Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-7/2021 09.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X5, müdafiəçi- Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə, 08 avqust 1995-ci il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş- Balakən Rayon Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 250 manat cərimə cəzası təyin edilmiş, məhkumluğu ödənilməyən, lakin əməli cinayətin residivini yaratmayan, işləməyən, Balakən rayonu Qullar kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin kənddə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 221.3-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri ilə silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, xx xxxx 2019-cu il tarixdə Balakən rayonu Tülü kəndi ərazisində avtomobilini sərt idarə etdiyinə görə, həmin kənd sakini Zərərçəkmiş şəxs ona tərəf baxmasını bəhanə edərək, sonuncu ilə qərəzli şəkildə yaratdığı mübahisənin davamı olaraq Zərərçəkmiş şəxslə xx xxxxxx 2019-cu il tarixdə, saat 13 radələrində ictimai yer olan Balakən şəhəri, Rafiq Səmədov küçəsində yerləşən Cümə məsçidinin qarşısında təsadüfən rastlaşdıqları zaman qərəzli olaraq qəsdən ictimai qaydanı kobud surətdə pozaraq, insanların kütləvi olduğu ərazidə birgəyaşayış qaydalarına zidd olaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə Balakən rayonu Tülü kənd sakini Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan qərəzli şəkildə yenidən mübahisə yaratmış və aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq etməklə üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi kəsici alətlə (bıçaqla) Zərərçəkmiş şəxs bədən nahiyyəsinə zərbələr vuraraq, döş qəfəsinin sol yuxarı bayır şöbəsində 01 ədəd, sol qoltuq büküşündə 02 ədəd, sol kürəkaltında 01 ədəd və sol budun orta 1/3-də 01 ədəd deşilmiş-kəsilmiş yaralarla müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirərək, həmin qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, Balakən rayonu Qullar kəndində anası X6yla birlikdə yaşayır, subaydır. X3 2006-cı ildə vəfat etmişdir. Hazırda heç bir yerdə işləmir. Əvvəllər bir necə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 2013-cü ildə Balakən Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2018-ci ildə cəzasını başa çatdırdıqdan sonra azadlığa buraxılmışdır. Psixi xəstəliklər keçirməmişdir, verilən sualları tam anlayıb, cavablandıra bilir. Balakən rayonu Tülü kənd sakini Zərərçəkmiş şəxs 2019-cu ilin iyul ayından etibarən tanımışdır. Onunla heç vaxtı düşmənçiliyi və ədavəti olmamışdır. 2019-cu ilin iyul ayında xatırlamadığı tarixdə günorta saatlarında özünə məxsus olan VAZ-21011 markalı avtomaşınla Balakən rayonu Tülü kəndinə, tanışı və həbsxana yoldaşı X8 yanına çay içmək üçün getmişdir. Tural onu Tülü kəndində, «dörd yol» adlanan ərazidə gözləmişdir. Oraya çatdıqda çayxanada sonradan tanıdığı Zərərçəkmiş şəxs müəmmalı şəkildə ona baxmışdır. Elə başa düşmüşdür ki, Qabil onu tanıyır və həmin səbəbdən ona müəmmalı baxır. Qabilə salam vermiş və yaddaşının zəif olmasını, bəlkə tanış olmalarını deyərək, ondan nəyə görə ona müəmmalı baxmasının səbəbini soruşmuşdur. Qabil ona cavab olaraq tanış olmadıqlarını və «qızsanmı, sənə baxa bilmərəmmi?” deyə bildirmişdir. Qabilin bu sözü onu qəzəbləndirmiş, onun fikrini tam anlamaq üçün Qabilə yaxınlaşmış və həmin an Qabil ona kəllə atmışdır. Ancaq Qabilin kəlləsi ona dəyməmişdir. Sonra Qbillə tutaşmışlar. Qabil onu tutaraq, yaxınlıqdakı kiçik çaya yıxmaq istəmişdir. Tutaşmış vəziyətdə çaya yıxılmışlar. Onları orada olan tanımadığı şəxslər ayırmışlar. Qabilə “kişisən, görüşüb söhbət edərik” deyə bildirmiş, Qabil də cavabında ona “gəlməyən belə-belə olsun” deyərək, söyüş söymüşdür. Qabilə görüşüb söhbət edəcəklərini söyləmişdir. Sonra evə qayıtmışdır. Ancaq Qabil onunla görüşüb söhbət etməyə gəlməmişdir. Onun bu hərəkəti xətrinə dəymişdir. Belə ki, Qabil özü görüşüb söhbət etməyə gəlməyən bele-bele olsun deyə söyüş söymüşdür. Həmin vaxtdan sonra Qabili görə bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə, günorta saatlarında Balakən şəhəri, Rafiq Səmədov küçəsində yerləşən Cümə məsçidindən namazdan çıxdığı zaman məsçidin qarşısında Qabili görmüşdür. Qabilə yaxınlaşıb, onu tanıyıb-tanımadığını soruşmuşdur. Qabil cavabında onu tanıdığını bildirmişdir. Qabildən iyul ayında Tülü kəndində olduğu zaman nə üçün söyüş söyüb, ona əl-qol atdığını soruşmuşdur. Qabil cavab olaraq onun orada yekəbaş hərəkət etdiyini demişdir. Qabilə üzrxahlıq etmək əvəzinə kobud cavab verdiyini, onu vuracağını, onunla belə kobud danışmamağını söyləmişdir. Onun bu sözündən sonra Qabil yaxınlıqdakı ağacın dibində yerdə olan dəmir borunu əlinə götürüb, onu vurmaq istəmişdir. Ancaq yayınaraq, Qabilə borunu özünə vurmasına imkan verməmiş, qoluyla onun vurmaq üçün qaldırdığı borunun qarşısını kəsmək istədikdə, boru sağ qoluna dəyərək, zədələmişdir. Orada olan tanımadığı şəxslər Qabilin hərəkətlərinin qarşısını alaraq, onun əlindəki borunu götürmək istədikləri zaman Qabil ünvanına “buraxın, onu bele-belə edəcəm” deyərək, biədəb söyüş söymüşdlür. Onun bu sözündən əsəbləşərək, əynindəki şalvarının sol cibində olan cib bıçağını çıxarıb, Qabilə bir neçə dəfə həmin bıçaqla xatırlmadığı nahiyələrinə zərbələr vurmuşdur. Bundan sonra oradan uzaqlaşmışdır. Hadisədən bir neçə saat sonra Bakı şəhərinə getmişdir. Belə ki, Qabilin ondan polisə şikayət edəcəyini bilmişdir. Həmin dövrdən sonra Bakı şəhərində müxtəlif ünvanlarda yaşamışdır. xx xxxxxxx 2020-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Yasamal rayonunda yaxalanmışdır. Hadisə zamanı orada bir neçə tanımadığı şəxs olmuşlar. Həmçinin əmisi Vagif məsçiddən namazdan çıxmışdır. Onun hadisəni görübgörməməsini bilmir. Qabili vurduğu bıçağı xatırlamadığı yerdə atmışdır, hara atdığı yadında deyildir. Həmin bıçaq adi satışda olan kiçik cıb bıçağı olmuşdur. Qabil həmin dəmir boruyla sağ qoluna vurub, azacıq xəsarət yetirmiş, ancaq bununla bağlı heç yerə müraciət etməmişdir. Hadisə Tülü kəndində Qabil ona qarşı kobudluq edib mübahisə yaradaraq, söyüş söydüyü üçün baş vermişdir. Ancaq orada Qabili vurmamış, Qabil də onu vurmamış, orada olan şəxslər onları ayırmışlar. Həmin dövrdə VAZ-21011 markalı, ** BA *** qeydiyyat nömrə nişanlı avtomaşını olmuş, ancaq Tülü kəndində Qabillə mübahisəsi olduqdan bir neçə gün sonra həmin avtomaşını satmışdır. Qabili ona qarşı kobudluq edərək, söyüş söydüyünə görə bıçaqla vurmuşdur. Tülü kəndində Qabillə mübahisələri olduğu zaman orada tanışı və həbsxana yoldaşı olan Balakən rayonu Tülü kənd sakini Şahid4 olmuşdur. Əlavə orada olan şəxsləri tanımamışdır. Qabilin həyatına qəsd edərək onu öldürmək niyyəti olmamışdır. Belə bir fikri olsaydı, buna imkanı da olmuşdur. Sadəcə Qabilin hərəkətinə, yəni xx xxxx 2019-cu il tarixdə Tülü kəndində aralarında baş vermiş mübahisəylə bağlı üzrxahlıq etmədən kobudluq etdiyi üçün özündə olan kiçik cib bıçağıyla bir neçə zərbə vurmuşdur ki, ona xəsarət yetirsin. Cinayət əməli törətməsini etiraf edir və bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Zərərçəkmiş şəxs vurulmuş ziyanı könüllü şəkildə tamamilə ona ödəmiş və Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxs ona qarşı heç bir tələb və şikayəti yoxdur. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Balakən rayonu Tülü kəndində ailə üzvləriylə birlikdə atası evində yaşayır. Evlidir, iki azyaşlı övladı vardır. xx xxxx 2019-cu il tarixdə, günorta saatlarında yaşadığı Tülü kəndinin mərkəzində «dörd yol» deyilən ərazidə çayxanada olduğu zaman oraya sonradan adını bildiyi Balakən şəhər sakini Təqsirləndirilən şəxs özünə məxsus olan ağ rəngli VAZ 21011 markalı avtomaşınla gələrək, kobud şəkildə avtomaşını saxladıqda ona baxmış, belə ki, Məhəmmədi həmin vaxt tanımamışdır. Onun yanında həmkəndlisi Şahid4 də olmuşdur. Çayxananın həyətində Məhəmmədin üzünə baxdığı üçün onun bundan xoşu gəlməmiş və Məhəmməd ondan nə üçün baxdığını kobudcasına soruşmuşdur. Məhəmmədə adamın adama baxacağını bildirmiş, Məhəmməd həmin sözə görə mübahisə yaratmış və onlar tutaşmışlar. Ancaq onları orada olan xatırlamadığı şəxslər aralamışlar. Bundan sonra Məhəmməd onu axtararaq, söhbətə çağırmış, ancaq özü ondan yayınmışdır. Həmkəndlisi Tural da onu Məhəmmədlə söhbətə çağırsa da, o, getməmişdir. Sonradan Məhəmmədin həmkəndlisi Şahid4lə birlikdə həbsdə olmasını bilmişdir. Məhəmmədin dava salacağını bildiyindən, onunla söhbətə getməmişdir. Bundan bir müddət sonra, xx xxxxxx 2019-cu il tarixdə, saat 13 radələrində Balakən şəhərində olduğu zaman Cümə məscidinin yaxınlığında Məhəmməd qarşısına çıxmış və onu tanıyıbtanımadığını soruşmuşdur. Cavabında onu tanıdığını bildirdikdə, Məhəmməd cibindən bıçaq çıxarmış, həmin bıçağın tutacağı şabalıdı rəngdə olmuşdur. Məhəmməddən bıçağı yığışdırmasını xahiş etmişdir. Məhəmməd bıçağı əlində saxladığı üçün onu bıçaqla vura biləcəyini fikirləşmişdir. Həmin səbəbdən müdafiə olunmaq üçün yaxınlıqdakı dəmir borunu əlinə götürmüşdür. Həmin vaxt Məhəmmədin yanına tanımadığı iki şəxs gəlmiş, onlar Məhəmmədi saxlamış və çıxıb getməsini ona bildirmişlər. Yola tərəf keçib, kəndlərinə gedən marşrut avtobusa minmək istədikdə, Məhəmməd arxasınca gəlmiş və qəfil onu bıçaqla vuraraq, xəsarətlər yetirmişdir. Məhəmmədin yanında olan tanımadığı şəxslər onu arxayın salaraq, çıxıb getməyini bildirdikləri üçün oradan uzaqlaşmışdır. Ancaq bir anlıqda Məhəmməd arxasınca gələrək, qəfil ona xəsarətlər yetirmiş və onu söymüşdür. Hadisənin başqa kimlərin görməsini dəqiq bilməmişdir. Belə ki, ətrafa fikir verməmiş, Məhəmmədin bıçaqla onu vurmaması üçün ancaq müdafiə olunmasını fikirləşmişdir. Hadisə yerində səsküyə gələn insanlar, eləcə də qadınlar olmuşlar. Həmin şəxslər bu hadisədən çox narahat olmuşlar. Ancaq həmin səxslərin kimlər olmasını bilmir. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Atası Şahid1 bu yaxınlarda ölmüşdür. Təqsirləndirilən şəxs Vidai oğlu tərəfindən vurulmuş ziyan tam olaraq könüllü şəkildə ona ödənilmiş və o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 3 saylı ünvanda ailə üzvləriylə birlikdə yaşayır. Təqsirləndirilən şəxs mərhum qardaşı Vidadinin oğludur. Məhəmməd bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. Onunla bir qardaş oğlu kimi münasibəti pis deyildir. Son zamanlar Məhəmməd dinə meyillənib, namaz qılmışdır. xx xxxxxx 2019-cu il tarixdə, saat təxminən 13 radələrində Balakən şəhərində yerləşən Cümə məsçidində namaz vaxtı Məhəmməd də orada namaz qılmışdır. Məhəmməd ondan bir qədər tez məsçiddən çıxmışdır. Bundan sonra məsçiddən çıxdıqda, məsçidin qarşısında Məhəmmədin tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxslə mübahisə etdiyini görmüşdür. Məhəmmədlə mübahisə edən Qabilin əlində dəmir boru olmuşdur. Məhəmmədə acıqlanmış və nə baş verdiyini ondan soruşmuşdur. Bu zaman Məhəmməd oradan bir qədər kənarlaşmışdır. Məhəmmədlə mübahisə edən Qabil yola tərəf gedib, marşrut avtobusuna minmək istədikdə, Məhəmməd Qabilin arxasınca qaçmış, Qabil marşrut avtobusuna minmədən geriyə qayıdıb, əlinə oradakı ağacın dibində olan dəmir borunu götürdükdə, Məhəmməd Qabilin qoluna bıçaqla bir zərbə vurmuşdur. Təkrarən Məhəmmədi sakitləşdirməyə çalışmışdır. Məhəmmədin vurduğu Zərərçəkmiş şəxs oradan uzaqlaşıb getmişdir. Məhəmmədin əlində kiçik cib bıçağı görmüşdür, lakin həmin bıçağın əlamətlərini xatırlamır. Hadisə zamanı orada bir neçə tanımadığı namazdan çıxan şəxslər olmuşlar, ancaq onların kimliyini xatırlamır. Məhəmmədin bu hərəkətinə çox əsəbləşmiş, orada özünü pis hiss etmişdir. Həmin mübahisə zamanı Məhəmmədin yanında başqa bir şəxs görməmiş, həmçinin Məhəmmədin vurduğu Qabil də tək olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Balakən rayonu Tülü kəndində valideynləriylə birlikdə yaşayır. Balakən şəhəri-Tülü kəndi istiqamətində işləyən mikroavtobusu idarə edərək, sərnişin daşıyır. Bunun üçün müvafiq sürücülük hüququ vardır. xx xxxxxx 2019-cu il tarixdə, saat 13 radələrində idarə etdiyi mikroavtobusla Balakən şəhəri, Rafiq Səmədov küçəsiylə Balakən rayonu Tülü kəndi istiqamətində hərəkətdə olmuş, idarə etdiyi avtomaşında qadın sərnişinlər çox olmuşdur. Həmin küçədə yerləşən Gömrük idarəsinin qarşısında yolun sol tərəfində dayanmış həmkəndlisi Zərərçəkmiş şəxs ona əl etmişdir ki, avtomaşını saxlasın. Qabili götürmək üçün avtomaşını yolun sağ kənarına çəkib saxlamışdır. Qabil idarə etdiyi avtomaşının sərnişin minmək üçün nəzərdə tutulan qapısına yaxınlaşıb, avtomaşına minmək istədikdə, Qabilin arxasınca tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi bir cavan oğlan iti surətlə gələrək, ona çatmış və Məhəmməd Qabilə əllə bir neçə zərbə vurmuşdur. Məhəmmədin Qabili nə ilə vurduğunu dəqiq görməmişdir. Qabil idarə etdiyi avtomaşından kənarlaşıb geriyə, yolun sol kənarına keçmişdir. Qabili vuran Məhəmməd isə oradan uzaqlaşmışdır. Avtomaşınında sərnişinlər olduğu üçün, o da yolunu davam etdirmişdir. Çünki sərnişinlərin çoxu qadınlar olmaqla, onlar baş vermiş hadisədən qorxaraq, səs-küy salmış və ona tez sürüb getmələrini bildirmişlər. Həmin səbəbdən orada dayanmadan yoluna davam etmişdir. Sonradan ona məlum olmuşdur ki, idarə etdiyi marşrut avtobusuna minmək üçün yaxınlaşan Zərərçəkmiş şəxs arxasınca gəlib çatan tanımadığı Təqsirləndirilən şəxs Qabilə bıçaq zərbələri vuraraq, ona xəsarətlər yetirmişdir. Zərərçəkmiş şəxs idarə etdiyi avtomaşına minmək üçün yaxınlaşdıqda, onun arxasınca çatan Məhəmmədin nalayiq küçə söyüşləri söyərək, Qabilə əllə zərbələr vurduğunu görmüş, lakin sükan arxasında olduğundan Məhəmmədin əlində bıçaq olmasına fikir verə bilməmişdir. Bundan sonra Qabil və Məhəmməd yolun sol tərəfində yerləşən Cümə məsçidi istiqamətinə gedərək, oradan uzaqlaşmışlar. O isə yolunu davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ünvan 4 saylı ünvanda valideynləriylə birlikdə yaşayır. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Onunla aralarında heç vaxtı düşmənçilik və ədavət olmamışdır. Məhəmmədin bir neçə dəfə məhkum olunduğunu bilir. Adətən evlərinin yaxınlığında Balakən şəhərində yerləşən Cümə məsçidində namaz qılır. Son zamanlar namaz qılmağa gəldiyi üçün Məhəmmədi də məsçiddə görmüşdür. xx xxxxxx 2019-cu il tarixdə, saat 13 radələrində Balakən şəhərində yerləşən Cümə məsçidində günorta namazı vaxtı məsçiddə olmuşdur. Ancaq həmin gün məsçiddə Məhəmmədi görməmişdir. Namaz qıldıqdan sonra məsçiddən çıxdıqda, məsçidin qarşısında bir neçə tanımadığı şəxsin yığışdığını görmüşdür. Orada eşitmişdir ki, Məhəmmədlə Qabil adlı şəxs arasında dava olmuşdur. Həmin vaxt orada tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs olmuş, Qabilin paltarında qan ləkələri olmuşdur. Sonra Qabil adlı həmin şəxs taksi avtomaşınına əyləşib, xəstəxanaya getmişdir. Sonradan eşidib bilmişdir ki, Məhəmməd Qabili bıçaqla vurub, Qabilə xəsarət yetirmişdir. Ancaq onların mübahisəsinin və davalarının şahidi olmamış, aralarında mübahisənin hansı səbəbdən yarandığını bilməmişdir. Hazırki işin məhkəmədə baxılması zamanı Şahid1 öldüyü məlum olmuş, həmçinin məhkəmə iclaslarının vaxtı və yeri haqqında çağırış vərəqəsi ilə xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə Şahid4 məhkəmə iclasına gəlməmiş və məcburi qaydada məhkəməyə gətirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid1 və Şahid4 ibtidai istintaqda şahid qismində verdiyi ifadələrinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs atasıdır. xx xxxxxx 2019-cu il tarixdə, günorta saatlarında Balakən şəhərində oğlu Qabili sonradan adını və soyadını bildiyi Balakən rayon sakini Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan bıçaqla vuraraq, bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirmişdir. Oğlu aldığı xəsarətlərlə bağlı uzun müddət Balakən Rayon Mərkəzi Xəstəxanasında mualicələr almışdır, hazırda müalicəsi başa şatıb və oğlu özünü yaxşı hiss edir. Harahatdır ki, oğlu Qabilə kəsici alətlə zərbələr vuraraq, xəsarət yetirən Təqsirləndirilən şəxs hələ də azadlıqdadır. Düşünür ki, həmin şəxsin oğlu Qabillə bir daha mübahisəsi baş verə bilər. Hadisə zamanı oğluna xəsarət yetirən Təqsirləndirilən şəxs yanında bir neçə şəxsin olduğunu bilir, ancaq həmin şəxslərin kimliyi haqda məlumatı yoxdur və hadisə zamanı həmin şəxslərin hansı hərəkətləri etməsi haqda daha dəqiqini oğlu Qabil bilər. Məhkəmə iclasında şahid qismində ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, Balakən rayonu Tülü kəndində anasıyla birlikdə yaşayır. 2017-ci ildə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə Balakən Rayon Məhkəməsi tərəfindən məhkum olunub, hazırda cəzasının qalan hissəsini şərti olaraq 8 saylı Şamaxı məntəqə tipli cəzaçəkmə müəssisəndə çəkir. Şənbə-bazar günləri icazə alıb evə, anasına baş çəkməyə gəlir. xx xxxxxx 2019-cu il tarixdə, sahər saatlarında icazə alıb, yaşadığı Balakən rayonuna evə gəlmişdir. Təqsirləndirilən şəxs 2017-ci ildə cəzaçəkmə müəssisəsində tanıyıb və onunla salam-kalamı vardır. Zərərçəkmiş şəxs həmkəndlisidir. Onunla bir həmkəndli kimi münasibəti var, aralarında heç vaxtı düşmənçilik və ədavət olmayıb. xx xxxx 2019-cu il tarixdə, günorta saatlarında yaşadığı Balakən rayonu Tülü kəndinin mərkəzində çayxanada olduğu zaman Məhəmməd oraya çay içməyə gələcəyini ona demişdir. Həmin tarixdə çayxananın yaxınlığında küçədə mübahisə olduğunu bilib, çayxananın həyətindən küçəyə çıxmış və görmüşdür ki, Məhəmmədlə Qabil orada tutaşaraq, mübahisə edirlər. Özü və digər xatırlamadığı şəxslər onları ayırıb, dalaşmağa imkan verməmişlər. Həmin tarixdə Qabilin qardaşı Eşqini görüb ona bildirmişdir ki, Qabillə Məhəmmədi barışdırmaq istəyir. Ancaq Eşqin ona bildirib ki, “mənlik iş deyil, Qabil özü bilər”. Bundan sonra Qabili görməyib və ya onunla əlaqə saxlamayıb. Həmçinin Məhəmmədlə də görüşməyib. xx xxxxxx 2019-cu il tarixdə eşidib ki, Məhəmmədlə Qabilin arasında mübahisə baş verib və Məhəmməd Qabilə bıçaq zərbələri vurub. Ancaq hadisənin şahidi olmayıb və hadisə hansı şəkildə baş verib, bilmir. Onları barışdırmaq istəyib və həmin məqsədlə Qabili Məhəmmədlə söhbət etməyə çağırmışdır. Həm də xx xxxx 2019-cu il tarixdə Tülü kəndində Məhəmmədlə Qabilin arasında mübahisə yaranmışdır və onların arasında anlaşılmazlıq olmuşdur. Onlar həmin vaxtı tutaşsalar da, bir-birini vuraraq, xəsarət yetirməmişlər, yəni onları aralamışlar. Həmin vaxt Qabillə Məhəmməd razılaşmışlar ki, görüşüb söhbət edərlər. Qabil də söhbətə gəlməyən beləbelə olsun deyə söymüşdür. Bildiyinə görə Qabil Məhəmmədlə görüşüb onunla söhbət etməyə gəlmədiyi üçün, onların arasında xx xxxxxx 2019-cu il tarixdə təkrar mübahisə baş vermişdir. Ancaq həmin mübahisənin şahidi olmamış, bu haqda sonradan eşidib bilmişdir. İşin 10-14-cü vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş xx.xx.2019-cu il tarixli götürmə protokolundan görünür ki, Cukqurayev Qabil Əlixan oğlunun əynində olmuş 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd ağ rəngli üzərində göy xətləri olan qısaqol köynək iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülmüşdür. İşin 15-20-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş 10 avqust 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında həmin tarixdə saat 16:50-dən 17:25-dək olan müddətdə Balakən şəhəri, Rafiq Səmədov küçəsində yerləşən hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs həmin küçədə yerləşən cümə məsçidinin yaxınlığında Zərərçəkmiş şəxslə rastlaşmış və xx xxxx 2019-cu il tarixdə Balakən rayonu Tülü kəndi ərazisində aralarında baş vermiş mübahisənin davamı olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərində olan kəsici alətlə (bıçaq) zərbələr vuraraq, xəsarətlər yetirdikdən sonra oradan uzaqlaşmışdır. Hadisə yerində Balakən rayonu Tülü kəndi istiqamətinə gedən mərkəzi yolun sol kənarında “Play Station” kompyuter salonu və həmin salonun arxasında Balakən Cümə məsçidi yerləşir. Qeyd olunan yolun sol kənarındakı sarı rəngli xəttin kənarında yerdə yeni tökülmüş qanabənzər ləkələr vardır. Cümə məsçidinin girişindən sağ tərəfdə ağacın dibində dəmir boru hissəsi vardır. Həmin boru iş üçün əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. Baxış zamanı qeyd olunan ərazidə əlavə iş üçün əhəmiyyət kəsb edə biləcək hallar müəyyən edilməmiş və əlavə olaraq hər hansı bir əşya və ya predmet aşkar edilib, götürülməmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İştirakçılar tərəfindən protokola əlavə və qeydlər olunmamış və protokolun doğru olması hər bir iştirakçı tərəfindən imzalanmışdır. İşin 1 cild 87-88-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş məhkəmə-tibbi ekspertizanın xx xxxxxxx 2019-cu il tarixli, 314 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin sol yuxarı bayır şöbəsində 01 ədəd, sol qoltuq büküşündə 02 ədəd, sol kürəkaltında 01 ədəd, sol budun orta 1/3-də 01 ədəd deşilmiş-kəsilmiş yaralar- iti alətin (alətlərin) təsirindən törənmişlər; Balakən MRX-na daxil olduğu və qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə hər hansı deşicikəsici alətlə (ola bilsin ki, bıçaqla) yetirilə bilərdilər, dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər. İşin 130-133-cü vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş maddi sübutların məhkəmə ekspertizasının xx.xx.2019-cu il tarixli, 828/2019- MTBŞ nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu -Abeta/H//İİ/; ekspertizaya təqdim edilən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus şalvar və qısaqol köynək üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,H antiqenləri və həmçinin beta aqqlyutinini də alındı. Beləliklə bu qan ləkələri A-beta/H//İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. İşin 135-137-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş maddi sübutların məhkəmə ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 556/2019- MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspetizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın sol ayağının arxa səthində bir ədəd, köynəyin ön səthində solda 03 ədəd, arxa səthdə solda bir ədəd, dəlib-keçən zədələr var. Bu zədələrin forma, xarakteri və morfoloji əlamətlərinə görə demək olar ki, bu zədələr deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir; - Zərərçəkmiş şəxs məxsus şalvarın sağ cibin yuxarı tikiş xəttinə yaxın sahədə 02 ədəd, köynəyin sağ sərbəst kənarından 2-3-cü düymələr arasında bir ədəd cırılma zədələri qeyd olunur; - bu zədələrin forma, xarakteri və morfoloji əlamətlərinə görə demək olar ki, bu cırılma zədələridir, şalvarın və köynəyin müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində əmələ gəlmişdirlər. İşin 139-142-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, T417/2019 nömrəli rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlər-döş qəfəsinin sol yuxarı şöbəsinin bir, sol qoltuq büküşünün iki, sol kürəkaltının bir, sol budun orta 1/3-nin bir ədəd deşilmiş-kəsilmiş yaraları-iti uclu və ya kənarlı alətin (alətlərin), o cümlədən də bıçağın təsirindən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə törənə bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşin 202-ci vərəqində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2020-ci il tarixli, 304 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş xəsarətlər- sağ mil- bilək nahiyəsinin bayır səthində çapıq toxuması hər hansı bir yaranın nəticəsi olub - bərk küt əşyanın - dəmir borunun uc və ya özünün ilk məlumatda göstərdiyi kimi dəmir boruya calaq olunmuş əlavə kiçik ölçülü dəmir parçasının uc hissəsinin təsirindən törənməsi inkar olunmur, dərəcəsinə görə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. 6 aydan 1-1,5 ilə qədər müddətdə əmələ gələ bilərdi. İşin 158-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-cı ild tarixdə saat 14.30-dan, yəni onun azadlığının məhdudlaşdırıldığı andan hesablanmaqla saat 20.15-də Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 192-194-cü vərəqələrində olan Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli 14 oktyabr 2020-cı il tarixdən hesablanmışdır. İşin 79-81-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamə üzrə arayışdan və işin 90-96-cı vərəqələrində olan Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli, 1 (019)-75/2013 nömrəli hökmündən görünür ki, Yetimov X9 Rayon Məhkəməsininin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-ninin 128ci maddəsi ilə təqsirli bilinib, 250 manat cərimə cəzasına məhkum edilmiş, Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə əmlakı müsadirə olunmamaqla 02 il sınaq müddəti ilə şərti tətbiq tedilmiş 03 il 06 ay azalıqdan məhrum etmə cəzası ləğv edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs bu hökmlə təyin edilmiş cəzasına Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilmə yolu ilə ona qəti cəza olaraq əmlakı müsadirə olunmamaqla 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmü ilə ona təyin edilmiş 250 manat miqdarında cərimə cəzası hazırki hökmlə birləşdirilməklə müstəqil icra edilməsi hökm edilmişdir. Təqsirləndirilən şəxs Viddai oğlu xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. İşin 208-223-cü vərəqələrində olan və məhkəmə tərəfindən tədqiq edilmiş sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə götürülmüş Zərərçəkmiş şəxs məxsus üzərində deşilibkəsilmiş zədələr və qan ləkələri olan 01 ədəd qara rəngli cins şalvar və 01 ədəd ağ rəngli üzərində göy xətləri olan qısaqol köynək və hadisə yerindən götürülmüş 01 ədəd dəmir boru hissəsi maddi sübut kimi götürülmüş və saxlanması üçün Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, özünü müdafiə etmək üçün boru hissəsiylə Təqsirləndirilən şəxs bıçaq tutduğu qoluna vuraraq xəsarət yetirməsi xüsusatı üzrə Zərərçəkmiş şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, həmçinin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Yetimov X9 Rayon Məhkəməsinin 1 (019)-75/29013 saylı, xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə olan 250 manat miqdarında cərimə cəzasını xx.xx.2018-ci ildə tam olaraq müvafiq bank hesabına ödəmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə, iş üzrə zərərçəkmiş şəxsin və şahidin ifadələrini, xx.xx.2019-cu il tarixli götürmə protokolunu, 10 avqust 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokolu, maddi sübutları, məhkəmə-tibbi ekspertizanın xx xxxxxxx 2019-cu il tarixli, 314 nömrəli rəyini, maddi sübutların məhkəmə ekspertizasının xx.xx.2019-cu il tarixli, 828/2019-MTBŞ nömrəli rəyini, maddi sübutların məhkəmə ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 556/2019-MTKŞ nömrəli rəyini, canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, T417/2019 nömrəli rəyini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamə üzrə arayışı, Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli, 1 (019)-75/2013 nömrəli hökmünü, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 221.3-cüy maddəsində nəzərdə tutulmuş əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Bu zəmində məhkəmə,Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar X4rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi ifadələrində göstərdiyi hadisə vaxtı Zərərçəkmiş şəxs yaxınlıqdakı ağacın dibində yerdə olan dəmir borunu əlinə götürüb, onu vurmaq istəməsi, ancaq yayınaraq, Qabilə borunu özünə vurmasına imkan verməməsi, qoluyla onun vurmaq üçün qaldırdığı borunun qarşısını kəsmək istədikdə, borunun sağ qoluna dəyərək, zədələməsi, orada olan tanımadığı şəxslərin Qabilin hərəkətlərinin qarşısını alaraq, onun əlindəki borunu götürmək istədikləri zaman Qabilin ünvanına biədəb söyüş söyməsi və onun bu sözündən əsəbləşərək, Qabili bıçaqla vurması, yəni zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin nəticəsi olaraq onu bıçaqla vurması barədə məlumatları iş üzrə mövcud sübutlarla, o cümlədən zərərçəkmiş şəxin və şahidlərin ifadələri və ekspertiza rəyləri ilə təsdiq olunmadığından, məsuliyyətdən yayınma cəhdi və özünümüdafiə kimi qiymətləndirilməlidir. Məhkəmə onu da qeyd edir ki, bu xüsusat Azərbaycan Respublikası Konstitusiyasının 63, İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6 və Azərbaycan Respublikası CPM-nin 21-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququ konteksində nəzərə alınmalıdır. Belə ki, özünü müdafiə etmək və bu xüsusda özünü ifşa edən ifadələr verməmək həmin hüququn mahiyyətindən irəli gəlir. Təqsirsizlik prezumpsiyası hüququna görə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Avropa Məhkəməsi Minelli İsveçrəyə qarşı işdə qeyd etmişdir ki, cinayət əməli törətməkdə təqsirləndirilən şəxs öz əleyhinə ifadə verməyə məcbur edilməməlidir. Cinayət araşdırmasının gedişində sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyula bilməz. Həmçinin təqsirləndirilən şəxs özünü ifşa edən ifadələr verməmək, öz maraqları əleyhinə şahidlik etməkdən imtina etmək hüququna malikdir ki, cinayət araşdırmasının istənilən mərhələsində bu hüquqlara hörmət edilməlidir. Funke Fransaya qarşı məhkəmə işində Avropa Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, təqsirləndirilən şəxsin susmaq hüququ və cinayət törətməkdə ifşa edilməsinə yardım göstərməmək hüququ vardır. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu hal nə cinayət əməlinin törədilməsinin sübut olunması, nə də cəza verilməsində onun əleyhinə istifadə oluna bilməz. Əks hal təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququnun kobud pozuntusu olacaqdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri ilə silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, xx xxxx 2019-cu il tarixdə Balakən rayonu Tülü kəndi ərazisində avtomobilini sərt idarə etdiyinə görə, həmin kənd sakini Zərərçəkmiş şəxs ona tərəf baxmasını bəhanə edərək, sonuncu ilə qərəzli şəkildə yaratdığı mübahisənin davamı olaraq Zərərçəkmiş şəxslə xx xxxxxx 2019-cu il tarixdə, saat 13 radələrində ictimai yer olan, Balakən şəhəri Rafiq Səmədov küçəsində yerləşən Cümə məsçidinin qarşısında təsadüfən rastlaşdıqları zaman qərəzli olaraq qəsdən ictimai qaydanı kobud surətdə pozaraq, insanların kütləvi olduğu ərazidə birgəyaşayış qaydalarına zidd olaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə Balakən rayonu Tülü kənd sakini Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan qərəzli şəkildə yenidən mübahisə yaratmış və aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq etməklə üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi kəsici alətlə (bıçaqla) onun bədən nahiyyəsinə zərbələr vuraraq, ona döş qəfəsinin sol yuxarı bayır şöbəsində 01 ədəd, sol qoltuq büküşündə 02 ədəd, sol kürəkaltında 01 ədəd və sol budun orta 1/3-də 01 ədəd deşilmiş-kəsilmiş yaralarla müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirərək, həmin qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmişdir, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarına görə cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Cinayət Məcəlləsinin 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfatməişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiya və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrufat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Cinayət Məcəlləsinin 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi-ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. ”Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli, 1 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Hazırki cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinə xas olan əlamətlər möcud olmuş, yəni o, xx xxxxxx 2019-cu il tarixdə, saat 13 radələrində ictimai yerdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, məhv etmə xüsusiyyətlərini bilə-bilə xuliqanlıq niyyəti ilə silah qismində istifadə etdiyi kəsici alətlə-bıçaqla Zərərçəkmiş şəxs üzərində zor tətbiq edərək, ona yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməklə təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxx 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmas cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 83.3.2. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; 83.3.3. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə. Azərbaycan Respublikası CM-nin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinə əsasən residivin müəyyən ediləsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər; 18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; 18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Məhkəmə hesab edir ki, Yetimov X9 Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli hökmü ilə təqsirli bilinərək məhkum olunduğu cinayət əməlini yetkinlik yaşına çatmadığı vaxtda törətdiyi üçün, həmçinin həmin hökmlə CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətdiynə görə məhkum olunduğu üçün onun əməlində cinayətin residivi və cinayətin təkrar törədilməsi halı yoxdur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Cəza təyinatı zamanı nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etmiş, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsə ödəmişdir. Məhkəmə hesab edir ki, bu hallar, onun ictimai təhlükəliliyini azaldan hallar sayılmalıdır. Ancaq məhkəmə onu da nəzərə alır ki, əməli cinayətin təkrar törədilməsi və cinayətin residivi halını yaratmasa da, Yetimov X9 Rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bu zaman ona CM-nin 67.1-ci maddəsinə əsasən bu cəzaya Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.2, 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrilə CM-nin 66.3-cü maddəsilə şərti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzası qismən və Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 128-ci maddəsilə təyin edilmiş çəkilməmiş qalan 250 manat cərimə cəzası tam birləşdirilməklə qəti cəza təyin edilmişdir. O, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunduqdan sonra cəmiyyətdə hökm sürən birgəyaşayış qaydalarına hörmət və islah yolunu seçməmiş və məhkumluq müddəti ödənilmədən yenidən CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli heç də təsadüfi olmamış, əksinə onun psixikasında hökm sürən davamlı antisosial yönümün nəticəsi olmuşdur. Bu hal Təqsirləndirilən şəxs cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olunmamasının, ictimai-faydalı fəaliyyətə qayıtmaq və islah olunmaq istəməsinin göstəricisidir. Ona görə də şərh olunan bu hallar cəzanın məqsədlərinə nail olunması baxımından Təqsirləndirilən şəxs cəza təyin edilməsində mütləq nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsə ödəməsi kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, əməli cinayətin residivini yaratmadığı üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki,Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə görə qəsdən törədlmiş o cümlədən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən hazırki hökmün çıxarıldığı günədək həbsdə saxlandığı müddət ona təyin olunan cəza müddətinə daxil edilməklə onun cəza çəkməsinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət… Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə işin hallarına hüquqi qiymət verərək, həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli cins şalvar və 01 ədəd ağ rəngli üzərində göy xətləri olan qısaqol köynək Zərərçəkmiş şəxs qaytarılmalı və hadisə yerindən götürülmüş 01 ədəd dəmir boru hissəsi məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. İş materiallarında olan vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatda Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 17 iş saatı vaxt sərf etməsi göstərilmişdir. Məhkəmə həmin hesabatı iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, həmin hesabat əsaslıdır və təmin edilməlidir. Belə ki, həqiqətən də müdafiəçi tərəfindən şübhəli və təqsirləndirilən şəxsin müdafiəsinə məhkəməyədək icraata zamanı 17 saat vaxt sərf edilməsi işin həcmi və keçirilən prosessual hərəkətlərin sayına və vaxtına görə ağlabatan və əsaslıdır. Eyni zamanda iş matieriallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsinə 5 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 102 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat olmaqla cəmi 132 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. X1rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 2 (il) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən hazırki hökmün çıxarıldığı günə kimi tutulub həbsdə saxlandığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkmə müddətinin əvvəli xx xxxxxxx 2020ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli cins şalvar və 01 ədəd ağ rəngli üzərində göy xətləri olan qısaqol köynək Zərərçəkmiş şəxs qaytarılsın; hadisə yerindən götürülmüş 01 ədəd dəmir boru hissəsi məhv edilsin. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 102 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat olmaqla cəmi 132 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-7/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-7/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver