Məhkəmə qərarları › İş №1(019)-69/2020

Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-69/2020

31.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-69/2020 31.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, xüsusi ittihamçı Adamova Elnarə Ömərhacı qızının, onun vəkili Zaqatala Vəkil bürosunun vəkili-X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 iştirakları ilə, xx.xx.1953-cü il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, pensiyaçı, əvvəllər məhkum olunmamış, Balakən rayonu Mahamalar kəndində yaşayan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2, 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Adamova Elnarə Ömərhacı qızının xüsusi ittiham qaydasında verdiyi şikayətə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: Adamova Elnarə Ömərhacı qızı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2, 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayətin mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə keçirilən ilkin dinləmələr nəticəsində müəyyən edildi ki, Adamova Elnarə Ömərhacı qızının xüsusi ittiham qaydasında şikayətinin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından məhkəmə baxışının keçirilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 302.1 və 302.1.3-cü maddələrinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 293.3.1-ci maddə: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2-ci maddə: törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3-ci maddə: cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4-ci maddə: şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5-ci maddə: cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6-ci maddə: şikayətin verildiyi tarix (il, ay və gün) və yeri; 293.3.7-ci maddə: şikayəti vermiş şəxsin imzası. Adamova Elnarə Ömərhacı qızının xüsusi ittiham qaydasında şikayətində cinayətin törədilmə hallarının konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Adamova Elnarə Ömərhacı qızının xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Adamova Elnarə Ömərhacı qızının xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunsun. Qərardan elan olunduğu andan 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar