Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-69/2022 28.06.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi: Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1994-cü ildə Balakən rayonu Poştbinə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Balakən rayonu Poştbinə kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 128-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına «28» iyun 2022-ci il tarixdə Balakən şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Balakən şəhəri, M.Müşfiq küçəsində yerləşən «Elit» adlı kafedə onunla yanakı masada oturmuş Zərərçəkmiş şəxs onun dayısının ünvanına nalayiq sözlər deməsi səbəbinə görə onu həmin kafenin yan tərəfinə çağıraraq, orada aralarında baş vermiş şəxsi münasibətlər zəminindəki mübahisə zamanı qəsdən yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyəsinə vuraraq, ona sol qaş üstündə yara, sağ alnında sıyrıq, sol göz altına qançır, sağ və sol belində sıyrıqlar, sağ və sol bazu nahiyyələrində sıyrıqlar, sağ budun arxa səthində yuxarı 1/3-də qançırla nəticələnən qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Balakən rayonu Poştbinə kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 21 radələrəində xalası oğlu Şahidla birlikdə Balakən şəhəri, M.Müşfiq küçəsində yerləşən “Elit” adlı kafeyə getmiş, kafedə oturduqdan sonra o, pivə içmiş, Anar isə çay içimişdir. Onlar bir müddət oturmuş, bu zaman 4-5 bokal pivə içmişdir. Anarla söhbət edən zaman kafeyə dayısı Natiqin qaynı oğlu Zərərçəkmiş şəxs adlı şəxs gəlmiş və onların əyləşdiyi masanın yanındakı masada əyləşmişdir. Bəhruz gəldikdən bir müddət sonra onun telefonuna zəng gəlmiş, telefonla danışarkən Bəhruzun ona baxdığını görərək, Bəhruzdan ona nəyə görə baxdığını soruşmuş, cavabında Bəhruz ona elə-belə baxdığını bildirmişdir. Sonra Bəhruza məhəl qoymadan Anarla söhbət etməyə başlamışdır. Bəhruzla söhbət etdikdən təxminən 5 dəqiqə sonra Bəhruz oturduğu masadan duraraq, onların masasına oturmuşdur. Bu zaman Bəhruzdan nə lazım olduğunu soruşduqda, Bəhruz cavabında ondan haradan olduğunu soruşmuşdur. O da Bəhruza Poştbinə kəndindən olduğunu bildirmişdir. Sonra Bəhruz ondan Poştbinə kəndində yaşayan Natiq adlı şəxsi tanıyıb-tanımadığını soruşmuş, o da Bəhruzdan Natiqlə nəyə görə maraqlandığını soruşmuşdur. Bəhruz Natiqin ünvanına nalayiq ifadələr işlədərək, ona cavab vermişdir. O, Bəhruza Natiqin onun dayısı olduğunu bildirmiş, Bəhruz ona cavabında “nə olsun ki, dayındı, Natiq mənim də bibimin əridir” deyərək, bir daha Natiqin ünvanına və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bəhruza Natiqin onun dayısı olduğunu bildirməyinə baxmayaraq, Bəhruzun yenə onun dayısı Natiqin və onun ünvanına nalayiq ifadələr işlətdiyinə görə əsəbləşmiş və Bəhruza onunla birlikdə çölə gəlməsini demişdir. Bəhruzla çölə çıxaraq, kafenin kənarında heç kimin olmadığı qaranlıq yerdə söhbət etmiş, Bəhruza bir daha Natiqin onun dayısı olduğunu bildirərək, nalayiq ifadələr işlətməməsini demişdir. Bəhruz yenə onun sözlərinə məhəl qoymadan dayısı Natiqi və onu bir daha təhqir etmişdir. Bəhruzun onun sözünə məhəl qoymadığı üçün və israrla dayısı Natiqi və onu təhqir etdiyinə görə Bəhruzun sol göz nahiyyəsindən bir dəfə yumruqla vurmuş, sonra spirtli içkinin təsirindən və əsəbi olduğundan huşunu itirmişdir. Huşunu itirməsini sonradan onların yanına gələn xalası oğlu Anarın onun üzünə su vuraraq onu ayıltdığından bilmişdir. Sonra olduqları yerdən keçən polis əməkdaşları onların üçünü də araşdırma aparılması üçün polis şöbəsinə gətirmişlər. Bəhruzun sol göz nahiyyəsindən bir dəfə yumruqla vurmuş, Bəhruz isə onu vurmamışdır. Onun Bəhruzla əvvəllər heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Bəhruzla aralarında olan mübahisə 3-4 dəqiqə davam etmişdir. Bəhruzu vurduğu zaman orada ikisindən başqa heç kim olmamış, onların söhbət etdikləri yer kafenin kənarında qaranlıq bir yer olmuşdur. Cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Zərərçəkmiş şəxs dəymiş ziyanı könüllü şəkildə tamamilə ona ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxs onu bağışlamışdır və Zərərçəkmiş şəxs ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq, ona qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə başlanmış cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Balakən rayonu Tülü kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Balakən şəhəri, M.Müşfiq küçəsində yerləşən “Elit” adlı kafeyə tək getmiş, kafedə 1-2 bokal pivə içmişdir. Kafedə onunla yanaşı stolda iki nəfər şəxs oturmuş, həmin şəxslərə baxdıqda onlardan biri, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona çox tanış gəlmişdir. O, Elvinə baxdığından Elvinin ona ”nəyə baxırsan, nə olub” demiş və Elvinə cavabında elə-belə baxdığını söyləmişdir. Sonra 5-10 dəqiqə keçdikdə Elvindən kimliyini soruşmaq üçün Elvinin əyləşdiyi stola gedərək, orada əyləşmiş, Elvindən haradan olduğunu soruşmuşdur. Elvin də cavabında Balakən rayonu Poştbinə kəndində yaşadığını bildirmişdir. X4 kəndində yaşayan bibisinin əri Natiq adlı şəxs olduğunu dediyindən, Elvinin ona Natiqin onun dayısı olduğunu söyləmişdir. Elvinə bir neçə müddət əvvəl Natiqin onu həyətindən qovduğunu bildirərək, Natiqin ünvanına nalayiq sözlər işlətmişdir. Elvin ona Natiqin dayısı olduğunu və onu təhqir etməməyini bildirmiş, o isə Elvinə “əgər Natiq kimi biri sənin dayındırsa” deyərək, Natiqin və Elvinin ünvanına nalayiq sözlər işlətmişdir. Sonra Elvin ayağa duraraq onun qolundan tutmuş və onu çölə dəvət etmişdir. Elvinlə kafedən çölə çıxdıqda kafenin yanında qaranlıq bir yerə çəkilərək, söhbət etmişlər. Söhbət zamanı Elvin ondan dayısını nəyə görə təhqir etdiyini soruşmuş, cavabında Natiqin yaxşı biri olmadığını deyərək, yenə onu təhqir etmişdir. Elvin qəfildən onun sol gözündən yumruqla vurmuşdur. Elvin onu vurduqdan sonra Elvinlə oturan tanımadığı şəxs onların yanına gəlmiş və mübahisənin davam etməsinə icazə verməmişdir. O, Elvini vurmamışdır. Onun Elvinlə əvvəllər heç bir düşmənçiliyi və ya ədavəti olmamış, Elvinlə onun arasında olan mübahisə 3-4 dəqiqə davam etmişdir. Elvin onu vuranda orada ikisindən başqa heç kim olmamışdır. Belə ki, onların söhbət etdikləri yer kafenin kənarında qaranlıq bir yer olmuşdur. O, sol gözündən xəsarət almışdır. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı könüllü şəkildə tamamilə ona ödəmiş, o, Təqsirləndirilən şəxslə barışmış və onu bağışlamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 128ci maddəsilə başlanmış cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Balakən rayonu Mahamalar kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində xalası oğlu Təqsirləndirilən şəxslə Balakən şəhəri, M.Müşfiq küçəsində yerləşən “Elit” adlı kafeyə getmiş, kafedə oturduqdan sonra Elvin pivə içmiş, o isə çay içmişdir. Onlar Elvinlə kafedə olduqları zaman kafeyə adını sonradan bildiyi Zərərçəkmiş şəxs adlı şəxs tək gəlmiş və onların əyləşdikləri masanın yanındakı masada əyləşmişdir. Bəhruz gəldikdən sonra onların masasına yaxınlaşaraq, Elvindən haradan olmasını soruşmuş, Elvinin Bəhruza cavabında Poştbinə kəndindən olmasını bildirmişdir. X5 adlı şəxsi soruşduğundan, Elvin Natiqi tanıdığını demişdir. X7 ünvanına nalayiq ifadələr işlədərək, təhqir etmişdir. X1 dayısı olduğunu bildirərək, ondan Natiqin ünvanına nalayiq sözlər işlətməməsini tələb etmişdir. Bəhruz da həmin vaxt Elvinə cavabında Natiqin onun bibisinin əri olduğunu demişdir. Bəhruz Elvinin sözlərinə məhəl qoymayaraq, söyüşlər söyə-söyə kafedən çölə çıxmış, Elvin də Bəhruzun arxası ilə getmişdir. Elvinin Bəhruzun arxası ilə getdikdən 3-4 dəqiqə sonra Elvin ilə Bəhruzun çölə çıxdığını, çölə çıxdıqdan sonra kafenin kənarında qaranlıq yerdə Elvin və Bəhruzun yerdə uzanıqlı vəziyyətdə olmalarını görmüşdür. Elvin və Bəhruza ayağa qalxmaları üçün kömək etmişdir. Elvin və Bəhruzu ayağa qaldırdıqdan sonra əl-üzlərini yuduqları zaman olduqları yerə post-patrul xidmətinin əməkdaşları gəlmişlər. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişlər. Elvin və Bəhruzun arasında əvvəllər düşmənçilik və ya ədavət olmamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 132 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs a) sol qaş üstündə yara, b) sağ alnında sıyrıq, sol göz altında qançır, sağ və sol belində sıyrıqlar, sağ və sol bazu nahiyyələrində sıyrıqlar, sağ budun arxa səthində yuxarı 1/3-də qançır xəsarətləri müəyyən edilmişdir. Zərərçəkmiş şəxs yuxarıda qeyd edilmiş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər; a) bəndində göstərilən dərəcəsinə görə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; b) bəndində göstərilənlər isə birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqdarı üçün dərəcələri təyin edilmir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qərarı ilə 06 ay 07 gün cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad olunmuş və xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs yazılı ərizə ilə məhkəməyə müraciət edib, Təqsirləndirilən şəxs ilə barışdığını və Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödədiyini qeyd edərək, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə başlanmış cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs da yazılı ərizə ilə məhkəməyə müraciət edərək, Zərərçəkmiş şəxs ilə barışdığı və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyi üçün ona qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə başlanmış cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə başlanmış cinayət təqibinə xitam verilməsinə və onun cinayət məsuliyyətindən azad olunmasına razı olduğunu bildirmişdir. Məhkəmə qeyd olunanları əsas tutaraq və iş materiallarını araşdıraraq, hesab edir ki, hazırki işdə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 37.4-cü maddəsinə görə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən şəxs zərərçəkmiş şəxslə barışdıqda, onun haqqında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CMnin 128-ci maddəsilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan hazırki məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, işin məhkəmədə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 3 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №li qərarı əsasında «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 11 №-li qərarına edilmiş dəyişikliyə uyğun olaraq, təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabından 18 manat Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməlidir. İş üzrə mülki iddia,maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.1.2, 43.3, 321, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsilə təqsirləndirilməsinə dair olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabından 18 manat Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən:Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-69/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-69/2022
28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver