Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-74/2022 15.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.2002-ci il tarixdə Zaqatala rayonu Muxax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Zaqatala rayonu Muxax kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 19 aprel 2022-ci il tarixdə səhər saatlarında Zaqatala rayonu Muxax kəndi ərazisində həmin kənd sakini X4 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofan bükümdə təmiz çəkisi 8,12 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 15 manat müqabilində alaraq əldə edib qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə əynindəki cins şalvarın sağ yan kiçik cibində daşıyıb, Balakən rayon ərazisinə gətirərək üzərində saxlamışdır. 20 aprel 2022-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun X4 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, 15 manat müqabilində alıb əldə edərək üzərində saxlayıb daşımaqla Balakən rayonu ərazisinə gətirdiyi 01 ədəd sellofan bükümdəki şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 8,12 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana həmin tarixdə saat 00:35 dəqiqədən 01:05 dəqiqəyədək olan müddət ərzində aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan kiçik cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zaqatala rayonu Muxax kəndində atası Səbuhi İsayev, anası Xanım İsayeva və qardaşı Mehman İsayevlə birlikdə yaşayır. Təxminən iki həftə “İnstagram” sosial şəbəkəsində özünü Qax rayon sakini kimi təqdim edən “Cunayeva” adlı sosial şəbəkə istifadəçisi ilə mesajlaşaraq danışmışdır. Lakin həmin şəxslə heç vaxt görüşməmişdir, həmin şəxsi tanımır, adını, telefon nömrəsini və digər anket məlumatlarını bilməmişdir. Təxminən bir neçə həftə əvvəl aralarında olan söhbət əsnasında “Cunayeva” adlı sosial şəbəkə istifadəçisi “İnstagram” sosial şəbəkəsində ona mesaj yazaraq, şəxsi istifadəsi üçün narkotik vasitə marixuana tapıb verməyini xahiş etmişdir. Buna görə o, 19 aprel 2022-ci il tarixdə narkotik vasitə istifadəçisi olan həmkəndlisi, yəni Zaqatala rayonu Muxax kənd sakini “Rəvan” adlı şəxsə mobil telefon vasitəsilə zəng edərək, ona pulunu ödəmək şərti ilə narkotik vasitə marixuana tapmasını xahiş etmişdir. Rəvan da özündə narkotik vasitə marixuana olduğunu və ona 15 manata sata biləcəyini demişdir. Daha sonra onlar razılaşmış və təyin etdikləri kimi Rəvanın yaşadığı evin yaxınlığında görüşmüşlər. Həmin yerdə o, Rəvana 15 manat pul verib 1 ədəd sellofan bükümdə narkotik vasitə marixuana almışdır. Bundan sonra o, “Cunayeva” adlı sosial şəbəkə istifadəçisinə “İnstagram” sosial şəbəkəsində mesaj yazaraq narkotik vasitə marixuana aldığını bildirmiş və həmin narkotik vasitəni harada verməli olduğunu soruşmuşdur. Həmin vaxt “Cunayeva” adlı sosial şəbəkə istifadəçisi ona cavab yazaraq, hazırda Balakən rayonunda qonaq olduğunu, narkotik vasitəni gətirib Balakən şəhərində yerləşən H.Əliyev adına parkın qarşısında gözləməyini, daha sonra ona ünvan verəcəyini və narkotik vasitəni həmin ünvana aparıb təhvil verəcəyini bildirmişdir. O da razılaşaraq taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Şahid2 bir tanışı ilə görüşmək üçün özünü Balakən şəhərinə aparıb-gətirməsini xahiş etmişdir. Bundan sonra 19 aprel 2022-ci il tarixdə saat 23 radələrində Şahid2 onu idarə etdiyi VAZ 210611 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhərinə gətirmişdir. Onlar Balakən şəhərinə çatanda Nurlandan avtomobili H.Əliyev adına parkın qarşısında saxlamasını xahiş etmiş və Nurlan avtomobili həmin yerdə saxlamışdır. Daha sonra o, avtomobilin içərisində “Cunayeva” adlı sosial şəbəkə istifadəçisinə “İnstagram” sosial şəbəkəsində mesaj yazaraq, H.Əliyev adına parkın qarşısında olduğunu və narkotik vasitəni aparacağı ünvanı yazmasını bildirmişdir. Həmin vaxt “Cunayeva” adlı sosial şəbəkə istifadəçisi ona mesaj yazaraq narkotik vasitənin fotoşəklini çəkib göndərməyini xahiş etmişdir. Buna görə o, Nurlan görməməsi üçün avtomobildən yerə düşmüş, cibində saxladığı 01 ədəd sellofan bükümdəki narkotik vasitə marixuananın fotoşəklini çəkərək “Cunayeva” adlı sosial şəbəkə istifadəçisinə göndərmiş və yenidən avtomobilə əyləşib gözləmişdir. Bu zaman Balakən RPŞ-nin əməkdaşları onlara yaxınlaşmış, özlərini təqdim edərək üzərlərində və Şahid2 idarə etdiyi VAZ 210611 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirərək, onları Balakən RPŞ-nə dəvət etmişlər. Onlar da etiraz etməmiş və Nurlan avtomobili idarə etmiş, polis əməkdaşları ilə birlikdə Balakən RPŞ-yə gəlmişlər. Polis şöbəsində xidməti otaqların birində təhqiqatçı Natiq Muradov tərəfindən ona Balakən rayon Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, onun vəkillər siyahısından seçdiyi Müdafiəçi polis şöbəsinə dəvət olunmuş və bundan sonra o, təhqiqatçı Natiq Muradov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra təhqiqatçı Natiq Muradov tərəfindən ona hüquq və vəzifələri izah edilməklə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, Rəvandan 15 manata aldığı və əynindəki boz rəngli cins şalvarın sağ yan kiçik cibində saxladığı 01 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümdəki narkotik vasitə marixuana elektron tərəzidə çəkilmiş və üzərindəki sellofanla birlikdə ümumi çəkisi 8,51 qram təşkil etmişdir. Daha sonra təqdim etdiyi 01 ədəd sellofan büküm təhqiqatçı Natiq Muradov tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Şəxsi axtarış zamanı onun üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Sonda təhqiqatçı Natiq Muradov tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Şahid2 şübhəli şəxs qismində tutulmuş, üzərində şəxsi axtarış aparılmış və idarə etdiyi avtomobilə də baxış keçirilmişdir. Lakin Şahid2 üzərindən və idarə etdiyi avtomobildən hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra onun narkotik vasitə aldığı həmkəndlisi X14 dəvət edilərək Balakən RPŞ-nə gətirilmiş və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Rəvanın üzərindən hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməsə də, Rəvan ona narkotik vasitə satdığını səmimi etiraf etmişdir. Məhkəmə-bioloji ekspertizasının 20 aprel 2022-ci il tarixli 17/346 nömrəli rəyi ilə tanış olduqdan sonra isə ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdəki narkotik vasitə marixuananın təmiz çəkisi 8,12 qramdır. Bəzi vaxtlarda narkotik vasitə marixuanadan istifadə etmişdir. O, üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdəki narkotik vasitə marixuananı “İnstagram” sosial şəbəkəsində tanış olduğu “Cunayeva” adlı istifadəçiyə vermək üçün üzərində saxlamışdır. İlk dəfədir ki, cinayət əməli törədir. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançıq hissi keçirir. Atası əlildir və o, ailənin yeganə qazanc gətirəni odur. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oğlu ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum edilməmiş, psixi xəstəliklər keçirməmişdir. Zaqatala rayonu Muxax kəndində atası Bayram Damadayev və anası Südabə Damadayeva ilə birlikdə yaşayır. Atasına məxsus olan Vaz 210611 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edərək, taksi fəaliyyəti ilə məşğul olur. 19 aprel 2022-ci il tarixdə saat 22 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs ona zəng edərək, idarə etdiyi avtomaşınla özünü Balakən şəhərinə aparmağını bildirmişdir. O da razılaşmış, Mehdi ona bunun qarşılığında 15 manat pul verməli olmuşdur. Bundan sonra o, avtomaşınla Təqsirləndirilən şəxs Zaqatala rayonunun Muxax kəndindən götürmüş və Balakən şəhərinə gətirmişdir. Daha sonra Mehdi ondan avtomaşını Balakən şəhərində yerləşən H.Əliyev adına parkın qarşısında saxlamasını xahiş etmişdir. O da Mehdinin dediyi yerdə avtomaşını saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs avtomaşından düşərək, 5-10 metr uzaqlaşmış, sonra isə geri qayıdaraq avtomaşına əyləşmişdir. Təxminən saat 23:20 radələrində Balakən RPŞ-nin əməkdaşları onun idarə edərək saxladığı avtomaşına yaxınlaşaraq, onu üzərində və avtomaşınında, Təqsirləndirilən şəxs isə üzərində qanunsuz olaraq narkotik vasitə saxlamada şübhəli olduqlarından Balakən RPŞ-və aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxsi kimi tutmuş və üzərinə baxış zamanı 01 ədəd sellofan bükümdə narkotik vasitə aşkar edilmişdir. Daha sonra isə onu şübhəli şəxs kimi tutmuş, vəkillər siyahısından seçmiş olduğu vəkil X5 və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya və vasitə aşkar edilməmişdir. Daha sonra isə polis əməkdaşları onun idarə etdiyi Vaz 210611 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirmiş, baxış zamanı avtomaşından da hər hansı bir qanunsuz əşya və vasitə aşkar edilməmişdir. Onun Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamağından və haradan əldə etməsindən, narkotiki kimə gətirməsindən ümumiyyətlə xəbəri olmamışdır. Mehdi ona bu barədə heç nə deməmişdir. O, polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin PPXB-nin tağım komandiri vəzifəsində xidmət edir. 19 aprel 2022-ci il tarixdə saat 23:30 radələrində Balakən şəhəri ərazisində Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid5 ilə birlikdə xidmətdə olduğu zaman Balakən şəhəri H.Əliyev prospektində yerləşən Heydər Əliyev adına parkın qaşısında bir nəfər naməlum şəxsin VAZ 21061 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşüb avtomobilin arxa tərəfinə keçərək əlində olan əşyanın şəklini mobil telefon vasitəsilə çəkdiyini görmüşdür. Daha sonra həmin şəxs avtomobilə geri oturmuşdur. O və Şahid5 həmin şəxsin hərəkətindən, yəni üzərində narkotik vasitə saxlamasından şübhələnərək avtomobilə yaxınlaşmışlar. Daha sonra özlərini təqdim etmiş və həmin şəxslərin kim olduqlarını soruşmuşlar. Avtomobildə sərnişin qismində əyləşən şəxs özünün Zaqatala rayonu Muxax kənd sakini Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmçinin avtomobilin sürücüsü də Zaqatala rayonu Muxax kənd sakini Şahid2 oğlu olduğunu demişdir. Bundan sonra onlar həmin şəxslərə əyləşdikləri avtomobildə və üzərlərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduqlarını bildirmişlər. Buna görə həmin şəxsləri, yəni Şahid2 oğlunu və Təqsirləndirilən şəxs Balakən RPŞ-yə dəvət etmişlər. Daha sonra Şahid2 oğlunun idarə etdiyi Vaz 21061 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Şahid2 və Təqsirləndirilən şəxs tərəflərindən Balakən RPŞ-yə gətirilmişlər. Şahid2 oğlunun üzərində və idarə etdiyi Vaz 21061 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə saxlamaqda şübhəli olduğundan, həmçinin həmin avtomobildə sərnişin qismində olan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-yə dəvət edilməsi barədə tərəfindən raportla Balakən RPŞ-nin rəhbərliyinə məruzə olunmuşdur. Balakən RPŞ-nin rəhbərliyinin müvafiq göstərişinə əsasən Təqsirləndirilən şəxs və Şahid2 oğlu əvvəlcə Təhqiqat Bölməsinin təhqiqatçısı X15 tərəfindən şübhəli şəxs kimi saxlanılmış, daha sonra Təqsirləndirilən şəxs vəkillər siyahısından seçdiyi və təqdim edilmiş hüquqlarını müdafiə edən Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, üzərində narkotik vasitə, yaxud hər hansı qanunsuz əşya olub-olmaması barədə sual verilmiş, əgər narkotik vasitə, yaxud qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd sellofan büküm çıxarıb masanın üstünə qoymuş və təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmin sellofan büküm təhqiqatçı tərəfindən açılan zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə ümumi çəkisi 8,51 qram təşkil etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş maruxuanaya oxşar bitki kütləsini Zaqatala rayonu Muxax kənd sakini tanıdığı X4 15 manat pul verməklə aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonra isə şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti X16 tərəfindən videokamera vasitəsilə fasiləsiz olaraq lentə alınmışdır. Bundan başqa Şahid2 oğlunun vəkillər siyahısından seçdiyi və təqdim edilmiş hüquqlarını müdafiə edən Balakən rayon Vəkil Bürosunun vəkili X12 və polis əməkdaşlarının iştirakları ilə Şahid2 oğlunun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı Natiq Muradov tərəfindən şübhəli şəxs Şahid2 oğluna hüquq və vəzifələri izah olunmuş, üzərində narkotik vasitə, yaxud hər hansı qanunsuz əşya olub-olmaması barədə sual verilmiş, əgər narkotik vasitə, yaxud qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs Şahid2 oğlu da üzərində narkotik vasitə, yaxud qanunsuz əşya olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Şahid2 oğlunun üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti X16 tərəfindən videokamera vasitəsilə fasiləsiz olaraq lentə alınmışdır. Bundan başqa Şahid2 oğlunun idarə etdiyi Vaz 21061 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Şahid2 oğlu baxış keçirilməmişdən əvvəl idarə etdiyi avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Həmçinin bu barədə Balakən RPŞyə ərizə də vermişdir. Baxış zamanı Şahid2 oğlunun idarə etdiyi avtomobildən narkotik vasitə və qadağan edilmiş əşya aşkar edilməmişdir. Daha sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Baxış prosesi Balakən RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti X16 tərəfindən videokamera vasitəsilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid5 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 19 aprel 2022-ci il tarixdə Zaqatala rayonu Muxax kənd sakini Şahid2 oğlu idarət etdiyi Vaz 21061 markalı **- BO-*** dövlət qeydiyyat nişanlı avtomobildə və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan, həmçinin həmin avotmobildə sərnişin qismində əyləşmiş Zaqatala rayonu Muxax kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-nin əməkdaşları tərəfindən Balakən RPŞ-yə dəvət edilmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq onun üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı Zaqatala rayonu Muxax kənd sakini X4 15 manat müqabilində aldığını bildirmişdir. Həmin məlumat əsasında Balakən RPŞ-nin rəhbərliyinin qanunu göstərişinə əsasən Zaqatala rayonu Muxax kəndində yaşayan X8 törətdiyi cinayət əməlinin ifşa olunması məqsədilə 20 aprel 2022-ci il tarixdə tərəfindən Balakən RPŞ-yə dəvət edilmişdir. X14 polis şöbəsinə gətirildikdən sonra, Təhqiqat Bölməsinin təhqiqatçısı X15 tərəfindən şübhəli şəxs kimi saxlanılmış, daha sonra X8 vəkillər siyahısından seçdiyi və ona təqdim edilmiş hüquqlarını dövlət hesabına müdafiə edən Balakən rayon Vəkil Bürosunun vəkili X3 və polis əməkdaşlarının iştirakları ilə X8 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı Natiq Muradov tərəfindən şübhəli şəxs X10 hüquq və vəzifələri izah olunmuş və ona üzərində narkotik vasitə, yaxud hər hansı qanunsuz əşya olub-olmaması barədə sual verilmiş, əgər narkotik vasitə, yaxud qanunsuz əşya vardırsa təqdim etməsi təklif edilmişdir. Rəvan Şabanov üzərində hər hansı qanunsuz əşya və narkotik vasitə olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı X8 üzərindən hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin şəxsi axtarış zamanı Rəvan Şabanov 2021-ci ilin aprel ayında yaşadığı evin yaxınlığındakı dağda 01 ədəd narkotik tərkibli çətənə bitkisini əkdiyini, 2021ci ilin sentyabr ayında həmin əkdiyi çətənə bitkisinin yararlı hissələrindən yığaraq qurutduğunu və şəxsi istifadəsi üçün, həmçinin əgər istəyən olarsa gələcəkdə satmaq üçün evində saxladığını bildirmişdir. X17 təxminən 2 ildir narkotik vasitədən istifadə etdiyini, saxladığı narkotikin bir hissəsini özü istifadə etdiyini, 01 ədəd sellofan bükümdə isə 19 aprel 2022-ci il tarixdə Muxax kəndi ərazisində həmkəndlisi Təqsirləndirilən şəxs 15 manata satdığını bildirmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı X15 tərəfindən şəxsi axtarış aparılması haqqında protokol tərtib edilmiş, ucadan oxunmuş hər hansı şikayət daxil olmamışdır. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış prosesi Balakən RPŞ-nin X1 baş inspektor kriminalisti X16 tərəfindən videokamera vasitəsilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid4 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan 20 aprel 2022-ci il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, daxil olmuş məlumat əsasında saat 00:35-dən saat 01:05-dək olan müddət ərzində iştirakçılar və vəkilin iştirakı ilə Zaqatala rayonu Muxax kəndində qeydiyyatda olan, həmin ünvanda daimi yaşayan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. 19 aprel 2022-ci il tarixdə Zaqatala rayonu Muxax kənd sakini Şahid2 oğlu üzərində və idarə etdiyi VAZ 210611 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşında qanunsuz olaraq narkotik vasitə saxlamaqda, həmçinin həmin avtomaşında sərnişin qismində əyləşmiş Zaqatala rayonu Muxax kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-yə dəvət olunmuşlar. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini çıxarıb təqdim etmiş və həmin bükümdəki bitki kütləsinin narkotik vasitə olduğunu, "İnstagram" sosial şəbəkəsində yazışdığı, özünü Qax rayon sakini kimi təqdim edən, əvvəllər tanıdığı "Cunayeva" adlı istifadəçinin ona sms yazaraq şəxsi istifadəsi üçün narkotik vasitə istədiyini, bu səbəbdən 19 aprel 2022-ci il tarixdə Zaqatala rayonu Muxax kənd sakini Rəvan adlı şəxsdən 15 manata 01 ədəd sellofan bükümdə narkotik vasitə aldığını, "Cunayeva" adlı sosial şəbəkə istifadəçisinin ona Balakən rayonunda qonaq olduğunu, narkotik vasitəni həmin şəxsə vermək üçün Balakən şəhərinə gəldiyini, lakin "Cunayeva" adlı sosial şəbəkə istifadəçisinin ondan narkotik vasitəni götürmək üçün gəlmədiyini, polis əməkdaşlarının onu və sürücü Şahid2 Balakən RPŞ-yə gətirdiklərini, taksi sürücüsü olan Şahid2 onun üzərində 01 ədəd sellofan bükümdə narkotik vasitə saxlamasından xəbərinin olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 8,51 qram təşkil etmişdir. Həmin 01 ədəd sellofan büküm 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, üzəri möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən əlavə qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd "West" markalı siqaret qutusu, 01 ədəd alışqan, içərisində 70 manat pul olan pul qabı, əlavə 22 manat kağız pul, 60 qəpik dəmir pul və 01 ədəd açar özünə qaytarılmışdır. Şəxsi axtarış Panasonic markalı videokamera vasitəsilə görüntülənmiş, həmin videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Şəxsi axtarış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan 20 aprel 2022-ci il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, daxil olmuş məlumat əsasında həmin tarixdə saat 01:45-dan saat 02:15-dək olan müddət ərzində iştirakçılar və vəkilin iştirakı ilə Zaqatala rayonu Muxax kəndində qeydiyyatda olan, həmin ünvanda daimi yaşayan Şahid2 oğlunun üzərində şəxsi axtarış keçirilmişdir. 19 aprel 2022-ci il tarixdə Zaqatala rayonu Muxax kənd sakini Şahid2 oğlu üzərində və idarə etdiyi VAZ 210611 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşında qanunsuz olaraq narkotik vasitə saxlamaqda, həmçinin həmin avtomaşında sərnişin qismində əyləşmiş Zaqatala rayonu Muxax kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-nə dəvət olunmuşlar. Daha sonra Şahid2 oğlunun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Şahid2 Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Şahid2 üzərində şəxsi axtarış aparılan zaman üzərindən hər hansı bir qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Şahid2 idarə etdiyi avtomaşında sərnişin olan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamasından, Mehdinin Balakən şəhərinə nə üçün gəlməsindən xəbərinin olmadığını bildirmişdir. Şəxsi axtarış Panasonic markalı videokamera vasitəsilə görüntülənmiş, həmin videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Şəxsi axtarış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan 20 aprel 2022-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə saat 02:25-dan saat 02:55-dək olan müddət ərzində iştirakçılar və vəkilin iştirakı ilə Zaqatala rayonu Muxax kəndində qeydiyyatda olan, həmin ünvanda daimi yaşayan Şahid2 oğlunun idarə etdiyi Vaz 21061 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun öz könüllü razılığı və iştirakı ilə baxış keçirilmiş, baxış zamanı avtomobildən hansı narkotik vasitə qadağan olunmuş, əşya və ya predmet aşkar olunmamışdır. Baxış videokamera vasitəsilə görüntülənmiş, həmin videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Baxış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan 20 aprel 2022-ci il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 11:35-dan saat 11:55-dək olan müddət ərzində iştirakçılar və vəkilin iştirakı ilə Zaqatala rayonu Muxax kəndində qeydiyyatda olan, həmin ünvanda daimi yaşayan X8 üzərində şəxsi axtarış keçirilmişdir. 19 aprel 2022-ci il tarixdə Zaqatala rayonu Muxax kənd sakini Şahid2 oğlu üzərində və idarə etdiyi VAZ 210611 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşında qanunsuz olaraq narkotik vasitə saxlamaqda, həmçinin həmin avtomaşında sərnişin qismində əyləşmiş Zaqatala rayonu Muxax kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-yə dəvət olunmuşlar. Həmin şəxslərdən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 19 aprel 2022-ci il tarixdə Zaqatala rayonu Muxax kənd sakini X4 15 manata aldığını bildirmişdir. Bununla bağlı Zaqatala rayonu Muxax kənd sakini X14 20 aprel 2022-ci il tarixdə Balakən RPŞ-yə gətirilmiş, şübhəli şəxs qismində tutulmuş və vəkillər siyahısından seçmiş olduğu vəkil Məlahət Emçiyevanın, polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Rəvan Şabanova Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra isə şəxsi axtarış aparılan zaman X8 üzərindən hər hansı bir qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Həmçinin şəxsi axtarış zamanı Rəvan Şabanov 2021-ci ilin aprel ayında yaşadığı evin yaxınlığındakı dağda 01 ədəd narkotik tərkibli çətənə bitkisini əkdiyini, 2021-ci ilin sentyabr ayında həmin əkdiyi çətənə bitkisinin yararlı hissələrindən yığaraq qurutduğunu və şəxsi istifadəsi üçün, həmçinin əgər istəyən olarsa gələcəkdə satmaq üçün evində saxladığını bildirmişdir. X17 təxminən 2 ildir narkotik vasitədən istifadə etdiyini, saxladığı narkotikin bir hissəsini özü istifadə etdiyini, 01 ədəd sellofan bükümdə isə 19 aprel 2022-ci il tarixdə səhər saatlarında kənd ərazisində həmkəndlisi Təqsirləndirilən şəxs 15 manata satdığını bildirmişdir. Şəxsi axtarış Panasonic markalı videokamera vasitəsilə görüntülənmiş, həmin videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Şəxsi axtarış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının 20 aprel 2022-ci tarixli 17/346 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə.” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 8,12 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi-8,12 qram, tədqiqata sərf edildiyi-0,05 qram, qalıq-8,07 qram. Ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 25 aprel 2022-ci il tarixli 552 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdə saat 00:25-də şübhəli şəxs qismində tutulmuş, 21 aprel 2022-ci il tarixdə saat 15:50-də Balakən RPŞ-nin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə xx.xx.2022-ci il tarixli, 7 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materialarında olan 15 iyun 2022-ci il tarixli tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin ayrılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, Şahid2 oğlunun və X8 üzərində şəxsi axtarışın videogörüntüləri əks olunmuş 03 ədəd DVD diski, Şahid2 oğlunun avtomaşınına keçirilmiş baxışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski və "xxxx" MMC-dən götütrülmüş 01 ədəd CD diski sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı götürülmüş 8,12 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təkşkil edən 8,07 qramı maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Şahid2 oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə cinayət işinin başlanması rədd edilmiş, X14 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə cinayət işi ayrılaraq Zaqatala RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, 20 aprel 2022-ci il tarixli şəxsi axtarış protokollarını, 20 aprel 2022-ci il tarixli baxış protokolunu, Təqsirləndirilən şəxs, Şahid2 oğlunun və X8 üzərində şəxsi axtarışın videogörüntüləri əks olunmuş 03 ədəd DVD diskini, Şahid2 oğlunun avtomaşınına keçirilmiş baxışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diskini, "xxxx" MMC-dən götütrülmüş 01 ədəd CD diskini, maddi sübutu, məhkəməbioloji ekspertizasının 20 aprel 2022-ci il tarixli 17/346 nömrəli rəyini, ambulator məhkəmənarkoloji ekspertizasının 25 aprel 2022-ci il tarixli 552 nömrəli rəyini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə xx.xx.2021-ci il tarixli, 7 saylı arayışı, 15 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin ayrılması haqqında qərarı, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməli və nəzərə alınmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X2rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, işdə olan ekspertiza rəylərini və digər sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə, işdəki sübutları, işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, onun ilk dəfə cinayət əməli törətməsi konteksində öz əməlinə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu xüsusda nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməlini törətməsi və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən peşmançılıq çəkməsi məhz onun istinad olunan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, cinayət əməli törədir, cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdə saat 00:25-də şübhəli şəxs qismində tutulmuş, 21 aprel 2022-ci il tarixdə saat 15:50-də Balakən RPŞ-nin MSY-dən azad olunmuşdur. Yəni Təqsirləndirilən şəxs faktiki olaraq iki gün həbsdə qalmışdır. Məhkəmə qeyd edir ki, milli qanunvericilikdə fərqli yanaşılma olsa da, Avropa Konvensiyasının 5-ci maddəsinin mənası baxımından tutulma, həbs və azadlıqdan məhrum etmə anlayışları eyni məna daşıyır. Bu xüsusda həbs müddətləri ilə bağlı Azərbaycan Respublikası CPM-nin normalarında müxtəlif müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 148.6-cı maddəsində şübhəli şəxsin tutulmasının, həmin Məcəllənin 150-ci maddəsinə əsasən ittihamın elan edilməsi üçün şəxsin tutulmasının 48 saatdan artıq davam etməməsi, Azərbaycan Respublikası CPM-nin 310.6.2-ci maddəsinə əsasən məhkəmə iclasında qaydanı kobud şəkildə pozan şəxsə 3 saatdan 48-saatadək tutmanın tətbiq edilməsi, yəni həbsin müddətinin saatlarla müəyyən olunması nəzərdə tutulduğu halda, Azərbaycan Respublikası CPM-nin 158.1, 159.1. və 159.2-ci maddələrində həbsin müddətinin aylarla müəyyən olunması təsbit edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 168.2-ci maddəsinə əsasən isə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerindən cəza müddətinin axırıncı gününün birinci yarısından azad edilirlər. Eynilə Azərbaycan Respublikası CPM-nin 162.3-cü maddəsinə əsasən bu Məcəllənin 162.1.1 və 162.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda (təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə; məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda) həbsdə saxlanılan şəxsin məhkəmə zalından dərhal həbsdən azad edilməsi təsbit olunmuşdur. Bu qanun normalarından görünür ki, şəxsin həbs müddətinin aylarla və ya günlərlə hesablanmasına baxmayaraq, məhkəmə qərarı (hökmü) günün hansı vaxtında (saatında) çıxarılırsa, onun həbs müddətinin son gününün bitməsindən asılı olmayaraq, o, həmin vaxtda (saatda) həbsdən azad edilməlidir. Yəni qanunun fəlsəfəsinə görə burada şəxsin konkret saatlarla ifadə olunan həbs müddəti, həmin günün bitməsinə baxmayaraq, günə bərabər tutulur. Ona görə də şəxsin bir neçə saat həbsdə qalması onun bir gün həbsdə qalması sayılmaqla, ona təyin edilən cəza müddətinə daxil edilməli, ya da həmin müddətdən çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraat aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Göstərilənlərin koteksində məhkəmə hesab edir ki, əslində Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdə saat 00:25-də tutulması və 21 aprel 2022-ci il tarixdə saat 15:50-də azad olunması onun iki gün həbsdə saxlanmasını göstərir və ona görə də həmin günlər-20 aprel 2022-ci il və 21 aprel 2022-ci il tarixlər müstəqil olaraq təqsirləndirilən şəxsin həbsdə saxlanması günləri kimi qəbul edilməlidir. Bu xüsusda da məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il və 21 aprel 2022-ci il tarixlərdə tutulduğu və həbsdə saxlandığı 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 20 aprel 2022-ci il və 21 aprel 2022-ci il tarixlərdə şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, həmin cəzadan çıxılmalı və onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Zaqatala rayonu Muxax kəndində yerləşən yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zaqatala, Balakən və Qax rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Zaqatala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 25 aprel 2022-ci il tarixli 552 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyinin, narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacının olmadığının və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Zaqatala rayon X9 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə 34,55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X13 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 8,12 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 8,07 qramı məhv edilməli, Təqsirləndirilən şəxs, Şahid2 oğlunun və X8 üzərində şəxsi axtarışın videogörüntüləri əks olunmuş 03 ədəd DVD diski, Şahid2 oğlunun avtomaşınına keçirilmiş baxışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski və "xxxx" MMC-dən götütrülmüş 01 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 5 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 20 aprel 2021-ci il tarixdə və 21 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Zaqatala rayonu Muxax kəndində yerləşən yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zaqatala, Balakən və Qax rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Zaqatala rayon X9 Hüquqi Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 34,55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X13 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 8,12 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 8,07 qramı məhv edilsin; Təqsirləndirilən şəxs, Şahid2 oğlunun və X8 üzərində şəxsi axtarışın videogörüntüləri əks olunmuş 03 ədəd DVD diski, Şahid2 oğlunun avtomaşınına keçirilmiş baxışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski və "xxxx" MMC-dən götütrülmüş 01 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmün icrası Zaqatala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-74/2022
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-74/2022
15.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver