Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-71/2024 20.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun vəkili-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxxx 1998-ci il tarixdə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Tərtər regional Bərdə qaz istismarı idarəsində texniki işçi kimi işləyən, ünvan 1ində qeydiyyatda olmaqla yaşayan, 12 aprel 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda – 6,86 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş müvafiq tədbir nəticəsində 10 aprel 2024-cü il tarixdə saat 18:00 radələrində Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən “Bazarstore” adlı mağazanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Balakən rayon polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə-qurudulmuş marixuana bir ədəd kibrit qutusunda olmaqla əynindəki göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, işdə olan ekspertiza rəyləri və digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda ünvan 1ində ailəsi ilə birlikdə yaşayır. Təxminən 15 gün bundan öncə yaşadığı kənddən çıxaraq Bərdə şəhəri ərazisində yerləşən “Şah” adlanan restorana iş axtarmaq üçün getmişdir. Restoranın yaxınlığında taksidən düşüb piyada gedən zaman yolun kənarında yerdən 1 ədəd kibrit qutusu tapmış və yerdən götürmüşdür.O,qutunun içərisinə baxanda görmüşdür ki,orada narkotik var. Həmin kibrit qutusunu cibinə qoyub restorana getmiş, həmin vaxtdan sonra da içərisində narkotik olan kibrit qutusunu cins şalvarının sol yan cibində saxlamışdır.xx.xx.2024-cü il tarixdə günorta saatlarında belə qərara gəlmişdir ki, Zaqatala rayonu Gözbarax kəndində yaşayan, əvvəllər tanıdığı Yusif adlı oğlanın evinə Ramazan Bayramı ilə əlaqədar qonaq getsin. Bu məqsədlə də Bərdə rayonundan taksi ilə çıxıb ilk öncə Yevlax rayonu ərazisində olan “Xaldan dairəsi” adlanan yerə gəlmişdir ki, oradan birbaşa taksi ilə Zaqatalaya getsin.Orada taksidən düşmüş və **-SR-*** dövlət qeydiyyat nişanlı tünd göy metalik rəngli “Mersedes Benz E-220 CDİ” markalı minik avtomobilinə yaxınlaşıb sürücüyə onu Zaqatala rayonuna aparıb-aparmaması barədə sual vermiş, sürücü ona Zaqatala rayonuna 60 manata aparacağını deyəndə onunla razılaşmış və avtomobilə əyləşmişdir. Onlar birlikdə Zaqatala rayonu Gözbarax kəndində yaşayan Yusif adlı oğlanın evinin qarşısına gəlmiş, o, taksidən düşüb Yusifi evindən çağırmış lakin, heç kim çağırışlarına cavab verməmişdir. Yusifin evində heç kimin olmadığını görüb belə qərara gəlmişdir ki, Balakən rayonuna gəzmək üçün gəlsin. O, taksi ilə Balakən rayonuna gəlmiş və Balakən şəhəri ərazisində yerləşən “Bazarstore“ adlanan mağazanın qarşısına çatmışdır.Siqaret almaq üçün taksidən düşüb mağazanın giriş qapısına tərəf gedən zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər.Həmin şəxslər özlərini təqdim edib Balakən rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt üzərində saxladığı kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana da onun əynindəki göy rəngli cins şalvarının sol yan cibində olmuşdur. Daha sonra polis əməkdaşları üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək onu Balakən rayon polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının dəvəti ilə etiraz etmədən Balakən rayon polis şöbəsinə gəlmişdir.Polis şöbəsində ona hüquq və vəzifələri izah olunmuşdur. Hüquq və vəzifələrinin izah olunmasına dair yazılı bildiriş ona təqdim edilmişdir. Bundan sonra onun şübhəli şəxs qismində tutulması ilə bağlı tərtib edilmiş qərar ona elan edilmişdir və həmin qərarla tanış olmuşdur. Daha sonra onun hüquqlarının müdafiəsi üçün Balakən rayon vəkil bürosunun vəkillərinin adlı siyahısı ona təqdim edilmişdir.O,təqdim edilmiş Balakən rayon vəkil bürosunun vəkillərinin siyahısından Balakən rayon vəkil bürosunun vəkili Müdafiəçi1 onun hüquqlarını müdafiə etməsini istəmişdir.Daha sonra Müdafiəçi1 polis şöbəsinə dəvət edilmiş, müdafiəçi kimi ona təqdim edilmişdir. O, bir daha Müdafiəçi1 tərəfindən hüquqlarının müdafiəsinə etirazının olmadığını bildirmişdir. Daha sonra şübhəli şəxs qismində tutulmasıilə bağlı protokol tərtib edilmiş, həmin protokol ilə tanış olduqdan sonra imzalarla təsdiq etmişlər, eyni zamanda tutulması ilə bağlı ailə üzvlərinə telefon vasitəsilə məlumat vermişdir.Bir daha hüquq və vəzifələri ona izah edilmişdir. Bundan sonra Müdafiəçi1 və polis əməkdaşlarının iştirakı ilə fasiləsiz video çəkilişlə onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl ona bir daha hüquq və vəzifələri, yəni müdafiəçi tutmaq, öz əleyhinə ifadə verməmək və digər hüquq və vəzifələri ona izah edilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmişdir. Həmin vaxt o, əynindəki göy rəngli cins şalvarının sol yan cibində saxladığı 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı əynindəki göy rəngli cins şalvarının sol yan cibindən çıxarıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarış zamanı onun üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuana kibrit qutusu ilə birlikdə təhqiqatçı Zaur Xəlilov tərəfindən elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 9,82 qram təşkil etmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd kibrit qutusundakı narkotik vasitə marixuana təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış,zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür.Sonra şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır.Şəxsi axtarış bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Ekspertizanın rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kibrit qutusunda, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 6,86 qramdır. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir.Əməlindən çox peşimandır.Bir daha belə əməllərə yol verməyəcəkdir.Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində çalışır. 10 aprel 2024-cü il tarixdə ünvan 1ində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və mütəmadi olaraq gəzdirməsi barədə məlumat daxil olmuş, daha sonra həmin məlumat onun tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin tarixdə PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə keçirdikləri tədbir zamanı Təqsirləndirilən şəxs saat 18:00 radələrində “Bazarstore” adlanan mağazanın qarşısında onlar tərəfindən saxlanılmışdır.Daha sonra Təqsirləndirilən şəxs özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və mütəmadi olaraq gəzdirməkdə şübhəli olduğunu deyərək Balakən rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində təhqiqatçı Zaur Xəlilov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur.Hüquq və vəzifələrinin izah olunmasına dair yazılı bildiriş Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra onun şübhəli şəxs qismində tutulması ilə bağlı tərtib edilmiş qərar ona elan edilmiş və həmin qərarla tanış olmuşdur. Daha sonra onun hüquqlarının müdafiəsi üçün Balakən rayon vəkil bürosunun vəkillərinin adlı siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş və sonuncunun vəkillər siyahısından seçdiyi Müdafiəçi1 polis şöbəsinə dəvət olunmuş və Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs bir daha Müdafiəçi1 tərəfindən onun hüquqlarının müdafiə edilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Zaur Xəlilov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuanaya oxşar kütləni çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş və təqdim etdiyi 01 ədəd kibrit qutusunda olan kütlənin narkotik vasitə marixuana olduğunu bildirmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuanaya oxşar kütlə kibrit qutusu ilə birlikdə təhqiqatçı Zaur Xəlilov tərəfindən elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 9,82 qram təşkil etmişdir. Həmçinin şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni haradan əldə etdiyini soruşduqda o, tutulmazdan 15 gün əvvəl yaşadığı Bərdə rayonunda yerləşən “Şah” adlanan restorana iş axtarmaq üçün gedən zaman yolun qırağında yerdən tapdığını, həmin marixuanadan bir dəfə istifadə etdiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusundakı narkotik vasitə marixuanaya oxşar kütlə təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış,zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür.Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nın baş inspektor-kriminalisti X10 tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır. Sonda təhqiqatçı Zaur Xəlilov tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq,iş üzrə şahid- Şahid2 məhkəmə iclasına gəlməmişdir. O, Balakən Rayon Məhkəməsinə göndərdiyi ərizəsində göstərmişdir ki, Gəncə şəhərində yaşayır ,ailə vəziyyətinə görə məhkəmə iclasına gələ bilmir, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid2 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki,hazırda Balakən RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində çalışır.10 aprel 2024-cü il tarixdə ünvan 1ində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və mütəmadi olaraq gəzdirməsi barədə məlumat daxil olmuş, daha sonra həmin məlumat Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin tarixdə onlar birlikdə keçirdikləri tədbir zamanı Təqsirləndirilən şəxs saat 18:00 radələrində “Bazarstore” adlanan mağazanın qarşısında saxlamışlar. Daha sonra Təqsirləndirilən şəxs özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və mütəmadi olaraq gəzdirməkdə şübhəli olduğunu deyərək Balakən rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində təhqiqatçı Zaur Xəlilov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Hüquq və vəzifələrinin izah olunmasına dair yazılı bildiriş Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra onun şübhəli şəxs qismində tutulması ilə bağlı tərtib edilmiş qərar ona elan edilmiş və həmin qərarla tanış olmuşdur. Daha sonra onun hüquqlarının müdafiəsi üçün Balakən rayon vəkil bürosunun vəkillərinin adlı siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş və sonuncunun vəkillər siyahısından seçdiyi Müdafiəçi1 polis şöbəsinə dəvət olunmuş və Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs bir daha Müdafiəçi1 tərəfindən onun hüquqlarının müdafiə edilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Zaur Xəlilov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya olubolmaması barədə sual verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuanaya oxşar kütləni çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş və təqdim etdiyi 01 ədəd kibrit qutusunda olan kütlənin narkotik vasitə marixuana olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuanaya oxşar kütlə kibrit qutusu ilə birlikdə təhqiqatçı Zaur Xəlilov tərəfindən elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 9,82 qram təşkil etmişdir. Həmçinin şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni haradan əldə etdiyini soruşduqda o, tutulmazdan 15 gün əvvəl yaşadığı Bərdə rayonunda yerləşən “Şah” adlanan restorana iş axtarmaq üçün gedən zaman yolun qırağında yerdən tapdığını, həmin marixuanadan bir dəfə istifadə etdiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusundakı narkotik vasitə marixuanaya oxşar kütlə təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nın baş inspektorkriminalisti X10 tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır.Sonda təhqiqatçı Zaur Xəlilov tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. İşin 25-28-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 10 aprel 2024-cü il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X11 tərəfindən tərtib olunmuş “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 18:00-da dəvət edilərək Balakən rayon polis şöbəsinə gətirilmiş Bərdə rayon Arabaçılar kənd sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs onun Balakən rayon Vəkillər Bürosunun adlı siyahısından seçdiyi vəkil Müdafiəçi1 və digər iştirakçıların iştirakı ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilərək şübhəli şəxs qismində tutulduğu bildirilmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs onun üzərində narkotik vasitə və ya başqa qanunla qadağan edilən vasitə, kütlə olub-olmadığı soruşulduqda Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilərkən ümumi çəkisi 9,82 qram təşkil etmişdir. Həmin 01 ədəd kibrit qutusu 01 ədəd zərfə qablaşdırılmış, zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş vasitə, kütlə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona qarşı Balakən rayon polis şöbəsində hər hansı fiziki və psixi təsir göstərilibgöstərilmədiyi soruşulduqda, o, belə bir halın olmadığını ona qarşı Balakən rayon polis şöbəsində hər hansı fiziki və psixi təsir göstərilmədiyini bildirmişdir. Şəxsi axtarış prosesi Panasonic markalı videokamera vasitəsi ilə qeydə alınmış və qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk şəxsi axtarış protokoluna əlavə olunmuşdur.Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş,əlavə hər hansı şikayət və vəsatət daxil olmamış,protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 29,46 –cı vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 11 aprel 2024-cü il tarixli 3-16-16-2-17/355 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya oxşar kütlədən ibarət maddi sübut.” yazısı və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd kibrit qutusunda, təmiz çəkisi - 6,86 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İşin 77,98-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 24 may 2024-cü il tarixli 901 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var.Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 15-16-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2024-cü ildə saat 18:40-da Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır.Onun azadlığı xx.xx.2024-cü il tarixdə saat 18:00-da məhdudlaşdırılmışdır. İşin 73-74,81-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 12 aprel 2024-cü il tarixli qərardan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2024-cü il tarixdə saat 16:00-da Balakən Rayon PŞ-nin MSY-dən azad edilmişdir və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 85-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 86-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bərdə rayon İH Arabaçılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 24 aprel 2024-cü il tarixli 151 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1i ünvanında yaşayır. İşin 87-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bərdə rayon İH Arabaçılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 24 aprel 2024-cü il tarixli 151 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası, anası və qardaşından ibarət ailə üzvləri vardır. İşin 84-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bərdə rayon İH Arabaçılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, həmin qərar ilə Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin X1 İstintaq Təcridxanasına təhvil verilməsi, qərarın icrasının Balakən Rayon Polis Şöbəsinə tapşırılması və təqsirləndirilən şəxs tutulanadək işin icraatının dayandırılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Polis Şöbəsi tərəfindən məhkəməyə göndərilmiş 06 noyabr 2024-cü il tarixli 3-13-66/2-23147/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15:00-radələrində Balakən Rayon Polis Şöbəsinin və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, xx.xx.2024cü il tarixdə Balakən rayon Polis Şöbəsinin CAB-də açılmış 320913 nömrəli axtarış işi üzrə Balakən Rayon Məhkəməsi tərəfindən barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs-xx.xx.1998-ci ildə Bərdə rayonu, Arabaçılar kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində müəyyən edilərək tutulub Balakən Rayon Polis Şöbəsinə gətirilmiş və qərarın icrası ilə bağlı ƏN PX-nin X3 köçürülməsi üçün PRŞnin X8 təhvil verilmişdir. Məhkəmə iş üzrə şahidlər- Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 08 nömrəli qərarının 4-cü bəndinə görə narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 05 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının çıxışını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb,hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib,Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq,törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını,cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını, hazırkı məhkəmə təcrübəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 10 aprel 2024-cü il tarixdən 12 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin və 05 noyabr 2024-cü ildən 20 noyabr 2024-cü il tarixədək olan müddətdə həbsdə olduğu hər bir gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə ünvan 1indəki yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bərdə və qonşu Tərtər rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Ekspert rəyinə uyğun olaraq Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, narkomaniyadan məcburi müalicə olunmalı, o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Onun qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Bərdə Rayon Mərkəzi X6 Şəxsinə göndərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli, onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd sellofan bükümdə təmiz çəkisi 6,86 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,05 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 6,81 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili –X9 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil X4 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-nin X7 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 01(bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin.Onun 10 aprel 2024-cü il tarixdən 12 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin və 05 noyabr 2024-cü il saat 15:00-dan 20 noyabr 2024cü il tarixə saat 15:15-dək həbsdə olduğu 16 (on altı) gün müddətin hər bir gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 7 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə ünvan 1indəki yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bərdə və qonşu Tərtər rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun. O, narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunsun və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın.Onun qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Bərdə Rayon Mərkəzi X6 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin, onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin. O məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. 34.55 (otuz dörd manat əlli beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************,X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd sellofan bükümdə təmiz çəkisi 6,86 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,05 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 6,81 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işinin materiallarında saxlansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil X4 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X7 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-71/2024
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-71/2024
20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver