Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-72/2022 30.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, müdafiəçi: Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1994-cü il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş- Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 06 müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 185.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, talama məqsədi olmadan nəqliyyat vasitəsini ələ keçirmə (qaçırma) cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, qanunsuz olaraq 07 may 2022-ci il tarixdə saat 01 radələrində ünvan 2 ünvanının qarşısında dayanmış Şəki rayonu Öryət kənd sakini Zərərçəkmiş şəxs məxsus VAZ-21074 markalı **-CB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin açıq qapısından içərisinə daxil olaraq, nəqliyyat vasitəsini hərəkətə gətirib, talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib (qaçırıb), Balakən şəhəri ərazisində sürərək, şəhərin T.Adıgözəlov küçəsində yolun kənarında qrunt suları üçün nəzərdə tutulmuş çuxura salaraq, Zərərçəkmiş şəxs ümumilikdə 695 (altı yüz doxsan beş) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, talama məqsədi olmadan 07 may 2022-ci il tarixdə saat 01 radələrində ünvan 2 ünvanının qarşısında dayanmış Şəki rayonu Öryət kənd sakini Zərərçəkmiş şəxs məxsus VAZ-21074 markalı **- CB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin açıq qapısından içərisinə daxil olaraq, nəqliyyat vasitəsini hərəkətə gətirib, talama məqsədi olmadan, qanunsuz olaraq ələ keçirib (qaçırıb), Balakən şəhəri ərazisində sürərək, şəhərin T.Adıgözəlov küçəsində yolun kənarında qrunt suları üçün nəzərdə tutulmuş çuxura salaraq, Zərərçəkmiş şəxs ümumilikdə 695 (altı yüz doxsan beş) manat məbləğində maddi ziyan vurması və bununla da Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, həmçinin məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi, şahidlər Şahid1 və Şahid2 ifadələri, 07 may 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokol, "xxxx" ASC-nin Balakən filialı tərəfindən tərtib olunmuş 07 may 2022-ci il tarixli ziyan aktı, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 iyun 2022-ci il tarixli 9/4184 rəyi və işdəki digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə iclasında dindirilərkən Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın könüllü şəkildə tamamilə ona ödənildiyini və onunla barışıq əldə etdiyini bildirərək və bu barədə məhkəməyə yazılı ərizə təqdim edərək, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə başlanmış cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs da ifadəsində Zərərçəkmiş şəxs vurulmuş ziyanı könüllü şəkildə tam olaraq ona ödədiyini və zərərəkmiş şəxslə barışıq əldə etdiyini bildirərək və bu barədə məhkəməyə yazılı ərizə təqdim edərək, onun barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə başlanmış cinayət işi üzrə icraatia xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs vurulmuş ziyanı könüllü şəkildə tamamilə ona ödəmiş və onunla barışmışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Təqsirləndirilən şəxs barəsində Azəröbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs vurulmuş ziyanı tamamilə ona ödəməklə onunla barışmışdır. Zərərçəkmiş şəxs ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi də Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2022-ci il tarixli 9/4184 saylı bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarından və iş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 16 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərarından görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə verilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, Zərərçəkmiş şəxs dəymiş ziyanın ümumilikdə 695 (altı yüz doxsan beş) manat olması nəzərə alınmış, Zərərçəkmiş şəxs məxsus VAZ-21074 markalı **- CB-*** dövlət nömrə nişanlı avtomaşın maddi sübut qismində tanınmış və avtomaşının sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs imzalayaraq verdiyi 17 iyun 2022-ci il tarixli qəbzdən görünür ki, o, iş üzrə maddi sübut kimi tanınmış özünə məxsus olan VAZ 21074 markalı **-CB-*** dövlət nömrə nişanlı avtomaşını təhvil almış və həmin avtomaşını istintaq başa çatanadək özgəninkiləşdirmədən saxlayacağına söz vermişdir. Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirməyə (qaçırmaya) görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qeyd olunanları əsas tutaraq və iş materiallarını araşdıraraq, hesab edir ki, hazırki işdə Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi tətbiq edilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 37.4-cü maddəsinə görə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4. 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair» 15 iyul 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışı gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Azərbaycan Respublikası CPM-nin 41.6-cı maddəsinə əsasən dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi barədə mövqeyi xüsusi ittihamçının təqsirləndirilən şəxsin barəsində cinayət təqibini davam etdirməsinə mane olmur. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilməklə barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə olan hazırki cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X2 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. İş materiallarına və Azərbaycan Respublikası CPM-nin 132 və 346.1.19-cu maddələrinin tələblərinə istinadən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış VAZ-21074 markalı **-CB-*** dövlət nömrə nişanlı avtomaşının onun sahibi olan Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə icraata xitam verildiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. İş materiallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, işin məhkəmədə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 5 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 11 №-li qərarına edilmiş dəyişikliyə uyğun olaraq, təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabından 30 manat Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X1 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.1.2, 43.3, 321, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X2 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış VAZ-21074 markalı **-CB-*** dövlət nömrə nişanlı avtomaşının onun sahibi olan Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabından 30 manat Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X1 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən:Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-72/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-72/2022
30.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver