Məhkəmə qərarları › İş №1(019)-7/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-7/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-7/2025 06.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx *975-ci ildə Balakən rayonu Şərif kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Balakən rayonu Şərif kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.*-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun *3.*-ci maddəsində yaşıllıqların götürülməsini şərtləndirən hallar olmadan, habelə həmin Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 20*6cı il tarixli, 32* nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydasının” tələblərinə əməl etmədən, yəni yaşıllıqların götürülməsi üçün özünün bələdiyyəyə müraciəti, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi, eləcə də bələdiyyənin qərarı olmadan meşə fonduna daxil olmayan Balakən rayonu Şərif bələdiyyəsinə məxsus, eyni adlı kəndin ərazisində yerləşən 0.7 ha kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisinə aid torpaq sahəsindəki yalanqoz cinsindən olmaqla cəmi 2 ədəd ağacı qanunsuz olaraq kəsmək qərarına gəlmiş, bu məqsədlə 2023-cü ilin noyabr ayının ortalarında 0* ədəd 50 sm və 0* ədəd 70 sm diametrdə yalanqoz cinsindən olan köküstə yaş ağacları qanunsuz kəsərək təbiətə, bununla da ətraf mühitin qorunması və təbiətdən istifadənin təşkili sahəsində dövlət siyasətini həyata keçirən - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan 7 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinə xeyli miqdarda, yəni 2800 (iki min səkkiz yüz) manat dəyərində maddi ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.*-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, ifadəsində bildirmişdir ki, 2023-cü ilin noyabr ayında Balakən rayonu Şərif bələdiyyəsinin ərazisində yerləşən 3 ədəd ağac kəsmişdir. Ağacları kəsməzdən əvvəl Şərif bələdiyyəsinin sədri Şahid* şifahi şəkildə icazə almışdır. Çünki Şahid* Şərif bələdiyyəsinin ərazisində yerləşən həmin ağacları kəsmək istədiyini bildirdikdə, sonuncu həmin ağacların şəkillərini ona göstərməyini bundan sonra kəsə biləcəyini bildirmişdir. Daha sonra həmin ağacların şəkillərini ona göstərmişdir. Çünki qeyd etdiyi ağaclardan biri orta hissəsindən qırılmış, digər iki ədəd ağac isə çürümüş və baş hissədən qırılmış vəziyyətdə olmuşdur. Şahid* həmin şəkillərə baxdıqdan sonra ona ağacları kəsə biləcəyini bildirmişdir. Ağacları ona görə kəsmək istəyirmiş ki, qaynanası Zenfira Qıstarova tək yaşayırmış və evinə qaz çəkilmədiyi üçün oduncaq lazım olmuşdur. Dəymiş ziyandan 250 manat ödəniş etmişdir. Barəsində olan cinayət işinə xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. *4 yanvar 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hüquq məsələləri üzrə baş məsləhətçisi vəzifəsində işləyir. Balakən rayonu Şərif kənd sakini X* adından onun etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən “kəsilmiş ağac” barədə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış müraciəti yerində araşdırılmışdır. Araşdırma zamanı Balakən rayonu Şərif kəndinin ərazisində Şərif bələdiyyəsinə məxsus torpaq sahəsindən 2 ədəd köküstə yaş yalanqoz cinsindən olan ağacların kəsildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 20 may 2024-cü il tarixli 8504* nömrəli akta əlavə edilmiş “ziyanın hesablama cədvəli”ndə Balakən rayonu Şərif kəndinin ərazisində Şərif bələdiyyəsinə məxsus torpaq sahəsindən kəsilmiş 2 ədəd köküstə müxtəlif diametrlərdə yaş yalanqoz cinsindən olan ağaclara görə təbiətə dəymiş ziyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20*6-cı il 27 oktyabr tarixli 42* nömrəli qərarına əsasən 2800 (iki min səkkiz yüz) manat olduğu müəyyən edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi 2800 manat maddi ziyanın ödənilməsi ilə bağlı mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki iddianın qismən təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında şahid qismində dindirilmiş Şahid*, Şahid2 və Şahid* ibtidai istintaq zamanı verdiyi ifadələrinə uyğun ifadə vermişdirlər. Məhkəmə iclаsındа dövlət ittihаmçısı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 4*.3-cü maddəsini rəhbər tutaraq, 29 noyabr 2024-cü il tarixdə qəbul olunmuş, 29 dekabr 2024-cü il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanunu”na əsasən edilmiş dəyişikliyi nəzərə alaraq təqsirləndirilən şəхsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.*-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibindən imtina etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiə tərəfi hazırki cinayət işinə xitam verilməsinə etirazlarının olmadığını bildirmişlər. Cinayət işinin 29-34-cü vərəqələrində olan 24 avqust 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 3 ədəd yalanqoz cinsindən olan ağacların kəsildiyi yer Balakən rayonu Şərif kəndində yerləşir. Həmin ağacların yerləşdiyi torpaq sahəsi sıx ağaclarla örtülüdür. Kəsilmiş ağaclardan bir torpaq sahəsinin yan hissəsində setka hasara yaxın yerləşir. Kəsilmiş digər ağac isə bir-birindən təxminən 3 metr məsafədə olmaqla torpaq sahəsinin mərkəzinə doğru olmaqla sıx kolluq və ağaclıq ərazinin ortasında yerləşir. Kəsilmiş ağacların ikisinin orta hissəsi deşilmiş vəziyyətdədir. Qeyd olunan torpaq sahəsinin yan hissəsi setka hasarla bağlanmış digər torpaq sahəsi ilə qonşuluqdadır. Baxış açıq hava şəraitində gündüz vaxtı keçirilmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş, həmin foroşəkillər protokola əlavə edilmişdir. Cinayət işinin 8*-ci vərəqəsində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının *4 oktyabr 2024-cü il tarixli 9/7648 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş hesabat cədvəlində göstərilən Balakən rayonu Şərif kəndində yerləşən Şərif bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən 0* ədəd d=50 sm və 0* ədəd d=70 sm yalanqoz cinsinə aid ümumilikdə 02 ədəd ağacın kəsilməsi nəticəsində (tikinti və abadlaşdırma istisna olmaqla) təbiətə dəymiş ziyanın AR-nın Nazirlər kabinetinin 27.*0.20*6-cı il tarixli 42* nömrəli qərarına əsasən nəzəri qaydada 2800.0 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Cinayət işinin 87-88-ci vərəqələrində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi *8 saylı Zaqatala Ərazi İdarəsinin məktubundan görünür ki, Balakən rayonu Şərif kəndi ərazisində yerləşən torpaq sahəsində müxtəlif növlü ağacların kəsildiyi torpaq sahəsi Balakən rayonu Şərif bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisidir. Cinayət işinin **0-***-ci vərəqələrində olan qətimkаn tədbiri sеçilməsi haqqında 2* noyabr 2024-cü il tаriхli qərаrdаn görünür ki, Təqsirləndirilən şəxs bаrəsində başqa yerə getməmək haqqında iltizam qətimkаn tədbiri sеçilmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyandan 250 manat ödəniş edilmişdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 29 noyabr 2024-cü il tarixli Qanununa əsasən həmin Məcəllənin 259-cu maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi aşağıdakı redaksiyada verilmişdir:

2. Bu Məcəllənin 259.*-ci və 260.*-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ, 259.2.4-cü, 260.*-*-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə iyirmi min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, 259.4-cü, 260.*-2-ci və 260.4-cü maddələrində isə “xüsusilə külli miqdar” dedikdə əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.”; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *0.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.*.**-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 4*.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Həmin Məcəllənin 43.*.*-ci mаddəsinə əsasən dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə bахışının gеdişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinаyət Məcəlləsinin 259.*-ci maddəsi ilə irəli sürülmüş ittihamdan görünür ki, o, xeyli miqdarda, yəni 2800 (iki min səkkiz yüz) manat dəyərində maddi ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsmişdir. Göründüyü kimi həmin məbləğ beş min manatdan yuxarı olmadığından cinayət qanunu müddəalarının qüvvəsinə görə artıq həmin əməl cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas deyildir. Yuxarıda qeyd olunun maddi və prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə hеsаb еdir ki, Təqsirləndirilən şəxs Аzərbаycаn Rеspublikаsı Cinаyət Məcəlləsinin 259.*-ci mаddəsi ilə təqsirləndirilməsinə dаir cinаyət işi üzrə cinаyət təqibinə dövlət ittihаmçısı ittihamdan imtina etdiyi üçün xitam verilməlidir. Təqsirləndirilən şəxs inzibati məsuliyyət məsələsinə hüquqi qiymət verilməsi üçün qərarın və müvafiq materialların surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən Rayon Prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin *56.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildikdə şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Odur ki, Təqsirləndirilən şəxs bаrəsində sеçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv оlunmаlıdır. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 74-cü bəndinin 2-ci abzasına əsasən bəraət hökmü CPM-in 42.*.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.*.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Hazırki cinayət işi üzrə icraata xitam verildiyindən mülki iddia baxılmamış saxlanılmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin * fevral 200*-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin *93.2, *93.4-cü və *94-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 8 iş saatı sərf etmişdir. Məhkəmə hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabından 48 manat vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Yuхаrıdа göstərilənlərə əsаsən, hаbеlə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 4*.3, 43.*.*, 32*.2.*, 354.*.3 və 38*-385-ci mаddələrini rəhbər tutub məhkəmə

Q Ə R A R A A L D İ:

Təqsirləndirilən şəxs оğlunun Аzərbаycаn Rеspublikаsı Cinаyət Məcəlləsinin 259.*-ci mаddəsi ilə təqsirləndirilməsi ilə bağlı cinаyət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.*.*-ci maddəsinə əsasən хitаm vеrilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs inzibati məsuliyyət məsələsinə hüquqi qiymət verilməsi üçün qərarın və müvafiq materialların surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən Rayon Prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunsun. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 48 (qırx səkkiz) manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar