Məhkəmə qərarları › İş №1(019)-76/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-76/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-76/2024 17.07.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxxx 1974-cü il tarixdə Balakən rayonu Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, İİ qrup əlil, Balakən rayonu Talalar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 19,24 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edib özündə saxlayaraq daşımış, həmçinin Balakən rayon Talalar kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin yataq otağında narkotik tərkibli çətənə (kannabis) bitkisinin istintaqa məlum olmayan sayda toxumlarını qanunsuz olaraq bir ədəd dibçək qabda olan torpağa əkərək həmin toxumlardan bitmiş xeyli miqdarda-04 (dörd) ədəd, narkotik tərkibli çətənə (kannabis) bitkilərini suvarmaqla, diblərini alaq otlarından təmizləyib aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, Balakən Rayon Polis Şöbəsinin Qabaqçöl polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş müvafiq tədbir nəticəsində 09 may 2024-cü il tarixdə saat 12:20 radələrində Balakən rayon Sarıbulaq kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Balakən Rayon Polis Şöbəsinin Qabaqçöl polis bölməsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə-qurudulmuş marixuana bir ədəd kağızın içərisindəki qara rəngli sellofan bükümdə olmaqla əynindəki cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq onun Balakən rayon Talalar kəndində olan yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman 04 ədəd uzunluqları 20 sm-dən 35 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri 8,21 qram olan, xeyli miqdarda-04 (dörd) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri dibçək qabın içərisində torpağa əkilmiş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Balakən rayon Talalar kəndində tək yaşayır.Subaydır. İki dəfə evli olmuş, lakin sonradan boşanmışdır.Fərdi əməklə məşğul olur. Narkotik vasitə marixuanadan əvvəllər istifadə etmiş, hazırda istifadə etmir,spirtli içki qəbul edir.Onda narkotik vasitə-qurudulmuş marixuana olmamış,o narkotik vasitə əkməmişdir.Narkotiki onun cibinə polis əməkdaşları qoymuşlar. Dibçəyi də onun evinə polis əməkdaşları qoymuşlar.Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Rəsul oğlu ifadəsində göstərdi ki, hazırda Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. 09 may 2024-cü il tarixdə Balakən rayonu Talalar kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və mütəmadi olaraq gəzdirməsi barədə məlumat daxil olmuş, daha sonra həmin məlumat raportla Balakən RPŞ-nin Qabaqçöl polis bölməsinin rəhbərliyinə məruzə olunmuş və həmin tarixdə keçirilən tədbir zamanı Təqsirləndirilən şəxs 09 may 2024-cü il tarixdə saat 12:20-də Balakən rayon Sarıbulaq kəndi ərazisində yolda tərəflərində saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və mütəmadi olaraq gəzdirməkdə şübhəli olduğunu deyərək onu Balakən RPŞ-nin Qabaqçöl polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmişdir.Polis bölməsində təhqiqatçı Təhməzli Gəngavər tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Hüquq və vəzifələrinin izah olunmasına dair yazılı bildiriş Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra onun şübhəli şəxs qismində tutulması ilə bağlı tərtib edilmiş qərar Təqsirləndirilən şəxs elan edilmiş və həmin qərarla tanış olmuşdur. Daha sonra onun hüquqlarının müdafiəsi üçün Balakən rayon vəkil bürosunun vəkillərinin adlı siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş və sonuncunun vəkillər siyahısından seçdiyi Müdafiəçi Polis bölməsinə dəvət olunmuş, Təqsirləndirilən şəxs təqdim edilmişdir.Təqsirləndirilən şəxs Müdafiəçi tərəfindən onun hüquqlarının müdafiə edilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Təhməzli Cəngavər tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmişdir.Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sol yan cibindən 01 ədəd kağızın içərisində 01 ədəd sellofan bükümdə narkotik vasitə marixuanaya oxşar kütləni çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş və təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan kütlənin narkotik vasitə marixuana olduğunu bildirmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir qeyriqanuni əşya və ya predmet aşkar edilməmişdir.Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuanaya oxşar kütlə sellofan büküm ilə birlikdə təhqiqatçı Cəngavər Təhməzli tərəfindən elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 20,8 qram təşkil etmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs başqa yerdə narkotik vasitə saxlaması, narkotik tərkibli bitkilər əkib-becərməsi barədə əlavə olaraq sual verildikdə Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsini etiraf etmiş, əkib-becərdiyi çətənə bitkilərini təqdim edə biləcəyini demişdir.Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdəki narkotik vasitə marixuanaya oxşar kütlə təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür.Şəxsi axtarış Balakən RPŞ-nin PPXB-nin polis serjantı Yüzbaşıyev Vasif Cavanşir oğlu tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır.Sonda təhqiqatçı Cəngavər Təhməzli tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs öz könüllü razılığı və iştirakı ilə müdafiəçisi Müdafiəçi, polis əməkdaşlarının və mütəxəssis aqronomun iştirakı ilə Balakən rayon Talalar kəndində yerləşən fərdi yaşayış evinə gəlmişlər. Baxış prosesi zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini bir daha etiraf etmiş və həmin bitkiləri təqdim etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs çətənə bitkilərini 01 ədəd dibçəkdə əkib-becərməsi, bitkilərin sayının isə 04 ədəd olması müəyyən edilmişdir.Baxışda iştirak edən mütəxəssis-aqronom Şahid4 çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əkib-becərdiyi narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılmış və uzunluqları ölçülərkən 20 sm-dən 35 sm-dək olması müəyyən edilmişdir. Bundan sonra 04 ədəd narkotik tərkibli çətənə bitkiləri təhqiqatçı tərəfindən qablaşdırılmış, möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonra baxış keçirilməsi barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır.Baxış prosesi Balakən RPŞ-nin PPXB-nin polis serjantı Yüzbaşıyev Vasif Cavanşir oğlu tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır. O, həmçinin göstərdi ki, Balakən RPŞ-nin Qabaqçöl polis bölməsində Təqsirləndirilən şəxs qarşı heç bir psixi və fiziki zorakılıq tətbiq olunmamışdır. Narkotik vasitənin polis əməkdaşları tərəfindən onun cibinə, çətənə bitkiləri əkilmiş dibçəyin onun evinə qoyulması barədə Təqsirləndirilən şəxs göstərdikləri yalandır. Onun üzərində şəxsi axtarış və evinə baxış müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla keçirilmişdir. Onun heç bir şikayəti və narazılığı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin Qabaqçöl PB-nin polis sahə rəisi Şahid2 Şahid1 Rəsul oğlu ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. O,həmçinin göstərdi ki, Balakən RPŞ-nin Qabaqçöl polis bölməsində Təqsirləndirilən şəxs qarşı heç bir psixi və fiziki zorakılıq tətbiq olunmamışdır. Narkotik vasitənin polis əməkdaşları tərəfindən onun cibinə, çətənə bitkiləri əkilmiş dibçəyin onun evinə qoyulması barədə Təqsirləndirilən şəxs göstərdikləri yalandır. Onun üzərində şəxsi axtarış və evinə baxış müdafiəçisinin iştirakı ilə, videoçəkiliş aparılmaqla keçirilmişdir. Onun heç bir şikayəti və narazılığı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Balakən RPŞ-nin MSY-nin növbətçi polis nəfəri vəzifəsində xidmət edir. 09 may 2024-cü il tarixdə Balakən rayonu Talalar kəndində yaşayan Təqsirləndirilən şəxs öz könüllü razılığı və iştirakı ilə müdafiəçisi Müdafiəçi,polis əməkdaşlarının və mütəxəssis aqronomun iştirakı ilə Balakən rayon Talalar kəndində yerləşən fərdi yaşayış evinə gəlmişlər. Baxış prosesi zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini bir daha etiraf etmiş və həmin bitkiləri təqdim etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs çətənə bitkilərini 01 ədəd dibçəkdə əkib-becərməsi, bitkilərin sayının isə 04 ədəd olması müəyyən edilmişdir. Baxışda iştirak edən mütəxəssis-aqronom Şahid4 çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əkib-becərdiyi narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılmış və uzunluqları ölçülərkən 20 sm-dən 35 sm-dək olması müəyyən edilmişdir. Bundan sonra 04 ədəd narkotik tərkibli çətənə bitkiləri təhqiqatçı tərəfindən qablaşdırılmış, möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonra baxış keçirilməsi barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır.Baxış prosesi Balakən RPŞ-nin PPXB-nin polis serjantı Yüzbaşıyev Vasif Cavanşir oğlu tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır. O, həmçinin göstərdi ki, evinə baxış keçirilərkən Təqsirləndirilən şəxs heç bir şikayəti və narazılığı olmamışdır. Baxış onun özünün razılığı ilə keçirilmiş, videogörüntü ilə qeydə alınmışdır.Ona polis əməkdaşları tərəfindən heç bir psixi və fiziki zorakılıq tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hazırda Balakən rayon İcra Hakimiyyətinin Balakən rayon Hənifə kəndi üzrə nümayəndəsi vəzifəsində işləyir. 09 may 2024-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs vəkili Müdafiəçi, polis əməkdaşlarının, onun və Təqsirləndirilən şəxs özünün iştirakı ilə Təqsirləndirilən şəxs Balakən rayon Talalar kəndində yaşadığı fərdi yaşayış evində onun narkotik tərkibli bitkilər əkib-becərdiyi yerə baxış keçirilmişdir.Baxış zamanı dibçək qabda 04 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kolları aşkar edilmişdir. Baxış zamanı o, həmin 04 ədəd bitkilərə aqrotexniki qaydada qulluq edildiyini,diblərinin alaq otlarından təmizləndiyini və suvarıldığını bildirmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs həmin narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kollarını şəxsi istifadəsi üçün əkib-becərdiyini bildirmişdir. Aşkar edilmiş 04 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kollarının hündürlükləri ölçülmüş və həmin bitkilərin hündürlükləri 20 santimetrdən 35 santimetrədək təşkil etmişdir. Aşkar edilmiş 04 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları qablaşdırılaraq götürülmüşdür.Baxış prosesi polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır.Sonda təhqiqatçı Cəngavər Təhməzli tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, həmçinin göstərdi ki, evinə baxış keçirilərkən Təqsirləndirilən şəxs heç bir şikayəti və narazılığı olmamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs həmin narkotik tərkibli çətənə bitki kollarını şəxsi istifadəsi üçün əkib-becərdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən ona heç bir psixi və fiziki zorakılıq göstərilməmişdir. İşin 26-29-cu vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş 09 may 2024-cü il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Cəngavər Təhməzli tərəfindən tərtib olunmuş “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 12:20 radələrində saxlanılmış Balakən rayon Talalar kənd sakini Təqsirləndirilən şəxs üzərində vəkillər siyahısından seçmiş olduğu vəkili Müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs onun üzərində narkotik vasitə və ya başqa qanunla qadağan edilən vasitə, əşya, predmet olub-olmadığı soruşulduqda Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sol yan cibindən 01 ədəd kağızın içərisində qara rəngli sellofan bükümdə narkotik vasitə marixuanaya oxşar bitki kütləsini təqdim edərək, həmin bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, şəxsi istifadə üçün üzərində saxladığını, həmin bitki kütləsinin özünün 2023-cü ilin mart ayında əkdiyi çətənə bitkisinin üzərindən həmin ilin iyul ayının axırlarında yığaraq şəxsi istifadəsi üçün saxladığını, çətənə bitkisinin qalan hissələrini isə yandırdığını, həmin bitki kütləsindən dəfələrlə istifadə etdiyini, istifadə etdiyi zaman götürüb üzərində saxladığını bildirmişdir. Eyni zamanda 2024-cü ildə bir neçə toxum əkdiyini, həmin toxumlardan bitmiş çətənə bitkilərini əkib-becərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkilərkən ümumi çəkisi 20,8 qram təşkil etmişdir. Həmin 01 ədəd sellofan büküm 01 ədəd zərfə qablaşdırılmış, zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində başqa qanunla qadağan edilmiş vasitə, kütlə aşkar edilməmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona qarşı Balakən RPŞ-nin Qabaqçöl PB-də hər hansı fiziki və psixi təsir göstərilib-göstərilmədiyi soruşulduqda belə bir halın olmadığını ona qarşı Balakən RPŞ-nin Qabaqçöl PB-də hansı fiziki və psixi təsir göstərilmədiyini bildirmişdir.Şəxsi axtarış prosesi Panasonic markalı videokamera vasitəsi ilə qeydə alınmış və qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk şəxsi axtarış protokoluna əlavə olunmuşdur.Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 34-37-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş, 09 may 2024-cü il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Cəngavər Təhməzli tərəfindən tərtib olunmuş “baxış keçirilməsi barədə” protokoldan görünür ki, 09 may 2024-cü il tarixdə Balakən rayon Talalar kənd sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman özünün yaşadığı fərdi yaşayış evində narkotik tərkibli bitkilər əkib-becərdiyini göstərdiyi üçün onun yaşadığı evə özünün, müdafiəçisinin, mütəxəssis aqronomun, polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir.Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin yataq otağında, pəncərənin alt tərəfində, bir ədəd dibçək qabda uzunluqları 20 sm-dən 35sm-dək 04 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Baxışda iştirak edən aqronom Şahid4 narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edildiyini, diblərinin alaq otlarından təmizləndiyini və suvarıldığını bildirmişdir.04 ədəd çətənə bitkilərinə oxşar bitki şitilləri göy rəngli sellofanda möhürlənərək və qablaşdırılaraq götürülmüşdür.Baxış prosesi Panasonic markalı videokamera vasitəsi ilə qeydə alınmış və qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk baxış protokoluna əlavə olunmuşdur.Baxış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir.Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 38-ci vərəqəsində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş, ixtisasca aqronom Şahid4 verdiyi xx.xx.2024-cü il tarixli rəydən görünür ki,xx.xx.2024-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə Balakən rayonu Talalar kənd sakini Təqsirləndirilən şəxs yataq otağına baxış keçirilən zaman aşkar edilmiş hündürlükləri 20-sm-dən 35 sm-dək olan 4 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitillərinə aqrotexniki qaydada qulluq edilmiş, dibləri alaq otlarından təmizlənməklə suvarılmışdır. İşin 126-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş,Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin 01 iyun 2024-cü il tarixli 971 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir.2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz.Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 49-53-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 09 may 2024-cü il tarixli 3-16-16-2-17/432 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd qara rəngli sellofan bükümdə, təmiz çəkisi-19,24 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanadan tədqiqata sərf edildi-0,02 qr., qalıq 19,22 qr. Çətənə bitkilərindən tədqiqata sərf edildi-0,08 qr, qalıq 8,13 qr. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Vət Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evindən aşkar edilmiş bitkilər” yazısı, adlar və imzalar olan 01 ədəd göy rəngli sellofan torbanın içərisindəki 04 ədəd uzunluqları 20 sm-dən 35 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri -8,21 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom-mütəxəssis Şahid4 09 may 2024-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş 04 (dörd) ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 01 ədəd qara rəngli sellofan bükümdə olan qurudulmuş marixuana ilə 04 dörd ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə fərqlidirlər. İşin 19-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, 09 may 2024-cü ildə saat 12:20-də azadlığı faktiki məhdudlaşdırılmaqla saat 13:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 88-90-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 11 may 2024-cü il tarixli qərarından görünür ki. həmin qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İşin 91-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 11 may 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 103-104-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Ustayev X7 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 234.1ci maddəsi ilə təqsili bilinib 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 06.12. 2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir.O, məhkumluğu olmayan şəxsdir. İşin 122-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon Talalar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət və narazılıq daxil olmadığı göstərilmişdir. İşin 123-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən Rayon İcra Hakimiyyəti Talalar kənd inzibati ərazi dairəsi tərəfindən 22 may 2024cü-cü il tarixdə verilmiş 406 nömrəli arayışdan görünür ki, Ustayev X7 rayon Talalar kənd sakinidir. İşin 116-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Balakən Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin direktorunun 31 may 2024cü il tarixli 18-1-27/2-364/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxsxx.xx.2015-ci il tarixdən Balakən RMX- da narkoloji kabinetdə profilaktiki qeydiyyatdadır. İşin 125-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu 3 saylı Şəki-Zaqatala regional Filialının 04 iyun 2024-cü il tarixli 3- 17-1/2-130379/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs orqanizmin funksiyasının 61-80 faiz (İİ qrup) pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi xx.xx.2002-ci il tarixdən əmək pensiyası alır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X3 ilə 17 dekabr 2022-ci il tarixdə rəsmi nikah baöğlamaqla evlənmiş, həmin evliliyindən 15 aprel 2023-cü il tarixdə Ramazan adlı uşaqları doğulmuşdur. Məhkəmə iş üzrə şahidlər- Şahid1 Rəsul oğlunun, Şahid2, Şahid3 və Şahid4 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Üzərindən aşkar olunmuş qurudulmuş marixuananın və evindən aşkar olunmuş 4 ədəd çətənə bitkilərinin ona məxsus olmamaması, həmin narkotik vasitənin onun cibinə polis əməkdaşları tərəfindən qoyulması,həmçinin dibçəyin evinə polis əməkdaşları tərəfindən qoyulması barədə Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi xüsusatlar iş materialları ilə (ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələr, şübhəli şəxs qismində üzərində axtarış aparılarkən qeydə alınmış və evinə baxış keçirilərkən qeydə alınmış video görüntülər, şahidlərin ifadələri, ekspertiza rəyi və s. ilə) təkzib olunduğundan məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış, özünü müdafiə məqsədi ilə verilmiş ifadə hesab edərək sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki,hazırda Balakən rayon Talalar kəndində tək yaşayır.Subaydır. İki dəfə evli olmuş,lakin sonradan boşanmışdır.Fərdi əməklə məşğuldur. Əvvəllər psixi xəstəliklər keçirməmişdir. Narkotik vasitə marixuanadan gənc yaşlarından istifadə edir.Hal-hazırda dəqiq yadında qalmayan tarixdə Balakən rayonu Talalar kəndinin çöl sahəsində qurumuş halda tapdığı yabanı bitmiş çətənə kolunun üzərindən yığıb əldə etdiyi çətənə bitkisi toxumlarını 2023-cü ilin mart ayında yaşadığı evdə dibçək qabda əkmişdir.Çətənə bitkilərinin toxumlarından bitmiş 01 ədəd çətənə bitkisinə aqrotexniki qaydada qulluq edib, 2023-cü ilin iyul ayının axırlarında həmin bitkinin yararlı hissələrini yığıb daha sonra isə bitkini kökündən çıxarıb yandırıb məhv etmişdir. Əldə etdiyi narkotik vasitə marixunanı qurutduqdan sonra yaşadığı evdə saxlamış və müxtəlif vaxtlarda özü üçün çəkib istifadə etmişdir. Həmçinin əvvəllər, yəni yadında qalmayan tarixdə və vaxtda çöl sahəsində moruq yığarkən tapdığı yabanı halda bitmiş çətənə bitkisinin üzərindən yığıb əldə etdiyi çətənə bitkisi toxumlarının 07 ədədini saxlamışdır ki, gələcəkdə yaşadığı evdə dibçək qabda əkib daha sonra bitmiş çətənə bitkilərindən narkotik vasitə marixuana əldə edərək özü çəkib istifadə edər.2024-cü ilin mart ayının axırlarında isə saxladığı 07 ədəd narkotik tərkibli çətənə bitkilərinin toxumlarını yaşadığı evdə yataq otağında içərisini torpaqla doldurduğu dibçək qabda əkmişdir. Həmin toxumlardan 04 ədədi bitmişdir.Daha sonra bitkilərə su vermiş, diblərini yumşaldıb və xırda alaq otlarından təmizləmişdir ki, yaxşı inkişaf etsin. 09 may 2024-cü il tarixdə yaşadığı evdə özü çəkib istifadə etdiyi narkotik vasitə marixuananı saxladığı yerdən götürüb əynindəki cins şalvarın sol yan cibinə qoyub öz şəxsi işi bağlı Balakən rayon Sarıbulaq kəndinə gəlmişdir. Narkotik vasitə qurudulmuş marixuananı üzərində götürməkdə məqsədi ondan ibarət olmuşdur ki,fürsət olanda çəkib istifadə edər.Sarıbulaq kəndi ərazisində bir qədər yolla hərəkət etmişdir ki, saat 12:20-də iki nəfər şəxslər ona yaxınlaşmışlar.Həmin şəxslər özlərini təqdim edib Balakən rayon polis şöbəsinin Qabaqçöl polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt üzərində saxladığı kağızın içərisində sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanada onun əynindəki cins şalvarın sol yan cibində olmuşdur. Daha sonra polis əməkdaşları üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək onu Balakən RPŞ-nin Qabaqçöl PBnə dəvət etmişlər.O, da polis əməkdaşlarının dəvəti ilə etiraz etmədən Balakən rayon polis şöbəsinin Qabaqçöl polis bölməsinə gəlmişdir.Qabaqçöl polis bölməsində ona hüquq və vəzifələri izah olunmuşdur. Hüquq və vəzifələrinin izah olunmasına dair yazılı bildiriş ona təqdim edilmişdir. Bundan sonra onun şübhəli şəxs qismində tutulması ilə bağlı tərtib edilmiş qərar ona elan edilmiş və həmin qərarla tanış olmuşdur. Daha sonra onun hüquqlarının müdafiəsi üçün Balakən rayon vəkil bürosunun vəkillərinin adlı siyahısı ona təqdim edilmişdir.O, təqdim edilmiş Balakən rayon vəkil bürosunun vəkillərinin siyahısından Müdafiəçi hüquqlarını müdafiə etməsini istəmişdir. Bir qədər sonra Müdafiəçi Qabaqçöl polis bölməsinə dəvət edilmiş, müdafiəçi kimi ona təqdim edilmişdir.O, bir daha Müdafiəçi tərəfindən hüquqlarının müdafiəsinə etirazının olmadığını bildirmişdir. Daha sonra şübhəli şəxs qismində tutulması ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ilə tanış olduqdan sonra imzalarla təsdiq etmiş, eyni zamanda tutulması ilə bağlı qardaşına telefon vasitəsilə məlumat vermişdir. Bir daha hüquq və vəzifələri ona izah edilmişdir. Bundan sonra Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə fasiləsiz video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl bir daha hüquq və vəzifələri, yəni müdafiəçi tutmaq, öz əleyhinə ifadə verməmək və digər hüquq və vəzifələri ona izah edilmişdir.Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində hər hansı qeyriqanuni əşya olub-olmaması barədə sual verilmişdir. Həmin vaxt o, əynindəki cins şalvarın sol yan cibində saxladığı, 01 ədəd kağızın içərisində sellofan bükümdə olan narkotik vasitə marixuananı əynindəki cins şalvarın sol yan cibindən çıxarıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir.Şəxsi axtarış zamanı üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi 01 ədəd kağızın içərisində sellofan bükümdə olan narkotik vasitə marixuana sellofan büküm ilə birlikdə təhqiqatçı Cəngavər Təhməzli tərəfindən elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 20.8 qram təşkil etmişdir.Şəxsi axtarış zamanı başqa yerdə narkotik vasitə saxlaması, əkib-becərməsi barədə əlavə olaraq sual verildikdə o, yaşadığı evdə narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsini etiraf etmişdir və həmin əkib-becərdiyi çətənə bitkilərini təqdim edə biləcəyini də demişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd kağızın içərisində sellofan bükümdəki narkotik vasitə marixuana təhqiqatçı tərəfindən 01 ədəd zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür.Sonra şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır.Daha sonra onun öz könüllü razılığı və iştirakı ilə, Müdafiəçi, polis əməkdaşlarının və mütəxəssis aqronomun iştirakı ilə onun Balakən rayon Talalar kəndində yerləşən fərdi yaşayış evinə gəlmişlər.Baxış prosesi zamanı yaşadığı evdə narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsini bir daha etiraf etmiş və həmin bitkiləri təqdim etmişdir.Çətənə bitkilərini 01 ədəd dibçəkdə əkibbecərmişdir.Baxış zamanı bitkilərin sayının 04 ədəd olması müəyyən edilmişdir.Baxışda iştirak edən mütəxəssis-aqronom Şahid4 çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir.Daha sonra əkib-becərdiyi narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılmış və uzunluqları ölçülərkən 20 sm-dən 35 sm-dək olması müəyyən edilmişdir. Bundan sonra əkib becərdiyi 04 ədəd narkotik tərkibli çətənə bitkiləri təhqiqatçı tərəfindən qablaşdırılmış, möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonra baxış keçirilməsi barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Baxış prosesi bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır.Məhkəmə-bioloji ekspertizasının 09 may 2024cü il tarixli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 01 ədəd qara rəngli sellofan bükümdə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 19,24 qramdır.Həmçinin əkib-becərdiyi 04 ədəd bitki əkilib-becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.Aqronom mütəxəssis Şahid4 rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir.04 ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər.01 ədəd qara rəngli sellofan bükümdə olan qurudulmuş marixuana ilə 04 (dörd) ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə fərqlidirlər. Əlavə olaraq göstərmişdir ki, polis əməkdaşları tərəfindən 09 may 2024-cü il tarixdə saat 12:20 radələrində Balakən rayon Sarıbulaq kəndi ərazisində yolda saxlanılmışdır.Onu narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli kimi saxlayaraq Balakən rayon polis şöbəsinin Qabaqçöl polis bölməsinə gətirən polis əməkdaşlarını əvvəllər tanımamışdır.Həmin polis əməkdaşları ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur.Polis əməkdaşları tərəfindən saxlanılan zaman ətrafda başqa şəxslər olmuşdur. Lakin kim olduqlarını bilmir. Çünki həmin şəxsləri tanımır.Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır.Üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuanadan heç kimə pay verməmişdir. Üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə saxlamışdır.Üzərində narkotik vasitə qurudulmuş marixuana saxlamasından heç kimin məlumatı olmamışdır.Hazırda yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə qurudulmuş marixuana saxlamır.Narkotik tərkibli çətənə bitkilərinin toxumlarını yığıb əldə etdiyi yerləri göstərə bilməz.Həmin vaxtdan xeyli müddət keçdiyinə görə həmin yerlər yadında qalmayıb.Buna görə də göstərə bilməz.Balakən RPŞnin Qabaqçöl polis bölməsində ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini qəbul etmir, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini sübut kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə və qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək daşıma və saxlama cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə və ya yetişdirmə) görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.6-cı maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 08 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur.Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 05 qram müəyyən edilmişdir. Həmin Qərarın 21-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisələri baş vermişdir, həmin əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar,təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası , məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini, yaşayış yerindən mənfi cəhətdən xarakterizə olunmamasını,cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmamasını, azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəza növlərinin təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Ustayev X7 RMX-da narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmış olsa da məhkəmə onun narkomaniyadan əzab çəkməsini, məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs narkoloji kabinetdə yenidən narkomaniyadan əzab çəkən şəxs olaraq qeydiyyata alınmalı və onun qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X8 Şəxsinə göndərilməlidir. Lakin işin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən narkoloji kabinetdə profilaktik qeydiyyatdadır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs qeydiyyatda olmasını nəzərə almalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan,Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd sellofan bükümdə təmiz çəkisi 19,24 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,02 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 19,22 qram olan narkotik vasitə qurudulmuş marixuana və 04 ədəd uzunluqları 20 sm-dən 35 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 8,21 qram, narkotik tərkibli çətənə (kannabis) bitkilərinin tədqiqata sərf edilən 0,08 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 8,13 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili- Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 06 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 36 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 234.1ci maddəsilə 1(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına,Cinayət Məcəlləsinin 237.1-ci maddəsilə 7(yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il (03) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Onun 09 may 2024-cü il tarixdən 11 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın.Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəza çəkmə müddətinin əvvəli 17 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin. Onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. 35.97 (otuz beş manat 97 qəpik ) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd sellofan bükümdə təmiz çəkisi 19,24 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,02 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 19,22 qram olan narkotik vasitə qurudulmuş marixuana və 04 ədəd uzunluqları 20 sm-dən 35 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 8,21 qram, narkotik tərkibli çətənə (kannabis) bitkilərinin tədqiqata sərf edilən 0,08 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 8,13 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 36 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar