Məhkəmə qərarları › İş №1(019)-73/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-73/2021

11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-73/2021 11.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, mülki iddiaçı-Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi Nümayəndə, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə xx.xx.1978-ci il tarixdə Rusiya Federasiyasının Kabardino-Balkar vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi qaydada sürücü işləyən, Qax rayonu İngiloy kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.1-1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu 2021-ci ilin yanvar ayında Türkiyə Respublikasında istintaqa məlum olmayan mənbədən əldə etdiyi kiçik həcmli müxtəlif rəngli falqa bükümlərdə 4260,867 qram 585 əyarlı qızıl, 161,40 qram 750 əyarlı qızıl və 9,71 qram alüminiumdan hazırlanan ümumilikdə külli miqdarda, 306643,40 manat dəyərində müxtəlif adda zərgərlik məmulatlarını malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə idarə etdiyi “X12” markalı, 99UM661/99ZF661 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunun alt hissəsində yerləşən hava balonunun içərisində gizlətməklə 24 yanvar 2021-ci il tarixdə Gürcüstandan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən rayonu ərazisində yerləşən “Mazımçay” gömrük postuna daxil olub,Azərbaycan Respubliukasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, 25 yanvar 2021-ci il tarixdə qeyd edilən nəqliyyat vasitəsi həmin gömrük postunda gömrük yoxlamasından keçirilərkən sadalanan mallar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs oğlunun həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri, işdə olan sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 206.1-1-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Rusiya Federasiyasının Kabardino-Balkar Respublikasında anadan olmuş, 1990-cı ildə Azərbaycan Respublikasınını Qax rayonuna köçmüşdür. 1997-ci ildən özünə məxsus İkarus markalı sərnişin daşımaq üçün avtobus alaraq, sərnişin daşımaqla məşğul olmuşdur. 2020-ci ilin oktyabr ayında yük daşımaq üçün “X12” markalı, 99UM661/99ZF661 nömrə nişanlı yük nəqliyyat vasitəsini almış və bu yük nəqliyyat vasitəsi ilə Bakı-İstanbul-Bakı reysi ilə yük daşımaqla məşğul olmuşdur. 08.01.2021-ci il tarixdə Sumqayıt şəhərindən yük götürərək, Türkiyə Respublikasının İstanbul şəhəri yaxınlığında yerləşən Gebze şəhərinə apararaq, yükü həmin şəhərdə boşaltmış və Gebze şəhərində olarkən Ömər adlı çoxdan tanıdığı Türkiyə Respublikasının vətəndaşından qızıl-zinət əşyalarını almışdır. Aldığı qızıl-zinət əşyalarını Türkiyədə olan zaman yolun kənarında idarə etdiyi “X13” markalı, 99UM661/99ZF661 nömrə nişanlı yük nəqliyyat vasitəsini saxlayaraq, qoşqusunun arxa alt hissəsində yerləşən hava balonunun içərisində gizlətmişdir. 22.01.2021-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində fəaliyyət göstərən “X18 və Dış Ticaret” şirkətindən Azərbaycan Respublikasının ərazisində yerləşən “X17” LLC şirkətinə “döşəmə örtüyü üçün piltələr” yükünü yükləyərək, Azərbaycan Respublikasına gəlmək üçün yola düşmüşdür. 24.01.2021-ci il tarixdə Gürcüstandan keçərək Balakən rayonu ərazisində yerləşən “Mazımçay” gömrük postuna çatmışdır. O, sənədləri gömrük əməkdaşından alıb getmək istəyərkən yenidən yük nəqliyyat vasitəsinə baxış keçiriləcəyi barədə ona bildirilmiş və onun idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük əməkdaşları tərəfindən baxış keçirilmişdir. Bundan sonra yük nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün rentgen aparatına daxil olmuş, oradan isə “Mazımçay” gömrük postunun yaxınlığında yerləşən terminala getmişdir. Burada gömrük əməkdaşları onu sorğu-sual edərək yük nəqliyyat vasitəsində mütləq bəyan olunmalı hər hansı bir malın olub-olmadığını soruşmuş, o isə öz növbəsində yük nəqliyyat vasitəsində heç bir bəyan olunmalı əşyanın olmadığını bildirmişdir. Bundan sonra gömrük əməkdaşları yük nəqliyyat vasitəsinin qoşqusunun arxa alt hissəsində olan hava balonunda onun gizlədərək, yiğdığı qızıl-zinət əşyalarını aşkar etmişlər. Həmin qızıl-zinət əşyalarını gizlədərək, Azərbaycan Respubliaksına gətirən zaman rəsmiləşdirərək, keçirməli olduğunu bilmiş və buna görə əlavə gömrük rüsumu ödəməmək üçün gizlədərək qaçaq yolla keçirmək istəmiş və gömrük yoxlaması zamanı ondan mütləq bəyan olunmalı hər hansı bir malın olub-olmamasını soruşduqda o, heç bir malın olmamasını bildirmişdir. Aşkar edilmiş qaçaqmalçılıq yolu ilə gizlədərək keçirdiyi qızıl-zinət əşyaları 573 (beş yüz yetmiş üç) ədəd bilərzik, 415 (dörd yüz on beş) cüt sırğa dəsti, 186 (yüz səksən altı) ədəd üzük, 85 (səksən beş) ədəd klonla birlikdə boyunbağı, 57 (əlli yeddi) ədəd boyunbağı, 43 (qırx üç) ədəd klon, 23 (iyirmi üç) ədəd üzük-sırğa dəsti, 1 (bir) ədəd üzük-sırğa-klon dəsti, 18 (on səkkiz) ədəd tək sırğa hissələri, 15 (on beş) ədəd sancaq və əl ilə ayrılması və çeşidlənməsi mümükün olmayan, düyünlənmiş şəkildə təqribi çəkisi 203 (iki yüz üç) qram olan klonlu və klonsuz boyunbağı və bilərziklər ona məxsus olmuş və qızıl-zinət əşyalarını gizlətməkdə ona heç kim kömək etməmiş və bu barədə heç kimə heç nə deməmişdir. Qızılların aşkar edildiyi hava balonunu isə Rusiya Federasiyasında olan zaman düzəltdirmişdir. O, Türkiyədə olan zaman 2015-ci ildən tanıdığı Ömər adlı Türk vətəndaşından 165000 (yüz altımış beş min) ABŞ dollarını verərək, ondan həmin qızıl-zinət əşyalarını almışdır. Ömərin Türkiyə Respublikasında qızıl-zinət mağazası vardır. Türkiyədə ona məxsus olan iki sərnişin daşımaq üçün nəzərdə tutulan avtobuslarını ümumilikdə 163000 (yüz altımış üç min) ABŞ dollarına sataraq həmin qızıl-zinət əşyalarını almışdır. Pandemiya dövründə işlərinin yaxşı getmədiyi üçün qərara gəlmişdir ki, həmin avtobuslarını satıb qızıl-zinət əşyalarını alaraq Azərbaycan Respublikasına gətirərək satsın. Qızıl-zinət əşyalarını qabaqcadan kimə satacağını planlaşdırmamış, Bakı şəhərində və ya Qax rayonunda yerləşən qızıl-zinət mağazlarına təklif edəcəyini bildirmişdir. O, qızılı almamışdan qabaq Bakı şəhərində fəaliyyət göstərən qızıl-zinət əşyaları mağazalarından qiymətlərini öyrənmiş, Ömər adlı tanışı da Türkiyədə qızıl işinə baxdığına görə ona qızılın qiymətləri barədə məlumat vermişdir. Onun məqsədi öz şəxsi avtobusalarını sataraq həmin pula qızıl-zinət əşyalarını Türkiyədən alıb qaçaq yolla gizlədərək, Azərbaycan Respublikasına gətirərək burada satmaq olmuşdur. Bu qaydada gömrük nəzarətindən gizlədərək hər hansı qızıl-zinət əşyaları və yaxud başqa mallar gətirməmiş, bu, ilk dəfə olmuşdur. Əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əməliyyat şöbəsinə qaçaqmalçılıq yolu ilə qızıl-zinət əşyalarının nəqliyyat vasitəsində gizlədilməklə gətiriləcəyi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Türkiyə Respublikasından Azərbaycan Respublikasına yük gətirən Təqsirləndirilən şəxs oğlunun sürücüsü olduğu “X13” markalı, 99UM661/99ZF661 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi əməliyyat şöbəsinin əməkdaşları tərəfindən nəzarətə götürülmüşdür. 24.01.2021ci il tarixdə, axşam radələrində “X13” markalı, 99UM661/99ZF661 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi “Mazımçay” gömrük postunun gömrük nəzarəti zonasına daxil olmuş, yük nəqliyyat vasitəsi gömrük nəzarəti bitdikdən sonra gömrük rejimini tərk etmək istəyərkən onlar tərəfindən saxlanılmışdır. Yük nəqliyyat vasitəsində Türkiyə Respublikası İstanbul şəhəri, Türkoba məhəlləsi, Kooperatifler küçəsi, Kiptaş Konut 06, blok 29 S37 ünvanında qeydiyyatda olan “X18 VƏ DİŞ TİCARET” şirkət tərəfindən Azərbaycan Respublikasında yerləşən “AZDİZAYN QRUP” LLC-nin ünvanına ümumi çəkisi 24610 kq olan “döşəmə örtüyü üçün piltələr” yükü gətirilmiş, yük nəqliyyat vasitəsini idarə edən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs oğlu ilə digər əməliyyatçılarla birlikdə şifahi sorğu-sual edilərək idarə etdiyi “X13” markalı, 99UM661/99ZF661 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsində gizlədilmiş, bəyan edilməli hər hansı predmetin olub-olmaması barədə suallar veril mişdir. Sürücü Təqsirləndirilən şəxs oğlu gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını onlara bildirmişdir. Həmin zaman hava qaranlıq olduğu üçün və eyni zamanda rentgen qurğusunda yaranmış texniki nasazlıq səbəbindən Təqsirləndirilən şəxs oğlunun idarə etdiyi “X14” markalı, 99UM661/99ZF661 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə ətraflı, tam yoxlanış keçirmək mümkün olmayacağını nəzərə alınmış və səhəri gün, yəni 25.01.2021-ci il tarixdə səhər saatlarında yük nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilmiş, baxış zamanı dartıcısının alt hissəsində yerləşən hava balonunda müxtəlif cizgilər müşahidə edilmiş, sonra faktla əlaqədar olaraq yük nəqliyyat vasitəsi ətraflı yoxlanılması üçün “Mazımçay” gömrük postunun yaxınlığında yerləşən terminala aparılmışdır. Baxış zamanı yük nəqliyyat vasitəsinin dartıcısının arxa alt hissəsində yerləşən hava balonu bərkidildiyi yerdən çıxarılaraq onlar tərəfindən açılmış, hava balonunun içərisindən falqalara bükülmüş və yapışqan lentlə sarılmış halda kiçik bağlamalar aşkar edilmişdir. Bağlamalara baxış zamanı içərisində qızıl-zinət əşyalarına bənzər predmetlər aşkar edilmiş, aşkar olunmuş qızıl-zinət əşyalarına bənzər predmetlər onlar tərəfindən çeşidlənərək sayılmış 573 (beş yüz yetmiş üç) ədəd bilərzik, 415 (dörd yüz on beş) cüt sırğa dəsti, 186 (yüz səksən altı) ədəd üzük, 85 (səksən beş) ədəd klonla birlikdə boyunbağı, 57 (əlli yeddi) ədəd boyunbağı, 43 (qırx üç) ədəd klon, 23 (iyirmi üç) ədəd üzük-sırğa dəsti, 1 (bir) ədəd üzük-sırğa-klon dəsti, 18 (on səkkiz) ədəd tək sırğa hissələri, 15 (on beş) ədəd sancaq və əl ilə ayrılması və çeşidlənməsi mümkün olmayan, düyünlənmiş şəkildə təqribi çəkisi 203 (iki yüz üç) qram olan klonlu və klonsuz boyunbağı və bilərziklər kimi zinət əşyaları olduğu müəyyən edilmişdir. Aşkar olunmuş qızıl-zinət əşyaları 007451, 007452, 007454 saylı xususi qablaşdırma vasitələrində qablaşdırıldıqdan sonra protokol tərtib olunmuş, həmin protokol sürücü Təqsirləndirilən şəxs oğlu, əməliyyat müvəkkilləri, hal şahidləri və onun tərəfindən imzalanmışdır. . Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, bir gömrük əməkdaşı 25.01.2021-ci il tarixdə “Mazımçay” gömrük postunun yaxınlığında yerləşən terminalda Təqsirləndirilən şəxs oğluna məxsus X13 markalı, 99UM661/99ZF661 nömrə dövlət nişanlı yük nəqliyyat vasitəsinə baxış zamanı yük nəqliyyat vasitəsinin dartıcısının arxa alt hissəsində olan hava balonundan yapışqanlı lentlərə bükülmüş halda içərisində qızıl-zinət əşyalarına bənzər predmetlər olan kiçik bağlamalar aşkar edildiyini bildirərək, onun yoxlamada hal şahidi kimi iştirak etməsini xahiş etmişdir. O, onunla birlikdə ilk öncə «Mazımçay» gömrük postunun yaxınlığındakı terminaldakı X13 markalı, ** UM ***/ 99ZF661 nömrə dövlət nişanlı yük nəqliyyat vasitəsinə, daha sonra isə qızıl-zinət əşyalarına oxşar predmetlərin açılıb baxış keçirilməsi üçün Mazımçay gömrük postuna daxil olmuş və balonun içərisindəki yapışqanlı lentə bükülü kiçik bağlamalar açılıb baxılarkən orada müxtəlif cür üzük, sırğa, boyunbağı, bilərzik kimi zinət əşyalarının olduğunu görmüşdür. Ümumi sayı 573 (beş yüz yetmiş üç) ədəd bilərzik, 415 (dörd yüz on beş) cüt sırğa dəsti, 186 (yüz səksən altı) ədəd üzük, 85 (səksən beş) ədəd klonla birlikdə boyunbağı, 57 (əlli yeddi) ədəd boyunbağı, 43 (qırx üç) ədəd klon, 23 (iyirmi üç) ədəd üzük-sırğa dəsti, 1 (bir) ədəd üzük-sırğa-klon dəsti, 18 (on səkkiz) ədəd tək sırğa hissələri, 15 (on beş) ədəd sancaq və əl ilə ayrılması mümkün olmayan, düyünlənmiş şəkildə təqribi çəkisi 203 (iki yüz üç) qram olan klonlu və klonsuz boyunbağı və bilərziklərin olması aydınlaşdıqdan sonra protokol tərtib edilmiş, həmin protokola qızıl-zinət əşyalarının sahibi, gömrük əməkdaşları, həmçinin o və digər hal şahidi də imza etmişdir. Nəqliyyat vasitəsindən bundan əlavə heç nə aşkar olunmamış, aşkar olunmuş faktla əlaqədar protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 da Şahid3 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş malların yoxlanması haqqında 25 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, 24.01.2021-ci il tarixdə 19 radələrində Gürcüstan istiqamətindən Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postuna daxil olmuş Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs oğlunun idarə etdiyi “X12” markalı, “99UM661/99ZF661” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi gömrük yoxlamasından keçirilərkən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə yük nəqliyyat vasitəsinin qoşqusunun alt hissəsində yerləşən hava balonunun içərisində gömrük nəzarətindən gizlədilmiş kiçik həcmli müxtəlif rəngli falqa bükümlərdə 4260,867 qram 585 əyarlı qızıl, 161,40 qram 750 əyarlı qızıl və 9,71 qram alüminiumdan hazırlanan ümumilikdə külli miqdarda, 306643,40 manat dəyərində müxtəlif adda zərgərlik məmulatları aşkar edilib götürülmüşdür. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01.03.2021-ci il tarixli 6/451-9/510 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 4260,867 qram 585 əyarlı qızıl, 161,40 qram 750 əyarlı qızıl və 9,71 qram alüminiumdan hazırlanan müxtəlif adda zərgərlik məmulatlarının 25.01.2021-ci il tarixə orta bazar qiyməti ümumilikdə təxminən 306643,40 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 250 manatdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Qərb Ərazi Baş Gömrük İdarəsindən alınmış 29.03.2021-ci il tarixli məktubdan görünür ki, gömrük rəsimləşdirilməsi üçün ödənilməli olan gömrük ödənişləri gömrük yığımları 600,00 manat, idxal gömrük rüsümu 26223,07 manat, əlavə dəyər vergisi 36295,83 manat, elektron gömrük xidməti haqqı 60,00 manat və elektron gömrük xidməti üzrə ƏDV 10,80 manat olmaqla ümumilikdə gömrük ödənişləri 63189,70 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs oğlunun adına tərtib etdiyi tələbnamə üzrə arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyəti ilə əlaqədar məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 12 mart 2021-ci il tarixli qızıl-zinət əşyalarının maddi sübut hesab edilməsi haqqında qərardan, “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlundan götürülmüş 4262,867 qram 585 əyarlı qızıl, 161.40 qram 750 əyarlı qızıl və 9,71 qram alümininiumdan hazırlanmış ümumilikdə külli miqdarda, 306643,40 manat dəyərində müxtəlif adda zərgərlik məmulatları maddi sübut kimi tanınmış və DƏK-nin Maliyyə və Təchizat İdarəsində saxlanmaya verilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 16 mart 2021-ci il tarixli hava balonunun maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, iş üzrə yük nəqliyyat vasitəsinin qoşqusunun alt hissəsində yerləşən hava balonu maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin «Azərterminalkompleks» Birliyində saxlanması nəzərə alınmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 03 mart 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və iş üzrə materialların istintaq orqanına göndərilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs oğluna məxsus «X14» markalı, 99UM661/99ZF661 nömrə nişanlı yük nəqliyyat vasitəsi 28.01.2021-ci il tarixdə 14S saylı aktla «Azərterminalkompleks» Birliyinin anbarına təhvil verilmiş, maddi sübut qismində götürülmüş qızıl-zinət əşyaları 02.03.2021-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Xəzinəsinə protokol əsasında təhvil verilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Qax rayon İBH-nın Qax İngiloy kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli 427 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu Qax rayonunun Qax İngilov kəndində daimi qeydiyyatdadır, himayəsində arvadı, 2006-cı il təvəllüdlü oğlu Rəvan və 2008-ci il təvəllüdlü qızı Sona vardır. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs oğlu 16 iyun 2021-ci il tarixdə, saat 18:00-da Azərbaycan Respublikası CM-nin 206.1-1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və 18 iyun 21021-ci il tarixdə həbsdən azad edilərək, barəsində polsin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan 16 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu üzərində olan şəxsiyyət vəsiqəsini və 02 ədəd mobil telefonu müstəntiq Anar Hacıyevə könüllü təqdim etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi mülki iddiaçı qismində, Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin «Mazımçay» gömrük postunun inspektoru Nümayəndə mülki iddiaçının nümayəndəsi qismində və Təqsirləndirilən şəxs oğlu mülki cavabdeh qismində tanınmışlar. İş materiallarında olan mülki iddiadan görünür ki, mülki iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən mülki cavabdeh Təqsirləndirilən şəxs oğlundan dövlətə vurulmuş 63189,70 manat məbləğində maddi ziyanın alınaraq Dövlət büdcəsinə ödənilməsi tələb edilir. İşdə olan 19.06.2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs oğlunun istintaq zamanı təqdim etdiyi ona məxsus 2 ədəd ayfon markalı telefon və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs oğluna təhvil verilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayında Türkiyə Respublikasında istintaqa məlum olmayan mənbədən əldə etdiyi kiçik həcmli müxtəlif rəngli falqa bükümlərdə 4260,867 qram 585 əyarlı qızıl, 161,40 qram 750 əyarlı qızıl və 9,71 qram alüminiumdan hazırlanan ümumilikdə külli miqdarda, 306643,40 manat dəyərində müxtəlif adda zərgərlik məmulatlarını malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə idarə etdiyi “X12” markalı, 99UM661/99ZF661 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunun alt hissəsində yerləşən hava balonunun içərisində gizlətməklə 24 yanvar 2021-ci il tarixdə Gürcüstandan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən rayonu ərazisində yerləşən “Mazımçay” gömrük postuna daxil olub, Azərbaycan Respubliukasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, 25 yanvar 2021-ci il tarixdə qeyd edilən nəqliyyat vasitəsi həmin gömrük postunda gömrük yoxlamasından keçirilərkən sadalanan mallar aşkar edilərək götürülmüşdür. Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların külli miqdarda keçirilməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, “külli miqdar” dedikdə keçirilən qaçaqmalçılıq əşyalarının dəyərinin dörd min manatdan yuxarı olan məbləğ başa düşülür. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəyini və digər sənədləri bilavasitə tədqiq edib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 206.1-1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər,ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki,cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanun normasının tələbinə əsasən məhkəmə himayəsində bir azyaşlı uşağın və bir yetkinlik yaşına çatmayan uşağın olmasını və ilk dəfə cinayət əməli törətməsini Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən iş materiallarına əsasən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cinayətin predmetinin dəyərinin əlli faizi miqdarında cərimə edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən himayəsində bir azyaşlı uşağın və bir yetkinlik yaşına çatmayan uşağın olması və ilk dəfə cinayət əməli törətməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş cinayətin predmetinin dəyərinin əlli faizi miqdarında cərimə edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən onun 16 iyun 2021-ci il tarixdən 18 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs oğluna qəti olaraq cinayətin predmetinin dəyərinin əlli faizi miqdarında cərimə edilməklə azadlığın məhdulaşdırılması cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs oğluna təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs oğlu ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax, Şəki, Zaqatala və Balakən rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun azadlığın məhdudlaşdırılması növündə cəzasının cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə 250 manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutulub tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 saylı hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən mülki iddianın həlli və məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə mülki iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mülki cavabdeh Təqsirləndirilən şəxs oğluna qarşı 63189,70 manat məbləğində mülki iddiasına hüquqi qiymət verərək, hesab edir ki, mülki iddia əsaslı olduğundan təmin edilməli və Təqsirləndirilən şəxs oğlundan dövlətə vurduğu 63189,70 manat məbləğində maddi ziyan alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, işdəki sübutlardan görünür ki, hazırki işin faktiki halları ilə bağlı gömrük rəsimləşdirilməsi üçün ödənilməli olan gömrük ödənişləri gömrük yığımları 600,00 manat, idxal gömrük rüsümu 26223,07 manat, əlavə dəyər vergisi 36295,83 manat, elektron gömrük xidməti haqqı 60,00 manat və elektron gömrük xidməti üzrə ƏDV 10,80 manat olmaqla ümumilikdə gömrük ödənişləri 63189,70 manat təşkil edir ki, həmin vəsait də dövlət büdcəsinə daxil olmamış, məhz Təqsirləndirilən şəxs oğlunun cinayət qanununda nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində dövlətə 63189,70 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2, 179.3 və 179.4-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir; cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 183.1, 183.2, 183.3 və 183.4-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər; cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir; cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır; cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan isğtifadə etmək və ona dair sərənxam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icraetməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu olan hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşdəki sübutlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğlunun təqsirli bilindiyi cinayət qanununda nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində dövlətə 63189,70 manat məbləğində maddi ziyan vurulmuşdur, həmin ziyan Təqsirləndirilən şəxs oğlunun qanunazidd hərəkətləri nəticəsində vurulmuşdur, tələb olunan 63189,70 manat məbləğində ziyanla Təqsirləndirilən şəxs oğlunun qanunazidd hərəkətləri arasında səbəbli əlaqə vardır və Təqsirləndirilən şəxs oğlu həmin 63189,70 manat məbləğində maddi zyanının vurulmasında təqsirlidir. Ona görə də mülki iddia təmin edilməklə Təqsirləndirilən şəxs oğlundan vurduğu 63189,70 manat məbləğində maddi ziyan alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarının 27-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmaylov Rusiyaya qarşı” iş üzrə 06 noybr 2008-ci il tarixli, “Adjiqoviç Rusiya Federasiyasına qarşı”iş üzrə 08 oktyabr 2009-cü il tarixli Qərarlar) əsaslansınlar. Eyni zamanda nəzərə alınmalıdır ki, Gömrük Məcəlləsinin və digər normativ-hüquqi aktların tələblərinə görə, ölkəyə gətirilən malların, nəqliyyat vasitələrinin və digər əşyaların bütün hallarda, o cümlədən gömrük nəzarətindən kənar və ondan gizli keçirilmiş və cinayət işlərinə maddi sübut kimi əlavə edilmiş əmlakın sonradan məhkəmələrin hökmlərinə (qərarlarına) əsasən mülkiyyətçilərinə qaytarılması zamanı gömrük rəsmiləşdirilməsinin aparılması (buna həmçinin gömrük ödənişlərinin tutulması da aiddir) tələb olunur, belə rəsmiləşdirilmə aparılmadıqda isə qeyd olunan əmlakdan istifadə edilməsi, habelə bu əmlak barəsində sərəncam verilməsi qadağan edilir. Qanunvericiliyin bu tələblərinə əməl edilməsi üçün CM-nin 206-cı maddəsi ilə cinayət işlərinə baxılarkən gömrük nəzarətindən gizli və ya ondan kənar, bəyan etməməklə və ya düzgün bəyan etməməklə, habelə sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə qanunsuz keçirilmiş və maddi sübut hesab edilmiş əmlakın mülkiyyətçilərinə qaytarılmalı olması haqqında nəticəyə gəldikdə məhkəmələrə belə işlər üzrə çıxarılmış hökmlərdə (qəbul edilmiş qərarlarda) göstərilən əmlakın yalnız gömrük rəsmiləşdirilməsindən keçirildikdən və gömrük ödənişləri tutulduqdan sonra qaytarılması haqqında müddəaların əlavə edilməsi tövsiyə olunur. İş üzrə maddi sübut kimi tanınmış və və məhkəmənin yekun hökmünə qədər saxlanılması üçün Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsində xəzinəsinə saxlanışa təhvil verilmiş Təqsirləndirilən şəxs oğlundan aşkar olunmuş 4260,867 qram 585 əyarlı qızıl, 161,40 qram 750 əyarlı qızıl və 9,71 qram alüminiumdan hazırlanan ümumilikdə külli miqdarda, 306643,40 manat dəyərində müxtəlif adda zərgərlik məmulatları Təqsirləndirilən şəxs oğlu tərəfindən öz maddi vəsaiti hesabına alınmışdır və onun xüsusi mülkiyyətini təşkil edir. Həmin əşyaların xüsusi müsadirəsi üçün CM-nin 99- 1-ci maddəsində nəzərdə tutulmuş əsaslar, yəni həmin əmlakların təqsirləndirilən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması, həmin əmlakların cinayət yolu ilə və ya cinayət yolu ilə əldə edilmiş pul vəsaiti və ya əmlak hesabına əldə edilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin olması, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkklil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdlə tutulan və ya istifadə olunan əmlak olması və sair müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; mülkiyyətin heç bir növünə üstünlük verilmir; mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər; mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir;dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz; yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya başqa rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Bu xüsusda məhkəmə sözügedən İsmayılov Rusiya Federasiyasına qarşı iş üzrə Avropa Məhkəməsinin qərarına istinad etməyi zəruri hesab edir. İsmayılov Rusiya Federasiyasına qarşı işdə Avropa Məhkəməsi cənab İsmayılovun ona miras qalmış evin satılması nəticəsində əldə etdiyi pul vəsaitinin Bakı şəhərindən Rusiya Federasiyasının Moskva şəhərinə gələrkən gömrük bəyənnaməsində qeyd etməməsinə görə cinayət məsuliyyətinə cəlb olunmaqla həmin pul vəsaitinin müsadirə olunmasını onun Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüquqlarının pozuntusu kimi qiymətləndirmişdir. Həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, müsadirə dövlətin qanuni maraqlarına və beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsində ifadə olunan ümumi marağa uyğundur. Ərizəçi 21300 ABŞ dollarının gömrük orqanına bəyan etməməkdə ifadə olunan cinayətə görə məhkum olunmuşdu. Özlüyündə Rusiya Federasiyasına nağd xarici valyutanın gətirilməsi qanunvericiliyə əsasən məhdudlaşdırılmamışdı. Həmçinin gətirilən pul vəsaitinin miqdarı da qanunla məhdudlaşdırılmırdı. Bu hal hazırki işin "AQOZİ Birləşmiş Krallığa qarşı işdən, "X15 Turizm ve Ticaret Anonim Şirketi" İrlandiyaya qarşı və sair işlərdən fərqlənirdi. Belə ki, həmin işlərdə gömrükdən gətirilən əşyaların keçirilməsi ölkə qanunvericiliyi ilə qadağan edilmişdi. Bundan başqa, müsadirə olunan pul vəsaitlərinin qanuni yolla əldə edilməsi mübahisələndirilmirdi. Ərizəçi pul vəsaitlərinin onun anasından miras qalmış Bakıda yerləşən evin alqı-satqısından əldə edildiyi barədə yazılı sübutları; vəsiyyətnaməni, alqısatqı müqaviləsini təqdim etmişdi. Avropa Məhkəməsi qeyd etdi ki, bu hallarla bağlı hazırki işə cinayət yolu ilə əldə edilmiş əşyaların muüsadirəsi tətbiq edilmiş digər işlərdən (X6 qraşı, Ryela İtaliyaya qraşı, Arkuri və başqaları İtaliyaya qarşı, Raymondo İtaliyaya qraşı, X2rşı işlər) fərqlənir. Avropa Məhkəməsi daha sonra göstərdi ki, ərizəçi əvvəllər məhkum olunmamış, araşdıralan hadisədən əvəl cinayət əməlinin törədilməsi ilə bağlı şübhəli bilinməmiş və ittiham olunmamışdır. Heç nə əsas vermirdi ki, belə düşünülsün ki, hakimiyət orqanları müsadirə yolu ilə ərizəçinin qanunsuz fəaliyyətini dayandırmaq; məsələn cinayət yolu ilə əldə edilmiş pulların yuyulması, narkotik alveri, terrorçuluğun maliyyələşdirilməsi və vergilərdən yayınmanı aradlan qaldırmaq məqsədini həyata keçirirdilər. Ərizəçinin keçirdiyi pul vəsaitləri qanuni yolla əldə edilmişdi və Rusiya Federasiyasında həmin pulların gömrük orqanına bəyan olunmaqla keçirilməsi icazə verilən idi. Həmin işdə Avropa Məhkəməsi xüsusi olaraq bildirmişdir ki, müdaxilənin məqsədə mütənasib olub-olmamasını müəyyən etmək üçün birinci növbədə həmin müdaxilə qanun pozuntusunun ağırlığına mütənasib olmalıdır. Yəni pozuntunun öz ağırlıq dərəcəsinə deyil, bəyan edilmə barədə tələbin özünə mütənasib olmalıdır. Ancaq belə tələbin çirkli pulların yuyulması və ya vergilərin gizlədilməsi ilə bağlı olması müəyyən edilməmişdir. Musadlirə edilən pul vəsaiti şübhəsizdir ki, ərizəçi üçün xeyli məbləğ olmuşdur. Belə ki, Bakıda mərhum anasına məxsus evdən əldə edilən bütün gəliri əhatə etmişdir. Digər tərəfdən, ərizəçinin dövlətə vurmağı ehtimal edilən zərər çox aşağı olmuşdur: belə ki, ərizəçi gömrük rüsumlarından və başqa ödənişlərdən imtina etməmiş, dövlətə hər hansı maddi zərər vurmamışdır. Əgər həmin pul vəsaitinin gömrükdən keçirilməsi müəyyən olunmasaydı, onda Rusiya Federasiyası hakimiyyət orqanları yalnız həmin pulun Rusiya Federasiyasına gətirilməsi barədə informasiyaya malik olmazdılar. Bununla da müsadirə kompensasiya xarakteri daşımamış, ancaq çəkindirici və cəzalandırıcı vasitə olmuşdur. Belə ki, ərizəçinin pul vəsaitinin gömrük orqanına bəyan etməməsi nəticəsində dövlət heç bir ziyan çəkməmişdir (bax: Bandenun Fransaya qarşı iş üzrə Avropa Məhkəməsinin 24 fevral 1994-cü il tarixli qərarı, paraqraf 47). Belə olan halda cəza kimi təyin edilən müsadirə məqsədə mütənasib deyildi, ərizəçini ağır fərdi yükə məruz qoymuşdu. Məhkəmə onu da nəzərə çatdırır ki, Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə və Avropa Məhkəməsinin presedent hüququna görə (Sporronq və Lonrott İsveçə qarşı, Marks Belçikaya qarşı, X3rşı, Slivçenko Litvaya qarşı və sair işlər üzrə qərarlarda müəyyən olunmuş hüquqi mövqe) mülkiyyət hüququ mütləq hüquq deyildir və ona müdaxilə oluna bilər. Lakin bu müdaxilə üçün bir sıra şərtlərin olması vacibdir:1) bu müdaxilə qanunda nəzərdə tutulmalı; 2) müdaxilə qanuni məqsəd daşımalı; 3) demokratik cəmiyyətdə zəruri olmalıdır. Bunun üçün 4) bu müdaxilə təxirəsalınmaz ictimai tələbata cavab verməli; 5) müddətli olmalı; 6) bu zaman fərdin hüquqları ilə ictimai tələbat arasında ədalətli tarazlığa riayət olunmalı; 7) şəxsə onun mülkiyyət hüquqlarına müdaxilə ilə bağlı ədalətli, vaxtında ödənilən və səmərəli kompensasiya verilməlidir. İsmayılov Rusiya Federasiyasına qarşı iş üzrə Avropa Məhkəməsinin sözügedən qərarına istinad edən məhkəmə qeyd edir ki, hazırki işdə qeyd edilən əşyalar qanuni yolla əldə edilmişdir, qanunvericiliyə görə onların gömrük orqanına bəyan olunmaqla keçirilməsi icazə veriləndir. Həmin əşyalara görə Gömrük Komitəsi tərəfindən bu əşyalara görə müvafiq gömrük rüsumu və bu xüsusda vurulan ziyanla bağlı mülki iddia qaldırılmışdır. Bu əşyaların müsadirəsi təqsirləndirilən şəxsin qanunsuz fəaliyyətini dayandırmaq; məsələn cinayət yolu ilə əldə edilmiş pulların yuyulması, narkotik alveri, terrorçuluğun maliyyələşdirilməsi və vergilərdən yayınmanı aradlan qaldırmaq məqsədini daşımır. Belə ki, Təqsirləndirilən şəxs oğlu hər hansı cinayətkar fəaliyyətlə məşğul olmamış, ona hadisədən əvvəl və sonra hər hansı ittiham verilməmişdir. 306643,40 manat məbləğində olan bu əşyalar təqsirləndirilən şəxs üçün külli miqdarda məbləğə malik əşyalardır və bu xüsusda, həmçinin onun cəzaya məruz qaldığı şəraitdə həmin əşyaların müsadirə edilməsi onu ağır fərdi yükə məruz qoyacaq və onun həmin əşyalara mülkiyyət hüquqlarını pozacaqdır. Şübhəsizdir ki, həmin əşyaların müsadirəsi ehtimal edilən qanun pozuntusunun ağırlığına, yəni pozuntunun öz ağırlıq dərəcəsinə deyil, bəyan edilmə barədə tələbin özünə mütənasib olmayacaqdır. Digər tərəfdən həmin əşyaları müsadirə etməklə təqsirləndirilən şəxsin mülkiyyət hüquqlarına müdaxilə qanunda nəzərdə tutulmamışdır və qanuni məqsədlər daşımır. Belə ki, qeyd edilən əşyaların müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar və bu konteksdə har hansı qanunda göstərilmiş əsaslar yoxdur. Həmçinin həmin əşyaların müsadirəsi ilə bağlı təqsirləndirilən şəxsə hər hansı kompensasiyanın ödənilməsi nəzərdə tutulmamış və bu kompensasiya ödənilməmişdir, bu əmlakın müsadirəsi təqsirləndirilən şəxsi ağır yükə məruz qoymaqla onun əməlinə faktoloji və hüquqi cəhətdən adekvat deyildir və buna görə də demokratik cəmiyyətdə zəruri deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki işdə 306643,40 manat dəyərində sözügedən əşyaların müsadirə olunmaqla Təqsirləndirilən şəxs oğluna qaytarılmaması onun Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində, Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində müəyyən edilmiş mülkiyyət hüquqlarının pozuntusuna şərait yaradacıqdır ki, bu da yolverilməzdir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsində saxlanılan 4262,867 qram 585 əyarlı qızıl, 161,40 qram 750 əyarlı qızıl və 9,71 qram alümininiumdan hazırlanmış ümumilikdə külli miqdarda-306643,40 manat dəyərində müxtəlif adda zərgərlik məmulatları yalnız gömrük rəsmiləşdirilməsindən keçirildikdən və qanunda göstərilən gömrük ödənişləri tutulduqdan sonra X5 qaytarılmalı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin «Azərterminalkompleks» Birliyində saxlanılan yük nəqliyyat vasitəsinin qoşqusunun alt hissəsində yerləşən hava balonu, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs oğluna məxsus «X14» markalı, 99UM661/99ZF661 nömrə nişanlı yük nəqliyyat vasitəsi və PC AZE C01278876 nömrəli Azərbaycan Respublikası vətəndaşının pasportu Təqsirləndirilən şəxs oğluna qaytarılmalı, həmçinin Təqsirləndirilən şəxs oğlunun istintaq zamanı təqdim etdiyi ona məxsus 2 ədəd ayfon markalı telefon və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs oğluna təhvil verilməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, işin hallarının yuxardakı hüquqi dəyərləndirilməsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs oğlunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsinə 20 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və cinayətin predmetinin dəyərinin əlli faizi miqdarında cərimə (306643,40 manatın 50 faizi=153321,7 manat) edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 16 iyun 2021-ci il tarixdən 18 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs oğluna qəti olaraq cinayətin predmetinin dəyərinin əlli faizi miqdarında cərimə (306643,40 manatın 50 faizi=153321,7 manat) edilməklə 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax, Şəki, Zaqatala və Balakən rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs oğlunun azadlığın məhdudlaşdırılması növündə cəzasını çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 250 manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı Adı X1 Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Təqsirləndirilən şəxs oğluna qarşı 63189,70 manat məbləğində maddi ziyan tələbinə dair mülki iddiası təmin edilsin; Təqsirləndirilən şəxs oğlundan dövlətə vurduğu 63189,70 manat məbləğində maddi ziyan alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsində saxlanılan 4262,867 qram 585 əyarlı qızıl, 161,40 qram 750 əyarlı qızıl və 9,71 qram alümininiumdan hazırlanmış ümumilikdə külli miqdarda-306643,40 manat dəyərində müxtəlif adda zərgərlik məmulatları yalnız gömrük rəsmiləşdirilməsindən keçirildikdən və qanunda göstərilən gömrük ödənişləri tutulduqdan sonra Təqsirləndirilən şəxs oğluna qaytarılsın; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin «Azərterminalkompleks» Birliyində saxlanılan yük nəqliyyat vasitəsinin qoşqusunun alt hissəsində yerləşən hava balonu, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs oğluna məxsus «X14» markalı, 99UM661/99ZF661 nömrə nişanlı yük nəqliyyat vasitəsi və PC AZE C01278876 nömrəli Azərbaycan Respublikası vətəndaşının pasportu Təqsirləndirilən şəxs oğluna qaytarılsın; Təqsirləndirilən şəxs oğlunun istintaq zamanı təqdim etdiyi ona məxsus 2 ədəd ayfon markalı telefon və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs oğluna təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs oğluna məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmün icrası Qax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar