Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-68/2020 03.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, xüsusi ittihamçı (zərərçəkmiş şəxs) X6 nümayəndəsi-fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil-X4 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş təqsirləndirilən şəxs X5 iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Gürcüstan Respublikası Qardabani rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 11 ünvanında qeydiyyatda olan və həmin ünvanda daimi yaşayan- X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə dair işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X13 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmiş, Balakən Rayon Məhkəməsinin müvafiq qərarı ilə həmin xüsusi ittiham qaydasında şikayət üzrə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə məhkəməyə verilmiş və işin məhkəmə baxışı təyin edilmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı (zərərçəkmiş şəxs) X6 nümayəndəsi-fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, nümayəndəsi olduğu X2 Fərid Tofiq oğluna qarşı xüsusi ittiham qaydasında şikayətlə Balakən Rayon Məhkəməsinə müraciət edərək, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması və cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. X12 xüsusi ittihamçı X8 ərizə yazaraq, əsəbi olduğunu və səhv etdiyini, yazdığı qeydlərdən peşmançılıq çəkdiyini, bir daha belə yazılar yazmayacağını bildirirək, barəsində olan xüsusi ittiham qaydasında şikayətin geri götürülməsini xahiş etmişdir. Buna görə də xüsusi ittihamçı Balakən Rayon İcra Hakimiyyətinin başçısı X6 razılığı ilə təqsirləndirilən şəxs X5 barəsində olan xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edir. Qeyd edilənləri nəzərə alaraq, X5 barəsində olan 1(019)-68/2020 saylı xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş təqsirləndirilən şəxs X12 həqiqətən də xüsusi ittihamçı (zərərçəkmiş şəxs) X6 adına ərizə yazaraq, əsəbi olduğunu və səhv etdiyini, yazdığı yazılardan peşmançılıq çəkdiyini, bir daha belə yazılar yazmayacağını bildirmiş və barəsində olan xüsusi ittiham qaydasında şikayətin geri götürülməsini xahiş etmişdir. X12 məhkəməyə ərizə təqdim edərək, həmçinin bildirmişdir ki, həqiqətən də xüsusi ittihamçı (zərərçəkmiş şəxs) X13 ilə barışmışlar, xüsusi ittihamçı X6 nümayəndəsi-fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə xüsusi ittihamçının razılığı ilə ona qarşı xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibindən imtina etmişdir. O, ona qarşı hazırki cinayət təqibindən imtina edilməsi ilə razıdır. Xüsusi ittihamçının nümayəndəsinin ona qarşı xüsusi ittiham qaydasında cinayət təqibindən imtina etməsini nəzərə alaraq, hazırki cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.9-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsində göstərilir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən vəcəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərərçəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən xüsusi ittihamçının nümayəndəsi cinayət təqibi üzrə icraat zamanı şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, xüsusi ittihamçının hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 103.2-ci maddəsinə əsasən xüsusi ittihamçının nümayəndəsinin cinayət təqibi üzrə icraatda iştirakı bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulmuş zərər çəkmiş şəxsin nümayəndəsi üçün müəyyən olunmuş müddəalara və bu maddədə göstərilmiş xüsusiyyətlərə uyğun həyata keçirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 103.3-cü maddəsinə əsasən məhkəmə cinayət təqibi üzrə icraatda iştirak edən xüsusi ittihamçının xahişi ilə vəkili onun nümayəndəsi qismində təyin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 103.4-cü maddəsinə əsasən cinayət işinə məhkəmə baxışında xüsusi ittihamçının nümayəndəsi təmsil etdiyi şəxsin əvəzinə iştirak edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 103.5-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada xüsusi ittihamçının nümayəndəsi aşağıdakı hüquqlara malikdir: 103.5.2. təmsil etdiyi şəxsin razılığı ilə cinayət prosesinin istənilən anında ittihamdan imtina etmək. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair» xx xxxx 2011-ci tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2, 39.1.9 və 41.7-ci maddələrinə əsasən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməməsinə, belə barışma məhkəmə müşavirə otağına gedənədək əldə olunduqda isə cinayət təqibinə xitam verilməsinə şərtsiz əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair» xx xxxxxx 2008-ci il tarixli qərarında qey edilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında həyata keçirilən cinayət təqibi üzrə xüsusi ittihamçı (zərərçəkmiş şəxs) və təqsirləndirilən şəxs barışmaqla, xüsusi ittihamçının razılığı ilə onun nümayəndəsi tərəfindən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edildiyindən, iş üzrə icraata xitam verilməsi üçün maneələr olmadığından, xüsusi ittihamçı X6 xüsusi ittiham qaydasında şikayəti üzrə X12 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148 maddələri ilə başlanmış xüsusi ittiham qaydasında cinayət təqibinə xüsusi ittihamçının razılığı ilə onun nümayəndəsi tərəfindən həmin cinayət təqibindən imtina edilməsinə görə xitam verilməlidir. Hazırki işin materiallarından görünür ki, iş üzrə mülki iddia və maddi sübut yoxdur. İş materiallarından həmçinin görünür ki, fərdi qaydada fəaliyyət göstərən vəkil X9 məhkəmə icraatı zamanı xüsusi ittiham qaydasında cinayət təqibi üzrə X5 hüquqlarının müdafiəsinə 3 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasnıda cinayət təqibi üzrə X7 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 18 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil X4 X14 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: X1 hesabı: AZ71AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.9, 41.7, 43, 321, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Xüsusi ittihamçı X6 xüsusi ittiham qaydasında şikayəti üzrə X12 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148 maddələri ilə başlanmış xüsusi ittiham qaydasında cinayət təqibinə xüsusi ittihamçının razılığı ilə onun nümayəndəsi tərəfindən həmin cinayət təqibindən imtina edilməsinə görə xitam verilsin. Xüsusi ittiham qaydasnıda cinayət təqibi üzrə X7 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 18 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil X4 X14 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: X1 hesabı: AZ71AİİB******************** VÖEN:********** Müxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-68/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-68/2020
03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver