Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-74/2020 01.12.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs Ramiz oğlunun (İskandarov Kamilin) iştirakı ilə xx xxxxxx 1993-cü il tarixdə Gürcüstan Respublikası Laqodexi rayonun Qaracalar kəndində anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, ibtidai təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Gürcüstan Respublikası Laqodexi rayonu Qaracalar kəndində qeydiyyatda olan və faktiki olaraq Balakən rayonu Sarıbulaq kəndində daimi yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X5” saxlanılan- Təqsirləndirilən şəxs oğlunun (İskandarov Kamilin) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Ramiz oğlu (İskandarov Kamil) qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə müvəqqəti yaşadığı Balakən rayonu Sarıbulaq kəndinin çöl sahəsindəki kolluğun içərisindən tapdığı 03 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərinin üzərindən yığdığı hissələri orada qurudub bir ədəd sellofan torbaya dolduraraq, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 395 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2020-ci il tarixdə 01 ədəd sellofan torbada daşıyaraq, əlində saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 22 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs (İskandarov Kamilin) üzərində şəxsi axtarış aparılarkən onun əlindəki göy rəngli sellofan torbanın içərisində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib əlində daşıyaraq saxladığı şəxsi istelak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 395 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Ramiz oğlunun (İskandarov Kamilin) həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Ramiz oğlu (İskandarov Kamil) ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, xx.xx.1993-cü il tarixdə Gürcüstan Respublikası Laqodexi rayonunda anadan olub, həmin rayonun Qaracalar kəndində daimi qeydiyyatdadır. Azərbaycanlıdır, Azərbaycan dili onun ana dilidir və Azərbaycan dilində tam danışa bilir, tərcüməçiyə ehtiyacı yoxdur. Uzun müddətdir ki, atasıyla anası ayrıldıqdan sonra anası Şahid1 ilə birlikdə uşaq yaşlarından Balakən rayonu Sarıbulaq kəndində yaşayır. Əvvəllər məhkum olunmamış və psixi xəstəliklər keçirməmişdir. Verilən sualları tam anlayıb, onları cavablandıra bilir. Qeyri-rəsmi şəkildə evli olub, ayrılmışdır, himayəsində iki azyaşlı uşağı vardır. 2020-ci ilin avqust ayının 14-də müvəqqəti yaşadığı Balakən rayonu Sarıbulaq kəndində yerləşən evin yaxınlığındakı çöl sahəsinə getdiyi zaman orada kolun içərisində yabanı halda bitən 3 ədəd narkotik tərkibli çətənə bitkisinin olduğunu görmüş, həmin bitkilərin yararlı hissələrindən yığaraq, çöldəki kolun kənarında qurutmuşdur. xx.xx.2020-ci il tarixdə qurutduğu narkotik tərkibli çətənə bitkisinin hissələrini 1 ədəd sellofan torbaya dolduraraq, şəxsi istifadə etməyi üçün yaşadığı evin yaxınlığındakı kolluq sahəyə gizlətmək üçün apardığı zaman polis əməkdaşları ona yaxınlaşmış və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan, onu Balakən Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona təqdim olunmuş vəkillərin siyahısından seçmiş olduğu vəkil Müdafiəçi və digər polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı videoçəkiliş aparılmışdır. Üzərində axtarış zamanı əlində 1 ədəd sellofan torbaya dolduraraq, saxladığı narkotiki polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onun üzərində olan narkotiki elektron tərəzidə çəkmişlər, həmin 1 ədəd sellofan torbada saxladığı narkotik vasitənin çəkisisnin ekspert rəyiylə tanış olduqdan sonra 395 qram olduğunu bilmişdir. Həmin narkotiki 1 ədəd ağ zərfə qoyaraq, möhürləyib maddi sübut kimi götürmüşlər. Üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları onun razılığıyla yaşadığı evə videoçəkiliş aparılmaqla baxış keçirmişlər. Baxış zamanı yaşadığı evdən qanunsuz heç nə aşkar edilməmişdir. Bir neçə il olar ki, narkotik vasitə marixuanadan istifadə edir. Həmin qurutduğu və saxlamaq istədiyi narkotikdən heç kimin xəbəri olmamışdır. Heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmayıb və belə əməllərlə məşğul olan şəxsləri tanımır. Narkotik vasitədən təxminən 4 ilə yaxındır ki, istifadə edir. Balakən Rayon Polis Şöbəsində ona heç bir fiziki təsir və zorakılıq göstərilməyib. Gürcüstan vətəndaşı olduğu üçün uşaqları ana soyadı olan Xırayev soyadını daşıyırlar. Çöl sahəsindən tapdığı üç ədəd bitkilərin qalıq hissələrini kökündən çıxarıb, yaxınlıqdakı çaya atmışdır. Gürcüstan Respublikası tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində və pasportda ata adı qeyd olunmur. Ancaq rəsmi olaraq atasının adı Ramizdir, hazırda atası Gürcüstan Respublikasında yaşayır. Xahiş edir ki, rəsmən soyadı İsgəndərov, adı Kamil, atasının adı isə, Ramiz olduğu üçün, iş üzrə onun soyadı, adı və atasının adı Təqsirləndirilən şəxs kimi oxunsun. Azərbaycan Respublikasında yaşamaq üçün icazəsi və müvəqqəti qeydiyyatı vardır. Cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs anası Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.1974-cü ildə Gürcüstan Respublikası Laqodexi rayonunda anadan olub, həmin rayonun Qaracalar kəndində daimi qeydiyyatdadır. Azərbaycanlıdır, Gürcüstan Respublikası vətəndaşıdır. Azərbaycan dili onun ana dilidir və Azərbaycan dilində tam danışa bilir, tərcüməçiyə ehtiyacı yoxdur. 1992-ci ildə dini nikahla keçmiş əri Gürcüstan Respublikası vətəndaşı olan X10yla ailə həyatı qurmuşdur. 1993-cü ildə övladları, yəni Təqsirləndirilən şəxs dünyaya gəlmişdir. Oğlu Kamilin atası X7r. Uzun müddətdir ki, keçmiş əri X4 ayrıldıqdan sonra oğlu Təqsirləndirilən şəxs ilə birlikdə Balakən rayonu Sarıbulaq kəndində yaşayır. Həmin dövrlərdən sonra Kamilin atası, yəni hazırda Gürcüstan Respublikasında yaşayan keçmiş əri X10yla heç bir əlaqələri yoxdur. Oğlu Kamil dini nikahla evli olub, ayrılıb, Kamilin iki azyaşlı övladı vardır. Onun övladları Kamilin himayəsində yaşayırlar. xx.xx.2020-ci il tarixdə oğlu Kamilin narkotik vasitə saxlamasıyla bağlı tutulmasını sonradan bilmişdir. Kamilin belə əməli haqda əvvəlcədən məlumatı olmamışdır. Yalnız bu barədə Kamil tutulduqdan sonra məlumatı olmuşdur. Kamil tutulduqdan sonra polis işçiləri tərəfindən yaşadıqları ünvana və həyətə baxış keçirilmişdir. Lakin evdən və həyətdən qanunsuz olaraq saxlanılan hər-hansı bir kütlə və ya əşya aşkar edilməmişdir. Kamilin narkotik vasitə qəbul etməsindən və ya saxlamasından heç bir məlumatı olmamışdır. Belə hallarla rast gəlməmiş, yalnız o, tutulduqdan sonra bu barədə bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində xidmət edən, polis mayoru Şahid2 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Balakən rayonu Sarıbulaq kəndində yaşayan Təqsirləndirilən şəxs (İskandarov Kamilin) üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olması barədə daxil olmuş məlumat əsasında həmin tarixdə,axşam saatlarında Təqsirləndirilən şəxs (İskandarov Kamil) tərəfindən yaşadığı Balakən rayonu Sarıbulaq kəndi ərazisində yaşadığı evlərinin yaxınlığında müəyyən edilib, əlindəki göy rəngli sellofan torbayla Balakən RPŞ-nə dəvət edilmiş və bu barədə tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Balakən RPŞ-də Kamil İşgəndərov şübhəli şəxs qismində tutulduqdan sonra saat 22 radələrində müdafiəçisinin iştirakıyla və videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılarkən digər polis işçiləriylə birgə iştirak etmişdir. Onun üzərində şəxsi axtarış aparılmasına başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə və sair varsa təqdim etməsi təklif edildikdə, Kamil əlində olan göy rəngli sellofan torbanı təqdim edərək, həmin torbanın içərisində özünə məxsus olan narkotik vasitə olduğunu bildirmişdir. Həmin sellofan torbanın içərisinə baxıldıqda yaşıl rəngli qurudulmuş bitki kütləsi olduğu müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdə çəkisi 410 qram olmuşdur. Həmin kütlə bir ədəd kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq möhürlənib götürülmüşdür. Şifahi sorğu zamanı Kamil bildirmişdir ki, həmin sellofan torbadakı yaşıl kütlə narkotik vasitədir və bir neçə gün əvvəl yaşadığı Balakən rayonu Sarıbulaq kəndində yerləşən evin yaxınlığındakı çöl sahəsindən tapdığı 3 ədəd çətənə bitkilərindən yığaraq, orada qurudub, sellofan torbaya doldurub, özü üçün istifadə etmək məqsədilə saxlamaq üçün evlərinə aparırmışdır. Onun üzərindən əlavə hər hansı bir kütlə və sair aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilib ucadan oxunmuş və protokolun doğru olması hər bir iştirakçı tərəfindən imzalanmışdır. Həmçinin səhəri gün, yəni xx xxxxxx 2020-ci il tarixdə, səhər saatlarında Təqsirləndirilən şəxs (İskandarov Kamilin) yaşadığı Balakən rayonu Sarıbulaq kəndində yerləşən evə və həyətə onun və vəkilinin iştirakıyla videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı onun yaşadığı evdən və həyətdən hər hansı bir kütlə və sair aşkar edilməmişdir. Bu barədə təhqiqatçı Natiq Muradov tərəfindən tərtib edilmiş protokol ucadan oxunduqdan sonra doğru olması hər bir iştirakçıyla yanaşı tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin PPXB-nin manqa komandiri vəzifəsində xidmət edən, polis baş serjantı Şahid3 da şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiklərini təsdiq etməklə onun ifadəsinə uyğun ifadələr vermişlər. İşin 19-22,23-25-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin üzərində axtarış aparılması barədə protokloldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Balakən rayonu Sarıbulaq kəndində yaşayan Təqsirləndirilən şəxs (İskandarov Kamil) üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə daxil olmuş məlumat əsasında xx.xx.2020-ci il tarixdə sonuncunun üzərində saat 21:45-dən 22:20-dək olan müddətdə şəxsi axtarış aparılmış və axtarış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs (İskandarov Kamil) əlindəki göy rəngdə olan sellofan torbada saxladığı narkotik vasitəni təqdim etmişdir. Aşkar edilmiş bitki kütləsi göy rəngli sellofan torbayla birgə elektron tərəzidə çəkilərkən çəkisi 410 qram olmuşdur. Həmin kütlə 1 ədəd kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənib maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən başqa vasitə və əşya aşkar edilməmişdir. Şəxsi axtarış “Sony” markalı videokamera vasitəsilə qeydə alınmış və videogörüntülər protokola əlavə edilmişdir. İstirakçılar tərəfindən vəsatət və şikayət daxil olmamışdır. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 08.50-dən 09.15-dək olan müddətdə Təqsirləndirilən şəxs (İskandarov Kamilin) yaşadığı Balakən rayonu Sarıbulaq kəndində yerləşən evə və həyətyanı sahəyə baxış keçirilən zaman oradan hər hansı bir qanunsuz olaraq saxlanılan əşya, narkotik vasitə və digər cinayət xarakterli predmet aşkar edilməmişdir. Baxış “Sony” markalı videokamera ilə qeydə alınmış, baxış zamanı iştirakçılar tərəfindən hər hansı şikayət və vəsatət daxil olmamışdır. İşin 31-33-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 17/507 nömrəli rəyində göstərilmişdir ki, Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs (İskandarov Kamilin) üzərindən aşkar edilmiş bitki kütləsi” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd göy rəngli sellofan torbada, təmiz çəkisi - 395,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd:marixuananın təmiz çəkisi-395,00 qram, tədqiqata sərf edildiyi-0,05 qram, qalıq-394,95 qram. İşin 103-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 823 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs (İskandarov Kamildə) narkotik vasitə olan kannabinoidlərdən epizotik istifadə etrmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 13-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, xx xxxxxx 2020-ci ildə saat 21:30-da Təqsirləndirilən şəxs (İskandarov Kamil) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-da saxlanılmışdır. İşin 64-66-cı vərəqələrində olan Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs Ramiz oğlu (İskandarov Kamil) barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci ril tarixdən hesablanmışdır. İşin 100-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-in Sarıbulaq kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs Ramiz oğlunun (İskandarov Kamilin) yaşayış yeri üzrə müsbət xarakterizə olunduğu, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 101-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-nin Sarıbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 403 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ramiz oğlu (İskandarov Kamil) Balakən rayonu Sarıöbulaq kəndində yaşayır. Himayəsində işləməyən anası və 2014-cü il təvəllüdlü Kənan adında bir azyaşlı uşağı vardır. İşin 73-74-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 04 iyun 20144-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 329343 nömrəli və 15 dekabr 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 878343 №-li doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 08 mart 2014-cü il tarixdə doğulmuş Xerayev Kənan Kamil oğlu xx xxxxxx 2016-cı il tarixdə doğulmuş X19 oğlu olmaqla Təqsirləndirilən şəxs (İskandarov Kamilin) himayəsində 2 azyaşlı uşaq vardır. İşin 86-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ramiz oğlu (İskandarov Kamil) əvvəllər məhkum olunmamışdır. İşin 109-109-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərarından və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs (İskandarov Kamilin) şəxsi axtarış protokolunda ondan tapılan narkotik vasitə olan qurudulmuş marixuananın çəkisinin 410 qram qeyd olunmasına baxmayaraq, həmin narkotik vasitənin təmiz çəkisinin ekspertiza rəyində göstərilən 395 qramı əsas götürülmüş, Gürcüstan Respublikasında verilmiş pasportda təqsirləndirilən şəxsin soyadı və adının İskandarov Kamil olması, ata adının olmaması, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin soyadı, adı və atasının adının Təqsirləndirilən şəxs kimi oxunması qərara alınmış, iş üzrə 410 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 395 qramı maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs (İskandarov Kamilin) üzərində şəxsi axtarış aparılması,onun yaşadığı evə və həyətə baxış keçirilməsi zamanı videoçəkiliş əks olunmuş 02 ədəd CD diski sübut kimi tanınaraq, cinayət işi üzrə icraat materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən alınmış xx.xx.2020-ci il tarixli, 26/245 nömrəli məktuba əsasən Gürcüstan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs (İskandarov Kamil) Balakən rayonu Sarıbulaq kəndində olduğu yer üzrə qeydiyyata alınmış və qeydiyyat müddəti xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq, müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) artıq 60 gün uzadılmış əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olunmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunması nəzərə alınaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında olması qanuni hesab edilmişdir. Məhkəmə,iş üzrə dindirilmiş şahidlərin ifadələrini, məhkəmə-bioloji ekspretizasının xx xxxxxx 2020-ci il tarixli, 17/507 nömrəli rəyini, ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 823 nömrəli rəyini, xx.xx.2020-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokolu, həmin protokolun videogörüntüləri əks olunmuş CD diskini, maddi sübutu, Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərarını, 15 dekabr 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 878343 №-li və 04 iyun 20144-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 329343 nömrəli doğum haqqında şəhadətnamələri, ibtidai istintaq orqanının və məhkəmənin hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs (İskandarov Kamilin) ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. Bu zəmində məhkəmə, X16 Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar X3rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Ramiz oğlu (İskandarov Kamil) xx xxxxxx 2020-ci il tarixdə müvəqqəti yaşadığı Balakən rayonu Sarıbulaq kəndinin çöl sahəsindəki kolluğun içərisindən tapdığı 03 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərinin üzərindən yığdığı hissələri orada qurudub bir ədəd sellofan torbaya dolduraraq qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istelak miqdarından artıq miqdarda, yəni 395 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2020-ci il tarixdə 01 ədəd sellofan torbada daşıyaraq əlində saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 22 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs (İskandarov Kamilin) üzərində şəxsi axtarış aparılarkən onun əlindəki göy rəngli sellofan torbanın içərisində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib əlində daşıyaraq saxladığı şəxsi istelak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 395 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikası CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Yenə də həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli, 02 nömrəli qərarına görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Ramiz oğlu (İskandarov Kamil) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. Təqsirləndirilən şəxs Ramiz oğlu (İskandarov Kamil) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur, Təqsirləndirilən şəxs (İskandarov Kamil) törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxx 2003cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə himayəsində iki azyaşlı uşağın olmasını, ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançıılıq çəkməsini Təqsirləndirilən şəxs (İskandarov Kamilin) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs (İskandarov Kamilə) cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Ramiz oğlunun (İskandarov Kamilin) təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs oğlunun (İskandarov Kamilin) himayəsində iki azyaşlı uşaq vardır, o, ilk dəfə cinayət əməli törətmişdir, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs Ramiz oğlunun (İskandarov Kamilin) təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs (İskandarov Kamilin) törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs (İskandarov Kamil) təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ramiz oğlu (İskandarov Kamil) ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs Ramiz oğluna (İskandarov Kamilə) təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Ramiz oğlu (İskandarov Kamil) ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ramiz oğlu (İskandarov Kamil) barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir: 52.2.1. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə;…52.2.6. himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya İ dərəcə əlilliyi olan şəxs olan şəxslərə… Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (İskandarov Kamil) beş ildən artıq Azərbaycan Respublikasının ərazisində daimi yaşadığından, himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşaqlar olduğundan, həmçinin onun Azərbaycan Respublikasında olması qanuni hesab edildiyindən qanunvericilyin tələbinə əsasən Təqsirləndirilən şəxs (İskandarov Kamilə) Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilməz. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 823 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs Ramiz oğlunun (İskandarov Kamilin) narkomaniya xəstəliyindən əzab çəkmədiyinin, narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacının oldmağının və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs (İskandarov Kamilə) narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs Ramiz oğlunun (İskandarov Kamilin) ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X11 Şəxsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri olan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat Təqsirləndirilən şəxs (İskandarov Kamildən) tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az. MEM; VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan 395 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 394,95 qramı məhv edilməli, Təqsirləndirilən şəxs Ramiz oğlunun (İskandarov Kamilin) üzərində şəxsi axtarış aparılması,onun yaşadığı evə və həyətə baxış zamanı videoçəkiliş əks olunmuş 02 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs Ramiz oğlunun hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs (İskandarov Kamildə) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarında olan vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatda və ittiham aktında fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs Ramiz oğlunun (İskandarov Kamilin) hüquqlarının müdafiəsinə 20 iş saatı vaxt sərf etməsi göstərilmişdir. Məhkəmə hesabatı iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, həmin hesabat təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, müdafiəçinin təqsirləndirilən şəxsə məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımın hesabatda göstərilən vaxtı ağlabatandır və əsaslıdır. İş materiallarından həmçinin görünür ki, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs Ramiz oğlunun (İskandarov Kamilin) hüquqlarının müdafiəsinə 5 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ramiz oğluna (İskandarov Kamilə) məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat, cəmi 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi nəfinə, X15 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Ceyhun X6 hesabı: AZ11AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. X1rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs (İskandarov Kamil) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Təqsirləndirilən şəxs Ramiz oğlu (İskandarov Kamil) cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın; Təqsirləndirilən şəxs Ramiz oğlu (İskandarov Kamil) barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (İskandarov Kamil) ərazi narkoloji kabinetində qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X11 Şəxsinə göndərilsin. İş üzrə 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs (İskandarov Kamildən) tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az. MEM; VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan 395 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 394,95 qramı məhv edilsin; Təqsirləndirilən şəxs (İskandarov Kamilin) üzərində şəxsi axtarış aparılması, onun yaşadığı evə və həyətə baxış zamanı videoçəkiliş əks olunmuş 02 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs (İskandarov Kamilə) məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat, cəmi 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi nəfinə, X15 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Ceyhun X6 hesabı: AZ11AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-74/2020
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-74/2020
01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver