Məhkəmə qərarları › İş №1(019)-67/2022

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-67/2022

28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-67/2022 28.06.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1989-cu ildə Gürcüstan Respublikasının Siteli-Skaro rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanda daimi yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 237.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib-yetişdirməklə kultivasiya cinayət əməlini törətmişdir. Belə ki, o, 2021-ci ilin sentyabr ayında Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsi ərazisindən keçən Poştbinə çayının kənarında aşkar etdiyi 01 ədəd yabanı halda bitmiş çətənə (kannabis) bitkisinin üzərindən yığaraq topladığı 07 ədəd toxumları aparıb əvvəlcə yaşadığı evdə saxlamış, daha sonra 2022-ci ilin aprel ayının əvvəllərində həmin toxumları qəsdən, qanunsuz olaraq Balakən rayonu Qaysa kəndində yaşayan qaynanası Şahid4 yaşadığı evin bağ sahəsində 02 ədəd plastik dibçəklərə torpaq doldurmaqla və aqrotexniki qaydada qulluq göstərməklə əkib yetişdirmiş, həmin toxumlardan bitmiş 05 ədəd, yəni xeyli miqdarda hündürlükləri 9 sm-dən 14 sm-dək, ümumi təmiz çəkiləri 0,395 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitillərini 2022ci ilin aprel ayının sonlarında dibçəklərdən çıxarıb həmin bağ sahəsində qəsdən, qanunsuz olaraq torpağa əkərək diblərini alaq otlarından təmizləməklə, suvarmaqla və digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmişdir. 06 may 2022-ci il tarixdə saat 12:05 dəqiqədən saat 13:15 dəqiqəyədək olan müddət ərzində Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən Balakən rayonu Qaysa kənd sakini Şahid4 yaşadığı evinə və evin həyətyanı sahəsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qaynanası Şahid4 yaşadığı evin bağ sahəsində əkib yetişdirərək aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etdiyi, hündürlükləri 9 sm-dən 14 sm-dək, ümumi təmiz çəkiləri 0,395 qram olan əkilib-becərilməsi qadağan olunmuş 05 ədəd, yəni xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, hal-hazırda ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum edilməmiş, psixi xəstəliklər keçirməmişdir. Evlidir, heç yerdə işləmir. Narkotik vasitə marixuanadan təxminən 2 ilə yaxındır ki, istifadə edir. Lakin əvvəllər narkotik vasitə marixuananı haradan əldə edib istifadə etməyi yadında qalmamışdır. 2021-ci ilin sentyabr ayında o, Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsindən keçən Poştbinə çayına çimmək üçün getmişdir. Çayda çimib kənara çıxdıqda çayın kənarında olan kolluq ərazidə yabanı halda bitən 01 ədəd çətənə bitkisinin olduğunu görmüşdür. Çətənə bitkisinin üzərində yararlı yerləri demək olar ki, olmamışdır. Buna görə də o, gələcəkdə çətənə bitkiləri əkib yetişdirmək və yetişmiş bitkilərin üzərindən yığıb qurudaraq özü istifadə etmək məqsədi ilə həmin yabanı halda bitmiş çətənə bitkisinin üzərindən 07 ədəd toxumlarını yığaraq, yaşadığı evə gətirmiş və ailə üzvlərindən xəbərsiz evdə gizlədib saxlamışdır. Həmçinin bu barədə heç kimə bir söz deməmiş və heç kimin bundan xəbəri olmamışdır. Çayın kənarında kolluqda bitmiş həmin yabanı çətənə bitkisini isə məhv etmişdir. Yəni kökündən çıxararaq çaya tullamışdır. 2022-ci ilin aprel ayının əvvələrində isə yaşadığı evdə gizlətdiyi 07 ədəd çətənə bitkisinin toxumlarını evdə gizlətdiyi yerdən çıxararaq əkmək qərarına gəlmişdir. Buna görə də Balakən rayonu Qaysa kəndində yaşayan qaynanası Şahid4 həmin kənddə yerləşən yaşadığı evin həyətində bağ sahəsində iki ədəd dibçək qabda əkmişdir. Əkdiyi narkotik tərkibli çətənə bitki toxumlarının 05 ədədi bitmişdir. 02 ədədi isə bitməmiş və yanmışdır. Bir qabda 03 ədəd, digər qabda isə 02 ədəd bitki narkotik tərkibli çətənə bitkiləri bitmişdir. O, həmin bitmiş narkotik tərkibli çətənə bitkilərinin şitillərinə qulluq etmiş, nisbətən böyütmüşdür. Sonra isə 2022-ci ilin aprel ayının axırlarında isə narkotik tərkibli çətənə bitkisinin şitillərini 02 ədəd qabdan kökləri ilə birlikdə çıxarmaqla qayınanası Şahid4 məxsus həmin bağ sahəsində torpaqda əkmişdir. Dibçək qabları isə tullamışdır. Lakin hal-hazırda həmin qabları hara tulladığını xatırlamır. Daha sonra bitkilərin diblərini alaq otlarından təmizləmiş, yumşaltmış və suvarmışdır ki, bitkilər qurumasın. 06 may 2022-ci il tarixdə o, Balakən rayonu Qaysa kəndində qaynanası Şahid4 evində olduğu zaman Balakən RPŞ-nin əməkdaşları onu yoldan çağırmış, o da yol qapısının qarşısına yola çıxmışdır. Həmin vaxt polislər ona özlərini təqdim etmişlər. Polis əməkdaşlarının yanında olan dəvət edilmiş aqronom da ona təqdim edilmişdir. Daha sonra polis əməkdaşı ona narkotik tərkibli çətənə bitkilərini qaynanası Şahid4 həyətinin bağ sahəsində əkibbecərməyində şübhəli olduğuna görə qaynanası Şahid4 yaşadığı evin bağ sahəsinə və evinə baxış keçirilməsi barədə qərarı elan etmişdir. Həmin qərarla onu tanış edərək qaynanasının yaşadığı evə və evin bağ sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Həmçinin ondan baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuş, təhqiqatçı Məhəmməd Xocaxov ona qaynanasının həyətində narkotik tərkibli bitkilər əkib-becərməyi barədə sual vermişdir. O da əvvəlcə qaynanasının həyətinə baxış keçirilməsinə etirazının olmadığını bildirərək, qaynanasının yaşadığı evin bağ sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyini polis əməkdaşlarına etiraf etmişdir. Həmçinin qaynanası Şahid4 da özünə məxsus həyətyanı sahəyə və yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş, bu barədə Balakən RPŞ-yə ərizə də yazmışdır. Polis əməkdaşlarının və mütəxəssis aqranomun iştirakı ilə qaynanasının yaşadığı evə və evin bağ sahəsinə baxış keçirilərkən o, qaynanasının fındıq bağında əkdiyi 05 ədəd narkotik tərkibli çətənə bitkisinin şitillərini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onun təqdim etdiyi narkotik tərkibli çətənə bitki şitillərini kökündən çıxararaq saymışlar. Əkdiyi narkotik tərkibli çətənə bitki şitillərinin sayı 05 ədəd təşkil etmişdir. Daha sonra hündürlüklərini ölçmüş, hündürlükləri isə 9 sm-dən 14 sm-dək təşkil etmişdir. Baxışda iştirak edən mütəxəssis aqranom onun əkmiş olduğu 05 ədəd narkotik tərkibli çətənə bitki şitillərinə aqrotexniki qaydada qulluq edildiyini, suvarıldığını, alaq otlarından təmizləndiyini bildirmişdir. Bundan sonra qaynanasının fındıq bağında aşkar edilmiş ümumi sayı 05 ədəd olan narkotik tərkibli çətənə bitkiləri elektron tərəzidə çəkilmiş, ümumi çəkiləri 0.93 qram təşkil etmişdir. Aşkar edilmiş 05 ədəd narkotik tərkibli çətənə bitkiləri 1 ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, üzəri möhürlənmiş və polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra polis əməkdaşları onun qaynanasının yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirmiş, baxış zamanı evdən və evin həyətindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Balakən RPŞ-yə gətirildikdən sonra şübhəli şəxs qismində tutulmuş, daha sonra ona təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu dövlət hesabına hüquqlarını müdafiə edən Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə ona hüquq və vəzifləri izah edilmiş, bundan sonra polis əməkdaşları onun üzərində şəxsi axtarış keçirmiş, şəxsi axtarış zamanı onun üzərindən qanunsuz heç nə aşkar edilməmişdir. Hər iki proses zamanı, yəni qaynanası Şahid4 həyətinə, bağ sahəsinə və evinə baxış keçirilərkən, həmçinin üzərində şəxsi axtarış aparılarkən fasiləsiz olaraq videçəkilişdən istifadə edilmişdir. Daha sonra protokol tərtib edilmiş, ucadan oxunmuş və həmin protokolların düzgünlüyü imzalarla təsdiq edilmişdir. Narkotik tərkibli çətənə bitkilərini əkməyindən heç kimin xəbəri olmamışdır. Heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Balakən RPŞ-də ona qarşı hər hansı bir psixi və ya fiziki təsir göstərilməmişdir. Müvafiq ekspertizanın rəyindən sonra isə ona məlum olmuşdur ki, əkib-becərdiyi 05 ədəd hündürlükləri 9 sm-dən 14 sm-dək ümumi təmiz çəkisi 0,395 qram olan bitki şitilləri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləridir, həmçinin Aqronom-mütəxəssis Şahid3 tərəfindən verilmiş 06 may 2022-ci il tarixli aqronom rəyinə əsasən tədqiqata təqdim olunmuş 05 ədəd çətənə bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşqmançılıq hissi keçirir. İlk dəfədir ki, cinayət əməli törədir. Himayəsində bir azyaşlı uşaq vardır. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 06 may 2022-ci il tarixdə Balakən şəhəri Ə.Ansuxski küçəsi ev 1, mənzil 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qaynanası Balakən rayon Qaysa kənd sakini Şahid4 Balakən rayon Qaysa kəndində yerləşən həyətində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Həmçinin məlumat əsasında ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin vaxt qaynanası Şahid4 Qaysa kəndində yerləşən yaşadığı ünvandadır. Daha sonra həmin məlumat tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin məlumatın yoxlanılması, yəni Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə Balakən RPŞ-nin rəhbərliyinin müvafiq göstərişinə əsasən Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X11 tərəfindən qəbul edilmiş müvafiq qərar əsasında Balakən RPŞ-nin əməkdaşları və dəvət edilmiş mütəxəssis aqronom Şahid3 ilə birlikdə Balakən rayonu Qaysa kənd sakini Şahid4 Balakən rayon Qaysa kəndində yaşadığı evin qarşısına gəlmişlər. Yoldan, yəni evin darvazasından çöldə dayanaraq Təqsirləndirilən şəxs çağırmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs yola çıxmış, bu zaman təhqiqatçı X11 tərəfindən Təqsirləndirilən şəxs izah edilmişdir ki, qaynanası Şahid4 yaşadığı evdə və həyətanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkməsi barədə Balakən RPŞ-yə məlumat daxil olmuşdur. Buna görə də həmin məlumat əsasında qaynanası Şahid4 yaşadığı evinə, həyətyanı sahəsinə, yardımçı tikililərinə baxış keçirəcəklərini bildirmişdir. Həmçinin bu barədə qərar Təqsirləndirilən şəxs təhqiqatçı X11 tərəfindən elan edilmişdir. Təqsirləndirilən şəxs baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Baxış zamanı təhqiqatçı X1 Ruslan Yura oğluna qaynanası Şahid4 həyətində, yaxud evində narkotik tərkibli bitkilər əkibbecərməsi barədə sual vermiş, Təqsirləndirilən şəxs də qaynanası Şahid4 həyətində olan bağ səhəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini, həmin narkotik tərkibli çətənə bitkilərini təqdim edəcəyini bildirmişdir. Həmçinin ev sahibi Şahid4 yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını söyləmişdir. Həmçinin bu barədə ərizə də vermişdir. Daha sonra Təqsirləndirilən şəxs, mütəxəssis aqronomun və polis əməkdaşlarının iştirakı ilə Şahid4 yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qaynanası Şahid4 həyətinin bağ sahəsində əkdiyi narkotik tərkibli çətənə bitkilərini təqdim etmişdir. Həmin bitkilərin sayının 05 ədəd olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bitkilərə baxış keçirilərkən baxışda iştirak edən mütəxəssis aqronom Şahid3 Təqsirləndirilən şəxs əkib-becərdiyi bitkilərə baxış keçirərək, 05 ədəd narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərildiyini, suvarıldığını, diblərinin alaq otlarından təmizləndiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əkib-becərdiyi narkotik tərkibli bitkilər kökündən çıxarılmış, təkrar sayılmış, həmin bitkilərin sayı 05 ədəd olması, hündürlüklərinin isə 9 santimetrdən 14 santimetrədək olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayında Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış mətəqəsində çayın kənarında tapdığı bir ədəd çətənə bitkisi ağacının toxumlarını əkərək, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərdiyini demişdir. Bitkiləri əkməkdə məqsədi isə gələcəkdə həmin bitkilərdən narkotik vasitə marixuana əldə edib özü çəkib istifadə etmək olmuşdur. Həmçinin həmin bitkilər elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisinin 0,93 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik tərkibli çətənə bitkiləri 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra Şahid4 yaşadığı evə baxış keçirilmiş və evdən hər hansı qanunsuz əşya və narkotik vasitə aşkar edilməmişdir. Baxış prosesi Balakən RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti, polis mayoru X15 tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Baxış bitdikdən sonra Təqsirləndirilən şəxs dəvət edərək, Balakən RPŞ-yə aparmışlar. Təqsirləndirilən şəxs polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra təqdim edilən siyahıdan seçdiyi vəkil Müdafiəçi polis şöbəsinə dəvət olunmuş və bundan sonra videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı qeyri-qanuni əşya aşkar edilməmişdir. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış Balakən RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti, polis mayoru X15 tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin X16 Mühafizəsi və Fumiqasiya Mərkəzinin aqrotexniki vəzifəsində işləyir.06 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qaynanası, Balakən rayonu Qaysa kənd sakini Şahid4 yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməmişdən əvvəl polis əməkdaşları onu mütəxəssis aqronom kimi dəvət etmiş və o, həmin baxış prosesində iştirak etmişdir. Belə ki, 06 may 2022-ci il tarixdə o, polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs Balakən rayonu Qaysa kəndində yerləşən yaşayış evinin qarşısına gəlmişdir. Polis əməkdaşları evin darvazasından çöldə dayanaraq, Təqsirləndirilən şəxs çağırmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs yola çıxmış, bu zaman təhqiqatçı X11 tərəfindən Təqsirləndirilən şəxs izah edilmişdir ki, qaynanası Şahid4 yaşadığı evdə və həyətanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkməsi barədə Balakən RPŞ-yə məlumat daxil olmuşdur. Buna görə də həmin məlumat əsasında qaynanası Şahid4 yaşadığı evinə, həyətyanı sahəsinə, yardımçı tikililərinə baxış keçirəcəklərini bildirmişdir. Həmçinin bu barədə qərar Təqsirləndirilən şəxs təhqiqatçı X11 tərəfindən elan edilmişdir. Təqsirləndirilən şəxs baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Baxış zamanı təhqiqatçı X1 Ruslan Yura oğluna qaynanası Şahid4 həyətində, yaxud evində narkotik tərkibli bitkilər əkib becərməsi barədə sual vermiş, Təqsirləndirilən şəxs də qaynanası Şahid4 həyətində olan bağ səhəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini, həmin narkotik tərkibli çətənə bitkilərini təqdim edəcəyini bildirmişdir. Həmçinin ev sahibi Şahid4 yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını söyləmişdir. Həmçinin bu barədə ərizə də vermişdir. Daha sonra Təqsirləndirilən şəxs, mütəxəssis aqronomun və polis əməkdaşlarının iştirakı ilə Şahid4 yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qaynanası Şahid4 həyətinin bağ sahəsində əkdiyi narkotik tərkibli çətənə bitkilərini təqdim etmişdir. Həmin bitkilərin sayının 05 ədəd olması müəyyən edilmişdir.Tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bitkilərə baxış keçirilmiş və Təqsirləndirilən şəxs əkib-becərdiyi bitkilərə baxış keçilərkən 05 ədəd narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərildiyini, suvarıldığını, diblərinin alaq otlarından təmizləndiyini müəyyən etmişdir. Daha sonra Təqsirləndirilən şəxs əkib-becərdiyi narkotik tərkibli bitkilər kökündən çıxarılmış, təkrar sayılmış, həmin bitkilərin sayının 05 ədəd olması, hündürlüklərinin isə 9 santimetrdən 14 santimetrədək olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayında Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış mətəqəsində çayın kənarında tapdığı bir ədəd çətənə bitkisi ağacının toxumlarını əkərək həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərdiyini bildirmiş, bitkiləri əkməkdə məqsədi isə gələcəkdə həmin bitkilərdən narkotik vasitə marixuana əldə edib özü çəkib istifadə etmək olmuşdur. Həmçinin həmin bitkilər elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisinin 0,93 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik tərkibli çətənə bitkiləri 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra Şahid4 yaşadığı evə baxış keçirilmiş və evdən hər hansı qanunsuz əşya və narkotik vasitə aşkar edilməmişdir. Baxış prosesi Balakən RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti, polis mayoru X15 tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, halhazırda Balakən rayonu Qaysa kəndində yaşayır.Əvvəllər məhkum edilməmiş, psixi xəstəlikləri keçirməmişdir.Heç yerdə işləmir. Pensiyaçıdır.Övladları Rusiya Federasiyasında yaşayır.Qaysa kəndində tək yaşayır. Balakən şəhər sakini Təqsirləndirilən şəxs onun kürəkənidir.Təqsirləndirilən şəxs onun qızı X4 həyat yoldaşıdır. Onların bir azyaşlı övladları vardır. Şıxıyev X14 şəhəri Ə.Ansuxski küçəsi ev 1, mənzil 3 ünvanında qeydiyyatdadır.Həmin ünvanda yaşayır.Lakin o, onun yaşadığı ünvanda da, yəni Qaysa kəndində yerləşən evindədə qalır.Ruslan onun həyətində olan bağ işlərində kömək edir. Çünki o, yaşlı olduğundan və xəstə olduğundan bağ və həyət işlərini görə bilmir. Ruslan onun həyətinin bağ sahəsində ot biçilməsi, bağın təmizlənməsi, ağacların budanması işlərini görür. 06 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onun Balakən rayonu Qaysa kəndində yerləşən həyətində olmuşdur.Həmin gün evdə bir az oturub söhbət etdikdən sonra bağa işləmək üçün düşmüşdür. Həmin tarixdə Təqsirləndirilən şəxs yoldan kimsə çağırmışdır. Ruslan yola çıxmışdır. Daha sonra ona məlum olmuşdur ki, Ruslanı çağıran polis əməkdaşları olub. Sonra polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini onun bağ sahəsində əkibbecərməsində şübhəli olduğuna görə yaşadığı evin bağ sahəsinə və evinə baxış keçirilməsi barədə qərarı elan etmişlər.Həmin qərarla onu tanış edərək, onun yaşadığı evə və evinin bağ sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuşlar. Həmçinin polis əməkdaşı onun həyətimdə narkotik tərkibli bitkilər əkib-becərməsi barədə kürəkəni Ruslana sual vermişdir. Ruslan isə həyətinə baxış keçirilməsinə etirazının olmadığını bildirərək, evin bağ sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyini polislərə etiraf etmişdir.Həmçinin o, özünə məxsus həyətyanı sahəyə və yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Həmçinin bu barədə Balakən RPŞ-yə ərizə də yazmışdır. Polis əməkdaşlarının və mütəxəssis aqranomun iştirakı ilə onun yaşadığı evə və evin bağ sahəsinə baxış keçirilərkən Təqsirləndirilən şəxs fındıq bağında əkdiyi 05 ədəd narkotik tərkibli çətənə bitkisinin şitillərini polis əməkdaşlarına təqdim etmişdir. Həmin şitillər müvafiq protokol tərtib edilməklə və videçəkiliş aparılmaqla polis əməkdaşları tərəfindən götürülmüşdür.Daha sonra isə polis əməkdaşları onun yaşadığı evədə baxış keçirmişlər.Lakin onun evindən heç bir qeyri qanuni əşya aşkar edilməmişdir. Onun həyətindən kürəkəni Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilər əkməsindən onun xəbəri olmamışdır. Təqsirləndirilən şəxs belə bir cinayət törətdiyini, yəni onun həyətində narkotik tərkibli bitkilər əkdiyini bilsə idi, əvvəla buna icazə verməzdi və ondan polisə şikayət edərdi. Onun həyətinə həyətin bağ sahəsinə həmişə kürəkəni Ruslan nəzarət edib. Həmçinin bağ sahəsində tərəvəz məhsullarıda əkib. Ruslan kürəkəni olduğu üçün ona etibar etdiyi üçün onun belə bir iş edəcəyini bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə şahid-Balakən RPŞ-nin PPXB-nın manqa komandiri Şahid2 məhkəmə iclasına gəlməmiş və gətirilməmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, Şahid2 verilən ittihamın həlli üçün yeganə və həlledici şahid deyildir. Həmçinin təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin şahidin ibtidai istintaqda verdiyi ifadəsi ilə tanış olmuş və bu ifadəyə hər hansı etiraz bildirməmiş, eyni zamanda həmin ifadənin təkzib edilməsi üçün hər hansı vəsatətlər verməmiş, onun dindirilməsi zamanı eyni şərtlər daxilində öz şahidlərinin çağrılıb dindirilməsini xahiş etməmiş, bu şahidin ifadəsində göstərdiyi halların təkzibi ilə bağlı hər hansı sübutlar təqdim etməmişlər. Həmçinin məhkəmədə ittiham və müdafiə tərəflərinin iştirakı ilə iş üzrə ittihamın həlli üçün ifadəsi əsas hesab edilə biləcək şahid dindirilmiş, tərəflərə ona müvafiq sualların verilməsi, ifadəsində göstərdiyi halların tədqiq edilməsi üçün hərtərəfli şərait yaradılmış, həmin ifadəyə işdə olan digər sübutlarla müqayisəli şəkildə hüquqi qiymətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual tədlbirlər həyata keçirilmişdir. İş üzrə təqsirləndirilən şəxs də məhkəmədə verdiyi ifadəsində ona verilən ittiham üzrə özünü təqsirli bilmiş, bu konteksdə həmin şəxsin ifadəsi və işdə olan digər mötəbər sübutlarla tanış olmuşlar. Bu xüsusda ittiham və müdafiə tərəfləri Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsinin məhkəmədə elan olunmasına və tədqiq olunmasına razılığını bildirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, Şahid2 məhkəməyə gəlməsinin təmin edilməsi üçün müvafiq tədbirlərin görüldüyünü, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid2 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Balakən RPŞ-nin PPXB-nin manqa komandiri Şahid2 da Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan 06 may 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, “xx.xx.2022-ci tarixdə saat 12:05-dən 13:15-dək olan müddət ərzində ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qaynanası Balakən rayon Qaysa kənd sakini X5 evinə və evinin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında polis əməkdaşları dəvət edilmiş mütəxəssis aqronomla birlikdə Təqsirləndirilən şəxs Balakən rayon Qaysa kəndində yaşayan qaynanası Şahid4 yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs çağırmışlar. Daha sonra Təqsirləndirilən şəxs yola çıxmış, bu zaman təhqiqatçı X11 tərəfindən Təqsirləndirilən şəxs izah edilmişdir ki, qaynanası Şahid4 yaşadığı evdə və həyətanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkməsi barədə Balakən RPŞ-yə məlumat daxil olmuşdur. Buna görə də həmin məlumat əsasında Təqsirləndirilən şəxs qaynanası Şahid4 yaşadığı evinə, həyətyanı sahəsinə, yardımçı tikililərinə baxış keçiriləcək. Həmçinin bu barədə qərar Təqsirləndirilən şəxs təhqiqatçı X11 tərəfindən elan edilmişdir. Təqsirləndirilən şəxs baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs qaynanası Şahid4 həyətində olan bağ səhəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini, həmin narkotik tərkibli çətənə bitkilərini təqdim edəcəyini bildirmişdir. Həmçinin ev sahibi Şahid4 yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, bu barədə ərizə də vermişdir. Daha sonra Təqsirləndirilən şəxs, mütəxəssis aqronomun və polis əməkdaşlarının iştirakı ilə Şahid4 yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs qaynanası Şahid4 həyətinin bağ sahəsində əkdiyi narkotik tərkibli çətənə bitkilərini təqdim etmişdir. Həmin bitkilərin sayının 05 ədəd olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bitkilərə baxış keçirilərkən baxışda iştirak edən mütəxəssis aqronom Şahid3 Təqsirləndirilən şəxs əkib-becərdiyi bitkilərə baxış keçirərək, 05 ədəd narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərildiyini, suvarıldığını, diblərinin alaq otlarından təmizləndiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əkib-becərdiyi narkotik tərkibli bitkilər kökündən çıxarılmış, həmin bitkilərin sayının 05 ədəd olması, hündürlüklərinin isə 9 santimetrdən 14 santimetrədək olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayında Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış mətəqəsində çayın kənarında tapdığı bir ədəd çətənə bitkisi ağacının toxumlarını əkərək, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərdiyini bildirmişdir. Bitkiləri əkməkdə məqsədi isə gələcəkdə həmin bitkilərdən narkotik vasitə marixuana əldə edib özü çəkib istifadə etmək olmuşdur. Həmçinin həmin bitkilər elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisinin 0,93 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik tərkibli çətənə bitkiləri 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra Şahid4 yaşadığı evə baxış keçirilmiş və evdən hər hansı qanunsuz əşya və narkotik vasitə aşkar edilməmişdir. Baxış prosesi Balakən RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti, polis mayoru X15 tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. İş materiallarında olan 06 may 2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxs axtarış aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 14:29-dan 14:55-dək olan müddətə ərzində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamasında şübhəli olduğundan dəvət edərək Balakən RPŞ-yə aparılmışdır. Təqsirləndirilən şəxs polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra təqdim edilən siyahıdan seçdiyi vəkil Müdafiəçi polis şöbəsinə dəvət olunmuş və bundan sonra videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı qeyri-qanuni əşya aşkar edilməmişdir. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış Balakən RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti, polis mayoru X15 tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin X16 Mühafizəsi və Fumiqasiya Mərkəzinin aqrotexniki vəzifəsində işləyən mütəxəssis aqronom Şahid3 xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları ilə birlikdə Balakən rayonu Qaysa kəndində, Əli Ansuxski küçəsi ev 1, mənzil 3-də yaşayan Təqsirləndirilən şəxs qaynanası Qaysa kənd sakini Şahid4 evinə və evin həyətyanı sahəsinə baxış zamanı aşkar edilmiş 5 ədəd hündürlükləri 9 sm-dən 14 sm-dək olan narkotik tərkibli çətənə bitksinin şitillərinə oxşar bitki şitillərinə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 06 may 2022-ci tarixli 17/387 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs qaynanasının bağından aşkar edilərək götürülmüş narkotik tərkibli şitillərə oxşar bitki şitilləri.....” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 05 (beş) ədəd hündürlükləri 9 smdən 14 sm-dək, ümumi təmiz çəkisi-0,395 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləridir; aqronom-mütəxəssis Şahid3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli aqronom rəyinə əsasən tədqiqata təqdim olunmuş 05 (beş) ədəd çətənə bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 51,06 manat təşkil edir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 18 may 2022-ci il tarixli 676 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var.Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 06 may 2022-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə, saat 12.05-də Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İş matertiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(019)- 31/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, məhkəmə iclas zalında həbsdən azad edlilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli 5(019)- 18/2022 saylı qərarından görünür ki, Balakən rayonu Qaysa kənd sakini Şahid4 yaşadığı evin həyətyanı sahəsinə, birnaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olmaqla baxış keçirilməsi barədə Balakən Rayon Polis Şöbəsinin TQ-nun təhqiqatçısı, polis mayoru Məhəmməd Xocaxovun 06 may 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan Tələbnamə üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi xx.xx.2022-ci il tarixli, 6 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarından həmçinin görünür ki, xx.xx.2018-ci il tarixdə doğulmuş X12 olmaqla Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq vardır. İş materiallarında olan 20 may 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əkib-becərdiyi və qaynanası Şahid4 həyətindən aşkar edilərək götürülmüş hündürlükləri 9 sm-dən 14 sm-dək əkibbecərilməsi qadağan olunmuş 05 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri maddi sübut kimi tanınmış və saxlanılması üçün Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, həmçinin Şahid4 həyətinə və yaşadığı evə keçirilən baxışın videogörüntüləri əks olunmuş 1 ədəd DVD diski və Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 1 ədəd DVD diski, cəmi 2 ədəd DVD diski sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, 06 may 2022-ci il tarixli Şahid4 həyətinə və yaşadığı evə keçirilən baxış protokolunu, həmin baxışın videogörüntüləri əks olunmuş 1 ədəd CD diskini, 06 may 2022-ci il tarixli Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış protokolunu və həmin axtarışın videogörüntüləri əks olunmuş 1 ədəd DVD diskini, 06 may 2022-ci il tarixli aqronom-mütəxəssisin rəyini, məhkəmə-bioloji ekspertizasının 06 may 2022ci il tarixli 17/387 nömrəli rəyini, Balakən Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli qərarını, ambulator məhkəmə-narkoloji ekspertizasının 18 may 2022-ci il tarixli 676 nömrəli rəyini, Tələbnamə üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi xx.xx.2022-ci il tarixli, 6 saylı arayışı, 20 may 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı, maddi sübutları, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədiyi, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməli və nəzərə alınmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X2rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib-yetişdirməklə kultivasiya cinayət əməlini törətmişdir. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplamaya görə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Yenə də həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 19-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ-qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, Avropa Konvensiyasının 6-cı maddəsində və Azərbaycan Respublikası CPMnin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək və tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində aşyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, himayəsində bir azyaşlı uşağın olmasını, ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, onun öz əməlinə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (AR CM-nin 72ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də təqsirləndirilən şəxsin cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən peşmançılıq çəkməsi məhz onun istinad olunan Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Həm də təqsirləndirilən şəxsin cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olması onun ilk dəfə cinayət əməli törətməsi konteksində də əsaslıdır və qəbul olunmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq vardır, o, ilk dəfədir ki, cinayət əməli törədir və cinayət əməli törətməsini etraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkir. Onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə, saat 12.05-də şübhəli şəxs qismində tutulmuş, Balakən Rayon Məhkəməsinin 08 may 2022-ci il tarixli qərarı ilə 08 may 2022-ci il tarixdə, saat 11.50-də məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdən 08 may 2022-ci il tarixədək tutularaq həbsdə saxlandığı 2 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində bir azyaşlı uşağın olması, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəmiyyətdən təcrid olunmadan da onun islah olunmasının mümkünlüyünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, onun 06 may 2022-ci il tarixdən 08 may 2022-ci il tarixədək tutularaq həbsdə saxlandığı 2 gün müddətin bir günü Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət… Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Balakən şəhəri Ə.Ansuxski küçəsi ev 1, mənzil 3 ünvanında yerləşən yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 18 may 2022-ci il tarixli 676 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyinin, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunmalı və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən rayon X10 Hüquqi Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 51,06 manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc antarında saxlanılan Təqsirləndirilən şəxs əkib-becərdiyi və qaynanası Şahid4 həyətindən aşkar edilərək götürülmüş hündürlükləri 9 sm-dən 14 sm-dək əkib-becərilməsi qadağan olunmuş 05 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri məhv edilməli, həmçinin Şahid4 həyətinə və yaşadığı evə keçirilən baxışın videogörüntüləri əks olunmuş 1 ədəd DVD diski və Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 1 ədəd DVD diski, cəmi 2 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 5 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X13 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşina Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 06 may 2022-ci il tarixdən 08 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 2 (iki) gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Balakən şəhəri Ə.Ansuxski küçəsi ev 1, mənzil 3 ünvanında yerləşən yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin; Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunsun və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetdə qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən rayon X10 Hüquqi Şəxsinə göndərilsin. İş üzrə 51,06 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc antarında saxlanılan Təqsirləndirilən şəxs əkib-becərdiyi və qaynanası Şahid4 həyətindən aşkar edilərək götürülmüş hündürlükləri 9 sm-dən 14 sm-dək əkib-becərilməsi qadağan olunmuş 05 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri məhv edilsin; Şahid4 həyətinə və yaşadığı evə keçirilən baxışın videogörüntüləri əks olunmuş 1 ədəd DVD diski və Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 1 ədəd DVD diski, cəmi 2 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X13 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar