Məhkəmə qərarları › İş №1(019)-72/2020

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-72/2020

20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-72/2020 20.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi X3, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1996-cı ildə Balakən rayonu Yeni Şərif kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Balakən rayonu Yeni Şərif kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 263.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 17 radələrində idarə etdiyi özünə məxsus VAZ-21074 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhərindən rayonun Qabaqçöl qəsəbəsi istiqamətində hərəkətdə olarkən rayonun Talalar kəndinin ərazisində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunu etməmiş, həmin maddənin tələblərinin əksinə hərəkət edib, idarə etdiyi avtomobili Balakən rayonu Talalar kəndinin ərazisində asfalt yolun sol tərəfindən sağ tərəfinə keçdikdən sonra geriyə, yolun soluna doğru hərəkət etmiş piyada Zərərçəkmiş şəxs vurmaqla ehtiyatsızlıqdan sonuncuya ağır travmatik şokla müşayiət olunan ağır kəllə beyin travması, ənsə nahiyəsində hematoma, qanyığımı, bel nahiyəsinin sıyrığı, sol göz ətrafında yara, sağ budun aşağı 1/3-də qansızma, sağ budun aşağı 1/3-də qəlpəli yerdəyişməli sınıq, sağ baldırın orta 1/3-də yara-açıq qəlpəli yerdəyişməli sınıq, sol baldırında sıyrıq, ənsə sümüyünün sınığı, baş beynin yumşaq qişalarına qansızma-əzilmə, baş beyin maddəsində ödemdən ibarət dərəcələrinə görə sanlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, piyada Zərərçəkmiş şəxs aldığı ağır travmatiki şokla müşayiət olunan baş beyinin əzilməsi, qansızması, ödemi xəsarətlərindən xx xxxxxx 2020-ci il tarixdə ölmüş, beləliklə də o, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, Balakən rayonu Yeni Şərif kəndində ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. xx.xx.2019-cu il tarixdən BC kateqoriyalı sürücülük hüququ vardır. Elə həmin vaxtdan özünə məxsus olan VAZ-21074 markalı, 08 BJ736 dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2020-ci il tarixdə, saat 17 radələrində Balakən şəhəri-Qabaqçöl qəsəbəsi istiqamətində saatda 40-50 kilometr sürətlə hərəkət etdiyi zaman Balakən rayonu Talalar kəndinin ərazisində «Karvan» şadlıq sarayına yaxınlaşdıqda qarşıdan yolu soldan sağa keçən iki nəfər şəxsi görmüşdür. Həmin şəxslərdən biri yolu keçdikdən sonra qəflətən geri çevrilərək, asfaltın üzərinə, idarə etdiyi maşının qarşısına çıxmışdır. Həmin vaxt hava çox dumanlı və çiskinli olmuşdur. Həmin şəxs qəflətən geri dönüb yola çıxdığından, qəzanın qarşısını ala bilməmiş və idarə etdiyi avtomaşınla sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi həmin şəxsi vurmuşdur. Həmin vaxt avtomobilində qohumu olan Şərif kənd sakini X4 da olmuşdur. Nə sərnişin, nə dəki özü heç bir xəsarət almamışlar. Qəza baş verdikdən dərhal sonra Zərərçəkmiş şəxs yardım etmək üçün maşından düşmüşdür. Hadisə baş verdikdən sonra ora yaxınlaşmış, tanımadığı şəxslərin köməyi ilə Zərərçəkmiş şəxs maşının salonuna uzadıb, Balakən MRX-ya çatdırmışdır. Avtomobili qəza anında 40-50 kilometr saat sürətlə idarə etmişdir. Yolu keçən digər şəxsin kimliyini bilməmiş, köməyə çağırsa da, həmin şəxs uzaqlaşıb getmişdir. Həmin anda keçirdiyi həyəcandan orada başqa kimisə görməmişdir. Qəza təhlükəsi yarandığı an idarə etdiyi avtomaşınla piyadanın arasında 1-2 metr məsafə olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, ona dəymiş ziyanı könüllü şəkildə tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbi yoxdur. İlk dəfədir ki, cinayət əməli törədir. Cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Balakən rayonun Talalar kəndində ailəsi ilə birlikdə yaşayır. Pensiyaçıdır. Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. Qardaşı Abdurəhman tənha yaşamışdır. Qardaşı təxminən 30 il əvvəl Rusiyada evlənmişdir. Evləndikdən dən sonra ailəsi gəlib, bir müddət Azərbaycanda yaşamış, lakin 20 il əvvəl həyat yoldaşı iki qızı ilə birlikdə çıxıb, Rusiyaya getmiş və qardaşı Abdurəhmanla əlaqə saxlamamışlar. Yas mərasiminə də gəlməmişlər. Harada yaşadıqları barədə məlumatları yoxdur.xx xxxxxx 2020-ci il tarixdə, axşam radələrində qardaşı Zərərçəkmiş şəxs Balakən rayonu Talalar kəndinin ərazisində Balakən rayonu Yeni Şərif kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21074 markalı avtomobil vurmuşdur. Həmin avtomobili idarə edən Təqsirləndirilən şəxs də qardaşı Zərərçəkmiş şəxs Balakən MRX-ya çatdırmışdır. Bu barədə ona qardaşı X7 bildirmişdir. Mehmana da bu məlumatı digər qardaşının oğlu Nürəddin vermişdir. Təqsirləndirilən şəxs özü və yaxın qohumları da sonradan onun yanına gələrək, qardaşı Abdurəhmanın vəfatı ilə bağlı başsağlığı vermiş və üzrxahlıq etmişlər. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı könüllü şəkildə tam ödəmiş və onunla barışmışdır. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Balakən rayonu Talalar kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun doğma əmisidir. Əmisi Abdurəhman təxminən 30 il əvvəl Rusiyada evlənmişdir. Əmisinin həyat yoldaşı iki qızı ilə birlikdə 20 il bundan əvvəl köçüb, Rusiyaya getmiş və geri qayıtmamışdır. Ailəsi əmisi ilə əlaqə saxlamamışdır Əmisi Zərərçəkmiş şəxs yaşadığı evin qonşuluğundakı evdə tək yaşamışdır. Həyat yoldaşı ilə birlikdə əmisinə baxmışdır. xx xxxxxx 2020-ci il tarixdə, axşam vaxtı kənddəki qonşularından biri ona zəng edərək, əmisi Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq, Balakən MRX-da olduğunu bildirmişdir. Həmin vaxt rayon mərkəzində olduğundan dərhal xəstəxanaya getmişdir. Xəstəxanada olduğu zaman qonşusu Müşfiq ona Balakən rayonu Talalar kəndində «Karvan» şadlıq sarayının yaxınlığında yolu keçən zaman əmisini VAZ-21074 markalı avtomobilin vurduğunu və həmin sürücünün onu Balakən MRX-yə apardığını bildirmişdir. Xəstəxanaya çatdıqda əmisini maşınla vurmuş sürücü Təqsirləndirilən şəxs özü də idarə etdiyi maşınla əmisi Abdurəhmanı Balakən MRX-ya gətirmişdir. Təqsirləndirilən şəxslə köməkləşib əmisini maşından düşürüb, Balakən MRX-ya yerləşdirmişlər. Əmisi Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Balakən rayonu Yeni Şərif kəndində yaşayır. Balakən MRX-da kiçik tibb bacısı vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə, axşam vaxtı işdən çıxıb, evə gəlmək üçün həyat yoldaşının qohumu Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21074 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə minmiş, bu zaman avtomobilin arxa sərnişin oturacağında əyləşmişdir. Maşında ondan və sürücüdən başqa heç kim olmamışdır. Hava dumanlı olmuşdur. Balakən rayonu Talalar kəndinin ərazisində «Karvan» şadlıq sarayına yaxınlaşdıqları zaman yolun solundan sağına tərəf iki nəfər şəxsin keçdiyini görmüşdür. Həmin şəxslərin hər ikisi yolu keçmişlər. Lakin avtomaşın onların yolu keçdikləri yerə çatdıqda, həmin şəxslərdən biri-sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs qəflətən geri çevrilib, avtomaşının qarşısına çıxmışdır. Zərərçəkmiş şəxs yola çıxdığı an avtomaşın ona dəymiş və o, yerə yıxılmışdır. O və Təqsirləndirilən şəxs avtomaşından düşmüşlər. Ceyhun avtomaşının vurduğu Zərərçəkmiş şəxslə birlikdə yolu keçmiş şəxsi köməyə çağırsa da, həmin şəxs ordan uzaqlaşmışdır. Ceyhun yoldakı şəxsləri çağırıb dərhal köməkləşib, həmin şəxsi avtomaşina qoymuş və özü tək onu Balakən MRX-ya aparmışdır. O isə başqa maşınla evə getmişdir. Hava dumanlı olduğundan Təqsirləndirilən şəxs avtomobili yavaş sürmüş, təqribən 40 kilometr/saat sürətlə idarə etmiş, bu zaman avtomaşınla piyada Zərərçəkmiş şəxs arasında bir neçə metr məsafə olmuşdur. Qəza baş verən zaman yolda həmin iki nəfərdən və onlardan başqa heç kim olmamışdır. Sonradan səsə tanımadığı şəxslər yığışmışlar. Hadisə 2-3 saniyə ərzində baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Balakən rayonu Talalar kəndində qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Özünə məxsus olanVAZ-2106 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi fəaliyyət göstərir. xx xxxxxx 2020-ci il tarixdə, axşam saat 17 radələrində Balakən rayonu Talalar kəndində «Karvan» şadlıq sarayının yaxınlığında yol kənarında avtomobili saxlayıb, müştəri gözləmiş və bu zaman əlindəki telefona baxmışdır. Həmin vaxtı yoldan çox az sayda maşınlar keçmişlər. Hava dumanlı olduğundan heç bir maşın sürətlə keçməmişdir. Birdə səs- küyə başını qaldırdıqda, VAZ-2107 markalı, ağ rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı maşının Balakən şəhəri-Qabaqçöl kəndi istiqamətindən geri dönərək, Balakən şəhəri istiqamətində hərəkət etməyə başladığını görmüşdür. Yol kənarına adamlar yığışdığından, əvvəl elə bilmişdir ki, nəsə dava düşüb. Yaxınlaşdıqda, ora toplaşmış şəxslər ona həmkəndlisi Zərərçəkmiş şəxs adlı şəxsin avtomobil qəzasına düşdüyünü və həmin avtomobili idarə edən sürücünün onu avtomobilə mindirib, Balakən Mərkəzi Rayon Xəstəxanasına apardığını bildirmişlər. Zərərçəkmiş şəxs ailəsinin olmadığını və tək yaşadığını bildiyindən, tanışı olan onun qardaşı oğlu Hacıyev Nurəddinə zəng edərək, bu barədə ona məlumat vermişdir. Qəza baş verən zaman əlindəki telefona baxdığından, qəzanı görməmişdir. Həmin avtomobili, onun sürücüsü, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs xəsarət almış Zərərçəkmiş şəxs maşına mindirib, Balakən Mərkəzi Rayon Xəstəxanasına aparan zaman görmüşdür. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında çağırış vərəqəsi ilə xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə Şahid1 Lələ oğlu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid1 Lələ oğlunun ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid1 Lələ oğlu ifadəsində göstərmişdir ki, Balakən rayonu Gərəkli kəndində qeydiyyatdadır. Fərdi əməklə məşğul olur. Özünəməxsus olan VAZ-2106 markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi fəaliyyət göstərərək, sərnişin daşıyır. xx xxxxxx 2020-ci il tarixdə, axşam saat 17 radələrində Balakən şəhərində «Bazarbaşı» adlanan yerdə olduğu zaman Talalar kənd sakini olan tanışı Zərərçəkmiş şəxs əl edib, maşını saxlatmışdır. Zərərçəkmiş şəxs sifarişi ilə onu Talalar kəndində yerləşən evinə aparmalı olmuşdur. Avtomobilə minəndə Zərərçəkmiş şəxs sərxoş olduğunu görmüşdür. Balakən şəhəri- Qabaqçöl kəndi istiqamətində hərəkətdə olduğu zaman Talalar kəndində «Karvan» şadlıq sarayının yaxınlığında Zərərçəkmiş şəxs yolun sol tərəfindəki mağazadan siqaret almaq üçün maşını saxlatmışdır. Balakən şəhəri- Qabaqçöl kəndi istiqamətində yolun sağında asfaltdan tamam kənara çıxaraq, yol kənarında maşını saxlayıb, onu gözləməyə başlamışdır. Hava dumanlı və çiskinli olmuşdur. Yolun asfalt örtüyü də sulu olmuşdur. Bir müddət sonra Zərərçəkmiş şəxs mağazadan çıxıb, yolu keçib, maşına tərəf gəlməyə başlamışdır. Bu zaman Balakən şəhəri-Qabaqçöl kəndi istiqamətində ağ rəngli VAZ-2107 markalı avtomobil orta sürətlə gəlmişdir. Maşını görüb, Abdurəhman içkili olduğundan, narahat olmuşdur. Hətta həmin anda əlini qaldıraraq, sürücüyə işarə etmişdir. Lakin hava dumanlı olduğundan, sürücünün onun özünə əl etməsini görüb-görmədiyini bilməmişdir. Bu zaman Zərərçəkmiş şəxs qışqıraraq, maşının gəldiyini, yolu keçməməyini də bildirmişdir. Oda yolu keçəndə çaşdığından, hara olmasını bilməmişdir. Bilməmişdir irəli getsin, yoxsa geri qayıtsın. Artıq həmin anda avtomobilin Zərərçəkmiş şəxs vurduğunu görmüşdür. Hadisə baş verəndən sonra sürücü və maşında olan bir nəfər qadın sərnişin yerə düşmüşlər. Sürücü hadisə yerinə yığılmış şəxslərin və onun köməyi ilə yaralı halda olan Zərərçəkmiş şəxs avtomobilinin arxa sərnişin oturacağına uzadıb, dərhal Balakən Mərkəzi Rayon Xəstəxanasına aparmışdır. Zərərçəkmiş şəxs vurmuş avtomobilin sürücüsü onu özü tək xəstəxanaya aparmışdır. Abdurəhmanı vurmuş avtomobildə olan qadın sərnişin həmin avtomobilə geri minməmişdir. Hadisə baş verən zaman orada yuxarıda da qeyd etdiyi kimi, yolun kənarında özünəməxsus olan VAZ-2106 markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq, qarşı tərəfə keçib mağazadan siqaret almaq üçün getmiş Zərərçəkmiş şəxs gözləmişdir. Həmin vaxt yolu keçən şəxsdə olmuşdur, lakin onun kim olduğunu xatırlamır. Hadisə baş verəndən sonra ətraf evlərdən və mağazadan ora adamlar yığışmışlar. Qəza təhlükəsi yarandığı an VAZ-21074 markalı avtomobillə Zərərçəkmiş şəxs arasında 1 və ya 2 metr məsafə olmuşdur. Qəza baş verən zaman Zərərçəkmiş şəxs qışqırıb, onu xəbərdar etdiyi zaman Abdurəhman yolun sağına çatmış, həmin anda Abdurəhman artıq irəli-geri getmiş, nə edəcəyini bilməmişdir. Hadisə zamanı VAZ-21074 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürəti olmamışdır. İşin 5-11 və 18-26-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2020-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokollardan görünür ki, aparılmış ilkin araşdırma zamanı tərtib edilmiş yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokollara, protokollara əlavə edilmiş sxemlərə və fotoşəkillərə əsasən hadisə yeri Balakən şəhəri-Qabaqçöl qəsəbəsi istiqamətində Balakən rayonu Talalar kəndinin ərazisində yerləşir. Hadisə yerində hərəkət iki istiqamətlidir. Yol örtüyü asfalt beton olmaqla yaş, düz, hamardır. Yolun eni 5,9 metr təşkil edir. Yolun hərəkət hissəsində hərəkət istiqamətlərini ayıran qırıq-qırıq xətlər vardır. Balakən şəhəri-Qabaqçöl qəsəbəsi istiqamətində yolun sağ hissəsində yol çiyni 3,20 metr, Qabaqçöl qəsəbəsi-Balakən şəhəri istiqamətində isə yol çiyni 4,10 metrdir. Balakən şəhəri-Qabaqçöl qəsəbəsi istiqamətində yolun sağında hadisə yerindən təxminən 20 metr məsafədə «ötmə qadağandır» nişanı vardır. Hadisədən əvvəlVAZ-21074 markalı, 08BJ 736 dövlət qeydiyyat nişanlı minik avtomobili Balakən şəhəri-Qabaqçöl qəsəbəsi istiqamətində yolun sağı ilə hərəkətdə olub. Yolda minik avtomobilinə məxsus olan şinlərin izlərini aşkar etmək mümkün olmadı. Tormozlama izləri yoxdur. HadisəyerindəVAZ-21074 markalı, 08BJ 736 dövlət qeydiyyat nişanlı minik avtomobilinə məxsus sınmış hissələr aşkarlanmadı. Nəqliyyat vasitəsinin ətrafdakı əşyalara toxunma izləri yoxdur. Hadisə yeri yaşayış məntəqəsidir. Baxış zamanı foto şəkillər çəkilmişdir. Baxış zamanı baxış iştirakçılarından ərizə və qeydlər daxil olmamışdır. İştirakçılar tərəfindən protokolun və sxemin düzgünlüyü imzalarla təsdiq edilmişdir. İşin 12-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş DİN-in BDYPİ Şəki RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AD № 417600 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ-21074 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi Təqsirləndirilən şəxsdir. İşin 13-cü vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş AE- 735669 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə verilmiş BC dərəcəli sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2029-cu ilə kimidir. İşin42-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2020-ci il tarixli, 43 nömrəli sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, hadisə törədilən zaman Təqsirləndirilən şəxs ayıq olmuşdur. İşin 39-41-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ET və TB-nin Balakən rayonu MTE və PA şöbəsinin məhkəmə-tibb ekspertizasının (meyitin ekspertizası) xx xxxxxx 2020-ci il tarixli, 02 №-li rəyinin nəticə hissəsində göstərilmişdir ki, mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsinə, tibbi sənədində qeyd edilənlərə, hadisə haqqında olanları nəzərə alaraq ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlinmişdir: Mərhum Hacıyevin meyitinin müayinəsində aşkar edilmiş xəsarətlər aşağıdakılardır: Ağır kəllə beyin travması. Ənsə nahiyəsində hematomaqan yığımı, bel nahiyəsinin sıyrığı, sol göz ətrafında yara, sağ budun aşağı 1/3-də qansızma, sağ budun aşağı 1/3-də qəlpəli yerdəyişməli sınıq, sağ baldırın orta 1/3-də yara-açıq qəlpəli yerdəyişməli sınıq, sol baldırında sıyrıq, ənsə sümüyünün sınığı. Baş beynin yumşaq qişalarına qansızmaəzilmə. Baş beyin maddəsində ödem.

2. Yuxarıda qeyd edilmiş xəsarətlərin hamısı müxtəlif cür bərk-küt əşyanın (əşyaların) dəyməsi təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci ildə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin vurması nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilirlər.

3. Mərhum Hacıyevin ölümünün səbəbi Ağır travmatiki şokla müşayiət olunan baş beyində kobud əzilmə-qansızma, ödem olmuşdur.

4. Mərhum Hacıyevin ölümü meyit əlamətlərinə görə meyitin müayinəsindən 11-13 saat əvvəl baş verməyə uyğun gəlir.

5. Mərhum Zərərçəkmiş şəxs meyitindən spirtli içkinin təyini üçün Bakı şəhəri MTE və P/A Birliyinin kimya şöbəsinə qan göndərilmişdir. Cavab alınan kimi əla və rəy veriləcəkdir. İşin 47-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 55-ci-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ET və TB-nin Balakən rayonu MTE və PA şöbəsinin müdirinin xx xxxxxx 2020-ci il tarixli 02 №-li məktubunda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixli, ********* nömrəli qərara əsasən xx.xx.2020-ci ildə Balakən rayon MTE və PA şöbəsində ekspertizadan keçirilmiş mərhum Zərərçəkmiş şəxs qanından Bakı şəhəri MTE və P/AETT Birliyinin Kimya şöbəsinə göndərilmişdir. xx.xx.2020-ci ildə alınmış mərhum Zərərçəkmiş şəxs Bakı şəhəri MTE və PAETT Birliyinin Kimya şöbəsindən verilmiş 258/k nömrəli, xx.xx.2020-ci il tarixli AKT-da qeyd edilmişdir ki, məhkəmə kimya tədqiqatı nəticəsində onun qanında 1,83 faiz etil spirti aşkar edilmişdir. Bu da onun ölümündən əvvəl orta dərəcədə sərxoş olmasını göstərir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İşin 87-90-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 8/1193 nömrəli ekspert rəyinin tədqiqatın nəticəsi hissəsində göstərilmişdir ki, İstintaq tərəfindən verilən məlumatlara əsasən: 1-2. VAZ-21074 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

3. Piyada yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və onun hərəkətləri xüsusi texniki bilik tələb etmədiyindən yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyildir. İşin 132-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayonu İHB-nın Yeni-Şərif kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Yeni Şərif kənd sakinidir, himayəsində pensiyası atası, anası, işləməyən bacısı, 2013-cü il təvəllüdlü bacısı Aysel, işləməyən anası və qardaşı vardır. İşin 134-143-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən RPŞ İB-nin müstəntiqinin xx xxxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, cinayət işi üzrə Şahid1 Lələ oğlunun ifadəsinin yerində yoxlanılması zamanı və iş üzrə istintaq eksperimenti keçirilən zaman qeydə alınmış videogörüntülərin köçürüldüyü 02 ədəd DVD diski iş üzrə protokola əlavə kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmişin hüquqi varisi X3 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı könüllü şəkildə tam olaraq ödəmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq, qeyd edir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində isə göstərilir ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü tarixli, 5 №-li qərarının 21-ci bəndində göstərilir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün hallar, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq, zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi, Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsində cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsi avtomaşınına mindirib, dərhal xəstəxanaya aparmaqla həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün yardım göstərməsini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə zərərçəkmiş şəxsin hüquqi varisinə ödəməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır və ehtiyatsızlıqdan törədilən cinayətdir. Ancaq onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət əməli törətmişdir. O, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsi avtomaşınına mindirib, dərhal xəstəxanaya aparmaqla həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün yardım göstərmiş, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etmiş, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsin hüquqi varisinə ödəmişdir və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkir. Məhkəmə hesab edir ki, bu hallar, onun ictimai təhlükəliliyini azaldan hallar sayılmaqla, eyni zamanda onun, cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olmasına, ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması istəyinə dəlalət edir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli davamlı antisosial yönümün nəticəsi olmamışdır. Yuxarıda şərh olunanlar Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşmançılığının səmimi olduğunu göstərir. Ona görə də şərh olunan bu hallar cəzanın məqsədlərinə nail olunması baxımından Təqsirləndirilən şəxs cəza təyin edilməsində mütləq nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsi avtomaşınına mindirib, dərhal xəstəxanaya aparmaqla həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün yardım göstərməsi, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsin hüquqi varisinə ödəməsi və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq,həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinin tələbinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsində cəzasının icrası müddətinin məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmasının müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə protokola əlavə kimi tanınmış Şahid1 Lələ oğlunun ifadəsinin yerində yoxlanılması və iş üzrə istintaq eksperimentinin keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 02 ədəd DVD diski hazırki cinayət işi ürə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.0.5-ci maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı şəxslərə və ya təşkilatlara verilir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 8/1193 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manatdır. Ona görə də məhkəmə həmçinin hesab edir ki, iş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarında olan vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 17 iş saatı vaxt sərf etməsi göstərilmişdir. Məhkəmə hesabatı iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, həmin hesabat təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, müdafiəçinin təqsirləndirilən şəxsə məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımın hesabatda göstərilən vaxtı ağlabatandır və əsaslıdır. Həmçinin iş materiallarından görünür ki, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 102 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 nəfinə, onun «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN **********, kod 200695,Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. Hesabına köçürülməli və Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 X11 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Ceyhun X5 hesabı: AZ11AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. X1rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin; cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə protokola əlavə kimi tanınmış Şahid1 Lələ oğlunun ifadəsinin yerində yoxlanılması və iş üzrə istintaq eksperimentinin keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 02 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; Z34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 102 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 nəfinə, onun «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN **********, kod 200695,Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. Hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 X11 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Ceyhun X5 hesabı: AZ11AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar