir qədər sönük olması,yaddaşında zəiflik müşahidə edilməsi, yeni məlumatları pis qavraması, təfəkküründə konkretliyə meyillilik aşkar edilməsi, tənqidinin nisbətən zəifləməsi, bununla yanaşı törətdiyi əməlin cinayət xarakterli olduğunu və bu əmələ görə həbs olunma ehtimalını başa düşməsi, intellektinin inkişafdan yüngül geri qalması və.s ) az ifadəli olması əsas verir. İşin 130-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 09 iyun 2021-ci il tarixli, 691 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 35-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, 01 iyun 2021-ci il tarixdə, saat 15:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İş materiallarından görünür ki, 03 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Balakən RPŞ-nin MSY-dən azad olunaraq, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 128-129-cu vərəqlərində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 5(019)-51/2021 saylı qərarından görünür ki, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Amza oğlunun Balakən rayonu Gərəkli kəndində yaşadığı binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olmaqla baxış keçirilməsi barədə Balakən Rayon Polis Şöbəsinin TQ-nun təhqiqatçısı, polis mayoru Mikayıl Mahmudovun 07 iyun 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İşin 135-ci vərəqində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Tələbnamə üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi 12.06.2021-ci il tarixli, 2 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Amza oğlu məhkum olunmamışdır. İşin 137-ci vərəqində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon X8 Hüquqi Şəxsinin 10.06.2021-ci il tarixli, 117 №-li arayışından görünür ki, X2 MRX-nın poliklinika şöbəsində psixiatriya və narkoloji kabinetdə qeydiyyatda yoxdur. İşin 141-149-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 19 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan və iş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxsun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş bir ədəd möhürlənmiş sintetik kisədə saxlanılan 06 (altı) ədəd çətənə bitkiləri maddi sübut kimi tanınaraq, saxlanması üçün Balakən RPŞ-nin saxlanc anbarına verilmiş, həmçinin 01 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs həyətyanı sahəsinə keçirilən baxışın və üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 02 ədəd CD diski sübut kim tanınararq, iş materiallanına əlavə edilmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, 01 iyun 2021-ci il tarixli baxış və şəxsi axtarış protokollarını, həmin baxışın və axtarışın əks olunduğu 02 ədəd CD diskini,01 iyun 2021ci il tarixli aqronom-mütəxəssisin rəyini, məhkəmə-bioloji ekspertizasının 02 iyun 2021-ci il tarixli, 17/395 nömrəli rəyini, Balakən Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qərarını, ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 iyun 2021-ci il tarixli, 289 nömrəli rəyini, ambulator məhkəmə-narkoloji ekspertizasının 09 iyun 2021-ci il tarixli, 691 nömrəli rəyini, 19 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı, maddi sübutları, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədiyi, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməli və nəzərə alınmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X3rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Amza oğlu qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə (kannabis) bitkilərini kultivasiya etmə cinayət əməlini törətmişdir. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplamaya görə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Yenə də həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 19-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİqanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, Avropa Konvensiyasının 6-cı maddəsində və Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək və tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs Amza oğlu törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, ilk dəfə cinayət əməli törətməsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini və yüngül dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində) xəstəliyini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Amza oğluna cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Çobanğolu Nicat Amza oğlu ilk dəfədir ki, cinayət əməli törədir, cinayət əməli törətməsini etraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkir, həmçinin onda yüngül dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində) xəstəlik vardır. Onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs Amza oğlunun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs Amza oğlunun şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2021-ci il tarixdə, saat 15.00-da şübhəli şəxs qismində tutulmuş, 03 iyun 2021-ci il tarixdə Balakən RPŞ-nin MSY-dən azadlığa buraxılmış və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Amza oğlunun 01 iyun 2021-ci il tarixdən 03 iyun 2021-ci il tarixədək tutularaq həbsdə saxlandığı 2 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və Təqsirləndirilən şəxs Amza oğluna qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə cinayət əməli törətməsi, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi və yüngül dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində) xəstəliyinin olması kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəmiyyətdən təcrid olunmadan da onun islah olunmasının mümkünlüyünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 01 iyun 2021-ci il tarixdən 03 iyun 2021-ci il tarixədək tutularaq həbsdə saxlandığı 2 gün müddətin bir günü təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət… Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Amza oğlunun üzərinə yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 09 iyun 2021-ci il tarixli, 691 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığının, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Azərbaycan Respublikası CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon X8 Hüquqi Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X13 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş bir ədəd möhürlənmiş sintetik kisədə olan 06 (altı) ədəd çətənə bitkiləri məhv edilməli, 01 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs həyətyanı sahəsinə keçirilən baxışın və üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 02 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs Amza oğlunun hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 8 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 48 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən Rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 01 iyun 2021-ci il tarixdən 03 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon X8 Hüquqi Şəxsinə göndərilsin. İş üzrə 34,55 (otuz dörd manat əlli beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X13 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş bir ədəd möhürlənmiş sintetik kisədə olan 06 (altı) ədəd çətənə bitkiləri məhv edilsin; 01 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs həyətyanı sahəsinə keçirilən baxışın və üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 02 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 48 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən Rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-67/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-67/2021
15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver