Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-71/2025 10.09.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, tərcüməçi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və təqsirləndirilən şəxslər- Əfqanıstan İslam Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1nin və Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri- Balakən Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs- 18 iyul 2006-cı il tarixdə Əfqanıstan İslam Respublikasında doğulmuş, Əfqanıstan İslam Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmayan, subay, işləməyən, Əfqanıstan İslam Respublikasının Helmand şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1nin; Təqsirləndirilən şəxs-30 aprel 2000-ci il tarixdə Əfqanıstan İslam Respublikasında doğulmuş,Əfqanıstan İslam Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmayan, subay, işləməyən, Əfqanıstan İslam Respublikasının Badres şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 318.2 və 29,318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Əfqanıstan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasına gəlmək üçün müvafiq sənədləri olmadığından, işləmək və yaşamaq məqsədi ilə qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına, daha sonra isə Gürcüstana, oradan isə Türkiyə Respublikasına getmək məqsədi ilə tanışı, Əfqanıstan islam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 may 2025-ci il tarixdə, saat 04 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Astara rayonu, Unuz kəndində yerləşən 11-ci sərhəd zastavasının 21-ci sahəsindən piyada hərəkət etməklə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qəsdən qanunsuz olaraq keçmiş, daha sonra 30 may 2025-ci il tarixdə, saat 09 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda yəni, N nömrəli hərbi hissəsinin Balakən rayonu, Şərif kəndində yerləşən 8-ci sərhəd zastavasının 6-cı sahəsindən təkrarən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən “Dayan!” çağırış komandası verilərək, dövlət sərhəd xəttinə çatmağa 20 metr qalmış məsafədə saxlanılmışdır. Təqsirləndirilən şəxs Əfqanıstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasına gəlmək üçün müvafiq sənədləri olmadığından, işləmək və yaşamaq məqsədi ilə qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına, daha sonra isə Gürcüstana, oradan isə Türkiyə Respublikasına getmək məqsədi ilə tanışı, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 may 2025-ci il tarixdə, saat 04 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Astara rayonu, Unuz kəndində yerləşən 11-ci sərhəd zastavasının 21-ci sahəsindən piyada hərəkət etməklə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qəsdən, qanunsuz olaraq keçmiş, daha sonra 30 may 2025-ci il tarixdə, saat 09 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda yəni, N nömrəli hərbi hissəsinin Balakən rayonu, Şərif kəndində yerləşən 8-ci sərhəd zastavasının 6-cı sahəsindən təkrarən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən “Dayan!” çağırış komandası verilərək, dövlət sərhəd xəttinə çatmağa 20 metr qalmış məsafədə saxlanılmışdır. Əfqanıstan İslam Respublikasının vətəndaşları- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sözügedən cinayət əməllərini törətmələri məhkəmə iclasında özlərinin etirafedici ifadələri, şahidlərin ifadələri və tədqiq olunan digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2 və 29,318.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2025-ci ilin mart ayında Əfqanıstan İslam Respublikasında maddi vəziyyəti yaxşı olmadığından və iş tapa bilmədiyindən İran İslam Respublikasının Tehran şəhərinə getmiş, İran İslam Respublikasının Tehran vilayəti, Şəhriyar rayonu, Səyidabad qəsəbəsində yerləşən birdəfəlik plastik qabların istehsalı sexində fəhlə işləmişdir. Orada işlədiyi müddət ərzində Əfqanıstan İslam Respublikası vətəndaşı olan Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. O, 2025-ci ilin may ayının 26-dək Təqsirləndirilən şəxs2 ilə həmin sexdə fəhlə işləmiş, daha sonra Türkiyə Respublikasına getməyi qərarlaşdırmışlar.Lakin sənədləri qaydasında olmadığından onlar İran İslam Respublikasından Türkiyə Respublikasına qanuni şəkildə gedə bilməyib, bu səbəbdən də qeyri qanuni yolla Türkiyə Respublikasına getməyin yollarını axtarmışlar. İran İslam Respublikasından Türkiyə Respublikası sərhədinə qeyri-qanuni yolla keçməyin yollarını maraqlandıqda həmin istiqamət üzrə keçməyin mümkün olmadığını öyrənmişlər. Bu səbəbdən də onlar “Google Maps” tətbiqi vasitəsindən istifadə edib, 27 may 2025-ci il tarixdə, saat 03 radələrində İran İslam Respublikasının Astara şəhərinə getmişlər. Onlar Astara şəhərinin Baharıstan kəndi istiqamətində hərəkət etmiş və qarşılarına çay çıxmışdır. Daha sonra onlar telefonda “Google Maps” tətbiqi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət sərhədinə doğru yaxınlaşmışlar, tikanlı məftillərdən ibarət çəpər görmüşlər və saat 04 radələrində dövlət sərhədindən qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmişlər. Daha sonra onlar “Google Maps” tətbiqindən istifadə etməklə meşəlik ərazidə Azərbaycan Respublikasının Astara rayonunun, Ərçivan kəndi istiqamətində hərəkət etmişlər. Onlar iki gecə meşəlik ərazidə gecələdikdən sonra 29 may 2025-ci il tarixdə, saat 09-10 radələrində sonra Astara rayonu, Ərçivan kəndinə çatmışlar. Orada təxminən bir saat qalıb avtobusla Bakı şəhərinə doğru hərəkət etmişlər. Adını və nəqliyyat vasitəsinin nömrəsini xatırlamadıqları bir taksi sürücüsü 150 ABŞ dolları pul qarşılığında onları Balakən rayonuna aparmışdır. Onlar 30 may 2025-ci il tarixdə, saat 02 radələrində Balakən rayonuna çatmış, gecəni meşəlik ərazidə gecələmişlər. Onlar həmin gün, səhər saatlarında “Google Maps” tətbiqindən istifadə edib Gürcüstan istiqamətində hərəkət etməyə başlamışlar. 30 may 2025-ci il tarixdə, saat 10 radələrində “Dayan!” komandası verilərək, sərhədçilər tərəfindən saxlanılmışlar.Əməlindən peşmandır.Atası şəhid olmuşdur, ailəsinin maddi vəziyyəti çox ağırdır. İşləyib ailəsinə kömək etmək istəmişdir. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2 və 29,318.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, təxminən bir il əvvəl, yəni 2024-cü ilin mart ayında Əfqanıstan İslam Respublikasından qeyri-qanuni yolla işləmək məqsədilə İran İslam Respublikasının Məşəd şəhərinə, daha sonra Tehran vilayətinin, Tehran şəhərinə getmiş və müxtəlif sahələrdə çalışmışdır. O, İran İslam Respublikası, Tehran vilayətinin, Şəhriyar rayonu, Səyidabad qəsəbəsində yerləşən birdəfəlik plastik qabların istehsalı sexində fəhlə işləmiş, orada işlədiyi müddət ərzində Əfqanıstan İslam Respublikası vətəndaşı olan Misami Popalzai ilə tanış olmuşdur. O, 2025- ci ilin may ayının 26-dək Misami Popalzai ilə həmin sexdə fəhlə işləmiş, daha sonra onlar Türkiyə Respublikasına getməyi qərarlaşdırmışlar. Lakin sənədləri qaydasında olmadığından onlar İran İslam Respublikasından Türkiyə Respublikasına qanuni şəkildə gedə bilməmişlər. Bu səbəbdən qeyri-qanuni yolla Türkiyə Respublikasına getməyin yollarını axtarırmışlar. İran İslam Respublikasından Türkiyə Respublikası sərhədinə qeyriqanuni yolla keçməyin yollarını maraqlandıqda, həmin istiqamət üzrə keçməyin mümkün olmadığını öyrənmişlər. Bu səbəbdən də onlar “Google Maps” tətbiqi vasitəsindən istifadə edib, 27 may 2025-ci il tarixdə, saat 03 radələrində ilə İran İslam Respublikasının Astara şəhərinə getmişlər. Onlar Astara şəhərinin Baharıstan kəndi istiqamətində hərəkət etmiş və qarşılarına çay çıxmışdır. Daha sonra onlar telefonda “Google Maps” tətbiqi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət sərhədinə doğru yaxınlaşmışlar, tikanlı məftillərdən ibarət çəpər görmüşlər və saat 04 radələrində dövlət sərhədindən qanunsuz yolla İran islam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmişlər. Daha sonra onlar “Google Maps” tətbiqindən istifadə etməklə meşəlik ərazidə Azərbaycan Respublikasının Astara rayonunun Ərçivan kəndi istiqamətində hərəkət etmişlər. Onlar iki gecə meşəlik ərazidə gecələdikdən sonra 29 may 2025-ci il tarixdə, saat 09-10 radələrində Astara rayonu, Ərçivan kəndinə çatmışlar. Orada təxminən bir saat qalıb avtobusla Bakı şəhərinə doğru hərəkət etmişlər. Adını və nəqliyyat vasitəsinin nömrəsini xatırlamadıqları bir taksi sürücüsü 150 ABŞ dollar pul qarşılığında onları Balakən rayonuna aparmışdır. Onlar 30 may 2025-ci il tarixdə, saat 02 radələrində Balakən rayonunda çatmış, gecəni meşəlik ərazidə gecələmişlər. Onlar həmin gün, səhər saatlarında “Google Maps” tətbiqindən istifadə edib Gürcüstan istiqamətində hərəkət etmişlər. 30 may 2025-ci il tarixdə, saat 10 radələrində “Dayan!” komandası verilərək, sərhədçilər tərəfindən saxlanılmışlar.Əməlindən çox peşmandır. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının N nömrəli hərbi hissəsinin 11-ci sərhəd zastavasının rəisi, baş leytenant Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə 11-ci sərhəd zastavasında xidməti yerində olan zaman ona məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd edərkən saxlanılmış və aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin şəxslər xx.xx.2025-ci il tarixdə, saat 04 radələrində N nömrəli hərbi hissənin 11-ci sərhəd zastavasının 21-ci sahəsindən İran islam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz yolla keçmişlər. Buna səbəb isə xx.xx.2025-ci il tarixdə, saat 04 radələrində qeyd olunan istiqamətdə sərhəd naryadının olmaması, sərhəd zastavasının şəxsi heyətinin az olması, qabaqlayıcı əməliyyat məlumatının olmaması və şəxsi qərarına əsasən əsas qüvvələrin cəmləşmə istiqamətini sərhəd zastavasının başqa sahələrinə təyin etməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının N nömrəli hərbi hissəsinin 1-ci sərhəd komendantlığının əməliyyat-axtarış işi üzrə müavini, kapitan Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə 3-cü ölkə vətəndaşlarının Azərbaycan Respublikasından Gürcüstan ərazisinə keçmək istəmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən, mayor Şahid2 ilə birlikdə N nömrəli hərbi hissənin 8-ci sərhəd zastavasının 6-cı sahəsində “Pusqu” sərhəd naryadı xidmətini təşkil etmişlər. Xidmətdə olduqları zaman saat 09:20 radələrində iki nəfər şəxsin Azərbaycan Respublikası, Balakən rayonu, Şərif kəndi ərazisindən dövlət sərhəd xəttinə doğru hərəkət etdiklərini müşahidə etmiş, bu barədə sərhəd zastavasına məlumat vermiş, həmin şəxsləri saxlamaq üçün əlverişli mövqe seçmişlər. Daha sonra mayor Şahid2 dövlət sərhəd xətti istiqamətində irəliləyən 2 nəfər naməlum şəxsə “Dayan!” çağrışını vermiş, həmin şəxslər tərəflərindən saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlğının N nömrəli hərbi hissəsinin 1-ci sərhəd komendantlığının qərargah rəisi, mayor Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, Şahid1 ilə oxşar məzmunlu ifadə verərərk onun göstərdiklərini təsdiq etmişdir. İşin 6-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının N №-li hərbi hissəsinin komandiri, polkovnik Nail Mehdiyevin xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, 30 may 2025-ci il tarixdə dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstan istiqamətində qanunsuz yolla keçməyə cəhd edərkən Əfqanıstan İslam Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmış, aparılan araşdırma zamanı onların 27 may 2025-ci il tarixdə dövlət sərhədindən qanunsuz yolla keçərək İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində gəldikləri məlum olmuşdur. İşin 5-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının N №-li hərbi hissə komandiri, polkovnik Rauf Abdullayevin xx.xx.2025- ci il tarixli məlumatından görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 27 may 2025-ci il tarixdə dövlət sərhədindən qanunsuz yolla keçərək İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində gəlmişlər. İşin 37-38-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 30 may 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət sərhədindən qanunsuz yolla Gürcüstan istiqamətində keçmək istədikləri və saxlanıldıqları yeri əlləri ilə göstərmiş, həmin yer N nömrəli hərbi hissənin 8-ci sərhəd zastavasının 6-cı sahəsi olmuş və oradan dövlət sərhəd xəttinə qədər olan məsafə 20 metr təşkil etmişdir. İşin 42-44-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 31 may 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət sərhədindən qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçdikləri yeri əlləri ilə göstərmiş, həmin yer N nömrəli hərbi hissənin 11-ci sərhəd zastavasının 21-ci sahəsi olmuşdur. İşin 167-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyat-axtarış baş idarəsindən daxil olmuş məktubdan görünür ki, Əfqanıstan islam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət sərhədindən rəsmi qaydada hərəkəti qeydə alınmamışdır. İşin 165-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin 27-ci vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş inzibati qaydada tutma haqqında 30 may 2025-ci il tarixli protokoldan görünür ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 30 may 2025-ci il tarixdə saat 15:40-da inzibati qaydada tutulmuşdur. İşin 68-ci vərəqəsində olam və məhkəmə iclasında tədqiq edilmiş cinayəti törətmıəkdə şübhəli olan şəxsin tutulması haqqında 31 may 2025-ci il tarxli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 31 may 2025-ci il tarixdə saat 20:35-də Azərbaycan Respublikası CM-nin 318.2 və 29,318.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 145-148-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(009)-272/2025 nömrəli qərarından görünür ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 30 may 2025-ci il tarixdən hesablanmışdır. İşin 187-190-cı vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1nin həbsdə saxlama müddəti 1 ay müddətə,yəni 30 avqust 2025-ci il tarixədək uzadılmışdır. İşin 166-cı vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Əfqanıstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşin 21-ci vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş 30 may 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Əfqanıstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 30 may 2025-ci il tarixdə saat 14:01-də inzibati qaydada tutulmuşdur. İşin 90-cı vərəqəsində olam və məhkəmə iclasında tədqiq edilmiş cinayəti törətmıəkdə şübhəli olan şəxsin tutulması haqqında 31 may 2025-ci il tarxli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 31 may 2025-ci il tarixdə saat 22:20-də Azərbaycan Respublikası CM-nin 318.2 və 29,318.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 151-154-cü vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(009)-268/2025-ci il tarixli qərardan görünür ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 30 may 2025-ci il tarixdən hesablanmışdır. İşin 193-196-cı vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 1 ay müddətə,yəni 30 avqust 2025-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: Maddə 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Maddə 124.1.2. Bu sübutlarla hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Maddə 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Maddə 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının… pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Maddə 125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Maddə 137.Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilir. Maddə 144.Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Maddə 145.1.Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə şahidlər- Şahid1, Şahid2 Əlipoənah oğlunun və Şahid3 ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb,hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə,eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1nin və Təqsirləndirilən şəxs2 ittiham olunduqları əməllərdə öz təqsirlərini etiraf etmələri iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxslər- Əfqanıstan İslam Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmiş, daha sonra isə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda təkrarən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd edərkən saxlanılmışdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət sərhədinin buraxılış məntəqələrindən keçmək şərti ilə, pasportları və ya digər sərhədkeçmə sənədləri əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində, bu əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədilməsinə görə isə Cinayət Məcəlləsinin 318.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2 və 29,318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdirlər, həmin əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2 və 29,318.2-ci maddələrinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir, təqsirləndirilən şəxslər həmin cinayətin törədilməsində təqsirlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 318.2 və 29,318.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsləriin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdiyi əməl görə cəzalanmalıdırlar. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki,cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs1nin cəzasını yüngülləşdirən hallar yoxdur, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini təkrar törətməsi cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs1nə cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, CM-in 62-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs1 barəsində təqsirli bilindiyi CM-in 318.2 və 29,318.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1nə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzadan azad edilməsi və barələrində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq o , cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 30 may 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, Təqsirləndirilən şəxs1nin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Təqsirləndirilən şəxs1 Əfqanıstan İslam Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1nin Əfqanıstan İslam Respublikasının vətəndaşları olmasını,Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1nin barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar yoxdur, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini təkrar törətməsi cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, CM-in 62-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs2 barəsində təqsirli bilindiyi CM-in 318.2 və 29,318.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzadan azad edilməsi və barələrində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq o , cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 30 may 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, Təqsirləndirilən şəxs2 hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Təqsirləndirilən şəxs2 Əfqanıstan İslam Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 Əfqanıstan İslam Respublikasının vətəndaşları olmasını,Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1nin hüquqlarının müdafiəsinə 07 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 11 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1nə məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 77 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə "xxxx"ASC-in X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. İş materiallarından həmçinin görünür ki,Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 07 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 11 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 77 manat tutulub vəkil Müdafiəçi1 ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə "xxxx"ASC-in X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2 və 29,318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlləriini törətməkdə təqsirli bilinsin, 1(bir) il 6(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəzaçəkmə müddətinin əvvəli 30 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1n barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq olunmaqla əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüquqları məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2 və 29,318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, 1(bir) il 6(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəzaçəkmə müddətinin əvvəli 30 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq olunmaqla əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüquqları məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs1nə məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 77 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün, Təqsirləndirilən şəxs2nə məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 77 manat tutulub vəkil Müdafiəçi1 ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə "xxxx"ASC-in X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №1(019)-71/2025
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-71/2025
10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver