Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-70/2023 03.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 oğlunun, müdafiəçi-Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1965-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində Balakən Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş və hazırda həbsdə olan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 178.2.2 və 178.2.4-cü maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin iyun-iyul aylarında tanışı Zərərçəkmiş şəxs1 öz əlaqələri vasitəsi ilə ünvan 3 ünvanının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsini özəlləşdirməkdə ona kömək edəcəyini yalandan vəd edərək etibarından sui-istifadə edib aldatma yolu ilə 2021-ci ilin iyun-iyul aylarında Bakı şəhəri Moskva prospekti 152-158 ünvanında yerləşən “Qədim Şəki” kafesində Zərərçəkmiş şəxs1 3500 (üç min beş yüz) manat pulunu, yalandan vəd etdiyi işin həll olunması üçün həmin işin davamı olaraq bir neçə gün sonra həmin kafedə Zərərçəkmiş şəxs1 6500 (altı min beş yüz) manat pulunu, yalandan vəd etdiyi işin həll olunması üçün həmin işin davamı olaraq bir neçə gün sonra Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsində Zərərçəkmiş şəxs1 2500 (iki min beş yüz) manat pulunu, yalandan vəd etdiyi işin həll olunması üçün həmin işin davamı olaraq bir neçə gün sonra həmin yerdə Zərərçəkmiş şəxs1 1500 (min beş yüz) manat pulunu, yalandan vəd etdiyi işin həll olunması üçün həmin işin davamı olaraq bir neçə gün sonra Bakı şəhəri Moskva prospekti 152-158 ünvanında yerləşən “Qədim Şəki” kafesində Zərərçəkmiş şəxs1 1500 (min beş yüz) manat pulunu, yalandan vəd etdiyi işin həll olunması üçün həmin işin davamı olaraq bir neçə gün sonra həmin yerdə Zərərçəkmiş şəxs1 800 (səkkiz yüz) manat pulunu, yalandan vəd etdiyi işin həll olunması üçün həmin işin davamı olaraq bir neçə gün sonra Bakı şəhəri Yasamal rayonu Moskva prospekti-9 ünvanında yerləşən “Qarabağ” kafesində Zərərçəkmiş şəxs1 2500 (iki min beş yüz) manat pulunu almaqla ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdarda-18800 (on səkkiz min səkkiz yüz) manat pulunu vahid niyyətlə alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X3 cəza çəkən məhkum, Balakən rayonu Mahamalar kənd sakini Şahid3 vaxtından əvvəl cəzadan azad etdirəcəyini sonuncunun arvadı Zərərçəkmiş şəxs2 İsimixan qızına yalandan vəd edərək etibarından sui-istifadə edib aldatma yolu ilə 2020-ci ilin dekabr ayında Balakən rayonu Mahamalar kəndinin ərazisində Balakən rayonu Mahamalar kənd sakini Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs2 17000 (on yeddi min) Azərbaycan manatına ekvivalent olan (2020-ci ilin dekabr ayına Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə görə) cəmi 10000 (on min) ABŞ dolları pulunu, yalandan vəd etdiyi işin həll olunması üçün həmin işin davamı olaraq bir neçə ay sonra 2021-ci ilin təxminən fevral ayında Balakən rayonu Mahamalar kəndinin ərazisində Balakən rayonu Mahamalar kənd sakini Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs2 3000 (üç min)manat pulunu, yalandan vəd etdiyi işin həll olunması üçün həmin işin davamı olaraq həmin hadisədən bir neçə ay sonra 2021-ci ildə Balakən rayonu Mahamalar kəndinin ərazisində Zərərçəkmiş şəxs2 2000 (iki min) manat pulunu, yalandan vəd etdiyi işin həll olunması üçün həmin işin davamı olaraq 2021-ci ilin dekabr ayında Balakən şəhəri H.Əliyev prospektində “Asan Xidmət” mərkəzi ilə üzbəüz yerləşən “L.M” kafesində Balakən rayonu Tülü kənd sakini Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs2 2000 (iki min) manat pulunu almaqla, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus xeyli miqdarda-24000 (iyirmi dörd min) manat pulunu vahid niyyətlə alıb ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, həmçinin zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işdə olan sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası və 400 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci ildə Şəki Rayon Məhkəməsinin qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələrinə tövsif edilərək cəzası 05 ilə endirilmiş və cəzası çəkilmiş hesab edilərək azad edilmiş, məhkumluğu ödənilmişdir. ünvan 8 ünvanda ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. 2021-ci ilin may və ya iyun ayında (dəqiq tarixini xatırlamır) tanışı Şahid5 onu öz tanışları Zərərçəkmiş şəxs1 və Şahid6 ilə Yasamal rayonu “20 Yanvar” adlanan ərazidə “Qədim Şəki” kafesində tanış etmişdir. Orxan görüşməzdən əvvəl ona həmin şəxslərin sənədləşmə işinin olduğunu və həmin işdə kömək istədiklərini demişdir. O da Orxana onu həmin adamlarla onların özləri ilə danışması üçün görüşdürməsini demişdir. Görüş zamanı Məcid ona Səbail rayonu Şeyx Şamil küçəsi -12 ünvanında özünə məxsus qeyri-yaşayış sahəsinin olduğunu və həmin obyekti özəlləşdirmək istədiyini bildirmişdir. Məcidə bu sahədə yüksək vəzifədə işləyən tanışlarının olduğunu, ona görə də kömək edə biləcəyini demişdir. Həmin obyekt faktiki olaraq Müsayibə aid olmuş, Müsayib Məcidə satmışdır. Obyekt faktiki Müsayibə məxsus olsa da, Müsayibin də həmin obyektə sahibliyini təsdiqləyən sənədləri olmamışdır. Obyektə aid olan sərəncamı və çertyoju həmin yerdə Məciddən götürmüş və 1-2 gün ərzində bu barədə məlumat toplayıb ona bildirəcəyini demişdir. Həmin vaxt onların aralarında pul söhbəti olmamışdır. Səhv etmirsə, bir neçə gün sonra Zərərçəkmiş şəxs1 hazırda xatırlamadığı mobil telefon nömrəsinə zəng edib, Müsayibdən almaq istədiyi Səbail rayonu Şeyx Şamil küçəsi -12 ünvanının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün 20000 (iyirmi min) manat pul lazım olduğunu, 18000 (on səkkiz min) manat pulu sənədin düzəlməsi ilə bağlı müəyyən ödənişlər etmək üçün verəcəyini, qalan 2000 (iki min) manat pulu isə özünə istədiyini ona bildirmişdir. Məcid ona 20000 (iyirmi min) manat pulun 10000 (on min) manatını əvvəldən, 10000 (on min) manatını isə sənədlər hazır olduqdan sonra verəcəyini demişdir. O da Məcidin bu təklifi ilə razılaşmışdır. 2021-ci ilin iyun-iyul aylarında (dəqiq ayı və tarixi xatırlamır) Məcidlə Yasamal rayonu 20 Yanvar adlanan ərazidə yerləşən “Qədim Şəki” kafesində görüşmüşlər. Məcidlə görüşə Orxanla getmiş, Məcid də özü ilə Müsayibi gətirmişdir. Həmin vaxt Məcid ona Orxanın və Müsayibin yanında 3500 (üç min beş yüz) manat pul vermişdir. Məcid qalan pulu da, yəni 6500 manat pulu da qısa vaxtda verəcəyini bildirmişdir. Həmin vaxtdan bir müddət sonra, yəni 2021-ci ilin iyun və ya iyul ayı olardı, yenə eyni qaydada Yasamal rayonu “20 Yanvar” adlanan ərazidə “Qədim Şəki” kafesində Məcidlə görüşmüşdür. Həmin vaxt o, Orxanla, Məcid də Müsayiblə gəlmişdir. Orxanın və Müsayibin yanında Məcid ona 6500 manat pul vermişdir. Bir neçə gün sonra Məcidlə əlaqə saxlayaraq, özündən asılı olmayan səbəblərə görə işin planlaşdırdığı kimi alınmadığını ona deyərək, iş düzələndən sonra vermək üçün danışdıqları 10000 (on min) manat pulu da əvvəldən istəmiş, yoxsa işin yarımçıq qalacağını, düzəlməyəcəyini demişdir. Məcid də işin düzəlməyəcəyindən narahat olaraq qalan 10000 (on min) manatı da hissə-hissə verməyə razılaşmışdır. 2021-ci ilin iyun və ya iyul ayında (dəqiq tarixləri xatırlamır) ünvan 9 ünvanında yerləşən “Space” teleradio şirkətinin arxasında Məcidlə görüşmüşdür. Hər dəfə Məcidlə görüşə gedəndə Orxanı da özü ilə aparmışdır. Məcid həmin vaxt tək gəlmişdir. Həmin yerdə Məcid ona 2500 (iki min beş yüz) manat pulu vermişdir. Məcid ona qalan pulu da tapıb verəcəyini bildirmişdir. Yenə üstündən bir neçə gün keçəndən sonra həmin yerdə, yəni Yasamal rayonu H.Cavid küçəsi-8 ünvanında yerləşən “Space” teleradio şirkətinin arxasında Məcidlə görüşmüşdür. Həmin vaxt Orxan da onunla olmuşdur. Məcid ona həmin yerdə 1500 manat pul vermişdir. İş barədə bir az söhbət edib ayrılmışlar. Bir müddət sonra, yəni 2021-ci ilin iyun və ya iyul ayında Yasamal rayonu “20 Yanvar” adlanan ərazidə “Qədim Şəki” kafesinə Orxanla birlikdə gedərək, həmin yerə Müsayiblə birlikdə gəlmiş Məcidlə görüşmüşdür. Həmin yerdə Məcid ona 1500 manat pul vermişdir. Bunun üzərindən yenə bir neçə gün keçəndən sonra yenə həmin “Qədim Şəki” kafesində Orxanla Müsayibin yanında Məcid ona 800 manat pul vermişdir. Yenə bir neçə gün keçəndən sonra həmin qaydada, yəni Orxanla birlikdə 20 Yanvar metrosunun yaxınlığında yerləşən “Azərbaycanfilm” kinostudiyasının yaxınlığında Məcidlə görüşmüşdür. Məcid də görüşə Müsayiblə gəlmişdir. Həmin yerdə Orxanla Müsayibin yanında Məcid ona 2500 manat pul vermişdir. Ümumilikdə Zərərçəkmiş şəxs1 faktiki olaraq Şahid6 məxsus olan qeyri-yaşayış obyektini özəlləşdirmək adı ilə 18800 manat pul almışdır. Həmin pulları heç kimə verməmiş, şəxsi ehtiyaclarına xərcləmişdir. 2015-ci ildə X3 cəza çəkdiyi zaman həmin vaxt orada cəza çəkən Balakən rayon sakini olan məhkum Şahid4 ilə tanış olmuşdur. Tərlanla yaxın yoldaşlıq münasibətləri yaranmışdır. 2020-ci ilin payız ayında (dəqiq ayı xatırlamır) həmin vaxt AR ƏN X3 cəza çəkən Şahid4 cəzaçəkmə müəssisəsindən ona zəng edərək cəzaçəkmə müəssisəsində həmyerlisi, Balakən rayon sakini Şahid3 cəza çəkdiyini, Şahid3 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini,Bəxtiyarla dostluq münasibətlərinin olduğunu bildirərək, onun cəzasının azaldılmasına kömək etməsini ondan xahiş etmişdir. Tərlan onun əvvəllər məhkəmə yolu ilə bir nəfərin cəzasının azaldılmasına kömək etdiyini bilmiş, bu barədə özü Tərlana demişdir. Ona görə də Şahid3 cəzasının azaldılmasına kömək etməyini Tərlan ondan xahiş etmişdir. Tərlana Şahid3 kömək edəcəyini bildirmişdir. Tərlanla bir neçə dəfə bu barədə telefon danışıqları olmuşdur. Şahid4 vasitəsi ilə Şahid3 apellyasiya şikayəti yazdırmışdır. Həmin şikayət ərizəsi də səhv olmuş, sonradan yenidən ərizə yazıldıqda artıq müddət keçmiş, Şahid3 Ali Məhkəməyə müraciət etməli olmuşdur. Şahid4la danışdıqları zaman Tərlana Ali Məhkəmədə xalası oğlunun işlədiyini, özünün də hüquqşünaslıqla məşğul olduğunu demişdir. Tərlan da bu barədə öz növbəsində Şahid3 demişdir. Əslində Ali Məhkəmədə qohumu işləmir, “xalaoğlu” sözünü şərti olaraq demişdir. Vəkil işlədiyini dediyini xatırlamır, lakin hüquqşünas işlədiyini demişdir. Tərlana Şahid3 cəzasının 03 il azaldılması üçün 20000 (iyirmi min) manat pul lazım olduğunu demişdir. Tərlan Bəxtiyarla danışdıqdan sonra həmin 20000 (iyirmi min) manatın 15 min manatını əvvəldən verməyə, qalan 5 min manatını isə iş düzələndən sonra verməyə razılaşmışlar. Bu barədə Tərlan ona demişdir. Həmin ərəfələrdə Şahid3la telefon əlaqəsi saxlayıbsaxlamadığını xatırlamır. Tərlan ona Bəxtiyarın dostu olan Şahid1 nömrəsini vermişdir. Şahid1la telefon əlaqəsi saxlayaraq, ona Şahid3 cəzasının səhv etmirsə 03 il azaldılması üçün ümumilikdə 20000 (iyirmi min) manat pul lazım olduğunu bildirmişdir. Şahid1 bildiyi qədər Şahid3la əlaqə saxladıqdan sonra ona 10000 (on min) ABŞ dolları, yəni 17000 (on yeddi min) manat pulu əvvəldən verəcəklərini, qalan 3000 (üç min) manatı isə Bəxtiyarın ona iş düzələndən sonra verəcəyini bildirmişdir. 2020-ci ilin təxminən dekabr ayında (dəqiq vaxtı xatırlamır) Şahid3 Balakən rayonunda yerləşən evinin qarşısında İlham adlı şəxslə görüşüb 10000 (on min) ABŞ dollarını Şahid3 vaxtından əvvəl həbsdən azad etdirmək üçün Şahid1 götürmüşdür. Həmin pulu taksinin içində Şahid1 ona vermişdir. Həmin vaxt Şahid3 işinin 5-6 ay ərzində düzələcəyini, yəni həbsdən azad olunacağını Şahid1 bildirmiş, çünki özü də elə fikirləşmişdir. Şahid1 pulu ona verdiyi zaman pulu ona verdiyini təsdiqləmək üçün hər ikisi öz xəttləri ilə pulun verildiyini yazaraq imzalamışlar. 10000 (on min) ABŞ dollar pulu Şahid3 işini düzəltmək üçün götürdüyünü imzalayıb təsdiqləmişdir. Bəxtiyarın evinin qarşısından Balakən şəhəri «Asan Xidmət» mərkəzinin yanında yerləşən kafeyə (çayxanaya) getmişlər. Orada olan Şamil adlı şəxsə də Bəxtiyarın həbsdən vaxtından tez buraxılması üçün 10000 (on min) ABŞ dolları pulun ona verildiyini bildirmişlər. Həmin pulu cibindən çıxararaq Şamil adlı şəxsə də göstərmişdir. Pulun ona verildiyini gördüyünü yazılı şəkildə təsdiq etməyini Şamil adlı şəxsdən xahiş etmişlər. O da öz xətti ilə 10000 (on min) ABŞ dolları pulun ona verildiyini gördüyünü yazaraq imzalamışdır. Həmin şəxslərin hər ikisinə «narahat olmayın, Bəxtiyarı yaxın vaxta çıxardıram» demişdir. Həmin şəxslərə özünün vəkil olduğunu dediyini xatırlamır. Səhv etmirsə, onlara hüquqşünas olduğunu demişdir. 10000 (on min) ABŞ dolları pulla, onun və İlhamın şəxsiyyət vəsiqələri və pulun verilməsi ilə bağlı yazılmış kağızın fotoşəkillərini də İlham çəkmişdir. Həmin hadisədən bir neçə ay keçdikdən sonra (dəqiq tarixini xatırlamır) yenidən Şahid1la əlaqə saxlayaraq işin düzəlməsi üçün 3000 (üç min) manat pul lazım olduğunu bildirmişdir. Şahid1 bu barədə Şahid3 da demişdir. Şahid3 özü ilə və ya Şahid4 ilə əlaqə saxlayaraq, həmin 3000 (üç min) manat pulla bağlı danışdığını xatırlamır. Həmin günlərdə (2021-ci ilin qış ayları idi, lakin dəqiq ayı və tarixi xatırlamır) Balakən rayonu Mahamalar kəndində küçədə Şahid1la görüşüb 3000 (üç min) manat pulu ondan götürmüşdür. Görüşdükləri zaman da Şahid1 Bəxtiyarın azadlığa buraxılması ilə bağlı işlə məşğul oluğunu və yaxın vaxtda bu işin nəticə verməli olduğunu bildirmişdir. İlhama həmin vaxt Bəxtiyarın yanına cəzaçəkmə müəssisəsinə getməyi və vəkil işləməyi ilə bağlı nəsə deyib-demədiyini xatırlamır. Həmin vaxtdan sonra Şahid1la görüşməmiş, arada İlham ona zəng vurub Bəxtiyarın işi ilə maraqlanmışdır. O da İlhama işin düzələcəyini bildirmişdir. Təxminən bir neçə ay sonra yenidən Şahid3la əlaqə saxlayaraq işin düzəlməsi üçün əlavə də 2000 (iki min) manat pul lazım olduğunu bildirmişdir. Şahid3 özü ilə birbaşa əlaqə saxladığını və ya Şahid4 vasitəsi ilə onunla əlaqə saxladığını üzərindən çox müddət keçdiyinə görə hazırda xatırlamır. Şahid3 2000 (iki min) manatı verməyə razı olduqdan sonra Bəxtiyarın həyat yoldaşı Zərərçəkmiş şəxs2 ilə telefon əlaqəsi yaradaraq, Balakən rayonu Mahamalar kəndinə Şahid3 evinə getmişdir. Zərərçəkmiş şəxs2 onu yaşadığı evin həyətinə dəvət etmiş və həyətdə Zərərçəkmiş şəxs2 2000 (iki min) manat pulu götürmüşdür. Zərərçəkmiş şəxs2 ondan əri Şahid3 işi ilə maraqlandıqda işin yaxşı olacağını, ərinin işinin düzələcəyini, məhkəmənin olacağını bildirmişdir. Bir neçə ay sonra 2021-ci ilin payız aylarından birində yenidən Şahid3la əlaqə yaradaraq işin düzəlməsi üçün, yəni vaxtından əvvəl azadlığa buraxılması üçün əlavə də 2000 (iki min) manat pul lazım olduğunu bildirmişdir. Ona birinci dəfə 10000 (on min) ABŞ dolları pulu götürdüyü zaman sənədi imzalamış Şamil adlı şəxsin həmin 2000 (iki min) manat pulu verəcəyini demişlər. Səhv etmirsə, bu barədə, yəni pulu Şamilin verəcəyi barədə ona Zərərçəkmiş şəxs2 demişdir. 2021-ci ilin soyuq payız ayında (dəqiq vaxtı xatırlamır) Balakən şəhəri “Asan xidmət” mərkəzinin yaxınlığında yerləşən həmin Şamil alı şəxsin olduğu kafeyə yolüstü taksi ilə gələrək, həmin kafedə Şamildən Bəxtiyarın işini düzəltmək adı ilə 2000 (iki min) manat pulu da götürmüşdür. Onunla gələn taksi sürücüsünün kim olduğunu xatırlamır, yolüstü taksi ilə gəlmişdir. Həmin şəxs də onunla birlikdə kafeyə daxil olmuşdur. Həmin taksi sürücüsünü tanımır. Ümumilikdə Şahid1 10000 (on min) ABŞ dolları (yəni 17000 manat) və 3000 (üç min) manat, Zərərçəkmiş şəxs2 2000 (iki min) manat, Şamil adlı şəxsdən 2000 (iki min) manat olmaqla Zərərçəkmiş şəxs2 məxsus olan cəmi 24 000 (iyirmi dörd min) manat pulu almışdır. Zərərçəkmiş şəxs1 əldə etdiyi həmin 18800 (on səkkiz min səkkiz yüz) manat pulu hər hansı bir şəxsə vermək məqsədi ilə almamış, 18800 (on səkkiz min səkkiz yüz) manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs1 almaq istədiyi qeyri-yaşayış sahəsini özəlləşdirilməsi məqsədi ilə rəsmi olaraq heç bir yerə müraciət etməmişdir. Əmlak Məsələləri üzrə Dövlət Xidmətində heç bir tanışı yoxdur və olmamışdır. Bu barədə sözgəlişi, Məcidi inandırmaq üçün demişdir. Zərərçəkmiş şəxs2 məxsus olan əldə etdiyi həmin 24000 (iyirmi dörd min) manat pulu hər hansı bir şəxsə vermək fikri olmamışdır. Şahid3 cəzasının azaldılması üçün şəxsən heç bir yerə müraciət etməmişdir. Şahid3 özü apellyasiya şikayəti vermişdir. Həmin şikayət gecikdiyinə görə Ali Məhkəməyə müraciət etmişdir. Ordan da səhv etmirsə, müddət keçmə ilə bağlı şikayətinə baxılmamışdır. Zərərçəkmiş şəxs2 məxsus olan əldə etdiyi həmin 24000 (iyirmi dörd min) manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs2 məxsus olan əldə etdiyi həmin 24000 (iyirmi dörd min) manat puldan nə Tərlana, nə də başqa heç kimə verməmişdir. Pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir.Şahid4 məqsədi Şahid3 kömək etmək olmuşdur. Bu işdə Tərlanın heç bir maddi marağı olmamışdır. Tərlana buna görə pul verməmiş, gələcəkdə pul verməyi də vəd etməmişdir. Şahid5 yoldaş olaraq özü ilə aparmışdır. Şahid5 ilə bu işdə heç bir əlbirliyi olmamışdır. Orxan onu Məcid və Müsayiblə tanış etmişdir. O, Zərərçəkmiş şəxs1 vurduğu 18800 (on səkkiz min səkkiz yüz) manat məbləğində ziyanı könüllü olaraq tamamilə Zərərçəkmiş şəxs1 ödəmiş və onunla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxs1 ona qarşı heç bir tələb və şikayəti yoxdur. X4 vurulan 24000 manat ziyanı isə ona ödəyə bilməmiş və həmin zərərçəkmiş şəxslə barışıq əldə edə bilməmişdir. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bu halların ona cəza təyin edilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Balakən rayonu Mahamalar kəndində ailəsi ilə birlikdə yaşayır. Evdar qadındır. Əri Şahid3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə 2019-cu ilin noyabr ayında Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2020-ci ilin dekabr ayında yoldaşının vaxtından əvvəl azadlığa çıxması üçün vəkil axtarmışlar. Həmin vaxt yoldaşı cəza çəkdiyi X2 zəng edərək özü ilə birlikdə cəzaçəkmə müəssisəsində olan Balakən rayonu Gərəkli kənd sakini Şahid4 Şərafəddin oğlunun vasitəsi ilə Şəki rayonundan Təqsirləndirilən şəxs adlı şəxsi vəkil kimi tapdığını və həmin şəxsin vaxtından əvvəl onun cəzadan azad olunmasına kömək edəcəyini, buna görə də Vüqar adlı həmin şəxsə 10000 (on min) ABŞ dolları verməli olduğunu bildirmişdir. Təxminən bir neçə gün sonra yoldaşı Bəxtiyar zəng edərək, Vüqar adlı həmin şəxsin gəldiyini və ona 10 min ABŞ dollarını verməyini demişdir. Qadın olduğuna görə qonşusu və yoldaşı ilə yaxın münasibətdə olan Şahid1 10 min ABŞ dollarını ondan götürüb Vüqar adlı həmin şəxsə verməyini xahiş etmişlər. Yoldaşı özü də həbs yerindən zəng edib 10 min ABŞ dollarını ondan götürüb Vüqar adlı şəxsə verməyini İlhamdan xahiş etmişdir. 2020-ci ilin dekabr ayının ortalarında (dəqiq tarixini xatırlamır) özünü yoldaşının vəkili olaraq təqdim edən Təqsirləndirilən şəxs adlı şəxs yaşadıqları evin qarşısındakı küçəyə gəlmiş və Şahid1 ona verdiyi 10000 (on min) ABŞ dolları pulu Təqsirləndirilən şəxs vermişdir. O, özü də həmin vaxt qapının yanında dayanıb onlara baxmışdır. İlham da öz növbəsində gəldiyi maşının arxa oturacağına əyləşib əllərində sübut olsun deyə həmin pulun Təqsirləndirilən şəxs tərəfindən götürülməsi ilə bağlı hərəsi tərəfindən əlyazma ilə yazılmış vərəqənin şəklini çəkmişdir. 10000 (on min) ABŞ dolları pulu Təqsirləndirilən şəxs verdiyi vaxtdan təxminən 2 ay sonra, 2021-ci ilin fevral ayında (dəqiq tarixini xatırlamır) həyat yoldaşı Bəxtiyar ona zəng etdiyi zaman 10000 (on min) ABŞ dolları pulun yetərli olmadığını və Təqsirləndirilən şəxs əlavə olaraq 3000 (üç min) manat pul verməli olduğunu bildirmişdir. Yenidən eyni qaydada pulu ondan götürüb Təqsirləndirilən şəxs verməyini Şahid1 xahiş etdiyini də demişdir. O elə həmin günlərdə 3000 (üç min) manat pulu Şahid1 vermiş, o da öz növbəsində həmin pulu Balakən rayonu Mahamalar kəndinin ərazisində Təqsirləndirilən şəxs vermişdir. Bu barədə ona Şahid1 bildirmişdir. 3000 (üç min) manat pulu verdiyi vaxtdan bir neçə ay sonra (dəqiq tarixi xatırlamır) yoldaşı cəzaçəkmə müəssisəsindən zəng edərək, yenidən Təqsirləndirilən şəxs həmin iş üçün 2000 (iki min) manat pul verməli olduğunu bildirmişdir. Yoldaşı ilə danışdıqdan sonra təxminən ertəsi gün Təqsirləndirilən şəxs istifadəsində olan səhv etmirsə 070 *** ** ** mobil telefon nömrəsindən onun istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq, özünü həyat yoldaşı Şahid3 vəkili kimi təqdim edərək gəldiyini, evin qarşısında olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona iki müxtəlif nömrədən zəng etmişdir. Hər iki nömrə «070» ilə başlamışdır. O da Təqsirləndirilən şəxs həyətə dəvət etmişdir. Yaşadığı evin həyətində Təqsirləndirilən şəxs 2000 (iki min) manat pul vermişdir. Təqsirləndirilən şəxs pulu ondan götürüb tələsik getmək istədikdə Vüqara «Elə gəlirsiz, pulu götürüb gedirsiniz. Heç nə demirsiniz. Bu işin axırı nə olacaq?» demişdir. Vüqar da öz növbəsində «bu iş rahat iş deyil, tez alınan iş deyil, məhkəmə ilə olan işdir, darıxmayın, biz də ondan ötrü çalışırıq, dekabrın axırı məhkəmə olacaq, Bəxtiyar 100 faiz buraxılacaq» demişdir. Həmin vaxtdan yenə bir neçə ay keçdikdən sonra (dəqiq tarixi xatırlamır) yoldaşı yenə həmin qaydada ona zəng edərək azadlığa buraxılmağı üçün əlavə olaraq vəkili Təqsirləndirilən şəxs yenə 2000 (iki min) manat pul verməli olduğunu bildirmişdir. Bəxtiyar ona həmin 2000 manat pulu dostu Şahid2 verməyini bildirmiş və Təqsirləndirilən şəxs pulu taksi vasitəsi ilə Şamildən götürəcəyini demişdir. O da 2000 (iki min) manat pulu Şahid2 vermiş, Şamil də həmin pulu öz növbəsində Təqsirləndirilən şəxs özünə vermişdir. Bu barədə ona Şahid2 bildirmişdir. Ümumilikdə həyat yoldaşı Şahid3 azadlıqdan məhrum etmə cəzasından buraxdırmaq üçün özünü vəkil kimi təqdim etmiş Təqsirləndirilən şəxs adlı şəxsə 10000 (on min) ABŞ dolları, 3000 (üç min) manat, 2000 (iki min) manat və 2000 (iki min) manat olmaqla cəmi 24000 (iyirmi dörd min) manat pul vermişlər. İlk dəfə 10000 (on min) ABŞ dolları pulu verdikdə də Şahid2 bu barədə məlumatı olmuş və pulun Təqsirləndirilən şəxs verilməsi barədə vərəqəni imzalamışdır. 2021-ci ilin dekabr ayında vəkil hesab etdiyi Təqsirləndirilən şəxs ilə istifadəsində olan 050 *** ** ** və 050 *** ** ** mobil telefon nömrələri ilə əlaqə saxlayaraq yoldaşının işi ilə daha çox maraqlanmağa başlamışdır. Təqsirləndirilən şəxs ona dekabr ayının 25-də yoldaşının məhkəməsinin olacağını, məhkəmənin onların xeyrinə bitəcəyini, yeni ildə yoldaşının artıq evdə olacağını bildirmişdir. Artıq iş uzandıqda və yoldaşı da buraxılmadıqda bacısı oğlu Şahid7 vasitəsi ilə Təqsirləndirilən şəxs vəkil olmadığını öyrənmiş, lakin Təqsirləndirilən şəxs bu barədə bildirməmişlər. Bildirməməkdə məqsədləri yavaş-yavaş pulu geri almaq olmuşdur. Bununla bağlı həm bacısı oğlu Şahid7, həm də o, Təqsirləndirilən şəxs ilə danışmışlar. Təqsirləndirilən şəxs vəkil olmadığı onlara artıq 2021-ci ilin dekabr ayının sonunda məlum olmuşdur. Bu barədə məlumatı bacısı oğlu Şahid7 Şəki rayon Vəkil Bürosundan əldə etmişdir. «Vatsap» da səs yazıları da vardır. Həmin səs yazılarında da Vüqar özünü onlara vəkil kimə təqdim edir. Vüqar özünü onlara Bəxtiyarın vəkili kimi təqdim etdiyinə görə ona inanıb 24000 manat pulu vermişdir. Təqsirləndirilən şəxs də öz növbəsində onun etibarından istifadə edərək pullarını ələ keçirmişdir. Təqsirləndirilən şəxs pullarını geri tələb etdikdə pulu qaytaracağını bildirsə də, hazırki vaxta qədər bir qəpik də olsa pulu qaytarmamışdır. Təqsirləndirilən şəxs ona şikayət edəcəyi təqdirdə əllərinə heç nə keçməyəcəyini, uzağı məhkəmə qərarı ilə onlara ayda 50 manat pul ödəyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona vurduğu 24000 manat ziyanı ona qaytarmamış və onunla barışıq əldə etməmişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir və Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Balakən rayonu Mahamalar kəndində ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Qonşusu Şahid3 2019-cu ilin noyabr ayında narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunmuşdur. Təxminən 2020-ci ilin dekabr ayında (dəqiq tarixi xatırlamır) qonşusu Şahid3 cəzaçəkmə müəssisəsindən ona zəng edərək, vəkil Təqsirləndirilən şəxs adlı şəxsin onun vaxtından əvvəl azadlığa çıxma məsələsini həll edəcəyini, bu işdə Təqsirləndirilən şəxs özünün vəkili olacağını bildirərək, həyat yoldaşı Zərərçəkmiş şəxs2 10000 (on min) ABŞ dolları pulu götürərək, azadlığa çıxarılma məsələsinin həll olunması üçün vəkil Təqsirləndirilən şəxs verməyini xahiş etmiş və həm də onun nömrəsini Təqsirləndirilən şəxs verəcəyini bildirmişdir. Şahid3 xahişini qəbul etmişdir. Həmin gün Təqsirləndirilən şəxs adlı şəxs ona zəng edərək, Balakən rayonuna gəldiyini bildirmişdir. O da Zərərçəkmiş şəxs2 ilə görüşüb ondan 10000 (on min) ABŞ dollarını götürmüşdür. Zərərçəkmiş şəxs2 evinin qarşısında özünü vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs adlı şəxslə görüşüb, Zəminənin ona verdiyi 10000 (on min) ABŞ dollarını Şahid3 vaxtından əvvəl həbsdən azad etdirmək üçün Təqsirləndirilən şəxs vermişdir. Həmin pulu taksinin içində Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona Şahid3 işinin 5-6 ay ərzində düzələcəyini, yəni həbsdən azad olunacağını bildirmişdir. Əvvəldən onunla bu barədə danışmadığına görə Şahid3 hansı qaydada, necə buraxılacağı ilə bağlı ona suallar verməmiş, ümumi olaraq soruşmuşdur. Pulu Təqsirləndirilən şəxs verdiyi zaman hər ehtimala qarşı pulu ona verdiyini təsdiqləmək üçün hər ikisi öz xəttləri ilə pulun verildiyini yazaraq imzalamışlar. Həm də yazdığı vərəqədə pulun məhkəməylə bağlı Bəxtiyara görə verildiyini də qeyd etmişdir. Bəxtiyarın evinin qarşısından tanışı Şahid2 işlətdiyi Balakən şəhəri «Asan Xidmət» mərkəzinin yanında yerləşən çayxanaya getmişlər. O da, Təqsirləndirilən şəxs özü də Təqsirləndirilən şəxs Şahid3 vəkili olduğunu və Bəxtiyarın həbsdən vaxtından tez buraxılması üçün Vüqara 10000 (on min) ABŞ dolları pulun verildiyini Şamilə bildirmişlər. Həmin pulu özünü vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs cibindən çıxararaq, Şahid2 göstərmişdir. Pulun Təqsirləndirilən şəxs verildiyini gördüyünü yazılı şəkildə təsdiq etməyini Şahid2 xahiş etmişlər. Şahid2 də öz xətti ilə 10000 (on min ABŞ dolları pulun Təqsirləndirilən şəxs verildiyini gördüyünü yazaraq imzalamışdır. Özünü vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs adlı şəxs hər ikisinə «narahat olmayın, Bəxtiyarı yaxın vaxta çıxardıram» demişdir. Həmin hadisədən bir neçə ay keçdikdən sonra (dəqiq tarixini xatırlamır) Şahid3 cəzaçəkmə müəssisəsindən zəng edərək, yenidən eyni işlə bağlı olaraq Təqsirləndirilən şəxs 3000 (üç min) manat pul verilməli olduğunu bildrib, həmin pulu həyat yoldaşı Zərərçəkmiş şəxs2 götürüb Təqsirləndirilən şəxs verməyini xahiş etmişdir. Artıq birinci dəfə pul verilən vaxtdan sonra Təqsirləndirilən şəxs ilə aralarında telefon əlaqəsi yaranmışdı. Bəxtiyarın zəngindən sonra Təqsirləndirilən şəxs zəng edərək, ona 3000 manat pulla bağlı deyilib-deyilmədiyini soruşduqda, o da bu barədə Bəxtiyarın dediyini bildirmişdir. Zərərçəkmiş şəxs2 3000 (üç min) manat pulu götürüb, Balakən rayonu Mahamalar kəndində yaşadığı evin qarşısındakı küçənin başında Təqsirləndirilən şəxs ilə görüşüb, həmin pulu ona vermişdir. Görüşdükləri zaman Təqsirləndirilən şəxs ona Bəxtiyarın vəkili olduğunu, Bəxtiyarın yanına gedib-gəldiyini, onun azadlığa buraxılması ilə bağlı işlə məşğul olduğunu və yaxın vaxtda bu işin nəticə verəcəyini bildirmişdir. Həmin vaxtdan sonra o, Təqsirləndirilən şəxs görməmiş, onunla arada telefon əlaqəsi yaradaraq, Bəxtiyarın işi ilə maraqlanmışdır. Hər dəfə də Vüqar özünü vəkil kimi təqdim edərək, tezliklə Bəxtiyarın işinin həll olunacağını bildirmişdir. Onun Zərərçəkmiş şəxs2 götürüb Təqsirləndirilən şəxs verdiyi 10000 (on min) ABŞ dolları və 3000 (üç min) manatdan başqa sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 2000 (iki min) manat və Şahid2 vasitəsilə yenidən Zərərçəkmiş şəxs2 2000 (iki min) manat pul götürməsi barədə məlumatı olmuşdur. Bu barədə ona Zərərçəkmiş şəxs2 və Şahid2 bildirmişlər. Təqsirləndirilən şəxs cəmi 3 dəfə- birinci dəfə 2020-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 götürüb 10000 (on min) ABŞ dolları pulu verdiyi zaman, ikinci dəfə həmin vaxtdan bir neçə ay sonra Zərərçəkmiş şəxs2 3000 (üç min) manat pulu götürüb Təqsirləndirilən şəxs verdiyi zaman, üçüncü dəfə isə Balakən rayon prokurorluğuna izahat verdikdən bir neçə gün sonra görmüşdür. Sonuncu dəfə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gələrək götürdüyü pulları qaytarmaq üçün 2022-ci ilin may ayının 25-dək və ya 20-dək möhlət vermələrini xahiş etmişdir. Təqsirləndirilən şəxs onunla tanış olduğu vaxtdan axıra kimi özünü vəkil kimi təqdim etmiş və Şahid3 vəkili olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Balakən rayonu Tülü kəndində ailəsi ilə birlikdə yaşayır. Balakən şəhəri H.Əliyev prospektində «Asan Xidmət» mərkəzi ilə üzbəüz çayxana işlədir. Şahid3 tanışıdır. 2020-ci ilin dekabr ayında (dəqiq tarixini xatırlamır) Bəxtiyarın qonşusu, onun da tanışı olan Şahid1 Təqsirləndirilən şəxs adlı şəxslə birlikdə işlətdiyi çayxanaya gəlmişlər. Hər ikisi ona Təqsirləndirilən şəxs Şahid3 vəkili olduğunu və Bəxtiyarın həbsdən vaxtından tez buraxılması üçün Vüqara 10000 (on min) ABŞ dolları pulun verildiyini bildirmişlər. Həmin pulu özünü vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs onun yanında cibindən çıxararaq göstərmişdir. Hər ikisi ondan pulun Təqsirləndirilən şəxs verildiyini gördüyünü yazılı şəkildə təsdiq etməyini xahiş etmişlər. O da öz xətti ilə «Mən, Şahid2 bu müqavilədə iştirak etdim. Vüqarın 10000 (on min) dollar aldığını gördüm» yazaraq imzalamışdır. Özünü vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs adlı şəxs ona və İlhama «narahat olmayın, Bəxtiyarı yaxın vaxta çıxardıram» demişdir. Həmin vaxtdan təxminən bir il keçdikdən sonra 2021-ci ilin payızında Şahid3 cəza çəkdiyi yerdən ona zəng edərək, həyat yoldaşı Zərərçəkmiş şəxs2 2000 (iki min) manat pulu götürüb vəkil Təqsirləndirilən şəxs verməyini xahiş etmişdir. Bəxtiyar ona pulu həmin işlə əlaqədar olaraq əlavə verməli olduğunu və ertəsi günü vəkil Təqsirləndirilən şəxs gəlib pulu ondan götürəcəyini bildirmişdir. Bəxtiyarın zəngindən yarım saat keçdikdən sonra onun yaşadığı Balakən rayonu Mahamalar kəndindəki evinə gedib həyat yoldaşı Zərərçəkmiş şəxs2 2000 manat pulu götürmüşdür. Ertəsi gün səhər saat 11 radələrində özünü vəkil Təqsirləndirilən şəxs kimi təqdim edən həmin şəxs tanımadığı başqa bir şəxslə birlikdə Balakən şəhəri H.Əliyev prospektində yerləşən işlətdiyi çayxanaya gələrək, Şahid3 xahişi əsasında Zərərçəkmiş şəxs2 ona verdiyi 2000 manat pulu ondan götürmüşdür. Həmin şəxslər tələsik gəlmiş, vəkil Təqsirləndirilən şəxs pulu ondan götürəndə «narahat olma, yaxşı olacaq» demişdir. Süzdüyü çayı da tam içməyərək, oradan çıxıb getmişlər. Həmin hadisədən sonra o, Təqsirləndirilən şəxs və ya onunla gəlmiş şəxsi görməmişdir. Onlarla əvvəldən və ya sonradan heç bir telefon əlaqəsi olmamışdır. 2021-ci ilin qış aylarında Şahid1 gördüyü zaman söhbət əsnasında İlham ona Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını, pullarını alaraq işini düzəltmədiyini bildirmişdir. Bu barədə başqa heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs cəmi iki dəfə-birinci dəfə 2020-ci ilin dekabr ayında işlətdiyi çayxanaya Şahid1la birlikdə gəldiyi zaman, ikinci dəfə isə 2021-ci ilin payızında işlətdiyi çayxanaya tanımadığı şəxslə birlikdə gələrək Zərərçəkmiş şəxs2 verdiyi 2000 (iki min) manat pulu ondan götürdüyü zaman görmüşdür. Dəqiq tarixlərini xatırlamır. 2020-ci ilin dekabrında Şahid1la birlikdə işlətdiyi çayxanaya gəldikdə Təqsirləndirilən şəxs özünü ona Şahid3 vəkili kimi təqdim etmişdir. O da axıra qədər Vüqarın Şahid3 vəkili olduğunu hesab etmişdir. 2021-ci ilin payızında Təqsirləndirilən şəxs 2000 (iki min) manat pulu verdiyi zaman Təqsirləndirilən şəxs ilə birlikdə gəlmiş şəxs özünü təqdim etməmişdir. Həmin şəxsin adını bilməmişdir. Həmin şəxs Təqsirləndirilən şəxs müşayiət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Balakən rayonu Mahamalar kənd sakinidir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə xx.xx.2019-cu il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda cəza çəkir. 2020-ci ilin təxminən dekabr ayında Balakən rayon sakini olan, X3 cəza çəkən məhkum Şahid4 ona yaxınlaşaraq, Azərbaycan Respublikası Ali Məhkəməsində xalası oğlunun hakim köməkçisi vəzifəsində işlədiyini bildirərək, pul müqabilində bir nəfər vəkil vasitəsi ilə həmin xalası oğlunun köməyi ilə onun cəza müddətinin 03 (üç) il müddətinə azaltmağın mümkün olduğunu bildirmişdir. Tərlan bunu ona bildirdikdə artıq hökm qüvvəsini aldığına görə bunun mümkün olmadığını demişdir. Lakin Tərlan bunun mümkün olduğunu, həmin adını xatırlamadığı xalası oğlunun vasitəsi ilə, vəkilin köməyi ilə həll edə biləcəyinə onu inandırmışdır. Arada da Tərlan gedib telefon vasitəsi ilə xalası oğlu ilə əlaqə saxlamışdır. Ən azından Tərlan özü ona elə demişdir. Bir müddət sonra, 2020-ci ilin dekabr ayında, tarixini xatırlamadığı vaxt Tərlan ona Ali Məhkəmə vasitəsi ilə azadlıqdan məhrum etmə müddətinin 03 il azaldılması üçün 20000 (iyirmi min) manat pulun lazım olduğunu bildirmiş və pulun bir hissəsini, yəni 15000 (on beş min) manatını əvvəldən verməyə razılaşmışlar. Pulun qalan hissəsini, yəni qalan 5000 (beş min) manatı isə Ali Məhkəmənin müvafiq qərarından sonra vermək razılığına gəlmişlər. Həyat yoldaşı Zərərçəkmiş şəxs2 həmin vaxtlarda zəng edib bu barədə bildirmişdir. Əvvəl 15000 (on beş min) manat vermək fikri olsa da, evdə 10000 (on min) ABŞ dolları bütöv olduğundan birinci dəfə 17000 (on yeddi min) manat vermək qərarına gəlmişdir. Tərlan ona vəkilinin Təqsirləndirilən şəxs olduğunu bildirmişdi. Vəkili hesab etdiyi Təqsirləndirilən şəxs vermək üçün Şahid4 apellyasiya qərarını da vermişdir. 2020-ci ilin dekabr ayında Zəminəyə zəng edərək vəkil Təqsirləndirilən şəxs gəlib ondan 10000 (on min) ABŞ dolları pulu götürəcəyini, evdə tək qadın olduğu üçün pulu şəxsən özü yox, qonşuları Şahid1 vasitəsi ilə verməsini bildirmişdir. Özü də Şahid1 zəng edib Zəminədən 10000 (on min) ABŞ dolları pulu götürüb, vəkili Təqsirləndirilən şəxs verməsini ondan xahiş etmişdir. İlham onun xahişini yerə salmamış və razılaşmışdır. Həmin pulu verdikdən sonra elə həmin gün həyat yoldaşı Zəminə ona zəng edərək, pulu vəkil Təqsirləndirilən şəxs verdiklərini və bu barədə yazılı sənəd də götürdüklərini bildirmişdir. 2021-ci ilin yanvar ayında Tərlan ondan həmin işdən ötrü, yəni cəzasının 03 il azaldılması üçün ondan istədiyi və iş həll olunandan sonra verməli olduğu 3000 (üç min) manat pulu da istəmiş, həmin pulun da lazım olduğunu bildirmişdir. Pul iş həll olunandan sonra verilməli olduğundan bir qədər əsəbləşsə də, razılaşmışdır. Təxminən 2021-ci ilin fevral ayında zəng edib, eyni qaydada həyat yoldaşı Zərərçəkmiş şəxs2 3000 (üç min) manat pulu Təqsirləndirilən şəxs vermək üçün Şahid1 verməsini bildirmişdir. Şahid1 da zəng edib, bu barədə xahiş etmişdir. Artıq Şahid1 da Təqsirləndirilən şəxs tanımış və məsələdən xəbərdar olmuşdur. 2021-ci ilin fevral ayında Şahid1 3000 (üç min) manat pulu vəkili hesab etdiyi Təqsirləndirilən şəxs verdikdən sonra Zəminə zəng edib bu barədə ona bildirmişdir. 2021-ci ilin avqust ayının 07-də AR Ali Məhkəməsindən ona cəzaçəkmə müəssisəsinə cavab məktubu gəlmişdir. Həmin məktubda cəzasının qüvvədə saxlanıldığı bildirilmişdir. O, dərhal bu barədə Tərlana bildirmişdir. Tərlan da gedib guya xalası oğlu ilə telefon əlaqəsi saxlamışdır. Xalası oğlu da Tərlana bu barədə məlumatının olduğunu, bu məsələni Plenuma çıxaracaqlarını bildirmişdir. Bunlar Tərlanın ona dedikləridir. Çünki Tərlan telefonla danışdığı zaman özü Tərlanın yanında olmamışdır. Vəkil Təqsirləndirilən şəxs Plenuma ərizə yazsa da onun da «içəridən» ərizə yazmalı olduğunu Tərlan ona bildirmişdir. Guya bu barədə Tərlana Ali Məhkəmədə işləyən xalası oğlu demişdir. Yenidən Ali Məhkəmənin Plenumuna ərizə də yazmış və cəzaçəkmə müəssisəsindən poçt vasitəsi ilə göndərmişdir. Təqsirləndirilən şəxs onun vəkili olduğunu Tərlandan eşitsə də, vəkil Təqsirləndirilən şəxs pulları ailəsindən götürsə də, Təqsirləndirilən şəxs ilə üz-üzə və telefon vasitəsi ilə danışmamışdır. 2021-ci ilin təxminən noyabr ayında Tərlan ona cəzasının azaldılmasının mümkün olduğunu, bunun başqa yollarının da olduğunu bildirmişdir. Artıq ona həmin vaxt Ali Məhkəmənin Plenumundan imtina məktubu gəlmişdi. Buna baxmayaraq Tərlan onu yenə inandırmışdır. Hətta həmin vaxta qədər hakim köməkçisi vəzifəsində işləyən xalası oğlunun artıq hakim işlədiyini bildirmişdir. O, yenə də Tərlana inanmışdır. Lakin pulu hissəyə bölərək verəcəyini bildirmişdir. Həmin vaxt Tərlan ondan 4000 (dörd min) manat pul istəmişdir. Tərlana pulu iki yerə bölüb verə biləcəyini demişdir. Təxminən 2021-ci ilin noyabr ayında yenidən həyat yoldaşı Zəminəyə zəng edib vəkili Təqsirləndirilən şəxs yenidən 2000 (iki min) manat pul verməsini bildirmişdir. Həmin vaxt Zəminə Təqsirləndirilən şəxs şəxsən özü 2000 (iki min) manat pul verdikdən sonra zəng edib bu barədə ona bildirmişdir. Üstündən bir müddət keçəndən sonra Tərlan ondan qalan 2000 (iki min) manat pulu istədiyinə görə dostu Şahid2 2000 (iki min) manat pulu Zəminədən götürüb Təqsirləndirilən şəxs verməyini xahiş etmişdir. Zəminəyə də zəng edib bu barədə demişdir. Pul vəkil Təqsirləndirilən şəxs veriləndən sonra Zəminə bu barədə zəng edib ona həmişəki kimi bildirmişdir. 2021-ci ilin dekabr ayı da bitmiş, onun işindən heç bir nəticə olmamışdır. 2022-ci ilin yanvar ayının sonunda Şahid4 AR ƏN Penitensiar Xidmətinin Bakı şəhərində yerləşən Müalisə Müəssisəsinə keçirildiyini eşitmişdir. Həmin vaxt Tərlanın və Təqsirləndirilən şəxs onu aldatdıqlarını başa düşmüşdür. Həmin vaxtdan sonra o, Şahid4la əlaqə saxlaya bilməmişdir. Evlə əlaqə saxladıqda evdən ona Təqsirləndirilən şəxs onunla danışmaq istədiyini bildirmişlər. Bir neçə dəfə evdən dedikdən sonra Vüqarla telefon əlaqəsi saxlamışdır. Təqsirləndirilən şəxs pulunu geri istəsə də,Vüqar ona pulunu geri qaytarmaqdan yox, həmin pula işini düzəltməkdən danışmışdır. Hər dəfə də ya ayın 25-də, ya da ayın 26-da işə baxılacağını bildirmişdir. Hər dəfə söz verməsinə baxmayaraq halhazıra qədər Təqsirləndirilən şəxs tərəfindən pulu geri qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Balakən rayonu Tülü kəndində ailəsi ilə birlikdə yaşayır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında ƏMDX-nin Şəki ərazi şöbəsinin məsləhətçisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs2 doğma xalasıdır. Xalası Zərərçəkmiş şəxs2 hazırda həbsdə olan əri Şahid3 məhkəmə qaydasında vaxtından əvvəl cəzadan azad edilməsi üçün özünü Şahid3 vəkili kimi təqdim edən Təqsirləndirilən şəxs adlı şəxsə müxtəlif vaxtlarda ümumilikdə 24000 (iyirmi dörd min) manat pul vermələri barədə 2021-ci ilin dekabr ayının sonlarında məlumatı olmuşdur. Bu barədə ona xalası Zərərçəkmiş şəxs2 bildirmişdir. Xalasının deməsinə görə həmin pulları 10000 (on min) ABŞ dolları, 3000 (üç min) manat, 2000 (iki min) manat, 2000 (iki min) manat olmaqla müxtəlif vaxtlarda həm özü Təqsirləndirilən şəxs pul vermiş, həm də qonşusu Şahid1 və rayon sakini Şahid2 vasitəsi ilə Təqsirləndirilən şəxs pul vermişdir. Bu barədə xalası Zərərçəkmiş şəxs2 bildikdən sonra bu işlə şəxsən məşğul olmağa başlamış və Təqsirləndirilən şəxs adlı şəxsin vəkil olmadığını öyrənmişdir. Bu barədə xalası Zərərçəkmiş şəxs2 da məlumat vermişdir. Bu barədə bildiyi vaxtdan sonra dəfələrlə Təqsirləndirilən şəxs ilə telefon vasitəsi ilə danışaraq, əgər götürdüyü 24000 manat pul müqabilində iş alınmırsa verilən 24000 (iyirmi dörd min) manat pulu geri qaytarmasını bildirmişdir. Təqsirləndirilən şəxs onun vəkil olmaması barədə məlumatlarının olduğunu bildirməmişlər. Bildirməməkdə məqsədləri ondan xoşluqla pulu geri almaq olmuşdur. Təqsirləndirilən şəxs hər dəfə onlara məhkəmənin bu gün, sabah olacağını bildirərək vaxt qazanmış, yekunda səbrləri tükəndiyindən Şahid3 saxlandığı cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl məhkəmə qaydasında buraxılmasını istəmədiklərini bildirərək, verdikləri bütün pulları geri qaytarmağını ondan tələb etmişlər. Təqsirləndirilən şəxs da hər dəfəsində pulu qaytaracağını bildirsə də, indiyədək heç bir məbləğdə pulu qaytarmamışdır. Təqsirləndirilən şəxs özünü onun xalasına vəkil kimi təqdim etdiyindən xalası Zərərçəkmiş şəxs2 Vüqarı əri Şahid3 vəkili olduğunu hesab etmişdir. Lakin yuxarıda da qeyd etdiyi kimi, baş vermiş hadisədən xəbər tutduqdan sonra Təqsirləndirilən şəxs vəkil olmadığı ona məlum olmuşdur. Təqsirləndirilən şəxs ilə istifadəsində olan ***-***-**-** və 050 *** ** ** mobil telefon nömrələri vasitəsi ilə əlaqə saxlamışdır. Həmin telefon danışıqlarının səs yazısından da görünür ki, Təqsirləndirilən şəxs özünü vəkil kimi təqdim edir. Qeyd edilən səs yazıları işə əlavə olunmuşdur. Təqsirləndirilən şəxsla ancaq mobil telefon vasitəsi ilə əlaqə saxlamış, onunla danışarkən 24000 manat pulu aldığını Vüqar etiraf etmişdir. Həmin səs yazısı da işə əlavə olunmuşdur. Xalası Zərərçəkmiş şəxs2 və ya yuxarıda adlarını qeyd etdiyi Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs pul verməsinin şahidi olmamışdır. Bu barədə ona xalası Zərərçəkmiş şəxs2 bildirmiş və danışdıqları zaman pulu götürdüyünü də Təqsirləndirilən şəxs təsdiq etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasına gəlməmişdir. Bu xüsusda məhkəmə qanunvericiliyin tələbinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakının onun hüququ olmasını və onun məhkəməyə məcburi gətirilməsi üçün əsasların olmamasını nəzərə alaraq məhkəmə prosesinin Zərərçəkmiş şəxs1 iştirakı olmadan keçirilməsini və ittiham və müdafəi tərəflərinin razılığı əsasında məhkəmə iclasında onun ibtidai istintaqda zərərçəkmiş şəxs qismində verdiyi ifadəsinin elan olunmasını qanunauyğun hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 315.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Məhkəmə iclasında ibtidai istintaqda zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 11 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Şahid6 təxminən 7-8 ildir ki tanıyır, aralarında normal münasibətləri vardır. 2021-ci ilin may-iyun aylarında Müsayiblə görüşmüş və söhbət əsnasında Müsayib bildirmişdir ki, Səbail rayonu Şeyx Şamil küçəsi- 12 ünvanının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsini satmaq istəyir. Müsayib ilə birlikdə həmin yerə baxmış və bəyəndiyi üçün oranı almaq istədiyini bildirmişdir. Müsayibdən həmin yerin sənədi barədə soruşduqda oranın sənədlərində müəyyən problemlərin olduğunu demişdir. Tanış adam varsa həmin yerin sənədlərini düzəltmək istədiyini Müsayibə demişdir. Müsayib maraqlanıb məlumat verəcəyini söyləmişdir. 1-2 gün sonra Müsayib ona demişdir ki, onunla eyni məhəllədə yaşayan Orxan adlı şəxs bu işi həll edəcək adam tanıyır. O, Müsayib və Orxan görüşmüş və Orxan onun Vüqar adlı tanışının bu kimi işləri həll edə bildiyini demişdir. Razılaşmış və Orxandan xahiş etmişdir ki, Vüqarla onu görüşdürsün. Təxminən 1-2 gün sonra o, Müsayib, Orxan və Vüqar adlı şəxs Yasamal rayonu 20 Yanvar adlı ərazidə yerləşən «Şəki» kafesində görüşmüşlər. Vüqarla tanış olduqdan sonra ona Səbail rayonu, Şeyx Şamil küçəsi-12 ünvanının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin sənədlərini düzəltmək istədiyini bildirmişdir. Vüqar obyektə aid Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamını, çertyoju ondan almış və 1-2 gün ərzində məsələni dəqiqləşdirib məlumat verəcəyini bildirmişdir. Ertəsi gün Vüqar ona zəng edib, Səbail rayonu Şeyx Şamil küçəsi-12 ünvanının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün 20000 manat pul lazım olduğunu, 18000 manat pulu sənədin düzəlməsi üçün müəyyən ödənişlər etmək üçün verəcəyini, qalan 2000 manat pulu isə özünə istədiyini bildirmişdir. Qeyd olunan obyektin bazar qiyməti 40000 (dörd yüz min) manat olduğundan və Müsayib oranı sənədi tam qaydasında olmadığı üçün ucuz qiymətə, yəni 150000 (yüz əlli min) manata satdığından Vüqarın bu təklifi onun üçün sərfəli olmuş və o, Vüqarla razılaşmışdır. Qısa müddət ərzində özünə məxsus olan avtomobili satıb başqa pullarını da toplayıb həmin pulları verəcəyini Vüqara demişdir. Vüqara demişdir ki, 20000 (iyirmi min) manat pulun 10000 (on min) manat pulunu əvvəlcədən, qalan 10000 (on min) manatını isə sənəd hazır olandan sonra ona verəcəkdir. Vüqar onun bu təklifi ilə razılaşmışdır. 2021-ci ilin təxminən iyun-iyul ayında Vüqarla Yasamal rayonu «20 Yanvar» adlanan ərazidə yerləşən «Şəki» kafesində görüşmüşdür. Bu vaxt Orxan və Müsayib də onların yanında olmuşlar. Kafedə 3500 (üç min beş yüz) manat nağd pulu Orxan və Müsayibin yanında Vüqara vermişdir. Qeyd olunan obyektə aid sərəncam və çertyoj Vüqarın özündə olmuşdur. Vüqar bildirmişdir ki, «qalan 6500 manat pulu qısa vaxtda hazır et, çünki onu da qısa vaxt ərzində vermək lazım olacaqdır». O, Vüqara bildirmişdir ki, özünə məxsus olan avtomobili satıb həmin pulu düzəldəcəkdir. 2021-ci ilin təxminən iyun-iyul ayında özünə məxsus, buraxılış ili 2006-cı il olan «Mercedes ML» markalı avtomobili dəyərindən ucuz qiymətə, yəni 6500 manat qiymətə satmış və ertəsi gün Vüqarla Yasamal rayonu «20 Yanvar» adlanan ərazidə yerləşən «Şəki» kafesində görüşmüşdür. Bu vaxt Orxan və Müsayib də onların yanında olmuşlar. 6500 manat nağd pulu kafedə Orxan və Müsayibin yanında Vüqara vermişdir. Bundan 2-3 gün sonra, yəni 2021-ci ilin iyun-iyul aylarında Vüqar ona zəng edib demişdir ki, məsələ planlaşdırdığı kimi deyil, bir az fərqli davam edir. Belə ki, qalan 10000 manat pulu da vermək lazımdır. O, Vüqara demişdir ki, «axı biz səninlə belə danışmamışdıq». Vüqar demişdir ki, «bu iş artıq başlayıb, ondan asılı olmayan səbəblər var, pulu verməsə məsələ yarımçıq qalacaq». Məcbur qalıb razılaşmış və Vüqara demişdir ki, qalan pulu qısa vaxt ərzində hissə-hissə ona verəcəkdir. 2021-ci ilin iyun-iyul ayında Yasamal rayonu H.Cavid küçəsi-8 ünvanında yerləşən «Space» teleradio şirkətinin arxasında Vüqarla görüşmüşdür. Vüqar görüşə Orxanla gəlmişdir. Orada 2500 manat pulu Orxanın yanında Vüqara vermiş və Vüqar ona demişdir ki, «qalan məbləğləri də qısa vaxt ərzində həll et». Bundan 2-3 gün sonra, yəni 2021-ci ilin təxminən iyun-iyul aylarında Yasamal rayonu H.Cavid küçəsi-8 ünvanında yerləşən «Space» teleradio şirkətinin arxasında Orxan və Vüqarla görüşmüş, orada 1500 manat pulu Vüqara vermişdir. Bundan 2-3 gün sonra, yəni 2021-ci ilin təxminən iyun-iyul aylarında Vüqarla Yasamal rayonu «20 Yanvar» adlanan ərazidə yerləşən «Şəki» kafesində görüşmüşdür. Bu vaxt Orxanla Müsayib də onların yanında olmuşdur. Kafedə 1500 manat nağd pulu Orxan və Müsayibin yanında Vüqara vermiş və bundan 2-3 gün sonra həmin yerdə Orxan və Müsayibin yanında qalan 800 manat pulu Vüqara vermişdir. Bundan 3-4 gün sonra, yəni 2021-ci ilin təxminən iyun-iyul aylarında «20 Yanvar» metrostansiyasının yaxınlığında yerləşən «Azərbaycanfilm» kinostudiyasının yanında Vüqarla görüşmüşdür. O, görüşə Müsayiblə getmişdir. Vüqar isə Orxanla birlikdə görüşə gəlmişdir. Orada 2500 manat pulu Müsayib və Orxanın yanında Vüqara vermişdir. Vüqar pulu aldıqdan sonra demişdir ki, 21 gün ərzində sənədi ona təqdim edəcəkdir. Lakin Vüqar söz verdiyi vaxtda vədinə əməl etməmişdir. Bundan sonra o və Müsayib dəfələrlə Vüqardan sənəd barədə maraqlansalar da, Vüqar hər dəfə müxtəlif bəhanələr gətirmiş və sənədin təqdim olunması müddətini uzatmışdır. 2021-ci ilin dekabr ayının əvvəllərində Vüqar söz vermişdir ki, xx.xx.2021-ci il tarixədək qeyd olunan obyekt özəlləşəcək və müvafiq sənədləri ona təqdim edəcəkdir, lakin həmin müddətdə də ona sənəd təqdim etməmişdir. Sonradan o, pulunun qaytarılmasını xahiş etsə də, Vüqar müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. O başa düşmüşdür ki, Vüqar ona pulu qaytarmayacaq və ona görə də bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin «161-qaynar» xəttinə zəng etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 18800 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs 18800 manat pulu 2021-ci ilin iyun-iyul aylarında vermişdir, lakin tarixləri dəqiq xatırlamır. Bircə onu deyə bilər ki, həmin vaxt özünə məxsus «Mercedes ML» markalı avtomobili 6500 manata satıb 1-2 gün sonra həmin pulu da Vüqara vermişdir. Avtomobili alqı-satqı müqaviləsi ilə deyil, adını xatırlamadığı şəxsə etibarnamə verməklə satmışdır. Təqsirləndirilən şəxs aldığı pul müqabilində özəlləşdirmək istədiyi qeyri-yaşayış sahəsi ilə bağlı ona hər hansı sənəd təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə şahidlər Şahid5, X5 və Şahid4 məhkəmə iclasına gəlməmiş və gətirilməmişlər. İş materialları ilə müəyyən olunmuşdur ki, Şahid5, X5 və Şahid4 verilən ittihamın həlli üçün yeganə və həlledici şahidlər deyillər. Həmçinin təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin şahidlərin ibtidai istintaqda verdiyi ifadələri ilə tanış olmuş və bu ifadələrə hər hansı etiraz bildirməmiş, eyni zamanda həmin ifadələrin təkzib edilməsi üçün hər hansı vəsatətlər verməmiş, onların dindirilməsi zamanı eyni şərtlər daxilində öz şahidlərinin çağrılıb dindirilməsini xahiş etməmiş, bu şahidlərin ifadələrində göstərdiyi halların təkzibi ilə bağlı hər hansı sübutlar təqdim etməmişlər. Həmçinin məhkəmədə ittiham və müdafiə tərəflərinin iştirakı ilə iş üzrə ittihamın həlli üçün ifadələri əsas hesab edilə biləcək şahidlər dindirilmiş, tərəflərə onlara müvafiq sualların verilməsi, ifadələrində göstərdiyi halların tədqiq edilməsi üçün hərtərəfli şərait yaradılmış, həmin ifadələrə işdə olan digər sübutlarla müqayisəli şəkildə hüquqi qiymətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual tədbirlər həyata keçirilmişdir. İş üzrə təqsirləndirilən şəxs və onun müdafiəçisi də bu konteksdə həmin şəxslərin ifadələri və işdə olan digər mötəbər sübutlarla tanış olmuşlar. Bu xüsusda ittiham və müdafiə tərəfləri Şahid5, X5 və Şahid4 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadələrinin məhkəmədə elan olunmasına və tədqiq olunmasına razılığını bildirmişlər. Belə ki, Azərbaycan Respublikası CPM-nin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. «Məhkəmə hökmü haqqında»Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 № qərarının 9-cu bəndinə əsasən CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Həmin Qərarın 10-cu bəndinə əsasən təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Yenə də həmin qərarın 12-ci bəndinə əsasən şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsi ilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-in 327, 329cu maddələri ilə yanaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacibdir. Həmin hüquqi problemi İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyasının (bundan sonra – “Avropa Konvensiyası”) 6-cı maddəsinin 1-ci hissəsinin və 3- cü hissəsinin “d” bəndinin tətbiqi ilə bağlı olan məsələ kimi səciyyələndirən Avropa Məhkəməsinə görə, təqsirləndirilən şəxsin əleyhinə verilmiş şahid ifadələrinin məhkəmədə elan edilməsinin və həmin ifadələrlə məhkəmə qərarlarının əsaslandırılmasının təqsirləndirilən şəxsin müdafiə hüququnun və ədalətli məhkəmə araşdırması standartının pozuntularına səbəb olmaması üçün aşağıdakı üç meyarla ehtiva olunan tələblərə əməl olunmalıdır (“Əl-Xavaya və X6rşı” [BP] (Al-Khawaja and Tahery v. the United Kingdom [GC]), №№ 26766/05 və 22228/06, 2011-ci il 15 dekabr tarixli; “Əfəndiyev Azərbaycana qarşı” (Efendiyev v. Azerbaijan), № 27304/07, 2014-cü il 18 dekabr tarixli; “Şaçaşvili Almaniyaya qarşı” [BP] (Schatschaschwili v. Germany [GC]), № 9154/10, 2015-ci il 15 dekabr tarixli və s. qərarlar). İlk növbədə şahidin ibtidai istintaqda verdiyi ifadəsinin elan edilməsinin zərurətdən irəli gəldiyini, qaçılmaz olduğunu göstərən, onun məhkəmə iclasına gəlməsini həqiqətən istisna edən üzrlü hal mövcud olmalı və bu halın mövcudluğu məhkəmə tərəfindən mötəbərliliklə, müvafiq materiallara istinad olunmaqla müəyyən olunmalı və məhkəmə qərarında təsvir edilməklə əsaslandırılmalıdır. Şahidin məhkəməyə gəlməməsi səbəbindən asılı olmayaraq, onun məhkəmə iclasında iştirakının təmin edilməsi üçün işə baxan məhkəmə kifayət qədər səy göstərməlidir. İkinci meyarməhkəmənin məhkəmə iclasında dindirilməyən şahidin ifadəsindən hökmün əsaslandırılmasında nə dərəcədə istifadə etməsi, ifadənin ittihamın həll edilməsində oynadığı roldur. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, hətta şahidin məhkəməyə gəlməməsinin üzrlü səbəbi olduqda belə, əgər ittiham yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanırsa, təqsirləndirilən şəxsin müdafiə hüququ ədalətli məhkəmə araşdırması konsepsiyasının ehtiva etdiyi təminatlarla bir araya sığmayan dərəcədə pozula bilər. Lakin “həlledici sübut qaydası” adlandırılan bu meyar mütləq deyil və Avropa Məhkəməsi Böyük Palatasının “Əl Havaya və Taheri”, “Şaçaşvili” qərarlarında (bax yuxarıda) bəyan edildiyi kimi, şahidin məhkəmə iclasında dindirilməməsindən irəli gələn prosessual çətinlikləri müdafiə tərəfinə kompensasiya etmək üçün kifayət qədər tarazlaşdırıcı vasitələrin, o cümlədən ifadənin mötəbərliliyinin ədalətlə və hərtərəfli yoxlanılması üçün səmərəli prosessual təminatların təqdim olunması şərti ilə ittiham hökmünün əsaslandırılmasında məhkəmədə dindirilməyən yeganə və həlledici şahidlərin ibtidai istintaqda vermiş olduqları ifadələrindən istifadə oluna bilər. Beləliklə, üçüncü meyar-təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmənin gördüyü tarazlaşdırıcı tədbirlərin səmərəliliyidir. Bu o deməkdir ki, məhkəmə iclasına gəlməyən ittiham tərəfinin şahidinin ibtidai istintaqda verdiyi ifadəsini məhkəmə sübut kimi qəbul edərkən, müdafiə tərəfinin cinayət prosesində ittiham tərəfi ilə bərabər şərtlər əsasında çəkişməsinə şərait yaratmaq məqsədi ilə kifayət qədər tədbirlər görməlidir (şahidin bilavasitə dindirilməsi üçün məhkəmə iclasının başqa vaxta keçirilməsi, şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar verildikdə həmin qərarın icra edilməməsi səbəblərinin məhkəmə tərəfindən yoxlanılması, məhkəmənin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin mötəbərliyinin yoxlanılması üçün addımlar atılması, əlavə sübutlar tədqiq edilməsi, həmin ifadə vasitəsi ilə müəyyən edilən halın əlavə araşdırılması məqsədilə müdafiə tərəfinə sübutlar təqdim etmək üçün lazımi şərait yaradılması, bu barədə vəsatətlərə zəruri həssaslıqla yanaşılması, şahidin alternativ üsullarla məhkəmədən kənar dindirilməsi üçün müvafiq vasitələrdən istifadə etmək imkanlarının nəzərdən keçirilməsi, o cümlədən CPM-in 51-2-ci maddəsində nəzərdə tutulmuş videokonfrans əlaqə sistemi və yaxud məhkəmə tapşırığı kimi vasitələrdən istifadə etməyə cəhdlər edilməsi və s.). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə iclasında dindirilməyən şahidin əvvəlki icraatda verdiyi ifadəsi ilə ittiham hökmünün əsaslandırılması məsələsi bu üç meyarın məcmusu əsasında təhlil edilməlidir. Lakin təhlil olunan vəziyyət birinci meyara cavab vermədikdə, yəni şahidin məhkəmə iclasında iştirak etməməsi bunu həqiqətən istisna edən (ibtidai istintaqda verilmiş ifadənin elan edilməsinə bəraət qazandıran) üzrlü səbəbdən irəli gəlmədikdə və yaxud bu cür səbəbin mövcudluğunun araşdırıldığını və mötəbərliliklə müəyyən edildiyini məhkəmə qərarlarından görmək mümkün olmadıqda, belə vəziyyət (ikinci və üçüncü meyarlara cavab verib-verməməsindən, o cümlədən ifadənin ittihamın həllində oynadığı roldan asılı olmayaraq) özü-özlüyündə təqsirləndirilən şəxsin ona qarşı ifadə vermiş şahidi dindirmək hüququnu və nəticə etibarı ilə müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarını pozur, bununla da məsələnin ikinci və üçüncü meyarlar əsasında araşdırılmasını lüzumsuz edir. Məhkəmə, iş üzrə şahidlər Şahid5, X5 və Şahid4 məhkəməyə gəlməsinin təmin edilməsi üçün müvafiq tədbirlərin görüldüyünü, son olaraq onların məcburi gətirilməsi barədə müvafiq qərarın icra olunmadığını və qanunda məhkəmə üçün şahidlərin məcburi gətirilməsi barədə qərarın qəbulundan əlavə digər prosessual tədbirin nəzərdə tutulmadığını, onların iş üzrə yeganə şahidlər olmadığını və ifadələrinin həlledici sübut olmadığını, həmçinin müdafiə tərəfinə eyni şərtlər daxilində öz şahidlərinin çağrılıb dindirilməsi üçün bütün prosessual təmintların verildiyini, lakin müdafiə tərəfinin belə vəsatətlə məhkəməyə müraciət etmədiyini və ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq və yuxarıda göstərilən qanun normalarına istinad edərək, hazırki iş üzrə şahidlər Şahid5, X5 və Şahid4 ibtidai istintaqda şahid qismində verdiyi ifadələrinin elan olunmasını və tədqiq olunmasını zəruri hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayonu H.Məmmədov küçəsi ev- 9-da qeydiyyatdadı, Bakı şəhəri Nəsimi rayonu A.Məhərrəmov küçəsi 33 B mənzil 85-də ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, Təqsirləndirilən şəxs təxminən bir il yarımdır ki, tanıyır. Belə ki, Vüqarın əmisi oğlu Fərahim adlı şəxs taksi fəaliyyəti ilə məşğul olmuş və o da tez-tez onun xidmətindən istifadə etmişdir. Sonradan Fərahim vasitəsi ilə Vüqarla tanış olmuşdur. Vüqar özünü əlaqələri güclü olan adam kimi tanıtmış və bildirmişdir ki, özü də bizneslə məşğuldur. Müsayibi də təxminən iki ildir ki, tanıyır. Belə ki, Müsayibin yaşadığı evin yaxınlığında Azadlıq prospektində siqaret satışı ilə məşğul olmuş və Müsayib də onun müştərisi olmuşdur. Bundan başqa aralarında tanışlıq da yaranmışdır. 2021-ci ilin may-iyun aylarında Müsayib ona demişdir ki, ünvan 15 ünvanının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsini satmaq istəyir, hətta müştəri də tapmışdır. Lakin həmin yerin sənədləri qaydasında olmadığı üçün alqı-satqı edə bilmir. Müsayib demişdir ki, sənədlərin düzəlməsi məsələsinin pulunu müştəri özü verəcəkdir, sonradan alqı-satqı edərkən aralarında həmin pulu hesablaşarlar. Müsayib ona demişdir ki, həmin yeri satsa ona 10000 manat pul verəcəkdir. Müsayibin bu təklifi onun üçün sərfəli olmuş və razılaşmışdır. Bu vaxt onun ağlına Təqsirləndirilən şəxs gəlmişdir, çünki Vüqar ona sənədləşmə işlərini həll edən çoxlu tanışlarının olduğunu demişdir. O, Müsayibə demişdir ki, Vüqar adlı tanış şəxs var, ondan maraqlanıb məlumat verəcəkdir. Vüqarla bu barədə danışdıqda Vüqar demişdir ki, «həmin şəxslərlə məni görüşdür, yəqin ki, məsələ həllini tapar». Sonradan o, Məcid və Müsayiblə görüşmüş və söhbət vaxtı onlara Vüqar adlı tanışının bu kimi işləri həll edə bildiyini demişdir. Onlar razılaşmış və Müsayib ondan Vüqarla onu görüşdürməyini xahiş etmişdir. Təxminən 1-2 gün sonra o, Məcid, Müsayib və Vüqar adlı şəxs Yasamal rayonu «20 Yanvar» adlı ərazidə yerləşən «Şəki» kafesində görüşmüşlər. Tanış olduqdan sonra X21 rayonu, Şeyx Şamil küsçəsi-12 ünvanının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin faktiki Müsayibə məxsus olduğunu, həmin yeri almaq istədiyini və ona görə də oranı özəlləşdirməklə sənədlərini düzəltmək istədiyini bildirmişdir. Vüqar obyektə aid Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamını, çertyoju götürüb baxmış və bildirmişdir ki, sənədləri özü ilə götürür, müəyyən tanışlarından 1-2 gün ərzində məsələni dəqiqləşdirib məlumat verəcəkdir. Ertəsi gün Müsayib ona Məcidin Vüqarla telefonda danışdığını və X18 rayonu Şeyx Şamil küçəsi-12 ünvanının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün 20000 manat pul lazım olduğunu, 18000 manat pulu sənədin düzəlməsi üçün müəyyən ödənişlər etmək üçün verəcəyini, qalan 2000 manat pulu isə öz zəhmət haqqı olaraq götürəcəyini, 20000 manat pulun 10000 manatını əvvəlcədən, qalan 10000 manatını isə sənəd hazır olduqdan sonra alacağını bildirmişdir. 2021-ci ilin təxminən iyun-iyul ayında Məcid, o, Müsayib və Vüqar Yasamal rayonu 20 Yanvar adlı ərazidə yerləşən «Şəki» kafesində görüşmüşlər. Məcid həmin kafedə 3500 nağd pulu Müsayibin və onun yanında Vüqara vermişdir. Vüqar bildirmişdir ki, «qalan 6500 manat pulu qısa vaxtda hazır et, bu işi gecikdirmək olmaz». Məcid bildirmişdir ki, «səbirli ol, həll edəcəyəm». Bundan 1-2 gün sonra Vüqarla yenə də Yasamal rayonu 20 Yanvar adlı ərazidə yerləşən «Şəki» kafesində görüşmüşlər. Bu vaxt o da Vüqarla birlikdə görüşə getmişdir. Məcid kafedə 6500 mana nağd pulu Müsayibin və onun yanında Vüqara vermişdir. Bundan 3-4 gün sonra Məcid ona zəng edib demişdir ki, «Vüqar qalan 10000 manat pulu da istəyir, Vüqarla birlikdə gəl pulun alınıb-verilməsində iştirak et». 2021-ci ilin iyun-iyul ayında Yasamal rayonu H.Cavid küçəsi-8 ünvanında yerləşən «Space» teleradio şirkətinin arxasında o, Məcid və Vüqar görüşmüşlər. Orada 2500 manat pulu onun yanında Məcid Vüqara vermiş və Vüqar demişdir ki, qalan məbləğləri də qısa vaxt ərzində həll etsin. Bundan 2-3 gün sonra, yəni 2021-ci ilin təxminən iyun-iyul aylarında Vüqarla birlikdə Yasamal rayonu H.Cavid küçəsi-8 ünvanında yerləşən «Space» teleradio şirkətinin arxasında Məcidlə görüşmüş, Məcid görüş vaxtı 1500 manat pulu Vüqara vermişdir. Bundan 3-4 gün sonra, yəni 2021-ci ilin iyun-iyul aylarında «20 Yanvar» metrostansiyasının yaxınlığında yerləşən «Azərbaycanfilm» kinostudiyasının yanında Vüqarla görüşmüşdür. Məcid isə Müsayiblə birlikdə gəlmişdir. Məcid orada 2500 manat pulu Müsayib və onun yanında Vüqara vermişdir. Bundan 2-3 gün sonra, yəni 2021-ci ilin təxminən iyun-iyul ayında Məcid, Müsayib və Vüqarla Yasamal rayonu 20 Yanvar adlı ərazidə yerləşən «Şəki» kafesində görüşmüşdür. Məcid kafedə 1500 manat nağd pulu onun və Müsayibin yanında Vüqara vermişdir. Bu görüşdən 2-3 gün sonra həmin yerdə Məcidə məxsus maşında onun və Müsayibin yanında daha 800 manat pulu Vüqara vermişdir. Vüqar pulu aldıqdan sonra 21 gün ərzində sənədi təqdim edəcəyini demişdir. Lakin Vüqar söz verdiyi vaxtda vədinə əməl etməmişdir. Bundan sonra onlar dəfələrlə Vüqardan sənəd barədə maraqlansalar da, o, hər dəfə müxtəlif bəhanələr gətirmiş və sənədin təqdim olunması müddətini uzatmışdır. Hətta buna görə onun Məcid və Müsayiblə aralarında narazılıqları yaranmışdır. Onlar Vüqarın onun tanışı olduğunu, ya bu işi həll etməli olduğunu, ya da pulu qaytarmalı olduğunu demişlər. Dəfələrlə bununla bağlı Vüqarla telefon əlaqəsi saxlasa və bir neçə dəfə görüşsə də, nəticəsi olmamışdır. Vüqar hər dəfə qısa vaxtda gah sənəd işini həll edəcəyini, gah da pulu qaytaracağını desə də, hər dəfə həm onu, həm də Məcid aldatmışdır. Vüqar demişdir ki,onun Əmlak Məsələləri üzrə Dövlət Xidmətində tanışı var, lakin görüşləri və söhbətləri vaxtı həmin vəzifəli şəxsin adını çəkməmişdir. Vüqarın ümumiyyətlə belə bir tanışının olmadığını sonradan başa düşmüşdür. Məcid Təqsirləndirilən şəxs 18800 manat pulu 2021-ci ilin iyun-iyul aylarında vermişdir. Aldığı 18800 manat puldan Vüqar ona hər hansı məbləğdə pulu verməmişdir. Əvvəldən Məcid və Müsayiblə belə razılaşmışlar ki, əgər sənəd işi həllini tapsa, sonradan həmin obyekt satılan zaman Müsayib və Məcid ona 10000 manat pul verəcəkdi. Buna görə o, özü də bu sənədlərin düzəltdirilməsində və obyektin satılmasında maraqlı olmuşdur. Həm də Vüqarı Məcid və Müsayiblə tanış etdiyi üçün özü də bu işlərə şəxsən nəzarət etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti ev-149 mənzil-83 ünvanında ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 təxminən 6-7 ildir ki tanıyır, aralarında normal münasibətləri vardır. 30 ildir ki, Səbail rayonu Şeyx Şamil küçəsi -12 ünvanının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsi faktiki olaraq ona məxsusdur, lakin həmin yerə aid sənədlər tam qaydasında deyildir. 2021-ci ilin may-iyun aylarında Məcidə demişdir ki, Səbail rayonu Şeyx Şamil küçəsi -12 ünvanının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsini satmaq istəyir. Məcidlə birlikdə həmin yerə baxmış və Məcid həmin yeri bəyəndiyi üçün oranı almaq istədiyini bildirmişdir. Məcidə obyektin sənədlərində müəyyən problemlərin olduğunu demişdir. Məcid ona tanış adam varsa həmin yerin sənədlərini düzəltdirmək istədiyini demişdir. Sənədləri düzəltmək üçün pulunun olmadığını Məcidə demişdir. Məcid ona narahat olmamağını, sənədlərin düzəlməsi məsələsinin pulunu onun verəcəyini, sonradan alqı-satqı edərkən aralarında həmin pulu hesablaşacaqlarını bildirmişdir. Məcidin bu təklifi ilə razılaşmış və bu haqda maraqlanıb məlumat verəcəyini demişdir. Sonradan bu haqda bəzi şəxslərdən maraqlanmış və tanışı Şahid5 ona Vüqar adlı şəxsin olduğunu və maraqlanıb məlumat verəcəyini demişdir. Sonradan o və Məcid Orxanla görüşmüş və söhbət vaxtı Orxan demişdir ki, onun Vüqar adlı tanışı bu kimi işləri həll edə bilir. Onlar razılaşmış və Orxandan xahiş etmişlər ki, Vüqarla danışsın və onları görüşdürsün. Təxminən 1-2 gün sonra o, Məcid, Orxan və Vüqar adlı şəxs Yasamal rayonu «20 Yanvar» adlı ərazidə yerləşən «Şəki» kafesində görüşmüşlər. Tanış olduqdan sonra X21 rayonu, Şeyx Şamil küçəsi -12 ünvanının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin faktiki ona məxsus olduğunu, həmin yeri almaq istədiyini və ona görə də oranı özəlləşdirməklə sənədlərini düzəltmək istədiyini bildirmişdir. Vüqar obyektə aid Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamını, çertyoju götürüb baxmış və bildirmişdir ki, sənədləri özü ilə götürür, 1-2 gün ərzində məsələni dəqiqləşdirib məlumat verəcəkdir. Ertəsi gün Məcid ona demişdir ki, Vüqarla telefonda danışıb və Vüqar demişdir ki, ünvan 15 ünvanının zirzəmisində yerləşən qeyriyaşayış sahəsinin özəlləşdirilməsi üçün 20000 manat pul lazımdır, 18000 manat pulu sənədin düzəlməsi üçün müəyyən ödənişlər etmək üçün verəcək, qalan 2000 manat pulu isə öz zəhmət haqqısı kimi götürəcəkdir. Məciddən işin hansı müddətə görüləcəyini, pulun hansı qaydada veriləcəyini soruşduqda, Məcid demişdir ki, Vüqarla razılığa əsasən 20000 manat pulun 10000 manatını əvvəlcədən, 10000 manatını isə sənəd hazır olduqdan sonra verəcəkdir. 2021-ci ilin təxminən iyun-iyul ayında Məcid, o, Orxan və Vüqar Yasamal rayonu «20 Yanvar» adlanan ərazidə yerləşən «Şəki» kafesində görüşmüşlər. Məcid həmin kafedə 3500 manat nağd pulu Orxanın və onun yanında Vüqara vermişdir. Vüqar bildirmişdir ki, qalan 6500 manat pulu qısa vaxtda hazır etsin. Məcid bildirmişdir ki, özünə məxsus olan Mercedes ML markalı avtomobili satıb həmin pulu düzəldəcəkdir. 2021-ci ilin iyun-iyul aylarında Məcid özünə məxsus, buraxılış ili 2006-cı il olan Mercedes ML markalı avtomobili dəyərindən ucuz qiymətə, yəni 6500 manata satmış və 1-2 gün sonra Vüqarla yenə də Yasamal rayonu, 20 Yanvar adlı ərazidə yerləşən «Şəki» kafesində görüşmüşlər. Bu vaxt Orxan da Vüqarla birlikdə görüşə gəlmişdir. Məcid kafedə 6500 manat nağd pulu Orxanın və onun yanında Vüqara vermişdir. Sonradan Məcid demişdir ki, Vüqar tələb edir ki, 20000 manat pulun hamısını qabaqcadan vermək lazımdır, artıq 3500 və 6500 manatdan əlavə 2500 və 1500 manat şəklində 4000 manat pulu da Vüqara Orxanın iştirakı ilə vermişdir, qalan pulu da hissə-hissə qısa vaxt ərzində vermək lazımdır. Bundan 2-3 gün sonra, yəni 2021-ci ilin təxminən iyun –iyul ayında o, Məcid və X19 rayonu «20 Yanvar» adlanan ərazidə yerləşən «Şəki» kafesində görüşmüşlər. Məcid kafedə 1500 manat nağd pulu Orxanın və onun yanında Vüqara vermiş, bundan 2-3 gün sonra həmin yerdə yenə də Orxan və onun yanında daha 800 manat pulu Vüqara vermişdir. Bundan 1- 2 gün sonra, yəni 2021-ci ilin təxminən iyun-iyul aylarında Məcidlə birlikdə «20 Yanvar» metrostansiyasının yaxınlığında yerləşən «Azərbaycanfilm» kinostudiyasının yanında Vüqarla görüşmüşlər. Vüqar görüşə Orxanla birlikdə gəlmişdir. Məcid orada 2500 manat pulu onun və Orxanın yanında Vüqara vermişdir. Vüqar pulu aldıqdan sonra ona və Məcidə demişdir ki, 21 gün ərzində sənədi təqdim edəcəkdir. Lakin Vüqar söz verdiyi vaxtda vədinə əməl etməmişdir. Bundan sonra o və Məcid dəfələrlə Vüqardan sənəd barədə maraqlansalar da, Vüqar hər dəfə müxtəlif bəhanələr gətirmiş və sənədin təqdim olunması müddətini uzatmışdır. 2021-ci ilin dekabr ayının əvvəllərində Vüqar söz vermişdir ki, xx.xx.2021-ci il tarixədək qeyd olunan obyekt özəlləşəcək və müvafiq sənədləri təqdim edəcək, lakin həmin müddətdə də sənədi təqdim etməmişdir. Sonradan Məcid pulunun qaytarılmasını xahiş etsə də, Vüqar müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Hətta bir dəfə atası rəhimətə getdiyi üçün başının qarışıq olduğunu demiş, sonradan onlara məlum olmuşdur ki, Vüqarın atası sağdır. Vüqar son vaxtlar Məcidin zənglərinə cavab verməmiş və telefonunu bağlamışdır. Vəziyyəti belə gördükdə Məcid Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin «161-qaynar xətti» nə şikayət etmişdir. Məcid Təqsirləndirilən şəxs 18800 manat pulu 2021-ci ilin iyun-iyul aylarında vermişdir, lakin tarixləri dəqiq xatırlamır. Çünki o, həmin obyekti 2021-ci ilin may ayının sonları, iyun ayının əvvəllərində satmaq fikrində olmuşdur. Bu hadisələr də 1 aydan bir az çox müddətdə baş vermişdir. Vüqar demişdir ki, onun Əmlak məsələləri üzrə Dövlət Xidmətində tanışı vardır, lakin onun kim olması barədə hər hansı məlumat verməmişdir. Vüqar aldığı 18800 manat puldan ona heç bir pul verməmişdir. Vüqar işin alınmamasını Əmlak Məsələləri üzrə Dövlət Xidmətində müəyyən problemlərin olması ilə əlaqələndirmişdir. Sonradan problemin həll edildiyini bildirmiş və 1 ay sonrakı tarixə sənədin veriləcəyini demişdir. Amma həmin vaxt gəlib çatdıqda yenidən başqa bir problemin yarandığını demiş və vaxtı uzatmışdır. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, Balakən rayonu Gərəkli kəndində qeydiyyatdadır. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 188.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda AR ƏN X3 cəza çəkir. Şahid3 tanıyır. Bəxtiyarla X3 tanış olmuş, birlikdə çörək yemişlər. 2015-ci ildə X3 əvvəlki məhkumluğu ilə bağlı cəza çəkdiyi zaman həmin vaxt orada cəza çəkən məhkum Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs cəza çəkdiyi zaman Vüqarın çöldə olan tanışı vasitəsi ilə bir nəfər məhkum bəraət almışdır. Bəraət alan şəxsin adı Elbrus olmuşdur. Həm Elbrusun özü, həm də Vüşqar Əlizadə ona bu barədə demişlər. Elbrus yol-nəqliyyat hadisəsi törətdiyinə görə cəza çəkirdi. Elbrusun soyadını, atasının adını və onun barəsində başqa məlumatları bilmir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs inanmışdır. Şahid3la da söhbət etdiyi zaman Bəxtiyara işini həll edə biləcək bir şəxsin olduğunu bildirmişdir. Bundan əvvəl də Vüqar ona dələduzluq maddəsi ilə tutulmasına baxmayaraq, bəraət aldığını və vəkillik fəaliyyəti ilə məşğul olduğunu demişdir. Bəxtiyarın işi ilə bağlı Vüqara zəng etdikdə, Təqsirləndirilən şəxs ona Ali Məhkəmədə işləyən xalası oğlu ilə danışacağını və onun vasitəsi ilə Bəxtiyarın cəzasını azaldacağını bildirmişdir. Vüqarla qiymət barədə danışmamışlar. Vüqarın mobil telefon nömrəsini Bəxtiyara vermiş, o da öz növbəsində həmin nömrəni ailə üzvlərinə vermişdir. Bəxtiyar sonradan onunla söhbət zamanı ailəsinin Vüqarla görüşüb ona 17000 (on yeddi min) manat pul verdiyini bildirmişdir. Həmin pulun müqabilində Təqsirləndirilən şəxs qohumunun köməyi ilə Şahid3 cəzasını 03 il azaltmağa söz vermişdir. Bəxtiyar hər dəfə ondan işi ilə bağlı soruşduqda, o da Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlamış və Vüqarı tələsdirmişdir. Vüqar ona hər dəfə işin düzələcəyini demişdir. Həmin 17000 (on yeddi min) manat pulu Şahid3 ailəsi 2020-ci ilin təxminən dekabr ayında Balakən rayonunda Təqsirləndirilən şəxs vermişlər. 2021-ci ilin təxminən yanvar ayında Təqsirləndirilən şəxs ona 3000 (üç min) manat pulun da lazım olduğunu bildirdikdə, bu barədə Bəxtiyara demişdir. Bəxtiyar da öz növbəsində ailəsinə xəbər vermişdir. Həmin 3000 (üç min) manat pulu Bəxtiyarın həyat yoldaşının Təqsirləndirilən şəxs verdiyindən məlumatı olmuşdur. Bu barədə ona Bəxtiyar demişdir. 2021-ci ilin təxminən noyabr ayında, artıq iş düzəlmədikdə Təqsirləndirilən şəxs ona əlavə 4000 (dörd min) manat da pul olsa Bəxtiyarın cəzasını 03 il yox, 04 il azalda biləcəyini bildirmişdir. Bu barədə yenə Bəxtiyara bildirmişdir. Bəxtiyar da həmin 4000 (dörd min) manat pulu 2021-ci ilin təxminən noyabr və dekabr aylarında hər dəfə 2000 (iki min) manat olmaqla Təqsirləndirilən şəxs çatdırmışdır. Ali Məhkəmənin Plenumundan Bəxtiyara imtina məktubu gəldikdən sonra o, Vüqardan Bəxtiyardan götürdüyü pulları geri verməsini tələb etmiş, lakin hər dəfə Vüqar ona əvvlcə işi düzəldəcəyini, sonra isə hər dəfə pulu qaytaracığını bildirməsinə baxmayaraq, pulu qaytarmamışdır. Təqsirləndirilən şəxs ona özünün xalası oğlunun Ali Məhkəmədə hakim işlədiyini demişdir. O da öz növbəsində Təqsirləndirilən şəxs deyəni çevirərək özünün xalası oğlunun Ali Məhkəmədə hakim işlədiyini Bəxtiyara demişdir. Şahid3 xalası oğlunun Ali Məhkəmədə hakim köməkçisi yox, hakim işlədiyini demişdir. 2022-ci ilin yanvar ayının 26-da AR ƏN X1 müəsiisəsinə keçirilmişdir. Şəki Pentitensiar Xidmətinə 11 iyul 2022-ci il tarixdə qayıtmışdır. Müalicə müəssisəsində olduğu zaman 5-6 dəfə Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlayaraq, Şahid3 pulunun geri qaytarılması ilə bağlı danışmışdır. Sonuncu dəfə iyul ayının 8-də və ya 9-da Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlamışdır. Təqsirləndirilən şəxs ona Şahid3 götürdüyü pulla əlaqədar cinayət işinin başlandığını, həmin pulları 10-15 gün müddətinə qaytaracağını, pul tapmağa çalışdığını bildirmişdir. Vüqara pulu qaytarmağı məsləhət görmüş, bunun heç biri üçün yaxşı olmayacağını bildirmişdir. Vüqar Bəxtiyardan götürdüyü pullardan ona bir qəpik də verməmişdir. İş materiallarında olan Balakən rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X13 tərəfindən tərtib edilmiş 20 may 2022-ci il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, icraatında olan 46C-22 nömrəli material üzrə Şahid7 izahatına əlavə edilmiş 1 ədəd diskə onun tərəfindən baxış keçirilmişdir. Baxış Balakən rayon prokurorluğunun inzibati binasındakı təbii işıqlandırma şəraitində aparılmışdır. Baxış zamanı müəyyən edilmişdir: Disk ağ rəngli olmaqla üzərində Princo CD-R yazısı yazılmışdır. Diski xidməti istifadəsində olan stolüstü kompüterin “HP” markalı prosessoruna daxil etdikdən sonra “HP” markalı monitora gələn məlumatlara baxış keçirməyə başlamışdır. Belə ki, diskin içərisində 4 səs yazısı vardır. həmin faylların adı “WhatsApp Audio 1», “WhatsApp Audio 2», “WhatsApp Audio 3» və “WhatsApp Audio 4»dür. “WhatsApp Audio 1» adlı səs yazısı 0 dəqiqə 45 saniyə, “WhatsApp Audio 2» saylı səs yazısı 8 dəqiqə 06 saniyə, “WhatsApp Audio 3» adlı səs yazısı 2 dəqiqə 29 saniyə və “WhatsApp Audio 4» saylı səs yazısı 4 dəqiqə 45 saniyə davam edir. “WhatsApp Audio 1» və “WhatsApp Audio 2» səs yazısında telefonda iki kişi danışır. Danışıq mətnindən məlum olur ki, danışan kişinin bir Vüqar adlı şəxs, digəri isə səs yazısını təqdim edən Rasim adlı şəxsdir. Qeyd edilən səs yazılarında adları göstərilən şəxslər arasında iş üçün əhəmiyyət kəsb edən aşağıdakı məzmunda söhbətlər aparılmışdır. “WhatsApp Audio 1» adlı səs yazısı aşağıdakı məzmunda davam etdirilir: Rasim adlı şəxs : 24000 manat götürülübmü? Vüqar adlı şəxs: Əlbəttə. “WhatsApp Audio 2» adlı səs yazısı aşağıdakı məzmunda davam etdirilir: Rasim adlı şəxs: Vüqardı qardaş vəkil? Vüqar adlı şəxs: Bəli. Rasim adlı şəxs: Bəxtiyar deyir ki, mən o pulu adama məni dekabr ayında çıxartsın deyə vermişdim. Vüqar adlı şəxs: Bilirəm, bilirəm. Rasim adlı şəxs:24 mini qaytarmasan şikayət edirik. Vüqar adlı şəxs: Başa düşdüm. Rasim adlı şəxs: Tutaq ki iş alınmadı ? Vüqar adlı şəxs: pul alınıbsa qaytarılmalıdır. “WhatsApp Audio 3» və “WhatsApp Audio 4» səs yazısında telefonda 1 kişi və 1 qadın danışır. Danışıq mətnindən məlum olur ki, danışan kişinin biri Vüqar adlı şəxs, digəri isə Şahid3 yoldaşı Zəminə adlı xanımdır. Qeyd edilən səs yazılarında adları göstərilən şəxslər arasında iş üçün əhəmiyyət kəsb edən aşağıdakı məzmunda söhbətlər aparılmışdır: “WhatsApp Audio 3» adlı səs yazısı aşağıdakı məzmunda davam etdirilir: Zəminə adlı şəxs: Bəxtiyarın yoldaşıdı. Vüqar adlı şəxs: Bilirəm, bilirəm. Zəminə adlı şəxs: Biz pulu tələb edirik. Vüqar adlı şəxs: Siz bu ay gözləyin məhkəmədir. Zəminə adlı şəxs: Uje il yarımdır ki, gözləyirik. Vüqar adlı şəxs: Xanım günlərin söhbəti gedir, ayların belə söhbəti getmir. “WhatsApp Audio 4» adlı səs yazısı aşağıdakı məzmunda davam etdirilir: Zəminə adlı şəxs: 25000 manatı cibinə qoymusunuzmu? Vüqar adlı şəxs: Xanım ayın 17-ci məhkəmədir. Zəminə adlı şəxs: Heç olmasa vəkiləm deyirsiz gələrsiz bir üz-üzə danışaq. Vüqar adlı şəxs: Baş üstə. Bununla da səs yazısı başa çatmışdır. Baxış zamanı material üzrə əhəmiyyət kəsb edən başqa hal aşkar edilməmişdir. Baxış zamanı foto, video və kinoçəkilişdən və ya yazan digər texniki vasitələrdən istifadə edilməmişdir. Bundan başqa baxış protokolunun mətni “HP” markalı kompüterdə tərtib olunmuş və “HP” markalı printerdə çap edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Balakən filialından daxil olmuş xx.xx.2023-cü il tarixli 18 nömrəli məktubda göstərilmişdir ki, 2020-ci ilin dekabr ayı ərzində ABŞ dollarının məzənnəsi aşağıdakı kimi olmuşdur: "xxxx" ASC-də alış- 1.6970; satış-1.7020; Mərkəzi Bankda 1.7000. İş materiallarında olan iş üzrə Şahid1 Balakən rayon prokurorluğuna kserosurətini təqdim etdiyi “Qəbz”də göstərilmişdir: “Biz Şahid1 və Təqsirləndirilən şəxs aramızda borc müqaviləsi bağlayırıq. Şahid1 olaraq on min dollar (10 min dollar) müqavilində pul verirəm Təqsirləndirilən şəxs ondan ötəri ki, verdiyim bu pulu ən uzağı 5 ay 6 aya qaytaracağını bildirib. Müqaviləmiz işlə bağlıdır və bunu da öz imzası ilə təsdiq edib. Bu pulu məhkəməylə bağlı vermişəm. O da ki, Bəxtiyara görə vermişəm. Mən Təqsirləndirilən şəxs Nəriman oğlu mənə verilən (10) min ABŞ dollarını, yəni on min Amerika dollarını aldım və öz imzamla təsdiq edirəm. AA 007308 Təqsirləndirilən şəxs İmza: Mən Şahid2 bu müqavilədə iştirak etdim (10000) on min dollar aldığını gördüm İmza.” İş materiallarında olan 12 iyun 2022-cü il tarıxli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi üçün şübhələnməyə əsas verən kifayət qədər dəlillər olduğundan o, 12 iyun 2022-ci il tarixdə saat 23:10-da şübhəli şəxs qismində tutularaq Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinini 14 iyun 2022-ci il tarıxli 4(019)- 43/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, onun şübhəli şəxs kimi tutulduğu 12 iyun 2022-ci il tarixdən hazırki qərarın çıxarıldığı 14 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla barəsində 12 sentyabr 2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 22 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarışın elan olunması və cinayət işi üzrə icratın dayandırılması haqqında qərardan görünür ki, 22 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və cinayət işinin icraatı Təqsirləndirilən şəxs tutulanadək dayandırılmışdır. İş materiallarında olan 19 fevral 2023-cü il tarixli axtarışa elan olunmuş şəxsin tutulması barədə protokoldan görünür ki, barəsində ev dustaqlığı qismində seçilmiş qətimkan tədbirinin tələblərini pozmuş təqsirləndirilən şəxs Əlizadə X10 Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 19 fevral 2023-cü il tarixdə saat 17.20 radələrində tutularaq Balakən Rayon Polis Şöbəsinə gətirilmişdir. İş materiallarında Balakən rayon prokurorunun 20 fevral 2023-cü il tarixli qərarından görünür ki, barəsində ev dustaqlığı qismində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmuş, CM-nin 178.2.4-cü maddəsilə təqsirləndirilən şəxs hesab edilən X7 tutulması qərara alınmışdır. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 20 fevral 2023-cü il tarixli barəsində ev dustaqlığı qismində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmuş təqsirləndirilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ev dustaqlığı qismində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmuş, AR CM-nin 178.2.4-cü maddəsilə Təqsirləndirilən şəxs tutulmuş, Təqsirləndirilən şəxs tutulduğu vaxt onun faktiki olaraq xx.xx.2023-cü il tarixdə saat 17.20-də Bakı şəhərində tutulduğu vaxtdan hesablanmışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinini 20 fevral 2023-cü il tarixli 4(019)-14/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsilə Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu 19 fevral 2023-cü il tarixdən hesbalanmışdır. İş materiallarında olan 13 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs ilə iş üzrə Zərərçəkmiş şəxs2 və iş üzrə Şahid7 arasındakı telefon danışıqlarının qeydə alındığı 01 ədəd DVD diski və "xxxx" MMC-dən ələ keçirilmiş telefon danışıqları haqqında məlumatların köçürüldüyü 01 ədəd CD diski sübut növü kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2022-ci il tarixli 7 saylı arayışdan və ümumən iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası və 400 manat cərimə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə AR CM-nin 178.2.2-ci maddəsi hökmdən çıxarılmış və cəza müddəti dəyişdirilmədən saxlanılmış, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə əməli AR CM-nin 178.3.2-ci maddəsindən AR CM-nin 178.2.2. 178.2.4-cü maddələrinə tövsif edilərək cəzası 05 ilə endirilmiş və azadlıqdan məhrum etmə cəzasını tam çəkdiyindən cəzadan dərhal azad olunmuşdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, tələbi və şikayəti yoxdur. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlinin təkrar törədilməsinə görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində, xeyli miqdarda törədilməsinə görə isə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 1-ci bəndinə görə törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Sözügedən Qərarın 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını nəzərdən keçirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməlidir. Onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir,əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41 -ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iş materiallarına və qanun normalarının tələbinə əsasən Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq Zərərçəkmiş şəxs1 tamamilə ödəməsini və cinayət əməlləri törətməsini etiraf edib bu əməlləri törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslə barışıq əldə etməsinin və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq zərərçəkmiş şəxsə tamamilə ödəməsinin Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınması qanunvericilyin tələbindən irəli gəlir və qanun normalarında birbaşa göstərilmişdir. Ona görə də həmin hallar təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi birbaşa nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs cinayət əməllərini etiraf edib əməllərinəə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, ona istinad olunan əməllərə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməlləri törətməsini etiraf edib bundan peşmançılıq çəkməsi məhz ona istinad olunan Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə təəssüflənməklə bu əməllərə tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq Zərərçəkmiş şəxs1 tamamilə ödəməsi və cinayət əməlləri törətməsini etiraf edib bu əməlləri törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və islah olunması üçün ona cəmiyyətdən təcrid edilmə formasında cəzanın təyin edilməsi zərurətini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs 12 iyun 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək tutularaq həbsdə saxlandığı 2 gün və 14 iyun 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək ev dustaqlığında saxlandığı 1 ay 8 gün olmaqla cəmi 1 ay 10 gün həbsdə saxlandığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, onun 19 fevral 2023-cü il tarixdən hazırki hökmün çıxarıldığı 03 oktyabr 2023-cü il tarixədək həbsdə saxlandığı müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməklə ona qəti olaraq təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli 19 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət… Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə məhkəməyədək icraatda həbsdə saxlama müddətinin axımı məhkəməyə göndərilmiş cinayət işi üzrə qətimkan tədbiri ilə bağlı məsələyə baxıldığı, yaxud həbs və ya ev dustaqlığı qismində qətimkan tədbirinə xitam verildiyi gün dayandırılır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs tərəfindən ona təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 56.1.2-ci maddəsinə uyğun olaraq ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ilə iş üzrə Zərərçəkmiş şəxs2 və iş üzrə Şahid7 arasındakı telefon danışıqlarının qeydə alındığı 01 ədəd DVD diski və "xxxx" MMC-dən ələ keçirilmiş telefon danışıqları haqqında məlumatların köçürüldüyü 01 ədəd CD diski hazırki cinayət işi materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:… 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir… Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 ona vurulmuş ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayət əməllərini törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 5 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı vəkil Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 30 manat tutulub Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx"ASC-in X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs 12 iyun 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək tutularaq həbsdə saxlandığı 2 gün və 14 iyun 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək ev dustaqlığında saxlandığı 1 ay 8 gün olmaqla cəmi 1 ay 10 gün həbsdə saxlandığı müddət bu cəzadan çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; onun 19 fevral 2023-cü il tarixdən hazırki hökmün çıxarıldığı 03 oktyabr 2023-cü il tarixədək həbsdə saxlandığı müddət ona qəti olaraq təyin edilmiş bu azadlıqdan məhrum etmə cəzası müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 19 fevral 2023-cü il tarixdən hesablansın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ilə iş üzrə Zərərçəkmiş şəxs2 və iş üzrə Şahid7 arasındakı telefon danışıqlarının qeydə alındığı 01 ədəd DVD diski və "xxxx" MMC-dən ələ keçirilmiş telefon danışıqları haqqında məlumatların köçürüldüyü 01 ədəd CD diski hazırki cinayət işi materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Zərərçəkmiş şəxs2 ona vurulmuş ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı vəkil Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 30 manat Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-70/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-70/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver