Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-7/2022 23.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X2 katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs X7, müdafiəçilər-Balakən rayon Vəkil Bürosunun vəkilləri-Müdafiəçi1 və Müdafiəçi4, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və Təqsirləndirilən şəxs2 iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxx 2005-ci ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1; TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxxxxxxx 1996-cı ildə Saatlı rayonu Qıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, məhkum olunmamış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin 5-ci bölük 2- ci taqım 2-ci manqada qumbaraatan vəzifəsində xidmət edən və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 11 avqust 2021-ci il tarixdə, saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə ünvan 1 ünvanında yaşayan X10 məxsus bir baş, dişi cinsli, ağ-qara rəngdə olmaqla, 2 yaşlı, diri çəkisi 400 kq olan 2000 manat dəyərində iribuynuzlu heyvanın Z.Əliyeva küçəsində yolun kənarında sahibsiz və nəzarətsiz qaldığına əmin olub özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu niyyətlərini həyata keçirmək məqsədilə həmin iribuynuzlu heyvanın boyun hissəsinə kəndir salıb Təqsirləndirilən şəxs2 məxsus at arabasına bağlayıb aparmaq istəmiş , lakin həmin heyvanın sahibləri onları görüb hərəkətlərinin qarşısını aldıqlarından öz iradəsindən asılı olmayaraq əməlini həyata keçirə bilməmiş, bununla da özgə əmlakını gizli yolla talamaqla oğurlamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs2 11 avqust 2021-ci il tarixdə, saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə ünvan 1 ünvanında yaşayan X10 məxsus bir baş, dişi cinsli, ağ-qara rəngdə olmaqla, 2 yaşlı, diri çəkisi 400 kq olan 2000 manat dəyərində iribuynuzlu heyvanın Z.Əliyeva küçəsində yolun kənarında sahibsiz və nəzarətsiz qaldığına əmin olub özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu niyyətlərini həyata keçirmək məqsədilə həmin iribuynuzlu heyvanın boyun hissəsinə kəndir salıb özünə məxsus at arabasına bağlayıb aparmaq istəmiş , lakin həmin heyvanın sahibləri onları görüb hərəkətlərinin qarşısını aldıqlarından öz iradəsindən asılı olmayaraq əməlini həyata keçirə bilməmiş , bununla da özgə əmlakını gizli yolla talamaqla oğurlamağa cəhd etmişdir . Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X11 oğlunun göstərilən cinayət əməllərini törətmələri məhkəmə iclasında özlərinin səmimi etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər sənədlərin tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Balakən rayon Qazma kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 11 avqust 2021-ci il tarixdə səhər saat təxminən 09 radələrində tanışı olan Təqsirləndirilən şəxs2 ilə birlikdə Əbdülrəhimə məxsus at arabası ilə Mahamalar kəndi ərazisində tanımadığı şəxsə məxsus fındıq bağında ot biçini etmək üçün getmişlər. Həmin gün axşam saat təxminən 20 radələrinə kimi fındıq bağında ot biçini etdikdən sonra bağın sahibi onlara yemək vermişdir. Bir müddət də orada yemək yeyib istirahət etdikdən sonra yenidən at arabası ilə yaşadıqları evə getmək üçün Əbdülrəhimlə birlikdə yola düşmüşlər. Onlar Balakən şəhəri Z.Əliyeva küçəsində at arabası ilə hərəkətdə olduqları zaman yolun kənarında sahibsiz qalmış bir baş qara rəngli dişi cinsli iribuynuzlu heyvanın olmasını görmüşlər.Həmin anda Əbdülrəhimlə o, iribuynuzlu heyvanın nəzarətsiz qaldığını görüb inəyi oğurlamaq qərarına gəlmişlər. Çünki maddi vəziyyətləri də yaxşı olmadığı üçün həmin iribuynuzlu heyvanı oğurlayıb yaşadıqları ünvana apararaq baxmaq, sonradan da müştəri taparaq satmaq istəmişdirlər. Buna görə də həmin zaman Əbdülrəhim heyvanı tutub saxlamaq məqsədilə at arabasından aşağı düşmüşdür. O da at arabasını yolun kənarına doğru sürmüşdür ki, heyvanın qaçmasının qarşısını alsın və Əbdülrəhim də heyvanı rahat saxlaya bilsin. O, at arabasını yolun kənarına sürdükdən sonra kəndirlə aşağı düşmüşdür ki, kəndirlə həmin heyvanın boyun hissəsindən bağlasınlar. Onlar heyvanı tutub boynuna kəndiri salmaq istədikləri zaman iki nəfər şəxsin “neynirsiz deyərək” üstlərinə gəldiklərini görmüşlər. Bu zaman Əbdülrəhim anidən at arabasına minib oradan uzaqlaşaraq getmişdir. O, isə at arabasına minmək üçün imkan tapa bilmədiyindən həmin yerdə qalmışdır. Bundan sonra həmin yerə gəlmiş sonradan adını Ceyhun olaraq bildiyi şəxs ona heyvanın özünə məxsus olduğunu, hansı səbəbə heyvanı oğurlamaq istədiklərini bildirmiş və oraya polis əməkdaşlarını çağırmışdır. Həmçinin Ceyhun adlı şəxs onun yanına gələn zaman yaxınlıqda yerləşən evlərindən qardaşını da oraya çağırmış, daha sonra isə həmin şəxslərin atası da oraya gəlmişdir. Bundan sonra da o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olduğu zaman etdiyi əməli səmimi olaraq etiraf etmişdir. Həmin heyvanı oğurlamaq təklifi konkret olaraq Əbdulrəhimdən və ya ondan gəlməmişdir.Heyvanı yolun kənarında sahibsiz gördükləri üçün elə bir-birilərinə baxmışlar və ikisi də heyvanı oğurlamaq qərarına gəlmişlər. Yəni onların əvvəlcədən oğurluq etmək niyyətləri olmamışdır. Həmin zaman hava qaranlıq olduğu üçün heyvan da yolun kənarında olduğu üçün oğurlamaq niyyətləri yaranmışdır.Törətdiyi əməlindən peşmandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Zərərçəkmiş şəxslə barışmışlar, ona dəymiş zərər və ziyan tam aradan qalxmışdır.Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Balakən rayon Hənifə kəndində ailə üzvləri ilə birlikdə yaşamış, evlidir, iki azyaşlı uşağı vardır. 2021-ci ilin oktyabr ayında könüllü olaraq həqiqi hərbi xidmətə getmiş, hazırda Qubadlı rayonu ərazisində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin 5-ci bölüyündə qumbaraatan vəzifəsində xidmət edir. 11 avqust 2021-ci il tarixdə səhər saat təxminən 09 radələrində tanışı olan Təqsirləndirilən şəxs1 ilə birlikdə ona məxsus at arabası ilə Mahamalar kəndi ərazisində tanımadığı şəxsə məxsus fındıq bağında ot biçini etmək üçün getmişlər. Həmin gün axşam saat təxminən 20 radələrinə kimi fındıq bağında işlədikdən sonra bağın sahibi onlara yemək vermişdir. Bir müddət də orada yemək yeyib istirahət etdikdən sonra yenidən ona məxsus at arabası ilə yaşadıqları ünvana getmək üçün Heydərlə birlikdə yola düşmüşlər. Onlar Balakən şəhəri Z.Əliyeva küçəsində at-arabası ilə hərəkətdə olduqları zaman yolun kənarında sahibsiz və nəzarətsiz qalmış bir baş qara rəngli dişi cinsli təxminən 2 yaşlı iribuynuzlu heyvanın olmasını görmüşlər. Həmin anda Heydərlə o, iribuynuzlu heyvanın nəzartətsiz qaldığını görüb inəyi oğurlamaq qərarına gəlmişlər. Çünki maddi vəziyyətləri də yaxşı olmadığı üçün həmin iribuynuzlu heyvanı oğurlayıb yaşadıqları ünvana apararaq baxmaq sonradan da müştəri taparaq satmaq istəmişlər. Buna görə də o, həmin heyvanı tutub saxlamaq məqsədi ilə at arabasından aşağı düşmüşdür.Heydər də at arabasını yolun kənarına doğru sürmüş ki, heyvanın qaçmasının qarşısını alsın. Heydər at arabasını yolun kənarına sürdükdən sonra kəndirlə aşağı düşmüş ki, kəndirlə həmin heyvanın boyun hissəsindən bağlasınlar. Onlar heyvanı tutub boynuna kəndiri salmaq istədikləri zaman iki nəfər şəxsin “neynirsiz” deyərək üzərilərinə gəldiklərini görmüşdür. O, həmin şəxslərin üzərilərinə gəldiklərini görüb qorxaraq tez at arabasına minib oradan uzaqlaşaraq getmişdir. Heydər isə at arabasına minməyə imkan tapa bilmədiyindən həmin yerdə qalmışdır. O, biraz aşağı küçəyə gedərək bir müddət Heydərin gəlməsini gözləmiş, lakin Heydər gəlmədiyi üçün o, yenidən həmin yerə qayıtdıqda Heydərin orada olmadığını görmüşdür. Bundan sonra isə yaşadığı evə getmişdir. Sonradan isə ona məlum olmuşdur ki, Heydərlə birlikdə iribuynuzlu heyvanı oğurlamaq istədikləri zaman onların üzərlərinə gələn şəxslər oğurlamaq istədikləri heyvanın sahibləri olmuş, Heydər də oradan qaçmaq istədiyi zaman qaça bilmədiyi üçün həmin şəxslər Heydəri orada saxlayaraq polisə məlumat vermişlər. Bundan sonra da o da polis şöbəsinə gələrək etdiyi əməli səmimi etiraf etmişdir.Həmin heyvanı oğurlamaq təklifi konkret olaraq Heydərdən və ya ondan gəlməmişdir.Heyvanı yolun kənarında sahibsiz gördükləri üçün elə bir-birilərinə baxmışlar və ikisi də heyvanı oğurlamaq qərarına gəlmişlər. Yəni onların əvvəlcədən oğurluq etmək niyyətləri olmamışdır. Həmin zaman hava qaranlıq olduğu üçün heyvan da yolun kənarında olduğu üçün oğurlamaq niyyətləri yaranmışdır.Törətdiyi əməlindən peşmandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Zərərçəkmiş şəxslə barışmışlar, ona dəymiş zərər və ziyan tam aradan qalxmışdır. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X12 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq ailəsinin dolanmasını təmin edir. Təsərrüfatında iribuynuzlu heyvanlar da vardır. Həmin heyvanlar gün ərzində bir neçə saat gəzinmələri üçün yaşadıqları evin qarşısındakı küçəyə buraxılırlar. Həmişə olduğu kimi 11 avqust 2021-ci il tarixdə də axşam saatlarında təsərrüfatlarında olan iribuynuzlu heyvanları gəzinmələri üçün yaşadıqları evin qarşısındakı küçəyə çıxarmışlar. Axşam saat təxminən 23 radələrində oğlanları Ceyhun və Cəlal onu yaşadıqları küçəyə çağırmışlar. O, tez küçəyə çıxdıqda sonradan adını Heydər olaraq bildiyi şəxsi oğlanlarının yaşadıqları küçədə saxladıqlarını görmüşdür. O da oğlanlarından nə olmasını soruşduqda həmin şəxsin təsərrüfatlarında olan bir baş dişi cinsli iribuynuzlu heyvanı oğurlayıb aparmaq istədiklərini, həmçinin Heydər adlı şəxsin yanında başqa şəxs də olduğunu, lakin həmin şəxsin qaçaraq oradan uzaqlaşıb getdiyini bildirmişlər.O,sonradan həmin Heydər adlı şəxsin Əbdülrəhim adlı şəxslə birlikdə yaşadıqları evin qarşısındakı küçədə dayanmış iribuynuzlu heyvanın boğazına kəndir salaraq özləri ilə gətirdikləri at arabasına bağlayıb aparmaq istədiklərini, bu zaman oğlu Ceyhunun küçədə dayanmış ona məxsus avtomaşının içərisindən həmin şəxsləri görüb onlara nə etdiklərini soruşaraq yaxınlaşdığını və həmin zaman Əbdülrəhim adlı şəxsin at arabası ilə oradan qaçaraq uzaqlaşıb getdiyini bilmişdir. Onlar orada Heydər adlı şəxsə hansı səbəbə ona məxsus bir baş iribuynuzlu heyvanı oğurlamaq istədiklərini bildirdikdə, Heydər adlı şəxs müxtəlif bəhanələr gətirərək heyvanı oğurlamaq istəmədiklərini bildirmişdir. Lakin sonradan isə heyvanı oğurlamaq fikirlərinin olduğunu demişdir. Bundan sonra isə həmin hadisə ilə bağlı oğlu Cəlal DİN-in 102 zəng xidmətinə məlumat vermişdir. Daha sonra isə oraya gəlmiş polis əməkdaşları müvafiq sənədləşmə işlərini aparmışlar və onların orada saxladıqları Heydər adlı şəxsi apararaq getmişlər.Həmin şəxslərin oğurlamaq istədikləri bir baş dişi cinsli iribuynuzlu heyvan ağ-qara rəngli, təxminən diri çəkisi 400 kq olmaqla, 2 yaşlı, qiyməti də təxminən 2000 manatdır. Ona dəymiş zərər və ziyan tam aradan qalxmışdır. Onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxslərə cəza verilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Ailələrinə məxsus fərdi təsərrüfatları var. Həmin təsərrüfatda da iribuynuzlu heyvanlar var. Həmin iribuynuzlu heyvanları gün ərzində bir neçə saat gəzinməkləri üçün yaşadıqları evin qarşısında yerləşən küçəyə buraxırlar. 11.08.2021-ci il tarixdə də həmişə olduğu kimi axşam saatlarında heyvanları gəzinməsi üçün yaşadıqları evin qarşısında yerləşən küçəyə buraxmışlar. Həmin gün saat təxminən 23 radələrində yaşadığı evdə olduğu zaman qardaşı Şahid2 evlərinin yol qapısının küçə hissəsində dayanmış özlərinə məxsus VAZ-21063 markalı **-GS-*** dövlət qeydiyyat nişanlı avtomaşında əyləşmişdir. Həmin vaxtı qardaşı Şahid2 onu çağıran səsini eşitmiş, bu zaman o, tez yola çıxmış, yola çıxdıqda isə yolda iki nəfər tanımadığı şəxs və at arabası olduğunu görmüşdür. Bu zaman qardaşı ona həmin iki nəfər şəxsin ailələrinə məxsus bir baş 2 illik 2000 manat dəyərindəki inəyi at arabasına mindirmək istədiklərini, heyvanı oğurlamağa cəhd etdiklərini demişdir. Həmin vaxt iki nəfər şəxsdən biri olduğu yerdən qaçmış, digər şəxsi isə o və qardaşı tutub saxlamışlar və qaçmağa qoymamışlar. Həmin zaman saxladıqları şəxsin Heydər adlı şəxs, qaçan şəxsin isə Əbdülrəhim adlı şəxs olduğunu bilmişlər. Onlar Heydər adlı şəxsə ailələrinə məxsus bir baş iribuynuzlu heyvanı hansı səbəbə oğurlamaq istədiklərini soruşduqda onlara müxtəlif bəhanələr gətirərək heyvanı oğurlamaq istəmədiklərini sadəcə olaraq yoldan keçdiklərini bildirmişdir. Lakin bir müddət sonra isə Heydər heyvanı oğurlamaq istədiklərini etiraf etmişdir. Buna görə də o, DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Aradan biraz vaxt keçdikdən sonra yaşadıqları ünvana polis əməkdaşları gəlmişlər və müvafiq sənədləşmə işləri aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1lə oxşar məzmunlu ifadə vermişdir. İşin 7-11-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 12 avqust 2021-ci il tarixli baxış və götürülmə keçirilməsi barədə protokoldan görünür ki, 12.08.2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X10 məxsus ünvan 3 ünvanının qarşısındakı küçəyə baxış zamanı müəyyən edilmişdir ki, X7 yaşadığı evinin yol qapısının yaxınlığında çöl tərəfdə bir baş iribuynuzlu heyvanın aparılmasına cəhd edilmişdir. X7 yaşadığı evinin yol qapıları 4 metr enində, 2,3 metr hündürlükdə olmaqla dəmirdən düzəldilmişdir. Həmin qapının sol tərəfində mal tövləsi yerləşir. Cavad Qarayevə məxsus bir baş qara rəngli iribuynuzlu dişi heyvan yol qapısından 6-7 metr sol tərəfdə daş hasarının yanında ayaq üstə dayanmışdır. Həmin yerdə üzərində elektrik naqilləri olan dirək basdırılmışdır. Cavad Qarayevin yaşadığı evin yol qapısının çöl hissəsində asfalt var. Həmin asfalt yolun eni 6 metrdir. Sağ və sol tərəfdə yaşayış evləri yerləşir. Baxış yağmursuz hava şəraitində həyata keçirilmişdir.Fotoşəkillər çəkilmiş və həmin fotoşəkillər protokola əlavə olunmuşdur. Baxış zamanı hal şahidləri və iştirakçılar tərəfindən müraciət və vəsatət daxil olmamış, protokol ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 159-161-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 10 sentyabr 2021-ci il tarixli 9/5813 saylı rəyindən görünür ki, Respublikada yerləşən ticarət məntəqələrində, mal-heyvan satışı bazarlarında mövcud olan qiymətlərə eləcə də mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən 01 baş, dişi cinsli, qara rəngli, 2 yaşlı, diri çəkisi 400 kq olan iri buynuzlu heyvanın 2021-ci ilin avqust ayında olan orta bazar qiyməti təxminən 1800,0 manat müəyyən edilir. İşin 49-50-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 13 avqust 2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi üçün şübhələnməyə əsas verən kifayət qədər dəlillər olduğundan sonuncu 13 avqust 2021-ci tarixdə 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. İşin 69-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 13 avqust 2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi üçün şübhələnməyə əsas verən kifayət qədər dəlillər olduğundan sonuncu 13 avqust 2021-ci tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. İşin 114-cü vərəqəsində olan 15 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 118-ci vərəqəsində olan 15 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 122-ci vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş 15 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında Aktdan görünür ki, həmin aktla Təqsirləndirilən şəxs1 15 avqust 2021-ci il tarixdə saat 13:30-da Balakən rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İşin 123-cü vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş 15 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında Aktdan görünür ki, həmin aktla Təqsirləndirilən şəxs2 15 avqust 2021-ci il tarixdə saat 13:30-da Balakən rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İşin 148-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 oğlu əvvəllər məhkum olunmamışdır. İşin 150-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. İşin 144-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayonu Hənifə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.08.2021-ci il tarixli 728 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Balakən rayonu Hənifə kəndlində yaşayır, himayəsində işləməyən, anası, qardaşı və bacısı vardır. İşin 146-cı vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayonu Hənifə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur. İşin 138-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 27.08.2021-ci il tarixli 718 nömrəli arayışdan görünür ki, Muradov X4 rayonu Hənifə kəndində qeydiyyatsız yaşayır, himayəsində işləməyən atası, anası, nənəsi, arvadı, 2018ci il təvəllüdlü qızı Yağmur və 2021-ci il təvəllüdlü oğlu Semur vardır. İşin 140-cı vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayonu Hənifə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin 5-ci bölük komandiri tərəfindən 20.07.2021-ci il tarixdə Balakən SHXÇDX tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissənin 5-ci bölük 2- ci taqım 2-ci manqa qumbaraatan vəzifəsində xidmət edən əsgər Təqsirləndirilən şəxs2 Seymur oğluna verilmiş xidməti xasiyyətnamədən görünür ki, Əsgər Təqsirləndirilən şəxs2 Seymur oğlu 5-ci bölük 2-ci taqım 2-ci manqanın qumbaraatanı vəzifəsində xidmət edir. Xidmət etdiyi müddət ərzində özünü bacarıqlı,məsuliyyətli, vəzifə borcunu yaxşı bilən və ona əməl edən yaxşı nizam- intizamlı bir hərbi qulluqçu kimi göstərməyə çalışır. O,Azərbaycan Respublikasının Nizamnamələrini yaxşı bilən hərbi qulluqçu kimi öz üzərinə düşən vəzifənin məsuliyyətini dərk edib gündəlik xidmətini onların tələbləri əsasında qurmağa cəhd görsədir. Nizam-intizamlı, səliqə-səhmana riayət etməyə çalışır. Xidmət etdiyi müddətdə komandirlərin və rəislərin əmr və sərəncamlarını sözsüz, dəqiq və tez yerinə yetirməyə səy göstərir. Ona edilən tənqid və iradlardan düzgün nəticə çıxartmağa çalışır. Komandirlərə və böyüklərə hörmət göstərir, hərbi nəzakət, davranış və əsgəri salamlaşma qaydalarına ciddi riayət edir.Öz vəzifəsinin məsuliyyətini yaxşı dərk edir və onun öhdəsindən layiqincə gəlməsi üçün bütün bilik və bacarığını sərf etməyə çalışır. Özünə qarşı tələbkardır, geyim formasını səliqəli saxlamağı bacarır.Bölmənin şəxsi heyəti və komandirləri arasında nüfuz və hörmət qazanmışdır.Gündəlik xidməti vəzifəsinə məsuliyyətlə yanaşır. Fiziki və əqli cəhətdən sağlamdır. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs X7 ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmış, ona dəyən zərər tam olaraq aradan qalxmış, təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur.Onlara cəza verilməsini istəmir. Məhkəmə iş üzrə zərərçəkmiş şəxs-X7, şahidlər-Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəyini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllərdə öz təqsirlərini etiraf etmələrini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən,qanunsuz olaraq tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını gizli olaraq talamaqla oğurlamağa cəhd etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamanın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər,təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində CM-in 29,177.2.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir, təqsirləndirilən şəxslər həmin cinayətin törədilməsində təqsirlidirlər, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Muradov Əbdülrəhim Semur oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir.Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə cəzalanmalıdırlar. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarlarıın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 85.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir: 85.1.1. cərimə; 85.1.2. ictimai işlər; 85.1.3. islah işləri; 85.1.3-1. azadlığın məhdudlaşdırılması; 85.1.4. müəyyən müddətə azadlıqdan məhrum etmə. Həmin Məcəllənin 85.4-1-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 86.1-86.2-ci maddələrinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Təqsirləndirilən şəxs1 cinayəti yetkinlik yaşına çatmadan törətməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cinayət nəticəsində ziyanın tam aradan qalxmasını, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun barəsində daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində CM-in 85-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Onun 13 avqust 2021-ci il tarixdən 15 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2(iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış və xidmət yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cinayət nəticəsində dəymiş ziyanın tam aradan qalxmasını, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda o hərbi qulluqçu olduğundan ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilə bilməməsini nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla ona təyin ediləcək cəza şərti tətbiq edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşimandır, əvvəllər məhkum olunmamışdır. Cinayət nəticəsində dəymiş ziyan tam aradan qalxmışdır. Təqsirləndirilən şəxs2 ailəlidir, himayəsində iki azyaşlı uşağı vardır. Buna baxmayaraq o könüllü olaraq həqiqi hərbi xidmətə getmiş, işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində qumbaran vəzifəsində xidmət edir. Komandanlıq tərəfindən verilmiş xidməti xasiyyətnamədə müsbət cəhətdən xarakterizə olunur. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələr qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələri də qoya bilər. Məhkəmə qeyd etməyi lazım bilir ki, cəzanın şərti olaraq tətbiq edilməsi cinayət məsuliyyətinin reallaşmasının xüsusi formasıdır. Belə ki, dövlət adından ittiham hökmü çıxarılmaqla şəxs cinayət əməli törədilməsində təqsirli bilinir və ona cəza verilməklə, həmin cəza şərti hesab edilir. Cəzanın şərti olaraq tətbiq edilməsi məhkəməyə cinayət məsuliyyətinin fərdiliyinin təmin olunması üçün əlavə imkan verir, daha humanist formada şəxsə cəmiyyətdən təcrid olunmadan islah olunması, cəzanı icra etmədən onun məqsədlərinə nail olunması üçün şərait yaradır. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, xüsusən Təqsirləndirilən şəxs2 könüllü olaraq hərbi xidmətə getməsini, işğaldan azad edilmiş, mühüm strateji əhəmiyyəti olan Qubadlı rayonu ərazisində silahlı qüvvələr üçün xüsusi önəm daşıyan qumbaraatan vəzifəsində xidmət etməsini, əvvəllər məhkum edilməməsini, yaşayış və xidmət yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cəza çəkmədən də islah olunması mümkündür. Odur ki, ona təyin ediləcək cəza şərti olaraq tətbiq olunmalı, onun üzərinə nümunəvi xidmətetmə vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində komandanlığın nəzarəti altına vermə qətimkan tədbiri seçilməli, barəsində seçilmiş komandanlığın nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Az. MEM; VÖEN**********; AZ34CTRE********************, X3, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan, X10 məxsus bir baş, dişi cinsli, ağ-qara rəngdə, 2 yaşlı, diri çəkisi 400 kq olan iribuynuzlu heyvanın sahibi Cavad Qarayevə qaytarılması nəzərə alınmalıdır. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Vəkil Bürosunun vəkili- Müdafiəçi1 hazırki cinayət işi üzrə məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 14 iş saatı, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 Muradov Əbdülrəhim Semur oğlunun hüquqlarının müdafiəsinə 14 iş saatı sərf etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-in 193.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğluna məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 84 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 84 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 01(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 13 avqust 2021-ci il tarixdən 15 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın.Cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 2(iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Onun 13 avqust 2021-ci il tarixdən 15 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1(bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq olunsun.Tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə nümunəvi xidmət etmək, öz dаvrаnışı ilə islаh olunduğunu sübut etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 dаvrаnışı üzərində nəzаrətin həyata keçirilməsi xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına,ordu sıralarından tərxis edildikdə isə yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. X5 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində komandanlığın nəzarəti altına vermə qətimkan tədbiri seçilsin, barəsində seçilmiş komandanlığın nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Az. MEM; VÖEN**********; AZ34CTRE********************, X3, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 84 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 84 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Balakən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-7/2022
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-7/2022
23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver