Məhkəmə qərarları › İş №1(019)-74/2025

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-74/2025

24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-74/2025 24.09.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X13 qızının katibliyi,dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs,onun müdafiəçisi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs -xx xxxx 1998-ci il tarixdə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,FİN-xxxxxxx, subay, orta təhsilli, Balakən Rayon Məhkəməsinin 09 iyul 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, işsiz,Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olan və həbs olunan vaxtadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və vaxtda Balakən rayon Gərəkli kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən kolluq hissədə narkotik tərkibli çətənə (kannabis) bitkisinin istintaqa məlum olmayan sayda şitillərini qanunsuz olaraq torpağa əkərək həmin şitillərdən bitmiş xeyli miqdarda - 06 (altı) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini suvarmaqla, diblərini alaq otlarından təmizləyib aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 iyun 2025-ci il tarixdə saat 20:19-da Balakən rayonu Gərəkli kəndi ərazisində yaşadığı evin qarşısındakı küçədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq üstü yoxlanılan zaman üzərindən narkotik vasitə aşkarlanmamış, həmin tədbirin davamı olaraq onun Balakən rayonu Gərəkli kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman uzunluqları 58 sm-dən 160 sm-dək, ümumi çəkiləri 165,0 qram olan, xeyli miqdarda – 06 (altı) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri evin həyətyanı sahəsində yerləşən kolluq ərazidə torpağa əkilmiş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 10 iyun 2025-ci il tarixdə saat 21 radələrində spirtli içkinin təsiri altında, yəni sərxoş vəziyyətdə Balakən rayonu Gərəkli kəndi ərazisində yerləşən “Oba” marketlər şəbəkəsinə məxsus mağazanın yaxınlığındakı Gərəkli kənd İcra nümayəndəliyinin inzibati binasının qarşısında qəsdən heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsində, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda ifadə olunan, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, yəni heç bir əsaslı səbəb olmadan Gərəkli kənd İcra nümayəndəliyinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs ona salam vermədiyini bəhanə etməklə ətrafda olan şəxslərin gözü qarşısında səsküy salıb mübahisə edərək ucadan qışqırıb nalayiq ifadələr işlətməklə əlində gəzdirdiyi qatlanan cib bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsinə bir dəfə zərbə vurmaqla sonuncuya sağ bazunun yuxarı 1/3-də bayır səthində bir ədəd sıyrıq ilə nəticələnən sağlamlığa zərər vurmayan və döş qəfəsinin sol ön hissəsində kiçik döş əzələsinin zədələnməsi ilə müşayiət olunan daxilə keçməyən bir ədəd yara ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirib müqavimət göstərməklə zor tətbiq edib qəsdən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edərək göstərdi ki, Balakən rayon Gərəkli kəndində anası ilə birlikdə yaşayır. Narkotik vasitə marixuanadan 2 ildir ki, hərdənbir istifadə edir. Yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş 06 ədəd narkotik tərkibli çətənə bitkilərini təxminən 2-3 ay bundan əvvəl Balakən rayonu Gərəkli kəndindən keçən “Hunbul” çayının kənarında olduğu zaman şitil halında tapmışdır və həmin bitkiləri yaşadığı Balakən rayonu Gərəkli kəndində yerləşən evinin həyətyanı səhəsindəki kolluq əraziyə gətirərək əkmişdir. Daha sonra o, bitkilərə su vermiş, diblərini yumşaltmış və onların dibini alaq otlarından təmizləyib qulluq etmişdir ki, yaxşı inkişaf etsinlər.O, həmin bitkiləri şəxsi istifadəsi üçün əkmişdir.11 iyun 2025-ci il tarixdə saat 20:19-da yaşadığı Balakən rayonu Gərəkli kəndi ərazisində, evin qarşısındakı küçədə olarkən mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər, onun narkotik vasitə əldə edib istifadə etməsində, üzərində saxlamasında, həmçinin narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsində şübhəli olduğunu bildirərək, ona üzərində narkotik vasitə olub- olmadığını, varsa təqdim etməyini təklif etmişlər.O, bu təklifdən sonra üzərində hər hansı narkotik vasitə olmadığını bildirmişdir. Üstü yoxlanan zamanı üzərindən hər hansı qanunla qadağan edilmiş əşya, predmet və narkotik vasitə aşkar olunmamışdır. Üstü yoxlanan zaman o, yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkilərini əkibbecərdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları yaşadığı Balakən rayonu Gərəkli kəndi ərazisində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirmişlər və həmin həyətyanı sahədə olan kolluq ərazidə əkib-becərdiyi 06 ədəd, hündürlükləri 58 sm-dan 160 sm-dək olan narkotik tərkibli çətənə kollarını aşkar etmişlər və qablaşdıraraq götürmüşlər. Aqronom-mütəxəssis X8 baxış zamanı aşkar olunmuş 06 ədəd bitkinin çətənə bitkilərinə oxşar bitki kolları olduğunu, həmin bitkilərə qulluq olunaraq yetişdirildiyini və diblərində alaq otlarının olmadığını bildirmişdir. Sonra evinə baxış keçirilən zaman evindən hər hansı bir qanunsuz əşya və vasitə aşkar edilməmişdir. Sonra polis əməkdaşları onu Balakən rayon polis şöbəsinə aparmışlar. Burada ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. Ekspert rəyi ilə tanış olandan sonra ona məlum olmuşdur ki, həyətyanı sahəsindəki kolluq ərazidə əkib-becərdiyi 06 (altı) ədəd bitki kolları nəm vəziyyətdə ümumi çəkisi 165.0 qram olan, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmçinin göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində spirtli içki qəbul edib yaşadığı Balakən rayonu Gərəkli kəndində yerləşən evinə gedərkən həmkəndliləri Zərərçəkmiş şəxs və Şahid3 Gərəkli kəndindəki OBA marketin yaxınlığında küçədə söhbət etdiklərini görmüşdür. O, Zərərçəkmiş şəxs və Şahid3 salam verib biraz irəlidə dayanmış və spirtli içkinin təsirindən uca səslə danışmağa və söyüşlər söyməyə başlamışdır. Bundan sonra Şaban və Əliağa onun yanına gəlib sakitləşməyini bildirmişlər. O,bu zaman Şabanın ona irad bildirməsindən əsəbiləşmiş və Şabanın ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Bundan sonra o, əynindəki şalvarın arxa sol cibindən qara rəngli qatlanan bıçağı çıxarmış və onlarla əlində bıçaq tutaraq söhbət etməyə başlamışdır. Bu zaman Əliağa onu sakitləşdirmək istəmiş və əlindən bıçağı götürüb kənara tullamışdır. Daha sonra o, bıçağı yerdən götürmüşdür. Həmin vaxt səs-küyə Şabanın qardaşı Camal da yaşadığı evdən küçəyə çıxmışdır. Bundan sonra Camal da onu sakitləşdirməyə çalışmışdır. Lakin o, əvvəl sakitləşsə də yenidən əsəbiləşmiş və bıçağı yenidən əlinə götürmüşdür. Bu zaman Camal onu sakitləşdirmək üçün bıçağı əlindən götürüb öz cibinə qoymuşdur. O, daha da əsəbiləşmiş və başını küçədəki divara vurmağa və yerdən tapdığı şüşə parçası ilə qarnına xəsarət yetirməyə başlamışdır. Camal qorxaraq ona sakitləşməyini bildirmişdir və bıçağı geri ona vermişdir. Həmin vaxt Şaban onun sifətinə başı ilə zərbə vurmuş və o, həmin vaxt bıçağı götürüb Şabana tərəf getmiş və Şabana bıçaqla bir dəfə zərbə vurmuşdur. Bıçaq Şabanın döş qəfəsinə dəyərək girmiş və o, bu zaman qorxaraq qaçıb oradan uzaqlaşmışdır. Şaban da OBA marketə tərəf qaçmışdır. Əliağa və Camal da Şabanın arxasınca qaçmışlar.O, küçədə bıçağı tullamışdır. Bundan sonra o, qaçaraq hadisə yerindən uzaqlaşmışdır. Hava həmin vaxt qaranlıq olmuşdur və o, sərxoş olduğu üçün həmin bıçağın yeri yadında qalmamışdır.Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir.Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Balakən rayonu Gərəkli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində o, qonşusu Şahid3 ilə yaşadığı Balakən rayonu Gərəkli kəndində küçədə söhbət edərkən həmkəndlisi Təqsirləndirilən şəxs küçədən keçmişdir. Təqsirləndirilən şəxs yanlarından keçən zaman onları kiməsə oxşatmış və həmin şəxs olub-olmadıqlarını soruşmuşdur. Onlar isə Təqsirləndirilən şəxs həmin şəxsin burada olmadığını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs biraz irəlidə dayanmışdır. Bundan sonra onlar Əliağa ilə birlikdə yaxınlıqda yerləşən Oba marketə getmişlər və sonra yenidən küçəyə çıxıb yaşadığı evin qarşısında küçədə söhbət etməyə başlamışlar. O, avtomobilini həyətə sürmək üçün küçə qapılarını açan zaman Rəhman ucadan qışqıraraq səs-küy salmağa başlamışdır. Təqsirləndirilən şəxs “burada mən varam, heç kəs heçkəsin xətrinə dəyə bilməz, mən həmin adamı başa salaram” kimi ifadələr işlətmişdir. O, Təqsirləndirilən şəxs yanına gedərək nə üçün səs-küy saldığını soruşmuşdur. Rəhman həmin vaxt ona özü ilə birlikdə kənara gəlməyini bildirmişdir. Əliağa da yanlarına gəlmişdir. Rəhman Əliağaya yanlarına gəlməməyini bildirmişdir. X17 içkili olduğu üçün yanlarına gəlmiş və Rəhmanı sakitləşdirmək istəmişdir. Həmin vaxt Rəhmanın əlində dəmir pivə butulkası da olmuşdur. Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuşdur. O, Təqsirləndirilən şəxs nə üçün səsküy saldığını soruşanda, Rəhman ona “sən özünü çox böyük aparırsan, adama salam vermirsən, kəndin uşaqlarına salam verirsən mənə salam vermirsən” kimi ifadələr işlətmişdir. O, Təqsirləndirilən şəxs məsələni böyütməməyi və sakitləşməyini istəsə də, Rəhman “sən kimsən” deyərək nalayiq ifadələr işlətməyə başlamışdır. O və Əliağa Təqsirləndirilən şəxs sakitləşdirmək istəslər də faydası olmamışdır. Rəhman söyüş söyən zaman o, Rəhman ilə itələşməyə başlamışdır. Əliağa araya girib onları aralamaq istəyəndə Rəhman əynindəki şalvarın arxa cibindən qara rəngli qatlanan bıçaq çıxarmışdır. Əliağa Rəhmanın əlindən bıçağı götürüb söhbət etməyə və Rəhmanı sakitləşdirməyə başlamış və bıçağı yerə tullamışdır. Rəhman bir neçə dəqiqə sonra sakitləşmiş və onlarla əl tutaraq görüşmüşdür. Həmin vaxt səs-küyə qardaşı Camal da gəlmişdir. Rəhman bundan sonra yenidən səs-küy salmağa başlamış və yerdən bıçağı götürüb söyüş söyməyə başlamışdır. Bu zaman Camal Rəhmanın əlindən bıçağı götürüb sakitləşməsini bildirmişdir. Bundan sonra Rəhman təkidlə Camaldan bıçağı geri istəməyə başlamışdır. Camal Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğunu görüb bıçağı verməmişdir. Həmin vaxt Rəhman kənara gedib yerdən şüşə qırığı götürərək qarnına və sinəsinə vurmağa başlamışdır. Hətta Təqsirləndirilən şəxs şüşə parçasını boğazına tutaraq sürtmək istəyəndə Əliağa Rəhmanın əlindən şüşə parçasını götürmüş və kənara tullamışdır. Həmçinin Təqsirləndirilən şəxs başını divara çırpmışdır. Təqsirləndirilən şəxs qarnı və başı qanamağa başlamışdır. Camal Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsindən qorxaraq bıçağı geri qaytarmış və sakitləşməsini xahiş etmişdir. Həmin vaxt Rəhman bıçağı götürüb əvvəl Camal tərəfə gəlmiş, lakin sonradan istiqamətini dəyişərək ona tərəf qaçıb bıçağı onun döş qəfəsinə vurmuşdur. Bu zaman o, qaçaraq yaxınlıqdakı Oba marketə girmişdir. Əliağa və Camal da arxasınca marketə tərəf qaçmışlar və yanına gəlmişlər. Marketdə işləyən xanım təcili tibbi yardıma zəng vurmuşdur. Oraya digər şəxslər də gəlmişlər. Vaxt itirməmək üçün Əliağa və Camal onu qonşuları Elçinə məxsus avtomobil ilə Xəstəxanaya aparmışlar. X16 da onlarla birlikdə xəstəxanaya gəlmişdir. Təqsirləndirilən şəxsla barışmış,ona vurulmuş ziyan ödənilmişdir.Təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur.Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, hazırda Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində çalışır. 11 iyun 2025-ci il tarixdə Balakən rayonu Gərəkli kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib istifadə etməsi, Balakən rayonu ərazisində üzərində saxlaması və yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Daha sonra həmin məlumat tərəfindən raportla Balakən RPŞ-nin rəhbərliyinə məruzə olunmuşdur. Həmin tarixdə Balakən RPŞnin CAB-ın əməliyyat müvəkkilləri Şahid2 və X11 birlikdə mütəxəssis-aqronom X5 iştirakı ilə keçirdikləri tədbir zamanı Təqsirləndirilən şəxs Balakən rayonu Gərəkli kəndi ərazisində küçədə saxlanılmış, sonuncuya hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra o, Təqsirləndirilən şəxs üzərini yoxlamağa başlamışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl onun tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qeyriqanuni əşya varsa verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə olmadığını bildirmişdir. Üstü yoxlanılan zaman Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz saxladığı narkotik vasitə və əşya, predmet aşkar edilməmişdir. Üstünü yoxlama zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradakı kolluq ərazidə 06 ədəd hündürlükləri 58 sm-dən 160 sm-dək olan narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs 2-3 ay bundan əvvəl çay kənarından 06 ədəd çətənə bitkilərinin şitillərini tapdığını, onları evinin həyətinə apararaq əkdiyini, qulluq etdiyini, həmin bitkiləri şəxsi istifadəsi üçün əkib-becərdiyini, çətənə bitkilərini əkibbecərdiyindən heç kimin xəbərinin olmadığını bildirmişdir. Aqronom-mütəxəssis Rasim Balagözov həmin 06 ədəd bitkinin çətənə bitkilərinə oxşar bitki kolları olduğunu, həmin bitkilərə qulluq olunaraq yetişdirildiyini və diblərində alaq otlarının olmadığını bildirmişdir. Bundan sonra həmin bitlkilər qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs üstünün yoxlanılması və yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi zamanı CAB-ın əməliyyat müvəkkili Ramiz Muradov tərəfindən “İphone 12” markalı mobil telefon vasitəsilə video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmadığından Balakən RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq edilmiş və protokola Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının və yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinin video görüntüsünün əks olunduğu 01 ədəd DVD disk əlavə olunmuşdur. Daha sonra həmin material və maddi sübut təhqiqatçıya təhvil verilmiş və təhqiqatçı Gündüz Fətəliyev tərəfindən maddi sübuta və Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının və yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinin video görüntüsünün əks olunduğu diskə baxış keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki,xx.xx.2025-ci il tarixdə saat təxminən 22 radələrində işlədiyi Gərəkli kəndi ərazisində yerləşən OBA marketdə olarkən küçədən səs-küy gəldiyini eşitmişdir. Bu zaman yanında iş yoldaşı Ayşə Murtuzəliyeva da olmuşdur. O, marketdən çölə baxan zaman orada, yəni, küçədə dava olduğunu görmüşdür. Lakin qaranlıq olduğundan neçə nəfər olduğunu və kimlərin olduğunu seçə bilməmişdir.Lakin Təqsirləndirilən şəxs söyüş söydüyünü eşitmişdir. Bundan 10 dəqiqə sonra həmkəndlisi Zərərçəkmiş şəxs qaçaraq marketə girmişdir və yaralandığını bildirmişdir. O, Şabanın döş qəfəsindən yaralandığını görmüşdür. O, tez Şabana su vermiş və təcili tibbi yardıma zəng vurmuşdur. Təcili tibbi yardım gələnə qədər Şabanı taksi ilə Xəstəxanaya aparmışlar. O, Şabandan onu kimin yaraladığını soruşanda Şaban bunu Təqsirləndirilən şəxs etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq,iş üzrə şahidlər - Şahid4 və Şahid3 məhkəmə iclasına gəlməmişdirlər. Verilən məlumata görə Əlağa Əliyev ölkə xaricindədir, Şahid4 isə Bakı şəhərindədir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə şahidlər Şahid4 və Şahid3 ibtidai istintaqda şahid qismində verdiyi ifadələrinin elan olunmasını zəruri hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində o, yaşadığı Balakən rayonu Gərəkli kəndində yerləşən fərdi yaşayış evində olan zaman, küçədə səs-küy olduğunu eşidib çölə çıxmışdır. Ondan 15 dəqiqə əvvəl qardaşı Şaban siqaret çəkmək üçün küçəyə çıxmışdı. O, küçəyə çıxan zaman orada qardaşı Şaban, həmkəndlisi Təqsirləndirilən şəxs və qonşusu Şahid3 söhbət etdiklərini görmüşdür. Şaban ilə Rəhman sözlü mübahisə edirmişlər. O, onlara yaxınlaşanda Rəhmanın əlində qara rəngli qatlanan bıçaq olmuşdur və həmin bıçaq açıq vəziyyətdə olmuşdur. Rəhman həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Şaban Təqsirləndirilən şəxs sakitləşməyini xahiş edirmiş, lakin Rəhman hərdən sakitləşir, sonra isə Şabana bıçaq vuracağını bildirirmiş. Bundan sonra Rəhman ona “sən mənim böyük qardaşımsan” demişdir. Bu zaman o, Təqsirləndirilən şəxs əlindən bıçağı götürmüş və cibinə qoymuşdur. Bundan sonra Rəhman təkidlə ondan bıçağı geri istəməyə başlamışdır. O, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğunu görüb bıçağı verməmişdir. Həmin vaxt Rəhman kənara gedib yerdən şüşə qırığı götürərək qarnına və sinəsinə vurmağa başlamışdır. Həmçinin Təqsirləndirilən şəxs başını divara çırpmışdır. Təqsirləndirilən şəxs qarnı və başı qanamağa başlamışdır. O, bu zaman Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsindən qorxaraq bıçağı geri qaytarmış və sakitləşməsini xahiş etmişdir. Həmin vaxt Rəhman bıçağı götürüb əvvəl ona tərəf gəlmiş, lakin sonradan istiqamətini dəyişərək Şabana tərəf qaçıb bıçağı Şabanın döş qəfəsinə bir dəfə vurmuşdur. Bu zaman Şaban qaçaraq yaxınlıqdakı Oba marketə girmişdir. O da Şabanın arxasınca marketə tərəf qaçmışdır. Marketə girəndən sonra o, Şabanın yanına getmiş və marketdə işləyən xanım təcili tibbi yardıma zəng vurmuşdur. Bu zaman oraya digər şəxslər də gəlmişlər. Onlar vaxt itirməmək üçün Şabanı qonşuları Elçinə məxsus avtomobil ilə Xəstəxanaya aparmışlar. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. xx.xx.2025ci il tarixdə saat 21 radələrində onlar birlikdə yaşadığı Balakən rayonu Gərəkli kəndində küçədə söhbət edirmişlər. Bu zaman həmkəndliləri Təqsirləndirilən şəxs küçədən keçirmiş. Təqsirləndirilən şəxs yanlarından keçən zaman onları kiməsə oxşatmış və həmin şəxs olub-olmadıqlarını soruşmuşdur. Onlar isə Təqsirləndirilən şəxs həmin şəxsin burada olmadığını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs biraz irəlidə dayanmışdır. Bundan sonra o, Şaban ilə birlikdə yaxınlıqda yerləşən Oba marketə getmişlər və sonra yenidən küçəyə çıxıb Şabanın yaşadığı evin qarşısında küçədə söhbət etməyə başlamışlar. Şaban avtomobilini həyətə sürmək üçün küçə qapılarını açan zaman Rəhman ucadan qışqıraraq səs-küy salmağa başlamışdır. Təqsirləndirilən şəxs “burada mən varam, heç kəs heçkəsin xətrinə dəyə bilməz, mən həmin adamı başa salaram” kimi ifadələr işlətmişdir. Bu zaman Şaban Təqsirləndirilən şəxs yanına gedərək nə üçün səsküy saldığını soruşmuşdur. Rəhman həmin vaxt Şabana özü ilə birlikdə kənara gəlməsini bildirmişdir.O da onların yanına getmişdir. Rəhman ona yanlarına getməməyini bildirmişdir. Lakin o, Rəhman içkili olduğu üçün onların yanına getmiş və Rəhmanı sakitləşdirmək istəmişdir. Həmin vaxt Rəhmanın əlində dəmir pivə butulkası da olmuşdur. Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuşdur. Şaban Təqsirləndirilən şəxs nə üçün səs-küy saldığını soruşanda, Rəhman Şabana “sən özünü çox böyük aparırsan, adama salam vermirsən, kəndin uşaqlarına salam verirsən mənə salam vermirsən” kimi ifadələr işlətmişdir. Şaban Təqsirləndirilən şəxs məsələni böyütməməyi və sakitləşməyini istəsə də, Rəhman “sən kimsən” deyərək nalayiq ifadələr işlətməyə başlamışdır.O və Şaban Təqsirləndirilən şəxs sakitləşdirmək istəsələr də faydası olmamışdır. Rəhman söyüş söyən zaman Şabanla birbirlərini itələməyə başlamışlar. O, araya girib onları aralamaq istəyəndə Rəhman əynindəki şalvarın arxa cibindən qara rəngli qatlanan bıçaq çıxarmışdır. O, Rəhmanın əlindən bıçağı götürüb söhbət etməyə və Təqsirləndirilən şəxs sakitləşdirməyə başlamışdır. O, bıçağı yerə tullamışdır. Rəhman bir neçə dəqiqə sonra sakitləşmiş və onlarla əl tutaraq görüşmüşdür. Həmin vaxt səs-küyə Şabanın qardaşı Camal da gəlmişdir. Rəhman bundan sonra yenidən səs-küy salmağa başlamış və yerdən bıçağı götürüb söyüş söyməyə başlamışdır. Bu zaman Camal Təqsirləndirilən şəxs əlindən bıçağı götürüb sakitləşməsini bildirmişdir. Bundan sonra Rəhman təkidlə Camaldan bıçağı geri istəməyə başlamışdır. Camal Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğunu görüb bıçağı geri verməmişdir. Həmin vaxt Rəhman kənara gedib yerdən şüşə qırığı götürərək qarnına və sinəsinə vurmağa başlamışdır. Hətta Təqsirləndirilən şəxs şüşə parçasını boğazına tutaraq sürtmək istəyəndə o, Təqsirləndirilən şəxs əlindən şüşə parçasını götürmüş və kənara tullamışdır. Həmçinin Təqsirləndirilən şəxs başını divara çırpmışdır. Təqsirləndirilən şəxs qarnı və başı qanamağa başlamışdır. Camal Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsindən qorxaraq bıçağı geri qaytarmış və sakitləşməsini xahiş etmişdir. Həmin vaxt Rəhman bıçağı götürüb əvvəl Camal tərəfə gəlmiş, lakin sonradan istiqamətini dəyişərək Şabana tərəf qaçıb bıçağı Şabanın döş qəfəsinə vurmuşdur. Bu zaman Şaban qaçaraq yaxınlıqdakı Oba marketə girmişdir. O və Camal Şabanın arxasınca marketə tərəf qaçmışlar. Marketə girəndən sonra onlar Şabanın yanına getmişlər və marketdə işləyən xanım təcili tibbi yardıma zəng vurmuşdur. Bu zaman oraya digər şəxslər də gəlmişlər. Onlar vaxt itirməmək üçün Şabanı qonşuları Elçinə məxsus avtomobil ilə xəstəxanaya aparmışlar. Şabanın X16 da onlarla birlikdə xəstəxanaya gəlmişdir. Rəhman bir bıçaq zərbəsi vurduqdan sonra özü də qorxaraq geri çəkilmiş və onlar bundan sonra Təqsirləndirilən şəxs görməmişlər. Hadisə zamanı heç bir xəsarət almamışdır. Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmişdir. İşin 79-83-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 11 iyun 2025-ci il tarixdə müstəntiq tərəfindən tərtib olunmuş “Götürmə və baxış keçirmə haqqında” protokoldan görünür ki, Balakən RMX-nin tibb bacısı vəzifəsində işləyən X4 təqdim etdiyi Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş qara rəngli qolsuz yay köynəyi götürülmüşdür. X4 təqdim etdiyi Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş qara rəngli qolsuz yay köynəyinin üzərində sol yuxarı hissədə kəsilmişdeşilmiş iz aşkar edilmişdir. Götürmə zamanı əşyaların fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. Protokol oxunmuş, düzgün tərtib olunmuşdur, götürmə ilə əlaqədar iştirakçılar tərəfindən hər hansı qeyd və əlavələr daxil olmamışdır. İşin 14-16-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 11 iyun 2025-ci il tarixdə Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən tərtib olunmuş “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, 11 iyun 2025-ci il tarixdə saat 20:19-da Balakən Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsində, üzərində saxlamasında və yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsində şübhəli bilinən Təqsirləndirilən şəxs Balakən rayon Gərəkli kəndi ərazisində, küçədə saxlanılmış, sonuncuya hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Balakən rayon Gərəkli kəndi ərazisində, yaşadığı evin qarşısındakı küçədə üstü yoxlanmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitənin olmadığını bildirmiş, üstü yoxlanılan zaman Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz saxladığı narkotik vasitə və əşya, predmet aşkar edilməmişdir. Üstünü yoxlama zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyini bildirmişdir. Həmin tədbirin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Balakən rayonu Gərəkli kəndi ərazisində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradakı kolluq ərazidə 6 ədəd, hündürlükləri 58-sm dan 160 sm-dək olan narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları aşkar olunmuş və maddi sübut kimi qablaşdırılmış, möhürlənmiş, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, təxminən 2-3 ay bundan əvvəl çay kənarından 6 ədəd çətənə bitkilərinin şitillərini tapdığını, onları evinin həyətinə apararaq əkdiyini, qulluq etdiyini, həmin bitkiləri şəxsi istifadəsi üçün əkib-becərdiyini, çətənə bitkilərini əkib-becərdiyindən heç kimin xəbərinin olmadığını bildirmişdir. Aqronom-mütəxəssis X8 baxış zamanı aşkar olunmuş 6 ədəd bitkinin çətənə bitkilərinə oxşar bitki kolları olduğunu, həmin bitkilərə qulluq olunaraq yetişdirildiyini və diblərində alaq otlarının olmadığını bildirmişdir. Üstünü yoxlama və həyətyanı sahəyə baxış Balakən rayonu Gərəkli kəndi ərazisində küçədə və Təqsirləndirilən şəxs məxsus Balakən rayon Gərəkli kəndi ərazisində yerləşən evinin həyətyanı sahəsində keçirilmişdir. Üstünü yoxlama və həyətyanı sahəyə baxış «İphone 12” markalı telefon ilə Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kapitanı X11 tərəfindən video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Balakən RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protoloka 1(bir) ədəd DVD disk əlavə olunmuşdur. Təqsirləndirilən şəxs üstünün yoxlanması və həyətyanı sahəsinə baxış zamanı videogörüntünün qeydə alındığı diskə məhkəmə iclas zalında baxış keçirilmiş və protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən olunmuşdur. İşin 19-21-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 11 iyun 2025-ci il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X1 tərəfindən tərtib olunmuş “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 20:19 dəqiqədə Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsində, üzərində saxlamasında və yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsində şübhəli bilindiyi üçün yaşadığı Balakən rayonu Gərəkli kəndi ərazisində, yaşadığı evin qarşısındakı küçədə olduğu zaman saxlanılaraq üstü yoxlanılmış, bu zaman onun üzərindən hər hansı narkotik vasitə aşkar olunmamış, üstü yoxlanılan zaman Təqsirləndirilən şəxs evinin həyətində narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyini bildirmişdir. Daha sonra onun yaşadığı evin həyətyanı sahəsindəki kolluq əraziyə baxış keçirilən zaman hündürlükləri 58 sm-dan 160 sm-dək olan 6 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları aşkar olunmuş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqdim olunan 1 ədəd ağ rəngli sintetik kisəyə və 1 (bir) ədəd DVD-yə baxış keçirilmişdir. Üzərində “Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş” sözləri yazılmış, 1 ədəd sintetik kisədə hündürlükləri 58 sm-dan 160 sm-dək olan ümumilikdə 06 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər aşkar olunmuşdur. Sonra narkotik tərkibli çətənə bitkiləri olan kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 1 (bir) ədəd DVD-yə HP markalı komputerdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kollarının aşkar olunması, Təqsirləndirilən şəxs evinin həyətindən narkotik tərkibli çətənə bitkiləri aşkar olunması baradə bildirməsi öz əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirildi. Baxış və götürmə zamanı “Panasonic” markalı videokamera vasitəsi ilə Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis mayoru X12 tərəfindən video çəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protoloka 1 (bir) ədəd DVD əlavə olunmuşdur. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə zamanı videogörüntünün qeydə alındığı diskə məhkəmə iclas zalında baxış keçirilmiş və protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən olunmuşdur İşin 26-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli X8 tərəfindən verilmiş rəydən görünür ki, Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aşkar edilmiş 6 ədəd hündürlükləri 58 sm-dən 16 sm-dək olan narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarına aqrotexniki qulluq olunmuş, dibləri alaq otlarından təmizlənmişdir . İşin 84-89-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 11 iyun 2025-ci il tarixdə tərəfimdən tərtib olunmuş “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla zərbə vuraraq xəsarət yetirdiyi yer Balakən rayonu Gərəkli kəndində OBA marketlər şəbəkəsinə məxsus mağazanın yaxınlığında yerləşən Gərəkli kənd icra nümayəndəliyinin inzibati binasının qarşısındakı küçədə yerləşir. Hadisənin baş verdiyi yer Zərərçəkmiş şəxs qardaşı Şahid4 və qonşusu Şahid3 tərəfindən göstərilmişdir. Həmin yerdən biraz aralıda kəndin digər tərəfinə doğru istiqamətlənən yol vardır. Hadisənin baş verdiyi yerdən biraz aralıda OBA marketlər şəbəkəsinə məxsus mağaza yerləşir. Həmçinin Zərərçəkmiş şəxs yaşadığı ev hadisə yerindən biraz aralıda yerləşir. Baxış zamanı iştirakçılar Şahid4 və Şahid3 hadisə baş verən zaman Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğunu və mübahisə yaradaraq Zərərçəkmiş şəxs bıçaqla zərbə vurduğunu bildirmişlər. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Baxış zamanı protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, imzalarla təsdiq edilmişdir. İşin 149-155-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 13 iyun 2025-ci il tarixdə tərəfindən tərtib olunmuş “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərməsi ilə Balakən rayonu Gərəkli kəndi ərazisinə gedilmişdir. Orada Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə Zərərçəkmiş şəxs qatlanan cib bıçağı ilə xəsarət yetirdiyi yeri, həmçinin bıçağı tulladığı yeri əyani olaraq göstərmişdir. Təqsirləndirilən şəxs göstərdiyi həmin yerdə iş üçün əhəmiyyət kəsb edən alət, vasitə, və ya predmet aşkar edilməmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkildikdən sonra həmin fotoşəkillərə baxılmış və protokola əlavə edilmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti başa çatdıqdan sonra protokol tərtib edilməsi üçün iştirakçılarla birlikdə Balakən RPŞ-nin inzibati binasında olan xidməti otağa gedilmişdir. Protokol ucadan oxunmuş, heç bir əlavə və düzəlişlər barədə qeyd daxil olmamış, düzgün tərtib edilmişdir. İşin 200-204-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 12 iyul 2025-ci il tarixdə tərəfimdən tərtib olunmuş “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs 01 ədəd qara rəngli qolsuz yay köynəyi tanınmaya təqdim olunmuşdur. Tanınmalı olan əşya 01 ədəd qara rəngli qolsuz yay köynəyi oxşar növdən olan nömrələnmiş vəziyyətdə 02 ədəd qara rəngli qolsuz yay köynəkləri arasında təqdim edilmişdir. Zərərçəkmiş şəxsə onun tanıya bildiyi əşyanı göstərmək və həmin əşyanı məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olunmuşdur. Zərərçəkmiş şəxs təqdim edilən əşyaları nəzərdən keçirib şərti olaraq 3 nömrəsi ilə nömrələnmiş qara rəngli qolsuz yay köynəyinin hadisə vaxtı onun əynində olduğunu, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs bıçaqla onun döş qəfəsinə xəsarət yetirən zaman həmin qara rəngli qolsuz yay köynəyinin onun əynində olduğunu, həmçinin köynəyin ona məxsus olmasını bildirmişdir. Tanınmaya təqdim etmə zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Protokol oxunmuş, əlavə və düzəlişlər daxil olmamış, düzgün tərtib edilmişdir. İşin 217-218-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 18 avqust 2025-ci il tarixdə tərəfimdən tərtib olunmuş “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs döş qəfəsinə bıçaq ilə bir dəfə zərbə vurmaqla xəsarət yetirdiyini, həmin vaxt sərxoş olduğundan Şabanın onun sifətinə başı ilə zərbə vurmasını tam xatırlamadığını, hadisə vaxtı ona elə gəldiyini bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs Əzizov X2 Kutlasovun sifətinə başı ilə zərbə vurmadığını, Təqsirləndirilən şəxs hadisə vaxtı sərxoş olduğundan öz başını divara vurduğunu, Təqsirləndirilən şəxs ümumiyyətlə xəsarət yetirmədiyini bildirmişdir. Protokol oxunmuş, əlavə və düzəliş daxil olmamış, düzgün tərtib edilmişdir. İşin 53-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Məhkəmə-bioloji ekspertizasının 12 iyun 2025-ci il tarixli 17/427 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Balakən rayon Gərəkli kənd sakini Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş 6 ədəd çətənə kollarına bənzər bitki kolları” yazısı, adlar və imzalar olan 01(bir) ədəd sintetik kisənin içərisindəki, uzunluqları 58 sm-dən 160 sm-dək, nəm vəziyyətdə ümumi çəkiləri-165,0 qram olan 06 (altı) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Rasim Balagözovun 11 iyun 2025-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşin 134-184-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Məhkəmə-tibbi ekspertizasının 19 iyun 2025-ci il tarixli 118 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsinə tibbi sənədində qeyd edilənlərə, hadisə haqqında olanları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağldakı nəticəyə gəlinir. 1.Vət. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər aşağıdakılardır: a) Döş qəfəsinin sol ön hissəsində kiçik döş əzələsinin zədələnməsi ilə müşaiət olunan daxilə keçməyən bir ədəd yara. b) Sağ bazunun yuxarı 1/3-də bayır səthində bir ədəd sıyrıq. Vət. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlərdən a) bəndində göstərilən kəsicideşici əşyanın (alətin) (bıçağın ağız kəsici və uc deşici hissəsi) təsirindən, b) bəndində göstərilən isə küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni, xx.xx.2025-ci ildə əmələ gələ bilərdilər, dərəcəsinə görə, a) bəndində göstərilən onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir, b) bəndində göstərilən isə sağlamlığa ZƏRƏR vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşin 211-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Məhkəmə-narkoloji ekspertizasının 29 iyul 2025-ci il tarixli 1183 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 35-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 11 iyun 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdə saat 22:45-də Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. Onun azadlığının faktiki olaraq 11 iyun 2025-ci ildə saat 20:19-da məhdudlaşdırıldığı qeyd edilmişdir. İşin 158-163-cü vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli 4(019)-8/2025-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İşin 170-171-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş,məhkumluğu ödənmişdir. İşin 178-181-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinini Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs tərəfindən verlmiş apellyasiya şikayətinin təmin edilməməsi, Azərbaycan Respublikası CM-nin 237.1 və 221.3-cü maddələri ilə təqsirlıəndirilən şəxs Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Balakən Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli 4(019)- 8/2025 saylı qərarı Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin 197-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayonu Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfndən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Gərəkli kənd sakinidir. İşin 198-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayonu Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfndən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri-anasıdır. İşin 163-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayonu Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfndən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xaraakterizə olunur,barəsində nümayəndəliyə şifahi və yazılı müraciət daxil olmamışdır. . İşin 220-225-ci vərəqələində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(019)-43/2025 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, 07(yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, onun 03 mart 2025-ci il tarixdən 05 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir gününün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 1(bir) gününə hesablanmaqla,cəmi 02 (iki) gün müddətin həmin cəzadan çıxılması və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 6(altı) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanması hökm edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs olaraq iş üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır.Ona vurulan ziyan ödənilmişdir.Ondan şikayət və tələbi yoxdur.Yüngül cəza verilməsinin xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən Maddə 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Maddə 124.1.2. Bu sübutlarla hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Maddə 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Maddə 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının… pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Maddə 125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Maddə 137.Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilir. Maddə 144.Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Maddə 145.1.Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə Zərərçəkmiş şəxs Qurbanmaha oğlunun, şahidlər Şahid1,Şahid2,Şahid3, Şahid4 və Şahid5 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş, eləcə də qəsdən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxs üzərində zor tətbiq etməklə xuliqanlıq etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanunu: 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir); 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 08 nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 25 fevral tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə (kannabis), xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Həmin əməlin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda CM-in 221.3-cü maddıəsinin tərkibi yaranır. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci tarixli qərarında göstərmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. ”Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 nömrəli Qərarı: 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdəpozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya beləzorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi,yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəbolur. İctimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə vəya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhvedilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməliAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə müvafiqolaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. 8-ci bəndində göstərilmişdir ki, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilibedilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. 10-cu bəndində göstərilmişdir ki, xuliqanlıq müvafiq icazəsi olmayan odlu və ya soyuq silah tətbiq edilməsi ilə müşayiət edilməklə törədildikdə, təqsirləndirilən şəxsin əməli cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221.3-cü və 228-ci maddələri ilə tövsif olunmalıdır. 11-ci bəndində göstərilmişdir ki, xuliqanlıq hərəkətləri davam etdirilərək, xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda, təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan 221.3-cü maddəsilə tövsüf olunmalıdır. Müxtəlif vaxtlarda törədilən xuliqanlıq hərəkətləri isə xuliqanlığın tövsüfedici əlamətlərinin mövcudluğundan asılı olaraq, hər biri müstəqil cinayət kimi tövsüf olunmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 221.3-cü maddələrinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi: 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarı: 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır.Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmayacağını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli,CM-in 66.2-ci maddəsinə əsasən təyin ediləcək cəzalar qismən toplanmaqla cəza təyin edilməli, CM-nin 66.5-ci maddəsinə uyğun olaraq Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(019)-43/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə görə təyin edilmiş 07(yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin ediləcək cəza ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməli, onun 03 mart 2025-ci il tarixdən 05 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir gününün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 1(bir) gününə hesablanmaqla,cəmi 02 (iki) gün müddətin həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə uyğun olaraq Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və narkomaniyadan məcburi müalicə olunmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı,onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X9 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 manat (otuz dörd manat əlli beş qəpik) Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut Balakən Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd sintetik kisədə ümumi çəkisi 165,0 qram olan narkotik tərkibli çətənə bitkilərinin tədqiqata sərf edilən 0,60 qram miqdarı nəzərə alınmaqla, qalıq ümumi çəkisi 164,40 qram olan narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməli, həmçinin 01 ədəd qara rəngli qolsuz yay köynəyi hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub- olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 08 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 11 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 88 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X10 Rekvizitləri: VÖEN:**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hö k m e t d i : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 221.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 237.1-ci maddəsilə 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə 2(iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.5-ci maddəsinə əsasən Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(019)-43/2025 nömrəli hökmü ilə təyin edilmiş 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhruetmə cəzasına qismən torplanmaqla ona qəti olaraq 3(üç) il 2(iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Onun əvvəlki törətdiyi cinayət əməlinə görə 03 mart 2025-ci il tarixdən 05 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 3(üç) il 1(bir) ay 28 (iyirmi səkkiz )gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 11 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın,onun ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X9 Şəxsinə göndərilsin. İş üzrə maddi sübut olan və Balakən Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd sintetik kisədə ümumi çəkisi 165,0 qram olan narkotik tərkibli çətənə bitkilərinin tədqiqata sərf edilən 0,60 qram miqdarı nəzərə alınmaqla, qalıq ümumi çəkisi 164,40 qram olan narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan və Balakən Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qara rəngli qolsuz yay köynəyi hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işinin materiallarıənda saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 88 (səksən səkkiz )manat tutulub Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X10 Rekvizitləri: VÖEN:**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar