Məhkəmə qərarları › İş №1(019)-70/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-70/2021

15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-70/2021 15.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1963-cü ildə Balakən rayonunun Meşəşambul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi təsərrüfatla məşğul olan, məhkum olunmuş-Balakən Rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, məhkumluğu ödənilməmiş, Balakən rayonu Meşəşambul kəndində qeydiyyatda olan və yaşayan, barəsində Balakən Rayon Məhkəməsi tərəfindən 12.06.2021-ci il tarixdə 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş- Bazarov İsmayıl Nəcməddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsilə ittiham verilmişdir ona görə ki, o, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 2020-ci ilin mart ayının axırında Balakən rayonu Meşəşambul kəndindən axan Mazım çayının kənarında yabanı halda bitmiş 1 (bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən yığıb yaşadığı evdə gizlədib saxladığı 03 ədəd toxumlardan yararlı olan 01 ədəd toxumu 2021-ci ilin mart ayının 30-da Mazım çayının kənarında əkərək, həmin toxumdan cücərmiş 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərib, yetişdirməklə, kultivasiya etmiş, 2021-ci ilin iyun ayının 01-də əkib-becərərək yetişdirdiyi qurumuş halda olan həmin çətənə bitkisinin üzərindən yararlı hissələrini toplayıb, qəsdən, qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 120,00 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, bir ədəd sellofan torbaya doldurub daşıyaraq, yaşadığı evin həyindəki talvarın altına qoyulmuş divanın alt hissəsində şəxsi istehlak məqsədi ilə saxlamışdır. 10 iyun 2021-ci il tarixdə, saat 16 radələrində Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Balakən rayonu Meşəşambul kəndində yerləşən evinin həyətyanı torpaq sahəsində yerləşən talvara baxış keçirilən zaman talvarın altına qoyulmuş divanın alt hissəsində bir ədəd qara rəngli sellofan torbanın içindəki şəffaf rəngli sellofan torbada saxladığı 120,00 qram çəkidə kustar üsulla hazırlanmış həmin narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək, götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, Balakən rayonu Meşəşambul kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi təsərrüfatla məşğul olur. Balakən Rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, hazırda cəza çəkir. Psixi xəstəliklərdən əziyyət çəkməmişdir. Uzun illərdir ki, narkotik vasitələrdən istifadə edir. 2020-ci ilin mart ayının axırlarında Balakən rayonu Meşəşambul kəndindən axan Mazım çayına balıq tutmağa getdiyi zaman həmin çayın kənarında bitmiş bir ədəd qurumuş, əvvəlki ildən qalmış narkotik tərkibli çətənə bitkisinin üzərindən 03 ədəd toxumu yığıb, gətirib yaşadığı evdə gizlətmişdir. Həmin toxumları bu ilin mart ayının 30-da əkmək məqsədi ilə gizlətdiyi yerdən çıxartdıqda, toxumlardan ikisinin deşildiyini, bir ədədinin isə sağlam olduğunu görmüşdür. Sağlam olan bir ədəd toxumu 2021-ci ilin mart ayının 30-da Mazım çayının kənarında 2020-ci ildə tapıb və üzərindən 03 ədəd toxumu yığdığı bir ədəd çətənə bitkisinin tapıldığı yerdən bir qədər kənarda əkmişdir. Bir neçə dəfə gedib, əkdiyi toxumdan cücərmiş bir ədəd narkotik tərkibli çətənə bitkisinə qulluq etmişdir. 2021-ci ilin iyun ayının 1-də növbəti dəfə həmin bitkini əkdiyi yerə getdikdə bitkinin hündürlüyünün artıq özünün boyu qədər olduğunu, lakin tamamilə quruduğunu görmüşdür. Həmin bitkinin üzərindən yarayan qurumuş hissələrini toplayıb özü ilə apardığı qara rəngli sellofan torbaya doldurmuşdur. Evə gətirdikdən sonra həmin sellofan torbadan bir çəkimlik narkotik vasitə-qurudulmuş marixuananı götürüb, bir ədəd siqaretə doldurub çəkmiş, lakin keyfiyyətsiz olduğunu görmüşdür. Bir ədəd qara sellofan torbaya doldurduğu həmin narkotik vasitəni yaşadığı evin həyətindəki talvarın altına qoyulmuş divanın alt hissəsində gizlədib saxlamışdır. Bu barədə ondan başqa heç kimin məlumatı olmamışdır. Sonradan da həmin narkotik vasitədən cəmi bir dəfə, yəni bir çəkimlik narkotiki bir ədəd siqaretə dollduraraq, istifadə etmişdir. 2021-ci ilin iyun ayının 10-da polis əməkdaşları yaşadığı evin qarşısındakı küçəyə gələrək, onu yaşadığı evə və evin həyətyanı torpaq sahəsinə, yardımçı tikililərə baxış keçirilməsi barədə qərarla tanış etmişlər. Baxış keçirilməsinə etirazının olmadığını bildirərək, bu barədə ərizəni də polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ona yaşadığı evdə narkotik vasitə və ya qeyri-qanuni hər hansı bir əşya saxlayıb -saxlamaması barədə sual verdikdə, onlara yaşadığı evdə narkotik vasitə saxladığını bildirərək, onları birbaşa narkotik vasitəni saxladığı talvarın altına apararaq, orada divanın alt hissəsində bir ədəd qara rəngli sellofan torbada saxladığı narkotik vasitəni göstərmişdir. Həmin sellofan torba polis əməkdaşları tərəfindən götürülmüş və elektron tərəzidə çəkildikdə, çəkisi torba ilə birlikdə 127 qram olmuşdur. Aşkar edilmiş narkotik vasitəni saxlamaqda məqsədi özü üçün istifadə etmək olmuşdur. Başqa heç bir məqsədi olmamışdır. Aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən bir ədəd zərfə qablaşdırılaraq, götürülmüşdür. Yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilən zaman başqa heç bir qanunsuz əşya və narkotik vasitə aşkarlanmamışdır. Protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış fasiləsiz olaraq polis əməkdaşları tərəfindən videoqeydiyyata alınmışdır. Balakən RPŞ-də şübhəli şəxs qismində tutularkən hüquqlarını müdafiə etmək üçün seçdiyi vəkil Müdafiəçi iştirakı ilə ekspertiza rəyi ilə tanış olduqda ona aydın olmuşdur ki, yaşadığı evin həyətindəki talvarın altına qoyulmuş divanın alt hissəsindən özünün ora qoyduğu torbanın içərisindən aşkarlanmış özünün də narkotik vasitə hesab etdiyi bitki kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır və çəkisi 120,00 qramdır. Ekspert rəyi ilə razıdır. Yaşadığı ünvanda gizlətdiyi və polis əməkdaşları tərəfindən aşkarlanmış narkotik vasitə 120 qram olardı. Başqa heç bir yerdə narkotik vasitə saxlamır. Üzərindən yığıb qurudulmuş marixuana əldə etdiyi narkotik tərkibli çətənə bitkisini əkdiyi yeri göstərə bilər.Törətdiyi əməlini səmimi olaraq etiraf edir və bu əməlindən peşmandır. Gələcəkdə belə hallara yol verməyəcəkdir. Özü xəstədir. Himayəsində bir azyaşlı uşağı vardır. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 10.06.2021-ci il tarixdə Balakən rayonu Meşəşambul kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə ona məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün Balakən RPŞ-nin rəisinə həmin tarixdə raportla məruzə etmişdir. 10 iyun 2021-ci il tarixdə Balakən rayonu Meşəşambul kənd sakini Təqsirləndirilən şəxs evinə və həyətyanı torpaq sahəsinə keçirilən baxışda iştirak etmişdir. Baxışda ondan başqa X6, Təqsirləndirilən şəxs, RPŞ-nin PPXB-nin manqa komandiri Şahid2 və RPŞ-nin PPXB-nin polis nəfəri Arif Ağcayev iştirak etmişlər. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı evin həyət qapısına dəvət edilərək, evinə və həyətyanı torpaq sahəsinə baxış keçirilməsi barədə qərarla tanış edildikdə,o, baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. X6 Təqsirləndirilən şəxs müraciət edərək, ondan yaşadığı ünvanda narkotik vasitə və ya qanunsuz əşya saxlayıbsaxlamadığını soruşduqda, Təqsirləndirilən şəxs yaşadığı ünvanda «navesi»in altında narkotik vasitə saxladığını və narkotik vasitəni saxladığı yeri göstərə biləcəyini deyərək, həyətə daxıil olaraq, onları birbaşa həyətdəki talvarın altına aparmışdır. Talvarın altına qoyulmuş divanı qaldıraraq, onun altındakı qara rəngli sellofan torbanı götürüb, təqdim edərək, həmin sellofan torbanın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təhqiqatçının suallarına cavab olaraq həmin narkotik vasitəni çayın qırağında əkərək əldə etdiyini və öz istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli sellofan torbanı açdıqda, onun içərisində olan şəffaf sellofan torbanın içərisində qurudulmuş marixuanaya bənzəyən yaşıl rəngli, spesifik iyə malik bitki kütləsi aşkarlanmışdır. Aşkar edilmiş bitki kütləsi sellofan torbalarla birlikdə elektron tərəzidə çəkildikdə çəkisi 127 qram olmuş və bir ədəd kağız zərfə qablaşdırılaraq, üzəri möhürlənərək, götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı torpaq sahəsinə də baxış keçirilmişdir. Baxış zamanı heç bir qanunsuz əşya və ya narkotik vasitə aşkarlanmamışdır. Baxış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 10 iyun 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış 10.06.2021-ci il tarixdə Balakən rayonu Meşəşambul kəndində Təqsirləndirilən şəxs yaşadığı ünvanda saat 15:30-dan 16:10-dək olan müddət ərzində keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Baxış keçirilən yer Balakən rayonu Meşəşambul kənd sakini Təqsirləndirilən şəxs məxsus yaşayış evi, evin həyətyanı sahəsi və yardımçı tikililərdir. Daxil olmuş məlumat əsasında qeyd edilən yerə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ev kürsülü, bir mərtəbəli, 3 otaq giriş hissə, mətbəx və hamam otağından ibarətdir. Evin ön və arxa tərəfdən giriş-çıxış hissələri vardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs evində və evinin həyətyanı sahəsində hər hansı narkotik vasitə və ya qeyri-qanuni əşya və ya predmetin olub-olmaması barədə sual verildikdə, Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində olan navesdə narkotik vasitə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs evin həyətyanı sahəsində olan navesdəki bir ədəd çəhrayı rəngli üstündə müxtəlif rəngli adyallar olan divanın baş hissəsini qatlayaraq, divanın alt hissəsində olan qara rəngli sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbaya baxış keçirildikdə torbanın içərisində olan şəffaf rəngli sellofan torbada spesifik iyli, yaşıl rəngli qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. Həmin kütlə sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisi 127 qram təşkil etmişdir. Həmin kütlə bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb, möhürlənib, maddi sübut kimi götürülmüşdür. Bundan başqa həmin navesə, evə və evin həyətyanı sahəsinə baxış keçirilən zaman hər hansı narkotik vasitə və ya qeyri-qanuni əşya, predmet aşkar edilməmişdir. Evin arxa hissəsində dirrik sahəsində olan istixanada da hər hansı narkotik vasitə aşkar edilməmişdir. Baxış «Sony HP» markalı videokamera vasitəsi ilə görüntülənmişdir. Baxış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə, vəsatət və şikayət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 11 iyun 2021-ci il tarixli 17/420 nömrəli ekspert rəyində göstərilmişdir: Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki ....aşkar edilmiş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan torbanın içərisində olan 01 (bir) ədəd şəffaf rəngli sellofan torbada, təmiz çəkisi- 120,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi-120 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-119,95 qram. Ekspertiza tədqiqatının dəyəri 51,06 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla təqdqiq edilmiş Balakən rayon X2 Hüquqi Şəxsinin 16.06.2021-ci il tarixli, 120 nömrəli arayışından görünür ki, Bazarov X1 MRX-nın poliklinika şöbəsində psixiatriya kabinetində qeydiyyatda yoxdur. İşdə olan və məhkəmə iclasında elan olunmaqla təqdqiq edilmiş ambulator məhkəmə -narkoloji ekspertizanın 22 iyun 2021-ci il tarixli, 734 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 10 iyun 2021-ci il tarixli cinayət işi başlananadək şəxsi tutma haqqında protokoldan görünür ki, 10 iyun 2021-ci ildə saat 15:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 12 iyun 2021-ci il tarixli, 4(019)-47/2021 nömrəli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, həmin qərarla Bazarov İsmayıl Nəcməddin oğlu barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli 10 iyun 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli, 1 (019)- 75/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun 02 sentyabr 2020-ci il tarixdən 04 sentyabr 2020-ci il tarixə kimi tutulub saxlandığı 02 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılmış və üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, hazırda cəza səkir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 25 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2 və 237.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş 120 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 119,95 qramı maddi sübut kimi tanınaraq, saxlanması üçün Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD diski sübut kimi qiymətləndirilərək, cinayət işinə əlavə edilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İcra və Probasiya Şöbəsinin 12.07.2021-ci il tarixli, 291/3 nömrəli arayışından görünür ki, Balakən Rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli, 1 (019)-75/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs 18.11.2020-ci il tarixdə məhkum kimi Balakən rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatına götürülmüşdür. Beləliklə, işdəki sübutlarla Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməlini törətməsi təsdiq olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin qanunla təsdiq edilmiş narkotik vasitələrin siyahısında (İ siyahı) bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə, işdəki sübutları, işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Bazarov İsmyıl Nəcməddin oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə CM-nin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs Bazarov İsmyıl Nəcməddin oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs Bazarov İsmyıl Nəcməddin oğlu törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində cəzanı yüngülləşdirən hallar nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Balakən Rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli, 1 (019)- 75/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına və onun məhkumluğunun ödənilməməsinə baxmayaraq, onun əməli cinayətin residivini yaratmır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, Balakən Rayon Rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli hökmü ilə ona azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasına baxmayaraq, onun bu cəzanı çəkən müddətdə yenidən qəsdən cinayət törətməsini, bununla da onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun islah olunması və cəzanın digər məqsədlərinə nail olunması nöqteyi-nəzərindən daha məqsədəuyğundur. Həm də bu cəza törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə tam uyğun olmaqla, ədalətlidir. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli, 1(019)-75/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun 02 sentyabr 2020-ci il tarixdən 04 sentyabr 2020-ci il tarixə kimi tutulub saxlandığı 02 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılmış və üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, onun çəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması müəyyən edilmişdir. İşə əlavə olunan Balakən rayon İcra və Probasiya Şöbəsinin 12.07.2021-ci il tarixli, 291/3 nömrəli arayışından görünür ki, Balakən Rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli, 1(019)-75/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs 18.11.2020-ci il tarixdə məhkum kimi Balakən rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatına götürülmüşdür. Həmçinin iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 10 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Balakən Rayon Məhkəməsinin 12 iyun 2021-ci il tarixli qərarı ilə onun barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir və o, 10 iyun 2021-ci il tarixdən hazırki vaxtadək həbsdədir. Qeyd edilənlərdən müəyyən olunur ki, Bazarov X1 rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı 18.11.2020-ci il tarixdən tutulduğu 10 iyun 2021-ci il tarixədək Balakən Rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının 6 ay 22 gününü çəkmişdir və onun həmin hökm üzrə çəkilməmiş qalan 1 il 5 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzası vardır. İşin faktoloji hallarına istinad edən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli hökmlərin məcmusunu yaratdığından, ona Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbləri qaydasında cəza təyin edilməli, bu zaman yeni hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına Balakən Rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli, 1(019)-75/2020 nömrəli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 01 il 05 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 8 ay 17 gün müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanıb qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.2-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası CM-nin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: ...68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmçinin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 iyun 2021-ci il tarixdən şübhəli şəxs qismində tutulub hazırki günədək həbsdə saxlandığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 10 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxs Bazarov İsmayıl Nəcməddin oğluna təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Bazarov İsmayıl Nəcməddin oğluna azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlindiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 22 iyun 2021-ci il tarixli, 734 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyası olmadığının və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Bazarov İsmayıl Nəcməddin oğluna narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bazarov İsmayıl Nəcməddin oğlunun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon X2 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 51.06 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X5 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş 120 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 119,95 qramı məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxs Bazarov İsmayıl Nəcməddin oğlunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs Bazarov İsmayıl Nəcməddin oğlunun hüquqlarının müdafiəsinə 5 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən Rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşina Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki yeni hökm üzrə təyin edilmiş bu cəzaya Balakən Rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli, 1(019)-75/2020 nömrəli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 01 il 05 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1- 1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 8 ay 17 gün müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanıb qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Təqsirləndirilən şəxs 10 iyun 2021-ci il tarixdən şübhəli şəxs qismində tutulub hazırki günədək həbsdə saxlandığı müddət ona təyin edilən cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 10 iyun 2021-ci il tarixdən hesablansın. Bazarov İsmayıl Nəcməddin oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon X2 Hüquqi Şəxsinə göndərilsin. İş üzrə 51.06 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X5 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş 120 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 119,95 qramı məhv edilsin; Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən Rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar