Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-69/2023 26.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1952-ci ildə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 259.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq təbiətə xeyli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qanunsuz ağac kəsmə cinayət əməlini törətmişdir. Belə ki, o, Balakən bələdiyyəsinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdıqdan sonra ağac kəsməli olduğu halda, bunları etməyərək, həmin bələdiyyənin mülkiyyətində olan Balakən şəhəri Səməd Vurğun küçəsində yerləşən «Vasovlar» qəbristanlığının torpaq sahəsindən qəsdən, qanunsuz olaraq ağac kəsmək qərarına gəlmiş, bu məqsədlə 16 yanvar 2023-cü il tarixdə Balakən şəhər ərazisində qeyd olunan bələdiyyəyə məxsus, meşə fonduna daxil olmayan ərazidə yerləşən, Balakən şəhərinin hüdudları daxilində, Balakən bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan qəbristanlıq ərazisindən köküstə yaş olmaqla, 1 ədəd 125 sm diametrində, dörd gövdəli, qoz cinsinə aid yunan ağacını özününkü kimi təqdim edərək, həmin ağacın kəsilməsinə köməklik göstərməsi üçün tanışı Şahid2 xahiş etmiş, öz sifarişi ilə sonuncunun yönləndirdiyi Şahid3 tərəfindən həmin ağacın qəsdən, qanunsuz kəsilməsinə nail olaraq Balakən bələdiyyəsinə xeyli miqdarda, yəni 4650 (dörd min altı yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qəsdən, qanunsuz olaraq ağac kəsmə cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, işdə olan və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində kəsdirdiyi qoz ağacını onun mərhum atasının əkməsi, həmin torpaq sahəsinin onun mərhum atasının olması, sonradan atasının həmin torpaq sahəsini Vasovlar qəbristanlığına bağışlaması, həmçinin qoz ağacının budaqlarının quruduğunu qəbristanlığa gələn insanlara təhlükə yaratması, həmin ağacı kəsdirməsinin Oqtayın oğlunun hüzn məclisində insanlar tərəfindən ona həvalə edilməsi, ağacın kəsilməsi üçün Şahid2 motorlu mişar tapması və ona 20 manat pul ödəməsini tapşırması, Miqdatın motorlu mişar taparaq motorlu mişar sahibinə ağacı kəsməsi üçün 20 manat ödəməsi, sonradan həmin 20 manatı Şahid2 ödəməsi və ağacın kəsilməsində təqsirli olmamasını bildirmiş, lakin ona yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı da təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər məhkum edilməmiş, psixi xəstəliklər keçirməmişdir. Heç yerdə işləmir. Pensiyaçıdır. Ona Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsilə elan edilmiş ittihamla özünü ona görə təqsirli bilmir ki, o, həmin qoz ağacını qəbristanlığı təmizləmək, ora gələn insanların təhülkəsizliyinin təmin edilməsi üçün kəsdirmişdir. Həmçinin həmin qoz ağacını onun mərhum atası Əli illər əvvəl əkmiş və qoz ağacının yerləşdiyi torpaq sahəsini də onun atası qəbristanlıq ərazisinə bağışlamışdır. O, evinin sərhədində olan Balakən şəhəri Səməd Vurğun küçəsində yerləşən Vasovlar adlı qəbristanlığın abadlıq işlərinə, yəni həmin qəbristanlığın təmizlənməsi işlərinə baxır. Həmin qəbristanlığın otunu biçdirir, kol-kosunu təmizlədir. Həmçinin ərazidə olan sakinlər öz vəsaitlərinin hesabına bu işləri gördürürlər. Yəni qəbristanlığın abadlaşdırılması işlərini öz vəsaitləri ilə edirlər. 2021ci ildə ərazinin sakinləri ilə birlikdə öz vəsaitlərinin hesabına 130 metr mişar daşı ilə hasar çəkmişlər. Həmçinin öz vəsaitlərinin hesabına qəbristanlıqdan 14 yük maşını ilə zibil təmizlədib tullamışlar. Həmin qəbristanlığın həyətində bir ədəd qoz ağacı olmuşdur. Həmin ağacı onun mərhum atası Əli uzun illər əvvəl əkmişdir. Həmin qoz ağacının yerləşdiyi torpaq sahəsi onun mərhum atasına məxsus olub sonradan atası özünə məxsus torpaq sahəsinin 10 ha hissəsini Balakən şəhərində Vasovlar qəbristanlığının ərazisinə bağışlamışdır. Hal-hazırda isə həmin qoz ağacının yerləşdiyi torpaq sahəsi Balakən şəhərinin hüdudları daxilində Balakən bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan qəbristanlıq ərazisidir. Vasovlar qəbristanlığında olan bir ədəd dörd gövdəli qoz ağacının budaqları quruduğu və ətrafdakı evlərə, həmçinin qəbristanlığa gələn insanlara təhlükə yaratdığı üçün sakinlər həmin ağacın kəsilməsini istəmişlər. Dəfələrlə ərazinin sakinləri, həmçinin qəbristanlığa gələn din adamları da ona ağacın kəsilməsini, yəni təhlükəli olduğu üçün qəbristanlıqdan götürülməsini xahiş etmişlər. Həmçinin qonşusu Oqtay da ona ağacın budaqlarının evinə təhlükə yaratdığını bildirmişdir. Daha sonra o, qəbristanlığın təmizliyinə nəzarət etdiyi üçün, həmçinin qəbristanlığa gələn insanların təhlükəsizliyi üçün həmin qoz ağacını kəsdirmək qərarına gəlmişdir. Ağacı kəsdirdikdən sonra isə məqsədi həmin ağacdan taxtalar düzəltdirib həmin qəbristanlıqda olan stulların üzərinə vurmaq olmuşdur ki, ora gələn sakinlər rahat otursunlar, öz yaxınlarını ziyarət etsinlər. Daha sonra o, Balakən şəhərində yaşayan tanışı Şahid2 müraciət etmiş və Miqdata öz həyətində bir ədəd qoz ağacı olduğunu və həmin ağacın kəsilməsi üçün ona bir nəfər motorlu mişarı olan adam tapmasını xahiş etmişdir. Miqdat da ona köməklik edəcəyini bildirmişdir. 16 yanvar 2023-cü il tarixdə Miqdat onun mobil telefonuna zəng edərək yola çıxmağını bildirmişdir. O, yola çıxdıqda Miqdatla bir nəfər tanımadığı şəxsin gəldiyini görmüşdür. Həmin şəxsin əlində motorlu mişar olmuşdur. O, Miqdata və Miqdatla gələn şəxsə özünə məxsus torpaq sahəsində bir ədəd qoz ağacı kəsilməli olduğunu bildirmişdir. Miqdat daha sonra həmin şəxsə işi bitəndə onu gəlib götürəcəyini demişdir. Daha sonra o, sonradan adı ona məlum olan Şahid2 özü ilə birlikdə gətirdiyi Şahid3 birlikdə onun həyətinin baş tərəfində Vasovlar qəbristanlığında olan bir ədəd qoz ağacının yanına getmişlər. Orada o, Natiqə qoz ağacını göstərmiş və həmin ağacın kəsiləcəyini bildirmişdir. Natiqə həmin qoz ağacının yerləşdiyi torpaq sahəsinin özünə məxsus olduğunu və qoz ağacının da özünün olduğunu bildirmişdir. Çünki həmin qoz ağacını onun mərhum atası Əli əkmiş və qoz ağacının yerləşdiyi torpaq sahəsi atasına məxsus olmuşdur. Sonradan isə atası özünə məxsus torpaq sahəsinindən 10 ha hissəsini Vasovlar məscidinə bağışlamışdır. Həmçinin həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə keçməsini bilmişdir. Lakin bu barədə Miqdata və Natiqə bir söz deməmişdir. Çünki fikirləşmişdir ki, torpaq sahəsinin Balakən bələdiyyəsinin mülkiyyətinə məxsus olması bildirsəydi, Natiq qoz ağacını kəsməyə razı olmayacaqdı. Qoz ağacının kəsildiyi yerdə ümumiyyətlə məzar olmamışdır. Həmin torpaq sahəsi olan yer və ətrafları boş olmuşdur. Həmin ərazidə nə keçmişdə, nə də hal-hazırda heç kim dəfn edilməmişdir. Məzarların olduğu yer həmin ərazidən kənarda yerləşmişdir. Daha sonra Natiq adlı şəxs özü gətirdiyi motorlu mişarla qoz ağacını kəsmişdir. Natiq adlı şəxs işini görüb qurtardıqdan bir müddət sonra Miqdat Natiqə zəng etmiş və Natiq Miqdata gəlib özünü aparmasını bildirmişdir. Daha sonra onlar yola çıxmış, Miqdat idarə etdiyi avtomobillə gəlib Natiqi aparıb getmişdir. Natiq getdikdən sonra o, Miqdata zəng etmiş və üzərində pul olmadığına görə Natiqə pul verə bilmədiyini bildirmiş və buna görə xahiş etmişdir ki, Natiqə zəhmət haqqı olaraq 20 manat pul versin. Həmçinin həmin pulu Miqdata verəcəyini bildirmişdir. Miqdat isə Natiqə pulu verəcəyini demişdir. 17 yanvar 2023-cü il tarixdə isə o, Balakən şəhərində Miqdatla görüşüb 20 manat məbləğində pulu Miqdata vermişdir. Daha sonra həmin qoz ağacının hissələrini yaşadığı evin həyətinə yığmışdır. Sonradan isə ağac çürük olduğu və yaramadığı üçün, həmin ağacdan qəbristanlığın taxtaları üçün taxta materialı düzəltmək olmadığından həmin ağac materialını ondan istəyən Balakən şəhəri Səməd Vurğun küçəsində yaşayan Şahid6 istifadə etməsi üçün vermişdir. Daha sonra onun bir ədəd qoz ağacını kəsdirməyi ilə bağlı Balakən bələdiyyəsinin sədri Şahid4 Balakən rayon prokurorluğuna məktubla müraciət etmişdir. Həmin müraciət əsasında 31 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşlarının, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşının, Balakən bələdiyyəsinin sədri Şahid4, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Şahid1 iştirakı ilə baxış keçirmişlər. Baxış zamanı o, Şahid3 adlı şəxs tərəfindən mühərrikli mişarla kəsilmiş bir ədəd qoz ağacını göstərmişdir. Baxış zamanı ağacın cinsi, diametri, sayı və həmçinin Balakən bələdiyyəsinin mülkiyyətinə aid olan qəbristanlığın torpaq sahəsindən kəsildiyi müəyyən edilmişdir. Həmçinin baxış zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Naizrliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşı tərəfindən ərazinin kordinatları ölçülmüşdür. Baxış zamanı polis əməkdaşı tərəfindən fasiləsiz olaraq videoçəklişdən istifadə edilmişdir. Baxış zamanı protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 həmin ağacın kəsilməsində heç bir maddi marağı olmamışdır. Həmçinin onun özünün də ağacı kəsdirməkdə heç bir maddi marağı olmamışdır. Qoz ağacını kəsən Şahid3 da onun xahişi ilə Şahid2 20 manat məbləğində pul vermiş, həmin pulu da o, Şahid2 vermişdir. Həmçinin bir ədəd qoz ağacının kəsilməsi ilə bağlı heç bir rəsmi qurumlara müraciət edib icazə almamışdır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, həmin ifadəyə istinadən ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, əvvəllər məhkum edilməmiş, psixi xəstəliklər keçirməmişdir. 2000-ci il tarixdən Balakən bələdiyyəsində vergi müfəttişi, 2020-ci ilin yanvar ayından hal-hazırki vaxtadək isə Balakən bələdiyyəsinin sədr müavini vəzifəsində işləyir. Balakən bələdiyyəsinin sədri Şahid4 Balakən bələdiyyəsinin mülkiyyətində olan Balakən şəhəri Səməd Vurğun küçəsində yerləşən Vasovlar adlı qəbiristanlıqda bir ədəd qoz ağacının Balakən şəhəri Səməd Vurğun küçəsində yaşayan Təqsirləndirilən şəxs tərəfindən qanunsuz kəsilməsini müəyyən etmiş, bu barədə Balakən rayon prokurorluğuna rəsmi məlumat vermişdir. Daha sonra 31 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Balakən şəhəri Səməd Vurğun küçəsində yerləşən Vasovlar adlı qəbiristanlığın torpaq sahəsindən qanunsuz olaraq ağac kəsməsi əsasında Balakən RPŞnin təhqiqatçısı X7 tərəfindən baxış keçirilmişdir. Baxış prosesində Təqsirləndirilən şəxs da iştirak etmişdir. Həmçinin baxışda Balakən bələdiyyəsinin sədri Şahid4 da iştirak etmişdir. Baxış zamanı həmin torpaq sahəsindən 01 ədəd köküstə yaş olmaqla 125 sm diametrdə dörd gövdəli qoz cinsinə aid yunan qozu ağacının 90 sm hündürlükdən kəsilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən kəsilmiş 01 ədəd köküstə yaş olmaqla 125 sm diametrdə dörd gövdəli qoz cinsinə aid yunan qozu ağacının 90 sm hündürlükdən kəsilməsi nəticəsində təbiətə 4650 (dörd min altı yüz əlli) manat ziyan dəydiyi müəyyən edilmişdir.Həmçinin baxış zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşı tərəfindən bir ədəd qoz ağacının kəsildiyi torpaq sahəsinin kordinatları ölçülmüşdür. Təqsirləndirilən şəxs qoz ağacını Balakən bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsindən qanunsuz olaraq kəsmiş, bu barədə həm Balakən bələdiyyəsinə, həmçinin də hər hansı bir aidiyyəti quruma məlumat verməmişdir. X10 bu barədə Balakən bələdiyyəsinə müraciət edərdisə, Musaya Bələdiyyə mülkiyyətində olan ağacın kəsilməsi barədə qəti şəkildə icazə verilməzdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib, həmin ifadəyə istinadən verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ətraf mühitin mühafizəsi və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi müfəttişi vəzifəsində işləyir. 31 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Balakən şəhəri Səməd Vurğun küçəsində yerləşən Vasovlar adlı qəbristanlığın torpaq sahəsindən qanunsuz olaraq ağac kəsməsi əsasında Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X3 Balakən şəhəri Səməd Vurğun küçəsində yerləşən Vasovlar adlı qəbristanlığın ərazisində olan ağacın kəsildiyi əraziyə baxış keçirilməsi və baxış zamanı kəsilmiş ağacların növünün, cinsinin, həmçinin təbiətə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə ekologiya sahəsində xüsusi biliyi olan mütəxəssisin iştirakı zəruri olduğundan təhqiqatçı Zaur Xəlilovun müvafiq qərarına əsasən o, mütəxəssis qismində dəvət edilərək hadisə yerinə baxış keçirilən zaman orada iştirak etmişdir. Baxış prosesində Təqsirləndirilən şəxs da iştirak etmişdir. Baxış keçirilən ərazi Balakən şəhəri Səməd Vurğun küçəsində Vasovlar adlı məscidin kənarında olan torpaq sahəsi olmuşdur. Baxış zamanı həmin torpaq sahəsindən 01 ədəd köküstə yaş olmaqla 125 sm diametrdə dörd gövdəli qoz cinsinə aid yunan qozu ağacının 90 sm hündürlükdən kəsilməsi müəyyən edilmişdir. Daha sonra isə həmin torpaq sahəsində kəsilmiş ağaclar barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydası” haqqında 421 nömrəli qərarının 1 nömrəli əlavəsinə əsasən dəymiş ziyan hesablanmış və Təqsirləndirilən şəxs tərəfindən kəsilmiş 01 ədəd köküstə yaş olmaqla 125 sm diametrdə dörd gövdəli qoz cinsinə aid yunan qozu ağacının 90 sm hündürlükdən kəsilməsi nəticəsində təbiətə 4650 manat ziyan dəydiyi müəyyən edilmişdir. Həmçinin baxış zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşı tərəfindən bir ədəd qoz ağacının kəsildiyi torpaq sahəsinin kordinatları ölçülmüşdür. Sonda təhqiqatçı X7 tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq videçəkilişdən istifadə edilmişdir. Baxış zamanı o, həmin ağacın yuxarı hissəsində hər kəsilmiş gövdələri ayrıayrılıqda ölçərək, ölçülərinin 43,44,45 və 38 sm diametrlərdə olmasını müəyyən etmişdir.X4 buna görə protokolda həmin ölçüləri qeyd etmişdir.Əslində isə o, təbiətə dəymiş ziyanı müəyyən etmək üçün əlavə olaraq həmin ağacın dib boğazından ölçmüş və ölçüsünün 125 sm olduğunu müəyyən etmişdir. Çünki həmin yunan qoz ağacı məhv olduğu üçün, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşdiyindən həmin ağacın diametri dib boğazından ölçülərək diametri hesablanır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib, həmin ifadəyə uyğun olaraq ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, Balakən şəhər sakini Təqsirləndirilən şəxs tanıyır. Musa ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Musa ilə yaxşı münasibətləri var. 2023-cü ilin əvvəllərində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında özünə məxsus olan torpaq sahəsində, yəni özünün xüsusi mülkiyyətində olan torpaq sahəsində bitən 1 ədəd qoz ağacını kəsmək üçün adam tapmaqda köməklik etməyini ondan xahiş etmişdir. Təqsirləndirilən şəxs onunla söhbət zamanı həmin qoz ağacını mərhum atasının əkdiyini və həmin torpaq sahəsi özünün xüsusi mülkiyyətində olan torpaq sahəsi olduğunu demişdir. Musa ona həmin qoz ağacının budaqlarının quruduğunu, evinin həyətyanı sahəsində yerləşən talvarın üstünə, həmçinin digər qonşusunun evinin üstünə düşərək təhlükə törətdiyini üçün ağacı kəsdirmək istədiyini demişdir. Bundan başqa Musa ağacı kəsən adama zəhmət haqqı olaraq 20 manat pul verəcədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə sonuncu dəfə Təqsirləndirilən şəxs gördükdə Musa bir daha ona özünə məxsus torpaq sahəsində olan qoz ağacını kəsmək üçün adam tapmağını xahiş etmişdir. Həmçinin Musa ağacı kəsən şəxsə 20 manat zəhmət haqqı verəcəyini demişdir. O da həmin torpaq sahəsinin Musaya məxsus olduğuna və həmin torpaq sahəsində bitmiş qoz ağacının Musanın özünə məxsus olduğuna inanmış və əvvəldən tanıdığı, motorlu mişarı olan Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində yaşayan kənd sakini Şahid3 zəng etmiş və Natiqlə görüşmüşdür. Natiqə motorlu mişarını götürməsini və həyətyanı sahədən ağac kəsiləcəyini bildirmişdir. Həmçinin Şahid3 ona ağac kəsməsi müqabilində zəhmət haqqı olaraq 20 manat məbləğində pul veriləcəyini bildirmişdir. Daha sonra Natiqlə birlikdə idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs yaşadığı Balakən şəhəri Səməd Vurğun küçəsinə Musanın yaşadığı evin qarşısına gəlmişlər. Musanın evinin qarşısına çatdıqda Natiqə Təqsirləndirilən şəxs məxsus ərazidən 1 ədəd ağac kəsəcəyini və Musa bunun üçün ona 20 manat pul verəcəyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs yola çıxmışdır. Musa bir daha Şahid3 yanında da Vasovlar adlanan qəbiristanlıqla onun həyətinin sərhədində özünə məxsus torpaq sahəsində özünə məxsus qoz ağacı olduğunu və həmin ağacı kəsmək lazım olduğunu bildirmişdir. Daha sonra o, Natiqi Musanın yanında qoyub oradan çıxıb getmişdir. Öz işlərini görüb bir neçə saat keçdikdən sonra Natiqə zəng vurmuşdur. Çünki Natiq ondan xahiş etmişdir ki, işi görüb qurtardıqdan sonra özünü yaşadığı evə aparsın. Natiqə zəng etdikdə Natiq ona işinin bitdiyini və yaşadığı evə aparmağını xahiş etmişdir. Daha sonra o, özünə məxsus olan avtomobillə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş və orada Natiq onun idarə etdiyi avtomobilə minmişdir. Daha sonra Natiqi yaşadığı evə aparan zaman Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək, Şahid3 zəhmət haqqı olaraq 20 manat pul verməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs özündə pul olmadığını, ona 20 manatı qaytaracağını demişdir. Təqsirləndirilən şəxs onun tanışı olduğu üçün etiraz etməmiş və Şahid3 20 manat məbləğində pul vermişdir. 1 gün sonra isə Təqsirləndirilən şəxs ona 20 manat məbləğində pulu vermişdir. Daha sonra isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona və Şahid3 özünün xüsusi mülkiyyətində olan torpaq sahəsi kimi təqdim etdiyi bir ədəd qoz ağacının yerləşdiyi torpaq sahəsi Balakən bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. Həmin qoz ağacı da Balakən bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində yerləşir. Buna görə də Balakən bələdiyyəsinin sədri Şahid4 Balakən bələdiyyəsinin mülkiyyətinə aid olan qəbiristanlıqda yerləşən torpaq sahəsindən həmin bir ədəd qoz ağacının qanunsuz kəsilməsi ilə bağlı rayon prokurorluğuna müraciət etmişdir. Musa ona qoz ağacını mərhum atası əkdiyini demişdir. Həmçinin həmin qoz ağacının yerləşdiyi torpaq sahəsinin onun xüsusi mülkiyyətində olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxs inanmışdır. Həmçinin Təqsirləndirilən şəxs qoz ağacının yerləşdiyi sahənin özünün xüsusi mülkiyyətinə aid olması barədə Şahid3 da bildirmişdir. Əgər Təqsirləndirilən şəxs ona həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması barədə desəydi o, həmin ağacı kəsilməsinin qanunsuz olduğunu Təqsirləndirilən şəxs bildirərdi və qoz ağacını kəsilməsinin qarşısını alardı. Həmçinin həmin qoz ağacının kəsilməsində onun heç bir maddi marağı olmamış, sadəcə olaraq həmin gün Musanın üstündə pul olmadığı üçün ondan xahiş etmişdir ki, Natiqə 20 manat versin, o da buna görə Natiqə həmin pulu vermişdir. Həmin pulu isə Musa ona geri qaytarmışdır. O, həmin qoz ağacını və qoz ağacının yerləşdiyi ərazini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib, həmin ifadəyə iistinadən verdiyi ifadəsində göstərmişdir ki, 16 yanvar 2023-cü il tarixdə günorta saatlarında Şahid2 onun mobil telefonuna zəng etmiş və onunla görüşmüşdür. Söhbət zamanı Miqdat ona motorlu mişarını götürməyini və həyətyanı sahədən ağac kəsiləcəyini bildirmişdir. Həmçinin ona ağac kəsməyi müqabilində zəhmət haqqı olaraq 20 manat məbləğində pul veriləcəyini demişdir. Daha sonra o, motorlu mişarını götürmüş və Miqdatla birlikdə Miqdatın idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs yaşadığı Balakən şəhəri Səməd Vurğun küçəsinə Musanın yaşadığı evin qarşısına gəlmişlər. Musanın evinin qarşısına çatdıqda Miqdat bir daha ona tanışı Təqsirləndirilən şəxs məxsus ərazidən 1 ədəd ağac kəsəcəyini və Musa bunun üçün ona 20 manat pul verəcəyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs yola çıxmış, Təqsirləndirilən şəxs Miqdat və ona Vasovlar adlanan qəbiristanlıqla özünün həyətinin sərhədində özünə məxsus torpaq sahəsində özünə məxsus qoz ağacı olduğunu və həmin ağacı kəsmək lazım olduğunu demişdir. Daha sonra Miqdat onu Musanın yanında qoyub oradan çıxıb getmişdir. O, Təqsirləndirilən şəxslə birlikdə həyətindən keçib bir ədəd qoz ağacı olan yerdə dayanmışlar. O, ətrafa baxdıqda təxminən 40-50 metr aralıda məzarlar olduğunu görmüşdür. Bu zaman Musaya həmin ərazinin kimə məxsus olması barədə bir daha soruşmuşdur. Bu zaman Musa ona həmin torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. Həmin qoz ağacını da mərhum atasının uzun illər əvvəl əkdiyini demişdir. Yəni Musa qoz ağacı özünə məxsus olduğunu bildirmişdir. Həmin torpaq sahəsi qəbiristanlığın kənarında qoz ağacı isə Musanın həyətinin yaxınlığında yerləşdiyindən, həmin yerdə heç bir məzar olmadığından o, həqiqətən həmin torpaq sahəsinin Təqsirləndirilən şəxs məxsus olmasına inanmış və qoz ağacını özünə məxsus moturlu mişarla kəsmişdir. Bir müddətdən sonra Miqdat ona zəng etmişdir. Çünki o, Miqdatdan xahiş etmişdir ki, işini görüb qurtardıqdan sonra özünü yaşadığı evə apardın. Miqdat ona zəng etdikdə o, Miqdata işinin bitdiyini və özünü yaşadığı evə aparmasını xahiş etmişdir. Daha sonra o, Təqsirləndirilən şəxslə birlikdə yola çıxmşdır. Bundan sonra Şahid2 idarə etdiyi avtomobillə onu yoldan gəlib götürmüşdür. Təqsirləndirilən şəxs ona pul verməmişdir. Lakin o, Musadan ona pul verib-verməməsi barədə heç nə soruşmamışdır. O, Miqdatın avtomobilində gəldiyi zaman Musa Miqdata zəng etmiş və nə isə demişdir. Yolda Miqdat ona 20 manat məbləğində pul vermiş və 20 manatı sonra Təqsirləndirilən şəxs özünə verəcəyini demişdir. Daha sonra isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona və Şahid2 özünün xüsusi mülkiyyətində olan torpaq sahəsi kimi təqdim etdiyi bir ədəd qoz ağacının yerləşdiyi torpaq sahəsi Balakən bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. Həmin qoz ağacı da Balakən bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində yerləşmişdir. Buna görə də Balakən bələdiyyəsinin sədri Şahid4 Balakən bələdiyyəsinin mülkiyyətinə aid olan qəbiristanlıqda yerləşən torpaq sahəsindən həmin bir ədəd qoz ağacının qanunsuz kəsilməsi ilə bağlı rayon prokurorluğuna müraciət etmişdir. Lakin o, həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması barədə bilməmişdir. Çünki Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. Həmin qoz ağacını da mərhum atasının əkdiyini demişdir. Yəni qoz ağacının da özünə məxsus olduğunu demişdir. Musa ona qoz ağacını mərhum atası əkdiyini demişdir. Həmçinin həmin qoz ağacının yerləşdiyi torpaq sahəsi həmin ərazi özünün xüsusi mülkiyyətindədir. O da Təqsirləndirilən şəxs inanmışdır. Həmçinin Təqsirləndirilən şəxs qoz ağacının yerləşdiyi sahənin özünün xüsusi mülkiyyətinə aid olması barədə Şahid2 da bildirmişdir. Əgər Təqsirləndirilən şəxs ona həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması barədə desəydi o, həmin ağacın kəsilməsinin qanunsuz olduğunu deyərdi və ağacı kəsməzdi. Çünki o, heç vaxt həyətyanı sahədən başqa heç bir yerdən ağac kəsməmişdir. Qoz ağacının kəsməyinin qarşılığında da 20 manat məbləğində fəhlə pulu almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib, ona istinadən verdiyi ifadəsində göstərmişdir ki, hal-hazırda Balakən bələdiyyəsinin sədri vəzifəsində işləyir. ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Balakən bələdiyyəsinin mülkiyyətindən, yəni Balakən şəhəri Səməd Vurğun küçəsində yerləşən Vasovlar adlı qəbiristanlığın torpaq sahəsindən qanunsuz olaraq bir ədəd qoz ağacını kəsməsi ilə bağlı Balakən rayon prokurorluğuna rəsmi məlumat vermişdir. Həmin məlumat əsasında 31 yanvar 2023-cü il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı X7 tərəfindən onun, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşının, həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşının iştirakı ilə Balakən şəhəri Səməd Vurğun küçəsində yerləşən Vasovlar adlı qəbiristanlığın ərazisində olan ağacın kəsildiyi yerə baxış keçirilmişdir. Baxış keçirilən ərazi Balakən şəhəri Səməd Vurğun küçəsində Vasovlar adlı məscidin kənarında olan torpaq sahəsi olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs bir ədəd kəsilmiş qoz ağacını göstərmişdir. Baxış zamanı həmin torpaq sahəsindən 01 ədəd köküstə yaş olmaqla 125 sm diametrdə dörd gövdəli qoz cinsinə aid yunan qozu ağacının 90 sm hündürlükdən kəsilməsi müəyyən edilmişdir. Daha sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən dəymiş ziyan hesablanmış və Təqsirləndirilən şəxs tərəfindən kəsilmiş 01 ədəd köküstə yaş olmaqla 125 sm diametrdə dörd gövdəli qoz cinsinə aid yunan qozu ağacının 90 sm hündürlükdən kəsilməsi nəticəsində təbiətə 4650 manat ziyan dəydiyi müəyyən edilmişdir. Həmçinin baxış zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşı tərəfindən bir ədəd qoz ağacının kəsildiyi torpaq sahəsinin kordinatları ölçülmüşdür. Sonda təhqiqatçı X7 tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq videçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs qoz ağacını Balakən bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsindən qanunsuz olaraq kəsmiş, bu barədə həm Balakən bələdiyyəsinə, həmçinin də hər hansı bir aidiyyəti quruma məlumat verməmişdir. X10 bu barədə Balakən bələdiyyəsinə müraciət edərdisə, Musaya bələdiyyə mülkiyyətində olan ağacın kəsilməsi barədə qəti şəkildə icazə verilməzdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək, həmin ifadəyə uyğun olaraq verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər məhkum edilməmiş, psixi xəstəliklər keçirməmişdir. Heç yerdə işləmir. Həm onun evinin, həm də qonşusu Təqsirləndirilən şəxs yaşadığı evin sərhədində olan Balakən şəhəri Səməd Vurğun küçəsində yerləşən Vasovlar adlı qəbristanlıq yerləşir. Həmin qəbristanlığın abadlıq işlərinə də Təqsirləndirilən şəxs baxır. Yəni həmin qəbristanlığın təmizlənməsi işlərinə baxır. Həmin qəbristanlığın otunu biçdirir, kol-kosunu təmizlədir. Təqsirləndirilən şəxs və həmçinin ərazidə olan sakinlər öz vəsaitlərinin hesabına qəbristanlıqda işlər gördürürlər. Yəni qəbristanlığın abadlaşdırılması işlərini öz vəsaitləri ilə edirlər. 2021-ci ildə ərazinin sakinləri ilə birlikdə öz vəsaitlərinin hesabına 130 metr mişar daşı ilə hasar çəkmişlər. Həmçinin öz vəsaitlərinin hesabına qəbristanlıqdan 14 yük maşını ilə zibil təmizlədib tullamışlar. Həmin qəbristanlığın həyətində bir ədəd qoz ağacı olmuşdur. Həmin qoz ağacını Təqsirləndirilən şəxs mərhum atası X8 uzun illər əvvəl əkmişdir. Həmin qoz ağacının yerləşdiyi torpaq sahəsi də Təqsirləndirilən şəxs mərhum atası Əli Əhməyevə məxsus olmuş, sonradan isə Təqsirləndirilən şəxs atası Əli Əhməyev özünə məxsus torpaq sahəsinin 10 ha hissəsini Balakən şəhərində Vasovlar qəbristanlığının ərazisinə bağışlamışdır. Hal-hazırda isə həmin qoz ağacının yerləşdiyi torpaq sahəsi Balakən şəhərinin hüdudları daxilində Balakən bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan qəbristanlıq ərazisidir. Vasovlar qəbristanlığında olan bir ədəd qoz ağacının budaqları quruduğu və ətrafdakı evlərə, həmçinin qəbristanlığa gələn insanlara təhlükə yaratdığı üçün sakinlər həmin ağacın kəsilməsinin istəmişlər. Həmçinin həmin qoz ağacının budaqları onun evinin üstünə təhlükə yaratmışdır. Eyni zamanda həmin ağacın budaqları onun həyətində hal-hazırda sökülmüş olan altıaçıq sarayının üstünü yararsız vəziyyətə salmışdır. Dəfələrlə o, ərazinin sakinləri, həmçinin qəbristanlığa gələn din adamları da Təqsirləndirilən şəxs ağacın kəsilməsini, yəni təhlükəli olduğu üçün qəbristanlıqdan götürülməsini xahiş etmişlər. Şəxsən o, Musaya ağacın budaqlarının onun evinə təhlükə yaratdığını bildirmişdir. Təqsirləndirilən şəxs də qəbristanlığın təmizliyinə nəzarət etdiyi üçün, həmçinin qəbristanlığa gələn insanların təhlükəsizliyi üçün həmin qoz ağacını kəsdirmək qərarına gəlmişdir. Ağacı kəsdirdikdən sonra isə məqsədi həmin ağacdan taxtalar düzəltdirib həmin qəbristanlıqda olan stulların üzərinə vurmaq olmuşdur ki, ora gələn sakinlər rahat otursunlar, öz yaxınlarını ziyarət etsinlər. Daha sonra Təqsirləndirilən şəxs Balakən şəhərində yaşayan tanışı Miqdat adlı şəxsə müraciət etmiş, Miqdatın ona yönlədirdiyi şəxs vasitəsi ilə ağacı kəsdirmişdir. Təqsirləndirilən şəxs həmin ağacı kəsdirməkdə heç bir maddi marağı olmamışdır. Təqsirləndirilən şəxs həmin ağacın budaqları quruduğu üçün ətrafa təhlükə yaratdığı üçün, qəbristanlığıa gələn insanların təhlükəsizliyini təmin etmək məqsədi ilə qoz ağacını kəsdirmişdir. O və ərazinin sakinlərinin hər biri həmin qoz ağacının kəsilməsinin tərəfdarı olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib, ona istinadən verdiyi ifadəsində göstərmişdir ki, o, maddi vəziyyətinin aşağı olması ilə əlaqədar qış mövsümündə odun yandırmaq üçün Balakən şəhəri ərazisində yerləşən Vasovlar adlanan qəbristanlığın girəcəyində bitən 1 ədəd qoz ağacının üst budaqlarının budanaraq ona verilməsi üçün 2022-ci ilin dekabr ayının sonlarında Ekologiya və X2 7 saylı ərazi Regional Bölməsinə müraciət etmişdir. Həmin vaxt Yeni il bayramı ilə əlaqədar cavab məktubu daxil olmadığı üçün o, ağacın budanması ilə bağlı hər hansı bir iş gördürməmişdir. xx.xx.2023-cü il tarixdə ona məlumat verilmişdir ki, həmin 1 ədəd qoz ağacı qəbristanlığın yanında yaşayan Təqsirləndirilən şəxs tərəfindən kəsilərək yaşadığı evinə aparılmışdır. O, bunu biləndən sonra Musa ilə söhbət edib Musaya narazılıq etmiş və Musaya ağacın budanaraq ona verilməsi üçün müraciət etdiyini başa salmışdır. Təqsirləndirilən şəxs də əvvəlcə həmin odunun ona verilməsinə narazılıq etmişdir. Həmin qoz ağacının özünün olduğunu, qoz ağacının yerləşdiyi torpaq sahəsinin də mərhum atasının olduğunu bildirmişdir. Qoz ağacının bitdiyi torpaq sahəsinin mərhum atasına məxsus olduğunu demişdir. Lakin o, öz narazılığını bildirmiş və həmin torpaq sahəsinin atasının yox, Balakən bələdiyyəsinin mülkiyyətində olduğunu demişdir. O, narazılıq etdiyi üçün bir neçə gün sonra Təqsirləndirilən şəxs ona ağacın hissələrini gəlib həyətindən götürüb aparmağını söyləmişdir. O da özünə işçi qüvvəsi tapıb yük maşını ilə Musanın evinin həyətinə gedib, Musa tərəfindən kəsilərək evinin həyətinə yığılmış həmin 1 ədəd qoz ağacının hissələrini yük maşınına doldurub yaşadığı evin həyətyanı sahəsinə gətirmişdir. Evin həyətyanı sahəsində həmin ağacın hissələrini odun şəkildə doğratdırıb yaşadığı evin yan hissəsində hasarın dib hissəsinə cərgə boyu yığdırmışdır. Təqsirləndirilən şəxs ona həmin ağacın doğranmış hissələrini əvəzsiz vermişdir. Təqsirləndirilən şəxs həmin ağacı kəsdiyi yer Balakən şəhər bələdiyyəsinə məxsus olan ərazidir. 03 fevral 2023-cü il tarixdə Musanın ona verdiyi oduna Balakən RPŞ-nin təhqiqatçısı Zaur Xəlilov tərəfindən baxış keçirilmişdir. Baxış zamanı o, Təqsirləndirilən şəxs ona verdiyi qoz ağacının odununu təqdim etmişdir. Baxış zamanı baxış keçirilməsi barədə protokol tərtib edilmiş, həmçinin polis əməkdaşı tərəfindən fasiləsiz vedeoçəkiliş aparılmışdır. Sonda tərtib edilmiş baxış protokolu iştirakçılar tərəfindən imzalanmışdır. Təhqiqatçı tərəfindən ona həmin odunun mühafizə edilməsi və qorunması barədə xüsusatlar izah edilmişdir.Hal-hazırda isə həmin odun onun yaşadığı evin həyətindədir. İş materiallarında olan 31 yanvar 2023-cü il tarixdə saat 11:30 dəqiqədən saat 12:15 dəqiqəyədək olan müddət ərzində Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən baxış keçirilməsi haqqında tərtib edilmiş protokoldan görünür ki, baxış keçirilən yer Balakən şəhəri ərazisində yerləşən Vasovlar adlanan qəbristanlıq olmuşdur. Balakən şəhər bələdiyyəsinin sədri Şahid4 müraciəti əsasında qeyd olunan yerdə kəsilmiş 1 ədəd qoz ağacının olduğu yerə baxış keçirilmişdir. Qəbristanlığın girəcək hissəsində sol tərəfdə 1 ədəd 4 gövdəli kəsilmiş qoz ağacının kökləri aşkar edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin ağacın budaqları quruyub yerə tökülüb təhlükə yaratdığı üçün ağacı kəsdirmək qərarına gəldiyini, kömək üçün Miqdat adlı şəxsə müraciət etdiyini, bir nəfər şəxsin köməkliyi ilə kəsdiyini bildirmişdir. Baxışda iştirak edən Şahid1 tərəfindən ağacın gövdələri ölçülmüş, 1-ci gövdənin diametri 43 sm, 2-ci gövdənin diametri 38 sm, 3cü gövdənin diametri 44 sm və 4-cü gövdənin diametri 45 sm təşkil etmişdir. Bundan başqa baxış zamanı əraziyə mütəxəssis qismində dəvət edilmiş Rəşad Xalbayev tərəfindən ərazinin koordinatları ölçülmüşdür. Baxış prosesi Panasonic HP markalı videokamera vasitəsi ilə görüntülənmiş, həmin videogörüntülər 1 ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. Tərtib edilmiş protokol ucadan oxunmuş, hər hansı şikayət və vəsatət daxil olmadığından imzalarla təsdiq edilmişdir. İş materiallarında olan 03 fevral 2023-cü il tarixdə saat 11:01 dəqiqədən saat 11:25 dəqiqəyədək olan müddət ərzində Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən baxış keçirilməsi haqqında tərtib edilmiş protokoldan görünür ki, ünvan 4 ünvanında yaşayan Şahid6 yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Həyətyanı sahəyə darvaza qapısından daxil olduqda 2 ədəd kürsülü yaşayış evləri, sağ tərəfdə isə talvar olması müşahidə edilmişdir. Baxış zamanı Şahid6 Təqsirləndirilən şəxs kəsdiyi 1 ədəd qoz ağacının gövdələrini ona verib-verməməsi barədə soruşulmuş, Şahid6 da yaşadığı evin yan tərəfində olan hasarın dib hissəsinə yığılmış odun sırasını göstərib, həmin ağacın hissələrini odun şəklində doğradıb oraya yığdığını, həmin odunların heç birindən istifadə etmədiyini bildirmişdir. Baxış zamanı odun cərgəsinin başlanğıcında köhnə odunlar olduğu aşkar edilmişdir. Şahid6 həmin odunları istifadə etdiyini bildirmişdir. Baxış prosesi Sony HP markalı videokamera vasitəsilə ilə görüntülənmiş, həmin videogörüntülər 1 ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. Tərtib edilmiş protokol ucadan oxunmuş, hər hansı şikayət və vəsatət daxil olmadığından imzalarla təsdiq edilmişdir. Bundan başqa Şahid6 Təqsirləndirilən şəxs tərəfindən ona verilmiş qoz ağacının gövdələrindən hazırladığı odun parçalarını araşdırma dövründə ekspertiza, eləcə də digər istintaq hərəkətləri ilə bağlı saxlaması və mühafizə etməsi vəzifəsi qoyulmuşdur. İş materiallarında olan 05 aprel 2023-cü il tarixdə saat 15:30 dəqiqədən saat 15:50 dəqiqəyədək olan müddət ərzində baxış keçirilməsi haqqında tərtib edilmiş protokoldan görünür ki, ünvan 4 ünvanında yaşayan Şahid6 yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Həyətyanı sahəyə darvaza qapısından daxil olduqda 2 ədəd kürsülü yaşayış evləri, sağ tərəfdə isə talvar olması müşahidə edilmişdir. Baxış zamanı Şahid6 Təqsirləndirilən şəxs kəsdiyi 1 ədəd qoz ağacının gövdələrini ona verib-verməməsi barədə soruşulmuş, Şahid6 da yaşadığı evin yan tərəfində olan hasarın dib hissəsinə yığılmış odun sırasını göstərib həmin ağacın hissələrini odun şəklində doğradıb oraya yığdığını, həmin odunların heç birindən istifadə etmədiyini bildirmişdir. Baxış zamanı odun cərgəsinin başlanğıcında köhnə odunlar olduğu aşkar edilmişdir. Şahid6 həmin odunları istifadə etdiyini, lakin Təqsirləndirilən şəxs tərəfindən ona verilmiş qoz ağacının odunlarından istifadə etmədiyini bildirmişdir. Baxış zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ətraf mühitin mühafizəsi və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi müfəttişi Şahid1 müvafiq hesablama apardıqdan sonra bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən kəsilmiş qoz cinsinə aid yunan qozu ağacının peç boyu yarma şəklində doğranmış oduncaqlarının 2 kub metr həcmində olması müəyyən edilmişdir.Baxış prosesi zamanı mobil telefon vasitəsi ilə fotoşəkillər çəkilmiş, həmin fotoşəkillər protokola əlavə edilmişdir. Tərtib edilmiş protokol ucadan oxunmuş, hər hansı şikayət və vəsatət daxil olmadığından imzalarla təsdiq edilmişdir. Bundan başqa Şahid6 Təqsirləndirilən şəxs tərəfindən ona verilmiş 2 kub metr həcmində, yunan qozu ağacının peç boyu yarma şəklində doğranmış oduncaqlarını saxlaması və mühafizə etməsi vəzifəsi qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən daxil olmuş 09 fevral 2023-cü il tarixli 3-21-3- 47/2-493/2023 nömrəli məktubdan görünür ki, Balakən RPŞ-nin Təhqiqat Bölməsində araşdırılan materialın icrası ilə əlaqədar 1 ədəd qoz ağacının kəsildiyi ərazinin mülkiyyətçisinin müəyyənləşdirilməsi üçün mütəxəssisin ayrılmasına köməklik göstərilməsi barədə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır.Sözügedən torpaq sahəsinə Balakən RPŞnin əməkdaşının iştirakı ilə yerli baxış keçirilmiş və mübahisə predmeti olan torpaq sahəsinin GPS aləti vasitəsi ilə sərhədlərinin döngə nöqtələrinin koordinatları təyin olunmuşdur. Çöl-ölçmə işlərinin nəticəsinə və məlumat bazasına əsasən məlum olmuşdur ki, kəsilmiş 1 ədəd qoz ağacının yerləşdiyi torpaq sahəsi Balakən şəhərinin hüdudları daxilində Balakən bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan qəbristanlıq ərazisidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəyində göstərilmişdir ki, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış 11 fevral 2023-cü il tarixli 3- 13-66/2-2853/1023 nömrəli müraciətdə qeyd olunan ərazidən kəsilmiş ağacın yerləşdiyi torpaq sahəsinə idarənin əməkdaşları tərəfindən baxış keçirilmişdir.Baxış zamanı Balakən şəhəri Vəməd Vurğun küçəsində yerləşən Vasovlar adlanan qəbristanlığın ərazisindən köküstə yaş olmaqla 1 (bir) ədəd 125 sm diametrdə 4 (dörd) gövdəli qoz cinsinə aid yunan qozu ağacının təxminən 90 sm hündürlükdən qanunsuz kəsilməsi nəticəsində təbiətə vurulmuş ziyan aşağıdakı qaydada hesablanmışdır və təbiətə dəymiş ziyan 4650 (dörd min altı yüz əlli) manat təşkil edir. Qeyd:Qiymətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarının 1 nömrəli əlavəsinə əsasən hesablanmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 aprel 2023-cü il tarixli 9/2158 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “Hesablama Cədvəli”nə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən Balakən şəhəri S.Vurğun küçəsində yerləşən Vasovlar adlanan qəbristanlığın ərazisindən köküstə yaş olmaqla 01 ədəd 125 sm diametrdə yunan qozu ağacının qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 4650,00 (40 sm-400 manat+85smx50=4250+400=4650) manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə olunmuş məhkəmə bioloji, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-7/923-9/4901 nömrəli rəyindən görünür ki, Balakən şəhəri Səməd Vurğun küçəsində yerləşən Vasovlar qəbristanlığının torpaq sahəsində gövdə üzərində kəsilmiş səthinin diametrinin 125 sm olan bir ədəd 4 gövdəli qoz cinsinə aid yunan qozu ağacının, kəsildiyi vaxt-2023-cü ilin yanvar ayı olub, bioloji ömrü orta yaş həddinə daxildir və yabanı halda bitməmişdir. Kəsilmə tarixindən bir (kəsildiyi tarix-23 yanvar 2023-cü il; Ekspert tərəfindən baxış keçirilən tarix-10 avqust 2023-cü il) vegetasiya dövrü keçmiş və vizual olaraq bioloji inkişafdan dayanmış və tam qurumuş vəziyyətdə olması müşahidə olundu. Həmin ağacdan götürülmüş gövdə, qabıq və kök nümunələri qurumuş, qabıqaltı səthlərində quru çürümə əlamətlərinin olması, kəsim tarixindən 6 aydan çox müddət keçdiyindən, gövdələrin üzərində hər hansı bioloji inkişafın olmaması, qurumuş olduğundan ona qulluq olunub-olunmamasını müəyyən etmək mümkün deyildir. 10 avqust 2023-cü il tarixdə tədqiqata təqdim edilmiş diametri 125 sm olan 01 ədəd dörd gövdəli qoz cinsinə aid yunan qozu ağacına tərəfindən baxış keçirilərkən həmin ağacın yaş vəziyyətdə kəsilməsi, hal-hazırda qurumuş vəziyyətdə olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş «Hesablaşma Cədvəli»nə və Azərbpaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən Balakən şəhəri S.Vurğun küçəsində yerləşən Vasovlar adlanan qəbristanlığın ərazisindən köküstə yaş olmaqla 01 ədəd 125 sm diametrdə yunan qozu ağacının qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 4650,00 (40 sm-400 manat+85 smx50=4250+400=4650) manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2023-cü il tarixli 5 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 18 aprel 2023-cü il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 18 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən kəsdirilmiş yunan qoz ağacının 2 kubmetr həcmində peç boyu şəklində doğranmış oduncaqları maddi sübut kimi tanınaraq ünvan 4 ynvanında yaşayan Şahid6 təhvil verilmiş, ünvan 4 ynvanında yaşayan Şahid6 yaşadığı evə keçirilən baxış hərəkətlərinin videogörüntüləri əks olunmuş 02 ədəd DVD diskləri sübut kimi tanınaraq hazırki cinayət işinə əlavə edilmişdir. Məhkəmə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, baxış keçirilməsi barədə protokolları, həmin baxı hərəkətlərinin videogörüntüləri əks olunmuş DVD disklərini, maddi sübutu, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 aprel 2023-cü il tarixli 9/2158 nömrəli rəyini, məhkəmə bioloji, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-7/923-9/4901 nömrəli rəyini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən daxil olmuş 09 fevral 2023-cü il tarixli 3-21-3-47/2-493/2023 nömrəli məktubu, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəyini, Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2023-cü il tarixli 5 saylı arayışı, Balakən RPŞ-nin İB-nin müstəntiqinin 18 aprel 2023cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarını, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, işdə olan sair sənədləri işin hallarını bir-biri ilə əlaqəli şəkildə zidiyyət olmadan təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə ibtidai istintaqda və məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsilə təqsirli bilməməsi, kəsdirdiyi qoz ağacını onun mərhum atasının əkməsi, həmin torpaq sahəsinin onun mərhum atasının olması, sonradan atasının həmin torpaq sahəsini Vasovlar qəbristanlığına bağışlaması, həmçinin qoz ağacının budaqlarının quruduğunun qəbrisitanlığa gələn insanlara təhlükə yaratması, həmin ağacı kəsdirməsinin insanlar tərəfindən ona həvalə edilməsi və onun ağacın kəsilməsində təqsirli olmaması barədə bildirdiklərini işdəki mötəbər sübutlarlaşahidlərin ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, ekspertiza rəyləri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən daxil olmuş məktub, istintaq hərəkətlərinin protokolları, hadisə yerinə baxış protokolları, baxış keçirilərkən qeydə alınmış videoçəkilişlərin əks olunduğu 02 ədəd DVD disklər, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəyi, maddi sübut, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərlə təkzib olunduğu üçün özünümüdafiə kimi qiymətləndirir və qəbul etmir. Məhkəmə eyni zamanda bildirir ki, heç bir halda təqsirləndirilən şəxsin özünümüdafiə üçün gətirdiyi və işdəki mötəbər sübutlarla təsdiq olunmayan dəlilləri nə cinayət əməlinin törədilməsinin sübut olunması, nə də cəza verilməsində onun əleyhinə istifadə oluna bilməz. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 63, Avropa Konvensiyasının 6 və Azərbaycan Respublikası CPM-nin 21-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Özünü müdafiə etmək və bu xüsusda özünü ifşa edən ifadələr verməmək həmin hüququn mahiyyətindən irəli gəlir. Təqsirsizlik prezumpsiyası hüququna görə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Avropa Məhkəməsi Minelli İsveçrəyə qarşı işdə qeyd etmişdir ki, cinayət əməli törətməkdə təqsirləndirilən şəxs öz əleyhinə ifadə verməyə məcbur edilməməlidir. Cinayət araşdırmasının gedişində sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyula bilməz. Həmçinin təqsirləndirilən şəxs özünü ifşa edən ifadələr verməmək, öz maraqları əleyhinə şahidlik etməkdən imtina etmək hüququna malikdir ki, cinayət araşdırmasının istənilən mərhələsində bu hüquqlara hörmət edilməlidir. Funke Fransaya qarşı məhkəmə işində Avropa Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, təqsirləndirilən şəxsin susmaq hüququ və cinayət törətməkdə ifşa edilməsinə yardım göstərməmək hüququ vardır. Əks hal təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququnun kobud pozuntusu olacaqdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq təbiətə xeyli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qanunsuz ağac kəsmə cinayət əməlini törətmişdir. Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranır. Həmin maddənin Qeyd hissəsinə əsasən; 1. Bu maddənin müddəaları xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir.2. Bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair» 29 noyabr 2022-ci il tarixli qərarında göstərilir ki, 1. Kənd təsərrüfatı məqsədi ilə vətəndaşlara verilmiş pay torpaqlarında məhz kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin təsiri altına düşür və həmin torpaqlarda yalnız kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti üçün əsas hesab edilə bilməz; 2. Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər; 3. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57, 83.0.6 və 85.4-cü maddələri ilə müəyyən olunmuş tələblərə riayət edilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazənin verilməsi həmin ərazidə tikinti işlərinin aparılması məqsədilə yaşıllıqların kəsilməsi (götürülməsi) halında cinayət məsuliyyətinin yaranmasını istisna edir; 4. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9cu maddələrinin mənasına əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr yaşıllıqların mühafizəsi tədbiri olaraq qanun pozuntularının qarşısının alınması vəzifəsini daşıyırlar. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sənədləri və digər sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsi baş vermişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, işin faktoloji hallarına və qanun normasının tələbinə əsasən ahıl yaşda olmasını və ilk dəfə cinayət əməli törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 71 yaşda olmaqla ahıl yaşda olması və ilk dəfə cinayət əməli törətməsi, bununla da kriminal meyilli şəxs olmaması, antisosial yönümün psixikasında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən ahıl yaşda olması və ilk dəfə cinayət əməli törətməsi Təqsirləndirilən şəxs kriminal meyilli şəxslərdən fərqləndirmək və antisosial yönümün psixikasında model davranışa çevrilməməsini göstərmək üçün ağlabatan əsas kimi qiymətləndirilməklə və humanizm nöteyi-nəzərindən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə böyük ictimai təhlükə törətməyən və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs ahıl yaşdadır, ilk dəfədir ki, cinayət əməli törədir. Onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsinin sanksiyasında beş min manatdan yeddi min manatadək miqdarda cərimə, iki ilədək müddətə islah işləri, iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə növlərində cəzalar nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyinatında nəzərə alır ki, işdə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar olmaqla, onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.1ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasından əvvəl cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması növündə cəzalar nəzərdə tutulmuşdur. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Məhkəmə nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs 71 yaşında olmaqla ahıl yaşdadır, əvvəllər hər hansı cinayət əməli törətməmişdir. Bu hallar Təqsirləndirilən şəxs törətdiyi böyük ictimai təhlükə törətməyən cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olmadığına, psixologiyasında dominantlıq təşkil edərək, model davranışa çevrilmədiyinə, həmçinin onu cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olması istəyinə dəlalət edir. Cəzanın əsas məqsədlərindən də biri məhz şəxsin ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması üçün zəmin yaratmaqdır. Buna görə Azərbaycan Respublikasının cinayət qanunvericiliyi şəxsə cəza təyin edilməsi zamanı həm də hümanizm prinsipini önə çəkir (Cinayət Məcəlləsinin 9-cu maddəsi). Heç şübhəsiz ki, hazırki iş üzrə də təqsirləndirilən şəxsə, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan cəza təyin edilməlidir ki, həmin cəza da həm ədalət prinsipini, həm də humanizm prinsipini özünə ehtiva etsin və fərdin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalət tarazlıq yaratmış olsun. Göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Qeyd olunanların işığında heç şübhəsiz ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi formasında cəzaya, yəni azadlıqdan məhrum etmə cəzasına məruz qalması törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun olmamaqla, ədalətli olmazdı. Belə ki, cəzasını yüngülləşdirən halların olduğu, cəzasını ağırlaşdıran halların olmadığı, həmçinin onun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmədən əvvəl üç cəza növünün nəzərdə tutulduğu şəraitdə, Təqsirləndirilən şəxs ən sərt cəzanın-azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun fərdi azadlıq hüququ ilə ekoloji təhlükəsizliyin mühafizəsi ilə bağlı ictimai münasibətlərin qorunmasında ifadə olunan ictimai maraq arasında ədalətli tarazlığı pozmuş olardı, işin hallarına əsasən heç də cəzanın məqsədlərinə nail olunmasına xidmət etməzdi və bir növ ondan qisas almağa xidmət edərdi ki, bu da qanunla yolverilməzdir. Belə ki, qeyd edildiyi kimi, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, xüsusi prevensiyanın (şəxsin özünü cinayət əməlinin törədilməsindən çəkindirmək) və ümumi prevensiyanın (başqa şəxsləri cinayət əməlinin törədilməsindən çəkindirmək) təmin edilməsidir. Qeyd edilənlərə əsasən məhkəmə hazırki işdə cəzanın məqsədlərinə nail olunması üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə lüzum görmür. Həmçinin Təqsirləndirilən şəxs islah işləri cəzasının təyin edilməsi də onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəliliyinə, şəxsiyyətinə, ədalət və humanizm prinsiplərinə adekvat olmamaqla cəzanın məqsədlərinə uyğun deyildir və əsassızdır. Bu xüsusda onu da nəzərə almaq lazımdır ki, pensiyaçı olduğu və aldığı pensiyadan başqa digər gəlirinin (qazancının) müəyyən olunmadığı şəraitdə Təqsirləndirilən şəxs beş min manatdan yeddi manatadək cərimə cəzasanın təyin edilməsi də onun əməlinə mütənasib olmamaqla və onun üçün maddi ağır maddi məhrumiyyətlər yaratmaqla ədalətsiz cəza olardı. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə və ailəsinin həyat şəraitinə uyğunluğu nöteyinəzərindən ədalətli cəzadır. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən ahıl yaşda olması və ilk dəfə cinayət əməli törətməsi kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, ədalət və humanizm prinsiplərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə 150 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Şahid6 təhvil verilmiş Təqsirləndirilən şəxs tərəfindən kəsdirilmiş yunan qoz ağacının 2 kubmetr həcmində peç boyu şəklində doğranmış oduncaqları Balakən bələdiyyəsinə qaytarılmalı, ünvan 4 ynvanında yaşayan Şahid6 yaşadığı evə keçirilən baxış hərəkətlərinin videogörüntüləri əks olunmuş 02 ədəd DVD diskləri hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs Balakən bələdiyyəsinə vurulan ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 150 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Şahid6 təhvil verilmiş Təqsirləndirilən şəxs tərəfindən kəsdirilmiş yunan qoz ağacının 2 kubmetr həcmində peç boyu şəklində doğranmış oduncaqları Balakən bələdiyyəsinə qaytarılsın; ünvan 4 ynvanında yaşayan Şahid6 yaşadığı evə keçirilən baxış hərəkətlərinin videogörüntüləri əks olunmuş 02 ədəd DVD diskləri hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Zərərçəkmiş şəxs Balakən bələdiyyəsinə vurulan ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-69/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-69/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver