Məhkəmə qərarları › İş №1(019)-76/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-76/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-76/2023 04.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi -Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxxx 1968-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olan, faktiki olaraq Balakən rayonu Mahamalar kəndində yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmək məqsədilə 2022-ci ilin sentyabr ayının əvvəllərində tanışı Balakən rayon Meşəşambul kənd sakini Zərərçəkmiş şəxs sonuncunun oğlu X4 Balakən rayon polis şöbəsinin istintaq bölməsində istintaqı aparılan cinayət işi üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsi məqsədi ilə bağlı yalan vəd verib aldadaraq qəsdən Balakən şəhəri N.Nərimanov küçəsində ümumilikdə 2.000 (iki min) manat məbləğində pulu qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri və işdə olan sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olsa da hazırda faktiki olaraq Balakən rayonu Mahamalar kəndində ailəsi ilə birlikdə yaşayır.Əvvəllər məhkum olunmamışdır.Zərərçəkmiş şəxs onun uzaq qohumudur.2022-ci ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs oğlu Ramil Gözəlov ilə onun Mahamalar kəndində yerləşən evinə gələrək digər oğlu İsa Gözəlovun həbs edildiyini ona bildirmişlər və ondan sonuncunun işinin yüngülləşdirilməsi üçün köməklik istəmişlər. O da köməklik etməyə çalışacağını bildirmişdir. Həmin vaxtdan bir iki gün sonra isə Zərərçəkmiş şəxs onunla yenidən əlaqə saxlayaraq 2000 manat pulunun olduğunu, həmin pulu ona vermək istədiyini, oğlu İsanın işinin yüngülləşdirilməsi üçün köməklik etməyini xahiş etmişdir. Həmin gün Zərərçəkmiş şəxs və oğlu Ramil Gözəlov yaşadığı evə gəlmişlər. Onun da maddi ehtiyacları olduğu üçün iki min manat məbləğində pulu götürüb öz ehtiyaclarına xərcləməyi düşünmüşdür. Bunun üçün də 2022-ci ilin sentyabr ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs və oğlu Ramil Gözəlovla birlikdə Balakən rayon polis şöbəsinin yerləşdiyi Balakən şəhəri N.Nərimanov küçəsinə gəlmişdir. O, həmin küçədə 2.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs götürmüşdür.Onun polis şöbəsinin yerləşdiyi küçəyə gəlməkdə məqsədi Zərərçəkmiş şəxs həqiqətən də oğlunun işinin yüngülləşdirilməsi üçün kömək edəcəyinə inandırmaq olmuşdur. Daha sonra Zərərçəkmiş şəxs və oğlu Ramil Gözəlov onu polis şöbəsinin yerləşdiyi Balakən şəhəri N.Nərimanov küçəsində bir qədər gözləmişlər. O, həmin zaman polis şöbəsinin qarşısına gəlmiş, biraz dayandıqdan sonra geriyə onların yanına qayıtmışdır. Bu zaman onlar ondan işin necə olduğunu soruşduqda onlara pulu rəis müavini Gündüz Məcidova verdiyini demişdir.Çünki o, rayon ərazisində fərdi qaydada televizor ustası kimi işlədiyi üçün, polis şöbəsində də bir neçə dəfə usta kimi işləmişdir. Buna görə də Gündüz Məcidovun polis şöbəsində rəis müavini olduğunu bildiyindən onun adını bildirmiş ki, ona inansınlar. Daha sonra Zərərçəkmiş şəxs oğlu İsanın işinin yüngülləşdirilməsi üçün ona verdiyi pulu həmin ərəfələrdə istifadəsində olan lakin hazırda satdığı VAZ-21011 markalı avtomobilinin texniki xərcləri üçün xərcləmişdir. Puldan 700 manat xərcləmiş,1300 manat onda qalmışdır. Bir müddət sonra o, Ayşanı aldatdığını fikirləşərək pulu geri qaytarmaq istəsə də həmin pulun xərclədiyi hissəsini düzəldə bilmədiyindən Zərərçəkmiş şəxs və ailəsi ilə danışarkən pulun Gündüz Məcidovda olduğunu bildirmişdir. Lakin 2022-ci dekabr ayından o, pulun yerdə qalan hissəsini düzəltdiyindən onlara pulun özündə olduğunu bildirsə də Ayşagil pulu ondan geri götürməkdən imtina etmişlər.Onlar onun pulu Gündüz Məcidova verdiyini fikirləşdiklərindən o, pulu onlara qaytarmaq istəyərkən ona “apar pulu Gündüz Məcidova ver, ondan götürəcəyik” demişdirlər. Bu səbəbdən pulu qaytara bilməmişdir.Əməlindən peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir.O,hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır.Ona dəymiş ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə oğlu X8 narkotik vasitələrdən qanunsuz istifadəyə görə Balakən RPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Həmin vaxt o, öz yaşadığı evdə olmuşdur. Nəvəsi ona zəng edərək yaşadıqları evə polislərin gəldiyini bildirmişdir. Buna görə də o, oğlu İsanın yaşadığı evə getmiş, həmin vaxt polis əməkdaşlarının orada olduqlarını görmüşdür. O, İsanın yaşadığı evin həyətinə daxil olmaq istəmiş, polis əməkdaşları onu yaşadığı evin həyətinə buraxmamışlar. Sonradan isə oğlu X4 narkotik əkdiyi üçün yaşadığı evin həyətyanı sahəsinə baxış keçirdiklərini bilmişdir. Daha sonra oğlunu Balakən RPŞ-nə aparmışlar. Bu hadisədən təxminən 2-3 həftə sonra onlar oğlu ilə əlaqə saxladıqdan sonra onlara məlum olmuş ki, oğlu narkotikin əkilib-becərilməsi ilə məşğul olsa da, evindən çıxan narkotik vasitələrlə dolu kisə polis əməkdaşları tərəfindən qoyulmuşdur.O, bununla bağlı lazımi orqanlara o cümlədən Balakən rayon prokurorluğuna şikayət etmişdir. O, uzaqdan qohumu olan Balakən rayon sakini Təqsirləndirilən şəxs zəng edərək oğlunun işinin yüngülləşdirilməsinə kömək etməsini xahiş etmiş, Akif də yaşadığı ünvana gəlmişdir.Akif ona Balakən RPŞ-nin rəis müavini Gündüz Məcidovla yaxın olduğunu və onlara narahat olmamaqlarını, oğlu İsaya kömək olunması üçün Gündüz Məcidovla danışacağını bildirmişdir. Həmin günün səhəri günü o, oğlu Ramil və Akiflə birlikdə Gündüz Məcidovun qəbuluna düşmək üçün Balakən RPŞ-nin qarşısına gəlmişlər. O, polis şöbəsinin qarşısında yolun kənarında dayanmışdır. Ramil Akiflə birlikdə Gündüz Məcidovun qəbuluna getmişdir. Ramil Akiflə birlikdə Gündüz Məcidovun qəbulunda olduğu zaman oğlu İsanın işinin yüngülləşdirilməsi üçün nə edəcəyini soruşmuş, Gündüz Məcidov da Akifə deyəcəyini bildirmişdir. Bir az sonra Akif onun yanına gələrək 2500 manat pul gətirməyi qarşılığında kisəni X4 üzərindən götürəcəyini, həmçinin narkotikdən müalicəsinin də götürəcəyini bildirmişdir. O, polis şöbəsindən çıxıb evə gedərək borc pul tapıb 2.000 manat pul düzəltmişdir. Həmin vaxt yəni 2022-ci ilin sentyabr ayının əvvəllərində o, 2.000 manat pulu götürüb Akifə zəng edərək hara gəlməli olduqlarını soruşmuşdur. Akif də polis şöbəsinin qarşısına gəlməyini bildirmişdir. Biri gün səhər 2.000 manat pulu götürüb oğlu Ramillə birlikdə polis şöbəsinin qarşısına gəlmişlər. Həmin vaxt polis şöbəsinin qarşısında pulu o, Akifə vermişdir ki, Akif həmin pulu Gündüz Məcidova oğlunun işinin yüngülləşdirilməsi məqsədi ilə versin. Akif polis şöbəsinə daxil olub geri çıxdıqdan sonra Gündüz Məcidovun geri qalan 500 manat məbləğində pulu da istədiyini bildirmişdir. O, da verdiyi 2.000 manat pulun nəticəsi yəni oğlu İsanın işinin yüngülləşməsindən asılı olaraq geri qalan 500 manat məbləğində pulu da verəcəyini bildirmişdir. Lakin bir müddət sonra oğlu İsa ona zəng edərək pulu versə də maddəsinin dəyişmədiyini bildirmişdir.Həmin vaxtdan bir qədər sonra Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü çıxdığından və oğlu İsaya 8 il müddətinə azadlıqdan məhrum etmə ilə bağlı hökm verildiyinə görə Akifə zəng edərək pulunu geri istəmişdir. Lakin Akif telefonda səs-küy salaraq “siz mənim evimi yıxacaqsız” və sair kimi ifadələr işlədərək Gündüz Məcidovdan qorxduğunu bildirmişdir. Bir müddət sonra Akif yaşadıqları evə tanımadığı bir nəfər şəxslə gələrək Gündüz Məcidovun qəbuluna gəlməli olduğunu bildirmişdir. O da Gündüz Məcidovun qəbuluna gəlməkdən imtina etmişdir. Bundan sonra dəfələrlə yaşadığı evə polislər gələrək onu Gündüz Məcidovun qəbuluna çağırsalar da o, gəlməmişdir. Onların arasında keçən uzun mübahisələrdən sonra Akif yaşadığı ünvana gəlib 1700 manatı gətirərək Gündüz Məcidovun pulu göndərdiyini, həmin pulu ona vermək istədiyini, eyni zamanda qalan 300 manatı da 2-3 gün sonra Gündüz Məcidovun çatdıracağını bildirmişdir. O, həmin pulu götürməkdən imtina etmişdir. Onun həmin pulu götürməməyinin səbəbi X4 işinə yenidən baxılmasını tələb etməyi olmuşdur.Hazırda Təqsirləndirilən şəxslə barışmışdır. Ona dəymiş ziyan tam ödənmişdir.Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə qaynı X8 narkotik vasitələrdən qanunsuz istifadəyə görə Balakən RPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Polis əməkdaşları X5 Balakən RPŞ-nə aparmışlar və həmin vaxt İsa Gözəlov həbs olunmuşdur. Bundan sonra İsa Gözəlov həbsdə olan müddət ərzində qaynanası Zərərçəkmiş şəxs və əri Ramil Gözəlovu bir neçə dəfə Balakən RPŞ-nə çağırıb işi qaydasına qoyacaqları üçün müxtəlif məbləğlərdə pul tələb etmişlər. Həmin vaxt qayınanası pulunun olmadığını bildirmişdir. Yenə həmin ərəfələrdə əri və qaynanası uzaqdan qohum olan Təqsirləndirilən şəxsla bu məsələnin həlli üçün, yəni İsa Gözəlovun işinin yüngülləşdirilməsi məqsədi ilə görüşmüşlər. Akif onlara rəis müavini Gündüz Məcidovla yaxın olduğunu, qaynı X4 işinin yüngülləşdirilməsi məqsədi ilə onunla danışacağını, bunun üçün onlara narahat olmamalarını bildirmişdir. Həmin vaxt qayınanası və əri Akiflə birlikdə rəis müavini Gündüz Məcidovun qəbuluna getmişlər. Lakin qayınanası içəri girməmişdir. Gündüz Məcidov həmin gün içəridə əri Ramil və Akif 2500 manat pul gətirmələrini və kisəni X4 üzərindən götürəcəyini bildirmişdir. Əri və Akif içəridən çıxdıqdan sonra həmin pulu vermək qərarına gəlmişlər. 2022-ci ilin sentyabr ayının əvvəllərində qayınanası Ayşanın Akifə 2000 manat məbləğində pul vermiş ki, Akif həmin pulu rəis müavini Gündüz Məcidova versin. Lakin bir müddət keçdikdən sonra Şəki Ağır Cinayətlər Məhkəməsindən məktub gəldikdən sonra onlara məlum olmuş ki, qaynı X4 üzərindən heç bir maddə götürülməmiş və qayınanası Ayşanın verdiyi 2000 manat məbləğində pul boşuna getmişdir. Bir müddət sonra Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü çıxdığında və qaynı X6 8 il müddətinə azadlıqdan məhrum etmə ilə bağlı hökm verildiyinə görə qayınanası Akifə zəng edərək pulunu geri istəmişdir. Lakin Akif telefonda səs-küy salaraq “siz mənim evimi yıxacaqsız” və sair kimi ifadələr işlətmiş, Gündüz Məcidovdan qorxduğunu bildirmişdir. Qayınanası ilə Akifin arasında keçən uzun mübahisələrdən sonra Akif 1700 manat pulu gətirərək qayınanası Zərərçəkmiş şəxs vermək istəmiş, lakin qayınanası Ayşa həmin pulu götürməkdən imtina etmişdir. Həmin pulu götürməməsinin səbəbi oğlu X4 işinə yenidən baxılmasını tələb etməsi olmuşdur. Həmçinin bildiyi qədəri ilə Akif götürdüyü 2000 manat pulu tam formada geri gətirib qayınanası Ayşaya vermək istəsə də qayınanası Ayşa həmin pulu da götürməkdən imtina etmişdir. Qayınanası Ayşanın həmin pulu götürməməsinin səbəbi X4 işinə yenidən baxılmasını tələb etməsi olmuşdur. İşin 65-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 76-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayonu Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 04 may 2023-cü il tarixdə verilmiş 354 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Gərəkli kənd sakinidir. İşin 77-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayonu Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 04 may 2023-cü il tarixdə verilmiş 355 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində işləməyən arvadı, oğlu, qızı və nəvəsi vardır. İşin 78-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Gərəkli kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur, barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmadığı qeyd edilir. İşin 80-85-ci vərəqələrində olan 18 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Balakən rayon prokurorluğunun müstəntiqi İzzət Axundov tərəfindən qəbul edilmiş həmin qərarla Zərərçəkmiş şəxs oğlu İsa Gözəlovun işinin yüngülləşdirilməsi məqsədi ilə Gündüz Məcidovun ondan 2000 manat pul alması barədə şikayəti əsasında toplanmış materialda X2 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs ərizəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır.Ona dəymiş 2000 manat ziyan tam şəkildə ödənmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. İşin icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs ərizəsində göstərilmişdir ki,Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəmişdir. Onunla barışmışdır, əməlindən peşimandır. İşin icraatına xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlilidir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə eyni zamanda hesab edir ki, cinayət işinin icraatına xitam verilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək təqsirləndirilən şəxs X3 barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ondan heç bir şikayət və tələbi olmadığını göstərərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə verərək əməlindən peşiman olmasını, Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödədiyini, onunla barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını göstərərək barəsində olan işin icraatına xitam verilməklə cinayət məsuliyyətindən azad olunmasını xahiş etdi. Məhkəmə iclasında Dövlət ittihamçısı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş zərəri tam ödəməsini nəzərə alaraq Cinayət Məcəlləsinin 73-1.1ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini təklif etdi. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini, əməlindən peşiman olduğunu göstərərək onun barəsində olan işin icraatına xitam verilməklə cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə görə bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə işin hallarını, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin barışmaqla işin icraatına xitam verilməsini xahiş etmələrini, dövlət ittihamçısının CM-nin 73-1.1-ci maddəsi tətbiq edilməklə cinayət işinin icraatına xitam verilməsini və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş etməsini, cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan cinayət işinin icraatına Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X7 Rekvizitləri: VÖEN:**********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 43.3, 321.2.1, 347 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X7 Rekvizitləri: VÖEN:**********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar