Məhkəmə qərarları › İş №1(019)-71/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-71/2021

10.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-71/2021 10.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, X2 oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs Zeynəddin oğlunun iştirakı ilə xx.xx.1960-cı il tarixdə Balakən rayonu Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş- Balakən Rayon Məhkəməsinin 29.05.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş və 26.08.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməyən və ya götürülməyən, Balakən Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X4 İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Zeynəddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zeynəddin oğluna ittiham verilmişdir ona görə ki, o, qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq, saxlama və satma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda təmiz çəkisi 14,60 qramdan artıq olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə edib üzərində daşıyaraq, əvvəlcə Balakən rayonu Tülü kəndində yaşadığı evdə saxlamış, daha sonra həmin narkotik vasitə qurudulmuş marixuananı bölüşdürüb 05 ədəd kibrit qutularına yığaraq üzərində daşıyaraq saxlamış, 03 aprel 2021-ci il tarixdə həmin narkotik vasitə qurudulmuş marixuananın istintaqa məlum olmayan hissəsini qohumu X18 ilə birlikdə istifadə etdikdən sonra marixuananın 0,51 qram olan hissəsini əvəzsiz olaraq İsa Bayramova vermiş, qalan 14,09 qram olan hissəsini 05 ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 3,10 qram, 2,56 qram, 2,77 qram, 2,69 qram və 2,97 qram olmaqla qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə əynindəki göy rəngli gödəkcənin sağ yan cibində daşıyaraq saxlamışdır. 03 aprel 2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə edib daşıyaraq əynindəki göy rəngli gödəkcənin sağ yan cibində saxladığı 05 ədəd kibrit qutularında, ümumi çəkisi 14,09 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana həmin tarixdə saat 23:35dən 04 aprel 2021-ci il saat 00:17-dək aparılmış şəxsi axtarış zamanı onun əynindəki göy rəngli gödəkcənin sağ yan cibindən, eləcə də Təqsirləndirilən şəxs 03 aprel 2021-ci il tarixdə qəsdən, qanunsuz olaraq X15 əvəzsiz olaraq verdiyi 01 ədəd kağız bükümdəki şəxsi istehlak miqdarında, yəni təmiz çəkisi 0,51 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 04 aprel 2021-ci il tarixdə saat 01:00-dan 01:30-dək aparılmış şəxsi axtarış zamanı İsa Bayramovun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Zeynəddin oğlu ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Tülü kəndində bacıları Bayramova Hümayət və Bayramova Əsli ilə birlikdə yaşayır. 2015-ci ildə Balakən Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş və 2019-cu ilin avqust ayında cəzasının sonu ilə azad olunmuşdur. Təxminən 30 ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. Balakən rayonu Tülü kənd sakini X18 onun həmkəndlisi və uzaq qohumudur. 2021-ci ilin fevral ayının əvvəllərində yaşadığı evdə olan zaman İsa onun yaşadığı evə getmiş, həmin vaxt İsadan özü istifadə etmək məqsədi ilə ona narkotik vasitə marixuana təşkil etməsini xahiş etmiş, İsa da etiraz etməmiş, daha sonra onlar birlikdə Balakən rayonu Qaysa kəndinə gedib, İsanın həmin kənddə yaşayan və “Vatsal” ləqəbli Emin adlı tanışı, yəni sonradan adını tam bildiyi X11 ilə görüşmüşdür. Həmin vaxt İsa Emindən satlıq marixuanasının olub-olmadığını soruşmuş, Emin isə hazırda marixuanasının olmadığını, marixuanası olanda İsa ilə əlaqə saxlayıb məlumat verəcəyini bildirmişdir. Buna görə onlar Eminlə sağollaşıb geri qayıtmışlar. Lakin sonradan Emin İsa ilə əlaqə saxlamamışdır. 01 aprel 2021-ci il tarixdə İsa ilə yaşadığı evdə oturub söhbət edən zaman marixuana almaq məqsədi ilə Eminə zəng etməsini xahiş etmiş, İsa etiraz etmədən Eminə zəng edib satlıq marixuanası olub-olmadığını soruşmuş, Emin də hazırda 50 qram satlıq marixuanası olduğunu bildirmişdir. Buna görə o, İsadan 50 qramın qiymətini soruşmasını xahiş etmiş, sonuncu qiyməti soruşanda Emin 50 qram marixuananı 370 manata satacağını bildirmişdir. O da Eminin dediyi qiymətlə razılaşmış və marixuananı onun üçün saxlamasını İsanın vasitəsi ilə Emindən xahiş etmişdir. Həmin tarixdə təxminən saat 16:00 radələrində narkotik vasitə marixuana almaq məqsədi ilə İsa ilə birlikdə İsanın idarə etdiyi Mercedes Benz markalı avtomobillə Eminin yaşadığı Balakən rayonu Qaysa kəndinə getmişlər. Onlar Eminin yaşadığı evə çatanda İsa zəng edərək Eminə məlumat vermiş, Emin isə yaşadığı evə yaxın getməmələrini demiş və özünün onlara yaxınlaşacağını bildirmişdir. Onlar da Eminin yaşadığı evə təxminən 100 metr məsafə qalmış avtomobilin içərisində oturub gözləmişlər. Bir neçə dəqiqədən sonra Emin idarə etdiyi köhnə Rusiya istehsalı olan velosipedlə gedib İsa tərəfdən avtomobilə yaxınlaşmış və əynindəki qırmızı zolaqlı gödəkcəsinin qoltuq hissəsindən içərisində marixuana olan 01 ədəd sellofan torbanı çıxarıb İsaya vermişdir. O, marixuananın çəkisini soruşanda Emin marixuananın təmiz çəkisinin 50 qram, sellofoan torba ilə birlikdə çəkisinin isə 55 qram olduğunu bildirmişdir. Daha sonra İsa ilə birlikdə torbanı açıb içərisinə baxmış, marixuananın görünüşü və qoxusu onun xoşuna gəlmişdir. Daha sonra o, üzərində götürdüyü 370 manat pulu Eminə vermək üçün cibindən çıxarıb İsaya vermiş, İsa da pulu sayıb Eminə vermişdir. Emin pulu alıb cibinə qoyduqdan sonra geri qayıdıb evinə tərəf getmiş, onlar da marixuananı götürüb, geri qayıtmışlar. O, yaşadığı evin yanında aldığı marixuananı da götürüb, avtomobildən düşmüş, İsa isə öz evinə getmişdir. Evə girəndə ailə üzvləri görməsin deyə aldığı marixuananı əynindəki gödəkcənin içərisində gizlədib saxlamış, daha sonra həyətdə oturub marixuananın bir qədərini istifadə etmişdir. Həmin gün axşam saatlarında İsa ondan marixuana istəmiş, o da etiraz etmədən 02 ədəd siqaret papirosuna marixuana doldurub, çəkməsi üçün İsaya vermişdir. Gecə yatmazdan əvvəl aldığı marixuananın bir qədərini də istifadə etdikdən sonra qalanını həyətdə olan zibil qabının içərisində gizlədib saxlamışdır. Səhəri gün, yəni 02 aprel 2021-ci il tarixdə səhər saatlarında yuxudan durub həyətdə marixuanadan bir qədər də istifadə etmiş, həmin tarixdə günorta saatlarında evdə tək olan zaman aldığı marixuanadan bir qədər də istifadə etdikdən sonra qalanını öz otağında bölüşdürüb, 10 ədəd kibrit qutularına yığmış və əynində olan paltarların ciblərinə qoyub üzərində saxlamışdır. Daha sonra gün ərzində mütəmadi olaraq marixuanadan istifadə etmişdir. Səhəri gün, yəni 03 aprel 2021-ci il tarixdə də eyni qaydada səhər yuxudan durandan sonra marixuanadan istifadə etmişdir. Həmin tarixdə axşam saatlarında İsa ona zəng edərək harada olduğunu soruşmuş, o da evdə olduğunu, həyətdə oturub çay içdiyini bildirmiş və bir qədər sonra İsa onun evinə gəlmişdir. Onlar həyətdə oturub çay içən zaman yenə marixuanadan bir qədər hazırlayıb İsa ilə birlikdə istifadə etmiş, ağ kağız parçasının içərisində hazırladığı, yəni tütünlə qatdığı marixuanadan biraz qalmışdır. İsa özü istifadə etmək üçün həmin qalan qarşığı ondan istəmiş, o da etiraz etmədən qalığı elə kağız parçasına büküb İsaya vermişdir. Bundan sonra onda içərisində marixuana olan cəmi 05 ədəd kibrit qutuları qalmışdır. Həmin kibrit qutularını da əynindəki tünd göy rəngli gödəkcənin sağ yan cibinə qoyub saxlamışdır. Təxminən 20-30 dəqiqədən sonra, həyətdə oturub söhbət etdikləri vaxt İsa bir nəfərlə görüşməli olduğunu demiş və qısa müddət ərzində gedib, qayıdacağını bildirmiş, daha sonra birlikdə gedib-qayıtmağı ona təklif etmişdir. O da etiraz etməmiş, bundan sonra İsa həmkəndlisi olan Rasim adlı taksi sürücüsünə zəng edərək, onun yaşadığı evin yanına çağırmış, bir neçə dəqiqədən sonra Rasim onun yaşadığı evin yanına getmiş və İsa ilə o, Rasimin avtomobilinə əyləşmişlər. İsanın göstərişi ilə Rasim avtomobili sürmüş və onun tanımadığı bir küçəyə getmişlər. Orada İsa avtomobili saxladıb yerə düşmüş, irəlidən dönərək, geri qayıdıb gözləmələrini demiş və bir nəfərlə görüşüb, tez qayıdacağını bildirmişdir. Həmin küçə dalan olduğuna görə Rasim avtomobili bir az irəli sürüb, geniş ərazidən dönüb, geri qayıtmış və avtomobilin içərisində oturub İsanı gözləmişlər. Həmin vaxt qaranlıq olduğuna görə İsanın hara getdiyini görə bilməmişdir. Təxminən 05 dəqiqədən sonra dalana başqa bir avtomobil daxil olmuş, həmin avtomobilin işığı düşəndə onlar İsanın irəlidə tək dayandığını görmüşlər. Dalana daxil olan avtomobil əvvəlcə İsanın yanında dayanmış, daha sora gedib onların yanında dayanmışdır. Daha sonra avtomobildən düşən şəxslər özlərini təqdim edərək, Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduqlarını deyərək, onları Balakən RPŞ-yə dəvət etmişlər. Onlar da etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsində əvvəlcə o, şübhəli şəxs qismində tutulmuş və ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğuna görə üzərində şəxsi axtarış aparılacağı izah olunmuşdur. Bundan sonra ona təqdim olunmuş siyahıdan seçdiyi Müdafiəçi polis şöbəsinə dəvət olunmuş, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona hüquq və vəzifələri izah olunmuş, daha sonra ona üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. O da səmimi etiraf edərək, şəxsi istifadəsi üçün əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibində saxladığı 05 ədəd kibrit qutularındakı narkotik vasitə marixuananı könüllü olaraq çıxarıb, polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi, içərisində narkotik vasitə marixuana olan kibrit qutuları polis əməkdaşı tərəfindən elektron tərəzi vasitəsi ilə ölçülən zaman ayrı-ayrılıqda çəkiləri 5,75 qram, 6,13 qram, 6,04 qram, 6,45 qram və 6, 36 qram olmuşdur. Daha sonra təqdim etdiyi 05 ədəd kibrit qutuları polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa polis əməkdaşları tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən digər hər hansı qeyri-qanuni əşya aşkar edilməmiş və bu barədə protokol tərtib edilərək, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-bioloji ekspertizasının 04 aprel 2021-ci il tarixli, 17/250 nömrəli rəyi ilə tanış olduqdan sonra, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 05 ədəd kibrit qutularında olan narkotik vasitə qurudulmuş marixuananın ayrı-ayrılıqda çəkilərinin 3,10 qram, 2,56 qram, 2,77 qram, 2,69 qram və 2,97 qram olmaqla ümumi təmiz çəkisinin 14,09 qram olması ona məlum olmuşdur. O, Emin Əsdiyevlə cəmi iki dəfə görüşmüş, sadəcə sonuncudan bir dəfə 01 aprel 2021-ci il tarixdə 370 manat verib, şəxsi istifadəsi üçün 50 qram narkotik vasitə marixuana almışdır. İsa onun evinə gedəndə, yəni onlar həyətdə oturub çay içəndə axşam saatları olmuş, sonra onlar birlikdə narkotik vasitə marixuana istifadə etmiş və daha sonra xeyli müddət həyətdə oturub çay içərək söhbət etmişlər. Bundan sonra İsa taksi çağırmış və birlikdə tanımadığı ünvana getmişlər. Buna görə də, polis əməkdaşları tərəfindən saxlanıldıqları yeri və saatı dəqiq xatırlamamışdır. Hazırda narkotik vasitələrin satışı ilə məşğul olmamış, sadəcə olaraq bu dəfə aldığı narkotik vasitə marixuanadan qohumu İsaya istifadə etməsi üçün 03 dəfə pulsuz marixuana vermiş, qalanını isə özü istifadə etmişdir. Təxminən 30 ildir narkotik vasitə marixuana istifadə edir. Aldığı 50 qram narkotik vasitə marixuananın cüzi bir hissəsini 03 dəfə olmaqla, əvəzsiz olaraq özü istifadə etməsi üçün qohumu İsaya vermiş, həmçinin, həmin narkotik vasitə marixuanadan bir dəfə tutulmamışdan bir neçə saat əvvəl İsa ilə birlikdə istifadə etmiş, qalanını da 03 gün ərzində özü istifadə etmişdir. O, aldığı narkotik vasitə marixuananın əvvəlcə müəyyən hissəsini istifadə etmiş, qalan hissələrini də istifadə etmək üçün seçib saxlamışdır. Ona görə istifadə etdiyi hissə çox, qalan hissə isə az olmuşdur. 50 qram narkotik vasitə marixuananı şəxsi istifadəsi üçün almış, həmin marixuanadan heç kimə satmamış, yuxarıda da qeyd etdiyi kimi, sadəcə olaraq həmin marixuanadan istifadə etməsi üçün üç dəfə pulsuz İsaya vermiş və bir dəfə İsa ilə birlikdə istifadə etmişdir. 03 aprel 2021-ci il tarixdə qohumu İsa Bayramovun dəvəti ilə taksi avtomobili ilə bilmədiyi ünvana gedərkən onun üzərində narkotik vasitə olmasından İsa Bayramovun və taksi sürücüsü Rasim Qaracayevin heç bir məlumatı olmamışdır. Çünki, onlar həyətdə İsa ilə oturub çay içən zaman cibindən bir kibrit qutusu çıxarıb, içərisində az miqdarda qalan narkotik vasitə marixuananı istifadə etmiş, boş kibrit qutusunu isə zibil qutusuna atmışdır. İsa onun üzərində əlavə marixuana olmasını bilməmişdir. O, bu günədək X11 ilə telefon əlaqəsi yaratmamış, sonuncunun telefon nömrəsini bilməmişdir. Qohumu İsa onun xahişi ilə narkotik vasitə marixuana almaq üçün Eminlə telefon əlaqəsi yaratmışdır. İsa sonuncu dəfə 01 aprel 2021-ci il tarixdə, bir dəfə də mart ayının sonlarında Eminə zəng etmiş, lakin həmin tarix onun yadında qalmamış, İsanın və Eminin nömrələrini bilməmişdir. Yaşadığı evdə narkotik vasitə marixuana saxlaması barədə ailə üzvlərinin və ya başqa kiminsə məlumatı olmamış, bu barədə heç kimə məlumat verməmişdir. Ailə üzvləri bilməsin deyə həmin narkotik vasitəni üzərində, yaxud da həyətdə olan zibil qutusunda gizlədib saxlamışdır. Adətən marixuana kibrit qutusunda saxlanılır. Belə ki, həm şübhə yaratmır, həm dağılmır, həm də cibdə saxlayıb daşımaq rahat olur. Buna görə o, aldığı marixuananı bölüşdürüb,kibrit qutularına yığaraq üzərində daşıyıb saxlamışdır. O, hazırda yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə marixuana saxlamamışdır. X11 yalan izahat və ifadə vermişdir. Çünki sonuncu törətdiyi əməlin cinayət olduğunu bilmiş, buna görə də, özünü müdafiə etmək üçün belə məzmunlu izahat və ifadə vermişdir. O, özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Belə ki, üzərindən aşkarlanaraq götürülmüş 05 ədəd kibrit qutusunda olan 14,09 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuananı satmaq məqsədi ilə deyil, şəxsi istifadəsi üçün üzərində saxlamışdır Onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, hazırda CAB-nin rəisi vəzifəsini müvəqqəti icra edir. 03 aprel 2021-ci il tarixdə Balakən rayonu Tülü kənd sakinləri Təqsirləndirilən şəxs və X12 üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaları barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat onun tərəfindən raportla Balakən RPŞ-nin rəhbərliyinə məruzə olunmuşdur. Daha sonra Balakən RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Şahid2, Balakən RPŞ PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid3 və PPXB-nin polis nəfəri polis serjantı Yüzbaşıyev Həmid Əli oğlu ilə birlikdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs və X1 şəhəri ərazisində saxlanılaraq, RPŞ-nə dəvət olunmuşlar. Polis şöbəsində əvvəlcə Təqsirləndirilən şəxs təhqiqatçı Qiya Musayev tərəfindən şübhəli şəxs qismində tutulmuş, daha sonra dəvət olunmuş Müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa, könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkcənin sağ yan cibindən 05 ədəd kibrit qutularını çıxarıb masanın üzərinə qoyaraq, həmin kibrit qutularının içərisində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni İsa adlı şəxsin vasitəsi ilə Vatsal adlı şəxsdən 300 manata aldığını bildirmişdir. Həmin kibrit qutuları açılan zaman içərisində narkotik vasitə marixuanaya oxşar bitki kütlələri aşkar edilmişdir. Aşkar edilmiş kibrit qutuları elektron tərəzi vasitəsi ilə ölçülən zaman ayrı-ayrılıqda çəkiləri 5,75 qram, 6,13 qram, 6,04 qram, 6,45 qram və 6,36 qram təşkil etmişdir. Həmin 05 ədəd kibrit qutuları 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən digər hər hansı qeyri-qanuni əşya aşkar edilməmiş və bu barədə protokol tərtib edilərək, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra dəvət olunmuş müdafiəçi Məlahət Emçiyevanın və polis əməkdaşlarının iştirakları ilə X12 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı İsa Bayramova üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra İsa Bayramov əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd kağız büküm çıxarıb təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində siqaret tütünü ilə qarışdırılmış vəziyyətdə olan narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin büküm elektron tərəzi vasitəsi ilə ölçülən zaman çəkisi 1,31 qram təşkil etmiş, daha sonra həmin büküm 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanaraq, götürülmüşdür. Bundan sonra İsa Bayramovun üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən digər hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar edilməmiş və bu barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitə aldığını bildirdiyi “Vatsal” ləqəbli Emin adlı şəxsin Balakən rayonu Qaysa kənd sakini X11 olduğu müəyyən edilmiş və sonuncu narkotik vasitələrin satışında şübhəli olduğuna görə RPŞ-nə dəvət edilmişdir. Daha sonra dəvət olunmuş müdafiəçi Hidayət Muradovun və polis əməkdaşlarının iştirakları ilə X6 üzərində şəxsi axtarış aparılmış, lakin sonuncunun üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. X9 İsa Bayramovun vasitəsi ilə Təqsirləndirilən şəxs narkotik vasitə marixuana satması ilə bağlı sual verildikdə, həmin şəxsləri tanımadığını və onlara narkotik vasitə satmadığını bildirmişdir. Keçirilmiş bütün hərəkətlər Balakən RPŞ-nin KTQnun ekspert-kriminalisti Sadiq Vəzirov tərəfindən “Sony HDRX” markalı videokamera vasitəsilə lentə alınmış, həmçinin keçirilmiş bütün hərəkətlər barədə protokollar tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmışdır.. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin PPXB-nin manqa komandiri Şahid2 və Balakən RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 da, Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə şahid Yüzbaşıyev Həmid Əli oğlu məhkəmə iclasına gəlməmiş və gətirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə şahid Yüzbaşıyev Həmid Əli oğlunun ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında şahid qismində ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Balakən RPŞ-nin PPXB-nin polis nəfəri Yüzbaşıyev Həmid Əli oğlu da Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 03 aprel 2021-ci il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 23:35-dən 04 aprel 2021-ci il saat 00:17-dək olan müddət ərzində Balakən rayon Tülü kənd sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən 05 ədəd kibrit qutusunda olan narkotik vasitəyə bənzər bitki kütləsi aşkar edilmişdir. Qeyd olunan 05 ədəd kibrit qutusu ayrıayrılıqda elektron tərəzidə çəkilmiş, hər birinin ayrı-ayrılıqda ümumi çəkiləri 5,75 qram, 6,13 qram, 6,04 qram, 6,45 qram və 6,36 qram olmuşdur. 05 ədəd kibrit qutusunda olan narkotik vasitəyə bənzər bitki kütləsi 01 ədəd ağ rəngli kağız zərfə qoyulub möhürlənərək, götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər bitki kütləsini qohumu İsa ilə birlikdə Balakən rayonu Qabaqçöl qəsəbəsində Vatsal kimi tanıdığı şəxsdən aldığını bildirmiş, şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir qeyri-qanuni əşya, predmet aşkar edilməmişdir. Şəxsi axtarış Sony markalı kamera ilə qeydə alınmış və disk formasında protokola əlavə olunmuşdur. Protokol ucadan oxunmuş, əlavə və düzəlişlər barədə qeydlər daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 04 aprel 2021-ci il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 01:00-dan saat 01:30-dək olan müddət ərzində Balakən rayonu Tülü kənd sakini X12 üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümdə narkotik vasitəyə bənzər bitki kütləsi aşkar edilmişdir. İsa Bayramov həmin bitki kütləsinin tütün olduğunu, həmin bitki kütləsini 5-6 ay əvvəl Balakən rayonu Tülü kəndi ərazisində tapdığını bildirmişdir. Həmin narkotik vasitəyə bənzər bitki kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 1,31 qram olmuşdur. Aşkar olunmuş içərisində narkotik vasitəyə bənzər bitki kütləsi olan 01 ədəd kağız büküm 01 ədəd ağ rəngli zərfdə qablaşdırılıb möhürlənərək, götürülmüşdür. Şəxsi axtarış zamanı İsa Bayramovun üzərində başqa hər hansı bir qeyri-qanuni əşya, predmet aşkar edilməmişdir. Şəxsi axtarış Sony markalı kamera ilə qeydə alınmış və disk formasında protokola əlavə olunmuşdur. Protokol ucadan oxunmuş, əlavə və düzəlişlər barədə qeydlər daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 04 aprel 2021-ci il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 02:05-dən saat 02:30-dək olan müddət ərzində X6 üzərində özünün seçdiyi vəkil Hidayət Muradov və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, Emin Əsdiyevin üzərində hər hansı bir qeyri-qanuni əşya, predmet aşkar edilməmişdir. Şəxsi axtarış video kamera ilə qeydə alınmış və disk formasında protokola əlavə olunmuşdur. Protokol ucadan oxunmuş, əlavə və düzəlişlər barədə qeydlər daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İşdə olan olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının 04 aprel 2021-ci il tarixli, 17/250 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..." sözləri və imzalar yazılmış zərfin içərisindəki 05 (beş) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 3,10 qram, 2,56 qram, 2,77 qram, 2,69 qram və 2,97 qram, ümumi təmiz çəkiləri 14,09 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində "X12 üzərindən aşkar edilmiş..." sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmizi çəkisi 0,51 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin kağız bükümün içərisindəki təmiz çəkisi 0,23 qram olan bitki mənşəli kütlə narkotik vasitələr aid deyildir; tədqiqata təqdim olunmuş 05 (beş) ədəd kibrit qutularında və 01 (bir) ədəd kağız bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd;Marixuanaların ümumi təmiz çəkisi-14,60 qram, tədqiqata sərf edildi-0,12 qram (hər obyektdən 0,02 qram), qalıq-14,48 qram. Ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş ambulator məhkəmənarkoloji ekspertizasının 18 may 2021-ci il tarixli, 557 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 03 aprel 2021-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 03 aprel 2021-ci ildə saat 23:20-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən Rayon Məhkəməsininin 05 aprel 2021-ci il tarixli, 4(019)-24/2021 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 03 aprel 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən Rayon Məhkəməsininin 26 iyun 2021-ci il tarixli, 4(019)-53/2021 nömrəli qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikası CM-ninin 234.2-ci maddəsilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün müddətə, yəni 23 iyul 2021-ci il tarixədək uzadılmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş tələbnamə üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş 16.05.2021-ci il tarixli, 5 saylı arayışdan və Balakən Rayon Məhkəməsinin 29.05.2015-ci il tarixli, 1(019)- 2015 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 29.05.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş və 26.08.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən RPŞ-nin İBnin müstəntiqinin 11 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmiş, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən 05 ədəd kibrit qutularında, həmçinin, X12 üzərindən 01 ədəd kağız bükümdə aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş ümumi təmiz çəkisi 14,60 qram olan narkotik vasitə qurudulmuş marixuanaların ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 14,48 qramı maddi sübut kimi tanınmış və saxlanması üçün Balakən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs, Bayramov İsa Ramiz oğlunun və Əsdiyev Emin Nürəddin oğlunun üzərində şəxsi axtarış aparılarkən, eləcə də X12 və Əsdiyev Emin Nürəddin oğlunun yaşadığı evində, həyətində və həyətində yerləşən tikililərdə axtarış aparılarkən videoçəkilişlərin əks olunduğu 05 ədəd DVD diski, həmçinin Azərcell Telekom MMC-dən alınmış 01 ədəd CD-R diski sübut kimi qiymətləndirilmiş və cinayət işində saxlanılmışdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində isə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. İş materiallarındla olan məhkəmə-bioloji ekspertizasının 04 aprel 2021-ci il tarixli 17/250 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..." sözləri və imzalar yazılmış zərfin içərisindəki 05 (beş) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 3,10 qram, 2,56 qram, 2,77 qram, 2,69 qram və 2,97 qram, ümumi təmiz çəkiləri 14,09 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş, üzərində "X12 üzərindən aşkar edilmiş..." sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmizi çəkisi 0,51 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin kağız bükümün içərisindəki təmiz çəkisi 0,23 qram olan bitki mənşəli kütlə narkotik vasitələr aid deyildir.Tədqiqata təqdim olunmuş 05 (beş) ədəd kibrit qutularında və 01 (bir) ədəd kağız bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” üzrə İ siyahıya əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, kulli miqdarı isə (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşdəki sübutlardan görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə 14,60 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, daşıma və saxlama ilə bağlı CM-nin 234.2-ci maddəsi ilə ittiham verərkən yalnız həmin narkotik vasitənin müəyyən hissəsinin X18 ilə istifadə etməsi, sonra onun 0,51 qramını əvəzsiz olaraq İsa Bayramova verməsi, qalan 14,09 qram hissəsini hər birində 3,10 qram, 2,56 qram və 2,77 qram, 2,69 və 2,97 qram olmaqla 5 ədəd kibrit qutularına doldurulmasına istinad etməklə kifayətlənmiş, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsini, daşımasını və saxlamasını təsdiq edən başqa sübutlar əldə etməmişdir. Bu xüsusda məhkəmə qeyd edir ki, narkotik vasitənin kiminləsə istifadə edilməsi və onun əvəzsiz olaraq kiməsə verilməsi onların satış məqsədilə əldə edilməsi, daşınması və saxlanması kimi, həmçinin satışı kimi qiymətləndirilə bilməz. Bu hal yalnız narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edilməsi, daşınması və saxlanmasına görə CM-nin 234.1-ci maddəsilə məsuliyyət yarada bilər. İşdəki sübutlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananın müəyyən hissəni İsa Bayramovla istifadə etdikdən sonra onun 0,51 qramını İsa Bayramova əvəz verməklə şəxsi maraq güdməmiş, yəni özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etməsi məqsədini güdməmişdir. İş materialları ilə Təqsirləndirilən şəxs belə bir şəxsi maraq güdməsi birmənalı şəkildə istisna olunur. Verilən ittihamdan da görünür ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni əvəzsiz olaraq İsa Bayramova vermişdir. Bu da onun əməlində CM-nin 234.2-ci maddəsinin tərkibinin deyil, CM-nin 234.1-ci maddəsinin tərkibinin olmasını göstərir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 saylı qərarının 5-ci bəndinə əsasən qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir; təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 8-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir; məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Bükümlərinin sayının çoxluğu ilə bağlı verilən ittiham üzrə məhkəmə qeyd edir ki, narkotik vasitənin çəkisi və onun bükümlərə büküməsi (hazırki işdə 5 bükümdə olması) özlüyündə şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, daşıması və saxlaması anlamına gələ bilməz. Belə ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin bükümlərə bükülməsi ilə yanaşı, bu narkotik vasitəni satmaq üçün istehlakçı ilə əvvəlcədən razılığın əldə edilməsi də zəruridir. Lakin ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ona hər birində 3,10 qram, 2,56 qram,2,77 qram,2,69 qram və 2,97 qram olmaqla 5 ədəd kibrit qutularına doldurması istinad olunan qurudulmuş marixuananı satmaq üçün istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, bu istehlakçının kim olması, hansı miqdarda narkotik vasitəni hansı qiymətə bu istehlakçıya satacağı ilə bağlı onunla razılaşma əldə etməsi barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsilə ittiham verilərkən də, ibtidai istintaq orqanı hansı miqdarda narkotik vasitənin hansı qiymətə və ya digər şərtlərlə satması barədə Təqsirləndirilən şəxs istehlakçı arasında razılığın əldə edilməsi ilə əlaqədar hər hansı sübuta; Təqsirləndirilən şəxs ilə həmin ehtimal olunan istehlakçı arasında bu razılaşmanı sübut edə biləcək telefon danışıq məlumatlarına; digər qurğularla aparılan danışıqlara, sms mətnlərinə, digər texniki vasitələrlə ötürülən məlumatlara, şahid ifadələrinə, videogörüntü məlumatlarına, bükümlərin hazırlanması üçün avadanlığın olmasına və sair mötəbər sübutlara istinad olunmamışdır. O da qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə verdiyi ifadəsində satış məqsədi ilə narkotik vasitə əldə etmədiyini, daşımadığını və saxlamadığını, narkotik vasitənin satmaq məqsədinin olmadığını və heç kimə narkotik vasitə satmadığını, narkotik vasitəni istifadə etmək məqsədilə əldə etdiyini bildirmişdir. Məhkəmə bu xüsusda Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə əldə etməməsi, daşımaması və saxlamaması, narkotik vasitəni kiməsə satmaması və satmaq niyyətinin də olmaması barədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut kimi qəbul edir. Digər tərəfdən, Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq niyyətinin olması işdə bu niyyəti təsdiq edəcək hər hansı mötəbər sübutun, o cümlədən istehlakçı ilə bu barədə razılığın əldə edilməsinə dəlalət edən hər hansı sübutun olmaması ilə, o cümlədən narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsinin hazırlanması üçün avadanlığın olmaması ilə təkzib olunur. Bundan başqa, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitənin satmaq məqsədinin-niyyətinin olmasını və məhz satış məqsədi və tamah niyyəti ilə ona istinad olnan narktik vasitəsini əldə etməsi, daşıması və saxlamasını təsdiq edəcək hər hansı mötəbər sübutu, ən əsası bunun üçün istehlakçı ilə əvvəlcədən razılığın əldə edilməsini təsdiq edən müvafiq sübutu məhkəməyə təqdim etməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs bu niyyətinin real olması və məhz satış məqsədi-niyyəti ilə onun narkotik vasitə əldə etməsi, daşımasına və saxlamasına dair heç bir sübutu əldə etməmiş, onun istehlakçı ilə qabaqcadan razılaşmasını təsdiq edən telefon danışıq məlumatlarını, digər rabitə qurğuları ilə əldə olunan məlumatları, videogörüntüləri və sair təqdim etməmiş, bunu təsdiq edən hər hansı şahidi müəyyən etməmiş və buna dair hər hansı mötəbər sübutu əldə edib, iş materiallarına əlavə etməmişdir. Digər tərəfdən, Təqsirləndirilən şəxs verilmiş ittihamda da Təqsirləndirilən şəxs X18 ilə birlikdə narkotik vasitə istifadə etməsi, birlikə istifadə etdikdən sonra narkotik vasitənin 0,51 qram olan hissəsini əvəzsiz olaraq İsa Bayramova verməsi qeyd olunur və bu işdəki sübutlarla təsdiq olunur. Şübhəsizdir ki, narkotik vasitəni satmaq niyyətində olan və satış məqsədilə narkotik vasitə əldə edən şəxsin bu narkotik vasitəni əvəzsiz deyil, müəyyən əvəzin, o cümlədən pul vəsaitinin qarşılığında onu digər şəxsə sata biləcəyi daha inandırıcıdır. Lakin hazırki işdə, verilən ittihamdan da göründüyü kimi, Təqsirləndirilən şəxs hər hansı maddi maraq, pul vəsaiti qarşılığında və ya hər hansı əvəz müqabilində deyil, əvəzsiz olaraq narkotik vasitənin bir hissəsini İsa Bayramova vermiş və qalanını da, ifadəsində göstərdiyi kimi, öz şəxsi istifadəsi üçün saxlamış və həm şübhə yaratmaması və dağılmaması, həm də cibdə saxlayıb daşımaq rahat olsun deyə narkortik vasitəni kibrit qutularına yığmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olması işdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının 18 may 2021-ci il tarixli, 557 nömrəli rəyi ilə də təsdiq olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ümumiyyətlə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə və tamah niyyəti ilə əldə etməsi, daşımasını və saxlamasını təsdiq edəcək heç bir mötəbər sübut əldə edilməməklə, Təqsirləndirilən şəxs yalnız ehtimallar əsasında CM-nin 234.2-ci maddəsi ilə ittiham verilmişdir. Şübhə yoxdur ki, niyyətin özü konkret hərəkətlərlə həyata keçirildikdə cinayət məsuliyyətinə səbəb ola bilər. Göstərilənlərin konteksində məhkəmə qeyd edir ki, dünyanın bir sıra hüquq sistemində (məsələn ingilis hüquq sistemi) cinayət məsuliyyətinin əsası «Actus non facit reus nisi mens sit rea» adlı latın maksiminə əsaslanmışdır ki, o da təqsirli iradə və təqsirli əməl birləşmədiyi halda cinayət məsuliyyəti yarana bilməz mənasını ehtiva edir. Bu formulda təqsirli hərəkət hüquqazidd aktı nəzərdə tutur, təqsirli iradə isə şəxsin hərəkətinin hüquqi məsuliyyətə səbəb olmasına əsas verən bir şərt kimi çıxış edir. Cinayətin məqsədi cinayət tərkibinin subyektiv cəhətinə daxil olan bir elementdir. Cinayət hüquq nəzəriyyəsinə görə cinayətin məqsədi cinayət törədərkən təqsirkar şəxsin nail olmağa cəhd etdiyi və arzu etdiyi xarici aləmdəki dəyişikliyin baş verməsi niyyətidir. Yəni cinayətin məqsədi şəxsin cəhd etdiyi və xarici aləmdəki dəyişikliyin baş verməsinə yönəlmiş konkret niyyəti özündə ehtiva edir. Cinayət hüquq nəzəriyyəsində cinayətin həyata keçirilməsinin etapları mövcuddur ki, cinayətə yönəlik qəsdin (məqsədin, niyyətin, həyata keçiriləcək vəzifələrin yaranması və sair) yaranması bu etapın başlanğıc məqamıdır. Bir qayda olaraq cinayətkar qəsdin, o cümlədən məqsədin, niyyətin yaranması cinayət məsuliyyətinə səbəb olmur. Cinayətar məqsədin həyata keçirilməsi üçün sonrakı əməllər isə cinayət məsuliyyətinə səbəb olur. Cinayət hüququ tarixində qəsdin, o cümlədən məqsədin-niyyətin yaranması, bunun sözdə, yazışmalarda və ya başqa formada ifadə edilməsinin cinayət məsuliyyətinə səbəb olması halları da mövcud olmuşdur. Məsələn, Rusiyanın 1649-cu il tarixli Məcəlləsində (Sobornoe Ulojenie 1649-cu qoda) və 1845-ci il tarixli Cinayət və İslah İşlərinə görə Cəzalar Haqqında Məcəlləsində (Ulojenie o nakazaniyax uqolovnıx i ispravitelnıx 1845 qoda) sözlərdə, yazışmalarda və sair ifadə formalarında cinayət olunacağı barə məqsədə (niyyətə) görə cinayət məsuliyyəti müəyyən edilmişdi. Məhkəmə bildirir ki, cinayətin məqsədi-niyyəti daxili psixi prosesin nəticəsi olaraq yaranır, xaricə nüfuz etmir və ona görə də bu məqsədin (niyyətin) həyata keçirilməsinə yönəlmiş konkert hərəkətlər olmadan özü-özlüyündə cinayət qanunu ilə qorunan ictimai münasibətlər və ictimai maraqlar üçün təhlükə yaranmır. Həmçinin hazırda dövlətdaxili hüquqda və dövlətin tərəfdər çıxdığı beynəlxalq hüquqi sənədlərdə hər bir insanın fikri ifadə etmək azadlığı tanınır və müdafiə olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 10-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyət orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndinə əsasən bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Ümumi qəbul olunmuş prinsipdir ki, konkret əməl törədilmədən hər hansı məqsədinniyyətin həyata keçirilməsinə yönəlmiş və ya ona şərait yaradan qəsdin aşkar olunması da konkret cinayət cəzasının predmeti ola bilməz. Belə olan halda da cinayət-hüquq mühafizəsinin altında olan obyektlərə hər hansı ziyan dəymir və ya belə ziyanın yetirilməsi üçün real təhlükə yaranmır, ona görə də belə məqsədin (niyyətin) ictimai təhlükəliliyindən söhbət gedə bilməz. Demokratik ideologiyalarda qəsdin müəyyən olunması məsuliyyətin və cəzanın predmeti kimi qəbul edilmir. Fransız mütəfəkkiri Şarl Monteskye qeyd etmişdir ki, qanunlar ancaq cinayətkar hərəkətləri cəzalandırmalıdır. Ancaq qəsdin müəyyən olunması cinayət məsuliyyətinə səbəb olan bilən cinayətkar hədələrdən fərqləndirilməlidir (məsələn ölümlə hədələmə). Belə ki, məqsəddən-niyyətdən fərqli olaraq belə hədələmədə artıq cinayət qanunu ilə qorunan münasibətlərə ziyan vurulur. Maraqlıdır ki, keçmiş SSRİ-nin tərkibinə daxil olan müttəfiq respublikaların CM-də, o cümlədən Azərbaycan SSR-nin CM-də niyyətə görə cinayət məsuliyyəti müəyyən edilməmişdi. Azərbaycan Respublikasının hazırki CM-də də niyyətə görə cinayət məsuliyyəti nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının CM-də (CM-nin 27, 28 və 29-cu maddələri) üç halda; başa çatmış cinayətə, ağır və xüsusilə ağır cinayətə hazırlığa və cinayət etməyə cəhdə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, bunların da konkret hərəkət və ya hərəkətsizliklə törədilməsi cinayət məsuliyyətinin və cəzanın predmetini təşkil edir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, bu xüsusda Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində cinayət məsuliyyətinin əsası olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi, saxlanması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsinin vacib dispozitiv şərti kimi satış məqsədinin nəzərdə tutulması faktiki bu məqsədin ifadə olunduğu niyyətə görə cinayət məsuliyyətinin müəyyən edilməsidir ki, bu da Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi, Avropa Konvensiyasının 10-cu maddəsi və Azərbaycan Respublikasının tərəfdər çıxdığı bir sıra beynəlxalq müqavilələr ilə (məsələn Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 19-cu maddəsi) ziddiyyət təşkil edir. Belə ki, həmin hüquq normalarında hər bir şəxsin fikri ifadə etmək, o cümlədən öz fikrini formalaşqdırmaq, öz fikir və əqidəsini açıqlamamaq və öz fikrində qalmaq azadlığı tanınır. Həmçinin Azərbaycan Respublikası CM-nin 27, 28 və 29-cu maddələrində başa çatmış cinayətə, cinayətə hazırlığa və cinayət etməyə cəhdə görə cinayət məsuliyyətinin hər hansı məqsədə-niyyətə görə deyil, cinayət qanununu pozan konkret hərəkət və ya hərəkətsizlikdə ifadə olunan əmələ görə yaranması qeyd edilmişdir. Bu konteksdə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə hissəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi hüquqi müəyyənlik prinsipinə və həmin prinsipin əsasında duran «keyfiyyətli qanun» stantardına cavab verməməsi heç idə əsassız bir fikir deyildir. Məhkəmə qeyd edir ki, «Hüquqi müəyyənlik»-hüquqi sistemin əvvəlcədən bilinən və şəffaf olmasıdır. Bu elə bir müdafiədir ki, qanunun ixtiyari bir şəkildə istifadə edilməyəcəyinə zəmanət verir. Hüquqi müəyyənlik qanunun aliliyi üçün olduqca vacibdir, çünki qanunu ədalətli və başa düşülən kimi qəbul edən vətəndaşlar daha çox buna tabe ola bilərlər. Hüquqi müəyyənlik hüquq normalarına tabe olanları öz davranışlarını tənzimləmək və səlahiyyətlərin özbaşına həyata keçirilməsindən qorumaq üçün qanunun kifayət qədər aydın olmasıdır. Beləliklə, hüquqi müəyyənlik fərdi azadlıq məkanının və dövlət hakimiyyət dairəsinin müəyyənləşdirməkdə mühüm rol oynayır. Bu yolla normativ gözləntilərin sabitləşməsində və sosial qarşılıqlı münasibətlərin qurulmasında, eyni zamanda müasir cəmiyyətdə fərdi azadlıq və siyasi gücün sərhədlərinin müəyyənləşməsində hüquqi müəyyənlik əsas yer tutur. Avropa İnsan Hüquqları Məhkəməsinə görə hüquqi müəyyənlik prinsipi qanun normalarının təsirinə dair məlum, aydın, sabit, müəyyən və proqnozlaşdırılmış olmasını tələb edir. Böyük mütəfəkkir Jerome Frank qeyd etmişdir ki, qanunun qeyri-müəyyənliyi ehtiyatsızlıqdan baş verən “bədbəxt bir hadisə” deyil, bu daha böyük əhəmiyyətə malikdir. Hüquqi müəyyənlik nəzəri cəhətdən qanunun təsbit prinsipi kimi müəyyən edilmişdir. Ümumiyyətlə, bu, müəyyən hərəkətlərin hüquqi nəticələrinin dəqiq müəyyənləşdirildiyini və proqnozlaşdırıla biləcəyini bildirir. Xüsusilə, qanun açıq və əlçatan, etibarlı, zamanla sabit və proqnozlaşdırıla biləndirsə, hüquqi müəyyənlik davam edir. Artıq hüquqi müəyyənlik Avropa Birliyi hüququnun ümumi prinsiplərindən biri kimi qəbul edilir və tələb olunur ki: qanunlar və qərarlar ictimaiyyətə verilməlidir qanunlar və qərarlar qəti və aydın olmalıdır məhkəmələrin qərarları məcburi sayılmalıdır qanunların və qərarların geriyə hərəkəti məhdud olmalıdır qanuni maraqlar və gözləntilər qorunmalıdır. Qanuni müəyyənlik hüququnu müdafiə etmək, dövlət orqanlarının özbaşınalığına və hüquqları səmərəli şəkildə həyata keçirmək üçün təminatların olmamasına qarşı mübarizə silahıdır. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci il və 22 iyul 2004-cü il tarixli qərarı). Qanuni təhlükəsizliyin digər alt prinsipi olan hüquqi sabitliyin birinci istiqaməti hüquqi qaydalar baxımından sabitlikdir. Qanuni qaydaların sabitliyi nisbi sabitlikdir. Başqa sözlə, mütləq dəyişməzlik və tez-tez təqib edilə bilməyən dəyişiklik arasında tarazlıq yaratmaqdır. Şübhəsiz ki, cəmiyyətin və texnikanın dəyişməsi fonunda qaydaları qorumaq mümkün və ağlabatan deyil. Digər tərəfdən, ağlabatan davamlılıq və sabitlik səviyyəsini aradan qaldıracaq hüquq sistemində tez-tez dəyişikliklər də hüquqi təhlükəsizlik baxımından problemlidir. Ağlabatan sabitlik və qaydaların dəyişmə diapazonu qayda tipinə, qaydanı dəyişdirən orqana və dəyişiklik metoduna görə dəyişə bilər. Buna görə əvvəlcədən dəqiq bir sabitlik və ya dəyişiklik sürətini təyin etmək mümkün deyil. Nəhayət, sabitliyin mövcudluğu, norma və şərtlərə uyğun olaraq müəyyən ediləcək əsas meyarlara görə dəyişikliyi izləyə bilməyən şəxslərin və qurumların etibarsız bir vəziyyətə gətirilməməsinə görə müəyyən edilə bilər. Məhkəmə bildirir ki, hüquqi müəyyənlik prinsipinə və bu xüsusda «keyfiyyətli qanun» standartına cavab verməyən qanunun tətbiqi ilə şəxsin hüquqlarının məhdudlaşdırılması onun Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnu pozmaqla, həmçinin Avropa Konvensiyasının 7-ci maddəsində nəzərdə tutulmuş qanunsuz cəzalandırılmamaq hüququnun pozulması riskini də artırır. Avropa Konvensiyasının 6-cı maddəsinə, 7-ci maddəsinə və Avropa Məhkəməsinin presedentlərində ifadə olunmuş hüquqi mövqeyə görə əgər Avropa Konvensiyanı ratifikasiya etmiş dövlətlərin qanunlarında eyni məsələ ilə bağlı ziddiyyətli məqamlar vardırsa, onda birmənalı şəkildə şəxsin hüquqi vəziyyətini yüngülləşdirən və məsuliyyətini aradan qaldıran qanun normalarından istifadə olunmalıdır. Bu tələb həm də Avropa Konvensiyasının 7-ci maddəsindən irəli gəlir. Belə ki, Avropa Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəs törətdiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hənsı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. Habelə cinayət əməlinin törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz. Cəmil Fransaya qarşı işdə Avropa Məhkəməsi bildirdi ki, ərizəçinin ittiham edilməsinə səbəb olan əməllər törədildikdən sonra məhkəmələr tərəfindən ilk dəfə tətbiq edilən hər hansı qanunun müddəasının genişləndirilmiş şərhi bəzi hallarda həmin müddəanın pozulmasına gətirilb çıxara bilər. Təkcə yazılmış qanunlar yox, həm də ümumi hüququn və ya hər hansı başqa adi hüququn normaları istər barəsində Konvensiyada yer alan qeyd-şərt kimi məhdudlaşdırıcı qeyd-şərtlərin tətbiq edildiyi əsas hüquqların məhdudlaşdırılması üçün, istərsə də Konvensiyanın 7-ci maddəsində nəzərdə tutulan cinayət sanksiyaları üçün yetərli hüquqi baza rolunu oynaya bilər. Avropa Məhkəməsi həmin işdə qeyd etdi ki, olduqca mühüm məqam hər şeydən əvvəl hüququn müəyyənliyidir, habelə dağınıq hüquqi müddəaların və ya konsepsiyaların dəqiqləşdirilməsində və ya inkişaf edilməsində məhkəmələrin funksiyalarıdır… Başqa məsələlərlə yanaşı, həm də qanunun mətni ilə əsaslı şəkildə əhatə edilə bilməyən faktlar barəsində cinayət hüququnun «in malam partem» prinsipinin tətbiqi qadağan edilib…Cinayət hüququ sahəsində… Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndi belə bir imkanı istisna edir ki, əvvəllər cəzalandırılmayan hər hansı əməllər məhkəmə nəticəsində cinayət məsuliyyətinə səbəb olsun və ya mövcud cinayətlər əvvəllər açıq-aşkar cinayət olmayan faktları da əhatə etsin. Bu, o deməkdir ki, cinayət tərkibinin elementləri, məsələn cinayətin törədilməsi üçün tələb olunan təqsirin xüsusi forması istənilən halda məhkəmə praktikası ilə təqsirləndirilən şəxsin ziyanına əhəmiyyətli şəkildə dəyişdirilə bilməz. Başqa tərəfdən, cinayətin orijinal konsepsiyası çərçivəsində ağlabatan şəkildə yerləşdirilə bilən mövcud cinayət elementlərinin dəqiqləşdirilməsi və şəraitə uyğunlaşdırılması etiraz doğurmur. X3rşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, məhkəmələr tərəfindən dövlətdaxili normaların lazımi şəkildə tətbiqinin yoxlanması, bir qaydada olaraq, Avropa Məhkəməsinin vəzifələrinə daxil olmasa da, 7-ci maddədə olduğu kimi, Konvensiya dövlətdaxili hüquqa istinad etdikdə, o, hər halda bunu edir, belə hallarda dövlətdaxili hüququn hər hansı pozuntusu Konvensiya ilə kolliziyaya (ziddiyyətə) səbəb olduqda, Komissiya buna diqqət yetirə bilər və yetirməlidir. 7-c maddə belə bir imkanı istisna etmir ki, cinayət törədilən anda yol verilə bilən şərtlərə nisbətən daha sərt şərtlər tətbiq edilmədiyi təqdirdə, artıq təyin edilmiş olan cəza dəyişdirilmiş formada həyata keçirilə bilər. Hüquqi müəyyənlik prinsipinin və bu prinsipə daxil olan «keyfiyyətli qanun» şərtlərinin pozulmasının Avropa Konvensiyasının pozuntusunu yaratmasına dair Avropa Məhkəməsinin ən son qərarlarından biri də Şokin Ukraynaya qarşı iş üzrə qərardır. Həmin işin hallarından görünür ki, iki bir-biri ilə eyni hüquqi qüvvəyə malik olan, lakin birbiri ilə ziddiyyət təşkil edən qanunlar olduğu halında Ukraynanın müvafiq orqanları tərəfindən Şokinə daha çox stavka üzrə vergiləri müəyyənləşdirən qanunun tətbiq edilməsi və bununla da şəxsin vəziyyətinin ağırlaşdırılması Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirilmişdir (Deveyer Belçikaya qarşı işdə Avropa Məhkəməsi cinayət ittihamı ilə bağlı Konvensiyanın 6-cı maddəsində qeyd olunmuş təminatların mülki işlərə da tətbiq edilməli olduğunu müəyyən etmişdir). Şokinin işində Avropa Məhkəməsi qeyd etmişdir ki, Spaçek Çexiya Respublikasına qarşı və Beyeler İtaliyaya qarşı işlərdə göstərildiyi kimi, Avropa Konvensiyasında və 1 saylı protokolun 1-ci maddəsində müəyyən olunmuş «qanun» anlayışı, görülmüş tədbirlərin milli qanunvericiliyə əsaslanmasını, eyni zamanda həmin qanunun keyfiyyətini, yəni onun maraqlı şəxslərə çatımlı olması, aydın olması və dəqiq və tətbiqində gözlənilən olmasını ehtiva edir. Milli qanunvericiliyin şərhi və tətbiqi birinci növbədə milli orqanların səlahiyyətindədir. Ancaq hər bir halda milli qanunvericiliyin şərhi və tətbiqinin nəticələrinin Konvensiyanın prinsiplərinə və praktikada şərhinə uyğunluğunun yoxlanılması Avropa Məhkəməsinin vəzifələrinə aiddir (Skordino İtaliyaya qarşı iş). Məhkəmə bildirdi ki, bu məsələ ilə bağlı milli qanunvericiliyin ümumi vəziyyəti qənaətbəxş deyildir. Belə ki, istinad olunan normativ-hüquqi aktlar aşkar şəkildə bir-biri ilə ziddiyyət təşkil edirlər. Nəticədə yerli orqanlar bu normativ aktların korrelyasiyası zamanı bir-birinə zidd yanaşmalar tətbiq etmişlər. Hazırki məsələ ilə bağlı müxtəlif şərhlərə və praktikaya yol açan milli qanunvericilik normasında zəruri açıqlığın və dəqiqliyin olmaması Konvensiya nöqteyi-nəzərindən «qanunun keyfiyyəti» tələbinə ziddir və nəticədə dövlət orqanları tərəfindən şəxsin hüquqlarına qeyri-adekvat müdaxiləyə yol açmaqla onun həmin hüquqlarının müdafiəsinə şərait yaratmamışdır. Bu xüsusda Avropa Məhkəməsi həmin iş üzrə yekun olaraq qeyd etmişdir ki, əgər daxili qanunvericilik iki bir-birinə zidd olan qanun normaları ilə hüquq və vəzifələrə, hüquqi nəticələrə, həmçinin dövlət orqanlarının səlahiyyətinə dair müxtəlif yanaşmalara yol açırsa, onda vətəndaşın vəziyyətini yaxşılaşdıran qanun norması tətbiq edilməlidir. Ancaş Şokinin işində əks hal baş vermiş, vətəndaşın vəziyyətini pisləşdirən, ancaq dövlət orqanının mənafeyinə uyğun qanun norması tətbiq edilməklə, Şokinin hüquqları pozulmuşdr. Vorbanov Bolqarıstana qarşı iş üzrə qərarda Avropa Məhkəməsi bildirmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn məhdudlaşdırılması şərtlərinin qanunda aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasında qanunun eyni cür və dürüst təfsirinə əsaslanmanı, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqində ardıcıllığı, qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını ehtiva edir. Şübhəsizdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində və Avropa Konvensiyasının 10-cu maddəsində fikri ifadə etmək azadlığının müəyyən olunduğu, həmçinin Azərbaycan Respublikasının CM-də niyyətə görə cinayət məsuliyyəti müəyyən olunmadığı halda konkert niyyəti özündə ifadə edən satış məqsədi adı altında narkotik vasitələrin və ya psixotrop maddələrin ədə edilməsi, saxlanması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması, göndərilməsinə görə cinayət məsuliyyətinin müəyyən edilməsi bu hissədə CM-nin 234.2-ci maddəsinin «keyfiyyətli qanun» standartına cavab vermədiyini göstərir. Bu hal həmin maddənin şərhində və hüquq tətbiq etmə praktikasında da bir çox ziddiyyətlər və anlaşılmazlıqlar yaradır. Əsaslı olaraq ehtimal olunur ki, CM-nin 234.2-ci maddəsində o cümlədən narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi, saxlanması, hazırlanması, emal edilməsi, daşınmasının satış məqsədi halında cinayət məsuliyyətinin əsası kimi müəyyən olunması şəxsin niyyətə görə cinayət məsuliyyətinə cəlb olunması və cəzalandırılmasıdır ki, bu da yolverilməz sayılmalıdır (yuxarıda bunun əsasları göstərilmişdir). Belə ki, CM-də niyyətə görə cinayət məsuliyyəti nəzərdə tutulmamışdır. Digər tərəfdən, məqsədin-niyyətin özü də şəxsdə daxili psixoloji proseslərin nəticəsi olaraq dəyişir. Belə ki, şəxs əvvəl satış məqsədi-niyyəti ilə narkotik vasitələri və ya psixotrop maddələri əldə etdiyi, saxladığı, daşıdığı, emal etdiyi, hazırladığı və sair halda, sonradan bu niyyətindən daşınır və satış məqsədi olmadan həmin vasitələri saxlayır, hazırlayır, emal edir, daşıyır və sair. Belə olan halda onun əməlinin CM-nin 234.1-ci maddəsinin, yoxsa 234.2-ci maddəsinin tərkibini yaratması sual doğurur. Digər tərəfdən, CM-nin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, emal etmə, daşıma əməli ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri istehsal etmə, satma və göndərmə ilə bir təsnifatda verilməsi və eyni cəzanın müəyyən edilməsi ədalət prinspinə və təqsirə görə məsuliyyət prinsipinə ziddir. Belə ki, qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi, saxlanması, hazırlanması, emal edilməsi və daşınması CM-nin 234.1-ci maddəsində təsnifləşdirilmişdir. Məhz CM-nin 234.2-ci maddəsində narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi, saxlanması, hazırlanması, emal edilməsi və daşınmasına görə edilən əməllərin də miqdarından asılı olaraq tövsifedici əlamətlər müəyyən olunmaqla CM-nin 234.1-ci maddəsində nəzərdə tutulması daha düzgün olardı. Belə olan halda CM-nin 234.1-ci maddəsində narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli miqdarda, kulli miqdarda və ya xüsusilə kulli miqdarda əldə edilməsi, saxlanması, hazırlanması, emal edilməsi, daşınmasına görə məsuliyyətin müəyyən edilməsi daha ədalətli və hüquqi müəyyənlik və hüquqi qənaət prinsipləri baxımından daha əsaslıdır. CM-nin 234.2-ci maddəsində isə narkotik vasitələrin istehsalına, satışına və göndərilməsinə görə cinayət məsuliyyəti müəyyən olunmalıdır. Belə təsnifat tamamilə həm ədalət prinsipinə, həm də təqsirə görə məsuliyyət prinsipinə uyğundur. Belə ki, narkotik vasitələrin və psixotrop maddələrin müxtəlif miqdarlarda əldə edilməsi, saxlanması, hazırlanması, emal edilməsi, daşınması ilə həmin vasitələrin istehsalı, satışı və göndərilməsi xarakterinə, ictimai təhlükəliliyinə və hüquqi nəticələrinə görə müxtəlif hərəkətlərdir ki, onlara görə də müxtəlif cəza növləri müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının hüquq sisteminə oxşar olan Rusiya Federasiyasının qanunvericiliyi də məsələyə məhz bu mövqedən yanaşaraq, satış məqsədi ilə narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi, saxlanması, hazırlanması, emal edilməsi və daşınması əməlini öz Cinayət Məcəlləsinin 228.1-ci maddəsindən (Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin analoqu) çıxararaq, Cinayət Məcəlləsinin 228-ci maddəsinə (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin analoqu) keçirmiş, bu zaman Cinayət Məcəlləsinin 228-ci maddəsi üç tövsifedici əlamət formasında verilməklə 228-ci maddəsinin 1-ci hissəsində narkotik vasitələrin və yaxud psixotrop maddələrin və onların analoqlarının qanunsuz əldə edilməsi, saxlanması, daşınması, hazırlanması, emal edilməsi, yaxud bu əməlin satış məqsədi olmadan tərkibində narkotik maddələr və ya psixotrop maddələr olan bitkilərin və ya onların hissələrinin satış məqsədi olmadan xeyli miqdar təşkil etməsinə, 228-ci maddəsinin 2-ci hissəsində həmin əməllərin külli miqdarda törədilməsinə və 228-ci maddəsinin 3-cü hissəsində həmin əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin 1-ci hissəsində narkotik vasitələrin, psixotrop maddələrin və yaxud onların analoqlarının qanunsuz istehsal olunmasına, satılmasına və ya göndərilməsinə görə, həmçinin tərkibində narkotik vasitələr və ya psixotrop maddələr olan bitkilərin və ya onların hissələrinin qanunsuz satışı və ya göndərilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin 2-ci hissəsində konkret olaraq istintaq təcridxanasında, cəzaçəkmə müəssisələrində, inzibati binalarda, inzibati təyinatlı obyektlərdə, təhsil təşkilatlarında, idman, dəmiryol, hava yolları, dəniz yolları, daxili su nəqliyyatı obyektlərində və yaxud metropolitendə, hərbi hissələrin ərazisində, ictimai nəqliyyatda və yaxud kütləvi əyləncə və istirahət yerlərinin otaqlarında narkotik vasitələrin, psixotrop maddələrin və yaxud onların analoqlarının satışına görə, 228.1-ci maddəsinin 3cü hissəsində bu maddənin birinci və ikinci hissələrində göstərilən əməllərin a) qabaqcadan əlbir olan bir qrup tərəfindən törədilməsinə; b) xeyli miqdarda törədilməsinə görə, 228.1-ci maddəsinin 4-cü hissəsində bu maddənin birinci, ikinci və üçüncü hissələrində göstərilən əməllərin a) mütəşəkkil dəstə tərəfindən törədilməsinə; b) öz vəzifə səlahiyyətindən istifadə edən şəxs tərəfindən törədilməsinə; v) 18 yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsinə; q) külli miqdarda törədilməsinə görə, 228.1-ci maddəsinin 5-ci hissəsində isə bu maddənin birinci, ikinci, üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə hazırki işin faktoloji və hüquqi əsaslarına istinadən onu da bildirir ki, CM-nin 234.2-ci maddəsinin hazırki dispozisiyası hüquq tətbiq etmə praktikasında müəyyən subyektiv yanaşmalara yol açır və nəticədə şəxslərin hüquqlarının pozulması riskini artırır. Belə ki, bəzən praktikada tapılan bükümlərin sayının çoxluğu (hazırki işdə olduğu kimi) və həmin bükümlərdə olan narkotik vasitə və ya psixotrop maddələrin miqdarı onların əldə edilməsi, saxlanması və daşınmasının satış məqsədi ilə həyata keçirilməsi kimi qiymətləndirilərək, şəxsə CM-nin 234.2-ci maddəsi ilə ittiham verilir. Şəxsdə tapılan narkotik vasitələrin və ya psixotrop maddələrin miqdarı 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nda göstərilən kulli miqdar daxil olmaqla yuxarı hədlərində və ya həmin hədlərdən bir neçə dəfə artıq olduqda, həmin şəxs CM-nin 234.4.3-cü maddəsilə də cinayət məsuliyyətinə cəlb olunur və cəzalandırılır. Bu zaman vacib hal olaraq şəxsin narkotik vasitələrin satışı üçün istehlakçı ilə qabaqcadan razılıq əldə edib-etməməsi və işin digər əhəmiyyətli halları belə nəzərə alınmır. Bu halların müəyyən olunması isə narkotik vasitələrin satmaq məqsədinin (niyyətinin) müəyyən edilməsi üçün son dərəcə vacibdir ki, yuxarıda qeyd edildiyi kimi, “Narkotik vasitələrin, psixotror maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində da bu hal xüsusi olaraq nəzərə çatdırılmışdır. Ona görə də hazırki işdə Təqsirləndirilən şəxs heç bir təsdiqedici mötəbər sübut, o cümlədən istehlakçı ilə qabaqcadan razılıq əldə edilmədiyi halda satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi, daşınması və saxlanmasına görə CM-nin 234.2-ci maddəsi ilə ittiham verilməsi heç bir faktoloji və hüquqi əsasa malik deyildir. Ancaq işdəki sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, daşıması və saxlaması təsdiq olunur və Təqsirləndirilən şəxs özü də məhkəmə istintaqında verdiyi ifadəsində narkotik vasitəni öz şəxsi istifadəsi üçün, yəni satış məqsədi olmadan əldə etməsi, daşıması və saxlamasını və bununla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsini təsdiq etmişdir. İş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs ona istinad olunan əldə etdiyi narkotik vasitənin müyyən hissəsini də istehlak etmiş, yəni özü istifadə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Repsublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsi haqqında» 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin töfsifi törədilən kokret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin töfsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Töfsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan inan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli örənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə ümumilikdə belə nəticəcəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə töfsif edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində cəzanı yüngülləşdirən hallar nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59-cü maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 29.05.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26.08.2019-cu ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluq müddəti ödənilmədən yenidən qəsdən az ağır cinayət əməli törətmiş, cinayətin residivinə yol vermişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratdığından ona Azərbaycan Respublikası CM-nin 65.2-c maddəsinin tələbləri qaydasında cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir hada qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən hallar mövcud deyildir və onun cəzasını ağırlaşdıran hal vardır. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmamasını və cəzasını ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri əsasında Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs 03 aprel 2021-ci il tarixdən şübhəli şəxs qismində tutulub hazırki günədək həbsdə saxlandığı müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 03 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratdığından və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə uyğun olaraq o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 18 may 2021-ci il tarixli, 557 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Bayramov Cəlil Zeyniddin oğlunun narkotik vasitə olan konnobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məxcburi tədbirlər təyin edir. Həmçinin Bayramov Cəlil Zeyniddin oğlunun ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X13 Şəxsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə aparılmış məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri olan 34,55 manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X5, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən 05 ədəd kibrit qutularında, həmçinin, X12 üzərindən 01 ədəd kağız bükümdə aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş ümumi təmiz çəkisi 14,60 qram olan narkotik vasitə qurudulmuş marixuanaların ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 14,48 qramı məhv edilməli, Təqsirləndirilən şəxs, X12 və Əsdiyev Emin Nürəddin oğlunun üzərində şəxsi axtarış aparılarkən, eləcə də X12 və X6 yaşadığı evində, həyətində və həyətində yerləşən tikililərdə axtarış aparılarkən videoçəkilişlərin əks olunduğu 05 ədəd DVD diski, həmçinin Azərcell Telekom MMC-dən alınmış 01 ədəd CD-R diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X14 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşina Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun 03 aprel 2021-ci il tarixdən şübhəli şəxs qismində tutulub hazırki günədək həbsdə saxlandığı müddət ona təyin edilən cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 03 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X13 Şəxsinə göndərilsin. İş üzrə 34,55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı Adı X5 Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən 05 ədəd kibrit qutularında, həmçinin X12 üzərindən 01 ədəd kağız bükümdə aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş ümumi təmiz çəkisi 14,60 qram olan narkotik vasitə qurudulmuş marixuanaların ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 14,48 qramı məhv edilsin; Təqsirləndirilən şəxs, X12 və X6 üzərində şəxsi axtarış aparılarkən, eləcə də X12 və X6 yaşadığı evində, həyətində və həyətində yerləşən tikililərdə axtarış aparılarkən videoçəkilişlərin əks olunduğu 05 ədəd DVD diski, həmçinin Azərcell Telekom MMC-dən alınmış 01 ədəd CD-R diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X14 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar