Məhkəmə qərarları › İş №1(019)-7/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-7/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-7/2024 28.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi: Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1968-ci il tarixdə Balakən rayonu Şərif kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Balakən rayonu Yeni Şərif kəndində qeydiyyatda olan və hazırda ünvan 1 ünvanında yaşayan, 03 may 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 178.2.4-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə Balakən şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, vahid tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, qəsdən, vahid tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədilə 2022-ci ilin iyul ayının ortalarında Balakən şəhər sakini Zərərçəkmiş şəxs müraciəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılan mülki mübahisənin nəticəsində Bakı şəhərində yaşayan yüksək vəzifəli tanışları vasitəsilə 15000 manat pul müqabilində Zərərçəkmiş şəxs xeyirinə qərar qəbul etdirəcəyini vəd verib aldadaraq 29 iyul 2022-ci il tarixdə ünvan 2 ünvanında yaşadığı evdə Zərərçəkmiş şəxs 11000 manat məbləğində nağd pulunu, daha sonra bu məqsədlə 04 avqust 2022-ci il tarixdə ünvan 2 ünvanında yaşadığı evdə Zərərçəkmiş şəxs 500 manat məbləğində nağd pulunu qəsdən, vahid tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyətlə qanunsuz olaraq alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni ümumilikdə 11500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs və onun arvadı Aynurə bir neçə dəfə onlara gələrək, Oqtay adında onun tanışının olduğunu bildirib, Ali Məhkəmədəki işləri ilə bağlı köməklik etməsini xahiş etmişlər. Özlərinin yanında o, Oqtaya zəng etmiş, Oqtay da bu barədə danışacağını bildirmişdir. Asiflə Aynurə bir neçə gündən sonra yenə gəlmişlər. Yanlarında Oqtaya zəng vurmuşdur. Oqtay danışdığını və 15000 manat həll edə biləcəyini demişdir. Asifgil razılaşdılar. Asifgil ona 11000 manat vermiş, o da pulu Oqtaya vermişdir. Sonra Oqtay telefonları söndürüb yoxa çıxmışdır. Asifin yoldaşı bildirdi ki, onun tanışları çoxdur. Əvvəllər Oqtayla heç bir iş görməmişdir. Oqtaya məhkəmə ilə bağlı məlumat vermişdir. O dedi ki, Zaur Əliyevlə danışmışdır. Oqtayın telefon nömrəsini Asifgilə vermişdir. 2022-ci ilin sentyabr ayından Oqtayın telefonuna zəng çatmır. Oqtayın səs yazılarını məhkəməyə təqdim etmişdir. Asif özü də Oqtayla danışıb. X14 deyir ki, sənədləri, pulu geri qaytarar. Pulun müəyyən hissəsini Asifə ödəməkdə məqsədi Asifin beş-altı dəfə onun qapısına gəlməsi olmuşdur. O, özlərinə dedi ki, Oqtay qabağa çıxana kimi Asifin kreditini qaytarmağ kömək edəcəkdir. Asif şəxsən ona 5000 manat pul verib. Ümumilikdə Oqtaya 6000 manat pul verib. 1000 manatı isə öz cibindən qoyub. Oqtaya ümumilikdə 11500 manat pul verilibdir. Oqtaya 5000 manat Bakı şəhəri Qələbə-nin kruqunda vermiş, 1000 manatı isə Oqtaya başqa adamla göndərmişdir. Oqtaya digər 5500 manatın kim tərəfindən verildiyini bilmir. Oqtay əvvəl Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində işləmişdir. Oqtaya pul verilməsində heç bir maddi marağı olmamış, Asifgilə kömək məqsədilə Oqtaya pul vermişdir. Onu ibtidai istintaq zamanı 4-5 nəfər evdən gətirmişlər. İstintaqın rəisi ona hədə-qorxu gəlmiş, müstəntiq Tural nə deyirsə onu imza etməyini tapşırmışdır. Psixi təsirə görə ibtidai istintaqda ifadəsinə imza etmişdir. Onun məhkəmə istintaqında verdiyi ifadəsi doğrudur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi, son gözü və onun müdafiəçisinin verdiyi məlumata görə Təqsirləndirilən şəxs 11500 manat ziyandan Zərərçəkmiş şəxs 5340 manat ödəniş etmiş, onun zərərçəkmiş şəxsə 6160 manat borcu qalmışdır. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Yeni Şərif kəndində pasport qeydiyyatında olsa da, ünvan 1 ünvanında qızı Şahid2 və nəvəsi Mədinə Dadayeva ilə birlikdə kirayədə yaşayır. Əvvəllər hər hansı bir psixi və ya fiziki xəstəliklər keçirməmişdir. Hazırda heç yerdə işləmir. O, 2022-ci ilin iyun ayında xəstə olduğuna görə, Balakən şəhəri N.Nərimanov küçəsində yaşayan tanışı Şahid1 onun yaşadığı evə gedərək həkim resepti əsasında ona tibbi yardım göstərmişdir. Həmin ərəfələrdə aralarında olan söhbət əsnasında Aynurə qonşuları ilə aralarında mülki mübahisə olduğunu, buna görə əri Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etdiyini bildirmiş və bu məsələdə onlara köməklik etməsini xahiş etmişdir. Həmin gündən bir neçə gün sonra Aynurə ilə əri Zərərçəkmiş şəxs birlikdə onun yaşadığı evə gəlmiş və Ali Məhkəmədə olan işin onların xeyirinə həll edilməsi üçün kömək etməsini dəfələrlə ondan xahiş etmişlər. O da Asifgilin xahişlərini nəzərə alıb Bakı şəhərində yaşayan, keçmiş polis əməkdaşı olan, təxminən 20 ildir tanıdığı və bir çox işlərində ona köməklik etmiş tanışı Şahid3 Əlirza oğluna zəng edərək Asifin Ali Məhkəmədə olan mülki işi barədə danışmış və məhkəmədə Asifin xeyirinə qərar qəbul edilməsinə köməklik göstərməsini xahiş etmişdir. Telefonda danışan zaman Oqtay məhkəmədə qəbul edilmiş qərarların və digər sənədlərin fotoşəkillərini çəkib “whatsapp” proqramı vasitəsilə göndərməsini xahiş etmiş və həmin sənədlərə baxdıqdan sonra ona bir cavab deyəcəyini bildirmişdir. O da Asif və Aynurəyə bildirmişdir ki, əvvəlki məhkəmə proseslərində çıxarılmış qərarları, bütün məhkəmə sənədlərini və mülki mübahisə obyekti olan torpaq sahəsinə aid sənədləri ona aparsınlar. Asif və Aynurə də razılaşaraq həmin sənədləri yaşadığı evə aparmış və o, mobil telefonu vasitəsi ilə həmin sənədlərin fotoşəkillərini çəkib “whatsapp” proqramı vasitəsilə Oqtayın mobil telefonuna göndərmişdir. Bir neçə gündən sonra, təxminən 2022-ci ilin iyul ayının ortalarında Oqtay ona zəng edərək Zərərçəkmiş şəxs Ali Məhkəmədə olan problemini həll edəcəyini, yəni məhkəmədə Asifin xeyrinə qərar qəbul edilməsinə köməklik göstərəcəyini, lakin buna görə 15000 manat məbləğində pul lazım olduğunu bildirmişdir. Buna görə o, həmin tarixdə Asif və Aynurəni yenidən yaşadığı evə dəvət edərək Ali Məhkəmədə Asifin xeyirinə qərar edilməsi üçün 15000 manat məbləğində pul lazım olduğunu bildirmişdir. Həmin vaxt Asif 15000 manat pul verməyə maddi imkanı olmadığını bildirmiş, buna görə o, yenidən tanışı Oqtaya zəng edərək Asifin 15000 manat pulu verməyə maddi imkanı olmadığını bildirmiş və bacarırsa bu işi daha aşağı məbləğlə həll etməsini xahiş etmişdir. Həmin vaxt Oqtay razılaşaraq cəmi 12000 manat pul qarşılığında Asifin problemini həll edəcəyini bildirmişdir. O, Oqtayla danışdıqdan sonra bu barədə Asifə məlumat vermiş, Asif də razılaşaraq 12000 manat pulu düzəldib ona verəcəyini bildirmişdir. Beləliklə, 29 iyul 2022-ci il tarixdə Asiflə arvadı Aynurə birlikdə onun yaşadığı evə getmiş və Asif onun yaşadığı evdə arvadı Aynurənin yanında ona 11000 manat məbləğində pul vermiş, qalan 1000 manat pulu isə iş həll olunduqdan sonra verəcəyini bildirmişdir. Həmçinin həmin vaxt Asif onunla birlikdə Bakı şəhərinə getmək istədiyini, Oqtayla görüşmək istədiyini bildirmiş, buna görə o, Oqtaya zəng edərək Asifin 11000 manat pul vediyini, qalan 1000 manat pulu iş həll olunduqdan sonra verəcəyini, həmçinin Zərərçəkmiş şəxs da onunla birlikdə Bakı şəhərinə gedərək Oqtayla görüşmək istədiyini bildirmiş, lakin Oqtay bu işlə bağlı ondan başqa heç kimlə görüşmək istəmədiyini, pulu ancaq ondan götürəcəyini bildirmişdir. Beləliklə, o, 30 iyul 2022-ci il tarixdə Bakı şəhərinə gedərək Yasamal rayonu əraizisində yerləşən “Qələbə” dairəsi yaxınlığında Oqtayla görüşmüş və orada Asifdən aldığı 11000 manat pulu tam şəkildə Oqtaya vermişdir. Oqtay 11000 manat pulu ondan götürdükdən sonra Asifin məhkəmədə baxılan işinin təxminən 04 ay müddətinə yekunlaşacağını bildirmiş və oradan sağollaşıb ayrılmışlar. O, bir neçə gün Bakı şəhərində qaldıqdan sonra Balakən şəhərinə, yəni yaşadığı evə qayıtmışdır. Bundan sonra o, 2022-ci ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs 500 manat borc pul istəmiş, Asif də etiraz etmədən həmin tarixdə aparıb yaşadığı evdə ona 500 manat pul vermişdir. Həmin hadisədən bir neçə gün sonra Oqtay ona zəng edərək 1000 manat borc pul istəmiş, o da Asifdən borc aldığı 500 manat pulun üzərinə özündə olan 500 manat pulu qoyub 1000 manat pul düzəltmiş və bank kartına köçürmə yolu ilə Oqtaya göndərmişdir. Lakin pulu köçürdüyü bank kartının hansı banka məxsus olmasını və ya nömrəsini hazırda xatırlamır. Bundan sonra o, mütəmadi olaraq Oqtayla əlaqə saxlayıb Asifin işi ilə maraqlanmış, Oqtay da onu arxayın edərək Asifin işinin 2022-ci ilin sentyabr ayının sonlarınadək həll olunacağını bildirmişdir. O, sonuncu dəfə Şahid3lə 12 sentyabr 2022-ci il tarixdə telefonla danışmış, lakin həmin tarixdən sonra sonuncunun telefon nömrələrinə zəng çatmamış və onun Oqtayla əlaqəsi kəsilmişdir. Buna görə o, Oqtayın baldızı oğlu Yusif adlı şəxsin onda olan mobil telefon nömrəsinə zəng edərək Oqtay barədə maraqlanmış, həmin vaxt Yusif adlı şəxs Oqtayın Azərbaycanda olmadığını, ölkə hüdudlarını tərk edib hansısa xarici ölkəyə getdiyini bildirmişdir. Buna görə o, Bakı şəhərinə gedərək Oqtayı axtarmağa başlamış, lakin sonuncunu tanıyan şəxslər də Oqtayın harada olması barədə heç bir məlumatları olmadığını bildirmişlər. Beləliklə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2022-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs şikayəti təmin edilməmiş, yəni Asifin əleyhinə qərar qəbul edilmişdir. Buna görə Asif verdiyi 11500 manat pulu ondan geri tələb etməyə başlamışdır. Həmçinin Asif iki bankdan pul krediti götürdüyünü, 2022-ci ilin oktyabr ayınadək aylıq kredit ödənişlərini yerinə yetirdiyini, artıq kredit ödənişlərini yerinə yetirə bilmədiyini və çıxılmaz vəziyyətdə olduğunu bildirmişdir. O da məcbur olub 11500 manat pulu bacardığı qədər tez bir zamanda özü geri qaytaracağını Asifə bildirmişdir. Bundan sonra o, kredit ödənişlərinə kömək etmək məqsədi ilə 2022-ci ilin oktyabr ayından 2023-cü ilin aprel ayına kimi olan müddət ərzində müxtəlif tarixlərdə hissə-hissə olmaqla Asifə ümumilikdə 5100 manat pul vermişdir. O, həmin pulun bəzi hissəsini Asifin arvadı Aynurənin adına olan bank kartının hesabına köçürmüş, bir dəfə poçt vasitəsilə Asifin adına göndərmiş, bir neçə dəfə də yaşadığı evə gedərək Asifə əlbəəl nağd pullar vermişdir. Hətta xatırladığı qədərilə Asif bir dəfə onun yaşadığı evə gedərək ondan pul götürmüşdür. Aralarında olan razılaşmaya əsasən Şahid3 ortalığa çıxana qədər o, kredit ödənişlərinə kömək etmək məqsədi ilə Asifə pul verməli imiş, Asif də onun verdiyi pulları sonra hesablayıb 11500 manat puldan çıxmalı imiş. Lakin Asif aralarında olan şifahi razılaşmaya əməl etməmiş və 13 aprel 2023-cü il tarixdə onun barəsində ərizə ilə Balakən Rayon Polis Şöbəsinə müraciət etmişdir. İstintaq müddəti ərzində də o, Zərərçəkmiş şəxs 1500 manat pul ödəmişdir. Yəni o, Zərərçəkmiş şəxs ümumilikdə 6600 manat pul qaytarmışdır. Hazırda o, Zərərçəkmiş şəxs cəmi 4900 manat pul qaytarmalıdır və həmin pulu istintaq müddətinə ödəməyə çalışacaqdır. O, tanışı Şahid3 Əlirza oğlunun hazırda hansı ünvanda yaşadığını bilmir. Onun bildiyi qədərilə Oqtay əvvəllər Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən İnşaatçılar metrostansıyasının yaxınlığında yaşayırmış. Oqtayın istifadə etdiyi mobil telefon nömrələrinin onun istifadə etdiyi mobil telefonun yaddaşında qeydiyyatda var, lakin həmin mobil telefon nömrələrinə aylardır zəng çatmır. Buna baxmayaraq o, Oqtayın istifadəsində olmuş mobil telefon nömrələrini İstintaqa təqdim edəcəkdir. O, 11000 manat pulu Bakı şəhəri Yasamal rayonu ərazisində tanışı Şahid3 Əlirza oğluna verən zamar yanlannda başqa heç kim olmamışdır. Zərərçəkmiş şəxs Asıf Puçaxovun ifadəsində göstərdikləri doğru deyil. 2022-ci ilin iyul ayının ortalarında Asifin arvadı Şahid1 Ali Məhkəmədə olan torpaq mübahisələri barədə onunla söhbət edən zaman o, Bakı şəhərində yaşayan yüksək vəzifəli tanışları vasitəsilə bu işdə Asifə köməklik göstərə biləcəyini, yəni Ali Məhkəmədə sonuncunun xeyirinə qərar qəbul etdirə biləcəyini deməmişdir. Asifgil onun Bakı şəhərində yaşayan vəzifəli tanışları olduğunu kimdənsə eşidib onun yaşadığı evə gəlmiş və dəfələrlə kömək etməsini xahiş etmişlər. O da Asifgilin xahişlərini nəzərə alıb kömək etməyə razı olmuşdur. Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri doğru deyil. Belə ki, o, əvvəlcə tanışı Şahid3 sözünə əsasən 15000 manat pul verməli olduğunu Zərərçəkmiş şəxs bildirmiş, lakin Asif 15000 manat pul verməyə maddi imkanı olmadığını bildirdiyinə görə o, yenidən Oqtayla danışaraq bu işi daha ucuz məbləğə həll etməsini xahiş etmiş, Oqtay da onun xahişini nəzərə alıb işi 12000 manat pula həll etməyə razı olmuşdur. Asif də ilk dəfə 29 iyul 2022-ci il tarixdə yaşadığı evdə ona 11000 manat pul vermiş, qalan 1000 manat pul isə iş həll olunduqdan sonra verəcəyini bildirmişdir. Həmçinin Asif 29 iyul 2022-ci il tarixdə yaşadığı evdə ona 11000 manat pulu verən zaman qızı Fatima evdə olmamışdır. Həmin vaxt evdə Asif, sonuncunun arvadı Aynurə və ondan başqa heç kim olmamışdır. O, həqiqətən də 04 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs arvadı Aynurəyə zəng edərək 01 hətfə sonra qaytarmaq şərti ilə 500 manat pul lazım olduğunu, verəcəyi pulu 01 həftə sonra geri qaytaracağını bildirmiş, Asif də etiraz etmədən həmin tarixdə aparıb yaşadığı evdə ona 500 manat pul vermişdir. Həmin ərəfələrdə də tanışı Şahid3 ona zəng edərək 1000 manat borc pul istəmiş, o da Asifdən borc aldığı 500 manat pulun üzərinə özündə olan 500 manat pulu qoyub 1000 manat pul düzəltmiş və həmin 1000 manat pulu bank kartına köçürmə yolu ilə tanışı Oqtaya göndərmişdir. Sonradan Oqtayla danışan zaman onsuz da Asif əlavə 1000 manat pul verməli olduğunu, buna görə də borc qismində göndərdiyi həmin 1000 manat pulu geri istəmədiyini və həmin 1000 manat pulu Asifin verməli olduğu 1000 manatın əvəzinə hesablamasını bildirmişdir. Sonradan da bu barədə Asifə məlumat vermişdir. X15 Məhkəmədə olan işinin həll olunması üçün ona ümumilikdə 11500 manat pul vermişdir. Lakin Asif iş həll olunduqdan sonra daha ona 3500 manat deyil, cəmi 500 manat pul verməli imiş. Çünki o, işin həlli üçün Oqtayla cəmi 12000 manata razılaşmışdır. Yuxarıda da qeyd etdiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2022-ci il tarixli qərarı ilə də Zərərçəkmiş şəxs şikayəti təmin edilməmiş və Asifin əleyhinə qərar qəbul edilmişdir. Buna görə Asif verdiyi 11500 manat pulu ondan geri tələb etməyə başlamış, həmçinin Asif iki bankdan pul krediti götürdüyünü, 2022-ci ilin oktyabr ayınadək aylıq kredit ödənişlərini yerinə yetirdiyini, artıq kredit ödənişlərini yerinə yetirə bilmədiyini və çıxılmaz vəziyyətdə olduğunu bildirmişdir. O da 11500 manat pulu bacardığı qədər tez bir zamanda özü geri qaytaracağını Asifə bildirmiş, bundan sonra o, kredit ödənişlərinə kömək etmək məqsədi ilə 2022-ci ilin oktyabr ayından 2023-cü ilin aprel ayına kimi olan müddət ərzində müxtəlif tarixlərdə hissə-hissə olmaqla Asifə ümumilikdə 5100 manat pul vermişdir. İstintaq müddəti ərzində də o, Zərərçəkmiş şəxs 1500 manat pul ödəmişdir. Yəni o, Zərərçəkmiş şəxs ümumilikdə 6600 manat pul qaytarmışdır və hazırda Zərərçəkmiş şəxs cəmi 4900 manat pul qaytarmalıdır. Ola bilər ki o, istintaqda şübhəli şəxs qismində ifadə verən zaman Zərərçəkmiş şəxs qaytardığı pulların məbləğlərini düzgün hesablamamış və sonuncuya ümumilikdə 7000 manat pul qaytardığını bildirmişdir. Hazırda isə dəqiqliklə bildirir ki, o, hazırki dövrə qədər Zərərçəkmiş şəxs ümumilikdə 6600 manat pul qaytarmışdır və hazırda Zərərçəkmiş şəxs cəmi 4900 manat pul qaytarmalıdır. İbtidai istintaq zamanı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, İstintaqa verdiyi ilkin ifadələrini qismən təsdiq edir. Belə ki, o, 2022-ci ilin iyun ayının ortalarında xəstə olduğuna görə, Balakən şəhəri N.Nərimanov küçəsində yaşayan tanışı Şahid1 onun yaşadığı evə gedərək həkim resepti əsasında ona tibbi yardım göstərmişdir. Həmin ərəfələrdə aralarında olan söhbət əsnasında Aynurə qonşuları ilə aralarında mülki mübahisə olduğunu, buna görə əri Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etdiyini bildirmiş və bu məsələdə onlara köməklik etməsini xahiş etmişdir. Həmin ərəfələrdə o, xəstəliyi ilə əlaqədar müalicə almış, həmçinin Balakən rayonunda ticarətlə məşğul olmaq istəmişdir. Buna görə də ona müəyyən qədər pul lazım imiş. Aynurə də həmin vaxt Azərbaycan Respublikası Ali Məhkəməsində baxılan mülki işlə bağlı onlara köməklik etməsini xahiş edəndə, o, bu yolla Aynurəgildən pul alıb öz işlərini həll etməyi, daha sonra pul qazanqıdca Aynurəgildən aldığı pulları geri qaytarmağı düşünmüş və bu məqsədlə də Bakı şəhərində yaşayan tanışları vasitəsi ilə Ali Məhkəmədə Aynurənin əri Zərərçəkmiş şəxs xeyirinə qərar qəbul etdirə biləcəyini demişdir. Həmin söhbətdən bir neçə gün sonra Aynurə əri Asiflə birlikdə onun yaşadığı evə gəlmiş, həmin vaxt Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ali Məhkəməsində baxılan torpaq mübahisəsi barədə ona ətraflı danışmış və o, Asifi dinlədikdən sonra bu işi Bakı şəhərində yaşayan tanışı Şahid3 Əlirza oğlunun vasitəsi ilə həll edəcəyini, yəni Ali Məhkəmədə Asifin xeyirinə qərar qəbul etdirəcəyini bildirmişdir. Lakin bu işin həlli üçün 15000 manat pul verməli olduğunu Asifə bildirmişdir. Asif isə 15000 manat pul verməyə maddi imkanı olmadığını bildirmiş, buna görə o, həmin vaxt kiməsə zəng edirmiş kimi hərəkətlər edərək evdən bayıra çıxmış, bir neçə dəqiqədən sonra evə geri qayıdaraq tanışı ilə danışdığını və bu işi cəmi 12000 manat pul qarşılığında həll edəcəyini Asifə bildirmişdir. Asif də razılaşaraq 12000 manat pulu düzəldib ona verəcəyini bildirmişdir. Beləliklə, 29 iyul 2022-ci il tarixdə Asif arvadı Aynurə ilə birlikdə onun yaşadığı evə gəlmiş və orada Asif arvadı Aynurənin yanında ona 11000 manat pul vermiş, qalan 1000 manat pulu isə iş həll olunduqdan sonra verəcəyini bildirmişdir. Həmçinin həmin vaxt Asif onunla birlikdə Bakı şəhərinə getmək istədiyini və Şahid3lə görüşmək istədiyini bildirmiş, o isə Şahid3 bu işlə bağlı ondan başqa heç kimlə görüşmək istəmədiyini və pulu ancaq ondan götürəcəyini bildirmişdir. Səhəri gün, yəni 30 iyul 2022-ci il tarixdə o, Bakı şəhərinə gedərək orada bir neçə qadın geyim əşyaları və aksessuarları satılan mağazaları gəzmiş, qiymətlərlə maraqlanmış, yəni əlində olan 11000 manat pulla nə qədər qadın geyim əşyaları və aksessuarları alıb Balakən şəhərində sata biləcəyinin hesabını aparmış, lakin qiymətlər onu qane etmədiyinə görə ticarətlə məşğul olmaq fikrindən daşınmış və yaşadığı Balakən şəhərinə qayıtmışdır. Daha sonra Zərərçəkmiş şəxs aldığı pulun bir hissəsini öz müalicəsinə və şəxsi ehtiyaclarına xərcləmiş, qalan pullarla da köhnədən olan borclarını qaytarmışdır. Asiflə telefonda danışan zaman isə pulu Bakı şəhərində tanışına verdiyini və 2022-ci ilin sentyabr ayının sonlarınadək işin həll olunacağını bildirmişdir. O, 2022-ci ilin sentyabr ayının sonlarınadək hansısa bir yolla Asifin pulunu düzəldib geri qaytarmağı düşünmüşdür. Bundan sonra o, 2022-ci ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs 500 manat borc pul istəmiş, Asif də etiraz etmədən həmin tarixdə aparıb yaşadığı evdə ona 500 manat pul vermişdir. Lakin Asif həmin 500 manat pulu borc qismində deyil, işin həlli üçün verməli olduğu 1000 manatdan verdiyini bildirmişdir. Beləliklə, o, Zərərçəkmiş şəxs ümumilikdə 11500 manat pul almışdır. O, Zərərçəkmiş şəxs sonuncu dəfə aldığı 500 manat pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bir neçə gündən sonra Aynurə ilə telefonda danışan zaman isə Asifin verdiyi 500 manat pulu da işin həll olunması üçün tanışı Oqtaya verdiyini bildirmişdir. 2022-ci ilin sentyabr ayının sonlarında Asif mütəmadi olaraq ona zəng edib işin nəticəsi barədə maraqlanmağa başlamış, o da kimdənsə borc pul alıb Asifin 11500 manat pulunu geri qaytarmaq üçün hər dəfə bir bəhanə ilə vaxtı uzatmağa çalışmışdır. Beləliklə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2022-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs şikayəti təmin edilməmiş, yəni Asifin əleyhinə qərar qəbul edilmişdir. Buna görə Asif verdiyi 11500 manat pulu ondan geri tələb etməyə başlamış, həmçinin, Asif iki bankdan pul krediti götürdüyünü, 2022-ci ilin oktyabr ayınadək aylıq kredit ödənişlərini yerinə yetirdiyini, artıq kredit ödənişlərini yerinə yetirə bilmədiyini və çıxılmaz vəziyyətdə olduğunu bildirmişdir. O da 11500 manat pulu bacardığı qədər tez bir zamanda geri qaytaracağını Asifə bildirmişdir. Bundan sonra o, kredit ödənişlərinə kömək etmək məqsədi ilə 2022-ci ilin oktyabr ayından 2023-cü ilin aprel ayına kimi olan müddət ərzində müxtəlif tarixlərdə hissə-hissə olmaqla Asifə ümumilikdə 5100 manat pul vermişdir. O, həmin pulun bəzi hissəsini Asifin arvadı Aynurənin adına olan bank kartının hesabına köçürmüş, bir dəfə poçt vasitəsilə Asifin adına pul göndərmiş, bir neçə dəfə də yaşadığı evə gedərək Asifə əlbəəl nağd pullar vermişdir. Hətta Asif bir dəfə onun yaşadığı evə gedərək ondan pul götürmüşdür. Aralarında olan razılaşmaya əsasən Asif onun verdiyi pulları sonda hesablayıb 11500 manat puldan çıxmalı imiş. Lakin Asif aralarında olan şifahi razılaşmaya əməl etməmiş və 13 aprel 2023-cü il tarixdə onun barəsində ərizə ilə Balakən Rayon Polis Şöbəsinə müraciət etmişdir. İstintaq müddəti ərzində də o, Zərərçəkmiş şəxs 1500 manat pul ödəmişdir. Yəni o, Zərərçəkmiş şəxs ümumilikdə 6600 manat pul qaytarmışdır və hazırda Zərərçəkmiş şəxs cəmi 4900 manat pul qaytarmalıdır. Yəni ki, onun Bakı şəhərində yaşayan Şahid3 Əlirza oğlu adlı tanışı yoxdur, o, ümumiyyətlə belə bir adam tanımır və belə bir adam olub-olmamasından məlumatı yoxdur. O, Zərərçəkmiş şəxs aldığı ümumilikdə 11500 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmiş, sonuncunun müraciəti əsasında Ali Məhkəmədə baxılan mülki mübahisə ilə bağlı heç bir addım atmamış və Zərərçəkmiş şəxs aldığı pullardan heç kimə hər hansı bir məbləğdə pul verməmişdir. Ona görə də Zərərçəkmiş şəxs aldığı pulların bir hissəsini özü geri qaytarmış və qalan hissəsini geri qaytarmağa çalışmışdır. Yuxarıda da qeyd etdiyi kimi, o, sadəcə olaraq yalan danışıb Asifdən aldığı pullarla kiçik bir biznes qurmaq və işləyib öz maddi vəziyyətini normal hala salmaq, daha sonra qazandığı pullarla Asifin pullarını geri qaytarmaq istəmişdir. Lakin işlər arzuladığı kimi olmamış və nəticədə Asifdən aldığı pulları şikayət etməmişdən əvvəl geri qaytara bilməmişdir. Həmçinin o, istintaq zamanı yalan danışaraq, eynilə Asifgilə yalan danışdığı kimi ifadə verərək Zərərçəkmiş şəxs aldığı pulları sonuncunun işinin həlli üçün Bakı şəhərində yaşayan tanışı Şahid3 Əlirza oğluna verdiyini bildirmişdir. Onun yalan danışmaqda məqsədi o olmuşdur ki, istintaq müddəti ərzində Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı ödəsin və barəsində olan cinayət işinə məhkəməyə göndərilmədən xitam verilsin. Buna görə də, hər dəfə istintaqda ifadə verən zaman yalan danışaraq tanışı Şahid3 Əlirza oğlunun istifadəsində olmuş mobil telefon nömrələrini İstintaqa təqdim edəcəyini bildirmişdir. Lakin o, şəxsi problemləri ilə əlaqədar olaraq istintaq müddəti ərzində də Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tam ödəyə bilməmişdir. Ona görə də, hazırda hər şeyi olduğu kimi bildirmək qərarına gəlmişdir. O, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilir, öz mənafeyi üçün yalan danışaraq Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur və etdiyi əməldən peşmandır. O, bu günə qədər Zərərçəkmiş şəxs ümumilikdə 6600 manat pul qaytarmışdır və hazırda Zərərçəkmiş şəxs cəmi 4900 manat pul qaytarmalıdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun yoldaşı xəstəxanada işləyir. Leyla ilə orada tanış olmuşlar. Onun arvadı Aynurə kefsiz olduğundan Leyla bunun səbəbini soruşmuş, Aynurə də məhkəmədə işlərinin olduğunu bildirmiş və Leyladan Ali Məhkəmədə tanışının olub-olmadığını soruşmuşdur. Leyla cavabında Bakıda tanışlarının olduğunu bildirmişdir. Sonra axşam Leyla yoldaşı ilə onu evlərinə dəvət etmişdir. Evlərində Leyla ona dedi ki, Oqtay adında tanışı var, ona başı ilə cavabdehdir. Leyla onun yanında Oqtaya zəng etmişdir. Oqtay həmin vaxt telefonu açmadı. Sonra Leyla ona zəng edib, Oqtayla danışdığını bildirib sənədin kötüyünün olub-olmadığını soruşmuşdur. O, sənədin şəklini çəkib Leylaya atmışdır. Sonra Leyla ona 15000 manata işi düzəldəcəyini bildirmişdir. O da kredit götürüb 11000 manat pulu yoldaşının əliylə Leylaya vermişdir. Pulların şəkillərini çəkmiş və seriyalarını yazmışdır. Leyla pulu götürmüş və portmanesinə qoymuşdur. Əvvəl 11000 manat, sonra isə 500 manat vermişdir. Oqtayı tanımır, görməmiş və onunla danışmamışdır. Ancaq Leyla ilə təmasda olmuşdur. Ali Məhkəmədə işə baxan hakimin təyin olunmasını o demişdir. İki dəfə Leylanın telefonu ilə Oqtaya səs atmışdır. Bakıya Leyla ilə Oqtayı axtarmaq üçün getmişdir. Leylanın Oqtayla danışdığını görməmişdir. Oqtayla yazışmalarını Leyla onun telefonuna atmışdır. Yazışmaları onda görmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs Asif Sultanov təqsirləndirilən şəxsin müdafiəçisinin sulaına cavab olaraq Təqsirləndirilən şəxs tərəfindən 11500 manat ziyandan ona 5340 manat ödənildiyini, təqsirləndirilən şəxsin ona 6160 manat borclu qaldığını qəbul etmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və Balakən rayonu Qaz İstismar İdarəsində sürücü işləyir. Əvvəllər heç bir psixi və ya fiziki xəstəliklər keçirməmişdir. Onun atası X1 adına olan və hazırda onun yaşadığı ünvan 4 ünvanında yerləşən torpaq sahəsi ilə bağlı 2018-ci ildən etibarən qonşuluqda yaşayan X9 ilə aralarında mülki mübahisə olmuşdur. X13 xəstə olduğuna görə, həmçinin qeyd etdiyi ünvanda o, yaşadığına görə atası ona etibarnamə vermiş və bütün məhkəmə proseslərində o, iştirak etmişdir. Həmin torpaq mübahisəsi ilə bağlı Balakən Rayon Məhkəməsi 03 noyabr 2021-ci il tarixdə X4 xeyirinə qətnamə qəbul etmiş, bundan sonra o, Balakən Rayon Məhkəməsinin qətnaməsindən Şəki Apellyasiya Məhkəməsinə şikayət etmiş, X8 Məhkəməsinin 10 mart 2022-ci il tarixli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmışdır. Buna görə o, hazırda dəqiq yadında qalmayan tarixdə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət etmişdir. O, Təqsirləndirilən şəxs da 2022-ci ilin iyul ayının ortalarında arvadı Şahid1 vasitəsi ilə tanımışdır. Belə ki, həmin ərəfələrdə onun arvadı Aynurə Balakən rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işlədiyi dövrdə tanış olduğu, Balakən rayonu Yeni Şərif kəndində qeydiyyatda olan və hazırda Balakən şəhəri Səttar Gözəlov küçəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə gedərək sonuncuya tibbi yardım göstərmişdir. Arvadı Aynurə 2022-ci ilin iyul ayının ortalarında Təqsirləndirilən şəxs tibbi yardım göstərdikdən sonra evə qayıdanda ona demişdir ki, Leyla ilə Ali Məhkəmədə olan torpaq mübahisələri barədə söhbət etmiş, Leyla da Bakı şəhərində yaşayan yüksək vəzifəli tanışları vasitəsi ilə bu işdə ona köməklik göstərə biləcəyini, yəni Ali Məhkəmədə onun xeyirinə qərar qəbul etdirə biləcəyini demişdir. Təxminən 2022-ci ilin iyul ayının ortalarında, dəqiq yadında qalmayan tarixdə Leyla onun arvadı Aynurəyə zəng edərək onları öz yaşadığı evə dəvət etmiş, buna görə o, arvadı Aynurə ilə birlikdə Təqsirləndirilən şəxs Balakən şəhəri Səttar Gözəlov küçəsində yaşadığı evə getmişdir. Həmin vaxt o, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılan torpaq mübahisələri barədə Leylaya ətraflı danışmış, Leyla onu dinlədikdən sonra, arvadı Aynurə ilə bu barədə söhbət etdikdən sonra Bakı şəhərində yaşayan tanışları ilə əlaqə saxlayıb onun Ali Məhkəmədə baxılan işinin həlli barədə danışdığını və razılıq aldığını, bu işi tanışı Şahid3 Əlirza oğlu vasitəsi ilə həll edəcəyini, lakin bu işin həlli üçün, yəni Ali Məhkəmədə onun xeyirinə qərar qəbul edilməsi üçün 15000 manat pul verməli olduğunu bildirmişdir. Leyla həmin vaxt onu inandırmağa nail olduğuna görə, o, tələb etdiyi 15000 manat pulu düzəldib verəcəyini Leylaya bildirmişdir. Bundan sonra bir neçə gün ərzində o, dost-tanışdan, qohum-əqrabadan borc pul axtarsa da, borc pul tapa bilmədiyi üçün məcbur olub 29 iyul 2022-ci il tarixdə öz adına sənədləşdirilməklə Balakən şəhəri ərazisində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Bankı ASC-dən 9700 manat pul krediti, həmçinin Balakən şəhəri ərazisində fəaliyyət göstərən Kapital Bank ASC-dən 9101 manat pul krediti götürmüşdür. Bundan sonra o, bankdan götürdüyü pulların 15000 manatını Ali Məhkəmədə olan işini həll etmək üçün Leylaya vermək məqsədi ilə saxlamış, qalan pullarla isə öz şəxsi borclarını qaytarmışdır. Daha sonra o, yaşadığı evə gedib 15000 manat pulun 4000 manatını evə qoymuş, qalan 11000 manat pulu isə üzərində saxlayıb 29 iyul 2022-ci il tarixdə axşam saatlarında arvadı Aynurə ilə birlikdə Leylanın yaşadığı evə getmişdir. Həmin vaxt Leylanın qızı Fatima da evdə olmuşdur. Orada o, üzərində olan 11000 manat pulu Leylanın qızı Fatimanın və arvadı Aynurənin yanında Leylaya vermiş, qalan 4000 manat pulu isə iş həll olunduqdan sonra verəcəyini bildirmişdir. Həmin vaxt Leyla pulu ondan alıb sayaraq çantasına qoymuş, daha sonra mobil telefonla kiməsə zəng edərək danışmaq adı ilə evdən bayıra çıxmışdır. Lakin o, Leylanın kimə zəng etdiyini və nə barədə danışdığını bilməmişdir. Bir qədər sonra Leyla geri qayıdıb səhəri gün Bakı şəhərinə gedəcəyini və pulu tanışı Şahid3 Əlirza oğluna verəcəyini bildirmişdir. Həmin vaxt o, Bakı şəhərinə birlikdə getməyi, pulu Şahid3 birlikdə verməyi və onu da Şahid3lə tanış etməsini Leyladan xahiş etmiş, lakin Leyla onunla razılaşmamış və Şahid3 heç kimlə görüşmək istəmədiyini bildirmişdir. O, yenə də Təqsirləndirilən şəxs sözlərinə inanmış və sağollaşıb arvadı Aynurə ilə birlikdə yaşadığı evə qayıtmışdır. Həmin hadisədən bir gün sonra Təqsirləndirilən şəxs onun arvadı Aynurəyə zəng edərək Bakı şəhərində olduğunu, pulu tanışı Şahid3 verdiyini və 15 sentyabr 2022-ci il tarixədək Ali Məhkəmədə onun xeyirinə qərar qəbul olunacağını bildirmişdir. 04 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən onun arvadı Aynurəyə zəng edərək 01 həftə sonra qaytarmaq şərti ilə özünə təcili 500 manat pul lazım olduğunu, verəcəyi pulu 01 həftə sonra geri qaytaracağını, əks halda həmin 500 manat pulu onun Ali Məhkəmədəki işi ilə bağlı əlavə verməli olduğu 4000 manat puldan çıxacağını bildirmiş, o da razılaşaraq 04 avqust 2022-ci il tarixdə axşam saatlarında arvadı Aynurə ilə birlikdə yenidən Leylanın yaşadığı evə getmiş və orada 500 manat pulu arvadı Aynurənin yanında Leylaya vermişdir. Həmin vaxt Leylanın qızı Fatima da evdə olmuş, lakin o, 500 manat pulu Leylaya verən zaman qızı Fatima yanlarında olmamışdır. O, 500 manat pulu Leylaya verdikdən sonra həmin pulu borc qismində deyil, Ali Məhkəmədə olan işi ilə bağlı əlavə verməli olduğu 4000 manatdan verdiyini bildirmişdir. Yəni, iş həll olunduqdan sonra o, Leylaya cəmi 3500 manat verməli imiş. Beləliklə, o, Ali Məhkəmədə olan işinin həll olunması üçün Təqsirləndirilən şəxs ümumilikdə 11500 manat pul vermişdir. Həmin hadisədən bir neçə gün sonra Leyla onun arvadı Aynurəyə zəng edərək verdiyi 500 manat pulu da onun işinin həll olunması üçün tanışı Şahid3 verdiyini bildirmişdir. Aralarında olan şifahi razılaşmaya əsasən 15 sentyabr 2022-ci il tarixədək Ali Məhkəmədə onun xeyirinə qərar qəbul olunmalı və bundan sonra o, qalan 3500 manat pulu Leylaya verməli imiş. Buna görə o, 15 sentyabr 2022-ci il tarixədək gözləmişdir. Lakin müddət tamam olduqda o, işlə bağlı Leylaya zəng edib nəticəsi barədə maraqlanmağa başlamış, Leyla da hər dəfə onu müxtəlif bəhanələrlə aldadaraq vaxtı uzatmağa çalışmışdır. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2022-ci il tarixli qərarı ilə onun şikayəti təmin edilməmiş, yəni Şəki Apellyasiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli qətnaməsi qüvvəsində saxlanılmışdır. Buna görə o, Leyladan verdiyi 11500 manat pulu geri qaytarmasını tələb etmiş, sonuncunun yalan vədlərinə inanıb iki bankdan pul krediti götürdüyünü, 2022-ci ilin oktyabr ayınadək aylıq kredit ödənişlərini yerinə yetirdiyini, artıq kredit ödənişlərini yerinə yetirə bilmədiyini və çıxılmaz vəziyyətdə olduğunu bildirmişdir. Həmin vaxt Leyla onun verdiyi 11500 manat pulu ən qısa zamanda geri qaytaracağını, həmçinin ona ziyan vurduğuna görə, əlavə olaraq kredit ödənişlərinin yerinə yetirilməsində ona köməklik edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs kredit ödənişlərinə kömək etmək məqsədi ilə 18 noyabr 2022-ci il tarixdə poçt vasitəsi ilə ona 400 manat, daha sonra isə arvadı Şahid1 məxsus kart hesabına 25 yanvar 2023-cü il tarixdə 400 manat, 28 fevral 2023-cü il tarixdə 250 manat, 27 mart 2023-cü il tarixdə 200 manat və 29 mart 2023-cü il tarixdə 300 manat olmaqla ona ümumilikdə 1550 manat pul göndərmişdir. Aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsində baxılan işin həlli üçün verdiyi 11500 manat pulu ona tam şəkildə qaytarmalı imiş. Lakin Təqsirləndirilən şəxs onu hər dəfə müxtəlif bəhanələrlə aldadaraq 11500 manat pulu geri qaytarmadığına görə o, məcbur olub 13 aprel 2023-cü il tarixdə ərizə ilə Balakən Rayon Polis Şöbəsinə müraciət etmişdir. X5 Bölməsində aparılan araşdırma zamanı 28 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona 500 manat pul qaytarmışdır. O, Təqsirləndirilən şəxs vədlərinə inanıb iki bankdan pul krediti götürdüyünə görə banklara xeyli məbləğdə faiz borcu yaranmışdır. Bununla bağlı o, gələcəkdə aidiyyəti üzrə məhkəmə orqanına müraciət edəcəkdir. Həmin bank sənədlərini də istintaqa təqdim edəcəkdir. X5 Bölməsində aparılan araşdırma zamanı 28 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona 500 manat pul qaytardığına görə, hazırda ona 11000 manat məbləğdə maddi ziyan dəymişdir. O, Təqsirləndirilən şəxs bəhs etdiyi Şahid3 Əlirza oğlunun anket məlumatlarını və ya istifadə etdiyi mobil telefon nömrəsini bilmir. O, Leyladan dəfələrlə həmin şəxsin kim olması barədə məlumat almaq istəsə də, həmçinin həmin şəxsin istifadə etdiyi mobil telefon nömrəsini öyrənmək istəsə də, Leyla bu barədə ona heç bir məlumat verməmişdir. Leyla sacədə həmin şəxsin Bakı şəhərində yaşadığını ona demişdir. Onun fikrincə Leylanın belə bir tanışı yoxdur, Leyla onun Ali Məhkəmədə olan işinin həlli üçün heç kimlə danışmamış və bunun üçün heç kimə pul verməmişdir. Sadəcə olaraq Leyla onu aldadıb pulunu ələ keçirmək məqsədi ilə onun Ali Məhkəmədə olan işini Bakı şəhərində yaşayan yüksək vəsifəli tanışı Şahid3 Əlirza oğlu vasitəsilə həll edəcəyini özündən uydurmuşdur. Hətta Təqsirləndirilən şəxs İstintaq Bölməsində iltizam yazaraq ondan aldığı pulları şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Leylanı tanıyırdı. O, Leylaya zəng vurub, ondan Ali Məhkəmədə olan işlərini həll edə bilibbilməyəcəyini soruşmuş, Leyla da cavabında həll edə biləcəyini demişdir. Bir neçə gün sonra Leyla ona zəng vurub 15000 manat istədiklərini bildirmişdir. Sonra bankdan kreditə pul götürmüş və Leylaya vermişlər. Düzəlməyəndə Leyla dedi ki, özü kredit götürüb onların pulunu ödəyəcəkdir. Leylaya ümumilikdə o və yoldaşı Asif tərəfindən 11500 manat pul verilib. Oqtayla əlaqələri olmayıb, Oqtayı tanımırlar. Leyla onların yanında Oqtayla danışmayıb. Leylaya işləri barədə təklifi o, etmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, heç yerdə işləmir, evdar qadındır. Əvvəllər heç bir psixi və ya fiziki xəstəliklər keçirməmişdir. Zərərçəkmiş şəxs onun əridir. O, əvvəllər Balakən rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləmiş və övladı dünyaya gəldikdən sonra işdən çıxmışdır. O, Balakən rayonu Yeni Şərif kəndində qeydiyyatda olan və hazırda Balakən şəhəri Səttar Gözəlov küçəsində yaşayan Təqsirləndirilən şəxs da Balakən rayon Mərkəzi Xəstəxanasında işlədiyi vaxtlarda tanımış və aralarında normal münasibət olmuşdur. Leyla ilə onun heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Təxminən 2022-ci ilin iyul ayının ortalarında Leyla onunla əlaqə saxlayaraq xəstə olduğunu, həkimin yazdığı resept əsasında ambulator müalicə olmalı olduğunu bildirmiş və yaşadığı evə gedib ona tibbi yardım göstərməsini xahiş etmişdir. O da razılaşaraq həmin gündən etibarən bir neçə gün Leylanın Balakən şəhəri Səttar Gözəlov küçəsində yaşadığı evə getmiş və sonuncuya tibbi yardım göstərmişdir. Həmin ərəfələrdə onun qaynatası X1 adına olan və hazırda onun ailəsi ilə yaşadığı ünvan 4 ünvanında yerləşən torpaq sahəsi ilə bağlı qonşuları X9 ilə aralarında mülki mübahisə olmuşdur. Buna görə qaynX13 onun əri, yəni oğlu Asifə etibarnamə vermiş və bütün məhkəmə proseslərində Asif iştirak etmişdir. Həmin torpaq mübahisəsi ilə bağlı Balakən Rayon Məhkəməsi X4 xeyirinə qətnamə qəbul etdiyinə görə əri Asif Balakən Rayon Məhkəməsinin qətnaməsindən Şəki Apellyasiya Məhkəməsinə şikayət etmişdir. X8 Məhkəməsi də Balakən Rayon Məhkəməsinin qətnaməsini qüvvəsində saxlamışdır. Buna görə əri X10 Məhkəməsinin qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət etmişdir. Həmin vaxtlarda da o, Leylanın yaşadığı evə gedib sonuncuya tibbi yardım göstərmiş və aralarında olan söhbət zamanı Leyla bir çox yüksək vəzifəli tanışlarının olduğunu, həmin tanışlarının vasitəsi ilə bir çox problemləri həll etdiyini ona danışmışdır. O da Leylanın sözlərinə inanıb Azərbaycan Respublikası Ali Məhkəməsində baxılan mülki məsələləri barədə Leylaya danışmış və buna görə əri Asifin xeyli əziyyət çəkdiyini bildirmişdir. Aralarında olan söhbət zamanı Leyla Bakı şəhərində yaşayan yüksək vəzifəli tanışları vasitəsi ilə bu işdə onlara köməklik göstərə biləcəyini, yəni Ali Məhkəmədə onun əri Asifin xeyirinə qərar qəbul etdirə biləcəyini demişdir. O da buna görə sevinib yaşadığı evə qayıdanda Leyla ilə Ali Məhkəmədə olan torpaq mübahisələri barədə söhbət etdiyini, Leylanın Bakı şəhərində yaşayan yüksək vəzifəli tanışları vasitəsi ilə bu işdə onlara köməklik göstərə biləcəyini, yəni Ali Məhkəmədə onların xeyirinə qərar qəbul etdirə biləcəyini əri Asifə demişdir. Həmin söhbətdən bir neçə gün sonra, təxminən 2022-ci ilin iyul ayının 19-u və ya 20-si, dəqiq yadında qalmayan tarixdə Leyla ona zəng edərək əri Asiflə onu öz yaşadığı evə dəvət etmişdir. Buna görə həmin gün əri Asiflə birlikdə Təqsirləndirilən şəxs Balakən şəhəri Səttar Gözəlov küçəsində yaşadığı evə getmişlər. Orada o, əri Asiflə Təqsirləndirilən şəxs tanış etmiş və mülki məsələləri ilə bağlı Leylanın onlara kəməklik edəcəyini bildirmişdir. Həmin vaxt əri Asif Azərbaycan Respublikası Ali Məhkəməsində baxılan torpaq mübahisələri barədə Leylaya ətraflı danışmış, Leyla da Asifi dinlədikdən sonra bildirmişdir ki, onunla bu barədə söhbət etdikdən sonra Bakı şəhərində yaşayan tanışları ilə əlaqə saxlayıb onların Ali Məhkəmədə baxılan işlərinin həlli barədə danışmış və razılıq almışdır. Həmçinin Leyla bu işi Bakı şəhərində yaşayan tanışı Şahid3 Əlirza oğlunun vasitəsi ilə həll edəcəyini, lakin bu işin həlli üçün, yəni Ali Məhkəmədə onun əri Asifin xeyirinə qərar qəbul edilməsi üçün 15000 manat pul verməli olduqlarını bildirmişdir. Leyla həmin vaxt o qədər əminliklə danışmışdır ki, Asif də Leylanın sözlərinə inanıb tələb olunan 15000 manat pulu düzəldib verəcəyini bildirmişdir. Bundan sonra Asif bu işi həll etmək üçün bir neçə gün ərzində dost-tanışdan, qohum-əqrabadan borc pul axtarmış, lakin Asif borc pul tapa bilmədiyi üçün məcbur olub 29 iyul 2022-ci il tarixdə Balakən şəhəri ərazisində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Bankı ASC-dən və Kapital Bank ASC-dən krediti götürmüşdür. Həmin tarixdə axşam saatlarında Asif yaşadıqları evə gedib üzərində olan, yəni Leylaya verməli olduğu 15000 manat pulun 4000 manatını evə qoymuş, qalan 11000 manat pulu üzərində saxlamış və onlar birlikdə Leylanın yaşadığı evə getmişlər. Həmin vaxt Leylanın qızı Fatima da evdə olmuşdur. Orada Asif üzərində olan 11000 manat pulu Leylanın qızı Fatimənin və onun yanında Leylaya vermiş, qalan 4000 manat pulu isə iş həll olunduqdan sonra verəcəyini bildirmişdir. Leyla da etiraz etmədən pulu Asifdən alıb sayaraq çantasına qoymuş, daha sonra mobil telefonla kiməsə zəng edərək danışmaq adı ilə evdən bayıra çıxmışdır. Lakin onlar Leylanın kimə zəng etdiyini və nə barədə danışdığını bilməmişlər. Bir qədər sonra Leyla geri qayıdıb səhəri gün Bakı şəhərinə gedəcəyini və işin həlli üçün pulu tanışı Şahid3 Əlirza oğluna verəcəyini bildirmişdir. Həmin vaxt əri Asif Bakı şəhərinə birlikdə getməyi, pulu Şahid3 birlikdə verməyi və özünü də Şahid3lə tanış etməsini Leyladan xahiş etmiş, lakin Leyla razılaşmamış və Şahid3 heç kimlə görüşmək istəmədiyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs sözlərinə inanmış və sağollaşıb oradan yaşadıqları evə qayıtmışlar. Həmin hadisədən bir gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək Bakı şəhərində olduğunu, pulu tanışı Şahid3 verdiyini və 15 sentyabr 2022-ci il tarixədək Ali Məhkəmədə onun əri Asifin xeyirinə qərar qəbul olunacağını bildirmişdir. Bundan sonra 04 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən ona zəng edərək 01 həftə sonra qaytarmaq şərti ilə özünə təcili 500 manat pul lazım olduğunu, verəcəkləri pulu 01 həftə sonra geri qaytaracağını, əks halda həmin 500 manat pulu onların Ali Məhkəmədəki işləri ilə bağlı əri Asifin əlavə verməli olduğu 4000 manat puldan çıxacağını bildirmişdir. O da bu barədə əri Asiflə danışmış, Asifdə razılaşaraq 04 avqust 2022-ci il tarixdə axşam saatlarında birlikdə yenidən Leylanın yaşadığı evə getmiş və orada Asif 500 manat pulu onun yanında Leylaya vermişdir. Həmin vaxt Leylanın qızı Fatima evdə olsa da, lakin Asif 500 manat pulu Leylaya verən zaman Fatima onların yanında olmamışdır. Əri Asif 500 manat pulu Leylaya verdikdən sonra həmin pulu borc qismində deyil, Ali Məhkəmədə olan işləri ilə bağlı əlavə verməli olduğu 4000 manatdan verdiyini bildirmişdir. Yəni iş həll olunduqdan sonra əri Asif Leylaya cəmi 3500 manat verməli imiş. Beləliklə, əri Asif Ali Məhkəmədə olan işlərinin həll olunması üçün Təqsirləndirilən şəxs ümumilikdə 11500 manat pul vermişdir. Həmin hadisədən bir neçə gün sonra Leyla ona zəng edərək Asifin verdiyi 500 manat pulu da işin həll olunması üçün tanışı Şahid3 verdiyini bildirmişdir. Aralarında olan razılaşmaya əsasən 15 sentyabr 2022-ci il tarixədək Ali Məhkəmədə əri Asifin xeyirinə qərar qəbul olunmalı və bundan sonra Asif qalan 3500 manat pulu Leylaya verməli imiş. Buna görə onlar 15 sentyabr 2022-ci il tarixədək gözləmişlər. Həmin müddət tamam olanda Asif Leylaya zəng edib işin nəticəsi barədə maraqlanmağa başlamış, Leyla da hər dəfə Asifi müxtəlif bəhanələrlə aldadaraq vaxtı uzatmağa başlamışdır. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2022-ci il tarixli qərarı ilə əri Asifin şikayəti təmin edilməmiş, yəni Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmışdır. Buna görə də əri Asif verdiyi 11500 manat pulu Leyladan geri qaytarmasını tələb etmiş, sonuncunun yalan vədlərinə inanıb iki bankdan pul krediti götürdüyünü, 2022-ci ilin oktyabr ayınadək aylıq kredit ödənişlərini yerinə yetirdiyini, artıq kredit ödənişlərini yerinə yetirə bilmədiyini və çıxılmaz vəziyyətdə olduqlarını bildirmişdir. Həmin vaxt Leyla 11500 manat pulu ən qısa zamanda geri qaytaracağını, həmçinin əri Asifə ziyan vurduğuna görə, əlavə olaraq kredit ödənişlərinin yerinə yetirilməsində onlara köməklik edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs kredit ödənişlərinə kömək etmək məqsədi ilə müxtəlif tarixlərdə hissə-hissə olmaqla onlara ümumilikdə 1550 manat pul göndərmişdir. Aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs Ali Məhkəmədə baxılan işin həlli üçün onun əri Asifin verdiyi 11500 manat pulu tam şəkildə geri qaytarmalı imiş. Lakin Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələrlə Asifi aldadaraq 11500 manat pulu geri qaytarmamış, buna görə əri Zərərçəkmiş şəxs 13 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində ərizə ilə Balakən Rayon Polis Şöbəsinə müraciət etmişdir. 28 aprel 2023-cü il tarixdə günorta saatlarından sonra əri Zərərçəkmiş şəxs ona zəng edərək Təqsirləndirilən şəxs ziyanın 500 manatını ödəmək istədiyini, buna görə İstintaq Bölməsinə dəvət olunduğunu, lakin işdə olduğuna görə gedə bilmədiyini demiş və onun İstintaq Bölməsinə gəlib pulu təhvil almasını xahiş etmiş, buna görə o, 28 aprel 2023-cü il tarixdə günorta saatlarından sonra İstintaq Bölməsinə gəlib 500 manat pulu Təqsirləndirilən şəxs təhvil almışdır. Buna görə hazırda əri Zərərçəkmiş şəxs 11000 manat məbləğdə maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tanışı Şahid3 Əlirza oğlunun anket məlumatları və ya istifadə etdiyi mobil telefon nömrəsi barədə ona heç bir məlumat verməmişdir. Leyla sadəcə ona tanışı Şahid3 Bakı şəhərində yaşadığını demişdi. X17 dəfələrlə həmin şəxsin kim olması barədə məlumat almaq istəsə də, həmçinin həmin şəxsin istifadə etdiyi mobil telefon nömrəsini öyrənmək istəsə də, Leyla bu barədə Asifə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Aynurə tanışlarıdır, anasına sistem vurmağa gəlirdi. Əvvəllər xəbəri olmayıb, sonra anasından Aynurənin onlara tez-tez gəlməsinin səbəbini soruşmuşdır. Anası Leyladan öyrənmişdir ki, Aynurə məhkəmə işinə görə onlara tez-tez gəlmişdir. Asifgil dəfələrlə anasının telefonu ilə Oqtayla danışıblar. Oqtayı axtarmaq üçün Asif anası ilə bir yerdə Bakıya gediblər. Asif anasına kredit götürdüyünü və pulu qaytarmaq üçün köməklik etməsini bildirmişdir. Oqtay göndərən səsləri eşitmişdir. Ümumilikdə Oqtaya 11000 manat pul verilmişdir. Bu pulların hamısının anasına verilib-verilmədiyini bilmir. Onun yanında anasına pul verilməyib. Anasının dediyinə görə bu məsələdən xəbərdardır. Anasının pulu Asifdən alıb Oqtaya verməsini dəqiq bilmir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Balakən rayonu Yeni Şərif kəndində pasport qeydiyyatında olsa da, hazırda ünvan 1 ünvanında anası Təqsirləndirilən şəxs və azyaşlı qızı X11 ilə birlikdə kirayədə yaşayır. Əvvəllər hər hansı bir psixi və ya fiziki xəstəliklər keçirməmişdir. Hazırda Balakən şəhəri Səttar Gözəlov küçəsində yerləşən ELMAS klinikasında tibb bacısı işləyir. Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri doğru deyil. Belə ki, o, anası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsində baxılan torpaq mübahisəsini Zərərçəkmiş şəxs xeyirinə həll etmək üçün sonuncudan 11500 manat pul aldığını bilir. Lakin o, anası Təqsirləndirilən şəxs kimin vasitəsi ilə iş gördüyünü bilmir və Şahid3 Əlirza oğlunu ümimiyyətlə tanımır. Həmçinin Zərərçəkmiş şəxs 29 iyul 2022-ci il tarixdə yaşadıqları evdə onun anası Təqsirləndirilən şəxs 11000 manat pul verən zaman o, evdə olmamış, belə bir hadisənin şahidi olmamış və həmin vaxt anasıgilin aralarında olan söhbətləri eşitməmişdir. O, sonradan anasından eşitmişdir ki, Zərərçəkmiş şəxs Ali Məhkəmədə olan işini öz xeyirinə həll etmək üçün anasına ümumilikdə 11500 manat pul vermişdir. Lakin Zərərçəkmiş şəxsla anası Təqsirləndirilən şəxs arasında olan söhbətlərdən onun məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 01 may 2023cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan, 03 may 2023-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan və təqsirdləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 03 may 2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdə saat 19.00-da şübhəli şəxs qismində tutulmuş, 03 may 2023-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, o, 03 may 2023-cü il tarixdə saat 19:00-da Balakən RPŞ-nin MSY-dən azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı müddət 2 gün təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə əsasında verilmiş xx.xx.2023-cü il tarixli 6 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (019)- 988/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh X6 qarşı alqı-atqı müqaviləsinin və onun əsasında verilmiş torpağa mülkiyyət hüququna dair reyestrndən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci X7 Rayon Məhkəməsinə ünvnalanmış xx.xx.2024-cü il tarixli 53-2/2-734 nömrəli məktubundan görünür ki, tərəflərindən Yasamal rayonu İnşaatçılar prospekti 5 (yataqxana) ünvanı yoxlanılmış, lakin vət. Şahid3 Əlirza oğlu həmin ünvanda aşkar edilməmişdir. Keçirilmiş tədbirlər nəticəsində vət.Şahid3 Əlirza oğlunun hal-hazırda yaşadığı ünvan barədə məlumat əldə etmək mümkün olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməli ilə bağlı vurduğu 11500 manat ziyanı qismən-5340 manat məbləğində ödəmiş, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə 6160 manat borclu qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində Ali Məhkəmədə baxılan mülki mübahisə ilə bağlı Zərərçəkmiş şəxs aldığı pulları tanışı Şahid3 Əlirza oğluna verməsi, onun bundan heç bir maddi marağının olmaması barədə verdiyi məlumatları əsassız hesab edərək, özünümüdafiə kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı pulları tanışı Şahid3 verməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu xüsusda məhkəmə müdafiə tərəfinin təqdim etdiyi DVD disklərini də mötəbər sübut saymır. Belə ki, həmin disklərin mötəbərliyi şübhə doğurmaqla həmin disklərdə ittihamın təkzibi ilə bağlı hər hansı mötəbər məlumatlar yoxdur. Bundan başqa Təqsirləndirilən şəxs ibtidai istintaqda təqsirləndirilən şəxs qismində verdiyi əlavə ifadəsində ona verilən ittiham üzrə özünü təqsirli bilmiş və Zərərçəkmiş şəxs aldığı 11500 manatı öz şəxsi ehtiyaclarına sərf etdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs vurduğu 11500 manat ziyandan 5340 manatını Zərərçəkmiş şəxs qaytarması da təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə 11500 manat pul aldığını və öz şəxsi ehtiyaclarına sərf etdiyini təsdiq edir. Məhkəmə, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən, vahid tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayət əməlini töərtmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikası CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlinin xeyli miqdarda törədilməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin o cümlədən 178-ci maddəsində «xeyli miqdar» dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 1-ci bəndinə görə törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Sözügedən Qərarın 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə, işdəki sübutlara hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsilə düzgün tövsif edilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdr. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, işin faktoloji hallarına və qanun normalarının tələbinə əsasən cinayət nəticəsində dəymiş ziyanı zərərçəkmiş şəxsə qismən ödəməsini və ilk dəfə cinayət əməli törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, bununla da kriminal meyilli şəxs olmaması, antisosial yönümün psixikasında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən ilk dəfə cinayət əməli törətməsi Təqsirləndirilən şəxs kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlataban əsas kimi qiymətləndirilməklə cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar vardır və onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-sü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cinayət nəticəsində dəyşmiş ziyanı zərərçəkmiş şəxsə qismən ödəməsi və ilk dəfə cinayət əməli törətməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 01 may 2023-cü il tarixdən 03 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti olaraq azadlığın məhdulaşdırılması cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən müdafiəçi qismində iştirakına xitam verilənədək məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X3 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 01 may 2023-cü il tarixdən 03 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X3 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Z.C.Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar