Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-7/2023 18.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1976-cı il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş-Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələrilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 iyul 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan və barəsində es dustaqlığı qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 10 may 2021-ci il tarixdə saat 11 radələrində Balakən şəhəri R.Səmədov küçəsində, əsas yolun kənarında olan zibilliyin yanından yerdən taparaq qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofana bükülmüş kağız qutunun içərisində təmiz çəkisi 30,35 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı üzərində daşıyaraq öz şəxsi istifadəsi məqsədi ilə əynindəki qara-ağ rəngli idman köynəyinin sol qoltuq hissəsində saxlamışdır. 10 may 2021-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulduqdan sonra saat 12:20-dən saat 13:00-dək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan əldə edib daşıyaraq öz şəxsi istifadəsi məqsədilə üzərində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofana bükülmüş kağız qutunun içərisində təmiz çəkisi 30,35 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana onun əynindəki qara-ağ rəngli idman köynəyinin sol qoltuq hissəsindən aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 02 may 2022-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhəri ərazisində yolun kənarından yerdən taparaq qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 1,256 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, həmçinin, 01 ədəd həbdə 0,04 qram olmaqla tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 0,16 qram olan, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən 01 ədəd konvalyut kəsiyindəki 04 ədəd qəhvəyi rəngli dairəvi formalı Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə “Methadone-40" adlı həbləri qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, öz şəxsi istifadəsi məqsədilə əldə edib, üzərində daşıyaraq, Balakən rayonu ərazisinə gətirib, əynindəki şalvarın sağ yan cibində saxlamışdır. 02 may 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulduqdan sonra saat 22:40-dan saat 23:30-dək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan, əldə edib üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 1,256 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin, 01 ədəd həbdə 0,04 qram olmaqla tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 0,16 qram olan, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən 01 ədəd konvalyut kəsiyindəki 04 ədəd qəhvəyi rəngli dairəvi formalı Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə “Methadone-40" adlı həblər onun əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, əvvəllər həm narkotik vasitə marixuanadan, həm də narkotik vasitə heroindən istifadə etmişdir. X34 Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələrilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 iyul 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. O, uzun müddətdir ki, hepatit C və D xəstəliyindən əziyyət çəkir. Həmin xəstəlikdən dövlət hesabına müalicə alır. 05 may 2021-ci il tarixdə gecə təxminən saat 21 radələrində Balakən-Bakı şəhəri arası taksi fəaliyyəti ilə məşğul olan, adını hal-hazırda xatırlamadığı Balakən rayonu Qazma kənd sakininin Mercedes-Benz markalı dövlət qeydiyyat nişanını xatırlamadığı tünd qəhvəyi rəngli avtomobil ilə Zaqatala şəhərində əyləşmiş 2 nəfər sərnişin ilə Bakı şəhərinə getmişdir. Onun Bakı şəhərinə getməkdə məqsədi dövlət tərəfindən 3 aydan bir ona hepatit C və D xəsətliyindən əziyyət çəkdiyi üçün verilən dərmanları Bakı şəhərində yerləşən Semaşko adlandırılan xəstəxanadan alıb Balakən şəhərinə qayıtmaq olmuşdur. 06 may 2021-ci il tarixdə saat 05 radələrində Bakı şəhərinə çatmışlar. O, Bakı şəhərində Memar Əcəmi metrostansiyası yaxınlığında düşərək, Xutor adlandırılan ərazidə yerləşən gündəlik 3 manata gecələməyə yer verilən evə gedib əşyalarını, yəni mobil telefonunun şarj yığan cihazı və xəstəliyi ilə əlaqədar bəzi sənədlərini ora yerləşdirmişdir. Həmin gün səhər, yəni 06 may 2021-ci il tarixdə dövlət tərəfindən ona verilən dərmanları almaq üçün Semaşko adlandırılan xəstəxanaya getmişdir. Lakin xəstəxanada ona dövlət tərəfindən verilən dərmanların bitdiyini və gələn həftənin sonlarına yaxın yenidən müraciət etməyini bildirmişlər. O, yenidən qaldığı evə gəlmişdir. Həmin gün və sonrakı gün Xutor ərazisində günlük kirayələdiyi evdə qalmışdır. 08 may 2021-ci il tarixdə pulunun bitməsi ilə əlaqədar əvvəlcədən Yevlax şəhərində yaşayan əmisi X18 ilə telefonla əlaqə saxlayaraq, yaşadığı evə taksi ilə getmiş və taksi pulunu da əmisigilin evinə çatdıqda əmisi arvadı Marifə Manafovadan alıb vermişdir. X13 100 manat məbləğində borca pul götürüb Yevlax şəhərində “üçün başı” adlanan ərazinin yaxınlığında olan bazarın qarşısındakı gecəlik 3 manata verilən kirayə evdə qalmışdır. 09 may 2021-ci il tarixdə Yevlax şəhərindən tanımadığı, dövlət qeydiyyat nömrəsini xatırlamadığı yol avtomobili ilə əvvəl Şəki şəhərinə getmişdir. Orada avtomobildən düşüb bir müddət gözlədikdən sonra tanımadığı, dövlət qeydiyyat nömrəsini xatırlamadığı yol avtomobili ilə Zaqatala şəhərinə gəlmişdir. Həmin vaxt səhər saat təxminən 06 radələri olmuşdur.Zaqatala şəhərindən isə tanımadığı, adını bilmədiyi sürücünün dövlət qeydiyyat nişanını xatırlamadığı Vaz 2107 markalı avtomobillə Balakən şəhərinə gəlmişdir. Balakən şəhərində isə Bayraq Meydanında düşüb piyada yaşadığı evə getmişdir. O, evə getdiyi vaxt evdə ailə üzvləri yatmışdır. Evdə əşyalarını evə qoyduqdan sonra çay içmiş və bir az yatmaq üçün yerinə uzanmışdır.Təxminən bir-iki saat yatdıqdan sonra yuxudan oyanmış, evdə yenidən çay içib çörək yemişdir. Daha sonra təxminən saat 11 radələrində yaşadığı evdə olan zibil torbalarını əlinə götürüb zibilləri yaşadığı evin yaxınlığında olan zibilliyə atmaq üçün evdən çıxmışdır. Sonra evdən götürdüyü zibilləri götürüb əsas yola çıxmış və həmin yolun kənarında olan zibilliyə zibilləri atmışdır. Bu zaman qalaqlanmış zibil anbarının yanında sellofan torbaya bükülmüş karton qutu görmüşdür. Həmin qutu bağlı olduğundan içərisində nə olması ona maraqlı gəlmişdir. Buna görə də həmin qutunu götürüb yaşadığı evə getmişdir. Qutunun içərisinə baxdıqda qutuda narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüş, həmin qutunu əvvəlki kimi sellofan torbaya bükərək qoltuğunda saxlamışdır ki, evdə yaşayan yoldaşının, uşaqlarının və anasının xəbəri olmasın. Bundan sonra o, içərisində narkotik vasitə marixuana olan qutu ilə yola çıxmış və sakit bir yerə gedib həmin marixuanadan çəkmək istəmişdir. Həmçinin tapdığı marixuanadan az hissəsini istifadə edib, geri qalan hissəsini isə gizlədib saxlayaraq özü istədiyi zaman götürüb istifadə etməyi fikirləşmişdir. Daha sonra Balakən şəhəri ərazisinə doğru hərəkət etmişdir. Balakən şəhəri ərazisində hərəkətdə olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmiş və onu Balakən RPŞ-yə dəvət etmişlər. Həmin vaxt zibillikdən tapdığı narkotik vasitə marixuana üzərində olmuşdur. Polis şöbəsində o, şübhəli şəxs qismində saxlanılmış, daha sonra ona təqdim edilmiş Balakən rayon Vəkil Bürosunun vəkillərinin siyahısından dövlət hesabına seçmiş olduğu vəkil Müdafiəçi iştirakı təmin edilmişdir. O, şübhəli şəxs qismində tutulduqdan sonra ona vəkilin, polis əməkdaşlarının iştirakları ilə hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Mikayıl Mahmudov ona üzərində hər hansı qadağan edilmiş əşya, yaxud narkotik vasitə olub-olmamaması barədə sual vermiş, bu zaman o, üzərində narkotik vasitə olduğunu bildirirək, əynindəki qara-ağ rəngi olan idman köynəyinin sol qoltuq hissəsində saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan torbaya bükülmüş karton qutunu təqdim etmişdir. Daha sonra qutunun içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin sellofan torbaya bükülmüş karton qutu açıldıqda qutunun içərisində ağ rəngli və naxışları olan parça olmuşdur. Həmin parçanı açdıqda içərisində tünd yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki aşkar olunmuşdur. Onun zibillikdən tapıb öz şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə marixuana sellofan bükümlə, karton qutu və parça ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 128,62 qram təşkil etmişdir. Şəxsi axtarış zamanı onun üzərindən başqa qanunsuz heç bir əşya, vasitə aşkar edilməmişdir. Həmçinin təhqiqatçı tərəfindən ona Balakən RPŞ-də hər hansı fiziki və psixi təsir edilibedilməməsi barədə sual verilmiş, o da polis əməkdaşları tərəfindən özünün hər hansı pxisi və fiziki təsirə məruz qalmadığını bildirmişdir. Şəxsi axtarış zamanı fasiləsiz olaraq videoçəkilişdən istifadə edilmişdir. Onun üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana müdafiəçisi Müdafiəçi və digər iştirakçıların iştirakları ilə kağız zərfə qoyularaq möhürlənmiş və polis əməkdaşı tərəfindən götürülmüşdür. Həmçinin məhkəmə bioloji ekspertizasının 11 may 2021-ci il tarixli 17/339 nömrəli rəyindən sonra ona məlum olmuşdur ki, üzərindən aşkar edilmiş karton qutuda olan təmiz çəkisi 30,35 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. 01 may 2022-ci il tarixdə tanışı Qurban Nabatlı onunla görüşərək, 02 may 2022-ci il tarixdə Mingəçevir şəhərinə gedəcəyini, özünün idarə etdiyi Priora markalı avtomobilini satacağını bildirmiş və özü ilə yol yoldaşı kimi getməyini ondan xahiş etmişdir. O da Qurbanla razılaşmışdır. 02 may 2022-ci il tarixdə səhər saat 08 radələrində Qurban idarə etdiyi Priora markalı avtomobillə onun Balakən şəhəri Səmədov küçəsində yaşadığı evin qarşısına gəlmişdir. O, Qurbanın idarə etdiyi avtomobilə əyləşmiş və Mingəçevir şəhərinə getmək üçün yola düşmüşlər. Qurbanın idarə etdiyi Priora markalı avtomobillə Balakən şəhəri Heydər Əliyev prospektinə çıxmışlar. Bir qədər getdikdən sonra Qurban yolda avtomobili saxlamış və Qurbanı gözləyən əvvəllər tanıdığı Əbid adlı şəxsi də avtomobilə mindirmişdir. Onlar üçü, yəni o, Qurban Nabatlı və Əbid Qallacov birlikdə Qurbanın idarə etdiyi avtomobillə Mingəçevir şəhərinə getmişlər. Qurban avtomobilini satmaq üçün Mingəçevir şəhərinə getməsinə baxmayaraq, avtomobili sata bilməmişdir. O, Mingəçevir şəhəri ərazisində Qurbanın idarə etdiyi Priora markalı avtomobilin qabaq şüşəsiləni xarab olduğundan həmin şüşəsiləni açmışdır ki, qabaq şüşəni zədələməsin. Bu zaman onun əlində olan açar yerə düşmüşdür. O, açarı yerdən götürən zaman yerdə sellofan büküm görmüşdür. O, həmin bükümü açdıqda içərisində gümüşü kağıza bükülmüş narkotik vasitə heroin və dörd ədəd həbləri görmüşdür. Daha sonra sellofanı tullamış, bükümü və dörd ədəd həbləri şalvarının sağ cibinə qoymuşdur. Həmin həblərin dəqiq nə olmasını, hansı tərkibdə olmasını bilməsə də, narkotik vasitə heroinlə birlikdə olan həblər olduğundan, ya narkotik tərkibli həblər, yada ki, ağrıkəsici həblər olduğunu fikirləşmişdir. Bundan Qurbanın və Əbidin xəbəri olmamış və o da bu barədə onlara heç nə deməmişdir. Qurban avtomobili sata bilmədiyinə görə axşam saatlarında geri Balakən şəhərinə dönmüşlər. Balakən şəhərinə çatmamış Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsində “TİR” yük avtomobili yolda dönərkən yolu bağladığını görən Qurban avtomobili saxlamışdır. Bu zaman avtomobilin hər iki tərəfindən polis əməkdaşları yaxınlaşmış, polis əməkdaşı Qurban tərəfdən qapını açaraq, Qurbanı yerə düşürmüşdür. Daha sonra avtomobilin arxa tərəf qapısını açaraq, Əbidi də avtomobildən yerə düşürmüşlər. O, polis əməkdaşlarını mülki geyimdə olduqlarından tanımamış, tanımadığı üçün qapının düyməsini basmış və qapını bağlamışdır. Lakin polis əməkdaşları olduğundan şübhələnmişdir. Buna görə də yenidən tutulacağından qorxaraq qapını bağlamışdır. Həmin vaxt şalvarının sağ cibində gizlətdiyi narkotik vasitə heroini və 04 ədəd həbləri cibindən çıxarıb tullamaq istəmişdir. Lakin gizlədə və ata bilmədiyi üçün sonradan geri cibinə qoymuşdur. Çünki avtomobilə yaxınlaşan şəxslərin polis əməkdaşları olmasından şübhələnmişdir. Polis əməkdaşları onun narahat olduğunu görərək, qapının dəstəyini çəksələr də, qapını aça bilmədikləri üçün qapının şüşəsini vurub sındırmış və onun əlini tutaraq qapını açıb onu avtomobildən çölə çıxarmışlar. Daha sonra onu, Qurbanı və Əbidi polis şöbəsinə gətirmişlər. Polis şöbəsində o, şübhəli şəxs qismində saxlanılmışdır. Daha sonra ona təqdim edilmiş Balakən rayon Vəkil Bürosunun vəkillərinin siyahısından dövlət hesabına seçmiş olduğu vəkil Müdafiəçi iştirakı təmin edilmişdir. O, şübhəli şəxs qismində tutulmuş, daha sonra ona vəkilin və polis əməkdaşlarının iştirakları ilə hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Mikayıl Mahmudov üzərində hər hansı qadağan edilmiş əşya, yaxud narkotik vasitə olub-olmaması barədə sual vermişdir. Bu zaman o, Mingəçevir şəhərində tapdığı və üzərində öz istifadəsi üçün gizlədib saxladığı bir ədəd gümüşü kağıza bükülmüş narkotik vasitə heroini və dörd ədəd üzərində iran yazıları olan həbləri əynindəki şalvarın sağ yan cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra üzərindən aşkar edilmiş bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan narkotik vasitə heroin elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisi kağızla birlikdə 1,53 qram gəlmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin və dörd ədəd həblər onun, müdafiəçisi Müdafiəçi və digər iştirakçıların iştirakları ilə kağız zərfə qoyularaq möhürlənmiş və polis əməkdaşı tərəfindən götürülmüşdür. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş, şəxsi axtarış zamanı üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya digər narkotik vasitə aşkar edilməmişdir. Daha sonra onun, Əbid Qallacovun və Qurban Nabatlının, həmçinin onların müdafiəçilərinin, polis əməkdaşlarının iştirakı ilə Qurban Nabatlıya məxsus Priora markalı avtomobilə baxış keçirilmiş, baxış zaman Qurban Nabatlının avtomobilindən qanunla qadağan edilmiş əşya və ya narkotik vasitə aşkar edilməmişdir. Bir daha bildirir ki, üzərindən aşkar edilmiş bir ədəd gümüşü ağ rəngli kağızda olan narkotik vasitə heroini və dörd ədəd həbləri 02 may 2022-ci il tarixdə Mingəçevir şəhərində yol kənarından sellofan bükümdə tapmışdır. Həmin həbləri tapdığı vaxt 02 may 2022-ci il təxminən saat 15 radələri olmuşdur. Tapdığı sellofanı ataraq gümüşü ağ rəngli kağız bükümdə olan narkotik vasitə heroini və dörd ədəd həbləri cibinə qoymuşdur. Lakin narkotik vasitə heroini və 04 ədəd həbləri tapdığı həmin yer halhazırda dəqiq olaraq yadında deyil və həmin yeri göstərə bilmir. Mingəçevir şəhərində tapdığı narkotik vasitə heroini və dörd ədəd həbləri gələcəkdə istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmçinin narkotik vasitə heroini və dörd ədəd həbləri üzərində saxlamasından heç kimin xəbəri olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X20 Bölməsinin 03 may 2022-ci il tarixli 17/375 nömrəli rəyindən sonra ona məlum olmuşdur ki, üzərindən aşkar edilmiş bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 1,256 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində saxladığı narkotik vasitə qurudulmuş marixuanadan heç kimin xəbəri olmamışdır. O, hepatit C və D xəstəsidir. Himayəsində iki azyaşlı uşaq vardır. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 10 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən raportla Balakən RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin məlumatın yoxlanılması məqsədi ilə Təqsirləndirilən şəxs onun və Balakən RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 tərəfindən dəvət olunaraq Balakən RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra Təhqiqat Bölməsinin baş təhqiqatçısı X15 tərəfindən şübhəli şəxs kimi saxlanılmış, daha sonra Təqsirləndirilən şəxs vəkillər siyahısından seçdiyi və təqdim edilmiş hüquqlarını müdafiə edən Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı Mikayıl Mahmudov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və daha sonra üzərində narkotik vasitə, yaxud hər hansı qanunsuz əşya olub-olmaması barədə sual verilmiş, əgər narkotik vasitə, yaxud qanunsuz əşya vardırsa təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş və əynindəki idman köynəyinin sol qoltuq hissəsindən sellofan torbaya bükülmüş vəziyyətdə olan kağız qutunu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra isə təqdim etdiyi qutunun içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin sellofan torbaya bükülmüş karton qutu açıldıqda qutunun içərisində ağ rəngli və naxışları olan parça olması müəyyən edilmişdir. Həmin parça açıldıqda isə içərisində tünd yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə marixuanaya oxşar bitki kütləsi aşkar olunmuşdur. Daha sonra həmin narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi sellofan torba, karton qutu və parça ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 128,62 qram olması müəyyən edilmişdir. Həmçinin təhqiqatçı Mikayıl Mahmudov tərəfindən Təqsirləndirilən şəxs qarşı Balakən RPŞ-də hər hansı psixi və fiziki təsir göstərilibgöstərilməməsi barədə sual verilmiş, lakin Təqsirləndirilən şəxs ona polis şöbəsində hər hansı psixi və fiziki təsir göstərilmədiyini bildirmişdir. Bundan sonra təhqiqatçı Mikayıl Mahmudov tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə marixuanaya oxşar bitki kütləsi olan kağız qutu kağız zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmış və maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış zamanı təhqiqatçı X15 tərəfindən şəxsi axtarış aparılması haqqında protokol tərtib edilmiş, ucadan oxunmuş hər hansı şikayət daxil olmadığından tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin şəxsi axtarış prosesi Balakən RPŞ-nin X1 baş inspektor kriminalisti X23 tərəfindən videokamera vasitəsilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Balakən RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 da Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 02 may 2022-ci il tarixdə Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və yaşayan X4 idarə etdiyi Vaz 21723 Lada Priora markalı **- FA-*** dövlət qeydiyyat nişanlı avtomobildə və üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması, həmçinin həmin avtomobildə sərnişin qismində əyləşmiş ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan X5 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla Balakən RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin məlumatın yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs, Qurban Nabatlı, Əbid Qallacov tərəfindən dəvət olunaraq X4 idarə etdiyi Vaz 21723 Lada Priora markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Balakən RPŞ-yə gətirilmişlər. Onlar, yəni o və Balakən RPŞ-nin əməkdaşları X4 idarə etdiyi avtomobilə yaxınlaşdıqları zaman Qurban Nabatlıya və X6 avtomobildən düşmələrini bildirdikdə, onlar avtomobildən aşağı düşmüşlər. Lakin Təqsirləndirilən şəxs avtomobilin qapılarının kilidini basaraq qapını bağlamış, bu zaman onlar Təqsirləndirilən şəxs cibindən nə isə çıxarıb tullamaq istədiyini görmüşlər. Daha sonra Təqsirləndirilən şəxs avtomobilin hər tərəfində polis əməkdaşlarının olduğunu görüb atmaq istədiyi əşyanı geri cibinə qoymuşdur. Daha sonra Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 qabaq sərnişin üçün nəzərdə tutulmuş oturacaqda oturan Təqsirləndirilən şəxs dəfələrlə qapını açması barədə xəbərdarlıq etsə də, Təqsirləndirilən şəxs qapını açmaqdan imtina etmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid3 əli ilə avtomobilin qabaq yan şüşəsini aşağıya tərəf çəkmək istəmiş, bu zaman şüşə sıxılaraq sınmışdır. Sonra isə qapının kilidini açmışdır. Bundan sonra Təqsirləndirilən şəxs, Qurban Nabatlı, Əbid Qallacov dəvət olunaraq, X4 idarə etdiyi Vaz 21723 Lada Priora markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Balakən RPŞ-yə gətirilmişlər. X8 polis şöbəsinə gətirildikdən sonra Balakən RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı X15 tərəfindən şübhəli şəxs kimi saxlanılmış, daha sonra X5 vəkillər siyahısından seçdiyi və təqdim edilmiş hüquqlarını müdafiə edən Balakən rayon Vəkil Bürosunun vəkili X9 və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı Mikayıl Mahmudov tərəfindən şübhəli şəxs X6 hüquq və vəzifələri izah olunmuş və üzərində narkotik vasitə, yaxud hər hansı qanunsuz əşya olub-olmaması barədə sual verilmiş, əgər narkotik vasitə, yaxud qanunsuz əşya vardırsa təqdim etməsi təklif edilmişdir. Əbid Qallacov isə üzərində hər hansı qanunsuz əşya və narkotik vasitə olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı X5 üzərindən hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra şəxsi axtarış zamanı təhqiqatçı X15 tərəfindən şəxsi axtarış aparılması haqqında protokol tərtib edilmiş, ucadan oxunmuş, hər hansı şikayət daxil olmadığından tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış prosesi Balakən RPŞ-nin X1 baş inspektor kriminalisti X23 tərəfindən videokamera vasitəsilə fasiləsiz olaraq lentə alınmşdır. Bundan başqa Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra Təhqiqat Bölməsinin baş təhqiqatçısı X15 tərəfindən şübhəli şəxs kimi saxlanılmış, sonra Təqsirləndirilən şəxs vəkillər siyahısından seçdiyi və təqdim edilmiş hüquqlarını müdafiə edən Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı Mikayıl Mahmudov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və üzərində narkotik vasitə, yaxud hər hansı qanunsuz əşya olubolmaması barədə sual verilmiş, əgər narkotik vasitə, yaxud qanunsuz əşya vardırsa təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş və əynindəki şalvarın sağ yan cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümü və 04 ədəd ədəd blister kəsiyində olan dərman həblərini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kağız büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü kağıza bükülmüş narkotik vasitə heroinə oxşar maddə elektron tərəzidə çəkilərkən ümumi çəkisi 1,53 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vasitə heroinə oxşar kütləni və 04 ədəd həbləri 02 may 2022-ci il tarixdə Mingəçevir şəhəri ərazisində tapdığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özünə qarşı polis şöbəsində hər hansı bir fiziki və psixi təsir, zorakılıq edilmədiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsin üzərindən əlavə qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Şəxsi axtarış prosesi Balakən RPŞ-nin X1 baş inspektor kriminalisti X23 tərəfindən videokamera vasitəsilə fasiləsiz olaraq lentə alınmışdır. Şəxsi axtarış zamanı protokol tərtib olunmuş və doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan başqa X10 polis şöbəsinə gətirildikdən sonra Təhqiqat Bölməsinin baş təhqiqatçısı X15 tərəfindən şübhəli şəxs kimi saxlanılmış, daha sonra X4 vəkillər siyahısından seçdiyi və təqdim edilmiş hüquqlarını müdafiə edən Balakən rayon Vəkil Bürosunun vəkili X2 və polis əməkdaşlarının iştirakları ilə X4 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı Mikayıl Mahmudov tərəfindən şübhəli şəxs X7 hüquq və vəzifələri izah olunmuş və üzərində narkotik vasitə, yaxud hər hansı qanunsuz əşya olub-olmaması barədə sual verilmiş, əgər narkotik vasitə, yaxud qanunsuz əşya vardırsa təqdim etməsi təklif edilmişdir. X10 isə üzərində hər hansı qanunsuz əşya və narkotik vasitə olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı X4 üzərindən hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra şəxsi axtarış zamanı təhqiqatçı X15 tərəfindən şəxsi axtarış aparılması haqqında protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, hər hansı şikayət daxil olmadığından tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış prosesi Balakən RPŞnin X1 baş inspektor kriminalisti X23 tərəfindən videokamera vasitəsilə fasiləsiz olaraq lentə alınmışdır. Bundan başqa X4 idarə etdiyi Vaz 21723 Lada Priora markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl X10 özünə məxsus Vaz 21723 Lada Priora markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə Balakən RPŞnə ərizə vermişdir. Qeyd edilən avtomobilə baxış zamanı hər hansı qadağan edilmiş əşya və narkotik vasitə aşkar edilməmişdir. Baxış zamanı təhqiqatçı X15 tərəfindən şəxsi axtarış aparılması haqqında protokol tərtib edilmiş, ucadan oxunmuş, hər hansı şikayət daxil olmadığından tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Baxış prosesi Balakən RPŞ-nin X1 baş inspektor kriminalisti X23 tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Şahid5 da ifadələrində Təqsirləndirilən şəxs 10 may 2021-ci il tarixdə saat 11 radələrində Balakən şəhəri R.Səmədov küçəsində, əsas yolun kənarında olan zibilliyin yanından yerdən taparaq qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofana bükülmüş kağız qutunun içərisində təmiz çəkisi 30,35 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı üzərində daşıyaraq öz şəxsi istifadəsi məqsədi ilə əynindəki qara-ağ rəngli idman köynəyinin sol qoltuq hissəsində saxladığını, 10 may 2021-ci il tarixdə şəxsi axtarış zamanı 01 ədəd sellofana bükülmüş kağız qutunun içərisində təmiz çəkisi 30,35 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın Təqsirləndirilən şəxs əynindəki qara-ağ rəngli idman köynəyinin sol qoltuq hissəsindən aşkar edilərək götürüldüyünü, həmçinin Təqsirləndirilən şəxs 02 may 2022-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhəri ərazisində yolun kənarından yerdən taparaq qəsdən,qanunsuz olaraq, satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 1,256 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, həmçinin, 01 ədəd həbdə 0,04 qram olmaqla tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 0,16 qram olan, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən 01 ədəd konvalyut kəsiyindəki 04 ədəd qəhvəyi rəngli dairəvi formalı Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə “Methadone-40" adlı həbləri qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, öz şəxsi istifadəsi məqsədi ilə əldə edib üzərində daşıyaraq Balakən rayonu ərazisinə gətirib əynindəki şalvarın sağ yan cibində saxladığını və 02 may 2022-ci il tarixdə üstündə şəxsi axtarış aparılarkən 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 1,256 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, həmçinin, 01 ədəd həbdə 0,04 qram olmaqla tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 0,16 qram olan, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən, 01 ədəd konvalyut kəsiyindəki 04 ədəd qəhvəyi rəngli dairəvi formalı Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə “Methadone-40" adlı həblərin Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etmişlər. İş materiallarında olan 10 may 2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, həmin tarixdə saat 12.20-dən saat 13:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. 10 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-yə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs Balakən RPŞ-nin TB-nin baş təhqiqatçısı X15 tərəfindən şübhəli şəxs qismində tutulmuş və onun üzərinə vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, narkotik vasitə olubolmaması barədə baş təhqiqatçı X15 tərəfindən sual verilmiş, əgər vardırsa təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə marixuana saxladığını və əynindəki qara-ağ rəngli idman köynəyinin sol qoltuq hissəsindən sellfan torbaya bükülmüş kağız qutunu təqdim etmişdir. Həmin kağız qutunun içərisi açıldıqda parçaya bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kağız qutu içərisində olan bitki kütləsi ilə birlikdə elektron tərəzidə çəkilərkən ümumi çəkisi 128,62 qram təşkil etmişdir. Təqsirləndirilən şəxsin üzərindən əlavə qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Şəxsi axtarış videokamera vasitəsilə qeydə alınmış, videogörüntünün olduğu 01 ədəd disk protokola əlavə olunmuşdur. Şəxsi axtarış protokolu tərtib olunmuş və doğruluğu imzalarla təsdiq olunmuşdur. İş materiallarında olan 02 may 2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, həmin tarixdə saat 22:40-dan saat 23:30-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Belə ki, 02 may 2022-ci il tarixdə üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən Balakən rayon Hənifə kəndində qeydiyyatda olan və yaşayan X4 idarə etdiyi Vaz 21723 Lada Priora markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobildə və üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması, həmçinin həmin avtomobildə sərnişin qismində əyləşmiş ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan X5 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə daxil olmuş məlumat əsasında həmin şəxslər Balakən RPŞ-yə dəvət olunmuşlar. Təqsirləndirilən şəxs Balakən RPŞ-nin TB-nin baş təhqiqatçısı X15 tərəfindən şübhəli şəxs qismində tutulmuş və onun üzərinə vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, narkotik vasitə olub-olmaması barədə baş təhqiqatçı X15 tərəfindən sual verilmiş, əgər vardırsa təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxladığını bildirmiş, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd gümüşü kağız büküm və 04 ədəd dərman həbləri çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kağız büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü kağıza bükülmüş narkotik vasitə heroinə oxşar maddə elektron tərəzidə çəkilərkən ümumi çəkisi 1,53 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vasitə heroinə oxşar kütləni və 04 ədəd həbləri xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri ərazisində tapdığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ona qarşı polis şöbəsində hər hansı bir fiziki və psixi təsir,zorakılıq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxsin üzərindən əlavə qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Şəxsi axtarış videokamera vasitəsilə qeydə alınmış, videogörüntünün olduğu 01 ədəd disk protokola əlavə olunmuşdur. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 11 may 2021-ci il tarixli 17/339 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübut..." sözləri və imzalar yazılmış zərfin içərisindəki: 01 (bir) ədəd sellofan torbanın içərisində olan 01 ədəd karton qutuda, təmiz çəkisi-30,35 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd:Marixuananın təmiz çəkisi-30,35 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-30,30 qram. Ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 03 may 2022-ci il tarixli 17/375 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübutlar..." sözləri və imzalar yazılmış zərfin içərisindəki: 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 1,256 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir; 01 (bir) ədəd blister kəsiyində üzərlərində “F M40” yazısı olan 04 (dörd) ədəd qəhvəyi rəngli, dairəvi formalı həblərin tədqiqatını müvafiq labaratoriya cihazı olmadığından aparmaq mümkün olmadı. Qeyd: Heroinin təmiz çəkisi-1,256 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq 1,206 qram. Ekspertiza tədqiqatının dəyəri 69,10 manat təşkil edir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 26 may 2022-ci il tarixli 6/2953 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Arayışlar üçün №185 dairəvi möhür əksi olan, Təqsirləndirilən şəxs üzərindən” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə üzərində “Metadhone 40” göstəricisi olan bir ədəd konvalyut kəsiyində 4 ədəd qəhvəyi rəngli dairəvi formalı həblərdə üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 0,16 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Təqdim edilmiş həblər xarici görünüş və əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir; metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Qeyd:Metadon həblərinin sayı-4 ədəd, tədqiqata sərf edildi-2 ədəd, qalıq-2 ədəd. Ekspertiza tədqiqatının dəyəri 65,0 manat təşkil edir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 03 avqust 2021-ci il tarixli 903 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 26 may 2022-ci il tarixli 736 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə heroindən və kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 06 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işinin ibtidai istintaqı sonuncu nömrə ilə bir icraatda davam etdirilmişdir. İş materiallarında olan Balakən rayon prokurorunun köməkçisinin 14 iyun 2021-ci il tarixli qərarından görünür ki, Balakən Rayon Məhkəməsindən Balakən rayon prokurorluğuna daxil olmuş məlumat əsasında toplanmış materialda cinayətin əlamətlərini əks etdirən cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarından həmçinin görünür ki, xx.xx.2008-ci il tarixdə doğulmuş X11 və xx.xx.2012-ci il tarixdə doğulmuş X19 olmaqla Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşaq vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hepatit C və D xəstəliyi vardır və o, vaxtaşırı müalicə alır. İş materiallarında olan Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2015-ci il tarixli 1(091)-035/15 nömrəli hökmündən və Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnamə üzrə verdiyi xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(091)-035/15 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələrilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs 10 may 2021-ci il tarixdə saat 12.00-da şübhəli şəxs qismində tutulmuş və Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan 02 may 2022-ci il tarixli şübhəli şəxsi tutma qərarından və protokolundan görünür ki, Təqsirləndirilən şəxs 02 may 2022-ci il tarixdə, saat 22.30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 02 may 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(019)- 70/2022 nömrəli qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında 28 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 30,35 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 30,30 qramı, təmiz çəkisi 1,256 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 1,206 qramı və 4 ədəd metadon həblərinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 2 ədədi maddi sübut kimi tanınaraq saxlanması üçün Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs, X4 və X5 üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 4 ədəd DVD diski və X4 idarə etdiyi VAZ 21723 Lada Priora markalı 99-FA dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski olmaqla cəmi 05 ədəd DVD diski və "xxxx" MMC-dən götürülmüş məlumatların əks edildiyi 01 ədəd CD diski sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, şəxsi axtarış aparılması barədə protokolları, 5 ədəd DVD və 01 ədəd CD disklərini, maddi sübutları, ekspertiza rəylərini, Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında 28 may 2022-ci il tarixli qərarını, ibtidai istintaq orqanının və məhkəmənin prosessual hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməlidir. Bu zəmində məhkəmə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar X3rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikası CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Yenə də həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarına görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin İ siyahıda bu miqdar narkotik vasitə qurudulmuş marixuana üçün 5 qram, heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.14-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iş materiallarına və yuxarıda qeyd olunan qanun normalarına istinad edib, himayəsində iki azyaşlı uşağın olmasını, cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini və hepatit C və D xəstəsi olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu xüsusda qeyd edir ki, Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə səmimi peşman olduğunu bildirməsi, onun öz əməlinə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (AR CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstünyalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi məhz onun istinad olunan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs hepatit C və D xəstəsi olmasının cəzasını yüngülləşdirən hal kimi nəzərə alınması isə onun şəxsiyyətinə, islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla qanunda ifadə olunmaqla ona göstərilməli olan hümanist münasibətlə bağlıdır. Belə ki, hepatit C və D xəstəliyi kifayət qədər ağır xəstəlikdir və bu xəstəliyi daşıyan şəxslər dövlətin və insanların qayğısına xüsusilə möhtacdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Qanunvericiliyin tələbinə əsasən də cəzanın məqsədləri heç də təqsirləndirilən şəxsdən qisas almaq, onu fiziki əzablara məruz qoymaq məqsədi güdmür. CM-nin 41-ci maddəsindən də göründüyü kimi, cəzanın məqsədi ilk növbədə sosial ədalətin bərpası və şəxsin islah olunması, həmçinin ümumi və xüsusi prevensiyadır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterili tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azrbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(091)-035/15 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələrilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(091)- 035/15 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələrilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması nəticəsində yaranmış məhkumluq müddəti ödənilmədən yenidən qəsdən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətmiş, bununla da cinayətin residivinə yol vermişdir. Bu da qanunvericiliyin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. İşin faktiki hallarına və qanun normasının tələbinə əsasən məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratdığından ona Azərbaycan Respublikası CM-nin 65.2-c maddəsinin tələbləri qaydasında cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən,kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməl öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması, cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi və hepatit C və D xəstəsi olmasına dair cəzasını yüngülləşdirən hallar hallar vardır, həminin cinayətin residivinə yol verməsi kimi cəzasını ağırlaşdıran hal mövcuddur. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs qəsdən CM-nin 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, bundan nəticə çıxarmamış və həmin cinayət üzrə məhkumluq müddəti ödənilmədən yenidən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmişdir. Bu da onun mənəvi deqradasiyaya məruz qalmasını və törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu göstərir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bu xüsusda məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratdığı üçün ona Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində iki azyaşlı uşağın olması, cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi və hepatit C və D xəstəsi olması kimi cəzasını yüngülləşdirən halları və cinayətin residivi kimi cəzasını ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 10 may 2021-ci il tarixdən 12 may 2021-ci il tarixədək və 02 may 2022-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək tutularaq həbsdə saxlandığı 02 ay 01 gün müddət və 01 iyul 2022-ci il tarixdən hazırkı hökmün çıxarıldığı 18 yanvar 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 06 ay 17 gün müddət olmaqla cəmi 8 ay 18 gün həbs müddəti həmin cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməli, cəza çəkməsinin əvvəli hazırkı hökmün çıxarıldığı 18 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2.ev dustaqlığında saxlanıldığı müddət… Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, əməli cinayətin residivini yaratdığı və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CMnin 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlindiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 26 may 2022-ci il tarixli 736 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyinin, narkotik vasitə olan heroindən və kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən rayon X16 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 168,65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X22 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan təmiz çəkisi 30,35 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 30,30 qramı, təmiz çəkisi 1,256 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 1,206 qramı və 4 ədəd metadon həblərinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 2 ədədi məhv edilməli, Təqsirləndirilən şəxs, X4 və X5 üzərində aparılmış şəxsi axtarışın videogörüntüləri əks olunmuş 4 ədəd DVD diski və X4 idarə etdiyi VAZ 21723 Lada Priora markalı 99-FA dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski olmaqla cəmi 05 ədəd DVD diski və "xxxx" MMC-dən götürülmüş məlumatların əks edildiyi 01 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 20 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X17 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşina Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 10 may 2021-ci il tarixdən 12 may 2021-ci il tarixədək və 02 may 2022-ci il tarixdən 01 iyul 2022-ci il tarixədən tutulub həbsdə saxlandığı 02 ay 01 gün müddət və 01 iyul 2022-ci il tarixdən hazırkı hökmün çıxarıldığı 18 yanvar 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 06 ay 17 gün müddət olmaqla cəmi 8 ay 18 gün həbs müddəti həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkmə müddətinin əvvəli hazırkı hökmün çıxarıldığı 18 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən rayon X16 Hüquqi Şəxsinə göndərilsin. İş üzrə 168,65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X22 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan təmiz çəkisi 30,35 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 30,30 qramı, təmiz çəkisi 1,256 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 1,206 qramı və 4 ədəd metadon həblərinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 2 ədədi məhv edilsin; Təqsirləndirilən şəxs, X4 və X5 üzərində aparılmış şəxsi axtarışın videogörüntüləri əks olunmuş 4 ədəd DVD diski və X4 idarə etdiyi VAZ 21723 Lada Priora markalı 99-FA dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski olmaqla cəmi 05 ədəd DVD diski və "xxxx" MMC-dən götürülmüş məlumatların əks edildiyi 01 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X17 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-7/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-7/2023
18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver