Məhkəmə qərarları › İş №1(019)-70/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-70/2025

15.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-70/2025 15.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx.xx.1986-cı ildə Zaqatala rayonu, Kebeloba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx,subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Balakən rayonu Katex kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Balakən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 07 sentyabr 2023-cü il tarixdən başlayaraq xx.xx.2013-cü ildə anadan olmuş X1 və xx.xx.2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 140,00 manat olmaqla, hər ay cəmi 280,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Balakən Rayon Məhkəməsinin 2(019)-95/2024 saylı 06 fevral 2024cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(019)-426/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2024-cü il, xx.xx.2024cü il və xx.xx.2025-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 01 aprel 2025-ci il tarixədək şəxsi maraq niyyətilə 4740,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməməklə zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də işdə olan digər sübutların tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 15 oktyabr 2012-ci il tarixdə rəsmi nikah münasibətlərinə girərək ailə həyatı qurmuş və birgə nikahlarından xx.xx.2013-cü ildə X3 və xx.xx.2016-cı ildə X5 adında uşaqları anadan olmuşdur. O, nikahda olduğu müddətdə Zərərçəkmiş şəxs ilə yola getmədiyindən 2023-cü il tarixdə ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da uşaqları anası Zərərçəkmiş şəxs himayəsində,Bakı şəhərində yaşamışdırlar.Onlar ayrıldıqdan sonra Zərərçəkmiş şəxs uşaqlarını tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə nikahın pozulması,uşaqların ananın himayəsində saxlanması,aliment tələbinə dair iddia qaldırmış və Balakən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 fevral 2024-cü il tarixli qətnaməsinə əsasən ondan 07 sentyabr 2023-cü il tarixdən başlayaraq xx.xx.2013-cü ildə anadan olmuş X1 və xx.xx.2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 140,00 manat olmaqla, hər ay cəmi 280,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Bu qətnamə əsasında onlar rəsmi boşanmışdırlar. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıqlar edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də maddi imkanının kifayət qədər olmaması səbəbindən aliment borcunu ödəməmişdir.Hazırda o, aliment borcunun əvəzinə Zərərçəkmiş şəxs torpaq sahəsi verərək borcunu tam ödəmişdir. Zərərçəkmiş şəxs ondan heç bir şikayəti və tələbi yoxdur.İşin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs 24 sentyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki,o,15 oktyabr 2012-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Onların birgə nikahlarından 02 avqust 2013-cü il tarixdə Fatimə, 18 dekabr 2016-cı il tarixdə isə Hüseyn adlı uşaqları anadan olmuşdur. Onların ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan Təqsirləndirilən şəxs təqsiri ucbatından münasibətləri pozulmuşdur. Təqsirləndirilən şəxs ailəyə laqeyd münasibət bəsləmiş, qazancını spirtli içkilərə xərcləmişdir. O, buna görə də 2023-cü ilin may ayında Təqsirləndirilən şəxslə faktiki olaraq ayrılaraq uşaqları da götürüb ata evinə getmişdir. Ayrı yaşadıqları müddətdə Təqsirləndirilən şəxs uşaqları ilə maraqlanmamış,onların saxlanılmasına maddi köməklik göstərməmiş və barışıb bir ailə kimi birgə yaşamaqları da mümkünsüz olmuşdur. O, aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və Balakən Rayon Məhkəməsi onun iddiasını qismən təmin edərək nikahın pozulması, həmçinin Təqsirləndirilən şəxs cavabdeh kimi 07 sentyabr 2023-cü il tarixdən başlayaraq xx.xx.2013-cü ildə anadan olmuş X1 və xx.xx.2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 140,00 manat olmaqla, hər ay cəmi 280,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair xx.xx.2024-cü il tarixli qətnamə çıxarmışdır. Qətnamənin çıxarılmasından xeyli müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs ötən müddətdə məhkəmə qətnaməsinə də məhəl qoymamış və müəyyən edilmiş aliment məbləğini ödəməmişdir. Təqsirləndirilən şəxs birgə yaşadıqları müddətdə və hazırda da fərdi qaydada fəhləliklə məşğul olur, normal qazanc əldə edir, təsərrüfatla məşğul olur. Onun aliment ödəməyə maddi imkanı çatır. Lakin qazancını spirtli içkilərə xərcləyir, alimenti qərəzli olaraq ödəmir. Hazırda Təqsirləndirilən şəxslə razılığa gəlmişlər. Təqsirləndirilən şəxs ona borclu olduğu 4740 manat alimenti tam ödəmişdir. Onunla barışmışlar, heç bir şikayəti yoxdur.İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən rayon İcra və probasiya şöbəsinin rəisi Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Balakən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(019)-95/2024 saylı, 06 fevral 2024-cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 07 sentyabr 2023-cü il tarixdən başlayaraq xx.xx.2013-cü ildə anadan olmuş X1 və xx.xx.2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 140,00 manat olmaqla, hər ay cəmi 280,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmin icra sənədi üzrə xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılaraq tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. Verilmiş müddətdə borclu tələbin könüllü icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Məcburi icra tədbirləri çərçivəsində borclunun adına tələbin yönəldilə biləcək əmlakının və gəlirlərinin olub-olmaması öyrənilmiş, nəticədə hər hansı əmlak və gəlirləri aşkar edilməmişdir. Həmçinin borclu icra şöbəsinə çağırılaraq icra sənədinin mahiyyəti ona izah olunmuş, müəyyən edilmiş aliment məbləğini ödəməyəcəyi təqdirdə daşıyacağı məsuliyyəti ona izah olunmuşdur. Lakin xeyli müddətin keçməsinə baxmayaraq borclu alimentin ödənilməsini təmin etməmişdir. Həmçinin görülmüş tədbirlər nəticəsində borclunun olduğu yeri müəyyən etmək mümkün olmamışdır.Odur ki, xx.xx.2024-cü il tarixli qərarla borclu barəsində axtarış elan edilmişdir.Borclu xx.xx.2024-cü il tarixdə Balakən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə gətirilmişdir. İcra şöbəsində bir daha qətnamənin icrası borcludan tələb olunmuş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Borclu izahat verərək işləmədiyini və maddi imkanının zəif olduğunu əsas gətirərək aliment borcunu ödəməkdən yayınmışdır. Odur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra borcluya yeni icra müddəti təyin edilərək yaranmış aliment borcunun ödənilməsi ondan tələb olunmuş, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilmişdir. Eyni zamanda icra sənədinin icrası ilə bağlı borclu ilə fərdi söhbətlər aparılmış, məsuliyyəti şəxsən diqqətinə çatdırılmışdır. Lakin görülmüş icra tədbirləri nəticəsiz qalmış, Təqsirləndirilən şəxs hərəkətlərində dönüş yaratmamış və 01 aprel 2025-ci il tarixədək 4740,00 manat alimenti ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayınmışdır. İcra müddətində tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə Balakən rayon İcra və Probasiya şöbəsinə yazılı və şifahi qaydada müraciət edərək uşaqların maddi tələbatını ödəməkdə çətinliklər çəkdiyini və maddi vəziyyətlərinin ağır olduğunu bildirərək Təqsirləndirilən şəxs yaranmış aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İşin 10-15-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(019)-95/2024 nömrəli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, iddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh Təqsirləndirilən şəxs arasında bağlanmış, 15 oktyabr 2012-ci il tarixdə Balakən Rayon İcra Hakimiyyəti Katex kənd icra nümayəndəliyində 37 nömrə ilə qeydə alınmış nikahın pozulması,onların birgə nikahından olan uşaqlar-xx.xx.2013-cü ildə anadan olmuş X1 və xx.xx.2016-cı ildə anadan olmuş X2 iddiaçı Zərərçəkmiş şəxs yanında saxlanmaları, 07 sentyabr 2023-cü il tarixdən başlayaraq xx.xx.2013-cü ildə anadan olmuş X1 və xx.xx.2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 140 manat-cəmi 280 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin 16-17-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon Məhkəməsinin 2(019)-95/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2023-cü il tarixdən başlayaraq xx.xx.2013-cü ildə anadan olmuş X1 və xx.xx.2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 140 manat-cəmi 280 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İşin 19-cu vərəqəsində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki,Balakən Rayon Məhkəməsinin 2(019)-95/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi Şöbənin icraatına qəbul edilmişdir. İşin 44,46,48-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən cinayət işinin materiallarına əlavə edilmiş bildirişdən, xx.xx.2024-cü il, xx.xx.2024-cü il vəxx.xx.2025-ci il tarixlərdə rəsmi xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq aliment məbləği ödənilməklə Balakən Rayon Məhkəməsinin 2(019)- 95/2024 saylı, 06 fevral 2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası tələb edilmiş, məsuliyyəti diqqətinə çatdırılmışdır. İşin 38-40-cı vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(019)-426/2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-426/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək xx.xx.2024-cü il il tarixdə 08 gün müddətinə inzibati qayda həbs edilmişdir. İşin 52-54-cü vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 8(019)-1/2025 nömrəli qərardadının surətindən görünür ki,təqdimat təmin edilmiş, xx.xx.1986-cı il tarixdə Zaqatala rayonu Kebeloba kəndində anadan olmuş, Balakən rayonunun Katex kəndində qeydiyyatda olan borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İşin 107-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 150-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 20 iyul 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdə olan Zərərçəkmiş şəxs 15 oktyabr 2025-ci il tarixdə məhkəməyə göndərdiyi teleqramda göstərmişdir ki,Təqsirləndirilən şəxs borclu olduğu 4740 manat alimenti tam ödəmişdir. Onunla barışmışlar, heç bir şikayəti yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki,Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 07 sentyabr 2023-cü il tarixdən başlayaraq xx.xx.2013-cü ildə anadan olmuş X1 və xx.xx.2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 140,00 manat olmaqla, hər ay cəmi 280,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Balakən Rayon Məhkəməsinin 2(019)-95/2024 saylı 06 fevral 2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq və qəsdən icra etməmiş, zərər çəkmiş şəxsə 4740 manat məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. X4 Məhkəməsinin Plenumu tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi (köhnə redaksiyada) ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin,şahidlərin ifadələrini, dövlət ittihamçısının çıxışlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir,onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 306-cı maddənin “Qeyd” hissəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin “Qeyd” hissəsinə görə bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə çıxışında Təqsirləndirilən şəxs borclu olduğu 4740 manat alimenti tam ödəməsini göstərərək iş üzrə icraata xitam verilməsini xahiş etdi Məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs borclu olduğu 4740 manat alimenti tam ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını göstərərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı təqsirləndirilən şəxsin borclu olduğu 4740 manat alimenti tam ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin “Qeyd”hissəsinə əsasən xitam verilməsi, onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini təklif etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Cinayət-Prosessual Məcəlləsinin 43.1. və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə işin hallarını, Təqsirləndirilən şəxs borclu olduğu 4740 manat alimenti tam ödəməsini, zərər çəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, onların işin icraatına xitam verilməsini xahiş etmələrini, dövlət ittihamçısının cinayət işinin icraatına xitam verilməsi və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini təklif etməsini, cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə olan cinayət təqibinə Cinayət Məcəlləsinin 306-cı maddənin “Qeyd” hissəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 43.3, 321.2.1, 347 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 306-cı maddənin “Qeyd” hissəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20(iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar