Məhkəmə qərarları › İş №1(019)-75/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-75/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-75/2021 12.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə xx.xx.1988-ci il tarixdə Balakən rayonu Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, Balakən rayonu Talalar kəndində qeydiyyatda olmaqla həmin kənddə daimi yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs oğlunun- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 128 və 315-ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma və hakimiyyət nümayəndəsi olan polis əməkdaşına xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə cinayət əməllərini törətmişdir. Belə ki, ittihama görə Təqsirləndirilən şəxs 07.04.2021-ci il tarixdə, saat 13 radələrində yaşadığı ünvanına onun əsassız narazılığını və şikayətini aradan qaldırmaq, ona qarşı qərəzli münasibətinin olmadığını və tibbi maskadan düzgün istifadə etmədiyinə görə sadəcə xəbərdarlıq etdiyini bildirmək, həmçinin vətəndaş məmnunluğunun təmin olunması məqsədilə gəlmiş Balakən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Şahid1, xidməti polis geyim formasında olan Balakən RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs və “Hyundai İX35” markalı “**-AP-***” dövlət qeydiyyat nişanlı xidməti avtomobili özünə məxsus “Samsung J2” markalı mobil telefonla videoya çəkib “polis əməkdaşı rəisin müavini Şahid1 məni vurduğuna görə bağışlanmasını istəyir və qapıma gəlib, məni vurub, bağışlanmağa gəlib, mən bunu necə bağışlayım, bu qanunsuz hərəkətdir, budur bax, Şahid1 məni vurdu və təhqir elədi, bu şoferidir, hal-hazırda müqavimət göstərir, məğlub oldu” deməklə polis əməkdaşlarını kiçiltmək, alçaltmaq və polisi əhali arasında qazandığı nüfuzdan salmaq məqsədi güdərək, ona istər qardaşı Şahid3, istərsə də Balakən şəhəri Rafiq Səmədov küçəsində yerləşən avtomobil ehtiyat hissələri mağazasının sahibi Şahid2 tərəfindən bu hərəkətlərinə görə irad tutulmasına baxmayaraq, həm həyətdə qardaşıyla söhbətləşən Şahid1, həm də evin qarşısında, yolun kənarında dayanmış Zərərçəkmiş şəxs və xidməti avtomobili təhrikedici və qızışdırıcı hərəkətləri ilə mobil telefonla çəkməyə davam edərək, ondan çəkilişi dayandırmasını və nizam-intizama riayət etməsini tələb edən ictimai qaydanın və ictimai asayişin təmin edilməsi üzrə, yəni əhalinin rahatlığının və əmin-amanlığının təmin edilməsi üzrə xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs qanuni tələblərinə tabe olmamış, çəkilişin qarşısını almaq üçün telefonun qarşısına əlini tutaraq istəmədən telefonunun yerə düşməsinə səbəb olduğuna görə qəsdən başı ilə sonuncunun ağız nahiyəsinə vurmaqla Zərərçəkmiş şəxs üst və alt dodağında şişkinli qansızmalar və baş beyin silkələnməsi ilə nəticələnən onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirmiş və bu hərəkətləri ilə hakimiyyət nümayəndəsi olan polis əməkdaşına xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Eyvaz oğlu Azərbaycan Respublikası CM-nin 128 və 315-ci maddələrilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, avtomobil təmiri ustası işləyir. 04.04.2021-ci il tarixdə, saat 11 radələrində qardaşı Şahid3 ilə birlikdə Balakən rayonu Qabaqçöl vağzalı adlanan yerdə yerləşən avtomobil ehtiyat hissələri mağazasına getmiş, saat təxminən 11:30 radələri olmuş, o, maşından düşüb mağazaya tərəf getmişdir. Maşından düşərkən onun ağzında maska olmuş, mağazaya daxil olduqdan sonra maskanı çənəsinə endirməmişdir. Bir müddət sonra adının sonradan polis şöbəsinin rəis müavini Şahid1 olduğunu bildiyi şəxs mülki formada mağazaya daxil olub, onu təhqir etmiş və üzünə sağ əli ilə şillə, həmçinin yumruqla çiyin nahiyəsinə vurmuşdur. O demişdir ki, maskalıdır, niyə ona əl qaldırır. Şahid1 heç bir cavab vermədən mağazadan çıxıb getmişdir. Baş verənləri qardaşı da görmüş, qardaşı maşında oturmuş və maskası olmadığına görə maşından düşməmişdir. O, özünə lazım olan ehtiyat hissəni alıb getmiş, sonradan həmin mağazaya qayıdıb mağazanı işlədən Elmandan kamera görüntülərini istəmişdir ki, ona təqdim etsin. Elman ona heç nə təqdim etməyib demişdir ki, rəis müavini onun yaxınıdır, ona görə də videonu verməyi düzgün deyil. Hadisə vaxtı Elman da mağazada olmuşdur. Daha sonra o, çıxıb getmişdir. 07.04.2021-ci il tarixdə, saat 13 radələrində şöbənin rəis müavini Şahid1 və adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi sürücüsü onun evinə Elmanla birlikdə gəlmişdir. Şahid1 demişdir ki, “şikayətini geri götür, barışmaq üçün gəlmişəm. Əgər götürməsən, mən sənin şikayətini geri götürməyə məcbur edəcəm və sənin özünə cinayət işi açılacaq”. O da Şahid1 cavab vermişdir ki, qanun-qayda nədirsə, o da olsun və şikayətini götürməyəcək. Şahid1 təhqiredici sözlər işlətmiş, yəni cəhənnəmə götür, əclaf, oğraş demişdir. O, Şahid1 ona nəyə görə təhqiredici söz dediyini soruşmuşdur. Cavabında Şahid1 ona yaxşı etdiyini demiş, sonra maşına tərəf getmiş, o, telefonun kamerası ilə çəkiliş apara-apara polis maşınına yaxınlaşmış, sürücü oturan tərəfdən maşının pəncərəsi bağlı olmuşdur. O, pəncərəni döyüb qapısını tərk etmələrini xahiş etmişdir. Sonra sürücü maşında oturduğu vəziyyətdə əlini telefona atıb telefonu götürmüş, Şahid1 gəlib arxa qapını açıb onu maşına mindirmək istəmiş, o, minmək istəməmiş, sürücü də Şahid1 kömək etmişdir. Onlar onu yerə yıxmış və yerdən göyə qaldırıb yerə çırpmışlar. Daha sonra onu qaldırıb maşına mindirmək istəmişlər. Elxan onun başını tutub maşına vurmuş və nəticədə qaşı qanamağa başlamışdır. O, yenə avtomaşına minməmiş, Elxan sürücüyə maşına minməsini demiş və sonra onu itələyib özü də maşına minmişdir. O, Elxan oturan tərəfdən əlini içəri salıb telefonunu qaytarmalarını demişdir. Elxan maşının pəncərəsini qaldırıb sürücüyə sürməsini demiş, sürücü də maşını sürmüşdür. Qolu maşının pəncərəsində qalmış və onu qolu o şəkildə qala-qala 10-15 metr maşını sürmüşlər. Sonra Şahid1 pəncərəni aşağıya endirmiş, o, yerə yıxılandan sonra maşının arxa təkəri sağ ayağının pəncəsinin ortasından dizinin üstü də daxil olmaqla keçmiş, sol ayağı xəsarət almamışdır. Daha sonra onlar onu köməksiz vəziyyətdə qoyub getmişlər. Təcili yardım çağırılmış, o, təcili yardım maşınına mindikdən sonra təmiz başı getmiş və özünü itirmişdir. Qardaşı və onun sexində ona kömək edən Sərdar onun üzünə su vurmuşlar ki, özünə gəlsin. Təcili yardım maşınında çətinliklə danışmış, polis əməkdaşları təcili yardım maşınının qabağını İcra hakimiyyətinin qarşısında kəsib maşını şöbəyə sürmələrini demişlər. Təcili yardım maşınını saxlatdıran Şahid1 olmuş, çünki Şahid1 səsini eşitmişdir. Onu vuran maşın təcili yardım maşınının qabağını kəsmişdir. Digər polis əməkdaşlarının adlarını bilmir. Vətəndaşlar mane olmuşlar ki, onu şöbəyə aparmasınlar. Amma onların kimlər olduqlarını bilmir. Bundan sonra onu buraxmış və onlar xəstəxanaya getmişlər. Xəstəxanada onu yoxlamış, amma onda sınıq və çıxıq olmamışdır. Ona müalicə ilə bağlı heç bir resept və rəy verməmiş və qaşına 2 dənə tikiş vurmuşlar. Hadisə baş verən günün axşamı müavin Şahid1 onun qardaşına qaynatasının yanında şikayətini geri götürməsə və barışıq etməsə, onun barəsində 315-ci maddə ilə cinayət işini başlayacağını, onun sürücünü vurub xəsarət yetirdiyini və sürücünün paltarını cırdığını demişdir. Qardaşı Şahid1 demişdir ki, şikayət etmək qardaşının öz işidir, o, bu barədə heç nə deyə bilməz. Şahid1 maşının pəncərəsini aşağı endirdikdən sonra o, arxası üstə yerə yıxılmış, sağ ayağı maşının ortasında, sol ayağı maşının yanında qalmış, maşını sürmüşlər deyə maşın sağ ayağının pəncəsinin ortasından dizinin üstü də daxil olmaqla keçib getmişdir. O, Şahid1 sürücüsü Zərərçəkmiş şəxs vurub ona xəsarət yetirməmiş və Zərərçəkmiş şəxs paltarını cırmamışdır. Zərərçəkmiş şəxs guya onun başı ilə Azəri ayaq üstə vurduğunu bildirir. Şahid1 isə məhkəmədə ifadəsində guya Azəri başı ilə əyilikli vəziyyətdə vurduğunu qeyd edir. Əvvəla o, Zərərçəkmiş şəxs boyca hündürdür. O, Azəri başı ilə ayaqüstə vurduğu təqdirdə məntiqlə Azərin ağzından əvvəl burnu xəsarət alardı. Azərin burnunda isə heç bir xəsarət olmamışdır. Digər tərəfdən əgər ehtimal edildiyi kimi ayaqüstə Azəri vurduğu təqdirdə Şahid1 nəyə görə Azəri əyilikli vəziyyətdə vurduğunu göstərir. Qeyd olunanlar polis əməkdaşlarının ifadələrinin həqiqəti əks etdirmədiyini göstərir. Heç kim Şahid1 sürücüsü Zərərçəkmiş şəxs vurub, ona xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs hadisə baş verən vaxtı dodağının qanaması barədə heç nə deməmiş və Zərərçəkmiş şəxs dodağının qanamasını görməmişdir. O, video çəkiliş apara-apara maşını çəksə də, maşının qabağına keçməmiş, Elxanın getməsinə mane olmamış və çəkiliş apara-apara Elxanın ondan şikayətini geri götürməsini tələb etdiyini demişdir. Şahid1 ifadəsində göstərdikləri yalandır. O, Şahid1, eləcə də polisi təhqir etməmiş, Azər əli ilə ona çıxıb getməyini deməmiş, o, daha da aqressiv formada hərəkətlərini davam etdirməmişdir. Azər maşından düşüb ondan çəkilişi dayandırmağı tələb etmiş, o da çəkilişi dayandırmışdır. Sonra Azər maşına gedib oturmuş və maşında oturduğu vəziyyətdə telefonu onun əlindən alıb maşının içərisinə qoymuşdur. Onun Azərlə mübahisəsi olmamışdır. O, Azərin ağzına başıyla vurmamışdır. Elxan onun başını maşına vurduqdan sonra qaşı qanamışdır. Maşında onun yeri və orada qan izi də olmuşdur.O cümlədən, o, maşının pəncərəsindən əlini içəri salıb telefonunu qaytarmalarını tələb etmişdir. O, Elxana yaxınlaşıb yaxasından tutub qışqıra-qışqıra nalayiq ifadələrlə maşından aşağı düşməyini deməmişdir. O, maşına daş atmamış və maşına kiminsə daş atmasını görməmişdir. Həmçinin onun telefonu yerə düşməmiş və sınmamışdır. Şahid1 sürücüsü telefonu ondan götürüb maşına qoymuşdur. 04.04.2021-ci il və 07.04.2021-ci il tarixlərdə Şahid1 xidməti geyim formasında olmamışdır. Amma sürücü Azər 07.04.2021-ci il tarixdə xidməti geyim formasında olmuşdur. 04.04.2021-ci il tarixdə mağazada maskalı olmuş və Şahid1 gördükdə maskasını ağzına qaldırmamışdır. Onun əməlində Azərbaycan Respublikası CM-nin 128 və 315-ci maddələrinin tərkibi yoxdur. Ona həmin maddələrlə bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Balakən RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxsla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Koronavirus pandemiyası ilə əlaqədar mütəmadi reydlər keçirmişlər. Koronavirus pandemiyasının qarşısının alınması ilə əlaqədar şöbənin əməkdaşları bilavasitə polis maşınlarının səs gücləndiricilərindən istifadə olunmaqla karantin rejimi qaydalarına riayət olunması üçün vətəndaşları məlumatlandırmış, tibbi maskası olmayan şəxslərə tibbi maskalar paylamışlar. 04.04.2021-ci il tarixdə də koronavirus pandemiyası ilə əlaqədar reydlər keçirmişlər. O da Balakən Rayon Polis Şöbəsinin rəis müaini Şahid1la birlikdə həmin reydlərdə iştirak etmiş, bu zaman Elxan müəllimin sürücüsü olmuş, “Hyundai ix35” markalı “**-AP-***” dövlət qeydiyyat nişanlı maşını idarə etmişdir. Saat 11 radələrində Elxan müəllimlə polis maşını ilə Balakən şəhəri Rafiq Səmədov küçəsi ilə Qabaqçöl vağzalı istiqamətində getdikdə görmüşlər ki, mağazaların qarşısında insanlar toplaşmış və maskasızdırlar. Şahid1 onlara şifahi xəbərdarlıq etmişdir ki, tibbi maskadan istifadə etsinlər. Bir müddət sonra Rafiq Səmədov küçəsi ilə Balakən şəhəri istiqamətində polis maşını ilə hərəkət edərkən Elman adlı şəxsə məxsus avtomobil ehtiyat hissələri mağazasının qarşısında və içərisində dayanan şəxslərin qoruyucu maskadan istifadə etmədiklərini görmüşlər. Elxan müəllim maşından düşüb vətəndaşlara yaxınlaşıb, nə üçün tibbi maskadan istifadə etmədiklərini demiş, daha sonra mağazaya tərəf getmiş, lakin onun mağazanın içərisində baş verənlərdən xəbəri olmamışdır. Çünki o, maşının içərisində Şahid1 gözləmişdir. Sonradan öyrənmişdir ki, mağazanın içərisində olan şəxslər tibbi maskadan istifadə etsələr də, maskaları çənələrində olmuş, Elxan müəllim mağazaya daxil olanadək həmin şəxslər onu görüb, tez maskalarını yuxarıya qaldırmışlar. Elxan müəllim mağazada olan şəxslərdən uca səslə tələb etmişdir ki, niyə maska taxmırlar, onlara xəbərdarlıq etmişdir ki, maskalarını taxsınlar. Elxan müəllim mağazada hər hansı şəxsi vurmamış və döyməmişdir. Çünki Elxan müəllim mağazaya daxil olduqdan sonra çox keçməmiş qayıdıb maşına minmiş və onlar oradan çıxıb getmişlər. 07.04.2021-ci il tarixdə Şahid1 ona demişdir ki, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ondan şikayət etmişdir. O, “Hyundai ix35” markalı “**-AP-***” dövlət qeydiyyat nişanlı maşını idarə etmiş, Elxan müəllim həmin şəxslə arasında baş vermiş anlaşılmazlığın nədən ibarət olmasını, ondan hansı hərəkətinə görə şikayət etməsini aydınlaşdırmaq, vətəndaşın narazılığını aradan qaldırmaq, ona qarşı şəxsi qərəzindən irəli gələn heç bir hərəkət etmədiyini bildirmək, yeganə məqsədinin koronavirus pandemiyası ilə əlaqədar karantin qaydalarına riayət edilməsinin təmin edilməsi olduğunu izah etmək və vətəndaş məmnunluğunun təmin olunması üçün ona Balakən rayonu Talalar kəndindən keçən əsas yolun kənarında Təqsirləndirilən şəxs işlətdiyi avtomobil təmiri sexinin qarşısında saxlamağını demişdir. Mağazanın sahibi Elman da onlarla ora getmişdir. Çünki onlar Təqsirləndirilən şəxs evinin yerini tanımamışlar. Ona görə də Elman onlara onun yaşadığı evi göstərmişdir. Asifin evi ilə sexi bir-birinə bitişik olmuş, onlar maşından düşmüş, Elman Asifi çölə çağıranda Asifin qardaşı Vasif onlara tərəf gəlib, Elxan müəllimi və Elmanı həyətə dəvət etmişdir. Elxan müəllim və Elman həyətə daxil olmuşlar. O, çöldə polis maşınının yanında olmuş, Asifin evi ilə üzbəüz yolun digər tərəfində ərzaq mağazası olmuş, həmin mağazaya getmiş, orada mağazanı işlədən adını bilmədiyi bir nəfər yaşlı kişi olmuşdur. Həmin şəxsə özünü təqdim edib bildirmişdir ki, maskadan istifadə qaydalarına riayət etsin, mağazaya gələnlərə tibbi maska taxmalarını bildirsin və tibbi maskadan istifadə etməyən şəxsləri buraxmasın. Çünki kimsə maskasız gəlib mağazaya daxil olsa, ona görə o, cərimə olunacaq. Bundan sonra o, maşının yanına qayıdıb maşının içərisində oturmuş və Elxan müəllimi gözləmişdir ki, gəlsin və çıxıb getsinlər. Vasiflə danışıq zamanı Elxan müəllim Vasifə izah etmişdir ki, onun məqsədi qardaşına sağlamlığının qorunması üçün tibbi maskadan düzgün istifadə etmək qaydasını öyrətmək və ona xəbərdarlıq etmək olmuşdur. Onlar sakit şəkildə söhbət etmişlər. Həmin vaxt Asif evindən çıxıb əlində telefonun kamerası ilə çəkiliş apara-apara onlara yaxınlaşmış, daha sonra çölə çıxıb onu və polis maşınını çəkməyə başlamış və yenidən həyətə daxil olub Elxan müəllimi çəkmişdir. Elxan müəllim həyətdən çıxıb gəlib maşına oturmuş, Asif əlində kamera ilə çəkilişi davam etdirərək, guya Elxan müəllimin onun evinə şikayətini geri götürmək üçün getdiyini, ondan şikayətini geri götürməsini tələb etdiyini deyib, video çəkə-çəkə maşının qarşısına keçmiş və çıxıb getmələrinə mane olmuşdur. Asif də maşının qarşısında dayandığı üçün maşını sürə bilməmişdir. Belə ki, avtomaşını sürdüyü təqdirdə Asif xəsarət ala bilərdi. Bundan sonra Asif onun, Elxan müəllimin, ümumiyyətlə, polisin ünvanına nalayiq sözlər demiş, o, əliylə Asifə buradan çıxıb getməsini desə də, Asif onun dediklərinə məhəl qoymamış və daha da aqressiv formada hərəkətlərini davam etdirmişdir. O da maşından düşüb Asifdən çəkilişi dayandırmağı tələb edib, əlini kameranın qarşısına tutmuş, telefon Asifin əlindən yerə düşmüşdür. Bu vaxt Asiflə arasında mübahisə olmuş, o və Asif ayaq üstə dik vəziyyətdə dayanan halda Asif qəfildən başı ilə onun ağız nahiyəsinə zərbə vurmuşdur. Onun dodağı, Asifin isə qaşı qanamağa başlamışdır. Bu zaman o, burun nahiyyəsindən xəsarət almamışdır. Daha sonra Elxan müəllim maşından düşüb onu maşına oturtmuş, özü də keçib maşının ön hissəsində əyləşmişdir. Onun tərəfdən maşının pəncərəsi bağlı olsa da, Elxan müəllim tərəfdən pəncərə açıq olmuşdur. Asif Elxan müəllimə yaxınlaşıb yaxasından tutub nalayiq sözlərlə maşından aşağı düşməyini demiş, Elxan müəllim Asifi özündən uzaqlaşdırmaq istəsə də, Asif Elxan müəllimin yaxasından möhkəm yapışıb buraxmamış və qışqıraqışqıra maşından düşməyini demişdir. Elxan müəllim maşının pəncərəsini qaldırmaq istəsə də, qaldıra bilməmişdir. Çünki Asif bədəninin yuxarı hissəsini maşının pəncərəsindən içərisinə saldığı üçün Elxan müəllimə imkan verməmişdir. Həmin vaxtı Elxan müəllim maşından düşməyib təlaşlı halda birtəhər Asifi özündən kənarlaşdırmış və hadisənin böyüməməsi üçün ona tez sürüb getməyi bildirmişdir. O da həyəcanlı şəkildə maşını sürmüş və oradan çıxıb getmişlər. Amma Asifin ayağının maşının arxa təkəri altında qalmasını görməmiş, çünki həmin vaxt həyəcan və təlaş içərisində oradan uzaqlaşmağa çalışmışlar. Maşınla gedəndə Asif və başqa biri onun idarə etdiyi maşına daş atmışlar. Həmin daşlar maşının Elxan müəllim oturan tərəfdən arxa çöl hissədən qapının yuxarısına dəymişdir. 04.04.2021-ci il tarixdə baş verənləri maşında olduğu üçün görməmiş, lakin sonradan eşitmişdir ki, Elxan müəllim Təqsirləndirilən şəxs irad bildirmişdir ki, niyə maskadan düzgün istifadə etmir. Çünki Asifin maskası çənəsində olmuş, Elxan müəllimi görəndə Asif tez maskasını yuxarıya qaldırmış, Elxan müəllim Asifi nə təhqir etmiş, nə də şillə ilə vurmuşdur. 07.04.2021-ci il tarixdə o və Elxan müəllim Asifi nə yumruq və ya təpiklə vurmuş, nə də Asifə hər hansı xəsarət yetirmişlər. Amma Asif kəllə ilə onun ağzına vurub xəsarət yetirmişdir. O cümlədən, nə o, nə də Elxan müəllim Asifin ayağına xəsarət yetirməmişlər. Təlaşlı halda oradan uzaqlaşmaq istəyirdi deyə Asifin ayağının maşının arxa təkəri altında qalmasını görməmişdir. Asif ayaq üstə maşının arxasıyca daş atmışdır. Əgər Asifin ayağı təkər altında qalmışdısa, Asif necə maşının arxası ilə daş ata bilərdi. Şahid1 Asifdən üzr istəmək üçün getməmiş və şikayətini geri götürməyini tələb etməmiş, Asifi döyməmiş və qaşına vurub xəsarət yetirməmişdir. Əksinə o, Asifdən çəkilişi dayandırmağı tələb edib, əlini kameranın qarşısına tutmaq istədikdə, telefon yerə düşmüş, bundan sonra Asif başı ilə onun ağzına vurmuşdur. Habelə Elxan müəllim Asifi döyməmiş və maşına mindirməmişdir. O, Asifə xəsarət yetirmək üçün Asifin ayağının üstündən keçməmişdir. Asif onun, Elxan müəllimin, ümumiyyətlə polisin ünvanına təhqiramiz sözlər işlətmişdir. Bildiyi qədərilə, telefon sınmamışdır. 04.04.2021-ci il tarixdə koronavirus pandemiyası ilə əlaqədar reydlər keçirmişlər. Həmin vaxt, eləcə də 07.04.2021-ci il tarixdə o, xidməti geyim formasında olmuşdur. Şahid1 Asifə “izahatını geri götür, barışmaq üçün gəlmişəm. Əgər götürməsən, sənin özünə cinayət işi açılacaq” deməmiş, Asif Elxan müəllimə “qanun-qayda nədirsə, o da olsun” bildirməmişdir. Əksinə Asif telefonun kamerası ilə video çəkiliş apararaq, Elxan müəllimin onun evinə şikayətini geri götürmək üçün getdiyini və ondan şikayətini geri götürməsini tələb etdiyini demişdir. Elxan müəllim Asifə təhqiredici söz, eləcə də, “cəhənnəmə götür” deməmişdir. Elxan müəllim Asifin qardaşı Vasiflə Asifin həyətində sakit şəkildə söhbət etmiş, Asif o oturan tərəfdən maşının pəncərəsini döyüb, oranı tərk etmələrini xahiş etməmişdir. O, Asifdən çəkilişi dayandırmağını tələb etdikdə, Asif dayandırmamış və durmadan çəkiliş aparmışdır. O, Asifin telefonunu maşında oturduğu vəziyyətdə almamış, ümumiyyətlə Asifin telefonunu götürməmişdir. O, Asifdən çəkilişi dayandırmağını istəyib əlini kameranın qarşısına tutduqda, telefon Asifin əlindən yerə düşmüş, bundan sonra telefonu görməmişdir. Şahid1 Asifi maşına mindirmək istəməmiş, o da Elxan müəllimə kömək etməmiş, Elxan müəllim Asifi yerə yıxmamış, yerdən göyə qaldırıb yerə çırpmamışdır. Elxan müəllim Asifin başını tutub maşına vurmamışdır. Asif ona kəllə ilə ağız nahiyəsinə vurduqda onun dodağı, Asifin qaşı qanamağa başlamışdır. Təqsirləndirilən şəxs onun paltarını cırmamış, Elxan müəllim oturan tərəfdən əlini içəri salıb telefonunu qaytarmasını deməmişdir. Çünki telefon Asifin əlindən yerə düşmüş və onlarda olmamışdır. Telefonu sonradan səhv etmirsə, Elman tapıb gətirib şöbəyə təhvil vermişdir. Asif Elxan müəllimin yaxasından tutub təhqiredici sözlər demişdir. Asifin qolu maşının pəncərəsində qalmamış və o da Asifin qolu o şəkildə qalaqala maşını sürməmişdir. O, Asifin ayağının üzərindən keçməmişdir. Onlar oradan çıxıb getdikdən sonra Elxan müəllimlə birlikdə birbaşa şöbəyə getmişlər. Elxan müəllim nə təcili yardımın qabağını kəsmiş, nə də təcili yardıma şöbəyə sürməsini demişdir. Təcili yardımın Asifin ünvanına getməsindən xəbəri olmamışdır. Bundan əlavə, məhkəmə-tibbi ekspertizasının 13.04.2021-ci il tarixli, 101 nömrəli ekspert rəyində qeyd olunanlar- Təqsirləndirilən şəxs sağ dizin bayır səthində 2 ədəd, sağ topuqda bayır səthdə 1 ədəd səthi sıyrıqlar barədə heç nə deməmişdir. Çünki Asif onun dodağına vurduqdan sonra özünü itirmiş, sonradan birtəhər maşını sürüb oradan uzaqlaşmışdır. O, Asifin evinə polis göndərməmiş və başının hərlənib yıxılaraq xəsarət aldığını deməmişdir. Bir daha bildirir ki, Təqsirləndirilən şəxs onun ağzına kəllə ilə vurmuş və o, həmin zərbə nəticəsində xəsarət almışdır. Lakin onun 07.04.2021-ci il tarixdə gecə saat 03-ə qədər onların qapılarında 1 nəfər xidməti formada polis əməkdaşının ərizə ilə gözləyərək onu barışığa göndərmələrini deməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qimində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin rəis müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Koronavirus pandemiyası ilə əlaqədar mütəmadi reydlərə başlamışlar. Koronavirus pandemiyasının qarşısının alınması ilə əlaqədar tərəflərindən vətəndaşlar bilavasitə polis maşınlarının səs gücləndiricilərindən istifadə olunmaqla karantin rejimi qaydalarına riayət olunması üçün məlumatlandırılır, tibbi maskası olmayan şəxslərə tibbi maskalar paylanılır. 04.04.2021-ci il tarixdə koronavirus pandemiyası ilə əlaqədar reydlər keçirmiş, saat 11 radələrində polis maşını ilə Balakən şəhəri Rafiq Səmədov küçəsi ilə Qabaqçöl vağzalı istiqamətində getdikdə mağazaların qarşısında insanların toplaşdığını və maskasız olduqlarını görmüşdür. Onlara şifahi xəbərdarlıq etmişdir ki, tibbi maskadan istifadə etsinlər. Bir müddət sonra Rafiq Səmədov küçəsi ilə Balakən şəhəri istiqamətində polis maşını ilə hərəkət edərkən Elman adlı şəxsə məxsus avtomobil ehtiyat hissələri mağazasının qarşısında və içərisində dayanan şəxslərin qoruyucu maskadan istifadə etmədiklərini görmüşdür. Maşından düşüb vətəndaşlara yaxınlaşmış və nə üçün tibbi maskadan istifadə etmədiklərini soruşmuşdur. Daha sonra mağazaya tərəf getmişdir. Mağazanın içərisində olan şəxslər tibbi maskadan istifadə etsələr də, maskaları çənələrində idi. Mağazaya daxil olmuşdur. Mağazaya daxil olanadək həmin şəxslər onu görüb tez maskalarını yuxarıya qaldırmışlar. Mağazaya daxil olduqda qarşısında dayanan şəxsdən uca səslə tələb etmişdir ki, niyə maska taxmır, ona da xəbərdarlıq etmişdir ki, maskasını taxsın. Əlini onun ağzına tərəf aparıb toxunduraraq maskanı düzgün taxmağını bildirmiş və ona göstərmişdir ki, maska çənədə yox, ağızda olmalıdır. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi həmin şəxs ondan nəyə görə uca səslə danışdığımı soruşub, ağzında maska olduğunu dedikdə, ona bildirmişdir ki, maska yaraşıq üçün taxılmır, bu onun sağlamlığının qorunması üçündür. Asif ona demişdir ki, neyniyə bilər. O da əsəbləşib oradan çıxmışdır. Çünki o, Asifə maskanın onun sağlamlığının qorunması üçün lazım olduğunu deyir, Asif də ona kobud şəkildə cavab verirdi. Amma ona xəbərdarlıq etdiyi üçün onun barəsində inzibati cərimə yazılmasına zərurət görməmişdir. Bundan sonra həmin şəxsi görməmişdir. Bundan başqa, 07.04.2021ci il tarixdə öyrənmişdir ki, Təqsirləndirilən şəxs ondan şikayət edib. Onunla arasında baş vermiş anlaşılmazlığın nədən ibarət olmasını, ondan hansı hərəkətinə görə şikayət etməsini aydınlaşdırmaq, vətəndaşın narazılığını aradan qaldırmaq, ona qarşı şəxsi qərəzdən irəli gələn heç bir hərəkət etmədiyini bildirmək, yeganə məqsədinin koronavirus pandemiyası ilə əlaqədar karantin qaydalarına riayət edilməsinin təmin edilməsi olduğunu izah etmək və vətəndaş məmnunluğunun təmin olunması üçün sürücüsü Azərlə birlikdə Talalar kəndindən keçən əsas yolun kənarında Təqsirləndirilən şəxs işlətdiyi avtomobil təmiri sexinin qarşısında dayanmışlar. Mağazanın sahibi Elman da onlarla ora getmişdir. Çünki o, Təqsirləndirilən şəxs evinin yerini tanımamışdır. Ona görə də Elman ona Asifin yaşadığı evi göstərmişdir. Asifin evi ilə sexi bir-birinə bitişik idi. Asifi çölə çağıranda onun qardaşı Vasif onlara tərəf gəlmiş və onları həyətə dəvət etmişdir. O və Elman həyətə daxil olmuşlar. Vasiflə danışıq zamanı ona izah etmişdir ki, onun məqsədi qardaşına sağlamlığının qorunması üçün tibbi maskadan düzgün istifadə etmək qaydasını öyrətmək, ona xəbərdarlıq etmək olmuşdur. Vasiflə sakit şəkildə söhbət etmişlər. Həmin vaxt Asif evindən çıxıb əlində telefonun kamerası ilə çəkiliş apara-apara onlara yaxınlaşmışdır. Elman Asifə irad bildirərək, telefonu yığışdırmasını demişdir. Lakin Asif onun sözlərinə qulaq asmamışdır. O, həyətdən çıxıb gedib maşına oturmuşdur. Asif əlində kamera ilə çəkilişi davam etdirərək, guya onun Asifin evinə şikayətini geri götürmək üçün gəldiyini, ondan şikayətini geri götürməsini tələb etdiyini deyib, maşının qarşısına keçmiş və onların getməyinə mane olmuşdur. Bundan sonra Asif onun və ümumiyyətlə polisin ünvanına nalayiq sözlər işlətmişdir. Azər əli ilə Asifə demişdir ki, çıxıb buradan getsin. Lakin Asif daha da aqressiv formada hərəkətlərini davam etdirmişdir. Sürücüsü Azər maşından düşüb, Asifdən çəkilişi dayandırmağı tələb edib, əlini kameranın qarşısına tutmuşdur. Telefon onun əlindən yerə düşmüşdür. O, maşının digər tərəfində olduğu üçün bir anlıq nə baş verdiyini görməmişdir. Bu vaxt Asiflə Azər arasında mübahisə olmuşdur. Onlar avtomaşının sürücü olan qapısında bir qədər əyilmiş vəziyyətdə olmuşlar. O isə avtomaşının qabaq sərnişin qapısı tərəfdə olmuşdur. Bir anlıq Azərin dodağının, Asifin isə qaşının qanadığını görmüşdür. Bu zaman avtomaşının sürücü tərəf olan hissəsində əyilikli vəziyyətdə Asifin qəfildən başı ilə Azərin ağız nahiyəsinə zərbə vurmasını başa düşmüşdür. Lakin zərbənin necə vurulduğunu bilavasitə görməmişdir. Azəri maşına oturtmuş və özü də maşının digər tərəfində oturmağa getmişdir. Onun tərəfdən maşının pəncərəsi açıq olmuşdur. Asif ona yaxınlaşıb yaxasındann tutub, nalayiq ifadələrlə maşından aşağı düşməyini bildirmişdir. Onu özündən uzaqlaşdırmaq istəsə də, Asif onun yaxasından möhkəm yapışıb, qışqıra-qışqıra maşından düşməyini tələb etmişdir. Maşının pəncərəsini qaldırmaq istəsə də, qaldıra bilməmişdir. Çünki Asif bədəninin yuxarı hissəsini maşının pəncərəsindən içərisinə saldığı üçün buna imkan verməmişdir. Həmin vaxt o, maşından düşməmişdir. Təlaşlı halda birtəhər Asifi özündən kənarlaşdırmış və hadisənin böyüməməsi üçün Azərə tez sürüb getməni bildirmişdir. Azər həyəcanlı şəkildə maşını sürmüş və oradan çıxıb getmişdir. Amma Asifin ayağının maşının arxa təkəri altında qalmasını görməmişdir. Çünki həmin vaxt həyəcan və təlaş içərisində oradan uzaqlaşmağa çalışmışlar. Maşınla gedəndə güzgüdən görmüşdür ki, Asif və başqa biri maşına daş atmışdır. Həmin daşlar maşının o oturan tərəfdən arxa çöl hissədən qapının yuxarısına dəymişdir. İstər o, istərsə də sürücüsü Azər Təqsirləndirilən şəxs nə yumruq, nə də təpiklə vurmamış, nə də ona hər hansı xəsarət yetirməmişlər. Asif kəllə ilə Azərin ağzına vurub xəsarət yetirmişdir. Nə o, nə də sürücüsü Azər Asifin ayağına xəsarət yetirməmiş, təlaşlı halda oradan uzaqlaşmaq istəmişlər deyə Asifin ayağının maşının arxa təkəri altında qalmasını görməmişdir. Eyni zamanda Asif ayaq üstə maşının arxası ilə daş atırdı. Əgər onun ayağı təkər altında qalmışdısa, o, necə maşının arxası ilə daş ata bilərdi? O, Asifdən üzr istəmək üçün getməmiş və şikayətini geri götürməyini tələb etməmişdir. O, Asifi döyməmiş və qaşına vurub xəsarət yetirməmişdir. Asifin sosial şəbəkələrdə paylaşdığı video görüntüdən də görünür ki, Asifin nə ayağının, nə də ayaqqabısının üzərində maşının onun ayaqqabısı və ayağının üzərindən keçməsini, yəni toza-torpağa bulaşmasını, cırılmasını göstərən izlər yoxdur. 04.04.2021-ci il tarixdə koronavirus pandemiyası ilə əlaqədar reydlər keçirmiş, həmin vaxtı xidməti geyim formasında olmamışdır. 07.04.2021-ci il tarixdə də xidməti geyim formasında olmamış və Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında aralarında baş vermiş anlaşılmazlığın aydınlaşdırılması və vətəndaş məmnunluğunun təmin olunması üçün dayanmışdır. Hadisə vaxtı o, Asifi maşına mindirmək istəməmiş, sürücü də ona kömək etməmişdir. Həmçinin o, Asifi yerə yıxmamış, onu yerdən göyə qaldırıb yerə çırpmamış, onun başını tutub maşına vurmamışdır. Asif sürücü Azərə kəllə ilə ağız nahiyəsinə vurduqda Azərin dodağı, onun qaşı qanamağa başlamışdır. Onlar oradan çıxıb getdikdən sonra sürücüsü ilə birlikdə birbaşa şöbəyə getmiş, o, nə təcili yardımın qabağını kəsmiş, nə də təcili yardıma şöbəyə sürməsini demişdir. Belə bir hal olmamışdır. Təcili yardımın onun ünvanına getməsindən xəbəri olmamışdır. Hədisə vaxtı Təqsirləndirilən şəxs Azərin paltarını cırmasını dəqiq xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tez-tez mağazasına gəlib-gedirdi. 04.04.2021-ci il tarixdə saat 11 radələrində Şahid1 maska taxmasını tələb edəndə, mağazada olan Təqsirləndirilən şəxs maskası çənəsində idi. Şahid1 Təqsirləndirilən şəxs maskasını düzətməsini tələb etmiş və çıxıb getmişdir. 2-3 gün sonra Şahid1 gəlib ona dedi ki, Asifin evini göstərsin. Onlar Asifgilə getmişlər. Gedəndə Asifin qardaşı ilə söhbət edəndən sonra çıxan zaman Asif telefonla çəkiliş edə-edə gəlmişdir. Onlar çölə çıxanda Asiflə Azər qabaq-qabağa durmuşdular. Sonra Asif ayaqüstə Azərə başı ilə vurdu. Onlar qabaq-qabağa duran vaxt o, maşının arxa sol tərəfində idi. Kəllə Azərin dodağına dəyəndə görmüşdür. Bu zaman Azərin dodağı çatlamışdır. Kəllə Azərə dəyəndə Asifin əlindən telefon yerə düşdü və Asifin telefonunu o, polis şöbəsinə təhvil vermişdir. Onun polis şöbəsi ilə heç bir əlaqəsi yoxdur. Asif Azəri vuranda onlar qabaq-qabağa durmuşdular və o, bunu görmüşdür. O, maşının sağ tərəfində, Şahid1 isə aralıda idi. Bu söz-söhbət mağazasının qabağında olduğu üçün o, Asifə zəng etmiş, həmçinin şikayətinin geri götürülməsini təklif etmişdir. Həyətə gəlməkdə məqsədi Asif yalandan şikayət etdiyi üçün onları onun həyətinə gətirmək olmuşdur. Avtomaşının Asifi dartmağını görməmişdir. Həmin vaxt avtomaşın Asifin ayağının üstündən keçməmişdir. Sonra Şahid1 Azərlə avtomaşına oturmuş və onlar çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 07.04.2021-ci ildə Şahid1, Elman və o, üçü söhbət etmişlər. Şahid1 dedi ki, bir az əsəbiyik, qardaşını vurmuşdur, üzr istəmək üçün gəlmişdir. Sonra Şahid1la səmimi görüşüb aralanan vaxt Asif çəkiliş apara-apara gəlmişdir. O, Elmanla söhbət edəndə çöldən səs gəlmiş, səsə çıxanda Elxanla Azərin qardaşı Asifi döydüyünü görmüşdür. Azər onu tutmuş, onları ayırmağına imkan verməmişdir. Şahid1 Asifi iki dəfə asfalta, dörd dəfə isə Asifin başını maşina vurmuşdur. Asifi maşina mindirə bilməmişlər. Sonra Asif telefonunun maşında qaldığını bildirib, telefonu götürmək istəyəndə polis əməkdaşları maşının şüşəsini qaldırıb maşını sürüb getmişlər. Hadisə vaxtı Asif Azəri başı ilə vurmamışdır, belə bir hal olmamışdır. Hadisə yerinə 100-ə qədər adam yığılmışdı. Məhkəmə iclasındla şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərimşdir ki, o, prokurorluğa şikayət etmiş, lakin onun şikayətinə baxmamışlar. O, hadisəni görmüşdür. Bu üç nəfər yaşadıqları evə gəlib, yoldaşını vurdular. Şahid1 və sürücüsü sexin yox, evilərinin qarşısında dayanmışlar. Ərinin video çəkiliş apara-apara polis maşınını çəkməsini, Şahid1, eləcə də, polisi təhqir etməsini və Azərin maşından düşüb ərindən çəkilişi dayandırmağı tələb etməsini bilməmişdir. Amma Azər telefonu ərinin əlindən salmamış, Şahid1 ərinin əlindən telefonunu almışdır. Həmin vaxt heç kəs maşına daş atmamışdır. 04.04.2021-ci il tarixdə Şahid1la Asif arasında nə baş verməsini görməmişdir, çünki orada olmamışdır. Əri Asifin telefonunun sınmasını bilməmişdir. Azərin maşında oturduğu halda maşının pəncərəsindən əliylə telefonu vurub yerə salması halı olmamışdır. Şahid1 telefonu ərindən götürmüşdür. 07.04.2021-ci il tarixdə Şahid1 xidməti geyim formasında olmamış, amma sürücüsü Azər xidməti geyim formasında olmuşdur. 04.04.2021-ci il tarixdə Şahid1 hansı geyim formasında olmasını orada olmadığı üçün bilməmişdir. Balakən rayon prokurorluğuna daxil olmuş müraciət ona məxsus olmuş, onun tərəfindən imzalanmış və həmin müraciəti özü yazmışdır. Zərərçəkmiş şəxs yalandan əri Təqsirləndirilən şəxs onu vurduğunu demişdir. X14 vurmamışdır. Çünki Azər evlərinə polis göndərib demişdir ki, Azər başı hərlənib yıxılaraq xəsarət almışdır. Əri Asifin əlində telefonla çəkiliş aparması, Elmanın ərinə irad tutsa da, ərinin çəkilişə davam etməsi, daha sonra Elxanın keçib maşında oturması, özünün də qardaşına telefonu yığışdır deyə irad tutması, ərinin isə çəkilişə davam etməsi halları olmamışdır. Elmanın və qaynı Vasifin əri Asifə çəkilişi dayandırması barədə irad tutmalarını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində hadisə vaxtı orada 100-150 nəfər adamın toplaşdığını, Asifin qolunun polis avtomaşının qabaq sağ tərəfində içəridə olduğunu, belə vəziyyətdə avtomaşının hərəkət etdiyini, Asifin yıxıldığını və avtomaşının Asifin sağ ayağının üstündən dabanından dizinə qədər keçdiyini, kənd adamlarının təcili tibbi yardım avtomaşının dalınca avtomaşınlarla gəldiyini, təcili tibbi yardım avtomaşının Balakən Rayon İcra Hakimiyyətinin qabağında dayandığını, polis avtomaşının sürücüsündə xəsarət olduğunu görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, müharibədə olduğu üçün çox şeyi xatırlamır. Müavin gələn vaxt sexdə işləmişdir. O, hadisə yerinə sonradan gəlmişdir. Gələndə görmüşdür ki, Asif yerdə oturmuş və başı yarılmışdır. Sonra eşitmişdir ki, Asifin ayağının üstündən maşın keçmişdir. Asifi çoxdan və yaxşı insan kimi tanıyır. Asifin üstündən maşının keçməsini kimdən eşitdiyini xatırlamır. Bir də eşitmişdir ki, Asifin başını maşina vurublar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə Şahid8 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqramla müracit edərək, üzrlü səbəbdən məhkəməyə gələ bilmədiyini və ibtidai istintaqda şahid qismində verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid8 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid8 ifadəsində göstərdi ki, 2002-ci ildən Balakən rayon Mərkəzi Xəstəxanasında həkim-terapevt işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 07.04.2021-ci il tarixdə növbədə olmuş, günorta vaxtı təcili yardıma “Talalar kəndində yolun üstündə avtoqəza” barədə çağırış daxil olmuşdur. Həmin çağırışla əlaqədar o, tibb bacısı Şahid9 və sürücü Şahid7 çağırış yerinə getmişlər. Ora çatdıqda görmüşdür ki, sonradan adının Asif olduğunu öyrəndiyi şəxs divara söykənib yerdə oturulu vəziyyətdədir və sağ qaşından qan axır. Asifə demişdir ki, ağrıkəsiciyə ehtiyac varmı, Asif ehtiyac olmadığını bildirmişdir. Ətrafda olan insanlar Asifi danışdırmış, Asif də cavab vermişdir. Asifin huşu aydın olmuş və suallara sərbəst cavab vermişdir. Asifdən nə baş verdiyini soruşduqda Asif demişdir ki, rəis müavini onu maskaya görə döymüş, onun ayağının üstündən maşınla keçmişdir. Asif ayaqlarını hiss etmədiyini deyib ayaqlarına toxunmalarına imkan verməmişdir. Asifi xərəyə qoyub maşının arxa hissəsinə yerləşdirmişlər. Asiflə birlikdə qardaşı da maşının arxa hissəsində əyləşmişdir. Başqa kiminsə orada oturmasını xatırlamır. Asifin qardaşının adını bilmir. O və tibb bacısı maşının ön hissəsində əyləşmişlər. Yolboyu hansısa polis maşını təcili yardım maşınının qabağını kəsməmiş və ümumiyyətlə yolboyu təcili yardım maşınının qarşısını kəsən polis maşını görməmişdir. Beynəlxalq Bankın yanında olanda hansısa maşın təcili yardım maşının yanında dayanmış, həmin maşının da yanında başqa maşın dayanmışdır. O, sürücüyə sürüb getmələrini demişdir. Lakin heç kim sürücüyə yaxınlaşmamış və sürücüylə danışmamışdır. Sürücü də heç kəslə söhbət etməmişdir. Həmin şəxsin polis, yaxud vətəndaş olmasını bilməmişdir. Onlar bir neçə saniyəlik dayanmış, sonra yollarına davam etmişlər. Xəstəni aparıb acil şöbəsinə yerləşdirmişlər. Maşından düşəndə Asifin huşu aydın olmuş və sərbəst danışmışdır. Təqsirləndirilən şəxs huşu aydın olmuş və Asif suallara sərbəst cavab vermişdir. Hətta Asifi xəstəxananın acil şöbəsinə təhvil verdikdə belə Asif sərbəst və aydın şəkildə danışmışdır. O, rəis müavini Şahid1 tanımır. Beynəlxalq Bankın yanında polis əməkdaşlarının Asifi şöbəyə aparmaq və vətəndaşların onu şöbəyə aparmalarına mane olmaları ilə bağlı heç nə olmamışdır. Təqsirləndirilən şəxs ona demişdir ki, onun ayaqlarının üstündən maşın keçmiş, o, Asifin ayaqlarına baxmaq istədikdə Asif ayağına toxunmalarına imkan verməyib ayaqlarının ağrıdığını demişdir. Ona görə də o, təcili yardım jurnalında Asifə onun deməsi əsasında təxmini “hər iki baldırın əziyi” diaqnozu qoymuşdur. Amma Asifin şalvarının üzərində onun ayaqlarının üstündən maşının keçməsinə dair heç bir iz, toz-torpaq və cırıq olmamışdır. Asifin ayağının sınıbsınmaması barədə məlumatı olmamışdır. Həmçinin Asif bildirmişdir ki, onun başına vurmuşlar, ürəyi bulanır, başı gicəllənir və başı ağrıyır. Asifin dedikləri əsasında təxmini “qapalı kəllə-beyin travması” diaqnozu qoymuşdur. Əsas və dəqiq diaqnoz xəstəxananın həkimləri tərəfindən baxıldıqdan sonra qoyulur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RMX-nin TTYŞ-nin tibbi bacısı Şahid9 qızı ifadəsində göstərmişdir ki, onlar işdə olanda avtoqəza ilə bağlı çağrılmışlar. Xatırlamadığı şəxslərin dediyinə görə Asifi vurublar. Onlar Asifi xərəyə qoyub təcili tibbi yardım maşınında xəstəxanaya aparmışlar. Asif onlara dedi ki, ayağının üstündən maşın keçmişdir. O, orada Asifi müayinə etmədi. Asif özü ayağına toxunmamasını bildirdi. Onlar hadisə yerinə gələn vaxt Asif divara söykənikli dururdu. Xəsarətin necə yetirildiyini soruşduqda, Asif ayağının üstündən avtomaşının keçdiyini dedi. Sonra Asifi acil şöbəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 da Şahid9 qızının ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid10 ifadəsində 07.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs bələdiyyə tərəfdən evə telefonla çəkə-çəkə gəldiyini, orada olan avtomaşında oturmuş bir nəfərin ona çəkməməsini dediyini, sürücünün avtomaşına oturduğunu, Asifin həyətə keçdiyini, müəyyən müddətdən sonra Asifin həyətdən çıxdığını, avtomaşında gələn şəxslərin Asiflə dartışdığını, sonra avtomaşına oturduqlarını, Asif salonu çəkəndə Asifin boynundan tutub avtomaşina salmaq istədiklərini, sala bilmədikdə telefonu əlindən aldıqlarını, Asifin telefonunu verməsini tələb etdiyini, avtomaşının hərəkət etdiyini və 10-15 metr yavaş getdikdən sonra Asifin qolu içəridə olanda sürətin artırıldığını, Asifin yerə yıxıldığını, sonra təcili tibbi yardım avtomaşının çağrıldığını və Asifin təcili tibbi yardım avtomaşınında aparıldığını, Asifin Azəri vurduğunu görmədiyini, avtomaşının sürücüsünün öz yerində olduğunu və ətrafda çoxlu adamın olduğunu bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid11 ifadəsində hadisə vaxtı polis əməkdaşlarının mülki formada olduğunu, Asifin əlindən telefonu götürdüklərini, hündürboylu bir şəxsin Asifin başını maşina çırpdığını, Asifin başının partladığını, Asifin əli avtomaşında olan zaman polis avtomaşının 5-6 metr getdiyini və Asifi sürüdüyünü, sonra Asifin yerə yıxıldığını və avtomaşının Asifin ayağının üstündən keçdiyini, Asifin Azəri vurduğunu görmədiyini, Asifin başını maşina vuranın boydan hündür olan şəxs olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 23 mart 2021-ci il tarixli Balakən şəhəri Rafiq Səmədov küçəsində yerləşən Şahid2 məxsus avtomobil ehtiyat hissələri mağazasına quraşdırılmış video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, video görüntüdə tarix 04.04.2021-ci ildir. Mağazada olan şəxslər maskasızdırlar və tibbi qoruyucu maskadan istifadə etməmişlər. Görüntüdə Təqsirləndirilən şəxs bənzəyən şəxsin tibbi maskadan düzgün istifadə etmədiyi, yəni maskasının çənəsində olması müşahidə edildi. Təqsirləndirilən şəxs bənzəyən şəxsin əlində dəftər və dəftərin arasında qələm vardır. Sonuncu kiminləsə söhbət edir. Görüntüdə danışıqlar eşidilmir. Görüntünün 1-ci dəqiqəsində Təqsirləndirilən şəxs bənzəyən şəxs maskadan düzgün istifadə edib maskasını burnunun üstünə qaldırdı və mağazanın giriş hissəsinə tərəf getdi. Mağazada olan digər şəxslər də maskalarından düzgün istifadə etdilər, yəni maskalarını burunlarının üstünə qaldırdılar. Balakən RPŞ-nin rəis müavini Şahid1 bənzəyən şəxs mağazaya daxil olub Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşıb əlini souncunun burnuna və əlinə toxunduraraq nəsə desə də, danışıqlar eşidilmir. Daha sonra Şahid1 bənzəyən şəxs mağazadan çıxıb getdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 08 aprel 2021-ci il tarixli protokoldan (1-ci cild, iş vərəqləri 27-35) görünür ki, Balakən RPŞ-nin rəis müavini Şahid1 sürücüsü Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai ix35” “**-AP-***” nömrəli avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin sağ yan hissəsində arxa qapının üst hissəsində 2 ayrı-ayrı hissədə əzilməyə xarakterik zədələr, maşının sağ yan hissəsində arxa sağ qanadda cızıqların, ön sağ qanadda zədənin, maşının sağ yan hissəsində ön qapının üzərində ağ rəngli çoxsaylı cızıqların və zədələrin olması müəyyən edilmişdir. Avtomobilin sağ yan hissəsində arxa qapının üst hissəsində qanabənzər izlərin olması müəyyən edilmədi. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 08 aprel 2021-ci il tarixli protokoldan (1-ci cild, iş vərəqləri 36-42) görünür ki, hadisənin baş verdiyi Balakən rayonu Talalar kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus evin qarşısına baxış keçirilmiş və orada qana bənzər ləkələr, həmçinin iş üçün əhəmiyyət kəsb edən izlər aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən RPŞ-nin rəis müavini Şahid1 rayon prokurorluğuna təqdim etdiyi 01 ədəd DVD diskinə baxış keçirilməsi haqqında 10 aprel 2021-ci il tarixli protokoldan (1-ci cild, iş vərəqləri 66- 67) görünür ki, Təqsirləndirilən şəxs oxşayan şəxs sağ ayağını düzünə uzatmış, sol ayağını sağ ayağına doğru qatlayıb belini dəmir materialdan ibarət olan darvazaya söykəyib yerdə oturmuşdur. Onun əynində mavi rəngli cins şalvar, şabalıdı (bardovıy) rəngli, üzərində ağ rəngli xətləri olan kvadratları özündə əks etdirən köynək və qara rəngli ayaqqabı olmuşdur. Həmin şəxsin şalvarının və ayaqqabısının üzərində cırılmağa və ya hər hansı formada zədələnməyə, toza-torpağa bulaşmağa, eləcə də, ayağının üzərindən hər hansı maşının keçməsinə xarakterik izlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bənzəyən şəxsin əlində telefon olmuşdur. Sağ qaşının kənarından aşağıya doğru qanabənzər maye axmışdır. Təqsirləndirilən şəxs bənzəyən şəxs ətrafdakıların ona vermiş olduğu suallara rahat şəkildə, tələsmədən və heç bir ağrı hiss etmədən sərbəst cavab vermiş, ətrafda olan şəxslər ona olduğu cürə hadisəni danışmağını bildirmişdir. Təqsirləndirilən şəxs bənzəyən şəxs şikayəti olduğunu, şikayəti ilə bağlı rəis müavini Şahid1 gəlib ondan şikayətini geri götürməyini tələb etdiyini, Şahid1 şikayətini geri götürməyəcəyini dediyini, onda Şahid1 onu döydüyünü, qaşını partlatdığını, döyüb maşına mindirmək istədiyini, maşınla ayaqlarının üstündən keçdiklərini, həmin vaxtı sağ ayağının aşağı hissəsini hiss etmədiyini, özünün belə qaldığını, polis işçisi, rəis müavininin gəlib öz evinin qabağında onu çağırıb döyərək təhqir etdiyini, aidiyyəti orqanların şikayəti qəbul edib baxmasını bildirmişdir. Ətrafda olan şəxs onun sex açdığını, sexlə bağlı işləyən yerdə gəlib ilişib rüşvət istədiklərini demişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 10 aprel 2021-ci il tarixli protokoldan görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs Balakən rayon prokurorluğunda könüllü olaraq təqdim etdiyi 07.04.2021-ci il tarixdə hadisə zamanı üzərində olmuş bir ədəd qara rəngli gödəkçəsinə, bir ədəd göy rəngli cins şalvarına, bir ədəd tünd-qırmızı rəngli, üzərində ağ rəngli xətləri olan kvadratları özündə əks etdirən köynəyinə və 01 ədəd qara rəngli ayaqqabısına baxış keçirilmişdir. Baxış zamanı gödəkçənin sağ çiyin hissəsində və onun ətrafında gözlə görünən qanabənzər ləkələr, həmçinin gödəkçənin sağ döş və sağ qol hissələrində zədələnməyə xarakterik izlər aşkar olunmuşdur. Şalvarın sağ yuxarı hissəsində gözlə görünən qanabənzər ləkələr vardır. Şalvarın üzərində cırılmağa, zədələnməyə, toz-torpağa bulaşmağa xarakterik izlər aşkar edilməmişdir. Köynəyin üzərində gözlə görünən qanabənzər ləkələr, həmçinin cırılmağa, zədələnməyə, toz-torpağa bulaşmağa xarakterik izlər aşkar edilməmişdir. Ayaqqabının üst və sağ tərəfində zədələnməyə xarakterik izlər vardır. Ayaqqabının üzərində gözlə görünən qanabənzər ləkələr, həmçinin cırılmağa xarakterik izlər aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş (1-ci cild, iş vərəqləri 127-128) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X11 tərəfindən verilmiş 07.04.2021-ci il tarixli 896 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 04.04.2021-ci il tarixdə baş vermiş hadisə ilə əlaqədar təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 07.04.2021-ci il tarixli, 96 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində, eləcə də, sifət nahiyəsində hər hansı bir xəsarət olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş (1-ci cild, 122-126-cı vərəqlər) 07.04.2021-ci il tarixdə baş vermiş hadisə ilə əlaqədar təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 13.04.2021-ci il tarixli, 101 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş xəsarətlər aşağıdakılar: a) sağ qaş üstü nahiyədə bir ədəd yara, b) sağ dizin bayır səthində 2 ədəd, sağ topuqda bayır səthd 1 ədəd səthi sıyrıqlar. Vət. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilmiş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 07.04.2021-ci il tarixdə əmələ gələ bilərdilər, a) bəndində göstərilən dərəcəsinə görə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, b) bəndində göstərilənlər birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir; Təqsirləndirilən şəxs sağ qaş üstündəki yara başı ilə Zərərçəkmiş şəxs baş-sifət nahiyəsinə vurarkən Zərərçəkmiş şəxs dişlərinə zərbə ilə dəyməklə əmələ gələ bilərdilər; Təqsirləndirilən şəxs sağ aşağı ətrafında onun üstündən təkər keçməsinə dəlalət edən hər hansı bir əlamət olmamışdır; Təqsirləndirilən şəxs sağ aşağı ətrafında olan sıyrıqlar birtərəfli-sağ yan səthdə olub öz boyu hündürlükdən yıxılaraq bərk küt əşyalara dəyməklə əmələ gələ bilərdilər; Təqsirləndirilən şəxs sağ qaş üstündəki yara bir zədənin zərbəsidir, yara kənarlarında əlavə bir neçə dəfə yetirilə biləcək xəsarət (xəsarətlər) olmamışdır. Balakən rayon Mərkəzi Xəstəxanasının arayışında qeyd edilmişdir ki, 07.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs RMX-nın acil şöbəsinə “sağ qaşüstü nahiyəsinin əzilmişcırılmış yarası, sağ baldırın sıyrılmış yaraları, sağ pəncənin yumşaq toxumalarının əziyi” diaqnozu ilə müraciət etmiş, “sağ pəncənin yumşaq toxumalarının əziyi” diaqnozu qeyd edilsə də, ancaq obyektiv əlamətlər (şişkinlik, qançır, hemotoma, qansızma və s.) qeyd edilməmişdir. Azərbaycan Respublikası İcbari X8 Tibbi ərazi Bölmələrinin İdarəetmə birliyi X9 Elmi- Tədqiqat Travmatologiya və X1 Asif Eyvaz oğlunun adına verilmiş arayışda “aşıq-baldır oynağının əzilməsi” diaqnozu qeyd edilmiş, ancaq obyektiv əlamətlər (şişkinlik, qançır, hemotoma, qansızma və s.) qeyd edilməmişdir. Ona görə də sağ pəncənin yumşaq toxumalarının əziyi və sağ aşıq-baldır oynağının əzilməsi diaqnozu ilə əlaqədar məhkəmətibbi nöqteyi nəzərdən hər hansı bir xəsarət barədə fikir yürütmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş (1-ci cild, 141-143-cü vərəqlər) 07.04.2021-ci il tarixdə baş vermiş hadisə ilə əlaqədar təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 13.04.2021-ci il tarixli, 99 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər-üst və alt dodağında şişkinli qansızmalar, baş beyin silkələnməsi-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 07.04.2021-ci il tarixdə əmələ gələ bilərdilər, ümumilikdə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş (1-ci cild, 117-121-ci vərəqlər) istintaq zamanı Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy J2” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, telefon qara rəngdə olub köhnəlmiş vəziyyətdədir və telefonun korpusunun kənarlarının boyalarının əksər hissəsi qopmuşdur. Telefon sönülü vəziyyətdədir. Telefonun sol tərəfində yerləşən düyməni basılı saxladıqda telefon açılmış və telefonun üzərində “Samsung Galaxy J2” sözlərinin yazıldığı müəyyən edilmişdir. Telefonun menyu bölməsinə daxil olunmuşdur. Orada olan “Qalereya” adlı proqrama daxil olduqda “Kamepa”, “WhatsApp images” və “WhatsApp Videos” adlı qovluqlar vardır. “Kamepa” adlı qovluqda 59 ədəd Təqsirləndirilən şəxs və onun yaxınlarına məxsus şəkillərin və 2 ədəd müxtəlif məzmunlu video görüntülü faylın, həmçinin “WhatsApp images” adlı qovluğa baxış zamanı isə Təqsirləndirilən şəxs və onun yaxınlarına məxsus şəkillərin olması müəyyən olunmuşdur. “WhatsApp Videos” adlı qovluqda 2 ədəd müxtəlif məzmunlu video görüntülü fayllar vardır; telefonun menyu bölməsində yerləşən “Video” adlı proqrama daxil olduqda isə 5 ədəd müxtəlif məzmunlu video görüntülü faylların olması müəyyən edilmişdir; “Qalereya” və “Video” adlı proqramlara baxış zamanı müəyyən olunmuşdur ki, 07.04.2021-ci il tarixdə Balakən RPŞnin inzibati binasında Təqsirləndirilən şəxs məxsus telefona sonuncunun 07.04.2021-ci il tarixdə baş vermiş hadisə ilə bağlı çəkdiyi video görüntülərə video görüntülü baxış keçirilmiş, lakin rayon prokurorluğuna həmin telefon toplanmış materialla birlikdə 13.04.2021-ci il tarixdə təqdim edildikdə həmin görüntülərin olması müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş (1-ci cild, 129-130-cu vərəqlər) Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonunda olan video görüntülərin əks olunduğu diskə keçirilmiş baxış protokolundan görünür ki, diskin bir üzü ağ rəngli olmaqla digər üzü parıltılı açıq yaşılı rəngdədir. Diski kompüterin prosessoruna daxil etdikdə “VİD-20210413-WA0006”, “VİD-20210413-WA0007” və“VİD- 20210413-WA0008” adlı 3 ədəd video görüntülü faylın olması müəyyən edildi:“VİD- 20210413-WA0008” adlı video görüntülü fayldan görünür ki, Təqsirləndirilən şəxs bənzəyən şəxs kənardan həyətdə dayanmış qardaşı Şahid3, Şahid2 və polis şöbəsinin rəis müavini Şahid1 bənzəyən şəxsləri çəkir və onlar sakit şəkildə söhbət edirlər. Danışıqlar eşidilmir; “VİD-20210413-WA0006” adlı video görüntülü fayldan görünür ki, Təqsirləndirilən şəxs bənzəyən şəxsin “polis əməkdaşı rəisin müavini Şahid1 onu vurduğuna görə bağışlanmasını istədiyini və qapısına gəldiyini deməsi eşidilir və “**-AP- ***” nömrəli, “Hyundai” markalı maşını video görüntüyə çəkir, polis nəfəri Zərərçəkmiş şəxs bənzəyən şəxs maşından düşərək Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşıb çəkilişi dayandırmasını tələb edir, Təqsirləndirilən şəxs bənzəyən şəxs çəkilişə davam edərək evinin darvazasından həyətinə daxil olaraq həyətdə dayanmış qardaşı Şahid3, Şahid2 və rəis müavini Şahid1 bənzəyən şəxslərə yaxınlaşaraq “buyurun baxın qapıma gəlib məni vurduğuna görə bağışlanmasını istəyir” deyir. Şahid2 bənzəyən şəxs Təqsirləndirilən şəxs bənzəyən şəxsə çəkilişi dayandırmasını tələb edərək əlini çəklişin qarşısına tutur. Təqsirləndirilən şəxs bənzəyən şəxs “yanında gələn vətəndaşla müqavimət göstərdiyini” deyir, qardaşı Şahid3 və rəis müavini Şahid1 bənzəyən şəxslər sakit şəkildə söhbət edirlər. Danışıqlar eşidilmir. Təqsirləndirilən şəxs bənzəyən şəxs yenidən həmin 2 nəfər şəxsə yaxınlaşaraq “müavinin özüdür” deyib yenidən “onun gəlib bağışlanmasını istədiyini, onun qanuni şəkildə cəzalandırılmasını tələb etdiyini” deyir. Şahid1 bənzəyən şəxs sakit şəkildə dayanıb heç bir cavab verməsi eşidilmir. Təqsirləndirilən şəxs bənzəyən şəxs onları çəkməyə davam edir, Şahid1 bənzəyən şəxsə yaxınlaşıb “adı da rəis müavini Şahid1dur” deyir, daha sonra evinin darvazasından çölə çıxıb darvazanın qarşısında dayanan Zərərçəkmiş şəxs bənzəyən şəxsə “bu da onun şoferidir, hansı ki mənə müqavimət göstərir” deyərək evinin darvazasından həyətə daxil olur. Zərərçəkmiş şəxs bənzəyən şəxs darvazanın qapısını bağladıqda Təqsirləndirilən şəxs bənzəyən şəxs qapının bağlanmaması üçün əlini qapının arasına qoyub “bax əlimi də əzir, polis mənə müqavimət göstərir” deyir. Zərərçəkmiş şəxs bənzəyən şəxs darvazanın qapısını bağlamaq istəsə də, Təqsirləndirilən şəxs bənzəyən şəxs imkan vermir və çölə çıxır. Zərərçəkmiş şəxs bənzəyən şəxs gedib polis maşınında əyləşir. Təqsirləndirilən şəxs bənzəyən şəxs “polis mənə müqavimət göstərir” deyib polis maşınını ön hissəsinə, daha sonra sol yan hissəsinə keçib bütün maşını çəkir və “baxın, mənim evimdə polis mənə müqavimət göstərir, maşının nömrəsi budur, xahiş edirəm bu barədə tədbir görəsiniz” deyir. Zərərçəkmiş şəxs bənzəyən şəxs polis maşınında əyləşməyə davam edir. Təqsirləndirilən şəxs bənzəyən şəxs yenidən evinin darvazasından həyətinə daxil olaraq “məni vurub, bağışlanmağa gəlib, mən bunu necə bağışlayım, bu qanunsuz hərəkətdir, budur bax, Şahid1, məni vurdu və təhqir elədi” deyir və onu görüntüyə çəkir. Yuxarıda adları çəkilən 3 nəfər şəxs sakit şəkildə söhbət edirlər. Təqsirləndirilən şəxs bənzəyən şəxs yenidən evinin darvazasından çölə çıxaraq polis maşınında əyləşən Zərərçəkmiş şəxs bənzəyən şəxsə yaxınlaşıb “şoferidir, hal-hazırda müqavimət göstərir, məğlub oldu” deyib polis maşınını çəkir. Təqsirləndirilən şəxs bənzəyən şəxs yenidən darvazadan həyətə daxil olub həmin 3 nəfər şəxsi çəkib “bu mənim qardaşımdır” deyir. Görüntüdə Şahid3 və rəis müavini Şahid1 bənzəyən şəxslərin əl verib sağollaşdıqları və Şahid1 bənzəyən şəxsin çıxıb getdiyi görünür; “VİD-20210413-WA0007” adlı video görüntülü fayldan görünür ki, Şahid1 bənzəyən şəxs polis maşınının qapısını açır, Təqsirləndirilən şəxs bənzəyən şəxs Şahid1 yaxınlaşıb polis maşınının pəncərəsindən içərisini çəkir, sonra darvazaya tərəf gedib polis maşınını kənardan çəkir. Kimsə “Asif bəsdir də” deyir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş (1-ci cild, 151-ci vərəq) protokoldan görünür ki, araşdırma müddətində Balakən RPŞ-nin rəis müavini, polis polkovnik leytenantı Şahid1 Balakən rayon prokurorluğunda könüllü olaraq təqdim etdiyi 07.04.2021-ci il tarixdə hadisə zamanı üzərində olmuş bir ədəd göy rəngli gödəkçəsinə, bir ədəd tünd boz rəngli şalvarına və bir ədəd qara rəngli jaketinə baxış keçirilmişdir. Baxış zamanı gödəkçənin, şalvarın və jaketin üzərində gözlə görünən qanabənzər ləkələr, həmçinin cırılmağa, zədələnməyə, toz-torpağa bulaşmağa xarakterik izlər aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş (1-ci cild, 152-153-cü vərəqlər) protokoldan görünür ki, araşdırma dövründə Balakən RPŞ-nin İTBnin sahə polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs Balakən rayon prokurorluğunda könüllü olaraq təqdim etdiyi 07.04.2021-ci il tarixdə hadisə zamanı üzərində olmuş bir ədəd tünd göy rəngli xidməti geyim gödəkçəsinə, bir ədəd tünd göy rəngli xidməti geyim şalvarına və bir ədəd tünd-boz rəngli xidməti geyim köynəyinə baxış keçirilmişdir. Baxış zamanı şalvarın, gödəkçənin və köynəyin üzərində gözlə görünən qanabənzər ləkələr, həmçinin cırılmağa, zədələnməyə, toz-torpağa bulaşmağa xarakterik izlər aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş (1-ci cild,106-cı vərəqlər) cinayət işinin materiallarından görünür ki, Qarayev X4 RPŞ-yə ərizə ilə müraciət edərək 07.04.2021-ci il tarixdə Balakən rayonu Talalar kəndində Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Ziyan barədə akt tərtib edilmiş aktda maşının damının kantının zədələndiyi və 100 manat məbləğində maddi ziyan dəydiyi qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş (1-ci cild, 218-219-cu vərəqlər) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamə üzrə arayışdan görünür ki, Təqsirləndirilən şəxs Eyvaz oğlu Balakən Rayon Məhkəməsininin 28.02.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-ninin 127.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş (1-ci cild, 214-cü vərəq) Balakən rayon İHB-nın Talalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu Balakən rayonunun Talalar kənd sakinidir, himayəsində işləməyən qardaşı, arvadı, 2013cü il təvəllüdlü oğlu Yusif və 2015-ci il təvəllüdlü oğlu Rəsul vardır. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş (1-ci cild, 217-218;226-227-ci vərəqlər) Balakən RPŞ-dən rayon prokurorluğuna daxil olmuş məktubdan görünür ki, Baradov X7 Rayon Məhkəməsinin 28.02.2013-cü tarixli hökmü ilə təyin olunmuş aylıq qazancından 20 faizi dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Balakən rayon İcra və Probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 07.05.2013-cü il tarixli Qərarının 1.4-cü bəndi tətbiq edilməklə Baradov X7 Rayon Məhkəməsinin 28.02.2013-cü tarixli hökmü ilə təyin olunmuş aylıq qazancından 20 faizi dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasından azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş (1-ci cild, 227-ci vərəq) 21 may 2013-cü il tarixli Aminimstiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, «Azərbaycan xalqının ümumimilli lideri Heydər Əliyevin 90 illik yubiliye münasibəti ilə aministtiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli Qərarının 1.4-cü bəndi tətbiq edilməklə Baradov X7 Rayon Məhkəməsininin 28.02.2013-cü il tarixli hökmü ilə təyin olunmuş aylıq qazancının 20 faizi dövləti nəfinə tutulmaqla 01 (bir) il 06 ay müddətinə islah işləri cəzasından azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş (2-ci cild, 21-25-ci vərəqlər) məhkəmə-trasoloji ekspertizasının 18.05.2021-ci il tarixli, 3/759 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş geyim əşyalarından Təqsirləndirilən şəxs məxsus gödəkçənin, köynəyin, bir tay ayaqqabının üzərində rəyin təsviri hissəsində şərh olunan zədənin, izin yerləşdiyi yeri və ölçüsü verilmişdir. Köynəyin sağ yaxalığına tikilmiş yuxarıdan 2-ci düymə qopmuş vəziyyətdədir, gödəkçənin sağ hissəsində səthi sürtünmə izi, ayaqqabının üzərində isə sürtünmə izi vardır. Həmin zədələrdən köynəyin üzərində olan zədə fiziki qüvvənin təsirindən yarana bilən qopma zədəsidir. Gödəkçənin və ayaqqabının üzərində olan izin isə hər hansı bərk predmetlə kontakda olması sürtünməsi nəticəsində yaranması mümkündür. Ayaqqabının üzərində olan sürtünmə izinin nəqliyyat vasitəsinin təkəri üzərindən keçməsi nəticəsində yaranması istisna edilmir. Qeyd olunan zədələrin, izlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə yaranması mümkündür; təqdim edilmiş digər predmetlərin üzərində hər hansı bir mexaniki zədə aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş (2-ci cild, 32-33-cü vərəqlər) Balakən RPŞ-dən rayon prokurorluğuna daxil olmuş Aktdan görünür ki, “Hyundai İX35” markalı “**-AP-***” dövlət qeydiyyat nişanlı polis maşınına dəymiş ziyanın məbləği 100 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş (2-ci cild, 100-104-cü vərəqlər) materialların məhkəmə ekspertizasının 21.05.2021-ci il tarixli, 6/1556 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin, 01 ədəd köynəyin, 01 ədəd şalvarın və 01 ədəd ayaqqabının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Şahid1 məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin, 01 ədəd şalvarın, 01 ədəd jaketin tərkib liflərindən yoxdur; tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin, 01 ədəd köynəyin, 01 ədəd şalvarın və 01 ədəd ayaqqabının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd xidməti geyim gödəkçəsinin, 01 ədəd 01 ədəd xidməti geyim köynəyinin, 01 ədəd xidməti geyim şalvarının tərkib liflərindən yoxdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş (2-ci cild, 186-187-ci vərəqlər) 26 iyun 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon prokurorunun köməkçisinin 24 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından (2-ci cild, iş vərəqləri 110-136) görünür ki, Şahid1 Təqsirləndirilən şəxs təhqir etməsi, Şahid1 Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs yerə yıxmaları, yerdən göyə qaldırıb yerə çırpmaları, qəsdən maşının onun sağ ayağının pəncəsinin ortasından dizinin üstə də daxil olmaqla keçməsi, Şahid1 Təqsirləndirilən şəxs başını dəfələrlə maşina vurması nəticəsində Təqsirləndirilən şəxs sağ qaş üstü nahiyyəsindən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət alması, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan dərəcəsi təyin olunmayan xəsarətlər alması xüsusatlarında cinayətin əlamətlərini əks etdirən cinayət hadisəsinin olması öz təsdiqini tapmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmiş və material ayrılaraq rayon prokurorluğunun arxivində saxlanılmış; Təqsirləndirilən şəxs Balakən RPŞ-nin rəis müavini Şahid1 onu təhqir edib sillə ilə vurmasını bildirməsi xüsusatında CM-nin 309-cu maddəsində nəzərdə tutulan əməlin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmiş və material ayrılaraq rayon prokurorluğunun arxivində saxlanılmış, Zərərçəkmiş şəxs Şahid3 tərəfindən döyülməsi xüsusatında cinayətin əlamətlərini əks etdirən cinayət hadisəsinin olması öz təsdiqini tapmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və material ayrılaraq rayon prokurorluğunun arxivində saxlanılmış, Təqsirləndirilən şəxs və qardaşı Şahid3 əməlində CM-nin 186.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və material ayrılaraq rayon prokurorluğunun arxivində saxlanılmış, Balakən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Şahid1, Şahid3, Təqsirləndirilən şəxs, Şahid2 və X5 əməllərində İXM-nin 211.2-ci maddəsinin, Balakən şəhəri Rafiq Səmədov küçəsində yerləşən mağazanın sahibi Şahid2 əməlində İXM-nin 454-cü maddəsinin, Təqsirləndirilən şəxs və qardaşı Şahid3 əməllərində İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətlərinin olubolmaması xüsusatına hüquqi qiymət verilməsi üçün məlumat aidiyyəti üzrə Balakən RPŞnin İTB-yə göndərilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Balakən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Şahid1 intizam məsələsinə baxılması üçün qərarın surəti Balakən RPŞ-yə göndərilmiş, Balakən şəhəri Rafiq Səmədov küçəsində yerləşən Şahid2 məxsus avtomobil ehtiyat hissələri mağazasına quraşdırılmış videogörüntünün əks olunduğu 01 ədəd disk, Balakən RPŞ-nin rəis müavini Şahid1 təqdim etdiyi 01 ədəd «DVD RVV» disk, «Hyundai İX35» markalı «**-AP-***» nömrəli xidməti avtomobilə, həmçinin «Samsung J2» markalı mobil telefona baxış keçirilməsi haqqında 03 ədəd disk protokollara əlavə kimi qiymətləndirilib sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs 07.04.2021-ci il tarixdə Balakən RPŞ-nin rəis müavini Şahid1 «izahatını geri götür, barışmaq üçün gəlmişəm, əgər götürməsən, onun özünə cinayət işi açılacağını» deməsi, onun Şahid1 «qanun-qayda nədirsə, o da olsun və şikayətimi geri götürməyəcəm» deyə cavab verməsi, Şahid1 onu təhqir etməsi, yəni cəhənnəmə götür deməsi, Zərərçəkmiş şəxs ondan çəkilişi dayandırmağı tələb etdikdə çəkilişi dayandırması, Zərərçəkmiş şəxs maşında oturduğu vəziyyətdə əlini telefona atıb onun telefonunu götürməsi, Şahid1 oturan tərəfdən əlini içəri salıb telefonunu qaytarmalarını deməsi, Şahid1 maşının pəncərəsini qaldırıb sürücüyə sürməsini deməsi, qolunun maşının pəncərəsində qalması və qolu o şəkildə qala-qala maşını sürmələri, Şahid1 pəncərəni aşağıya endirməsi, yerə yıxıldıqdan sonra maşının arxa təkərinin onun sağ ayağının pəncəsinin ortasından dizinin üstü də daxil olmaqla keçməsi, təcili yardım maşınına mindikdən sonra koma vəziyyətində olması və təmiz başının getməsi, həmçinin polis əməkdaşlarının təcili yardım maşınının qabağını İcra hakimiyyətinin qarşısında kəsib maşını şöbəyə sürmələrini demələri, təcili yardlım maşınını saxlatdıranın Şahid1 səsini eşitdiyi üçün onun olması və vətəndaşların onu şöbəyə aparmasınlar deyə mane olmaları barədə göstərdikləri özünün müdafiəsi üçün gətirdiyi dəlillər olması və məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadələr kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs Balakən rayonu Talalar kənd sakinləri Bəhruz Qurbanov, Şahid5, Təranə Kərimova, Gözəl Cavadova, Rəşad Ramazanov və Məhəmməd İsayev adından kollektiv ərizə yazaraq onlara imza etdirməklə onların hadisənin bilavasitə iştirakçıları olduqlarını bildirməsi xüsusatı Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün gətirdiyi dəlil hesab olunmuş, Şahid4 ərinin göstərdiyi xüsusatların əksər hissəsini təsdiq etməyərək ifadəsində əri Asifin uşağı məktəbə aparanda Şahid1 qışqıraraq «sən kimsən ki, məndən şikayət etmisən» deməsi, ərinin öz haqqını tələb etdiyini bildirməsi, əri yola çıxmaq istədikdə Şahid1 ərinin qolundan dartıb ərini təhqir etməsi, ərinin həmin haqsızlığı telefonu cibindən çıxarıb video çəkmək istədikdə Elxan Zmanovun ərini vurub telefonu əlindən alması, sonra sürücü Zərərçəkmiş şəxs da həyətə daxil olub ərini evin həyətindən yola çıxartmaları və maşina mindirmək istəmələri, Şahid1 və Zərərçəkmiş şəxs icra hakimiyyətinin qarşısında təcili tibbi yardım maşınının qabağına keçib kəsərək ərini şöbəyə aparmaq istəmələri, lakin qonşuların buna imkan verməmələri, bundan sonra ərini buraxmaları, ərinin xəstəxanaya getməsi, xəstəxanada ərini yoxlamaları, ərinin rentgen olunsa da, ərində sınıq-çıxıq olduğunu deməmələri, heç kəsin maşina daş atmaması barədə göstərdikləri əri Təqsirləndirilən şəxs müdafiə xarakteri daşıdığından Cavahil Baradovun ifadəsi həmin hissədə sübut kimi qiymətləndirilməmişdir. İş materiiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon prokurorunun köməkçisinin 26 iyun 2021-ci il tarixli maddi sübüt kimi tanıma haqqında qərarından (2-ci cild, iş vərəqləri 206-207) görünür ki, Təqsirləndirilən şəxs məxsus «Samsung J2» markalı mobil telefon maddi sübut qismində tanınmış və maddi sübut otağında saxlanmaya verilmiş, həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi hadisə vaxtı onun əynində olmuş sağ çiyin hissəsində və onun ətrafında gözlə görünən qanabənzər ləkələr, həmçinin gödəkçənin sağ döş və sağ qol hissələrində zədələnməyə xarakterik izlər olan bir ədəd qara rəngli gödəkçə, sağ yuxarı hissəsində gözlə görünən qanabənzər ləkələr olan bir ədəd göy rəngli cins şalvar, üzərində gözlə görünən qanabənzər ləkələr olan, həmçinin bir düyməsi olmayan bir ədəd tünd-qırmızı rəngli, üzərində ağ rəngli xətləri olan kvadratları özündə əks etdirən köynək və üst və sağ tərəfində zədələnməyə xarakterik izlər olan qara rəngli ayaqqabı, Zərərçəkmiş şəxs təqdim etdiyi hadisə vaxtı onun əynində olmuş bir ədəd tünd göy rəngli xidməti geyim gödəkçəsi, bir ədəd tünd göy rəngli xidməti geyim şalvarı və bir ədəd tünd-boz rəngli xidməti geyim köynəyi və Şahid1 təqdim etdiyi hadisə vaxtı onun əynində olmuş bir ədəd göy rəngli gödəkçə, bir ədəd tünd boz rəngli şalvar və bir ədəd qara rəngli jaket maddi sübut kimi tanınmış və maddi sübut otağında saxlanca verilmişdir. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs və şahidlər Şahid3 və Şahid4 hadisə vaxtı Təqsirləndirilən şəxs polis əməkdaşı Zərərçəkmiş şəxs başı ilə ağız nahiyyəsindən vurmaması və ona xəsarət yetirməməsi, əksinə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs döyülməsi, həmçinin Şahid5, Şahid10 və Şahid11 polis əməkdaşlarının X6 döymələri barədə ifadələrini işdəki digər mötəbər sübutlarla təsdiqini tapmadığı üçün Təqsirləndirilən şəxs müdafiə olunması üçün verilmiş ifadələr kimi qiymətləndirərək, ittihamı təkzib edən mötəbər sübutlar hesab etmir. Belə ki, işdəki sübutlardan, o cümlədən zərərçəkmiş şəxs X3, şahidlər Şahid1 və Şahid2 ifadələrindən, məhkəmə-tibbi ekspertizasının rəyindən, həmçinin işdə olan digər sübutlardan görünür ki, 07.04.2021-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs polis əməkdaşı olaraq hakimiyyət nümayəndəsi kimi xidməti vəzifələrini yerinə yetirərkən başı ilə Zərərçəkmiş şəxs ağız nahiyyəsinə zərbə vurmaqla ona zor tətbiq edib müqavimət göstərmişdir. Həmin vaxt polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı təqsirləndirilən şəxsin verdiyi məlumata da istintaq orqanı tərəfindən 24 iyun 2021-ci il tarixli sübutların qiüymətləndirilməsi barədə qərarı ilə hüquqi qiymət verilmiş və bu xüsusat üzrə cinayət hadisəsi olmadığına görə polis əməkdaşları Şahid1 və Zərərçəkmiş şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin 24 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərar da ləğv edilməmişdir, yəni qüvvədədir və orada müəyyən olunmuş hallar hüquqi əsasa malikdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 141.1.3-cü maddəsinə əsasən məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən sübut edilmiş hesab olunur. Azərbaycan Respublikası CPM-nin 141.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarında olan sübutlara əsasən məhkəmə bu halların mövcudluğu və ona verilmiş qiymətin qanunla ziddiyyət yaratmadığını qəbul etdikdə, belə razılıq hökmün və ya digər qərarın əsası kimi qəbul edilə bilər. Bu xüsusda Şahid8, Şahid9, Şahid7 və Şahid6 ifadələri də ittihamı təkzib edən ifadələr sayıla bilməz. Belə ki, həmin şəxslər hadisəni bilavasitə görməmiş və orada baş verən hadisənin birbaşa şahidi olmamışlar. Şahid6 ümumiyyətlə onun Asifin ayağının üstündən avtomaşının keçməsini və onun döyülməsini adını bilmədiyi bir şəxsdən eşitdiyini bildirmişdir. Eynilə Şahid8, Şahid9 və Şahid7 də bunu eşitdiklərini bildirmişlər. Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərərçəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə sübut kimi qəbul oluna bilər. Lakin iş materiallarından görünür ki, göstərilən şahidlərlə bağlı bu istisna hal, yəni həmin şahidlərin bu halları eşitdikləri şəxsin vəfat etməsi halı mövcdd deyildir. Məhkəmə həmçinin zərərçəkmiş şəxs Azər Kərimovun və Şahid2 məhkəmədəki ifadələrində Təqsirləndirilən şəxs və Azər Kərimov ayaq üstə olarkən Asifin başı ilə Azərin ağız nahiyyəsindən vurması, Şahid1 isə məhkəmədəki ifadəsində əyinikli vəziyyətdə Asifin Azəri başı ilə ağzından vurması xüsusatı barədə bildirməsinə hüquqi qiymət verərək, hesab edir ki, əslində bu hal hadisənin real mahiyyətini dəyişdirmir və həmin ifadələr hər bir halda CM-nin 315-ci maddəsilə cinayət məsuliyyətinə səbəb olan, Təqsirləndirilən şəxs, xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsi olan Azər Kərimova başı ilə ağzından vurmaqla xəsarət yetirib müqavimət göstərməsini təsdiq edirlər və bu faktoloji hal bu sübutlarla yanaşı işdəki digər mötəbər sübutlarla da tam sübut olunur. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 315-ci maddəsilə düzgün tövsif olunsa da, əlavə olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə düzgün tövsif olunmamışdır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli, ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə verilmiş ittiham isə ona verilmiş ümumi ittihamdan xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərməyə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, şərh olunan cinayətin obyekti dövlət hakimiyyətinin normal idarəetmə fəaliyyəti ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Şəxsin həyat və sağlamlığı bu cinayətin əlavə obyekti hesab oluna bilər. CM-nin 315-ci maddəsində göstərilən hakimiyyət nümayəndəsi dedikdə təşkilti-hüquqi formasından, tabeliyindən, idarə mənsubiyyətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlar, habelə ayrı-ayrı şəxslər üçün icrası məcburi olan tələblər irəli sürmək və qərarlar qəbul etmək üçün hakimiyyət səlahiyyətlərinə malik olan şəxs başa düşülür. Hakimiyyət nümayəndəsi də hər bir halda hakimiyyət səlahiyyətləri ilə əlaqəli olmalıdır. Hakimiyyət səlahiyyətləri dedikdə xidməti vəzifəsinin yerinə yetirilməsi zamanı idarəetmə sahəsində müxtəlif qərarlar qəbul etmək, icrası vətəndaşlar və hüquqi şəxslər üçün məcburi olan tələblər irəli sürmək hüququ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə: - qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar.- dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyrikommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Məhkəmə nəzərə çatdırır ki, hakimiyyət nümayəndəsi funksiyasının həyata keçirilməsi vəzifəsi vəzifəli şəxsin xarakterik əlaməti (CM-nin 308-ci maddəsinin qeydi) olsa da, hakimiyyət nümayəndəsi vəzifəli şəxs olmaya da bilər. Belə ki, xidmətinin fəaliyyətinin xarakterinə görə bəzən sıravi işçi, o cümlədən sıravi polis nəfəri də hakimiyyət nümayəndəsi hesab olunur. Belə ki, bu halda sıravi işçilər, həmçinin sıravi polis işçisi də özləri ilə tabelik münasibətlərində olmayan şəxslərə qarşı icrası həmin şəxslər üçün məcburi olan müəyyən qanuni tələblər irəli sürmək hüququna, səlahiyyətlərinə malikdirlər. Məsələn, “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən polis əməkdaşı (vəzifəsindən və rütbəsindən asılı olmayaraq) səlahiyyətlərini yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4cü hissəsinə əsasən polis əməkdaşı olmayan dövlət hakimiyyəti orqanlarının əməkdaşları ictimai asayişin və təhlükəsizliyin təmin olunması işinə cəlb edildikdə polis əməkdaşının bütün hüquq və vəzifələrinə malik olur. Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində göstərilən müqavimət göstərməxidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı fəal qanunazidd hərəkətlərin edilməsidir. Zor tətbiq etmə isə hakimiyyət nümayəndəsinə və ya onun yaxın qohumlarına qarşı təsir göstərmədir ki, belə təsir də həm fiziki, həm də psixi zorakılıq formasında təzahür edə bilər. Fiziki zor hakimiyyət nümayəndəsinin bilavasitə özünə və ya onun yaxın qohumlarına ünvanlanmış onların iradəsinə zidd elə bir qanunsuz fiziki təsir vasitəsidir ki, bu vasitələr hakimiyyət nümayəndəsinə müqavimət göstərmək, onu xidməti vəzifələrini icra etməkdən çəkindirmək, yaxud bu vəzifələri təqsirar üçün əlverişli olan qanunsuz qayda və metodlarla icra etməyə məcbur etmək və sair məqsədinə xidmət etmiş olsun. Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən tətbiq edilən zorun həyat və sağlamlıq üçün təhlükəli olub-olmaması halı dispozitiv şərt kimi nəzərdə tutulmamışdır. Halbuki əvvəllər qüvvədə olmuş CM-nin 315.1-ci maddəsində hakimiyyət nümayəndəsinin yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorun tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi ilə hədəməyə görə, CM-nin 315.2-ci maddəsində isə CM-nin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli zor tətbiq etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdu. Lakin CM-nin hazırda qüvvədə olan 315-ci maddəsində cinayət məsuliyyətinə səbəb olan hakimiyyət nümayəndəsinə və ya onun yaxın qohumlarına qarşı tətbiq edilən zorun həyat və sağlamlıq üçün təhlükəli olmaması və ya təhlükəli olmasını ehtiva etməsi dispozitiv şərt kimi konkretləşmədiyindən, məhkəmə hesab edir ki, CM-nin 315-ci maddəsi göstərilən şəxslərə qarşı tətbiq edilən zor həm həyat və sağlamlıq üçün təhlükəli olmayan zoru, həm də həyat və sağlamlıq üçün təhlükəli olan zoru nəzərdə tutur. Bu xüsusda məhkəmə CM-nin 315-ci maddəsinin tələbləri üzrə tətbiqi ilə bağlı qeyd edir ki, həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə zərərçəkmişin azadlığının məhdudlaşdırılmasını, onun döyülməsini və ya sair zorakı hərəkətlərlə güclü olmayan fiziki ağrı yetirməni ehtiva edir. Bu halda göstərilən hərəkətlər, yəni zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli olmayan zorla müşayiət edilən hərəkətlər CMnin 315-ci maddəsinin tərkibi ilə tam əhatə olunduğundan həyat və sağlamlıq əleyhinə olan cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddə ilə əlavə tövsif tələb olunmur. Eyni zamanda CM-nin 315-ci maddəsinin tələbləri baxımından həyat və sağlamlıq üçün təhlükəli zor dedikdə isə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır, az ağır və ya yüngül zərər vurma başa düşülməlidir. Zor o halda həyat və sağlamlıq üçün təhlükəli hesab edilir ki, belə zərər yetirməsə də, tətbiq edilən anda zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükə yaratmış olsun. Həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edilməsi nəticəsində hakimiyət nümayəndəsinə o cümlədən yüngül dərəcəli bədən xəsarəti yetirildikdə, həmin sağlamlığa yüngül zərər vurmaya aid xəsarət CM-nin 315-ci maddəsinin tərkibi ilə tam əhatə olunur və burada əməlin əlavə CM-nin 128-ci maddəsilə tövsif olunmasına ehtiyac yaranmır. Bu konteksdə məhkəmə onu da bildirir ki, əvvəllər qüvvədə olmuş CM-nin 315.1-ci maddəsinin şərhi və hüquqtətbiqetmə praktikasında həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakı hərəkətlər CM-nin 315.1-ci maddəsilə əhatə olunmaqla bu hərəkətlər əlavə olaraq həyat və sağlamlıq əleyhinə olan cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddə ilə tövsif olunmurdu. Eynilə əvvəllər qüvvədə olan CM-nin 315.2-ci maddəsinin şərhi və hüquqtətbiqetmə praktikasında da həyat və sağlamlıq üçün təhlükəli olan zorakı hərəkətlər nəticəsində sağlamlığa qəsdən ağır, az ağır və ya yüngül zərər vurma CM-nin 315.2-ci maddəsilə əhatə olunmaqla bu xəsarətlər də, o cümlədən sağlamlığa yüngül zərər vurma əlavə olaraq həyat və sağlamlıq əleyhinə olan cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddə ilə (CM-nin 126.1, 127 və 128-ci maddələri) tövsif olunmurdu. Məhkəmə hesab edir ki, əslində belə yanaşma tamamilə ədalətlidir. Belə ki, CM-nin 315-ci maddəsinin əsas obyekti dövlət hakimiyyətinin normal idarəetmə fəaliyyəti ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Şəxsin həyat və sağlamlığının qorunmasında ifadə olunan ictimai münasibətlər isə bu cinayətin əlavə obyekti qismində çıxış edir. Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən müqavimət göstərmənin üsulu kimi çıxış edən zor tətbiq edilməsi zamanı həmin şəxsin sağlamlığına o cümlədən yüngül zərər vurmaya aid xəsarətin yetirilməsi CM-nin 315-ci maddəsi ilə tam əhatə olunur. Belə yanaşma Azərbaycan Respublikası CM-nin bir sıra maddələrinin tətbiqi ilə bağlı mövcud şərh və hüquqtətbiqetmə praktikasında yer almış hüquqi mövqe ilə də tam uclaşır və ədalətli və qanuni hesab olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 7-ci bəndində deyilir ki, xuliqanlıq zamanı hakimiyyət nümayəndəsinə qarşı onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə müşayiət olunan müqavimət göstərildikdə də əməl cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221.2.2 və 315.2-ci maddələri ilə tövsüf olunmalıdır. Hakimiyyət nümayəndəsi olmayan, lakin xuliqanlıq hərəkətlərinin qarşısını alan şəxsə onun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilərsə, yenə də əməl cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221-ci və şəxsiyyətə vurulan zərərin dərəcəsindən asılı olaraq Cinayət Məcəlləsinin 126-cı və ya 127-ci maddələri ilə tövsüf olunmalıdır. Göründüyü kimi, Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyinə görə CM-nin 221-ci maddəsində (xuliqanlıq) nəzərdə tutulmuş əməlin törədilməsi zamanı şəxsə CM-nin 126-cı maddəsində (qəsdən sağlamlığa ağır zərər vurma) və 127-ci maddəsində (qəsdən sağlamlığa az ağır zərər vurma) nəzərdə tutulmuş xəsarətlər yetirilərsə, onda təqsirkarın əməli cinayətlərin məcmuyu üzrə CM-nin 221 və CM-nin 126 və ya 127-ci maddələrilə tövsif olunmalıdır. Buradan belə çıxır ki, xuliqanlıq hərəkəti zamanı həmçinin şəxsin sağlamlığına yüngül zərər vurma CM-nin 221 və 128-ci maddələrinin məcmuyunu yaratmır və hüquqtətbiqetmə praktikası da bu yolla həyata keçirilir. Eynilə CM-nin 181-ci maddəsinin (quldurluq) şərhi və tətbiqi praktikasında da özgənin əmlakını ələ keçirmək məqsədilə həyat və sağlamlıq üçün təhlükəli zorun tətbiq edilməsi zamanı (CM-nin 181.1-ci maddəsi) zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurma CM-nin 181-ci maddəsi ilə əhatə olunur və bu zaman əlavə olaraq şəxsin əməlinin CM-nin 128-ci maddəsilə tövsif edilməsi tələb olunmur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hakimiyyət nümayəndəsi olan Balakən RPŞ-nin polis əməkdaşı Zərərçəkmiş şəxs xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərməsi nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirməsində ifadə olan əməli Azərbaycan Respublikası CM-nin 315-ci maddəsilə tam əhatə olunur və bu zaman Təqsirləndirilən şəxs əməlinin əlavə olaraq CM-nin 128-ci maddəsilə tövsif edilməsi qanunun mənası və tələblərinə ziddir. Bu xüsusda Təqsirləndirilən şəxs CM-nin 315-ci maddəsindən əlavə CM-nin 128-ci maddəsilə ittiham verilməsi heç bir faktoloji və hüquqi əsasa malik deyildir. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə ümumilikdə belə nəticəcəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə verilmiş ittiham ona verilmiş ümumi ittihamdan xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində nəzərdə tutulan əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində iki azyaşlı uşağın olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törətdiyi CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində iki azyaşlı uşağın olması kimi cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, azadlığın məhdudlaşdırılması cəzası ilə ona münasibətdə cəzanın məqsədlərinə nail olunmasının mümkün olmaması qənaətinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi CM-nin 315-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını nəzərə alaraq həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzadan azad edilməsi, barəsində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiq olunması üçün əsaslar yoxdur. Ona görə də o, təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəticəsinə gəlindiyi üçün bu cəzanın icrasını təmin etmək məqsədilə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs olunmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hazırki hökmün çıxarıldığı 12 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o cümlədən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş əməl CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər təsnifatına aid olmaqla həmçinin qəsdən törədilən cinayətdir. Məhkəmə hesab edir ki, iş üzrə 264.16 (iki yüz altmış dörd manat on altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus "Samsung J2” markalı mobil telefon, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qara rəngli gödəkçə, bir ədəd göy rəngli cins şalvar, bir ədəd tündqırmızı rəngli, üzərində ağ rəngli xətləri olan kvadratları özündə əks etdirən köynək və qara rəngli ayaqqabı Təqsirləndirilən şəxs, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş ona məxsus bir ədəd tünd göy rəngli xidməti geyim gödəkçəsi, bir ədəd tünd göy rəngli xidməti geyim şalvarı və bir ədəd tünd-boz rəngli xidməti geyim köynəyi Zərərçəkmiş şəxs, hadisə vaxtı Şahid1 əynində olmuş bir ədəd göy rəngli gödəkçə, bir ədəd tünd boz rəngli şalvar və bir ədəd qara rəngli jaket Şahid1 qaytarılmalı, Balakən şəhəri Rafiq Səmədov küçəsində yerləşən Şahid2 məxsus avtomobil ehtiyat hissələri mağazasına quraşdırılmış videogörüntünün əks olunduğu 01 ədəd disk, Balakən RPŞ-nin rəis müavini Şahid1 təqdim etdiyi 01 ədəd «DVD RVV» disk, «Hyundai İX35» markalı «**-AP-***» nömrəli xidməti avtomobilə, həmçinin «Samsung J2» markalı mobil telefona baxış keçirilməsi haqqında 03 ədəd disk hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsdə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, Təqsirləndirilən şəxs CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin; cəza çəkmə müddətinin əvvəli hazırki hökmün çıxarıldığı 12 oktyabr 2021-ci il tarixdən hesablansın; Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsilə verilmiş ittiham ona verilmiş ümumi ittihamdan xaric edilsin. İş üzrə 264.16 (iki yüz altmış dörd manat on altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus "Samsung J2” markalı mobil telefon, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qara rəngli gödəkçə, bir ədəd göy rəngli cins şalvar, bir ədəd tünd-qırmızı rəngli, üzərində ağ rəngli xətləri olan kvadratları özündə əks etdirən köynək və qara rəngli ayaqqabı Təqsirləndirilən şəxs, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş ona məxsus bir ədəd tünd göy rəngli xidməti geyim gödəkçəsi, bir ədəd tünd göy rəngli xidməti geyim şalvarı və bir ədəd tündboz rəngli xidməti geyim köynəyi Zərərçəkmiş şəxs, hadisə vaxtı Şahid1 əynində olmuş bir ədəd göy rəngli gödəkçə, bir ədəd tünd boz rəngli şalvar və bir ədəd qara rəngli jaket Şahid1 qaytarılsın; Balakən şəhəri Rafiq Səmədov küçəsində yerləşən Şahid2 məxsus avtomobil ehtiyat hissələri mağazasına quraşdırılmış videogörüntünün əks olunduğu 01 ədəd disk, Balakən RPŞ-nin rəis müavini Şahid1 təqdim etdiyi 01 ədəd «DVD RVV» disk, «Hyundai İX35» markalı «**-AP-***» nömrəli xidməti avtomobilə, həmçinin «Samsung J2» markalı mobil telefona baxış keçirilməsi haqqında 03 ədəd disk hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar