Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-77/2021 12.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs Əli qızının iştirakı ilə xx xxxx 1988-ci il tarixdə Balakən rayonu Meşəşambul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Balakən rayonu Meşəşambul kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Əli qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 177.2.3-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tamah niyyəti ilə saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, qəsdən, qanunsuz olaraq özgənin əmlakını gizli yolla tamah niyyəti və talama məqsədi ilə 21 mart 2021-ci il tarixdə, saat 21:55 radələrində əvvəllər satıcı işlədiyi Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən və saxlanc yeri hesab edilən Zərərçəkmiş şəxs məxsus “Bora market”in içərisindəki otaqda masanın altında olan dəmir seyfin asma qıfılını elə həmin otaqda mağazanın inzibatçısı tərəfindən daimi gizlin yerdə saxlanılan açarı tapıb açaraq seyfin içərisindəki 2800 (iki min səkkiz yüz) manat məbləğində nağd pulu saxlanc yerinə qanunsuz daxil olmaqla gizli yolla ələ keçirib talayaraq Zərərçəkmiş şəxs 2800 (iki min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işdə olan digər sübutların bilavasitə tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs qızı Azərbaycan Respublikası CM-nin 177.2.3 -cü maddəsilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 ilə 13 ildir ər-arvad münasibətində yaşasalar da, indiyə kimi rəsmi nikah bağlamamışlar. Əvvəllər Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən və Zərərçəkmiş şəxs məxsus “Bora market”də aylıq əmək haqqı 200 manat olmaqla satıcı işləmişdir. Həmin müddətdə Şamilin Balakən rayonu Yeni Şərif kəndində yerləşən evində anası Pəri Xəlilova və azyaşlı övladı Ramazan Xəlilovla birlikdə yaşamışlar. 2021-ci ilin mart ayının sonlarında maddi durumları çox çətin olmuşdur. Bu da onların ailəsində ciddi problemlərin yaranmasına səbəb olmuşdur. Buna görə Şamil 21 mart 2021-ci il tarixdə axşam saatlarında onun iş yerinə, yəni marketə gələrək iş tapmaq üçün Bakı şəhərinə getməli olduğunu bildirmiş və sonunun necə olacağını bilmədiyini deyərək, onunla sağollaşıb getmişdir. Bundan sonra o, ailəsinin dağılmasından qorxduğuna görə işlədiyi mağazadan pul oğurlayıb Şamilin arxasınca getmək qərarına gəlmişdir. 21 mart 2021-ci il tarixdə, saat 21:55 radələrində işdə olduğu zaman mağazanın daxilində olan və satışlardan əldə olunmuş pulların saxlanıldığı dəmir seyfin yerləşdiyi otağa daxil olmuş, həmin dəmir seyfin açılıb-bağlanması mağazanın inzibatçısı Şahid2 həvalə olunsa da, o, seyfin açarının yerini bilmişdir. Həmin vaxt mağazada kassir işləyən iş yoldaşı Şahid3 da mağazada olmuşdur. O, Xalidənin işlə məşğul olmasından istifadə edərək, seyfin açarını həmin otaqda olan dolabın içərisindəki sənədlərin arasından götürmüş, seyfi açmış və seyfin içərisində olan pulları götürüb əynindəki gödəkçəsinin cibinə qoymuşdur. Daha sonra seyfi açarla bağlayıb, açarı götürdüyü yerə qoymuş və otaqdan çıxmışdır. Bundan sonra o, seyfdən pul götürməyi barədə mağazanın sahibi Zərərçəkmiş şəxs adına üzrxahlıq məktubu yazmış və həmin məktubda götürdüyü pulları 06 ay sonra geri qaytaracağını bildirmişdir. O, təkrar həmin otağa qayıdıb seyfi yenidən açaraq yazdığı məktubu seyfə qoymuş və seyfi bağlayıb otaqdan çıxmışdır. Həmin vaxt iş saatı bitdiyinə görə o, Şahid3 ilə sağollaşıb mağazadan bayıra çıxmışdır. Bundan sonra piyada Balakən-Bakı şəhərlərarası sərnişindaşıma ilə məşğul olan taksi avtomobillərinin olduğu yerə gedərək,orada tanımadığı taksi sürücüsü ilə 100 manata razılaşaraq, Bakı şəhərinə getmişdir. Seyfdən Zərərçəkmiş şəxs məxsus 2800 manat pul götürmüşdür. O, 22 mart 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhərində yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə çatmış, lakin əri Şamilin istifadə etdiyi mobil telefona zəng çatmadığına görə həmin gün axşam saatlarına kimi Avtovağzal Kompleksində qalmışdır. Nəhayət həmin tarixdə axşam saatlarında Şamil ilə əlaqə yaratmış və əri gəlib onu Abşeron rayonu Xırdalan şəhərində yaşadığı evə aparmışdır. Daha sonra orada Şamilə 2800 manat borc pul götürdüyünü bildirmişdir. Şamil ona pulu kimdən borc götürməyi barədə sual verdikdə, cavabında pulu işlədiyi mağazanın müdirindən 06 ay müddətinə borc aldığını demişdir. Daha sonra həmin pulu təxminən 03 ay müddətinə şəxsi ehtiyaclarına və kirayə haqqına ödəmişlər. Təxminən 01 həftə əvvəl əri Şamil Bakı şəhəri, Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən bir evin təmir işlərini öhdəsinə götürmüş və bununla əlaqədar Əhmədli qəsəbəsinə köçüb orada yaşamağa başlamışlar. Son günlərdə əri Şamil onun ailə üzvləri ilə əlaqə saxlamadığını, gərgin olduğunu görüb, nə baş verdiyini soruşmuşdur. Bundan sonra o, həqiqətləri açıb Şamilə danışmışdır. Buna görə də Şamil onu Balakən şəhərinə göndərmək istəsə də, o, yalvarıb buna mane olmuşdur. 30 iyun 2021-ci il tarixdə, təxminən saat 12:30 radələrində Əhmədli qəsəbəsində yaşadığı binada liftin qarşısında olan zaman Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etmiş və barəsində cinayət işi başlanıldığını, axtarış elan olunduğunu deyərək, onu Balakən RPŞyə dəvət etmişlər. Bu zaman o, həmin binada usta işləyən əri Şamilə məlumat vermiş və onlar polis əməkdaşları ilə birlikdə Bakı şəhərindən Balakən şəhərinə gəlmişlər. Oğurluq etməyi barədə Şahid1 məlumat verdikdə, həmin vaxt əri Şamil ona irad bildirərək, etdiyi əmələ görə məyus olmuşdur. Ondan təkidlə Zərərçəkmiş şəxs zəng edib üzr istəməyini və pulu geri ödəyəcəyini bildirməyini tələb etmişdir. O isə qorxduğu üçün Zərərçəkmiş şəxs zəng etməmişdir. Hətta Şamil onu Balakən şəhərinə yola salmaq istəmiş, lakin o, ağlayıb yalvararaq, Balakən şəhərinə getmək istəməmiş, nəticədə Şamil fikrindən daşınmışdır. Onlar həmin pulları işləyib geri qaytarmaq istəmişlər. Oğurladığı həmin puldan əri Şamilə verməmişdir. Pullar həmişə onun çantasında olmuş və ehtiyac olduqca birlikdə xərcləmişlər. İşlədiyi mağazadan sadəcə pul oğurlamışdır, başqa heç bir şey oğurlamamışdır. Qeyd etdiyi cinayət əməlindən başqa heç bir cinayət əməli törətməmişdir. Həmçinin Bakı şəhərində müvəqqəti hansı ünvanda yaşadıqları barədə ailə üzvlərinin, valideynlərinin məlumatı olmamışdır. Çünki, o, Bakı şəhərinə gedəndən sonra qorxudan valideynləri ilə əlaqəni kəsmişdir. Hazırda o, Zərərçəkmiş şəxs Heybullahın da qeyd etdiyi kimi 2800 manat pul ödəməlidir, lakin hazırda maddi ziyanı ödəmək iqtidarında deyildir. O, işləyib tezliklə Heybullaha həmin 2800 manatı ödəyəcəkdir. Törətdiyi cinayət əməlinə görə peşmandır. Ehtiyacı olduğuna görə məcburiyyət qarşısında qalıb həmin cinayət əməlini törətmişdir. Bir daha belə əməllərə yol verməyəcəkdir. Himayəsində bir azyaşlı uşağı vardır. Artıq əri də onu atmışdır. Bu halları nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Balakən rayonu Qabaqçöl qəsəbəsində yaşayır. Balakən rayonu Qabaqçöl qəsəbəsi ərazisində yerləşən “Bora market” mağazasını işlədir. 22.03.2021-ci il tarixdə, səhər saatlarında o, Qabaqçöl qəsəbəsində olduğu zaman mağazanın administratoru Şahid2 ona zəng edərək, mağazada yerləşən seyfdən 2800 manat pul götürüldüyünü bildirmişdir. Həmçinin seyfdə tapılmış kağızda mağazanın işçisi Xacayın ona müraciətlə ailəsinin dağılması təhlükəsi olduğunu, həmin səbəbə görə pulu götürdüyünü, həmin pulu 6 ay ərzində geri qaytaracağını yazdığını demişdir. Daha sonra o, mağazaya getmiş, mağazanın müşahidə kameralarının qeydə aldığı görüntülərə baxmışdır. Bir daha ona aydın olmuşdur ki, ona məxsus mağazanın seyfindən ona aid 2800 manat pulu oğurlayan şəxs Təqsirləndirilən şəxsdır. Təxminən 1 il əvvəl də Xacay ondan 200-300 manat pul götürmüş, həmin borcu maaşı ilə hissə-hissə ödəmişdir. Lakin borcun ödənilməsi hələ də başa çatmamışdır. Seyfi yalnız administrator Şahid2 açıbbağlayır. Digər işçilərə bu səlahiyyət verilməmiş, seyfin açarı etibar edilməmişdir. Seyfin açarının saxlandığı yer seyf yerləşən otaqda administrator tərəfindən həmişə gizlədildiyi yer olmuşdur. Sonradan mağazanın müşahidə kameralarına baxıldıqda da müəyyən olunmuşdur ki, pulu Xacay götürüb gedir, sonra yenidən seyfi açaraq kağızı, yəni məktubu seyfə qoyur. Müşahidə kameralarının qeydə aldığı görüntülərdən məlum olmuşdur ki, Xacay açarın yerini bilmişdir. Çünki Xacay axtarmadan birbaşa həmin yerdən açarı götürmüşdür. Yəqin ki, açarı administrator gizlətdiyi zaman Xacay kamera vasitəsilə izləyərək, açarın saxlandığı yeri bildiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs təxminən 3 ildir ki, həmin mağazada işləyir. Xacayın məsuliyyətə cəlb edilməsini və oğurladığı 2800 manat pulun qaytarılmasını tələb edir. Oğurluq hadisəsi zamanı seyfin qapısı açarla açıldığından ona əlavə hər hansı ziyan dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, həyat yoldaşı Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. 2004-cü ildə X6 ilə ailə qurmuş, onunla nikahından X7 və X11 dünyaya gəlmişlər. 2008-ci ildə Sevda Xəlilovadan ayrılmış, həmin ildə Balakən rayonu Meşəşambul kənd sakini Təqsirləndirilən şəxs ilə ailə qurmuş, onunla nikahlarından 2010-cu ildə oğlu X8 doğulmuşdur. 2021-ci ilin mart ayının ortalarında maddi vəziyyəti ağır olduğuna görə Bakı şəhərinə gedib orada işləmək qərarına gəlmişdir. Çünki maddi durumun ağırlığı ailələrində də problemlərin yaranmasına səbəb olmuşdur. 21.03.2021-ci il tarixdə günortadan sonra dəqiq yadında qalmayan saatda yoldaşı Xacayın işlədiyi Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən «Bora market»ə gedib, həmin marketin qarşısında dayanıb, Xacayı çağırmış və onunla söhbət etmişdir. Həmin vaxt Xacaya maddi vəziyyətlərinin ağır olduğundan Bakı şəhərinə gedib işləmək istədiyini, həmin gün Bakı şəhərinə yola düşəcəyini bildirmişdir. Xacay isə onun getməyinə razı olmamış və bu səbəbdən aralarında narazılıq yaranmışdır. Həmçinin o, artıq bezdiyini, belə davam etsə ondan da ayrılacağını bildirmişdir. Həmin vaxt Xacay ağlamış, ondan getməməyini xahiş etmişdir. Lakin o, Xacaya qulaq asmayaraq, Xacayla sağollaşıb Bakı şəhərinə yola düşmək üçün Balakən şəhərinə gəlmişdir. Orada Bakı şəhərinə sərnişin daşıyan mikroavtobusla Bakı şəhərinə getmişdir. Bakı şəhərində telefon nömrəsini bağlamış və istifadə etməmişdir. Növbəti gün, yəni 22.03.2021-ci il tarixdə, saat 10-11 radələrində yoldaşı Xacay vatsapp vasitəsi ilə onunla əlaqə saxlayaraq, Bakı şəhərində avtovağzalda olduğunu bildirmişdir. Lakin onun Xacayın gəlişindən xəbəri olmamışdır. Daha sonra o, Xacayı qarşılamaq üçün getmiş, həmin vaxtdan da Bakı şəhərində əvvəl Xırdalanda, sonradan hazırda yaşadıqları Bakı şəhəri, Xətai rayonu Əhmədli qəsəbəsində ünvanını bilmədiyi evdə birlikdə yaşamağa davam etmişlər. Bakı şəhərinə gəldiyi gün Xacay ona özündə 2800 manat pul olduğunu və pulu borc götürdüyünü bildirmişdir. Həmin puldan mənzil kirayələmək, həmçinin gündəlik xərclərini qarşılamaq üçün istifadə etmişlər. Sonradan dəqiq xatırlamadığı tarixdə Xacay ona həmin 2800 manat pulu borc götürmədiyini, işlədiyi “Bora market»dən seyfdən oğurladığını bildirmişdir. Bu zaman o, Xacayı həmin hərəkətinə görə qınamış və Xacayı geri, Balakən rayonuna qaytarmaq istəmişdir. Həmçinin Zərərçəkmiş şəxs zəng edib üzr istəməsini tələb etmişdir. X12 danışmaqdan qorxmuşdur. Daha sonra razılaşmışlar ki, Zərərçəkmiş şəxs pulu ödəsinlər. Heybullah da Xacayın seyfdən oğurladığı pulun ödənilməsini tələb edir. Xacayla qərara gəlmişlər ki, həmin pulu o, işləyib pul qazandıqdan sonra tam olaraq ödəsinlər. O, hazırda Bakı şəhərində işlədiyi yerdə, yəni Əhmədli qəsəbəsində yaşayır. Orada təmir işləri görür. Həmin evin təmir pulu ödənildikdə Heybullaha pulu qaytaracaqdılar. 30.06.2021-ci il tarixdə, saat 12:30 radələrində Xacay onu binanın liftinin qarşısına çağırmış, o, həmin vaxt binada təmirlə məşğul olmuşdur. Liftin qarşısına getdikdə Balakən RPŞ-nin əməkdaşlarının gəldiyini görmüşdür. Polis əməkdaşları Xacayın axtarışda olduğunu bildirmiş və Xacayı Balakən RPŞ-yə dəvət etmişlər. O da Xacayı tək buraxmaq istəməyərək, polis əməkdaşları ilə birlikdə Balakən RPŞ-yə gəlmişlər. O, Bakı şəhərinə gedib, Xacayın oğurluq etdiyini bildikdən sonra Balakən rayonunda kimsə ilə əlaqə saxlamamışdır. Buna görə də Xacayın axtarışda olduğunu bilməmişdir. Hətta oğlu Ramazan Balakən rayonu Yeni Şərif kəndində valideynlərinin yanında olsa da, valideynləri və oğlu ilə əlaqə saxlamamışlar. Çünki Xacay oğurluq etdiyinə görə onun polis tərəfindən axtarılacağından, yerlərinin məlum olacağından qorxmuşlar. Xacayın mağazadan seyfdən pul oğurlaması, oğurlamaq fikrində olması barədə onun məlumatı olmamışdır. Bu barədə Xacay ona heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, artıq 3cü ildir ki, Balakən rayonu Qabaqçöl qəsəbəsi ərazisində yerləşən “Bora market”də administrator işləyir. Hər gün səhər marketə gəldikdə mağazada yerləşən seyfdə olan ötən günə aid satış nəticəsində əldə edilən pulu sayır və mağazanın sahibi Zərərçəkmiş şəxs hesabat verir. 22.03.2021-ci il tarixdə, saat 08 radələrində o, pulu saymaq üçün kassanı açan zaman seyfdə pulun olmadığını, həmçinin 1 ədəd riyaziyyat dəftəri vərəqində göy rəngli qələmlə yazılmış yazı aşkar etmişdir. Yazı mağazada satıcı işləyən Təqsirləndirilən şəxs aid olmuşdur. Xacay məktubda mağazanın sahibi Zərərçəkmiş şəxs müraciət etmişdir. Xacay məktubda Heybullahdan üzr istəyərək, pulu öz ehtiyacı üçün, ailəsinin dağılmasının qarşısını almaq məqsədilə götürdüyünü, hərəkətinin səhv olduğunu, pulu ən geci 6 ay ərzində geri qaytaracağını, atasından və qaynanasından pulu istəməməyini xahiş etmişdir. Daha sonra o, marketdə kassir işləyən Xalidəyə bu barədə bildirmiş, Xalidə məktubu oxumaq üçün götürmüş, o da həmin vaxt ərzində mağazanın müşahidə kameraları ilə qeydə alınmış videogörüntünü izləmişdir. Həmin vaxt 21.03.2021ci il tarixdə, saat 21:55-də ilkin olaraq Xacayın seyfin yerləşdiyi mağaza otağına daxil olduğunu, orada şkafın içərisində sənədlərin arasına qoyduğu seyfin açarını götürdüyünü, daha sonra seyfdən pulu saymadan götürdüyünü və seyfi bağlayıb oradan uzaqlaşdığını aşkar etmişdir. 21:59-da isə yenidən Xacayın seyfə yaxınlaşdığını, yenidən seyfin qapısını açdığını, oraya kağız qoyduğunu, pul götürdüyünü, seyfi bağlayaraq açarı isə götürdüyü yerə qoyduğunu görmüşdür. Bundan sonra isə Xacayın mağazanı tərk etdiyini və qayıtmadığının şahidi olmuşdur. O, ötən gün ərzində seyfdən götürülmüş pulları da nəzərə alaraq hesablama aparıb dəqiqləşdirmişdir ki, kassadan 2800 manat pul oğurlanmışdır. Mağazanın kassiri Xalidə də onunla birlikdə həmin gün işdə olmuşdur. Daha sonra o, bu barədə mağaza sahibi Zərərçəkmiş şəxs məlumat vermişdir. Heybullah da sonradan polisə müraciət etmişdir. Seyfi yalnız administrator olaraq o, açıb-bağlayır. Digər işçilərin seyfi açmağa ixtiyarı yoxdur. Seyfi açıb-bağlayan zaman işçilər, o cümlədən Təqsirləndirilən şəxs həm yanında olarkən, həm də monitor vasitəsilə izləyib görə bilirlər. Təqsirləndirilən şəxs təxminən 3 ildir ki, həmin mağazada işləyir. Xacay ona və digər işçilərə hər hansı probleminin olması barədə məlumat verməmişdir. Hər hansı məbləğdə pul istəməmişdir. Həmçinin qətiyyən özünü şübhəli aparmamışdır. Xacay 3 il işlədiyi müddət ərzində yaxşı işçi kimi xarakterizə edilmişdir. Heç vaxt mağazadan əvvəllər hər hansı məbləğdə pul və digər əşya oğurlanmamışdır. 21.03.2021-ci il tarixdə Xacayın yanına saat təxminən 20 radələrində əri Şahid1 gəlmiş, təxminən 15-20 dəqiqə onun yanında dayanıb söhbət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Balakən rayonu Qabaqçöl qəsəbəsi ərazisində yerləşən “Bora” market»də kassir işləyir. Hər gün səhər administrator Ayşə marketə gəldikdə mağazada yerləşən seyfdə olan ötən günə aid satış nəticəsində əldə edilən pulu sayır və mağazanın sahibi Zərərçəkmiş şəxs hesabat verir. 22.03.2021-ci il tarixdə, saat 08 radələrində o və Ayşə mağazanı açmışlar. Həmin vaxt seyfə yaxınlaşan Ayşə ona bildirmişdir ki, seyfdə pul yoxdur. Həmçinin hesablayaraq 2800 manat pulun oğurlandığını və 1 ədəd riyaziyyat dəftəri vərəqində göy rəngli qələmlə yazılmış yazı aşkar etdiyini bildirmişdir. Yazı mağazada satıcı işləyən Təqsirləndirilən şəxs aid olmuşdur. Ayşə oxuduqdan sonra məktubu ona vermişdir. Daha sonra o, kağızda yazılanları oxumuş, Xacay mağazanın sahibi Zərərçəkmiş şəxs müraciət etmişdir. Xacay məktubda Heybullahdan üzr istəyərək, pulu öz ehtiyacı üçün, ailəsinin dağılmasının qarşısını almaq məqsədilə götürdüyünü, hərəkətinin səhv olduğunu, pulu ən geci 6 ay ərzində geri qaytaracağını bildirmiş və atasından, qaynanasından pulu istəməməyini xahiş etmişdir. O, həmin vərəqi oxuyarkən Ayşə də həmin vaxt ərzində mağazanın müşahidə kameraları ilə qeydə alınmış video görüntüləri izləmişdir. Seyfin açılıb Xacay tərəfindən pulun götürülməsi, dəftər vərəqinin oraya qoyulmasına dair görüntüləri ona göstərmişdir. Məlum olmuşdur ki, 21.03.2021-ci il tarixdə, saat 21:55-də ilkin olaraq Xacay seyfin yerləşdiyi mağaza otağına daxil olmuş, orada şkafın içərisində sənədlərin arasına qoyulmuş seyfin açarını götürmüş, seyfi açıb oradan pulu saymadan götürmüş, seyfi bağlayıb oradan uzaqlaşmışdır. Saat 21:59-da isə yenidən Xacay seyfə yaxınlaşmış, yenidən seyfin qapısını açmış, oraya kağız qoymuş, pul götürüb, seyfi bağlayaraq, açarı isə götürdüyü yerə qoymuşdur. Bundan sonra Xacay mağazanı tərk etmiş və qayıtmamışdır. Həmin gün, yəni 21.03.2021-ci il tarixdə hadisənin baş verdiyi zaman mağazada işdə Xacayla o, olmuşdur. 21.03.2021-ci il tarixdə, saat 22 radələrində o, hesabatla məşğul olduğu zaman Xacay ona ərinin gəldiyini, əri ilə birlikdə evə gedəcəyini bildirib, onunla sağollaşıb, mağazadan getmişdir. Xacay həmin an özünü qətiyyən şübhəli aparmamışdır. Sonradan videogörüntüləri izlədikdə məlum olmuşdur ki, Xacay birinci dəfə seyfi açıb pulu götürmüş, sonra ikinci dəfə qayıdıb seyfi açıb, seyfə kağızı qoymuş, daha sonra onunla sağollaşıb mağazadan çıxıb getmişdir. Seyfi administrator Şahid2 açıbbağlayır, seyfin açarı yalnız Ayşəyə etibar olunmuşdur. Digər işçilərin seyfi açmağa ixtiyarı yoxdur. Yəqin ki, Xacay Ayşənin seyfi açıb-bağlayan zaman açarı harada saxlamasını seyfin yerləşdiyi otağın müşahidə kamerasının monitorundan izləyərək görmüşdür. Xacay ona və digər işçilərə hər hansı probleminin olması barədə məlumat verməmiş, hər hansı məbləğdə pul istəməmişdir. Xacay 3 il işlədiyi müddət ərzində yaxşı işçi kimi xarakterizə edilmişdir. Heç vaxt mağazadan əvvəllər hər hansı məbləğdə pul və digər əşya oğurlanmamışdır. Xacayın barəsində mənfi heç nə eşitməmişdir. 21.03.2021-ci il tarixdə Xacayın yanına saat təxminən 20 radələrində əri Şahid1 gəlmiş, təxminən 15-20 dəqiqə Xacayın yanında dayanıb, normal şəkildə söhbət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə Şahid4 qızı məhkəmə iclasına gəlməmiş və gətirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid4 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi vəzifəsində xidmət edir. 23.03.2021-ci il tarixdə Balakən RPŞ-də İstintaq-Əməliyyat Qrupunun üzvü kimi Balakən rayonu Qabaqçöl qəsəbə sakini Zərərçəkmiş şəxs Ramzanoviçin özünə məxsus “Bora market” ərzaq mağazasından satıcısı Təqsirləndirilən şəxs tərəfindən seyfdə saxlanılan pulun oğurlanması barədə müraciəti əsasında həmin mağazanın yerləşdiyi Balakən rayonu Qabaqçöl qəsəbəsinə getmişlər. Mağazaya baxış keçirilmişdir. Əvvəlcə mağaza sahibi Zərərçəkmiş şəxs mağazanın arxa tərəfdə yerləşən otağında seyfi göstərərək, həmin seyfdən 21.03.2021-ci il tarixdə, saat 22 radələrində 2800 manat pulun oğurlandığını bildirmişdir. Seyfə baxış zamanı üzərindən hər hansı əlbarmaq izi, həmçinin seyfin zədələnməsi aşkar edilməmişdir. Daha sonra Zərərçəkmiş şəxs mağazanın müşahidə kameraları ilə 21.03.2021-ci il tarixdə, saat 22 radələrində qeydə alınmış görüntüləri göstərmişdir. Həmin görüntülərdə bir nəfər qadının seyfin qapısını açaraq, oradan pulu götürüb otaqdan çıxması, daha sonra geri qayıdıb, təkrar seyfi açaraq, oraya kağız qoyması, daha sonra mağazanı tərk etməsi əks olunmuşdur. Zərərçəkmiş şəxs həmin şəxsin satıcı Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra baxış keçirilməsinə dair protokol tərtib edilmiş, protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. İşin 14-19-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 23 mart 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış 23 mart 2021-ci il tarixdə, saat 20:35-dən saat 21:15-dək aparılmış və aşağıdakılar müəyyən olunmuşdur: baxış Balakən rayonu Qabaqçöl qəsəbə sakini Zərərçəkmiş şəxs 21.03.2021-ci il tarixdə ona məxsus “Bora market»də işləyən satıcı Təqsirləndirilən şəxs marketin seyfinin qapısını açar vasitəsilə açaraq, 2800 manat pulu götürməsi barədə müraciəti əsasında keçirilir. Vətəndaş Zərərçəkmiş şəxs mağazanın arxa otağında yerləşən seyfi göstərərək, pulun oradan götürüldüyünü bildirmişdir. Baş inspektorkriminalistin iştirakı ilə seyfə baxış zamanı oradan hər hansı iz və zədələnmiş detal aşkar olunmamışdır. Mağazanın müşahidə kameraları vasitəsilə qeydə alınmış görüntülərə baxılarkən 21.03.2021-ci il tarixdə, saat 21:54-də mağazanın satıcısı Təqsirləndirilən şəxs mağazanın seyf yerləşən arxa otağına gələrək, seyfin açarını axtarmadan oradan götürüb, saat 21:55-də seyfin qapısını açması, oradan pul götürməsi, daha sonra seyfin qapısını bağlayıb, açarı yerinə qoyması, digər otağa keçdikdən az sonra geri qayıtması, əlində olan kağızı bu dəfə yenə seyfin qapısını açaraq, oraya qoyması, daha sonra otaqdan çıxıb mağazaya daxil olması, oradan isə saat 21:59-da mağazanı tərk edərək, küçəyə çıxaraq, uzaqlaşması görünmüşdür. Həmin görüntülər Sadiq Vəzirov tərəfindən «Panasonic» markalı videokamera vasitəsilə qeydə alınmışdır. Həmin videogörüntü və fotolar protokola əlavə edilmiş, protokolun doğruluğu imzalarla təsdiq olunmuşdur. İşin 45-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayonu Meşəşambul kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 14.04.2021-ci il tarixli,190 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Meşəşambul kəndində qeydiyyatdadır və aşağıda qeyd edilmiş ailəsi vardır:1962-ci il təvəllüdlü atası X17, 1964-cü il təvəlüdlü anası X1, 1992-ci il təvəllüdlü qardaşı X14 və 2010-cu il təvəllüdlü oğlu X8. İşin 48-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 06 aprel 2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 049131 №-li doğum haqqında şəhadətnamədən və 08.07.2014-cü il tarixdə verilmiş AZE seriyalı 10971090 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, 28 aprel 2010cu il tarixdə doğulmuş X8 olmaqla Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq vardır. İşin 51-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamə üzrə 15.04.2021-ci il tarixli, 05 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 73-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən RPŞ-nin İB-nin baş müstəntiqinin 27 may 2021-ci il tarixli ittiham elan etmək üçün şəxsin tutulması haqqında qərarından görünür ki,Təqsirləndirilən şəxs ittiham elan edilmək üçün tutulması və barəsində axtarış elan edilməsi qərara alınmışdır. İşin 82-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 30.06.2021-ci il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, Balakən RPŞ-nin əməkdaşları tərəfindən barəsində Balakən RPŞ tərəfindən 320257 nömrəli axtarış işi üzrə axtarışda olan Təqsirləndirilən şəxs 30.06.2021-ci il tarixdə tutularaq, Balakən RPŞ-yə gətirilmiş və Balakən RPŞ-nin İB-nə təhvil verilmişdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2021-ci il tarixdə, saat 19:40-dan saat 20:15-dək Balakən RPŞ-nin İB-nin baş müstəntiqi tərəfindən təqsirləndirilən şəxs qismində dindirilmiş, 30 iyun 2021-ci il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 115-122-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən RPŞ-nin İB-nin baş müstəntiqinin 08 iyul 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs hadisə törədilərkən yazıb seyfə qoyduğu bir ədəd məktub və Zərərçəkmiş şəxs məxsus Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən «Bora market» ərzaq mağazasında quraşdırılmış videomüşahidə kameralarının 21 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən oğlurluq hadisəsi törədilərkən qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus mağazanın seyfindən oğlurladığı pulun məbləğinin 2800 manat olması nəzərə alınmışdır. Məhkəmə iş üzrə Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2, Şahid3 Abdusəməd qızının və Şahid4 müvafiq olaraq məhkəmə iclasında və ibtidai istintaqda verdiyi ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını, maddi sübutları və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədiyi, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X2rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq vahid tamah niyyəti ilə saxlanc yeri olan evə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikası CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluğa, yəni özgənin əmlakının gizli olaraq talanmasına görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Əli qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağın olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketrizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cəzalandırılması üçün onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Səxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azaddlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işində Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli qəsdən törədilən az ağır cinayətdir. Ancaq onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq vardır. O, əvvəllər cinayət əməli törətməmişdir və onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2021-ci il tarixdə axtarışda olan şəxs kimi polis əməkdaşları tərəfindən Bakı şəhərində tutulmuş və Balakən RPŞ-yə gətirilərək, Balakən RPŞ-nin İB-nə təhvil verilmiş və burada o, təqsirləndirilən şəxs qismində dindirilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Yəni Təqsirləndirilən şəxs 30 iyun 2021-ci il tarixdə faktiki Bakı şəhərində tutulub Balakən şəhərinə gətirilmə və Balakən RPŞ-yə təhvil verilmə müddətində polis nəzarətində olmuşdur. Məhkəmə qeyd edir ki, milli qanunvericilikdə fərqli yanaşılma olsa da, Avropa Konvensiyasının 5-ci maddəsinin mənası baxımından tutulma, həbs və azadlıqdan məhrum etmə anlayışları eyni məna daşıyır. Bu xüsusda həbs müddətləri ilə bağlı Azərbaycan Respublikası CPM-nin normalarında müxtəlif müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 148.6-cı maddəsində şübhəli şəxsin tutulmasının, həmin Məcəllənin 150-ci maddəsinə əsasən ittihamın elan edilməsi üçün şəxsin tutulmasının 48 saatdan artıq davam etməməsi, Azərbaycan Respublikası CPM-nin 310.6.2-ci maddəsinə əsasən məhkəmə iclasında qaydanı kobud şəkildə pozan şəxsə 3 saatdan 48-saatadək tutmanın tətbiq edilməsi, yəni həbsin müddətinin saatlarla müəyyən olunması nəzərdə tutulduğu halda, Azərbaycan Respublikası CPM-nin 158.1, 159.1. və 159.2-ci maddələrində həbsin müddətinin aylarla müəyyən olunması təsbit edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 168.2-ci maddəsinə əsasən isə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerindən cəza müddətinin axırıncı gününün birinci yarısından azad edilirlər. Eynilə Azərbaycan Respublikası CPM-nin 162.3-cü maddəsinə əsasən bu Məcəllənin 162.1.1 və 162.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda (təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə; məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda) həbsdə saxlanılan şəxsin məhkəmə zalından dərhal həbsdən azad edilməsi təsbit olunmuşdur. Bu qanun normalarından görünür ki, şəxsin həbs müddətinin aylarla və ya günlərlə hesablanmasına baxmayaraq, məhkəmə qərarı (hökmü) günün hansı vaxtında (saatında) çıxarılırsa, onun həbs müddətinin son gününün bitməsindən asılı olmayaraq, o, həmin vaxtda (saatda) həbsdən azad edilməlidir. Yəni qanunun fəlsəfəsinə görə burada şəxsin konkret saatlarla ifadə olunan həbs müddəti, həmin günün bitməsinə baxmayaraq, günə bərabər tutulur. Ona görə də şəxsin bir neçə saat həbsdə qalması onun bir gün həbsdə qalması sayılmaqla, ona təyin edilən cəza müddətinə daxil edilməli, ya da həmin müddətdən çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraat aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Göstərilənlərin koteksində məhkəmə hesab edir ki, əslində Təqsirləndirilən şəxs 30 iyun 2021-ci il tarixdə Bakı şəhərində tutulub həmin gün hansı saatda azad olunması (onun təqsirləndirilən şəxs qismində dindirilməsinin 30 iyun 2021-ci il tarixdə saat 20.15-də başa çatması və bundan sonra onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi nəzərə alınarsa həmin vaxtda azadlığa buraxılması ehtimal oluna bilər) müəyyən olunmadığından bu hal təqsirləndirilən şəxsin xeyrinə həll olunmaqla həmin gün- 30 iyun 2021-ci il tarix təqsirləndirilən şəxsin həbsdə saxlanması günü kimi qəbul edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 iyun 2021-ci il tarixdə tutularaq həbsdə saxlandığı 1 (bir) gün müddət həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən himayəsində bir azyaşlı uşağın olması kimi cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 30 iyun 2021-ci il tarixdə tutulub həbsdə saxlandığı 1 (bir) gün müddət təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına gətirilib, ona təyin ediləcək cəzadan çıxılmalı və bununla da Təqsirləndirilən şəxs qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşa yış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə vaxtı saat 23:00-da səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, himayəsində 28 aprel 2010-cu il tarixdə doğlumuş X8 adlı 10 yaşına çatmış uşağının olmasını nəzərə alaraq, həmçinin humanizm və ədalət prinsiplərini əsas tutaraq, hesab edir ki, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi həmin uşaq 14 yaşına çatanadək təxirə salınmalı və həmin cəzanın çəkilməsinin təxirə salındığı müddət ərzində onun davranışına nəzarət yaşadığı yer üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Azərbaycan Respublikası CM-nin 79.2-ci maddəsinə əsasən bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsinin uşaq 14 yaşına çatanadək təxirə salınması zərurətini onunla əsaslandırır ki, CM-nin 79.1-ci maddəsində nəzərdə tutulmuş cəza çəkilməsinin təxirə salınması cinayət törətmiş şəxsin məsuliyyətindən irəli gələn və qanun əsasında cinayətkara tətbiq edilən müvəqqəti məhdudlaşdırma kimi nəzərə alınmalıdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİ və İİİ hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 28-ci maddəsinin İ hissəsinə, 147-ci maddəsinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 mart 2010-cu il tarixli qərarında göstərilir ki, belə məhdudlaşdırma cinayətin törədilməsi ilə yaranmış münaqişələrin tənzimlənməsi üçün dövlət tərəfindən görülən tədbirlərin əsas şərti kimi çıxış edən mütənasiblik prinsipinə əməl olunmasını təmin etməlidir. Cinayət qanunvericiliyində bu mütənasiblik qanunçuluq, ədalət, qanun qarşısında bərabərlik, təqsirlilik, təqsirə görə məsuliyyət, cəzanın qaçılmazlığı və humanizm prinsipləri, seçilmiş cəza növünün zəruriliyi və məqsədəuyğunluğu, habelə hüquq məhdudiyyətinin zamana görə kifayətliliyi əsasında müəyyən olunur. Xüsusi ilə qeyd olunmalıdır ki, CM-nin o cümlədən 79-cu maddəsi müəyyən siyasi-hüquqi münasibətlərin, hüquq normalarının, ideyaların, baxışların sistemi kimi səciyyələndirilən və dövlət tərəfindən yürüdülən cinayətcəza siyasəti ilə bağlıdır. Bu siyasətin əsas məzmunu məqsəd və vəzifələrin işlənib hazırlanmasından, ictimai təhlükəsizliyin və cinayətkarlığın aradan qaldırılması və ya sosial baxımdan qəbul oluna biləcək səviyyədə saxlanmasının təmin edilməsi üçün zəruri vasitə və üsulların seçilməsindən ibarətdir. Cinayət-cəza siyasəti kompleks xarakter daşıyır və digərləri ilə yanaşı ilk növbədə cinayətkarlıqla mübarizənin aparılması üzrə cinayət-hüquqi, cinayət-prosessual, cəza icra normalarının müəyyənləşdirilməsini nəzərdə tutur. Cinayət cəza siyasəti CM-nin maddələri ilə sıx əlaqədar olmaqla, o cümlədən cəzanın təxirə salınması ilə bağlı məsələləri müəyyənləşdirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 79-cu maddəsinin mənası təkcə yuxarıda göstərilən hüququ məhdudlaşdırmanı deyil, eyni zamanda humanizm və ədalət prinsipləri rəhbər tutulmaqla, cinayət əməli törətmiş qadının himayəsində olan 14 yaşına çatmayan uşağın mənafeyi, onun ana qayğısı və nəvazişindən məhrum olunmaması, ana ilə harmonik vəhdətli münasibətlər zəminində əqli və fiziki inkişafına şəraitin yaradımasını özündə ehtiva edir. Ailənin vəhdətinin qorunması və uşaqların mənafeyinin müdafiə edilməsi isə hamılıqla qəbul olunmuş demokratik dəyərlərdən biridir və Azərbaycan Respublikasının da tərəfdar çıxdığı bir sıra beynəlxalq normativ-hüquqi aktlarda öz əksini tapmışdır. Belə ki, İnsan Hüquqları Haqqında Ümumi Bəyənnamənin 16cı maddəsinin 3-cü bəndi, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 23-cü maddəsinin 1-ci bəndi ailəni cəmiyyətin özəyi kimi xarakterizə edərək, onun cəmiyyət tərəfindən müdafiə edilməsi zərurətini ortaya qoyur. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 8-ci maddəsinin 1-ci bəndi hər kəsin öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququnun olmasını təsbit edir. Bu maddə üzrə məhkəmə prsedentlərində dövlətin o cümlədən ailə həyatına hörmət hüququnun təmin edilməsində pozitiv öhdəliklər daşıdığı xüsusi vurğulanmışdır. X9rşı işdə Avropa Məhkəməsi ailə həyatının toxunulmazlığı hüququnun həyata keçirilməsi yolunda maneələrin aradan qıldırılması barədə dövlətin öhdəlik daşıdığını qeyd etmişdir. Həmin işdə Avropa Məhkəməsi 8-ci maddə baxımından «ailə həyatı»nı ən azı yaxın qohumlar arasında münasibətlər kimi ehtiva etmişdir. Olsson İsveçə qarşı işdə (24 mart 1988-ci il) Avropa Məhkəməsi bildirdi ki, valideynlər və uşaqların bir yerdə olması ailə həyatının özəyidir. Ailə üzvləri arasında azad və mütəmadi təmaslara maneələr yaradılırsa, onda bu maneələr ailə üzvləri arasında əlaqələrin qırılmasına şərait yaradaraq, ailənin sonradan birləşməsi perspektivinə zərbə vurur. Ailə üzvləri arasında harmonik münasibətlər ailənin mövcudluğunun əsas şərtlərindən biridir. Azərbaycan Respublikasının qanunvericiliyi də ailənin qorunmasını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Ailə Məcəlləsinin 1.3-cü maddəsində deyilir ki, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmə müdafiəsi imkanlarından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 41 və «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddələri hər kəsin, o cümlədən uşaqların sağlamlığının qorunmasını dövlətin prioritet vəzifələrindən biri kimi qeyd etmişdir. Ailə Məcəlləsinin 49-cu maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Heç şübhəsiz ki, ailə uşağın tərbiyə edildiyi başlıca yerdir. Uşağın tərbiyəsi ilə bağlı valideynlər bərabər hüquqlara və vəzifələrə malikdirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən uşaqların valideynləri ilə ünsiyyətdə olmaq hüquqları vardır. Yuxarıda göstərilən normalar konteksində məhkəmə nəzərə çatdırır ki, uşağın əqli və fiziki cəhətdən sağlam inkişafı, təlim-tərbiyəsi heç şübhəsiz ki, ailədən başlayır və ailə üzvləri arasında harmonik davamlı münasibətlərdən birbaşa asılıdır. Məşhur alman psixoloqu Piliqrim «Ana uşaqları» adlı əsərində uşağın anaya psixoloji cəhətdən daha çox bağlılığını qeyd edir. Uşağın hətta müəyyən zaman kəsiyində ana qayğısı və nəvazişindən, ana ilə daimi ünsiyyətdən məhrum edilməsi onun psixikasına ziyan vurmuqla, əqli və fiziki inkişafına, tərbiyəsinə olduqca mənfi təsir göstərəcəkdir. Azyaşlı uşaqla ana arasında olan ünsiyyətin məhdudlaşdırılmasının onun psixikasına, fiziki inkişafına xüsusilə mənfi təsir göstərəcəyi şübhəsizdir. Məhz bu meyardan çıxış edərək Azərbaycan Respublikasının qanunvericiliyi 14 yaşınadək uşağı olan qadınlar üçün cəza çəkilməsinin təxirə salınmasını müəyyən edir. Ukraynada bu yaş 7, Gürcüstanda 5, Belarusda isə 3 yaş kimi nəzərdə tutulmuşdur. Məhkəmə onu da bildirir ki, qanunverici bu növdə cəza çəkmənin təxirə salınmasını müəyyən etməklə cinayət törətmiş şəxsə cəza tətbiq etməklə onun hüququnun məhdulaşdırması ilə ailə və uşaq hüququna hörmət edilməsi arasında mütənasiblik prinsipinə riayət edilməsini nəzərdə tutur. Belə ki, burada qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, cəza növünün zəruriliyi və məqsədəuyğunluğu, cəzanın qaçılmazılığı, habelə hüquq məhdudiyyətinin zamana görə kifayətliliyi əsasında müəyyən olunması prinsipləri ilə ədalət və humanizm prinsipləri arasında qarşılıqlı əlaqə və vəhdət öz əksini tapır. Yuxarıda qeyd olunanların konteksində məhkəmə nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə bu cəzanın uşaq 14 yaşına çatanadak təxirə salınması yuxarıda göstərilən prinsiplər əsasında müəyyən olunmuş mütənasiblik prinsipinə tam uyğundur. Əks hal, himayəsində olan azyaşlı uşağa münasibətdə Təqsirləndirilən şəxs ailə vəziyyətinə mənfi təsir etməklə humanizm və ədalət prinsiplərinə zidd olardı və mütənasiblik prinsipini pozardı. Digər tərəfdən məhkəmə onu da nəzərə alır ki, CM-nin 79.1-ci maddəsi şəxsi cəzadan azad etmir, yalnız onu müəyyən müddətə cəza çəkməkdən azad edir. Təqsirləndirilən şəxs uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırdığı halda, cəza çəkməsinin təxirə salınması ləğv oluna bilər. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə sübut kimi tanınmış Təqsirləndirilən şəxs hadisə törədilərkən yazıb seyfə qoyduğu bir ədəd məktub və Zərərçəkmiş şəxs məxsus Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən «Bora market» ərzaq mağazasında quraşdırılmış videomüşahidə kameralarının 21 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən oğlurluq hadisəsi törədilərkən qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində vurulmuş ziyan tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olması məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Əl qızına məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən Rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 30 iyun 2021-ci il tarixdə tutulub həbsdə saxlandığı bir gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə, himayəsində olan 28 aprel 2010-cu il tarixdə doğulmuş uşağı X8 14 yaşına çatanadək Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi təxirə salınsın. Cəzasının çəkilməsinin təxirə salındığı müddət ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət yaşadığı yer üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə sübut kimi tanınmış Təqsirləndirilən şəxs hadisə törədilərkən yazıb seyfə qoyduğu bir ədəd məktub və Zərərçəkmiş şəxs məxsus Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən «Bora market» ərzaq mağazasında quraşdırılmış videomüşahidə kameralarının 21 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən oğlurluq hadisəsi törədilərkən qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində vurulmuş ziyan tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən Rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-77/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-77/2021
12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver