Məhkəmə qərarları › İş №1(019)-77/2020

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-77/2020

18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-77/2020 18.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X18 qızının katibliyi, tərcüməçi X10, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Ələkbər oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X9, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs- xx.xx.1959-cu ildə Balakən rayonunun Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Balakən rayonunun Gərəkli kəndində qeydiyyatda olmaqla Balakən rayonunun Mazımçay kəndində yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə təxminən saat 08:10 radələrində idarə etdiyi Qaz 2705 markalı ** HH *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Balakən rayonu ərazisində yerləşən Mazımçay Gömrük X20 istiqamətindən Balakən şəhəri istiqamətində 50 km/saat sürətlə hərəkət edərkən Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun Qullar kəndinin ərazisindən keçən 154-cü kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da almayıb, yolun sağından soluna keçən piyada X6 avtomobilin qarşı sağ hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Cavadxan Şəkiliyevə sol gicgahda şişkinlik, gözün selikli qişalarında qansızma, sol qulaqda yara, sağ dirsəyin bayır səthində və sol əlinin üstündə sıyrıqlar, sol budun yuxarı 1/3-nin bayır səthində sıyrıq, sol dizin bayır səthində qançır, sol dirsəkdə sıyrıq, sol 3-4-cü qabırğalarda ön orta xətdən yerdəyişməli sınıqlar, sol ağ ciyərdə cırılma, daxilə qanaxma, başın dərialtının qansızması, baş beynin sərt və yumşaq qişasında qansızma, baş beyin maddəsində ödemin əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ağır bədən xəsarətləri yetirmiş və onun xx xxx 2020-ci il tarixdə saat 14:45 radələrində Zaqatala RMXda ölməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Müslüm oğlu ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, idarə etdiyi Qaz-2705 markalı ** HH *** dövlət qeydiyyat nişanlı mikroavtobus özünə məxsusdur və onun avtomobilləri idarə etməyə hüquq verən BCD dərəcəli sürücülük vəsiqəsi vardır. xx.xx.2020-ci il tarixdə təxminən 07:50 radələrində Balakən rayonunun Mazımçay kəndindən çıxıb Balakən şəhərinə gedərkən mikroavtobusun salonunda həmkəndliləri Şahid1, X15, Şahid3, Şahid4, Şahid2 və Şahid5 olmuş və o, mikroavtobusu Mazımçay Gömrük X20 istiqamətindən Balakən şəhəri istiqamətində təxminən 50 km/saat sürətlə idarə etmişdir. Təxminən saat 08:10 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun Qullar kəndinin ərazisindən keçən 154-cü km-də yolun sağında səki hissədə bir nəfərin dayandığını görmüşdür. O, idarə etdiyi Qaz-2705 markalı ** HH *** dövlət qeydiyyat nişanlı mikroavtobusla həmin şəxsin bərabərliyinə çatmağa az qalmış sonradan adını bildiyi X7 qəflətən yolun sağından soluna doğru keçərək idarə etdiyi mikroavtobusun qarşısına çıxmışdır. O, hadisənin qarşısını almaq üçün idarə etdiyi Qaz-2705 markalı mikroavtobusun sükanını sola çəkmiş, lakin məsafə yaxın olduğundan mikroavtobusun qarşı sağ hissəsi ilə Cavadxan Şəkiliyevi vurmuş və asfalta yıxılmışdır. Bundan sonra o, idarə etdiyi avtomobildən düşmüş, həmin vaxt o, Cavadxanın xəsarət aldığını görüb onu yoldan keçən tanımadığı avtomobillə Balakən rayon Mərkəzi Xəstəxanasına aparmış və həmin xəstəxanadan da Cavadxanı Zaqatala rayon mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada Cavadxana lazım olan bütün köməkliklər göstərildikdən sonra hadisə yerinə qayıtmış və hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak edərək tərtib olunmuş protokol və sxemlə tanış olub imza etmişdir. Həmin gün təxminən saat 14:45 radələrində X2 RMX-da ölmüşdür. İlk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, ailə vəziyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, mərhum X7 onun atası olmuşdur, o, həm kar, lal olmuş, sol gözü tamamilə görməmiş, sağ gözü isə zəif görmüşdür. xx.xx.2020-ci il tarixdə təxminən saat 07:30 radələrində evdən çıxıb əmisioğlugilə getmişdir. Həmin gün təxminən saat 08:30 radələrində atası X5 yol-nəqliyyat hadisəsinə düşərək Zaqatala rayon Mərkəzi xəstəxanasına daxil olması barədə məlumat verilmişdir. Bundan sonra o, Zaqatala RMX-na getmiş və xəstəxanada ona məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 08:10 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun Qullar kəndinin ərazisindən keçən 154-cü km-də Təqsirləndirilən şəxs idarə etdiyi Qaz 2705 markalı ** HH *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Balakən rayonu ərazisində yerləşən Mazımçay Gömrük X20 istiqamətindən Balakən şəhəri istiqamətində hərəkətdə olarkən yolun sağından soluna keçən atası X6 vurmuş, nəticədə atası Cavadxan Şəkiliyev müxtəlif bədən xəsarətləri alaraq Balakən rayon Mərkəzi Xəstəxanasına daxil olmuş, oradan da Zaqatala RMX-na gətirilmişdir. Həmin gün saat 14:45 radələrində atası X2 RMX-da ölmüşdür. Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs onlara dəymiş zərər və ziyanı könüllü olaraq tam ödəmişdir. Onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid şəxs qismində dindirilmiş Şahid4 göstərdi ki, xx.xx.2020-ci il tarixdə təxminən 07:50 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Qaz-2705 markalı ** HH *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Balakən rayonunun Mazımçay kəndindən çıxıb Balakən şəhərinə yola düşmüşdür. Həmin vaxt o, qabaq oturacaqda əyləşmiş, mikroavtobusun salonunda həmkəndliləri X15, Şahid1, Şahid2, Şahid3 və Şahid5 olmuş və Məhəmməd salonunda olduğu Qaz-2705 markalı ** HH *** dövlət qeydiyyat nişanlı mikroavtobusu Mazımçay Gömrük X20 istiqamətindən Balakən şəhəri istiqamətində idarə etmişdir. Təxminən saat 08:10 radələrində Yevlax- Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun Qullar kəndinin ərazisindən keçən 154-cü km-də sonradan adını bildiyi X7 qəflətən yolun sağından soluna doğru keçərək salonunda olduğu Qaz-2705 markalı mikroavtobusun qarşısına çıxmışdır. Məhəmməd hadisənin qarşısını almaq üçün salonunda olduğu Qaz-2705 markalı mikroavtobusun sükanını sola çəkmiş, lakin məsafə yaxın olduğundan mikroavtobusun qarşı sağ hissəsi ilə Cavadxan Şəkiliyevi vurmuş və Cavadxan yıxılmışdır. Bundan sonra onlar avtomobildən düşmüşlər, bu zaman Məhəmməd Cavadxanın xəsarət aldığını görüb onu yoldan keçən tanımadığı avtomobillə Balakən rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Sonradan ona Cavadxan Şəkiliyevin həmin gün təxminən saat 14:45 radələrində Zaqatala rayon Mərkəzi Xəstəxanasında ölməsi məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, X15, Şahid1, Şahid2 və Şahid5 Şahid4lə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xususatları öz ifadələrində təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 göstərdi ki, o, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPXA-nın 5-ci tağımının YPX-ti inspektoru vəzifəsində işləyir, polis baş serjantıdır. O, xx.xx.2020-ci il tarixdə Şahid10 ilə birlikdə xidmətdə olduqları zaman təxminən saat 08:10 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun Qullar kəndinin ərazisindən keçən 154-cü km-də yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Onlar həmin məlumata əsasən qeyd olunan əraziyə getmişlər, həmin vaxt orada ona məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 08:10 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun Qullar kəndinin ərazisindən keçən 154-cü km-də, vət. Təqsirləndirilən şəxs idarə etdiyi Qaz 2705 markalı ** HH *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Balakən rayonu ərazisində yerləşən Mazımçay Gömrük X20 istiqamətindən Balakən şəhəri istiqamətində hərəkətdə olarkən yolun sağından soluna keçən piyada, vət. X6 vurmuş, nəticədə Cavadxan Şəkiliyev müxtəlif bədən xəsarətləri alaraq Zaqatala rayon Mərkəzi Xəstəxanasına daxil olmuşdur. Bundan sonra hadisə yerini mühafizə edərək baxış keçirilməsində iştirak etmiş və bu barədə tərtib olunmuş protokol və sxemə digər iştirakçılar ilə birlikdə imza etmişdir. Sonradan ona Cavadxan Şəkiliyevin həmin gün təxminən saat 14:45 radələrində Zaqatala rayon Mərkəzi Xəstəxanasında ölməsi məlum olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş şahid Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə şəxsi işi ilə əlaqədar Balakən rayonunun Qabaqçöl kəndinə gedərkən Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun Qullar kəndinin ərazisindən keçən 154-cü km-də yol nəqliyyat hadisəsi baş verdiyini görmüş və o, hadisə yerinə gələn polis əməkdaşlarına yaxınlaşıb, hadisə barədə məlumat aldıqda ona məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 08:10 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun Qullar kəndinin ərazisindən keçən 154-cü km-də, vət. Təqsirləndirilən şəxs idarə etdiyi Qaz 2705 markalı ** HH *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Balakən rayonu ərazisində yerləşən Mazımçay Gömrük X20 istiqamətindən Balakən şəhəri istiqamətində hərəkətdə olarkən yolun sağından soluna keçən piyada X6 vurmuş, nəticədə Cavadxan Şəkiliyev müxtəlif bədən xəsarətləri alaraq Zaqatala rayon Mərkəzi Xəstəxanasına daxil olmuşdur. Sonra isə o, hadisə yerində olan digər hal şahidi və polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində axıra kimi iştirak edərək hadisə haqqında tərtib olunmuş protokol və sxem ilə tanış olmuş və digər iştirakçılarla bərabər o da imza etmişdir. Sonradan ona Cavadxan Şəkiliyevin həmin gün təxminən saat 14:45 radələrində Zaqatala rayon Mərkəzi Xəstəxanasında ölməsi məlum olmuşdur. İşin 27-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş AE 729132 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildə verilmiş BCD dərəcəli sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2028ci ilə kimidir. İşin 21-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx xxx 2020-ci il tarixli 196 nömrəli sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, hadisə törədilən zaman xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ayıq olmuşdur. İşin 72-76-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Məhkəmə-tibbi ekspertin xx.xx.2020-ci il tarixli 09 N°-li rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı meyitində aşkar edilmiş xəsarətlər:

1. Sol gicgahda şişkinlik, gözün selikli qişalarında qansızma, sol qulaqda yara, sağ dirsəyin bayır səthində və sol əlinin üstündə sıyrıqlar, sol budun yuxarı 1/3-nin bayır səthində sıyrıq, sol dizin bayır səthində qançır, sol dirsəkdə sıyrıq, sol 3-4-cü qabırğalarda ön orta xətdən yerdəyişməli sınıqlar, sol ağ ciyərdə cırılma, daxilə qanaxma, başın dərialtının qansızması, baş beynin sərt və yumşaq qişasında qansızma, baş beyin maddəsində ödem.

2. Yuxarıda qeyd edilmiş xəsarətlərin hamısı müxtəlif bərk küt (əşyanın) əşyaların dəyməsi təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci ildə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilirlər.

3. Mər. X5 ölümünün səbəbi baş beyində əzilmə-qansızma, ödem, sol ağ ciyərdə cırılma-daxilə qanaxma olmuşdur.

4. Mər. X5 ölümü meyitin müayinəsindən 1-3 saat əvvəl baş verməyə uyğun gəlir.

5. MTE və PA Birliyinin Kimya şöbəsindən X1 meyitindən götürülmüş qanın kimyəvi müayinəsinə dair verilmiş xx.xx.2020-ci il tarixli 1557/K saylı aktda qeyd edilənlərə görə, onun qanında metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatları aşkar edilməmişdir. İşin 90-93-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx xxxx 2020-ci il tarixli 8/1049 N°-li rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Qaz 2705 markalı ** HH *** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşin 78-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş BDYPİ Qİİ-dən alınmış xx.xx.2020-ci il tarixli 016-51046-1220 nömrəli məktubundan görünür ki, xx.xx.1959-cu ildə anadan olmuş Təqsirləndirilən şəxs DİN BDYPİ Qeydiyyat İmtahan şöbəsinin informasiya uçot bazasına görə sürücülük hüququndan məhrum edilməsi və və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxs xx.xx.2018-ci il tarixdə AE seriyalı 729132 nömrəli "BCD" kateqoriyalı sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. İşin 59-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 128-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayonu Gərəkli kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olması, Mazımçay yaşayış məntəqəsində yaşaması, barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmadığı göstərilmişdir. İşin 127-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayonu Gərəkli kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Gərəkli kənd sakinidir, himayəsində işləməyən arvadı, oğlanları və nəvələri vardır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqdaCinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində isə göstərilir ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir.Həminəməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41 -ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, əvvəllər yol hərəkəti qaydasını pozmağa görə məsuliyyətə cəlb olunmamasını, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini ,eyni zamanda onun təqsirli bilindiyi maddənin sanksiyasında yalnız azadlıqdan məhrumetmə növündə cəzanın müəyyən edilməsini, barəsində CM-in 62-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan müəyyən müddətə məhrum edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzadan azad edilməsi və ya barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərinə əməl etdiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN: **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Aqentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Qaz 2705 markalı ** HH *** dövlət qeydiyyat nişanlı mikroavtobusun saxlanması üçün qəbzlə sürücü Təqsirləndirilən şəxs verilməsi nəzərə alınmalıdır. İş materiallarından həmçinin görünür ki, Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi X21 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Ceyhun X11 hesabı: AZ11AİİB******************** VÖEN:********** Müxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülsün. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. X3rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-354, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1(bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs oğlundan tutulub Az.MEM; VÖEN: **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Aqentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut olan Qaz 2705 markalı ** HH *** dövlət qeydiyyat nişanlı mikroavtobusun saxlanması üçün qəbzlə sürücü Təqsirləndirilən şəxs verilməsi nəzərə alınsın Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi X21 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Ceyhun X11 hesabı: AZ11AİİB******************** VÖEN:********** Müxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar