Məhkəmə qərarları › İş №1(019)-68/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-68/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-68/2023 03.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsinin icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə Cinayət qanunu ilə nəzərdə tutulan əməli törədən şəxs – xx.xx.1954-cü il tarixdə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir ki,o,xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Balakən rayonunun Hənifə kəndində yerləşən yaşadıqları fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs vurmaq üçün onun üzərinə hücum etmiş, həmin vaxt Zərərçəkmiş şəxs evdən çıxaraq qaçdığı zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evin yan hissəsində olan fındıqlıq sahəsində tutaraq onu əlində olan taxta parçası ilə müxtəlif bədən üzvlərinə qəsdən bir neçə dəfə vuraraq sonuncuya sağ kürəkdə,sağ və sol aşağı belinin sağrıya keçən hissəsində, sağ bazuda, sağ saidində,sol bazuda şişkinlik göyümsov hematomalı qançırlar ilə nəticələnən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək onun barəsində Balakən Rayon Məhkəməsinin icraatında olan sadələşdirilmiş icraat materialı üzrə Zərərçəkmiş şəxs ilə barışdığını, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını göstərərək işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs onu döyərək ona yüngül xəsarət yetirdiyini, ondan şikayət və tələbi olmadığını,onu bağışladığını göstərərək işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsinin icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsin zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən xitam verilməsi, onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini təklif etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-cu maddəsinə əsasən: 299.1. Məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.2. Hazırlıq iclasının keçirilməsi qaydası məhkəmə tərəfindən müəyyən olunur. Məhkəmə cinayət prosesi tərəflərinin məhkəmənin hazırlıq iclasının keçirilməsi qaydasına dair təkliflərini nəzərə ala bilər. 299.3. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulubpozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. Həmin Məcəllənin 300-cü maddəsinə əsasən: 300.1. Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: 300.1.1. təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; 300.1.2. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; 300.1.3. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; 300.1.4. müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 300.1.5. cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; 300.1.6. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; 300.1.7. cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə. Məhkəmə işin hallarını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs və zərərçəkmiş şəxsin barışmalarını, zərər çəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, onların işin icraatına xitam verilməsini xahiş etmələrini, dövlət ittihamçısının cinayət işinin icraatına xitam verilməsi və Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini təklif etməsini,cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 299-300 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar