Məhkəmə qərarları › İş №1(019)-77/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-77/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-77/2025 17.09.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs-xx.xx.1990-cı il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, məhkumluğu olmayan, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 134-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsinə dair cinayət işi baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir ki, o, 16 iyul 2025-ci il tarixdən 18 iyul 2025-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin “Whatsapp” proqram tətbiqi vasitəsi ilə arvadı Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin “Whatsapp” proqram tətbiqinə onu öldürəcəyi ilə bağlı səsli və mətn mesajları göndərərək Zərərçəkmiş şəxs öldürməklə hədələmişdir. Bundan başqa o, 18 iyul 2025-ci il tarixdə saat 20 radələrində Balakən rayonu Gərəkli kəndi ərazisində yerləşən anası Şahid yaşadığı fərdi yaşayış evinin yan tərəfində qısqanclıq zəminində arvadı Zərərçəkmiş şəxs mətbəx bıçağı ilə iki dəfə zərbə vuraraq sonuncuya döş qəfəsinin arxa səthində orta körpücük xətlə 5-8-ci qabırğalar səviyyəsində 01 ədəd, arxa qoltuqaltı xətlə sol kürək nahiyəsinin iç hissəsində 01 ədəd yaralar, boyunun ön səthinin orta xətdən sağ yarısında 01 ədəd sıyrıq-ətrafında qançır və döş qəfəsinin sol yuxarı səthində 01 ədəd qançır xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan bədən xəsarəti yetirmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, onun barəsində Balakən Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə barışdığını, ona vurulmuş ziyanı ödədiyini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını göstərərək işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək hər iki maddə ilə Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəməsini, ondan heç bir şikayət və tələbinin olmadığını göstərərək işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı təqsirləndirilən şəxsin elan edilmiş Cinayət Məcəlləsinin hər iki maddəsi ilə özünü təqsirli bilməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin hər iki maddə ilə təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən xitam verilməsi, onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini təklif etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-cu maddəsinə əsasən: 299.1. Məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.2. Hazırlıq iclasının keçirilməsi qaydası məhkəmə tərəfindən müəyyən olunur. Məhkəmə cinayət prosesi tərəflərinin məhkəmənin hazırlıq iclasının keçirilməsi qaydasına dair təkliflərini nəzərə ala bilər. 299.3. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulubpozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. Həmin Məcəllənin 300-cü maddəsinə əsasən: 300.1. Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: 300.1.1. təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; 300.1.2. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; 300.1.3. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; 300.1.4. müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 300.1.5. cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; 300.1.6. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; 300.1.7. cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 141.2-1, 142.1, 142.2, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Məhkəmə işin hallarını, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin barışmalarını, zərər çəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, onların işin icraatına xitam verilməsini xahiş etmələrini, dövlət ittihamçısının cinayət işinin icraatına xitam verilməsi və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini təklif etməsini, cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134-cü maddəsində nəzərdə tutulan əməllərini törətməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut olan və Balakən rayon polis şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 02 ədəd bıçaq hissəsi-tiyə və dəstək qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, maddi sübut olan Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli qadın xalatı və yaşıl rəngli qadın maykası qərar qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə 30,60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 299-300 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134-cü maddəsində nəzərdə tutulan əməllərini törətməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut olan və Balakən rayon polis şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 02 ədəd bıçaq hissəsi-tiyə və dəstək qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin,maddi sübut olan Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli qadın xalatı və yaşıl rəngli qadın maykası qərar qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə 30,60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar