Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-68/2024 05.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS -xx.xx.1965-ci ildə Ağdaş rayonu Orta Qəsil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Ağdaş rayonu Orta Qəsil kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda cəza çəkən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2, 29,178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılan, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığı, ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 kürəkəni Şahid1 təqaüd düzəltməkdə köməklik edəcəyinə dair yalandan vəd verib aldadaraq, hissə-hissə olmaqla Zərərçəkmiş şəxs1 2022-ci ilin fevral ayında istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda Bakı şəhəri ərazisində yerləşən Zərifə Əliyeva adına Göz İnstitutunun yaxınlığında əlbəəl verdiyi 1500 manat məbləğində və 2022-ci ilin aprel ayında istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda Balakən şəhəri ərazisində yerləşən ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs bildirdiyi istintaqla dəqiq müəyyən edilməyən kart hesabına göndərilmiş 1000 manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədilə əvvəlcədən tanımadığı Balakən şəhəri X6 küçəsi ev 23 ünvanında qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 təqaüd düzəltməkdə köməklik edəcəyinə dair yalandan vəd verib aldadaraq, hissə-hissə olmaqla Zərərçəkmiş şəxs2 2022-ci ilin mart ayında istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda Bakı şəhəri ərazisində yerləşən Zərifə Əliyeva adına Göz İnstitutunun yaxınlığında əlbəəl verdiyi 2500 manat məbləğində və 2022-ci ilin mart ayında istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda Balakən şəhəri ərazisində yerləşən ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs bildirdiyi istintaqla dəqiq müəyyən edilməyən kart hesabına göndərilmiş 1000 manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 3500 (üç min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işdə olan sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda cəza çəkir. Həmçinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2, 29,178.2.4 və 32.4,312.2-ci maddələri ilə barəsində cinayət işinə baxılır. O, 2021-ci ildə hazırda adı yadında qalmayan, əvvəlcədən tanımadığı bir nəfər şəxslə tanış olmuş və həmin şəxsə ona pensiya düzəltməkdə köməklik edə biləcəyini demişdir. Bundan sonra 2021-ci ilin noyabr ayında dəqiq yadında qalmayan gündə Bakı şəhərində olarkən bir nəfər tanımadığı şəxs onun ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək nömrəsini bir nəfərdən aldığını, ad və soyadının Zərərçəkmiş şəxs1 olduğunu demiş və söhbət edən zaman Mübariz kürəkəni Şahid1 görmə qabiliyyətinin zəif olduğuna görə əvvəlcə pensiya aldığını, sonradan pensiyasının kəsildiyi bildirib kömək etməyini ondan xahiş etmişdir. O da Mübarizə kürəkəni Emilə pensiya düzəltməkdə köməklik edəcəyini, pensiya düzəltmək üçün 2500 (iki min beş yüz) manat məbləğində pul verməli olduğunu və bundan sonra sənədləşdirmə olacağını bildirmişdir. Mübariz də onunla razılaşmış və bir müddət sonra deyilən pulu çatdıracağını demişdir. 2022-ci ilin fevral ayında dəqiq xatırlamadığı tarixdə Mübariz ona zəng edərək pulun hazır olduğunu demiş və Bakı şəhərində yerləşən Zərifə Əliyeva adına Göz institutunun yanında görüşüb 1000 (min) manat pulu ona vermişdir. O da bu məsələni həll edəcəyini, yəni Emilə pensiya düzəltdirəcəyini bildirmişdir. Mübariz ona pul verdikdən bir müddət sonra ona zəng edərək tanışı olan Zərərçəkmiş şəxs2 adlı şəxsin gözünün zəif olduğunu, buna görə Cəmilə verilən pensiyanın kəsildiyini, Cəmilin pensiya düzəltmək istədiyini demişdir. O da Cəmilin pensiyasını bərpa etdirəcəyini, lakin bunun üçün 1800 manat məbləğində pul lazım olduğunu, əgər alınırsa Cəmilin onunla əlaqə saxlamağını demişdir. Bundan sonra da o, Cəmillə danışıb razılaşmışdır. Daha sonra 2022-ci ilin mart ayında dəqiq yadında qalmayan gündə Cəmil Bakı şəhərinə gəlmiş və Zərifə Əliyeva adına Göz institutunun yanında görüşərək əlbəəl 1800 (min səkkiz yüz) manat pulu ona vermişdir. Bundan sonra o, həmin vaxt pula ehtiyacı olduğu üçün Mübariz və Cəmildən hərəsindən əlavə 1000 manat da pul istəmiş və 2022-ci ilin mart və aprel aylarında dəqiq xatırlamadığı günlərdə Mübariz və Cəmil hal-hazırda nömrəsi yadında qalmayan bank kartına hər biri 1000 manat pul yollamışlar. Lakin sonradan o, işləri alınmadığına görə Emil və Cəmilə pensiya düzəldə bilməmiş və həmin ona verilən pulları da şəxsi ehtiyacları üçün xərcləmişdir. O sonradan Cəmilin verdiyi puldan 750 manat və Mübarizin verdiyi puldan 750 manat qaytarmışdır. Qalan məbləği də gələcəkdə qaytaracaqdır. Mübariz və Cəmil verdikləri pulun məbləğini artıq deyirlər. Onlar onun dediyi məbləğdə pulu ona vermişlər. O, əməlindən peşmandır.Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, hazırda ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Heç yerdə işləmir. Fərdi əməklə məşğul olur. İİ qrup əlil, Birinci Qarabağ müharibəsi qazisidir. 2021-ci ilin noyabr ayında dəqiq yadında qalmayan gündə Bakı şəhərində həyat yoldaşı X1 Zərifə Əliyeva adına Göz İnstitutuna müayinəyə apararkən xəstəxanada bir nəfər tanımadığı şəxs ona Təqsirləndirilən şəxs hər bir dövlət idarələri ilə tanışlığı olduğunu, hər hansı çətinlik yaranarsa həll edə biləcəyini bildirmişdir. O, da ona köməklik etməyini xahiş etmişdir. Bundan sonra o, öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib Ağdaş rayon Qəsil kənd sakini Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. O, Təqsirləndirilən şəxs ilə söhbət edən zaman Seyidağaya kürəkəni Şahid1 gözlərinin görmə qabiliyyətinin zəif olduğunu, buna görə əvvəlcə pensiya aldığını, lakin sonradan isə pensiyasının kəsildiyi bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona kürəkəni Emilə pensiya düzəltməkdə köməklik edəcəyini, özünün tanışları olduğunu bildirmiş və Təqsirləndirilən şəxs kürəkəninə pensiya düzəltmək üçün 2500 (iki min beş yüz) manat məbləğində pul verməli olduğunu, daha sonra müvafiq sənədləşdirməni özü aparacağını və pensiya düzəldəcəyini bildirmişdir. O da Seyidağa ilə razılaşıb daha sonra arvadı Xacey Mustafayeva ilə Balakən rayonuna gəlmiş, təxminən 2022-ci ilin fevral ayının axırlarında arvadı Xacey Mustafayeva ilə Bakı şəhərinə gedib Seyidağanın yadında qalmayan mobil nömrəsi ilə mobil telefonla zəngləşərək Təqsirləndirilən şəxslə Bakı şəhərində yerləşən Zərifə Əliyeva adına Göz institutunun yanında görüşüb 1500 (min beş yüz) manat pulu əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs də ona işi qısa müddətə həll edəcəyini, kürəkəni Emilə pensiya düzəldəcəyini bildirmişdir. Bundan sonra isə dəqiq yadında qalmayan tarixdə o, Balakən şəhərində tanışı olan Cəmil adlı şəxsin gözünün zəif olduğuna görə Cəmilə verilən pensiyanın kəsildiyini bilmiş, bu barədə Cəmillə söhbət edən zaman Təqsirləndirilən şəxs adlı tanışının pensiya düzəldə bildiyini, ona kömək etməsi üçün pul verdiyini Cəmilə bildirmişdir. Bu zaman Cəmil pensiya düzəltmək istədiyini və kömək etməsi üçün Seyidağaya deməyini xahiş etmişdir. Daha sonra o, bu barədə Təqsirləndirilən şəxslə danışmış və Zərərçəkmiş şəxs2 adlı tanışının pensiya düzəltmək istədiyini Seyidağaya bildirmişdir. Təqsirləndirilən şəxs də Cəmilin pensiyasını bərpa etdirəcəyini və bunun üçün 2500 manat məbləğində pul lazım olduğunu demişdir. Daha sonra o, bu barədə Cəmilə bildirmiş və Seyidağanın Cəmilin pensiyasını düzəltdirmək üçün 2500 manat məbləğində pul istədiyini demişdir. Cəmil də onunla razılaşaraq 2022-ci ilin mart ayında dəqiq yadında qalmayan gündə özü Bakı şəhərinə gedib Seyidağa ilə görüşərək 2500 manat pulu Seyidağaya vermişdir. Bundan sonra Cəmil Balakənə gəldikdən sonra Seyidağa Cəmilin işinə görə əlavə 1000 manat da istəmiş və Cəmil də Balakən şəhərindən terminal vasitəsi ilə Seyidağanın kartına 1000 manat göndərmişdir. 2022-ci ilin aprel ayında isə Təqsirləndirilən şəxs ona zəng edərək Emil barədə işlərin düzəldiyini bildirirək ondan 1000 manat da əlavə pul istəmişdir. O da 2022-ci ilin aprel ayında dəqiq yadında qalmayan gündə Balakən şəhəri ərazisində yerləşən ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs ona verdiyi nömrəsi yadında qalmayan kart hesabına Təqsirləndirilən şəxs 1000 manat məbləğində pul göndərmişdir. Təqsirləndirilən şəxs onun və Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək ümumilikdə 6000 manat məbləğində pullarını ələ keçirmişdir. O,təqsirləndirilən şəxsdən şikayətçidir, pulunun qalan hissədinin də ödənməsini tələb edir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, hazırda ailəsi ilə birlikdə ünvan 5 ünvanında yaşayır. Fərdi əməklə məşğul olur. O, əvvəllər gözləri zəif gördüyü üçün İİİ qrup əlil olmuş, lakin sonradan onun əlilliyi ləğv edilmiş və ona ödənilən pensiya kəsilmişdir. Ona verilən pensiya 2021-ci ilin may ayında dayandırılmış, pensiyanın dayandırılmasının səbəbi isə müddətin bitməsi ilə bağlı olmuşdur. Bundan sonra onu heç bir yerə komissiyaya çağıran olmamış və pensiyası kəsilmişdir. 2022-ci ilin fevral ayında dəqiq yadında qalmayan gündə Balakən şəhərində tanışı Zərərçəkmiş şəxs1 ilə söhbət edərkən ona verilən pensiyanın kəsildiyini bildirmişdir. Mübariz də söhbət edən zaman Təqsirləndirilən şəxs adlı tanışının pensiya düzəldə bildiyini, özünə kömək etməsi üçün pul verdiyini demişdir. O da pensiya düzəltdirmək istədiyini demiş və kömək etməsi üçün bu barədə Seyidağaya deməyini xahiş etmişdir. Mübariz də Təqsirləndirilən şəxs ilə bu barədə danışmış və ona Seyidağanın onun pensiyasını düzəltdirmək üçün 2500 manat pul istədiyini bildirmişdir. O da Mübariz ilə razılaşıb 2022-ci ilin mart ayında dəqiq yadında qalmayan gündə o, yol maşınları ilə Bakı şəhərinə gedib Bakı şəhərində yerləşən Zərifə Əliyeva adına Göz institutunun yanında görüşüb 2500 (iki min beş yüz) manat pulu əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Daha sonra onlar Zərifə Əliyeva adına göz klinikasına getmişlər. Seyidağa onu kolidorda gözlədib özü harasa getmiş, daha sonra isə geri qayıdıb ona pensiyanın düzəlməsi üçün əlavə olaraq 1000 manatda pul lazım olduğunu bildirmişdir. Onun əlavə olaraq 1000 manat pulu olmadığına görə geri Balakən rayonuna qayıtmış, Balakənə gəldikdən sonra səhəri gün Balakən şəhərindən ödəmə terminal vasitəsi ilə Seyidağanın ona dediyi yadında qalmayan nömrəli karta 1000 manat göndərmişdir. Təxminən həmin vaxtdan iki ay keçdikdən sonra Seyidağa onun göndəriş götürüb Bakı şəhərinə gəlməyini bildirmişdir. O da Balakən rayon Mərkəzi Xəstəxanasından göndəriş alıb Bakı şəhərinə getmiş, Zərifə Əliyeva xəstəxanasında Seyidağa ilə görüşmüşdür. Bir qədər xəstəxanada gözlədikdən sonra Seyidağa ona növbədə çox adam olduğunu, sabah gəlməyini bildirmişdir. Daha sonra o, xəstəxanadan çıxmış, həmin gün axşam Seyidağa ona zəng edərək onun geri rayona qayıtmağını və işləri özü həll edəcəyini bildirmişdir. Daha sonra o da Balakən rayonuna qayıtmışdır. Bundan sonra isə onu heç yerə çağıran olmamışdır. Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək ümumilikdə 3500 (üç min beş yüz) manat məbləğində pulunu ələ keçirmişdir. Seydağa İsayev verdiyi vədlərə əməl etməmişdir. Təqsirləndirilən şəxs onun pulundan 750 manat qaytarmış, qalan pulu qaytarmamışdır. O,təqsirləndirilən şəxsdən şikayətçidir, pulunun qalan hissəsinin də ödənməsini tələb edir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda ailəsi birlikdə Balakən rayonu Talalar kəndində yaşayır. Fərdi əməklə məşğul olur. O, 12 yaşından gözündə olan görmə probleminə görə eynək taxır. 2021-ci ilin oktyabrnoyabr aylarında o, müraciət edərək gözünə görə özünə təqaüd düzəltmək qərarına gəlmiş, bu barədə evdə və qaynatasıgildə demişdir. 2021-ci ilin noyabr ayında qaynatası Mübariz ona Bakı şəhərində bir nəfər Seyidağa adlı şəxsin olduğunu və Seyidağanın ona təqaüd düzəltmək üçün köməklik edəcəyini bildirmişdir. Bundan sonra o, 2022-ci ilin əvvəllərində dəqiq yadında qalmayan gündə Bakı şəhərində yerləşən Z.Əliyeva adına Göz İnstituna getmiş və orada Mübariz ona deyən şəxslə, yəni Təqsirləndirilən şəxs ilə görüşmüş, Seyidağa əlində qovluqla onu qarşılamış və orada ona nömrələrini xatırlamadığı otaqları göstərərək oradan keçməyini, özü sonra bu işi həll edəcəyini demişdir. O da otaqlardan keçib geri Balakən rayonuna qayıtmışdır. Bundan təxminən bir neçə ay sonra o, qaynatası Zərərçəkmiş şəxs1 ona təqaüd düzəltmək məqsədilə Təqsirləndirilən şəxs 2500 manat pul verdiyini eşitmişdir. Lakin buna baxmayaraq Seyidağa bir daha onu çağırmamış və ona təqaüd düzəltməmişdir. İşin 30-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2ci maddəsi ilə təqsirli bilinərək 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin 65-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Ağdaş Rayon İHB-nın Qulbəndə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 03 may 2024-cü il tarixdə verilmiş 5-32-12/2-198/2024 nömrəli arayışdan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs hal-hazırda Ağdaş rayon Orta Qəsil kəndində yaşayır, himayəsində arvadı, qızı və oğlu vardır. İşin 66-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Ağdaş Rayon İHB-nın Qulbəndə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur, barəsində heç bir yazılı və şifahi şikayət daxil olmadığı qeyd edilir. İşin 67-ci vərəqəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X5 tərəfindən Balakən Rayon İB-nin müstəntiqi , polis baş leytenantı A.Cəlilova ünvanlanmış 23 may 2024-cü il tarixli 18-1-22/2-629/2024 nömrəli məktubunda göstərilmişdir ki, Ağdaş rayonu , Orta Qəsil kəndində yaşayan, xx.xx.1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası”X5n poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İşin 72-89-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(014)-20/2024 nömrəli hökmün surətindən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, 68.1.1, 69.3-cü maddəsinə əsasən 3 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1,Zərərçəkmiş şəxs2, iş üzrə şahid- Şahid1 ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 verdikləri pulun məbləğini düzgün göstərməmələri barədə Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi xüsusatlar iş materialları ilə ( zərərçəkmiş şəxslərin, şahidin ifadələri, s. ilə ) təkzib olunduğundan məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış, özünü müdafiə məqsədi ilə verilmiş ifadə hesab edərək sübut kimi qəbul etmir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsinə baxaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinməli və cəza təyin edilmədən ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin töfsifi törədilən kokret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin töfsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Töfsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan inan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli örənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə Cinayət Məcəlləsinin 178.1-ci maddəsində, bu əməlinin təkrar törədilməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində, xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 1ci bəndinə görə törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Sözügedən Qərarın 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir ki, o, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməllərini təkrar törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Hazırkı işin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 2500 manat pulunu, Zərərçəkmiş şəxs2 3500 manat pulunu dələduzluq yolu ilə ələ keçirtmişdir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Sözügedən maddənin tələbinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı törətdiyi dələduzluq cinayətinin hər biri ayrı-ayrılıqda Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkibini yaradır. Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə, üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər, iki ilədək müddətə islah işləri, iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə görə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Qanunvericiliyin bu tələbinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı törətdiyi dələduzluq cinayətinin hər biri ayrı- ayrılıqda böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Cinayət Məcəlləsinin 75.1-75.1.4-cü maddələrinə əsasən cinayət törətdiyi gündən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Hazırkı işin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 2500 manat pulunu 2022-ci ilin fevral-aprel aylarında, Zərərçəkmiş şəxs2 3500 manat pulunu 2022-ci ilin mart ayında dələduzluq yolu ilə ələ keçirtmişdir. Bu cinayətlərin törədildiyi vaxtdan isə iki ildən artıq müddət keçmişdir. Göründüyü kimi həmin cinayət əməllərinə görə məsuliyyətə cəlbetmə müddəti keçmişdir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Maddədə cinayət məsuliyyətindən azad olunmuş şəxs dedikdə, təkrarlığın yaranması üçün şəxsin əvvəlki cinayətə görə cinayət məsuliyyətindən azad edilməməsi, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməməsi tələb olunur. Hər bir halda təkrarlığın olub-olmamasının qiymətləndirilməsi üçün məhz ayrıca olaraq birinci əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçib-keçməməsi və müvafiq olaraq şəxsin cinayət məsuliyyətindən azad edilib-edilməməsi nəzərə alınmalıdır. Hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Cinayət Məcəlləsinin 75.2-ci maddəsində təsbit edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Maddənin məzmunundan göründüyü kimi, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Qanunverici Cinayət Məcəlləsinin 75.2-ci maddəsini bütün cinayətlərin yenidən törədilməsi hallarına aid olan norma kimi nəzərdə tutmuş və Cinayət Məcəlləsinin eyni maddəsi üzrə və yaxud bu Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilmiş hallarda (həmcins) cinayətlərin yenidən törədilməsi halları üçün fərqli qayda müəyyən etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” 2006-cı il 27 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə sübutetmə prosesinin və kifayət qədər toplanması mümkün olmayan sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunan şəxslərin hüquqlarına zərər vura biləcək qəsdlərin qarşısının alınmasına xidmət edir. Beləliklə, Məcəllənin 75-ci maddəsinin müddəaları onu göstərir ki, şəxs törədilmiş əmələ görə qanunla müəyyən olunmuş müddətin keçməsi səbəbindən məsuliyyətdən azad olunur və onun həmin əmələ görə məsuliyyətə cəlb edilməsi istisna olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 15 mart 2022-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Bir daha vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında cinayətlərin təkrarlığını bütöv cinayət kimi qəbul etməyərək təkrarlığa daxil olan cinayətlərin məhz ayrı-ayrılıqda tövsif edilərək təkrarlığa daxil olan hər bir əməlin müstəqil qiymətləndirilməli olduğunu bildirmişdir. Göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələblərinə,həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə görə, təkrarlıq müstəqil eyni və ya həmcins cinayətlərdən təşkil olunan cinayətlərin çoxluğu olduğundan, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddəti ayrıayrılıqda hər bir cinayətə münasibətdə müəyyən edilməli, təkrarlığı təşkil edən cinayətlərdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar şəxs cinayət məsuliyyətindən azad olunduqda, onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməsinə və yaxud təkrarlığın Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına yol verilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı törətdiyi dələduzluq cinayətlərinə görə cəlbetmə müddətləri keçmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçdiyi cinayət əməllərinə görə cəza təyin edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 39.1 və 39.1.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44.2 və 44.2.1-ci maddələrinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda-təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Törətdiyi cinayət əməlləri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçsə də, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildiyindən və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı törətdiyi cinayət əməlləri üzrə işin icraatına xitam verilməsi barədə ərizə vermədiyindən qanunvericiliyin qeyd edilən tələblərinə görə bu epizodlar üzrə onun barəsində cəza təyin edilmədən ittiham hökmü çıxarılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən və barəsində olan digər işlər üzrə həbs qətimkan tədbiri seçildiyindən onun barəsində hazırki iş üzrə qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməsi müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 izah olunur ki, vurulmuş zərərin ödənməmiş qalan hissəsinin ödənməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilərlər. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 12 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 72 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-nin X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinsin, törətdiyi cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cəza təyin edilməsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 izah olunur ki, dəymiş ziyanın ödənməsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları vardır. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 72 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-68/2024
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-68/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver